Xəbər lenti
24/07/2017 [01:49]:
Yaradıcılıq üçün gərəkli zamandır - Günün qoroskopu
24/07/2017 [00:13]:
“Akif Çovdarovun Tağı Əhmədovla bağlı səsləndirdiyi fikirlər yoxlanılmalıdır”
24/07/2017 [00:01]:
Şəmkirdə kababdan kütləvi zəhərlənmə - 15 nəfər xəstəxanalıq oldu
23/07/2017 [23:31]:
İranda 5,4 bal gücündə zəlzələ oldu
23/07/2017 [23:24]:
"Azərışıq" qurunun oduna yaşı da "yandırdı" - MÜRACİƏT...
23/07/2017 [22:55]:
Rumıniyada 12 amerikalı hərbçi yaralandı
23/07/2017 [22:54]:
Mosulda İŞİD polisinin rəhbəri öldürüldü
23/07/2017 [22:53]:
İsrailin İordaniyadakı səfirliyinə terror hücumu oldu
23/07/2017 [22:50]:
Şəmkirdə kütləvi zəhərlənmə...
23/07/2017 [22:48]:
Ermənistanda hərbi hissəni tərk etmiş çavuş asılmış vəziyyətdə tapıldı
23/07/2017 [22:10]:
Bərdədə bir nəfər Kürdə batdı
23/07/2017 [21:24]:
İran və Rusiya birgə helikopter istehsal edəcək
23/07/2017 [20:47]:
ABŞ-da dəhşətli hadisə - Yük maşınından cəsədlər tapıldı
23/07/2017 [20:44]:
Bakı çimərliyində qəribə hadisə - Turisti paltarsız qoydular
23/07/2017 [20:04]:
Rusiyanın hərbi gəmiləri Bakıya gəldi– FOTO/VİDEO
23/07/2017 [19:54]:
Türkiyə bəzi İŞİD-çilərin siyahısını Azərbaycanla birgə HAZIRLAYIB
23/07/2017 [19:52]:
"Bir neçə hərbi əməliyyat barədə yaza bilmədim" -Kitabı çıxan Rey Kərimoğlu
23/07/2017 [19:51]:
Dövlət büdcəsindən oğurlanan pullar xarici bazarlara yatırılıb - Tağı Əhmədova daha bir ittiham
23/07/2017 [19:48]:
Keçmiş döyüşçülər: “Cinayətkar Koçaryanlar, Sarkisyanlar cəzalarını almalıdır”
23/07/2017 [19:39]:
Ağdama işğaldan sonra 2 dəfə gedən kəşfiyyatçı: “Meyitlər pis gündə idi”
23/07/2017 [19:26]:
"Liverpul" və "RB Leypsiq" Nabi Keytanın transferi ilə bağlı razılığa gəldilər
23/07/2017 [19:22]:
"Putindən tələb edəcəm ki..." - Poroşenko
23/07/2017 [19:13]:
Flora Kərimova: “Qızımın dünyaya gəlməsini istəmirdim”
23/07/2017 [19:11]:
Qüds gərginliyi İsraili narahat etməyə başladı
23/07/2017 [19:04]:
Tovuzda iki minik avtomobili toqquşub
23/07/2017 [18:49]:
Bitməyən tıxacların şəhəri Bakıda avtomobil sayı – ARAŞDIRMA
23/07/2017 [18:32]:
Hava şəraitinin dəyişəcəyi barədə XƏBƏRDARLIQ
23/07/2017 [18:17]:
Tbilisinin keçmiş meri Bakıdan qayıdarkən qəzaya düşdü
23/07/2017 [18:13]:
Rusiyalı deputat prezidentlərin Soçi görüşü haqda
23/07/2017 [18:12]:
Türkiyədə iş adamına quldur basqını: 4 Azərbaycan vətəndaşı Atatürk aeroportunda yaxalandı
23/07/2017 [18:05]:
Britaniya şirkəti batmış gəmidə 4 ton qızıl aşkarladı
23/07/2017 [18:03]:
Moskvada etiraz aksiyası
23/07/2017 [17:37]:
Sumqayıtda binada yanğın həyəcanı: 8 nəfər təxliyə olundu
23/07/2017 [17:25]:
Dənizdə sekslə məşğul olan cütlüyü polis saxladı - VİDEO
23/07/2017 [17:17]:
İnanılmaz olay! Hamilə qadın tabutda uşaq dünyaya gətirdi – FOTO
23/07/2017 [17:13]:
Tanınmış şair vəfat etdi – FOTO
23/07/2017 [17:03]:
Türkiyənin qədim Aksaray vilayətində Qarabağ parkı və Xarıbülbül abidəsinin açılışı olub - FOTOLAR
23/07/2017 [16:41]:
İŞİD terrorçuları qadın geyimində qaçarkən tutuldular
23/07/2017 [16:37]:
Ağdam - “Ağdam” çaxırı içiləndə artıq işğal edilmişdi...- Fikir savaşı
23/07/2017 [16:09]:
SSRİ-nin ilk leqal milyoneri vəfat edib
23/07/2017 [15:56]:
ABŞ Konqresi Rusiyaya qarşı yeni sanksiyaları təsdiqlədi
23/07/2017 [15:52]:
İşdən çıxan mətbuat katibi Ağ Evdəki soyuducunu oğurladı – FOTO
23/07/2017 [15:49]:
Qax Mərkəzi Rayon Xəstəxanasında yanğın olub - FOTO
23/07/2017 [15:44]:
İsrail Fələstinli deputatları həbs etdi
23/07/2017 [15:33]:
Türkiyə Silahlı Qüvvələrinin heyəti 40 faiz azalıb
23/07/2017 [15:25]:
Boksçularımız Dağıstanda 3 medal qazanıblar
23/07/2017 [14:44]:
I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının cavabları açıqlandı
23/07/2017 [14:40]:
Bu il 8 azərbaycanlı Ukrayna vətəndaşlığı aldı
23/07/2017 [14:37]:
Rusiyada Ukraynanın baş hərbi prokuroru barədə həbs hökmü verildi
23/07/2017 [14:26]:
Sabah hava küləkli olacaq, yağış yağacaq
23/07/2017 [14:11]:
Xaçmaz bazarında yanğın baş verdi
23/07/2017 [13:49]:
Türkiyənin məşhur müğənnisi toyda oxumaq üçün Şəmkirə gəldi - FOTOLAR
23/07/2017 [13:25]:
Turistlər gecələr çimərliklərdə yatmağa məcbur edildi - TƏHLÜKƏ...
23/07/2017 [13:13]:
Yoxsulluq gəlmədən zənginliyin qədrini bilin...
23/07/2017 [12:40]:
Bu idman növünün adı dəyişdirildi
23/07/2017 [12:37]:
Bakıda yanğına görə təxirə düşən imtahanın vaxtı AÇIQLANDI
23/07/2017 [12:14]:
Ərdoğan ABŞ-ı Türkiyəni aldatmamağa çağırdı
23/07/2017 [12:13]:
Rusiya Azərbaycan icmasının rəhbəri kimi “Azərros”u tanıdı
23/07/2017 [12:12]:
Rusiyada təyyarə gölə düşdü
23/07/2017 [12:09]:
"Barselona" Beynəlxalq Çempionlar Kubokunda "Yuventus"u məğlub etdi - VİDEO
23/07/2017 [11:53]:
Maşın yanacaqdoldurma məntəqəsinə ÇIRPILDI - Yaralananlar var
23/07/2017 [11:35]:
Çaylarda vəziyyət necədir?
23/07/2017 [11:32]:
“Məscidi-Əqsa”dan metal detektorlar götürülür
23/07/2017 [11:30]:
Leykoza mübtəla olan 3 yaşlı körpəni xilas edək...
23/07/2017 [11:24]:
Çoxdandı sınıbdı Ağdam vüqarı - Vətənsizliyin 24 ili...
23/07/2017 [11:24]:
Dolların məzənnəsi açıqlandı
23/07/2017 [11:20]:
8 yaşlı uşağı zorlayan şərəfsiz tutuldu -İNANILMAZ HADİSƏ
23/07/2017 [11:14]:
Sənətçilər Ağdamdan danışdı: “Bağışla Ağdamım, bağışla”
23/07/2017 [11:10]:
Müəllim olmaq istəyənlərin nəzərinə- Vakansiyalar açıqlandı
23/07/2017 [10:57]:
Aysel Əlizadə: "O fahişə ağızlardan..."
23/07/2017 [10:53]:
Ağrıkəsici və sakitləşdiricidən zəhərlənənlər var
23/07/2017 [10:46]:
Zəhərlənənlərdən biri aparıcının oğludur - “Durumu çox pis idi”
23/07/2017 [10:46]:
“Sənə dörd şey öyrədimmi həkimə ehtiyacın olmasın?” - İmam Əlidən oğluna tövsiyyə...
23/07/2017 [10:44]:
Əsrlər boyu dənizin dibində gizlənən 2 tonluq balıq tapıldı – VİDEO
23/07/2017 [10:16]:
ABŞ Türkiyənin RF-dən “S-400” kompleksləri əldə edə biləcəyindən narahatdır
23/07/2017 [10:14]:
Pentaqon: Rusiya Vaşinqton üçün çox ciddi təhlükədir
23/07/2017 [10:03]:
Cəbhədə gərgin gecə
23/07/2017 [10:03]:
Sevilən qadınların 6 vacib - Xüsusiyyəti
23/07/2017 [10:01]:
Türkiyədə mədən çökdü - Ölən var
23/07/2017 [09:56]:
“YouTube” İŞİD-ə qarşı funksiya hazırlayır
Bütün arxiv bir sırada
24/06/2017 [09:51] - Reportaj - ( 4683 dəfə baxılıb)

Doğma torpaqlarına dönən köçkünlər ermənilərdən necə xilas oldular?- Film içindən reportaj





ARAYIŞ: - Nizami Kino Mərkəzində Babək Şirinsifətin “Üçüncü günün adamı” bədii filminin jurnalistlər üçün təqdimatı keçirilib. “Üçüncü günün adamı” tammetrajlı bədii filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Film Qarabağ mövzusundadır. Uzunmüddətli cəzaya məhkum edilən filmin qəhrəmanı azadlığa çıxdıqda yaxınları dünyadan köçmüş, doğma rayonu işğal edilmiş olur. Təsadüf nəticəsində tanış olduğu həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedib çıxan qəhrəman, nəhayət öz arzusuna çatır – ata-anasının qəbirlərini ziyarət edə bilir. Filmin ssenari müəllifi Maqsud Qarayşa, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov, Arif Niftiyev, bəstəkarı Firudin Allahverdi, icraçı prodüserləri Tərlan Babayev, Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Hikmət Rəhimov, Rasim Cəfərov, Kamran Ağabalayev, Nicat Həbibov, Vidadi Əliyev, Mehriban Zəki, Mətanət Abbasova, Xalidə Quliyeva, Zarina Qurbanova, Məmməd Səfa və Ayşad Məmmədov canlandırırlar.

Image result for

Film içindən reportaj

Reportaj janrı mütləq hansısa məkandan, hadisələrin yaşandığı obyektdən olur. Amma Moderator.az saytının bu reportajı birbaşa filmin içindən edilir. Kim bilir, bəlkə, həqiqətən də nə zamansa bu film həqiqətə çevriləcək. O zaman doğ0ma torpaqlardan reportajı daha həvəslə oxuyarıq:


Əslində, filmdəki gizli “düşmən” sona qədər gizli qalır: Əfqanıstan! SSRİ-nin Əfqanıstana elan etdiyi müharibədə iştirak edən qəhrəman –Sadiq ( (Hikmət Rəhimov) əsir düşür. Uzun müddət əfqanların, daha sonra da rusların işgəncəsinə məruz qalır. Əfqanlar əsir düşdüyü üçün, ruslar isə “niyə əsir düşdüyü üçün” ona xeyli əziyyət verirlər. Nəhayət, özü demişkən,  heç nəyi boynuna qoya bilmədiyini görüb döşünə medal taxmaqla müharibə veteranı kimi təxris edirlər. Sən demə, hər şey elə bundan sonra başlayacaqmış. Uzun ayrılıqdan sonra Kəlbəcərdəki kəndlərinə gedən Sadiq hamını heyrətləndirir. Çünki bütün kənd artıq onun çoxdan öldüyünü bilirdi. Elə nişanlısı Ceyran da… O səbəbdən də artıq Yavər adlı başqa oğlanla nişanlanmışdı. Daha sonra yenidən həbs…Nə az, nə çox, düz 17 il. Onu Yavərin ölümündə, Ceyranın itkin düşməsində təqsirli bilib həbs edirlər. Özü isə əvvəldən sona qədər heç nəyi xatırlamır. Çünki ağır Əfqanıstan işgəncələrindən sonra kəndlərində də gözləmədiyi durumla üzləşən Sadiq qədərindən artıq içərək sərxoş olur və hər şeyi unudur. Çox güman cinayəti də o törətməyib. Lakin hadisə yerində olması və qatil üçün ən real namizəd kimi göstərilməsi onun taleyini həll edir. Və budur… Uzun illərin həbsindən sonra azadlığa çıxır. İndi hara getməli, kimə pənah aparmalıdır?!

Qatarda, təsadüf nəticəsində tanış olduğu yerlisi ilə Gəncədə yenidən rastlaşır. İntiqam adlı yerlisi (Rasim Cəfər) Moskva bazarında meyvə-tərəvəz satır. Lakin anasının vəsiyyətinə uyğun olaraq, işğal altında olan Kəlbəcərdəki kəndlərinə getməyini ağzından qaçırır. Sadiq üçün bu lap göydəndüşmə olur. Çünki kimsəsi-kimsənəsi olmayan, Gəncədə sığınan Kəlbəcər köçkünlərinin yanında belə məskunlaşa bilməyən Sadiq elə ən yaxşı çıxış yolunu  doğma kəndlərinə getməkdə görür. Gedirlər… Təbii ki, yolu-izi nə qədər yaxşı bilsələr də işğal altında olan və minalanan ərazilərə getmək çox çətin olur. Bir neçə dəfə ölümlə üz-üzə gəlirlər. Onları izləyən erməni əsgərlərindən çətinliklə də olsa yayına bilirlər. Filmin dramatizmi tamaşaçını özünə pərçimləyir. İzləyici istər-istəməz, həmin iki qəhrəmana qoşulub işğal altında olan Azərbaycan torpağına səfər edir. Burada Sadiq və İntiqamla eyni hissləri yaşayır- onlar növbəti addımdan sonra başlarına nə gələcəyini, nə ilə üzləşəcəyini necə maraq edirlərsə, tamaşaçı da o cür həyəcan keçirir. 

Image result for

Amma bir detal var ki, orada artıq hisslərin və narahatlığın da öləzidiyini görmək mümkündür. Demək, Pirli kəndindəki qəbiristanlığı ziyarət edib evlərinin olduğu yerə getmək istəyən Sadiq dəhşətli mənzərə ilə qarşılaşır. Bir zamanlar nəhəng evlərindən və gözəl həyətlətinin yerində indi dizəcən qalxan ot-ələf və bir quru divar qalıb. Əfqanıstan işgəncələrinin, 17 illik məhbəs həyatının çökdürə bilmədiyi qəhrəman bu yerdə sanki sınır. O, artıq yaddaşının başlanğıcını itirdiyindən onun üçün hər şey xaosa dönür. Daha bundan sonra heç ermənidən də qorxmaq lazım deyil. Qarşılarına çıxacaqlarsa, çıxsınlar… Artıq bunun da bir mənası yox, çünki itiriləsi nəsə qalmayıb! Aqibətindən xəbəri olmayan anası, bircə qara divarı qalmış evin yoxluğu onun uşaqlıq yaddaşını əlindən alır. O yaddaş bir məqamda dirilir: erməni əsgərlərindən növbəti dəfə xilas olduqdan sonra geniş düzəngaha çıxırlar. Oradakı sahibsiz kürən atlar və onların azad, sərbəst var-gəl etmələri, yaz çağının Kəlbəcər təbiətinə hökmdar olmaları Sadiqin yaddaşını dirildir. O atlara tərəf qaçır. Onlara qoşulub uşaqlıq çağına, itirdiyi yaddaşına qovuşmaq istəyir. Tamaşaçı onu yalnız indi sevinc içində görür…
Filmdə bir maraqlı xətt də  var: kəndin ortasında qəhrəmanlar zirzəmiyə oxşar, çıxışı və girişi bəlli olmayan bir “evə” daxil olurlar. Onları əvvəlcə it qarşılayır. İntiqam anlayır ki, bu sahibsiz itlərdən deyil, onun yiyəsi var. Odur ki, uzun illərdir, işğalda olan bu torpaqlarda kimin yaşaması onlara qəribə gəlir. Həmən ora daxil olur və gözləmədiyi mənzərə ilə rastlaşırlar. Orada üzünü görmədikləri, özünə çox yaxşı müdafiə səddi çəkərək, gizli hücrədə məskunlaşan azərbaycanlının səsini eşidirlər. Məlum olur ki, o vaxtilə Sadiqin “öldürdüyü” Yavərin atasıdır. Artıq hər şey arxada qalıb. İndi təkcə eyni millətdən olub, eyni dildə danışmaları belə onları bir-birilə doğmalaşdıra bilər. Lakin Yavərin atası bir müddət olanları unuda bilmir. Sonda isə fikrindən vaz keçir. İki qəhrəmanı girişi olub çıxışı olmayan zirzəmidən öz gizli hücrəsinə buraxır. Məlum olur ki, hadisələr başlanan zaman bu tərəfə keçib. Arada çox hadisələr yaşanıb. O biri oğlu da vəfat edib. Ondan sonra Bakıya qayıdıb. Amma 15 il orada yaşadıqdan sonra ölmək üçün yenidən doğma kəndlərinə gəlib. Ondan kimsə xəbər tutmayıb. Elə gizlincə qurduğu tələlərdə çöl heyvanlarını ovlayır, onlarla dolanır. Ömrünün iki il yarımı beləcə keçib. İş elə gətirir ki, həmin qoca bu tərəfə keçən iki qəhrəmanı izləyən erməni əsgərlər tərəfindən öldürülür. Onu elə Sadiqlə İntiqam dəfn edir. Qocanın ölməzdən qabaq dediyi son sözlər filmin bütün leytmotivini təşkil edir: O, doğma kəndlərindən uzaqdan yaşadığı 15 ili ömründən saymır. Nə yaşayıbsa, elə bu iki ilə yarımda yaşadığını deyərək ölür. 
Məhz bu sözlər Sadiqin sonrakı həyat yolunu müəyyənləşdirir. O çıxılmaz mağaradan xilas olub, erməni zabitini zərərsizləşdirib, ən sonda təhlükəsiz bir yerə çatandan sonra fikrindən daşınır. Qocanın sözləri onun əlindən tutaraq,  geriyə- öz kəndlərinə tərəf çəkir. Sadiq məhz ondan sonra kəndlərinə doğru, yəni əsl həyatı yaşamağa gedir... Az doğma torpağında bu həyat ona qismət olacaqmı, bu, artıq taleyin işidir....

Image result for

Son qeyd

Qeyd edək ki, filmin hələ geniş tamaşaçı kütləsi üçün təqdimatı keçirilməyib. Bu, əslində bir ilk idi. Yəni, ilk dəfə sırf jurnalistlər üçün nümayiş etdirildi. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru Müşfiq Hətəmov da çıxışında qeyd etdi ki, bundan sonra bu ənənə davam edəcək. Səbəb isə kinonu bilən və məsələlərə obyektiv yanaşan jurnalistlərin tamaşaçılardan əvvəl bu barədə nəsə söz demələridir. Doğrusu, çox məntiqli addımdır. Bu gün getdikcə güclənən medianın həm təbliğat, həm də maarifçi yöndən yeni çəkilən filmlərimizi tamaşaçılara təqdim etmələri çox faydalı olardı. Odur ki, “Üçünücü günün adamı” filmi ilə başlanan ənənənin davam etməsini arzulayırıq.

Elmin Nuri   

Əsrlər boyu dənizin dibində gizlənən 2 tonluq balıq tapıldı – VİDEO
4 ay komada qalan zabit ayılan kimi arvadını öpdü - VİDEO
"Bir balamı 4 il itirmək qorxusu ilə yaşadım" - İflic olan Könülün ACINACAQLI HƏYATI
“Tiflis gözəli” “Özgə” serialı üçün Azərbaycana gəldi - FOTO
Jurnalistika budur: mənəvi zənginlik fonunda SÖZün və imzanın şərəfini qorumaq
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Hadisə
Turistlər gecələr çimərliklərdə yatmağa məcbur edildi - TƏHLÜKƏ...
Ədəbiyyat
"Rəislərimiz cəmaətimizin başına cəlladlar olmuşlar" - Rəsulzadənin Zərdabinin dəfnindəki nitqi
Dünya
Qlobalistlərin iki kuklası: Papa və Tramp... - Onlar bizləri necə əyləndirir?
Gündəm
“Xoşbəxtəm ki, Zərdabi obrazını böyük ekrana gətirdim”- Ramiz Həsənoğlu
Gündəm
Zərdabinin məktublarındakı çılpaq həqiqətlər, acı faktlar- “Əkinçi”-142”
Həftənin ən çox oxunanları
"Ciyəri yanan" molla pivə içərkən "yaxalandı"...- FOTO
Sənə satqın deyib iz azdıranlar, satqınlıq eyləyir özü dərində...
Şiə lideri oğlunu xristian kişi ilə “evləndirdi” və... - Foto+Video
Eldar Mahmudovdan “yaylım atəşi” əmri: “Bu gəmini batırın!”
Erməni sevgisi olan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLAR
Borc üstündə oğlanı soyundurub döydülər və ... - Azərbaycanda DƏHŞƏT - VİDEO
"Səməd Vurğun çoxlarını satıb..." - Hikmət Hacızadə
Qız doğan ananı qaynı və əri ölümünə döydü - VİDEO
İranlı turist Bakıda üzərinə "Armenia" yazılmış köynək geydiyinə peşman oldu- FOTO
Elza saytları məhkəməyə verəcək - Benzin şerinə görə 
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: [email protected]
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin