“Azan səsi məni narahat edir” deyib özünü gülünc duruma salanlar...
Oxunub: 3392
19 Jun 2017 | 12:18
“Azan səsi məni narahat edir” deyib özünü gülünc duruma salanlar...

Zaman o zamandı ki,  “azan səsi məni narahat edir” deyə yazıb özünü gülünc hədəfinə çevirənlər var. Guya azad söz demək üçün  hər cür  cəfəngiyyat yazmaq istəyinin qarşısını boğa bilməyənlər içimizdə kök salıblar. Təbii ki, hadisələrə hər kəsin öz baxışı, öz dünyagörüşü var. Hər kəs öz “çərçivəsindən” boylanaraq qiymət verdiyi olayda özünü haqlı sayır. Amma elə şeylər var ki, toxunulmazdı, onların haqqında Allah tərəfindən tabu elan edilib. 

Azan oxunmasına qarşı çıxmaq, ona  üsyan etməyin adı nədi? Əslində mövzu bu deyil, bu haqda danışmaq istəmirəm. Belə şeyləri Allah özü “tənzimləyir”. Orucluqda insanların yaxşı əməl sahibi olmalarından yazmaq istəyirəm. Ramazan ayının sonuna bir  həftə qalıb. Bu ayda oruc tutanlar, Allaha ibadət edənlər özlərini Yaradana daha yaxın hesab edirlər. Çünki Allah onun sevgisinə qarşılıq verən bəndəsinin haqqını verir, onu layiq olduğu mərtəbəyə ucaldır. 

Ən uca mərtəbə insanın etdiyi yaxşılıqdan dolayı qazandığı dualardı, başaqalarının ona sevgisidi, haqqında  gözəl sözlər danışmasıdı. Məncə, bundan böyük mükafat, bundan uca məqam,  hündür mərtəbə yoxdu. 

Ramazan ayı təkcə 30 gün  aclıq nəfsini sınaqdan keçirmək deyil. Ramazan ayı insanların bir-birinə olan  sevgisinin, birinin o birinə  etdiyi yaxşılığın Allah tərəfindən  qiymətləndirildiyi aydı. Ramazanda edilən yaxşlıqlar, ramazanda sərgilənən diqqət və qayğılar ən yaxşı, ən böyük əməldi. 

Yaxşı əməl nədi? Bir yetimin başına sığal çəkib onun könlünü almaq, bir acın qarnını  doyurmaq, dərddən, kədərdən əyilən bir qamətin dik dayanmasına yardım etmək, gözdən axan yaşı silmək, çarəsiz bir xəstəyə dərman almaq,  ya da ki, ona şəfa olacaq ümidverici sözlər söyləmək, sənə uzanan əli  geri qaytarmamaq və s.

 İlk baxışda bunlar  çox balaca görünə bilər. Amma bu əməllər yaxşılığın ən unudulmaz, ən müqəddəs elementləridi. İnsanın xırda bir yaxşı əməli onu gündəlik yaşam tərzində işığa doğru istiqamətləndirir. Böyük yaxşılıqlar isə onu böyüdür, ucaldır. Yaxşı əməl sahibləri nə qədər ucada olsalar da  heç vaxt  insanlara yuxarıdan aşağı baxmırlar.  Onlar orda da  yuxarı boylanıb ehtiyac sahiblərinə nəsə kömək etməyə çalışırlar. Belə yaxşılıq sahibləri Allah ucalığına az da olsa yaxınlaşa bilirlər.

Nə yazıq ki, pislik etmək, hər zaman yaxşılığın üstündən keçib onu tapdalamaq da insan övladının xislətində yer tutan bir nəsnədir. Bu cür insanlar yaxşı əməl sahiblərini qətiyyən anlaya bilmirlər. Pis əməl törətmək gözlərini  o qədər kor edir ki, dünyada yaxşılığın olduna inana bilmirlər. Bəzən çalışsalar da ki,  yaxşı bir iş görsünlər, yenə də alınmır. Çünki zalımlıq, qəddarlıq onlarla bərabər doğulur, qanlarında, canlarında olur. Onlar xilaskarını sancan əqrəb kimidirlər. 

Vaxtilə anam zalım adam haqqında belə bir hekayə danışmışdı. Çox qəddar olan və bundan dolayı günahlarla yüklənmiş bir nəfər ölür. Cəhənnəm mələyi onu qarşılayaraq deyir ki, bilirəm cəhənnəmə getmək istəməyəcəksən. Ona görə  də həyatın boyu etdiyin balaca da olsa bir yaxşılığı xatırlasan kifayət edər ki, cəhənnəm əzabından xilas olasan. Adam fikirləşir, çox həyəcanlanır, dost-tanış, qohum-qonşunu gözünün önünə gətirir, hansı birinə yaxşılıq etdiyini yadına salmaq istəyir. Amma olmur. Axı, kimsəyə  yaxşılıq etməyib. Cəhənnəm mələyi ona vaxtın bitdiyini söyləyir. Amma  o xilas olmaq üçün hələ də  bir səbəb tapa bilmir. Onu cəhənnəmə atmaq istəyəndə nəyisə xatyırlayıb qışqırır: dayanın, yadıma düşdü.  Bir dəfə meşədə gedirdim, yolumun üstündə tor  qurmuş hörümçək gördüm. Yuvası pozulmasın, qurduğu tor qırılmasın deyə yanından ehtiyatla keçib getdim.

Mələk gülümsəyir, üzünun nuru  günahkar adamın gözünə qamaşdırır. Elə bu vaxt göydən bir hörümçək gəlib torunu qəddar adama uzadır ki, onu xilas etsin. Adam tordan yapışıb cəhənnəmdən yuxarıda yerləşən cənnətə doğru qalxmağa başlayır. Onunla eyni vaxtda aşağıdakı başqa günahkarlar, zalımlar, qəddarlar da tordan yapışmağa  cəhd edirlər. Hətta bir neçəsi buna nail olur.

Adam qorxur ki, bu qədər günahkarın ağırlığı toru qıra bilər, cənnətə  çata bilməz. Ona görə də yalnız özünü düşünür, xilas olması üçün ayağı ilə tordan yapışanları vurub yerə salır. Elə bu an tor  qırılır və düşür cəhənnəmin dibinə. Adamın günahlarının üstünə hopmuş qorxusu və narahatlığı həmin məqamdaca qəzəbə və paxıllığa çevrilib özünün “başını yeyir”. Mələk ona deyir ki, burada da pis əməlindən qalmadın, son anda heç olmasa bir-iki insana balaca da olsa yaxşılıq sərgiləyib ömrüboyu etmədiyin bir  əmələ əl atmış olardın. Sən bu şansı da itirdin...

Ramazan ayıdı. Yaxşılıq etmək üçün  bundan gözəl  fürsət varmı? Nizami Gəncəvi yazır ki, yaxşılıq insanlıq sənətidi. Bu, doğrudan da belədi. Yaxşılıq insanları bir-birinə bağlayan qızıl zəncirdi, boyunbağıdı. Bu zəncirin bir halqası qırılsa da onu  təmir etmk mümkündü. Amma pisliklər nə bir-birinə bağlanır, nə də təmir etmək olur. Pislik üfunətdi...

Günəş öz istisini, ay işığıını təmənnasız olaraq  paylayır. Biz də elə olmalıyıq. Təmənna, əvəz gözləməmliyik. Xüsusilə də bu ramazan günlərində yaxşılıq qapımız açıq olmalıdı. Ki... dualarımız Allah qatına qədər gedib çatsın, günahlarımız bağışlansın. Oruc tutan insan bilərəkdən, ya da bilməyərəkdən etdiyi pisliklərin də orucunu tutmalıdı. Otuz gün ərzində qarnı ac olsa da mənəviyyatı tox olmalıdı. Mənəviyyat toxluğu yaxşılığın  ziynətidi. Kim ki, bu  ziynətdən məhrumdu onun tutduğu oruc da, qıldığı namaz da bir fayda verməz.

Yaxşılıq heç bir zaman boşa çıxmayan və daim gəlir gətirən sərmayədi. Kiməsə balaca bir yaxşılıq etsən, əvəzini beş-on qat alacaqsan. Yaxşılıq pisliyin düşmənidir. Daha yaxşı olmaq isə yaxşıdan üstündü.

Gəlin bu üstünlüyü əldən verməyək. Heç zaman “kaş ki..” deməyək,  son nəfəsimizə qədər “şükür” deyək.

Oxşar xəbərlər
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
GÜNLÜK
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:40
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:40
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"