Xəbər lenti
24/06/2017 [18:00]:
Dalğıcla balığın 25 ildir davam edən qeyri-adi dostluğu  - İNANILMAZ FOTOLAR
24/06/2017 [17:25]:
Həkimlər başı deşir, dili kəsirdilər - Qandonduran müalicə üsulları
24/06/2017 [16:48]:
Formula 1 yarışlarında üçüncü sərbəst yürüşün NƏTİCƏLƏRİ
24/06/2017 [16:47]:
Prezident İlham Əliyev Jan Fransua Manseli qəbul etdi
24/06/2017 [16:44]:
Ramil Usubov Qubada vətəndaşları qəbul etdi
24/06/2017 [16:42]:
Tağı Əhmədov: "Elmlə məşğulam, vaxtım yoxdur"
24/06/2017 [16:41]:
Mingəçevirdə evləri su basıb, heyvanlar tələf oldu
24/06/2017 [16:34]:
UNEC-də millət vəkillərinin iştirakı ilə “Açıq qapı” günü...
24/06/2017 [16:29]:
“Bu işğala Azərbaycan ordusu son qoymalıdır…”
24/06/2017 [16:26]:
İranda gözlənilən fəlakət: duz fırtınası başladı - Foto
24/06/2017 [16:24]:
Polis veteranları cəbhə bölgəsində görüş keçirdi- FOTO
24/06/2017 [16:21]:
Silah satmaq istəyən şəxsdən narkotik tapıldı
24/06/2017 [16:17]:
Bakıda polis əcnəbi turisti heyrətləndirdi
24/06/2017 [16:13]:
Elmar Vəliyev vətəndaş qəbulu keçirdi- FOTO
24/06/2017 [16:07]:
Gəncədə “İmamzadə” ziyarətgahında iftar süfrəsi açıldı
24/06/2017 [16:04]:
Baş Prokurorluq Əkrəm Həsənova xəbərdarlıq etdi
24/06/2017 [16:02]:
Zakir Həsənov bir qrup hərbi qulluqçuya polkovnik rütbəsi verdi – FOTO
24/06/2017 [15:47]:
Kiçik Əziz Sancar və "dahi" ateistlərimiz
24/06/2017 [15:15]:
Azərbaycanlı məmur Mayamidə 5,5 milyon dollara dəbdəbəli mənzil aldı
24/06/2017 [15:05]:
Ermənistanda hərbçiləri daşıyan avtobus aşdı – FOTO
24/06/2017 [15:04]:
"Zaman keçdikçə Elçibəyin siyasi kimliyi, seçdiyi və keçdiyi yol daha aydın sezilir"
24/06/2017 [15:03]:
Bakıda gecə saatlarında gizli görüşən sevgililərin – DƏHŞƏTLİ SONU
24/06/2017 [15:03]:
Bakıda “Formula 1” bolidi yandı – FOTO
24/06/2017 [14:32]:
“Rusiya Ərdoğanı Səddamın gününə düşməkdən xilas etdi...”- Siyasi analitik
24/06/2017 [14:16]:
“Zakir Həsənov vuruşmağı bacaran ordunun formalaşmasına nail olub”
24/06/2017 [14:07]:
Azercell-dən SimSim abunəçilərinə bayram hədiyyəsi...
24/06/2017 [13:53]:
Nağıllardan ilham alıb saçlarını uzadan Aliya Nasirova...- FOTOLAR
24/06/2017 [13:37]:
"Əgər əlimdə silahım olsa, o təyyarələri vuraram" - Qəribə açıqlamalar...
24/06/2017 [13:34]:
Dünya qaranlığa qərq olacaq - noyabrda
24/06/2017 [13:33]:
Qarpız üçün bazara gedənlərin nəzərinə: Ehtiyatlı olun – VİDEO
24/06/2017 [13:30]:
Rusiya və İran Qarabağda Ermənistana qarşı...
24/06/2017 [13:29]:
Londonda 5 çoxmərtəbəli bina təcili boşaldıldı - FOTOLAR
24/06/2017 [13:16]:
Tarkanın mahnısı Oksananı belə coşdurdu - VİDEO
24/06/2017 [13:14]:
"WhatsApp" istifadəçilərinin çoxdan gözlədiyi YENİLİK
24/06/2017 [13:10]:
Zakir Həsənovun gəlişi Silahlı Qüvvələrə nə verdi? - Millətin Ordusunun günü...
24/06/2017 [13:06]:
İlham Əliyev Məmnun Hüseynə başsağlığı verdi
24/06/2017 [13:04]:
Bu gün Əbülfəz Elçibəyin doğum günüdür
24/06/2017 [12:55]:
“Bank of Baku” şəhid ailəsini məhkəməyə verdi
24/06/2017 [12:31]:
Mingəçevirdə iki ailə arasında kütləvi dava...
24/06/2017 [12:04]:
“Ordumuz yalnız düşmənin atəş nöqtələrini susdurmaq üçün atəş açır”
24/06/2017 [11:58]:
"Olmazmı çağırışı 18 deyil, 20 yaşından həyata keçirək və özünüz də görəcəksiniz ki..."
24/06/2017 [11:52]:
Zəif nəticə göstərən müəllimlərə yeni fürsət – VİDEO
24/06/2017 [11:44]:
Rusiyadan Azərbaycana yeni hərbi texnika gətirildi – VİDEO
24/06/2017 [11:42]:
"Belə bir aksiyanın keçirilməsinə ehtiyac görmürük"
24/06/2017 [11:38]:
Mülkilərimizi hədəf alan düşmənin sadə vətəndaşlarına mərhəmət göstərilməlidirmi?
24/06/2017 [11:31]:
Dado və Natavan nişanlandı – FOTO
24/06/2017 [11:15]:
Zakir Həsənov: "Ordumuz əbədi torpaqlarımızın azad edilməsinə nail olacaq"
24/06/2017 [11:14]:
Elçin Əmirbəyov Birinci vitse-prezidentin köməkçisi təyin edildi
24/06/2017 [11:06]:
Qızıl yeddi dollar bahalaşdı
24/06/2017 [11:04]:
Azərbaycan Qran-Prisinin ikinci günü başlayır
24/06/2017 [11:01]:
Millət vəkilinə ağır itki
24/06/2017 [10:58]:
Tarkanın Bakı konsertində bu sözləri sevənlərini ŞOKa saldı - VİDEO
24/06/2017 [10:34]:
Bakıda ambulans aşdı: Xəsarət alanlar var
24/06/2017 [10:29]:
31 yaşlı azərbaycanlı Gürcüstan dövlət nazirinin müşaviri təyin olundu
24/06/2017 [10:28]:
“WhatsApp”dan daha bir yenilik
24/06/2017 [10:23]:
Lerikdə qar uçqunu nəticəsində faciə baş verən ailədən -YENİ XƏBƏR
24/06/2017 [10:16]:
Bayramda sərvət qazanan məşhurlar - 540 min...
24/06/2017 [10:13]:
“Metroda bomba var” deyən adama güzəşt etmədilər
24/06/2017 [10:06]:
İmam Səccadın (ə) mübarək Ramazan ayı ilə vidalaşarkən oxuduğu dua - MÖHTƏŞƏM
24/06/2017 [10:01]:
Ərdoğan qəzəbləndi: "Kılıçdaroğlu, sənin adamın dediklərini sübut etməsə..."
24/06/2017 [09:58]:
“Hansı təhlükəsizlikdən danışırsınız? Hər gün cəbhədə ölən əsgərlərdən?” -Erməni deputat
24/06/2017 [09:56]:
Berluskoni: "Trampın arvadından xoşum gəlir"
24/06/2017 [09:53]:
Cəbhəyanı kəndlərimiz atəşə tutuldu
24/06/2017 [09:51]:
Doğma torpaqlarına dönən köçkünlər ermənilərdən necə xilas oldular?- Film içindən reportaj
24/06/2017 [09:47]:
Hollivud ulduzu Trampdan üzr istədi
24/06/2017 [09:46]:
Rusiya məcburi hərbi xidmətdə son yaş həddini artırır - Putin göstəriş verdi
24/06/2017 [09:44]:
Çində torpaq sürüşməsi - Yüzlərlə insan dağıntıların altında qaldı
24/06/2017 [09:42]:
Prezidentin Fransaya göndərdiyi Mustafayev kimdir?
24/06/2017 [09:40]:
Ərdoğan: "Qarabağ məsələsində Azərbaycanla eyni mövqedən çıxış edirik"
24/06/2017 [02:45]:
ATƏT PA-nın vitse-prezidentinin doğum günüdür...
24/06/2017 [02:29]:
Kütləvi terror aktının qarşısı alındı - MƏKKƏDƏ!..
24/06/2017 [01:50]:
O, Peyğəmbər qədər ruhu qarşısında əyilə biləcəyimizdir...
24/06/2017 [01:48]:
Leyla Əliyeva DTX rəisinin oğlu ilə yeni fotolarını paylaşdı
24/06/2017 [00:52]:
"Onlar sonuncu saniyəni belə gözləyirlər ki, oruclarında nöqsana yol verilməsin"
24/06/2017 [00:50]:
Kənar müdaxilələrə imkan verməyin - Günün qoroskopu
24/06/2017 [00:42]:
Bir gündə 3 terror, 13 tələb, 10 gün vaxt, 1 milyonluq nümayiş...
24/06/2017 [00:42]:
BAXCP Əbülfəz Elçibəyin qəbrini ziyarət edəcək
24/06/2017 [00:37]:
"İranı həmsədr kimi görmək istəyənlərə bildirirəm ki, ağlınızı başınıza yığın"
24/06/2017 [00:27]:
"Bütün dua və diləklərinizin Tanrı dərgahında qəbul olunmasını arzu edirəm"
24/06/2017 [00:18]:
İran tarixinin ən böyük nümayişi keçirildi - 1 milyon etirazçı İsrailə meydan oxudu...
Bütün arxiv bir sırada
19/06/2017 [11:07] - Siyasət - ( 855 dəfə baxılıb)

“İran məsələsinin gündəmə gəlməsi Azərbaycan məsələsinin də gündəmə gəlməsi deməkdir”



Qabil Hüseynli: “Azərbaycan heç zaman İranın Vaşinqtonun hədəfində olmasını istəməz”

ABŞ prezidenti Donald Tramp Mayamidə öz tərəfdarları qarşısında çıxışında sələfi Barak Obamanın Kuba və İranla bağlı son illərdə yürütdüyü siyasəti kəskin tənqid edib və onun imzaladığı sazişlərin əksəriyyətindən imtina edib.

Yada salaq ki, Barak Obama dönəmində istər İran, istərsə də Kuba ilə siyasi dialoq, sanksiyalar məsələsində ABŞ Konqresindəki respublikaçılar sərt mövqedə olublar. Hətta respublikaçı çoxluq “Altılığ”ın İranla iki il öncəki məlum anlaşmasını sabotaj eləməyə, sıfırlamağa çalışmışdı. İndi artıq ABŞ-ın respublikaçı prezidenti kimi D.Tramp da eyni mövqe sərgiləyir. Çıxışından açıq görünür ki, yeni prezident ABŞ-ı Kuba və İranla “soyuq müharibə” dönəminə qaytarmağa çalışır.

Venesuela, Kuba və İran rejimlərini təhdid edən Tramp bəyan edib ki, bu ölkələrə qarşı əvvəlki sanksiyalar, blokada qüvvədə qalacaq: “Mən əvvəlki administrasiyanın qərarını ləğv edirəm. Qərarım dərhal qüvvəyə minir”, - deyə o vurğulayıb. Tramp İrana qarşı yeni sanksiyaların qəbul ediləcəyini, hədəfində İranın olacağını da bəyan edib. Bir gün öncə isə ABŞ Senatı Rusiya ilə yanaşı, İrana qarşı da sanksiyaların tətbiqini nəzərdə tutan qanun qəbul edib.

Ekspertlərə görə, cənub qonşumuz İranın hədəf alınması və ona qarşı yeni sanksiyaların tətbiqi qonşu ölkə kimi Azərbaycanı regionda daha çevik və həssas siyasət aparmaq, İranın maraqlarına daha diqqətli yanaşmaq, hətta seçim qarşısında qoya bilər. Beləliklə, getdikcə məlum olur ki, Barak Obama hakimiyyətinin son illərində İranla münasibətlərin yumşaldılması strategiyasının üstündən prezident Donald Tramp xətt çəkməkdə israrlıdır. ABŞ Barak Obama hakimiyyətinin son illərindən öncəki on illər ərzində tutulan siyasi xəttə-İranla konfrantasiya xəttinə qayıdır. Bu siyasətə qayıdışın isə təkcə İrana deyil, ətraf ölkələri də müxtəlif formalarda təsir edəcəyini ekspertlər vurğulayırlar. Azərbaycanın İranla sərhəd qonşusu, sıx əlaqələri olduğunu nəzərə alsaq, ABŞ-ın İranı yenidən sərt şəkildə hədəfə almaq siyasətinə qayıdışının xeyirimizə, yoxsa zərərimizə olacağı sualı aktuallaşır.


Politoloq Qabil Hüseynli bu mövzuda “Yeni Müsavat”a şərhində bildirdi ki, Azərbaycan heç zaman İranın Vaşinqtonun hədəfində olmasını istəməz: “Bunun birinci səbəbi ondan ibarətdir ki, İran qonşu dövlətdir və bizi həmin ölkə ilə tarixi, mədəni, dini bağlar bağlayır. İkincisi ondan ibarətdir ki, orada 35 milyona yaxın soydaşlarımız yaşayır. Yəni hədəfdə sanki həm də bizim soydaşlarımız olacaq. Üçüncüsü, Trampın bu siyasəti heç də dəqiqliklə dünya reallıqlarını özündə əks etdirmir. İrana qarşı sanksiyaların bir qismi götürülmüşdü və İran sanki dünyaya açılmağa başlamışdı. İndi təzədən İranla münasibətlərin əvvəlki gərginliyə qaytarılması yaxın Şərqi həddindən artıq təlatümlərə gətirib çıxaracaq. Heç bir dövlət istəməz ki, qonşuluğunda müharibə alovlansın. Çünki o alovun sıçrama ehtimalı böyükdür. Vaşinqtonun İrana qarşı düşündüklərinin içində rejim dəyişikliyi məsələsi, hətta hərbi müdaxilə variantı da var. Bu, xeyli qaçqınlar ordusu yarada bilər. Bundan əziyyət çəkən əsas ölkələrdən biri məhz Azərbaycan olar. İrana qarşı güc tətbiqi Azərbaycan da daxil, əksər bölgə dövlətləri üçün ciddi təhlükələr yarada bilər. Tramp Obama dövrünü təftiş etməklə yanlışlıqlara yol verir. Xüsusilə İran siyasətində yanlışlıqların olduğu qənaətindəyəm. İrana qarşı ənənəvi sərt siyasətə qayıdış, sərt addımlar onun qonşuluğunda olan Azərbaycanın ABŞ üçün əhəmiyyətini artıra bilər. Ancaq əhəmiyyətin artması heç də həmişə müsbət effekt vermir, ölkəyə xeyir gətirmir”.


Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər isə bildirdi ki, Donald Trampın İranı konkret olaraq hədəfə çıxarmaqda məqsədinin nə olduğunu şərh etdikdə öncə onun komandasına diqqət etmək, yəhudi lobbisinin, İsrailin onun hakimiyyətə gəlməsində roluna baxmaq lazımdır: “Tramp əgər hakimiyyətdə konstitusiyanın ona verdiyi müddətdə qala biləcəksə, İran siyasətinə öncəlik verəcəyi ortadadır. Rusiya məsələsinin sərt şəkildə gündəmə gəlib-gəlməyəcəyi isə Rusiyanın İran məsələsində davranışına bağlı olacaq. Mənə belə gəlir ki, Rusiyaya doğru reveransların Tramp tərəfindən edilməsinin bir səbəbi də ondan ibarətdir ki, Tramp Rusiyanı sadəlövhcəsinə neytrallaşdırmaq niyyətindədir. Hansı ki, praktiki olaraq bunun mümkün olma ehtimalı sıfıra yaxındır. Rusiyanın 300 illik cənub strategiyasından imtina etməsini düşünmək sadəlövhlük olardı. Digər tərəfdən ABŞ-da daxili vəziyyəti nəzərə alsaq, Konqresin, Senatın, Maliyyə Palatasının xarici siyasətdə rolunu nəzərə alsaq, düşünürəm ki, Trampın bu strategiyanı həyata keçirməsi qeyri-mümkün olacaq. Amerika daxili balanslaşdırıcı güclər buna imkan verməyəcək və Tramp yenidən qlobal strategiyaya dönməli olacaq. Amma İran məsələsi gündəmdə olacaq. Çünki bunda maraqlı olan başqa böyük güclər də var. İran məsələsinin gündəmə gəlməsi, İranın hədəf seçilməsi ehtimalı çox yüksəkdir”.

S.Əkbərin fikrincə, İran məsələsinin gündəmə gəlməsi Azərbaycan məsələsinin də gündəmə gəlməsi deməkdir: “Çünki Azərbaycanın tarixi coğrafiyasının böyük hissəsi İranda yerləşir, Azərbaycan türklərinin böyük hissəsi İranda yaşayır. Azərbaycan Respublikasının da İranla həmsərhəd olduğunu nəzərə alsaq əminliklə deyə bilərik ki, İran məsələsi həm də Azərbaycan məsələsidir. İran məsələsi gündəmə gələcəksə, bu o deməkdir ki, istər Cənubi Azərbaycan, istər Şimali Azərbaycan məsələsi gündəmə gələcək. Onu da nəzərə alaq ki, ABŞ İranda yumşaq dəyişiklik strategiyasını həyata keçirmək istəyir. Bu isə o deməkdir ki, Vaşinqton yumşaq gücdən, İrandaxili faktorlardan, ilk növbədə Cənubi Azərbaycan məsələsindən daha çox istifadə etməyə çalışacaq. Belə vəziyyətdə isə Azərbaycan Respublikasının da kənarda qalması demək olar praktiki imkansız olacaq. Biz istəsək də, istəməsək də bu məsələyə-prosesə cəlb olunacağıq. Azərbaycanı bu məsələdə tərəf seçməyə həm Rusiya, həm də ABŞ məcbur etməyə çalışacaq. Bütövlükdə region qızışacaq, Azərbaycan Respublikasının ABŞ, Avropa Birliyi və İsrail üçün önəmi artacaq”.(musavat.com)

Azərbaycanlı məmur Mayamidə 5,5 milyon dollara dəbdəbəli mənzil aldı
"Əgər əlimdə silahım olsa, o təyyarələri vuraram" - Qəribə açıqlamalar...
"Belə bir aksiyanın keçirilməsinə ehtiyac görmürük"
İmam Səccadın (ə) mübarək Ramazan ayı ilə vidalaşarkən oxuduğu dua - MÖHTƏŞƏM
"Bütün dua və diləklərinizin Tanrı dərgahında qəbul olunmasını arzu edirəm"
İdrak Liseyi - Keyfiyyətli təhsil
Maraqlı
Dalğıcla balığın 25 ildir davam edən qeyri-adi dostluğu  - İNANILMAZ FOTOLAR
Gündəm
“Zakir Həsənov vuruşmağı bacaran ordunun formalaşmasına nail olub”
Hadisə
Londonda 5 çoxmərtəbəli bina təcili boşaldıldı - FOTOLAR
Cəmiyyət
"Olmazmı çağırışı 18 deyil, 20 yaşından həyata keçirək və özünüz də görəcəksiniz ki..."
Gündəm
Bir gündə 3 terror, 13 tələb, 10 gün vaxt, 1 milyonluq nümayiş...
Həftənin ən çox oxunanları
"Bu adam quş həvəskarıdır, axşama kimi cavan qızları yığır idarəyə..." - ŞOK...
Yumurta qaynatdığınız suyu atmayın!
Ölkə başçısına və 1-ci vitse prezidentə müraciət: - Həmin icra başçıları cəzalandırılsın...
"Allah"la "peyğəmbərlər" əlbir olub 2.5 trilyon mənimsədi - Ağılalmaz dələduzluq
Şəkildə gördüyünüz ilk heyvan xarakterinizdən xəbər verir - MARAQLI
Aşıq Ələsgər xərçəngin dərmanını deyibmiş - MARAQLI
Leyla Əliyeva DTX rəisinin oğlu ilə yeni fotolarını paylaşdı
“Şiə namazında möhür, sünni namazında əl bağlamaq yanlışdır...”- Sərdar Cəlaloğlu
Millət vəkilindən "mavilər, əxlaqsız qadınlar da xalq artisti oldu" harayına dəstək...
Məhkumlar insan cəsədləri yeyir, bir-birlərinin penisini, başını kəsib futbol oynayır - DƏHŞƏT- VİDEO (+18)
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: [email protected]
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin