Böyük Vətən Müharibəsi və ya “Preventiv” müharibə....
Cəmiyyət
Oxunub: 2930
22 Jun 2017 | 18:58
Böyük Vətən Müharibəsi və ya “Preventiv” müharibə....
1941 -ci il iyunun 22 -də saat 5:30 -da Almaniya Təbliğat naziri Dr. J. Göebbels radio ile A.Hitlerin alman xalqına müraciətini oxuyur. O, müraciətdə Almaniyanın SSRİ -yə müharibə elan etdiyini bildirir. Həmçinin, SSRİ  1939 -cu il “Hücum etməmək haqqında” protokolun şərtlərini pozmaqda ittiham edilir. Beləliklə, İkinci Dünya müharibəsinin ən böyük hərbi əməliyyatlarından biri başlanır. Müharibənin başlanması ilə sovet tarixində yeni bir mərhələ, Böyük Vətən Müharibəsi adlı yeni bir tarixi dövr başlanır. 

Sonralar, sovet tarixşünaslığında müharibənin başlanmasını SSRİ üçün gözlənilməz olduğu haqqında fikirlər dövriyəyə buraxılmışdı. Lakin, SSRİ -nin süqutundan sonra, həmin rəsmi propaqandanı inkar edən alternativ fikirlər ortaya çıxmışdır. Ancaq, hər halda bugünə kimi həmin dövrə aid bir çox sənəddlərin üzərindən hələdə “Tam Məxfi” qrifinin götürülməməsi bu məsələyə dair mübahisələrin uzanmasına səbəb olub. Bütün bunlara baxmayaraq, 22 iyun ərəfəsində baş vermiş hadisələr və faktlar həmin hadisənin üzərinə müəyyən mənada “işıq salmağa” imkan yaradır.  

Əslində, İkinci Dünya Müharibəsi  Birinci Dünya Müharibəsinin məntiqi davamı idi.  

Artıq, 30 -cu illərin əvəllərindən məlum idi ki, Birinci Dünya müharibəsinin nəticəsi olaraq yaradılmış Versal sistemi bir çox ölkələri qane etmir. Həmin sistem yalnız Fransa başda olmaqla bir sıra Şərqi Avropa ölkələrini qane edirdi. Əsas ölkələr Almaniya, Britaniya, İtaliya kimi ölkələr Versal sistemindən narazı idilər. Təbii ki, Almaniya və İtaliyadan fərqli olaraq Britaniya bunu açıq şəkildə bildirməsə də, Fransanın avropadakı hegemonluğu rəsmi Londonu narahat edən məsələlərdən biri idi. Ona görə də, Britaniya yaxın perspektivdə Fransaya qarşı balans yaradacaq “Yeni Almaniya”nın yaranmasında maraqlı idi. Bəs SSRİ -də həmin sistemə münasibət necə idi ?.

Əlbətdə, bir tərəfdən Versal sistemi SSRİ -ni mövcud sərhədlər daxilində mövcudluğuna təminat verirdi. Ona görə də, rəsmi Moskva mövcud status-kvonun  pozulmasında maraqlı deyildi. Ancaq digər tərəfdən, həmin dövrdə SSRİ Avropada gedən siyasi prosseslərdən kənarda qalmış və təcrid olunmuş vəziyyətdə idi. Doğrudu, hələ 1934 cü ildə SSRİ Fransa Xarici İşlər naziri L.Bartunun xüsusi təşəbbüsü ilə Millətlər Liqasına üzv qəbul edilmişdi. Lakin, Cenevrədə yerləşən Millətlər Liqası siyasi prosseslərdə ciddi rol oynaya bilmirdi. Vəziyyətdən çıxış yolu isə, Avropada hərbi ”“ siyasi böhranlı vəziyyətin yaranması ola bilərdi. Bu baxımdan SSRİ- də Versal sisteminin demontajında maraqlı idi. 
Stalin başda olamaqla bolşeviklərdə belə bir inam var idi ki, müharibələr sosialist inqilabları üçün əlverişli şərait yaradır. Axı, 1917 -ci ildə Rusiyada bolşeviklərin hakimiyyəti ələ keçirməsində Birinci Dünya müharibəsi əvəzsiz rol oynamışdı. Bolşeviklərin hakimiyyəti ələ keçirdikləri ilk gündən “Sosialist inqilabının ixracı” konsepsiyası xarici  siyasətin əsas prioritetlərindən biri olub. Doğrudu 20-ci illərdə Stalin Trotskinnin “ Permanent inqilab”doktrinası ilə razılaşmırdı. Cünki, həmin dövrdə Avropadakı ictimai ”“ siyasi və beynəlxalq vəziyyət bunu qeyri ”“ mümkün edirdi. Lakin, 30 -cu illərin ortalarında Avropada yaranmış hərbi ”“ siyasi vəziyyət Stalini həmin doktrinaya qayıtmağa sövq etmişdi. Stalin, Avropada baş verə biləcək müharibəyə “Proletar inqilabı”nın detenatoru kimi yanaşırdı. 
Təsadüfi deyil ki, müharibə başa çatdıqdan sonra, sovet qoşunlarının nəzarəti altında olan Şərqi Avropa ölkələri sosialistləşdirildi.

Məlum olduğu kimi, İkinci Dünya Müharibəsi 1939 -cu il sentyabrın 1 -də nasist Almaniyasının Polşaya hücumu ilə başlanmışdı. Məhz, “Polşa böhranı” (Dançiq problemi) və onun ətrafında cərəyan edən hadisələr Avropada sülh və ya müharibə məsələsinin talehini həll edirdi. Britaniya və Fransa Reyn, Avstriya və Çexoslovakiya böhranı zamanı nümayiş etdirdikləri siyasi - diplomatik loyallığı “ Polşa məsələsi” də nümayiş etdirmək niyyətində deyildilər. Rəsmi Londonun və Parisin qətiyyətli mövqeyi bu dəfə Hitleri hərbi ”“ siyasi baxımdan daha ehtiyatlı hərəkət etməyə məcbur etmişdi.  Əslində, mövcud böhranlı vəziyyət heçdə yalnız Polaşnın deyil, bütövlükdə Şərqi Avropanın gələcək talehini həll edən məsələyə çevrilmişdi. Belə bir şəraitdə isə, SSRİ nin tutacağı mövqe böyük əhəmiyyətə malik idi. 
Sovet və rusiya tarixçilərinin əksəriyyəti belə bir iddia irəli sürürlər ki, həmin dövrdə, Britaniya və Fransanın əsas məqsədi Hitleri şərqə doğru, SSRİ yə qarşı yönəltmək idi. Lakin, tam ideoloji propaqandaya əsaslanan bu cür iddianın heç bir ciddi əsası yoxdu. Əgər rəsmi Londonun və Parisin bu cür niyyəti olsaydı o zaman onlar, Polşa məsələsində daha loyal mövqe nümayiş etdirməli idilər. Çünki, Çexoslovakiyadan fərqli olaraq,  Polşa ərazisindən SSRİ nin qərb sərhədlərinə birbaşa çıxış imkanı əldə edilirdi. 

Beləliklə, vəziyyət istər  - istəməz elə xarakter almışdı ki, son söz sahibi məhz Stalin idi. Məhz onun qəbul edəcəyi son qərar Avropada sülh və ya müharibə məsələsinə aydınlıq gətirməli olmuşdu. Təbii ki, Stalin bu üstünlüyündən maksimum dərəcədə faydalanmağa çalışır.

Yaranmış vəziyyəti çox gözəl başa düşən müttəfiqlər (Britaniya və Fransa) və Almaniya SSRİ ilə əməkdaşlıq etməklə Avropadakı hərbi  -strateji qüvvələr nisbətini öz xeyirlərinə dətişmək üçün cəhdlər edirlər.  

1939 -cu ilin aprelində Moskvada Britaniya, Fransa və SSRİ arasında kollektiv təhlukəsizliyə dair danışıqlar başlanır. Danışıqlar SSRİ Xalq Xarici İşlər komissarı M. Litvinovla həmin ölkələrin SSRİ dəki səfirləri səviyyəsində aparılırdı. Artıq, bir sıra məsələlərdə qarşılıqlı razılaşmalarda əldə edilmişdi. Lakin, danışıqların gedişi prossesində mayın 3 -də gözlənilmədən, müxtəlif bəhanələrlə M. Litvinov vəzifəsindən azad edilir. Bu dəfə SSRİ ni danışıqlarda V. Molotov əvəz edir. Məhz, Molotovun danışıqlar prossesinə qoşulması ilə diplomatik danışıqlar dalana dirənir. Belə ki, danışıqlar prossesində Molotov “Dolayı təcavüz” termini adı altında yeni şərtlər irəli sürür. Sovet tərəfi belə bir təkliflə çıxış edir ki, imzalanacaq razılaşmaya əlavə bəndd daxil edilsin. Sovet tərəfinin təklifinə əsasən, Şərqi Avropa ölkələri, Yunanıstan, Türkiyə və Belçikaya qarşı hər hansı bir hərbi təcavüz təhlükəsi yarandıqda və ya belə bir təhlukə olmadıqda tərəflər həmin ölkələrin ərazisinə ordu yeridə bilər. Təbii ki, sovet tərəfinin hüquqi məntiqsizliyi danışıqlarda fasilənin yaranmasına səbəb olur. Əslində, həmin təkliflə sovet tərəfi açıq şəkildə Şərqi Avropanın onun nüfuz dairəsinə daxil edilməsini tələb edirdi. 
Əlbətdə Stalin lap əvvəldən çox gözəl başa düşürdü ki, Britaniya və Fransa Şərqi Avropadakı mövcud status kvonun dəyişdirlməsinə razı olmayacaqlar. Çünki, danışıqlarında əsas predmeti məhz mövcud status kvonun saxlanmasına nail olmaqdan ibarət idi.  

