İlk terror qrupunun yaradıcısı, şərab içdiyinə görə oğlunu öldürən əfsənəvi lider - Maraqlı
Araşdırma
Oxunub: 9449
21 Jun 2017 | 18:41
İlk terror qrupunun yaradıcısı, şərab içdiyinə görə oğlunu öldürən əfsənəvi lider - Maraqlı

Cənnət vədi, Xaşxaşilər və Ələmuq qalası  haqqında yəqin ki, az-çox məlumatınız var. Bəs, Həsən Sabbah haqqında necə? 

Moderator.az-ın təqdim etdiyi bu yazıda  tarixin ilk intihar və sui-qəsd təşikilatının, daha dəqiq desək, ilk terror təşkilatının qurucusu olaraq tanınan Həsən Sabbah haqqında maraqlı məlumatlar əldə edəcəksiniz.

Həsən Sabbah dedikdə ilk olaraq ağla tarixdəki ilk terror təşkilatının banisi, Ələmuq Qalasının arxa bağçasındakı saxta cənnətin yaradıcısı və tiryək verərək aldatdığı qorxuducu müridlərin aparıcısı gəlir. Ancaq Həqiqətin daha fərqli olması ilə bağlı maraqlı faktlar da var. Belə ki, bəziləri şou məqsədli intiharlar, amansız muzdlu qatillər, tiryəkdən istifadə kimi faktlarla Həsən Səbbahı və banisi olduğu İsmaililik məzhəbinin qaralanmağa çalışıldığına inanır. “Həsən Sabbah kimdir?” sualına verilən cavablara baxanda, ortada böyük bir fikir ayrılığı olduğunu görürük. Çünki əfsanəvi məlumatlara inananlar üçün Həsən Sabbah dindən sui-istifadə etmiş batil, digərləri üçünsə ədalətli və heyranedici liderdir. 

Təqdim edəcəyimiz məlumatlardan sonra nə və necə düşünəcəyinizi bilmirik, ancaq düşünürük ki, Həsən Sabbah haqqında bilinməsi lazım olan bir şəxsdir.

Həsən Sabbah kimdir? 

Orta əsrin ən maraqlı şəxsiyyətlərindən biri olan, Ələmuq Qalasında yaşayan, tələbələrinə cənnət vəd edib onları qeyd-şərtsiz özünə bağlayan və İsmailiyyə məzhəbindən Xaşxaşilər adlı təriqətini yaradan Həsən Sabbah maraqlı həyat hekayəsi var. Maraqlıdır, əfsanə halına gəlmiş Həsən Səbbahın gerçək həyat hekayəsi danışılanlarla nə qədər üst-üstə düşür? Onun ilk terror qrupunun lideri olması, tələbələrinə tiryək içirərək adamlarını cənnəti gördüklərinə inandırmağa çalışması kimi məlumatlar nə qədər doğrudur? İndi də bu suallara cavab tapmağa çalışaq.

Həsən Sabbahın həyatı və maraqlı hekayəsi

Tam adı Həsən ibn Əli ibn Məhəmməd ibn Cəfər ibn Hüseyn ibn Sabbah əl-Hamari olan Xaşxaşi lideri 11-ci əsrin ortalarında (doğum tarixi dəqiq məlum deyil, bəzi mənbələrdə 1034, 1053 kimi göstərilir) dünyaya gəlib. On iki imamın qalası kimi xarakterizə edilən Qum şəhərində doğulan Həsən Sabbah daim mühakimə edən şəxsiyyəti və onu digərlərindən ayıran qüdrəti ilə hər zaman yeni məlumatlar axtarışında  olub.

Həsən Sabbah, Nizamülmülk və Ömər Xəyyam üçlüyü arasında hansı əlaqə olub?

Həsən Sabbah 17 yaşına çatanda İsmailili birisi ilə qarşılaşıb və bu qarşılaşma onu əfsanəvi lider edəcək dönüş nöqtəsi olub. Bəzi mənbələrə görə, Həsən Səbbah Nizamülmülk və Ömər Xəyyamla eyni vaxtda oxuyub. Hətta rəvayət olunur ki, sinif yoldaşı olan üçlük bir-birilərinə aralarında hansı daha öncə uğurlu olarsa, digərlərinə yardım edəcəyinə dair söz verib. Vəzir olan Nizamülmülk Xəyyamın xahişi ilə ona ömürlük təqaüd ayırıb, Həsən Sabbahı heç cür məmnun edə bilməyib. Çünki Sabbahın gözü çox yüksəklərdə imiş. Nizamülmülk yoldaşının onu vəzifəsindən edəcəyi qorxusuna qapılaraq Həsənə böhtan ataraq saraydan uzaqlaşdırıb. Beləliklə Həsən Sabbah içində yanan intiqam atəşiylə Misirə doğru yola çıxıb.
 
Əsrlər əvvəl dağıdılan Ələmuq qalası

Bu hekayəyə bir çox mənbədə yer verilsə də üçlüyün arasında belə bir əlaqə olmadığı, bir çox tədqiqatçı tərəfindən əfsanə kimi səciyyələndirildiyi qeyd olunur.  Ã–mər Xəyyam, Nizamülmülk və Həsən Səbbahın bir-birindən uzaq olan doğum tarixləri də bunu sübut edir. Nəticədə, Rey şəhərindən ayrılıb İsfahan, Azərbaycan, Silvan, Mesopotamiya, Suriya və Fələstin sahillərindən keçən Həsən Sabbah Misirə gəlib çatır. 3 ilini İsmailililərin mərkəzi olan Qahirədə dini işlər görərək keçirir. İsmaililik məzhəbi ilə yanaşı astronomiya, tilsim, hesab və bir çox sahədə də işlər görür. Dövrün məşhur alimlərindən yeni məlumatlar öyrənən Həsən Səbbah 3-cü ilin sonunda Şimali Afrikaya göndərilir. Oradan Suriyaya, sonra isə İsfahana keçərək illərlə ölkəni gəzib İsmaililiyi yaymağa çalışır. Bu bölgəylə xüsusi məşğul olan Həsən Səbbahın buraya maraq salmasının səbəbi isə xalqın zorla İslamı qəbul etməməsi və torpaqlarının çətin fəth edilməsiymiş.


Həmin bölgədə olarkən özü üçün qala kimi istifadə edə biləcəyi bir yer axtaran Sabbah nəhayət axtardığı yeri tapır. Ələmuq qalası məhz Həsən Səbbahın axtardığı xüsusiyyətlərə malik idi. Dar və sıldırım keçidləri aşmaqla əldə edilən qala Şahrud vadisi yaxınlığındakı qayaların üzərində yerləşmişdi. Rəvayətə görə, bir kralın qartalının ora yerləşdiyinə görə  kral qalanı məhz orada inşa etdirib Beləliklə adı da "qartalın təlimi" (Qərb mənbələrdə qartal yuvası) mənasına gələn "Aluh Amut" olub.
Həsən Sabbahın qalanı alması ilə bağlı da müxtəlif hekayətlərdə fərqli fikirlər səsləndirilib. Daha çox bilinən bir rəvayətdə qeyd olunur ki, Səbbah  Ələvi Mehdi adlı hökmdara aid qalaya tərəfdarlarından birini göndərir və Ələmuq insanlarını özünə tərəfinə çəkərək 1090-cı ildə qalanı ələ keçirir. Digər rəvayətdə isə qalanı pul qarşılığında aldığı deyilir. Başqa bir hekayəyə görə isə Həsən Sabbah qalanın rəhbəri ilə bir dananın dərisinin tuta biləcəyi qədər torpaq qarşılığında müqavilə imzalayır. Və dananın dərisini də qalanın keçidinə yerləşdirərək Ələmuqa sahib olur.

Cənnət vəd edən lider

Elbruz sıra dağlarının təpəsində yerləşən qalaya yerləşdikdən sonra Həsən Sabbahın müridlərinin sayı artır. Bu məsələdə Həsən Sabbahın zəkasını işlədərək  tələbələrinə təsir etməsi və onları cənnət vədi ilə aldatması daha çox təsirli olur. Belə ki, Xaşxaş təriqətinin banisi tələbələrini əvvəl xaşxaşla bihuş edir, sonra onları uzun daş bir yolda yeridərək görəcəklərinə hazırlayır və nəhayət Ələmuq qalasının arxa bağçasında olan gizli cənnətə aparr. Özləriırə gələndə ətrafda rəngarəng çiçəklər, ləzzətli yeməklər, heç görmədikləri qədər gözəl qızlar görən adamlar buranın bəhs edilən cənnət olduğuna şəksiz inanırlar. Cənnət vədi ilə liderlərinə bağlanan müridlər oranı yenidən görmək üçün verilən əmrləri sorğu-sualsız yerinə yetirir, ölümdən zərrə qədər də qorxmurmuşlar. Həsən Səbbah tərəfindən cənnətə gedənlər getdikləri yerlərdə hər kəsə gördükləri cənnətin necə bir yer olduğunu danışmaqdan yorulmurdular. Bununla da Həsən Səbbahın fədailərinin sayı getdikcə daha çox artırdı. Bundan başqa fədailərə qatı və sərt təlimlər keçirilirmiş. Təxminən iki min nəfərin yerləşdiyi deyilən Ələmuq qalasında ağır təlimlər verilməklə tələbələrdən məğlubedilməz döyüşçülər yaradılırmış.

Liderlərinin bir sözü ilə intihar edən müridləri

Liderlərinin hər dediyini yerinə yetirən müridlərə təsir etmək üçün tək cənnət vədi deyil, daha başqa şeylər də keçirilib. Məsələn, Həsən Səbbah otağında yalnız başı görünən şəkildə bir fədai basdırıb, üzərinə qan tökülən adam yeni tələbə otağa girdikdə danışmağa başlayırmış. Cənnətə getdiyini və oranın nə qədər gözəl bir yer olduğunu bildirən fədaisinin başı çıxışı bitdikdən sonra həqiqətən də kəsilirmiş. Gözlərinə inanmayan xam tələbə isə bir an əvvəl fədai olmaq istəyirmiş. Həmçinin fədailər yalnız döyüş texnikalarında deyil, din, tarix, coğrafiya kimi mövzularda da yetişdirilirmiş.
Xaşxaşi təriqətinin banisi Həsən Səbbah hər gün bir az da güclənərkən qalasına gələn qonaqlarına təsir etmək üçün bəzi tələbələrini intihar əmri verirmiş. Müridlər də tiryəkin təsiri ilə təpədən aşağıya atılırmışlar. 34 il ərzində Ələmuq qalasından bir dəfə olsun belə ayrılmadığı deyilən Həsən Səbbah bütün bu xüsusiyyətlərinin yanında ədaləti ilə də tanınırmış. Hətta oğullarından Məhəmmədi təriqətin qaydalarını çeynəyərək şərab içməsi səbəbindən gözünü belə qırpmadan öldürüb.

Ədalətli Həsən Sabbah

Ələmuqa yerləşdikdən sonra Böyük Səlcuqlular və Abbasilərə qarşı mübarizə aparmağa başlayan Həsən Səbbah yaşadığı dövrdə 50-yə yaxın sui-qəsd əmri verib. Deyilənlərə görə, Nizamülmülkün ölümü də Xaşxaşi liderinin bir sui-qəsd əmri olub. Çünki Nizamülmülk Ələmuq qalasını almaq üçün 4 ay qalanı mühasirəyə alıb, sonda özü ölüb. Verilən ölüm əmrlərini  yerinə yetirən fədailərin heç bir zaman tutulmamasının səbəbi də aldıqları təhsil olub. Qurbanlarının xilas olmaq şansı olmayan fədailər tutulsalar belə özlərini öldürüblər.

Həsən Sabbahın ölümü və Xaşxaşilərin sonu 

Cəsarəti və qüdrəti ilə ön plana çıxan lider taxta keçən Məhəmməd Taparın ölümündən sonra onun yerinə keçən Sultan Səncərə Ələmuq qalasına hücum etməməsi üçün bir mesaj göndərir. Və mesajı yastığına sancmış bir xəncər imiş. Sarayda belə fədailəri olan Həsən Səbbah bu şəkildə Səlcuqlu sultanının gözünü qorxudur və geri çəkilmə qərarı almasını təmin edir. 
İllərlə qalasını qorumağı bacaran və bir-birindən gözü qara fədailər yetişdirən Xaşxaşi lideri Həsən Səbbah 23 may 1124-cü ildə həyatını itirib. Amma ölməmişdən əvvəl təriqətinin davamı üçün özünə xəlifə də seçib. Həsən Səbbah Tərəfindən yaradılmış nizam liderin ölümündən 14 il sonra, 1256-cı ildə Monqollar tərəfindən dağıdılıb.

Həsən Sabbah haqqındakı fərqli fikirlər

Yuxarıda verdiyimiz məlumatların nə qədər doğru olduğu məsələsi çox mübahisəlidir. Çünki bu məlumatların çoxu Marko Polonun seyahətnamsəinə əsaslanır. Marko Polo Həsən Sabbah haqqındakı mülahizələrini eşitdiyi əfsanəvi hekayələrəsasında yazdığını bildirib. Orta əsrlərin diqqətçəkən lideri ilə bağlı bir çox əsər yazılsa da çoxunda təqdim etdiyimiz bu maraqlı hekayələr yer alıb. Amma elmi əsərlərə baxanda, Həsən Sabbahın ya Şiə məzhəbinə düşmən olan Sünni mənbələr, ya da tərəf tutan xristian mənbələr tərəfindən dəyişdirildiyi və səhv danışıldığı müşahidə edilir.
Məsələn, Sünni qaynaqlarda Həsən Səbbah İslamı azğın şəkildə təbliğ etdiyi söylənilir, Şiə qaynaqlarında isə Səbbahın ədalətli və bərabərhüquqlu bir lider olduğu bildirilir. Hətta onun ədalətinin oğullarının belə poza bilməyəcəyi qədər güclü olduğu, iki oğlunu da qaydalarını pozduqları üçün öldürdüyü yazılır. "Xaşxaş" sözü isə ilk dəfə Səlib mənbələrdə istifadə edilib və Sabbahın fədailərinə bu ad verilib.

Xaşxaşilər kim olub?

Yuxarıdakı məlumatlardan Xaşxaşilərin yəqin ki, kim olduğunu anlamışınız. Amma qısaca olaraq əlavə edək ki, Xaşxaşilərin tarixin ən çox qorxulan və ilk sui-qəsd təşkilatı olduğunu deyilir. Həsən Sabbahın rəhbərliyi ilə ortaya çıxan Xaşxaşilər İsmaililik məzhəbinin Nizariyə qoluna mənsubdur. Səlcuqlular, Səlibçilər, Məbəd Cəngavərləri, Abbasilər və Eyyubilərdən olan mühüm şəxslərə sui-qəsd təşkil ediblər. Pis şöhrətləri ilə ətrafda qorxu yayan təşkilatın adı Qərbdə sui-qəsd mənasına gələn "assassin" kəlməsi ilə bağlıdır. Sözün yaranması barədə fərqli fikirlər olsa da, əsasən təşkilat liderinin sui-qəsdçilərə xəşiş (tiryək) verməsi ilə əlaqələndirilir. Daha sonra bu fədailərə Xaşxaşilər deyilib. Nəticədə, bir çox romana, filmə mövzu olan Xaşxaşilər dünyanın ən sirli təşkilatlarından biri olaraq tarixə düşüb.


Hazırladı: Rumiyyə

Oxşar xəbərlər
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 16:19
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
19 Apr 2024 | 16:07
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
19 Apr 2024 | 16:02
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
19 Apr 2024 | 16:01
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:56
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
19 Apr 2024 | 15:47
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
19 Apr 2024 | 15:44
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 15:35
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
19 Apr 2024 | 15:34
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 15:25
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
19 Apr 2024 | 15:20
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
19 Apr 2024 | 15:17
Meteohəssas insanlar üçün PROQNOZ
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:15
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
19 Apr 2024 | 15:13
Tovuzda qadının üstünə benzin töküb yandırdı
19 Apr 2024 | 15:13
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
19 Apr 2024 | 15:08
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
19 Apr 2024 | 15:02
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
19 Apr 2024 | 14:55
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
19 Apr 2024 | 14:48
Türkiyə XİN İsraillə İrana çağırış edib
19 Apr 2024 | 14:47
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
19 Apr 2024 | 14:47
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
19 Apr 2024 | 14:43
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
19 Apr 2024 | 14:42
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
19 Apr 2024 | 14:41
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
19 Apr 2024 | 14:36
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
19 Apr 2024 | 14:33
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
19 Apr 2024 | 14:25
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
19 Apr 2024 | 14:21
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 14:11
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
19 Apr 2024 | 14:09
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
GÜNLÜK
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
19 Apr 2024 | 07:49
İranda partlayış baş verib
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 22:04
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
AYLIQ
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
19 Apr 2024 | 07:49
İranda partlayış baş verib