Lakin, diplomatik danışıqların obyektinə çevrilmiş Şərqi Avropa ölkələrinində bu məsələdə mövqeyi təbii ki, həlledici faktorlardan biri idi. Danışıqlarda SSRİ nin mövqeyindən xəbər tutan bir sıra ölkələr təhlükəsizlikləri baxımından alternativ tədbirlər görməyə başlayırlar. Həmçinin, Çexoslovakiya təcrübəsindən çıxış edən həmin ölkələr artıq, Britaniya və Fransayada etibar etmirdilər. Buna görə də, 1939 -cu il iyunun 7 -də Latvia və Estoniya Almaniya ilə hücumetməmək haqqında ikitərəfli müqavilə imzalayırlar. Litva isə Almaniya ilə həmin müqaviləni hələ mart ayında imzalamışdı. Finlandiya, Polşa və Rumıniya isə, qəti şəkildə öz ərazilərində hər hansı bir formada sovet qoşunlarını görmək istəmədiklərini bildirirlər.      

1939 -cu il avqustun 11 -də müttəfiqlərin nümayəndə heyəti əməkdaşlığın hərbi aspektlərini müzakirə etmək üçün admiral Draks başda olmaqla Moskvaya gəlir. Nümayəndə heyəti ilə görüşən SSRİ Xalq Müdafiə komissarı K. Voroşilov açıq şəkildə əməkdaşlıqdan imtina edir.  

Müttəfiqlərlə əməkdaşlıqdan imtinanın əsas səbəbi isə, həmin dövrdə  SSRİ ilə Almaniya arasında aparılan gizli danışıqlar idi. Rəsmi Berlinlə gizli  danışıqları SSRİ nin Almaniyadakı müvəqqəti işlər müvəkkili Q.Astaxov aparırdı. Həmin danışıqlarda müttəfiqlərdən fərqli olaraq, Almaniya Şərqi Avropanı SSRİ ilə nüfuz dairəsinə bölüşdürmək üçün gizlin protokolun imzalanmasına razılıq vermişdi. Müqaviləni imzalamaq üçün Almaniya Xarici İşlər naziri fon Ribbentropun Moskvaya səfəri planlaşdırılmışdı. Sovet  - Alman razılaşması ilə əlaqədar olaraq Almaniyanın Təbliğat naziri Göebbels şəxsi gündəliyinə belə qeyd etmişdi : “ Moskva ilə pakt əla ideyadı. Ribbentrop şənbə günü Moskvada olacaq. Bu çox yaxşıdı. İndi rahat yatmaq olar.” 

Stalin çox gözəl başa düşürdü ki, Britaniya və Fransa ilə təhlükəsizlik müqaviləsi imzalanarsa bu, Hitleri müharibəyə başlamaqdan çəkindirəcək. Stalinə isə, böyük planları həyata keçirmək üçün “Böyük müharibə” lazımdı. Hitlerlə əməkdaşlığa gedən Stalin müharibənin “Yaşıl işığını” yandırmış oldu.   
1939 -cu il avqustun 19 -da “Almaniya ilə SSRİ arasında ticarət müqaviləsi ” imzalanır. Bundan dörd gün sonra isə, avqustun 23 -də Moskvada “Almaniya ilə SSRİ arasında on il müddətinə hücumetməmək haqqqında müqavilə” və Şərqi Avropanın iki ölkə arasında nüfuz dairəsinə bölüşdürməsi haqqında gizlin protokol imzalanər. Beləliklə, avropada alman ”“ sovet alyansı yaranır. SSRİ ilə ticarət əməkdaşlığına nail olan Hitler avropada aparacağı müharibələr üçün SSRİ vassitəsilə geniş iqtisadi resurslar əldə edir. SSRİ isə, bunun müqavilində Almaniyadan yeni texnologiyalar alır. Həmçinin, hərbi  - siyasi əməkdaşlıq vassitəsilə, Hitler şərqdən ola biləcək potensial hərbi təhlükənin neytrallaşdırılmasına nail olmaqla iki cəbhədə müharibə təhlükəsindən xilas olur. Bu isə ona, bütün resursları Polşa, Fransa və Britaniyaya qarşı müharibəyə cəlb etmək imkanı verir. 

1939 -cu il sentyabrın 17 -də alman  -  sovet razılaşmasına əsasən sovet qoşunları Şərqi Polşa ərazisinə daxil olaraq ərazini işgal edirlər. Sentyabrın 22 -də isə Brest ”“ Litovskda birgə sovet ”“ alman hərbi nümayişi keçirilir. 1940 -cı ilin iyununda Fransa məğlub olduqdan sonra SSRİ Rumıniyanın Bessarabiya və Yuxarı Bukovina ərazilərini işğal edir. 

1940 -cı il iyulun 19- da Reyxstaqda cıxış edən Hitlerk Britaniya ilə müharibənin heç bir mənası olmayan müharibə kimi qiymətləndirir və faktiki olaraq, sülh təklifi ilə çıxış edir. İyulun 22 -də isə, Britaniya Xarici İşlər naziri E. Halifaks Britaniya hökuməti adından çıxış edərək həmin təklifi rədd edir. Bu, Hitlerin müharibə başlandıqdan sonra ikinci sülh təklifi idi. Birinci sülh təklifi hələ 1939 -cu il oktyabrın 6 -da Britaniya və Fransaya edilmişdi. Həmin təklifə əsasən, alma qoşunları Polşadan çıxır, polşa dövləti yenidən bərpa edilir, Dançiq şəhəri və Şərqi Prussiya ilə Pommern arasındakı dəhliz Almaniyanın nəzarəti altında qalırdı. Lakin, beynəlxalq aləmdə siyasi etmiadını itirmiş Hitlerin həmin təklifləri məntiqi olaraq heç bir müsbət nəticə vermir. 

Hitlerin sülh təklifinin Britaniya tərəfindən rədd edilməsi bütün şübhələri Stalinə yönəldir. Məntiqi olaraq belə bir sual ortaya çıxır. Faktiki olaraq izolyasiya şəraitində olan, avropada heç bir real müttəfiqi qalmayan U.Çörçill nəyə arxayındı?. Amerikaya ?. Amerika siyasi ”“ diplomatik baxımdan avropada bir o qədərdə aktiv deyil. Birinci dünya müharibəsindən sonra, Amerika yenidən izolyasiya siyasətinə qayıtmış və prezident V.Vilsonun şəxsi təşəbbüsü ilə yaradılmış Millətlər Liqasında belə təmsil olunmayıb. Həmdə, indi Amerikanı Uzaq Şərqdə və Sakit Okean hövzəsindəki Yaponiyanın hərbi fəaliyyəti daha çox narahat edir. Amerika variantı daha az real görünür. Yeganə olaraq Rusiya etimalı qalır. Deməli, Çörçill Stalinə arxayındı.

 Ã–z növbəsində isə, Hitlerin Britaniyaya sülh təklifi ilə çıxış etməsi SSRİ də şübhələr yaradır. 
Hitler onsuzda izolyasiya şəraitində olan Britaniyaya nəyə görə sülh təklifi etsin ? Doğrudu dənizdə və havada Britaniya ordusu üstünlüyə malikdi. Lakin, bu yalnız özünü müdafiə üçün yetərlidi. Britaniya indiki şəraitdə kontinental avropada hərbi əməliyyatlar aparmaq imkanına malik deyil. Belə olan şəraitdə Britaniya ilə sülh Hitlerin nəyinə gərəkdi ?. Əgər tərəfələr arasında sülh müqaviləsi imzalanarsa bu, Britaniyanın müharibədən çıxması deməkdi.  Belə olan təqdirdə, Almaniya qərb cəbhəsindən xilas olur və bütün diqqətini və hərbi qüdrətini şərqə  - SSRİ yə qarşı cəmləmək imkanına malik olur. Hətda son anda SSRİ yə qarşı birgə almaniya  - britaniya ittifaqıda yaradıla bilər.   

Beliklə, U. Çörçillin inadkar mövqeyi Hitlerlə Stalin arasındakı qarşılıqlı etimadsızlığı artıran faktora çevrilir. Digər bir hadisə isə, tərəflər arasındakı inamsızlığı daha da dərinləşdirir. 
1940 -ci il noyabrın 12 ”“ 15 SSRİ Xalq Komissarlar Sovetinin sədri, Xarici İşlər komissarı V. Molotov rəsmi səfərlə Berlində olur. Molotovla görüşən Hitler tezliklə Britaniyanı məğlub edəcəyini bildirir və imperiyanın dünya üzrə səpələnmiş mülklərini bölüşdürməyi təklif edir. O, SSRİ yə Hindistan və İrandakı Britaniyaya məxsus neft mədənlərinin olduğu əraziləri tutmağı təklif edir. Lakin, SSRİ ni həmin ərazilər deyil, Şərqi Avropa maraqlandırırdı. Hələ Hitlerlə görüşə getməzdən əvvəl Stalin Molotova yazılı şəkildə aşağıdakı təlimatı göndərmişdi : 

Tam Məxfi
Sovet qoşunlarının həmin ərazilərə daxil olması şərti ilə SSRİ nin maraq dairəsinə Bolqarıstan və Dunay çayı daxil edilməlidi. Həmçinin Rumıniya, Macarıstan və Türkiyə məsələlərinə də aydınlıq gətirilməlidi. SSRİ nin Bosfor ve Dardanel boğazlarında hərbi dəniz bazalarının olmasının vacibliyi nəzərə alınmalıdı. 

SSRİ- ni bir Baltik ölkəsi olaraq Finlandiyada maraqlandırır.  ” 

Berlin danışıqlarında Hitler diplomatik dillə açıq şəkildə Şərqi Avropanı SSRİ ilə nüfuz dairəsinə bölüşdürmək istəmədiyini bildirir. Həmdə Hitleri narahat edən əsas məsələlərdən biri də ondan ibarət idi ki, iyun ayında sovet qoşunları Rumıniyanın Bessarabiya ərazisi ilə yanaşı, Yuxarı Bukovinanıda işğal etmişlər. Halbuki, Yuxarı Bukovina məsələsi 1939 -cu il 23 avqust tarixli imzalanmış gizlin protokolda əks olunmamışdı. Bundan başqa, Fransa məğlub edildikdən sonra, Rumıniya artıq Almaniyanın müttəfiqi idi. Hitlersə Rumıniyaya özünün əsas neft bazası kimi baxırdı. Molotov isə Rumıniya və Finlandiyada alman hərbi təlimçilərinin yerləşdirilməsindən narahat olduqlarını qeyd edir və məsələyə aydınlıq gətirilməsini istəyir.  

Berlin səfərindən sonra, Politbüronun iclasında çıxış edən Molotov Hitleri çox gözəl nitq qabiliyyəti, qarşısındakına psixoloji təsir etməyi bacaran və gözəl aktyorluq qabiliyyəti olan bir şəxs kimi xarakterizə edir. Sonda isə çıxış edən Stalin, Almaniya ilə müharibənin mütləq qaçılmaz olduğunu və buna hazır olmağın vacibliyini bildirir.   

Beləliklə, tərəflər açıq şəkildə müharibəyə hazırlaşırlar. 

Stalin çox gözəl başa düşürdü ki, Hitlerə müqavimət göstərən Çörçill onun təbii müttəfiqidi. Lakin, narahat doğuran əsas məsələ Yaponiyanın mövqeyi idi. Məhz, Yaponiya faktoru SSRİ ni iki cəbhədə müharibə aparmaq təhlükəsi ilə üz  - üzə qoyurdu. Ona görə də, ilk növbədə Uzaq Şərqdən mümkün ola biləcək potensial təhlükənin neytrallaşdırılması əsas məsələ kimi qarşıda dayanmışdı. 

Hüquqi baxımdan Almaniya ilə müttəfiq olan Yaponiyanı isə, daha çox Uzaq Şərq regionu maraqlandırırdı. Bundan əlavə, Çin məsələsində Almaniya ilə Yaponiya arasında fikir ayrılığı yaranmışdı. Bundan istifadə edən sovet tərəfi Yaponiya ilə yaxınlaşma siyasəti yürütməyə başlayır.  Bunun nəticəsi olaraq, 1941 -ci il aprelin 13 -də Moskvada  Molotovla Yaponiya Xarici İşlər naziri Y. Maçuoka tərəfindən iki ölkə arasında bitərəflilik haqqında pakt imzalanır. SSRİ Yaponiya ilə olan münasibətlərə o dərəcədə üstünlük verirdi ki, hətda Stalin şəxsən özü Yaponiya Xarici İçlər nazirini yolasalma mərasimində iştirak etmək üçün dəmiryol vağzalına getmişdi.  

1941 -ci il yanvarın 14 -də Q. Jukov Baş Qərargah rəisi təyin edilir və o, fevralın 12 -də “Səfərbərlik haqqında” tərtib edilmiş yeni planı təsdiqləyir. May ayında isə, SSRİ də hərbi təlimlər adı altında faktiki olaraq səfərbərlik elan edilir. Həmin prosses zamanı, 793 min şəxs orduya çağrılır. Bundan əlavə, Uzaq Şərqdəki hərbi hissələrin əksəriyyəti təcili şəkildə Qərb hərbi dairələrinə köçürülür. Beləliklə, 1941 -ci il 22 iyun ərəfəsində SSRİ təxminən altı milyonluq orduya malik idi ki, bu da dünyada ən böyük ordu hesab olunurdu. Qərb istiqamətində yerləşdirilmiş ordu hissələrinin böyük əksəriyyəti isə kazarmalar olmadığı üçün Belorusiya və Ukrainanın meşələrində, çadırlarda yerləşdirilmişdilər. Sovet rəhbərliyi maksimum dərəcədə həmin tədbirləri məxfi şəraitdə aparmağa üstünlük verirdi. Lakin, bu miqyasda hərbi tədbirlərin məxfi şəraitdə aparılması faktiki baxımdan mümkün deyildi. Təbii ki, Hitler başa düşürdü ki, sovet tərəfinin gördüyü bütün bu hərbi ”“ diplomatik tədbirlər ilk növbədə ona qarşı yönəlib. 
1941 -ci il aprelin 29 -da Hitler “Sport Palace” da gənc zabitlər qarşısında məxfi məruzə ilə çıxış edir. O, çıxışında belə deyir: “ Tezliklə elə bir hadisə baş verəcək ki, bu çoxları üçün anlaşılmaz olacaq. Avropanın başı üzərində qırmızı vəba baş qaldırıb ”  

1941 -ci il mayın 5 -də isə Stalin Hərbi Akademiyanın məzunları qarşısında məxfi məruzə ilə çıxış edir. O, çıxışında orduda həyata keçirilən islahatlar haqqında danışır və bildirir ki, sovet ordusunda diviziyaların sayı 120 dən 300 çatdırılıb. Ordunun ən müasir aviasiya, tank və artilleriya sistemləri ilə təchiz edildiyini bildirir. Almaniyanı isə, əsas düşmən dövlət elan edir. Daha sonra, təşkil edilmiş ziyafətdə çıxış edən Stalin belə deyir: “ Biz, ordumuzu müasir texnika ilə təchiz edənədək müdafiə xətti yeridirdik. İndisə ordumuzu rekonstruksiya etdikdən və müasir döyüş texnikaları ilə təchiz etdərək güclü olduğumuz üçün müdafiədən hücuma keçməliyik  ” 

Bir sıra sovet və rus tarixçilərinin SSRİ ni yalnız özünü müdafiə etməsi haqqında uydurduğu miflər tam alt  - üst olur. Tarixi faktlar onu sübut edir ki, Stalin  avropada geniş miqyaslı hücum müharibəsinə hazırlaşırdı. 

Bugün heç kimə sirr deyil ki, Böyük Vətən Müharibəsinin ilk mərhələsində sovet qoşunlarının məğlubiyyətinin bir sıra səbəbləri ilə yanaşı əsas səbəblərdən biri də, sovet ordu hissələrində yerli topoqrafik xəritələrin olmaması idi. Topoqrafi xəritəsi olmayan ordu isə, hərbi baxımdan “Kor ordu” dan başqa bir şey deyil. Bu zaman belə bir sual ortaya çıxır. Doğurdanmı böyük müharibəyə hazırlaşan sovet ordusu bu dərəcədə vacib məsələyə əhəmiyyət verməyib ?. Təbii ki, yox. 

 Bir anlığa belə təsəvvür edək ki, müharibənin ilkin mərhələsində sovet qoşunlarının kütləvi məğlubiyyətinin əsas səbəblərində biri olan topoqrafik xəritələrin çatışmazlığı idi. Həmin dövrdə, bu sahəyə rəhbərlik edən şəxsi sözsüz ki, həbs və güllələnmə gözləyirdi. O dövrdə Müdafiə Komissralığının mətbəsinə general - leytenant  M. K. Kudryavçev rəhbərlik edirdi. Lakin, Kudryavçev nəinki həbs edilmədi, heç istintaqa belə cəlb edilmədi. O, uzun müddət  - 30 il ”“ bu sahəyə (1938 - 1968) rəhbərlik etdi.  General M. K. Kudryavçevin cəzalanmaması tam təbii idi. Çünki o, heç bir cinayət etməmiş əksinə, verilən tapşırıqları yüksək səviyyədə icra etmişdi. Məsələnin əsl mahiyyəti bundan ibarətdir ki, Müdafiə Komissarlığının mətbəəsi müharibə ərəfəsində 100 minlərlə topoqrafik xəritələr çap edərək hərbi hissələrə göndərmişdi. Sadəcə olaraq həmin xəritələr yerli ərazilərin deyi, Şərqi Prussiyanın topoqrafik xəritələri idi. Maraqlıdı ki, “müdafiəyə” hazırlaşan ordu öz ərazisinin deyil, başqa ərazilərin topoqrafik xəritələri ilə təchiz edilmişdi. Təbii ki, hücuma hazırlaşan sovet ordusu üçün yerli deyi, hücum edəcəyi ərazinin topoqrafik xəritəsi lazım idi. Bundan əlavə, hələ 1941 ci ilin fevralında həmin mətbəədə zabitlər üçün yüz minlərlə “Rus ”“ Alman qısa hərbi danışıq kitabcası” çap edilərək paylanmışdı. Doğurdanmı, sovet zabiti Ukraina və ya Belorusiyada bir kəndə gələrək yerli sakindən nəyisə soruşmaq üçün rus dilində deyil, alman dilində lüğətdən istifadə etməli idi ?. Bu zaman, sovet ordusunun müdafiə xarakterli müharibəyə hazırlaşdığını iddia edən tarixçilər təbii ki, gülünc vəziyyətə düşürlər. Bu cür danışıq kitabçaları yalnız alman dilində deyil ingilis, fin, rumın, macar, türk, fars və çin dillərində də çap edilmişdi.       

Beləliklə, həmin dövrdəki tarixi faktlara qısa nəzər saldıqda tam aydın olur ki, Hitler 1941 -ci il iyunun 22 -də SSRİ yə hücum etməklə Stalini qabaqlamış, sovet ordusunun Qərb cəbhəsində tam komplektləşdirilərək geniş miqyaslı hücum planının qarşısını almaq məqsədilə “Preventiv müharibə” yə başlamışdı. Lakin, sonrakı hadisələr onuda göstərdi ki, Hitler özüdə həmin müharibəyə tam hazır deyildi. 

Surxan Lətifov 

Oxşar xəbərlər
01:32, Bu gün
KİV: Müharibədən qayıtmış Rusiya hərbçiləri ümumilikdə 100-dən çox insanı qətlə yetiriblər
01:09, Bu gün
FHN bu stansiyada təlim keçirəcək
01:02, Bu gün
ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır
01:01, Bu gün
Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib
00:39, Bu gün
Bakıda avtomobil aşıb: Xəsarət alanlar var
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 23:25
FİFA və UEFA İspaniya klublarını beynəlxalq turnirlərdən kənarlaşdıra bilər
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:26
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
25 Apr 2024 | 21:36
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
25 Apr 2024 | 21:36
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
25 Apr 2024 | 21:34
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
25 Apr 2024 | 21:33
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
25 Apr 2024 | 21:31
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var
25 Apr 2024 | 21:06
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
25 Apr 2024 | 21:05
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
25 Apr 2024 | 20:52
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
25 Apr 2024 | 20:47
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
25 Apr 2024 | 20:30
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
25 Apr 2024 | 20:08
Şagirdlərin tətil günləri AÇIQLANDI
25 Apr 2024 | 20:05
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
25 Apr 2024 | 19:55
SOCAR: “Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər” - FOTO
25 Apr 2024 | 19:50
Tanınmış müğənninin həyat yoldaşı iflic oldu - FOTO
25 Apr 2024 | 19:45
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
25 Apr 2024 | 19:40
İranın 10-dan çox əyaləti daşqınlardan zərər çəkib - FOTO
25 Apr 2024 | 19:36
Quba sakinlərini qorxuya salan körpü təmir ediləcək? - VİDEO
25 Apr 2024 | 19:32
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
25 Apr 2024 | 19:28
Türkiyə kəşfiyyatı PKK-nın iki rəhbər şəxsini ələ KEÇİRDİ
25 Apr 2024 | 19:25
UNEC-in Kitabxana İnformasiya Mərkəzi yeni layihəyə start verir
25 Apr 2024 | 19:22
Prezidentin təyyarəsi Füzulidən Berlinə uçdu - FOTO
25 Apr 2024 | 19:20
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir - FOTOLAR
25 Apr 2024 | 19:15
Evliliklərinin yeddinci ilini qeyd etdilər - FOTO
25 Apr 2024 | 19:10
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
25 Apr 2024 | 19:05
DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi - FOTO/VİDEO
25 Apr 2024 | 19:00
Ali Radanın deputatı: “Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz”
25 Apr 2024 | 18:57
Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 18:53
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - FOTO/VİDEO
25 Apr 2024 | 18:47
Aprelin bütün sosial ödənişləri YEKUNLAŞDI
25 Apr 2024 | 18:44
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO
25 Apr 2024 | 18:40
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
25 Apr 2024 | 18:27
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
25 Apr 2024 | 18:24
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
25 Apr 2024 | 18:21
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEO
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
25 Apr 2024 | 18:08
Azərbaycan-Macarıstan biznes forumu keçirilib - FOTOLAR
25 Apr 2024 | 18:02
Vardanyanın puluna göz dikən kollektiv Qərb: ABŞ özünün siyasi əqidəsinə xəyanət edir - ŞƏRH + FOTO
25 Apr 2024 | 17:59
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub
25 Apr 2024 | 17:56
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:54
COP29 sülh prosesinin nəticəsidir
25 Apr 2024 | 17:50
Mavi yanacaqla təmin edilən 50 evdən ibarət yeni yaşayış massivi - VİDEO
25 Apr 2024 | 17:47
Aleksandr Maslyakov "Şən və Hazırcavablar Klubu"nun aparıcısı postunu tərk edir
25 Apr 2024 | 17:42
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
25 Apr 2024 | 17:38
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:36
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı - FOTO
25 Apr 2024 | 17:34
Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
25 Apr 2024 | 17:32
Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub - FOTO
25 Apr 2024 | 17:30
“Bakcell” ilə innovasiya dövrü başlayır!
25 Apr 2024 | 17:29
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxdı - FOTO
25 Apr 2024 | 17:25
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:24
DGK-da I rübün yekunlarına həsr olunan kollegiya iclası keçirildi - FOTOLAR
25 Apr 2024 | 17:22
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:20
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
25 Apr 2024 | 17:17
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
25 Apr 2024 | 17:15
Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”
25 Apr 2024 | 17:13
Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
25 Apr 2024 | 17:09
Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ
25 Apr 2024 | 17:07
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
25 Apr 2024 | 17:05
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR
25 Apr 2024 | 17:00
Kuçino faciəsi – 48 il fəaliyyət göstərən düşərgədə  minlərlə ölüm faktı gizlədilib
25 Apr 2024 | 16:58
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 16:57
"Bizimlə qonşu olan ölkələr durmadan silahlanır, bu, onların nəyinə lazımdır ki?" - Lukaşenko
25 Apr 2024 | 16:53
Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”
25 Apr 2024 | 16:48
"Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir" - Vüqar Rəhimzadə
25 Apr 2024 | 16:44
Bakıdan olan bir qrup abituriyent BDU-da - FOTOLAR
25 Apr 2024 | 16:40
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - FOTO
25 Apr 2024 | 16:36
Kiçik Vardanyan üçün CNN tribunası: Separatçı caninin milyardları uğrunda savaş - ŞƏRH + FOTO
25 Apr 2024 | 16:32
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
25 Apr 2024 | 16:28
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
25 Apr 2024 | 16:24
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
25 Apr 2024 | 16:22
Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır
25 Apr 2024 | 16:20
Erməni azlığının arxasında gizlənən Tehran: İranda açılan “soyqırımı” mərəkəsi - ŞƏRH + FOTO
25 Apr 2024 | 16:16
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB
25 Apr 2024 | 16:14
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
25 Apr 2024 | 16:13
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
25 Apr 2024 | 16:12
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
25 Apr 2024 | 16:10
İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi - FOTO
25 Apr 2024 | 16:09
Xocalıda insan qalıqları aşkar edildi - FOTO/VİDEO
25 Apr 2024 | 16:07
17 ildir itkin sayılan SEPAH generalı ABŞ-də yaşayır, MKİ onu himayə edir - XÜSUSİ HESABAT + FOTO
25 Apr 2024 | 16:05
Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi - FOTOLAR
25 Apr 2024 | 16:04
Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”
25 Apr 2024 | 16:02
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib - FOTO
25 Apr 2024 | 16:00
Məktəblərdə tətil başlayır - 5 günlük istirahət...
GÜNLÜK
25 Apr 2024 | 08:00
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
25 Apr 2024 | 10:15
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
25 Apr 2024 | 07:26
Ayaqlarınız tərləyir, göbələk sizə əzab verir?  - Cəmi 15 qəpiklik çarə
25 Apr 2024 | 07:33
“Laçın yolundan da Rusiya bayrağı götürüldü...- Sülhməramlılar çıxmaqda davam edir...”
25 Apr 2024 | 08:36
Vardanyanın şairə bacısı qondarma “soyqırım” abidəsi önündə qardaşına azadlıq istədi...-FOTO
25 Apr 2024 | 06:39
Bir-birinə bənzəyən estetik əməliyyat keçirmiş ÜZLƏR  - Cəmiyyətin gözəllik anlayışı niyə DƏYİŞİB?
25 Apr 2024 | 06:42
Qarışqanın təvəkkülü və qənaəti...-İbrətamiz
25 Apr 2024 | 07:13
Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir
25 Apr 2024 | 09:00
Süni spermatozoidlər yaradılacaq
25 Apr 2024 | 07:58
Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
AYLIQ
25 Apr 2024 | 08:00
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
25 Apr 2024 | 10:15
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
25 Apr 2024 | 07:26
Ayaqlarınız tərləyir, göbələk sizə əzab verir?  - Cəmi 15 qəpiklik çarə
25 Apr 2024 | 07:33
“Laçın yolundan da Rusiya bayrağı götürüldü...- Sülhməramlılar çıxmaqda davam edir...”
25 Apr 2024 | 08:36
Vardanyanın şairə bacısı qondarma “soyqırım” abidəsi önündə qardaşına azadlıq istədi...-FOTO
25 Apr 2024 | 06:39
Bir-birinə bənzəyən estetik əməliyyat keçirmiş ÜZLƏR  - Cəmiyyətin gözəllik anlayışı niyə DƏYİŞİB?
25 Apr 2024 | 06:42
Qarışqanın təvəkkülü və qənaəti...-İbrətamiz
25 Apr 2024 | 07:13
Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir
25 Apr 2024 | 09:00
Süni spermatozoidlər yaradılacaq
25 Apr 2024 | 07:58
Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb