Xəbər lenti
24/09/2017 [02:09]:
Qərarlarınızda qətiyyətli olun - Günün qoroskopu
24/09/2017 [00:54]:
Azərbaycanda ən çox yayılan “xəstəliklər”- CİDDİ TƏHLÜKƏ
24/09/2017 [00:26]:
İtaliyada qeyri-adi nikah- Qadın özü ilə evləndi
23/09/2017 [23:53]:
Səudiyyə Ərəbistanında ilk dəfə qadınlara stadiona getməyə icazə verildi...
23/09/2017 [23:37]:
Azərbaycan filmi növbəti beynəlxalq festivalda- Birinciliyə əsas namizəd
23/09/2017 [23:26]:
Azərbaycan cüdoçuları Serbiyada 3 bürünc medal qazandı
23/09/2017 [23:19]:
Sovet gəncliyini formalaşdıran ilk cizgi filmlərimizdəki ŞİFRƏLƏR...
23/09/2017 [23:16]:
Masallıda 45 yaşlı kişi öz evini yandırdı
23/09/2017 [23:01]:
“Orta Doğuda hərbi-siyasi durum və türkmanların taleyi” mövzusunda dəyirmi masa
23/09/2017 [22:50]:
ABŞ-da iki polis zabiti güllələndi
23/09/2017 [22:34]:
Dağlıq Qarabağla bağlı danışıqlar başladı - FOTO
23/09/2017 [21:54]:
Türkiyə parlamenti İraqda hərbi əməliyyat keçirmə mandatı uzatdı
23/09/2017 [21:31]:
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başladı
23/09/2017 [21:07]:
Rusiya rəsmisi: "Bakı və İrəvan Qarabağın həllinə yaxınlaşıb"
23/09/2017 [21:03]:
Erməni deputatlar Qız Qalasında - FOTOLAR
23/09/2017 [21:00]:
Mexikoda yeni zəlzələdən sonra dağıntıların təmizlənməsi dayandırıldı
23/09/2017 [20:45]:
Tələbanidən şok: Referendum təxirə salındı
23/09/2017 [20:44]:
Meksikada 6,2 bal gücündə daha bir zəlzələ oldu
23/09/2017 [20:41]:
Lütfi Zadəni Hacıbala Abutalıbov dəfn edəcək
23/09/2017 [20:37]:
Baş nazirə ağır itki
23/09/2017 [20:33]:
Hava şəraiti yağmursuz keçəcək
23/09/2017 [18:52]:
TANAP-ın dəniz hissəsinin tikintisinə başlanıldı
23/09/2017 [18:51]:
Xəyanət qalmaqalı böyüyür - “Onlar cəzalandırılacaq…”
23/09/2017 [18:46]:
Azərbaycan Gürcüstandakı yanğını söndürmək üçün helikopter göndərdi
23/09/2017 [18:46]:
Bakının mərkəzində yerüstü keçiddə xoşagəlməz mənzərə - FOTOLAR
23/09/2017 [18:31]:
Anarın Draçevi öldürdüyü anın yeni görüntüsü yayıldı -Video
23/09/2017 [18:26]:
“Ailə həyatı quranların ən çox qorxduğu məqam xəyanətlə üzləşməkdir”
23/09/2017 [17:45]:
10 yaşlı uşaq təkbaşına silahlı quldurları təqib etdi - Gözlənilməz
23/09/2017 [17:42]:
“Acı qanımı özüm axıtmışam” - 40 yaşlı qadını ilan sancdı - VİDEO
23/09/2017 [17:34]:
Qənirə Paşayevadan mühüm çağırış...
23/09/2017 [17:25]:
Bakı Şəhər Baş Polis İdarəsi mitinqlə bağlı açıqlama yaydı
23/09/2017 [17:11]:
Gədəbəydə dəhşətli qətlin təfərrüatları...
23/09/2017 [17:05]:
Kollec direktoru aprel Şəhidinin portretini sökdürdü - FOTO
23/09/2017 [16:53]:
Aydın Mirzəzadə: Universitetin hicaba qadağa qoyması doğru deyil
23/09/2017 [16:31]:
“TurAz Qartalı - 2017” birgə taktiki təlimləri davam edir - VİDEO
23/09/2017 [16:21]:
Bakıda ilk dəfə olaraq ekstremal “Mübarizlər” yarışı təşkil edilib
23/09/2017 [16:20]:
Bərzani: “Bu yolun sonunda ölüm də olsa, hazırıq”
23/09/2017 [16:15]:
Bakıda Milli Şuranın mitinqi keçirilir – FOTO
23/09/2017 [16:11]:
Arakanlı müsəlmanlara daha bir ölkədən "zərbə"
23/09/2017 [15:50]:
Kino ulduzlarının bahalı avtomobilləri - FOTOLAR
23/09/2017 [15:46]:
Bərzaninin müstəqillik referendumu rəsmən başladı - İlk səslər bu ölkədən gəldi
23/09/2017 [15:40]:
Polşada ukraynalını zəncirləyib tramvayı silməyə məcbur etdilər - FOTO/VİDEO
23/09/2017 [15:11]:
DMX rəisi: Azərbaycanda miqrantlara həssas yanaşılır
23/09/2017 [15:05]:
Kiçik yaşlarında elmi möcüzələrə imza atan uşaqlar- MARAQLI
23/09/2017 [15:05]:
ABŞ TV-lərində qiyamət xəbərdarlığı - "Anlayın, çox dəhşətli zaman gəlir"
23/09/2017 [14:56]:
Müxalifət parlamentin spikerini ağlatdı...- VİDEO
23/09/2017 [14:47]:
"Ədəbiyyatın dünyası, üfüqü genişdir – orda hamıya yer var, hamıya..."
23/09/2017 [14:39]:
Türkiyəli fəallar Xankəndinə gəldi – Bakıda iznsiz
23/09/2017 [14:25]:
Bakıda 9 yaşlı qızı zorlayana hökm oxundu
23/09/2017 [14:20]:
Separatçı rejimin “naziri” partladıldı
23/09/2017 [14:13]:
Şimali İraqdan Türkiyəyə hücum: Ölənlər var – Təcili
23/09/2017 [14:11]:
Eynşteynin dünya alimlərini birliyə səsləyən məktubu: ”Sülh uğrunda birləşin”
23/09/2017 [14:02]:
Bakıda metronun qarşısında ölüm - FOTO
23/09/2017 [14:00]:
“O vaxt çoxlarının anlamadığı Qarsın strateji əhmiyyətini indi hamı görür”
23/09/2017 [13:46]:
Tələbə müəllimin səhvindən məharətlə yararlandı - İmtahana 1.5 kv. metrlik "şparqalka" gətirdi
23/09/2017 [13:31]:
Bakıda keçmiş məmurun qızı muzey kimi evini satır - FOTOLAR
23/09/2017 [13:26]:
Ərəb televiziyasının məşhur jurnalisti: “Azəri deyə bir irq yoxdur...”
23/09/2017 [13:22]:
Fəsillərin kəskin dəyişməsi kimlər üçün təhlükəlidir?
23/09/2017 [12:58]:
Bakıda telekanal rəhbəri səfirlikdə evlənir
23/09/2017 [12:52]:
““Şahnamə”nin türk məktəblərində tədrisini doğru hesab etmirəm”
23/09/2017 [12:46]:
ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlir
23/09/2017 [12:42]:
Qadın alverçisi iş başında yaxalandı – FOTO
23/09/2017 [12:31]:
“Aşotyanın dedikləri Qarabağ məsələsində reallığı əks etdirə bilməz”
23/09/2017 [12:29]:
Azərbaycan neftinin qiyməti 59 dolları keçdi
23/09/2017 [12:28]:
Şimşək çaxacaq, yağış yağacaq
23/09/2017 [12:16]:
Rusiyada azərbaycanlı küçədə öldü
23/09/2017 [12:10]:
Bakıda şirkətdən 266 min manat oğurlandı
23/09/2017 [11:46]:
“Onlar bir yerə sadəcə şəkil çəkdirmək üçün yığışırlar”
23/09/2017 [11:42]:
Meksikada ölənlərin sayı 293-ə çatdı
23/09/2017 [11:30]:
Lütfi Zadəyə Heydər məscidində cənazə namazı qılınacaq
23/09/2017 [11:29]:
İki stulda “oturan” Sərkisyanın tək cəzası – “Qarabağı ABŞ qaytara bilər”
23/09/2017 [11:25]:
“AST Telman”ı kimin ələ verdiyi bilindi - Abbas Abbasov istintaqa cəlb ediləcək
23/09/2017 [11:21]:
İstintaqa cəlb olunan təkcə Şəmsəddin Hacıyev olmayacaq
23/09/2017 [11:03]:
Lapşinin növbəti yaramazlığı: Azərbaycanı Avropa Məhkəməsinə verir, şansı isə yoxdur...
23/09/2017 [11:01]:
“26 lar”ın qəbrini ziyarət edənlər barədə yeni faktlar - qalmaqal böyüyür
23/09/2017 [10:30]:
Elgiz verilişdən qovuldu - ARB-də qalmaqal
23/09/2017 [10:21]:
Azərbaycanda 1.3 milyard pul xərcləyiblər
23/09/2017 [10:13]:
Qənirə Paşayeva Kırşehirdə konfrans verdi
23/09/2017 [10:11]:
Döyülən avtobus sürücüsünün oğlu: "Atam onu bağışlasa, mən onun kimi atadan imtina edəcəyəm"
23/09/2017 [10:06]:
“Müsəlman qardaşlar” hərəkatının sabiq başçısı vəfat etdi
Bütün arxiv bir sırada
25/06/2017 [17:06] - Reportaj - ( 6095 dəfə baxılıb)

“Burada atamdan yadigar sirli bir enerji var” - Famil Mehdinin iş otağından REPORTAJ







Moderator.az tanınmış şair,  professor, Qafqazda publisistika sahəsi üzrə ilk dəfə dissertasiya müdafiə edən alim Famil Mehdinin iş otağından hazırladığı reportajı və oğlu Şamil Mehdi ilə söhbəti təqdim edir:

Famil Mehdinin iş otağındayıq. 1990-cı illərin əvvəllərindəki bütün professorların, alimlərin dərdini, fəryad səsini bir şeirə yığan və hamının adından “Dillən, professor, utanma, dillən” deyən Famil Mehdinin... O, təkcə alimlərin yox, bütün ağır durum insanlarının- fəhlələrin, köçkünlərin və daha kimlərin adından danışdı, onların haqq səsini çatdırdı. O səslərin hamısı məhz indi olduğumuz otaqda yarandı. Sonra isə bütün Azərbaycana yayıldı. Oğlu Şamil Mehdi də bizə bu otağın, kitabxana və yazı masasının həm bu, həm də ayrı funksiyasından danışır:

-Bura onun iş otağı idi. Günün ikinci yarısı, saat 3-4-ə qədər universitetdə olar, ondan sonra isə işini burada davam etdirərdi. Olduğumuz otaq həm də Famil müəllimin görüş, məsləhət otağı sayılırdı. Görərdin ki, qohumlardan, dostlardan kimlərsə gəlir və onunla nə barədəsə məsləhətləşir, atamdan kömək istəyirlər. Bacardığını da əsirgəməzdi. Əlindən gələn köməyi etməyə çalışardı. Xatırlayıram, bir dəfə müharibə veteranı olan yaşlı bir tanış ona veriləcək avtomobili ala bimirdi. Bunun üçün bizə gəldi, elə buradaca atamla danışdılar və sonra onun problemi həll olundu. Bu evdə 5 il ərzində 10 nəfər yaşamışıq. Mən öz ailəmlə, atamgil və nənəmgil... Atamın əlində imkan var idi ki, müəyyən yerlərə müraciət etsin və bu problem bizim xeyrimizə həll olunsun. Ancaq o özü və ailəsi üçün bunu etməzdi. Başqaları yardıma gələn kimi həmən nəsə etməyə çalışardı. 

Çalışdığı fakültədə, universitetdə, yaxud, sıx təmasda olduğu ədəbi mühitdə bəzən atama şəxsi işlərinin həlli üçün də müraciət edənlər olurdu. Elə bu otağa gələr, Famil müəllimlə söhbətləşər və heç zaman da əliboş geri qayıtmazdılar. Bu işlər əsasən, toy və elçiliklərlə bağlı olardı. Tanıdı-tanımadı, harada çətin elçilik işləri olardısa, o zaman mütləq atama müraciət edilərdi (gülür). 


Famil Mehdini həyata ən çox bağlayan qüvvə yazı olub. İstər alim, istər publisist, istərsə də şair kimi ən çətin anlarında qələmə sığınıb. Qələmlə mübarizə aparıb. Dostlarını qələmlə qoruyub, düşmənlərini onunla qorxudub. Mərhum alimdən qalma yazı masasının üzərində indi kompüter var. Həyat yoldaşı hərdən orada çalışır. Amma hiss olunur ki, o masa da Famil müəllimim dolma qələmləri üçün darıxır:

-Hər  gün səhər 8-də məktəbdə olmalı idik. Məktəbimiz şəhərin mərkəzində yerləşdiyi üçün evdən ən azı 40 dəqiqə tez çıxardıq. Atam da hər gün bizimlə bir evdən çıxardı. Avtomobili həmişə olub. Amma ürəyindəki problemlərə görə çox vaxt ondan istifadə edə bilməyib. Elə ictimai nəqliyyatla biz məktəbə, atam da işə gedərdi. Fakültəyə, universitetə çox bağlı idi. Olduğumuz otaq da onun üçün sanki universitetin bir şöbəsi idi. Bura çəkilər, yazı-pozularla məşğul olardı. Bəzən, gecənin bir aləmində oyanıb görürdük ki, burada yenə də işıq yanır. Atam hələ də burada çalışır. Əsasən, əllə və hərdən çap makinası ilə yazardı. Sağ olsunlar, fakültədəki qızlar əlyazmaları makinaya köçürürdülər. 

Masasının üzərində hər zaman qəzetlər olardı. Gündəlik qəzetləri bir-bir oxuyardı. Jurnalistika fakültəsinin müəllimi olmasına baxmayaraq, televiziya onu demək olar, heç zaman cəlb etməzdi. Çox nadir hallarda televizorda nəyəsə baxardı. Onunku qəzet idi. Elə bizə də sonradan bu vərdiş sirayət etdi. Atamın sağlığında, məktəbli olan zaman necə hər gün qəzetləri vərəqləyirdiksə, bu gün də bu adət bizdə-məndə və bacı-qardaşımdadavam edir. Hətta bizdən sonrakı nəslə, Famil müəllimin nəvələrinə də keçib.

Uzun müddət Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin kafedra müdiri işləmiş Famil Mehdinin kitablarından oranın sonrakı məzunları olan bizlər də yararlanmışıq. Publisistikaya həddindən artıq sevgisi olan Famil Mehdi həmişə kitabları insanlara örnək görüb. Publisistikanın canı-məhvəri maarifçilikdir. Bu işi də ən yaxşı halda kitablar görür. Şamil müəllim bu yerdə maraqlı məqama toxunur:

-Kitaba da aid edə bilərik. Bax, gördüyün bu kitabxana atamın sağlığında necə idisə, indi də elədir. Burada ciddi elmi, bədii və publisistik ədəbiyyatlar çoxdu. Atam özü marağında idi ki, kitabları götürüb oxusunlar. Bəzən, özü deyirdi ki, qoy rəfdə qalmasın, aparın, oxuyun, faydalanın. Amma qaytarmaq şərtiylə... Düzdü, elələri var idi ki, aparın sonra qaytarmırdı. (gülür)
Buradakı kitablardan istənilən birini götür, görərsən ki, çox oxumaqdan vərəqlər də az qala, korşalıb. Atamın təkidi ilə olurdu bu.  Elə bu adət mənə də keçib. Mən kitabdan faydalanmaq üçün onu paylayıram. İstəyirəm ki, rəflərdə qalmasın, hamı ondan faydalansın. 

Yenidən Famil müəllimin iş otağına qayıdaq. Şamil müəllim deyir ki, atası bu otağın daha çox tək halını sevib. Yəni, ancaq özü olsun, yazı masası olsun və bir də bu kitabxana... Təbii ki, xeyirxah insan kimi burada çox adamı qonaq qəbul edib və dinləyib. Amma ədəbiyyat cameəsi ilə daha çox ictimai yerlərdə nəyisə müzakirə edib. Bu otağı bir növ danışmaq yox, məhz yazmaq üçün uyğun bilib:

-Vallah, desəm ki, bu otaq ədəbiyyat adamlarının diskussiya klubu olub, doğru olmaz. Atam hər hansı elmi, ədəbi müzakirələrini ya universitetdə, ya hər hansı ictimai tədbirdə, yaxud da piyada gəzərkən edərdi. Məsələn, rəhmətlik Sabir Əhmədli bizdən bir az o tərəfdə qalırdı. Atamla tez-tez piyada gəzişər, ədəbiyyatdan danışardılar. Həmçinin, başqaları ilə də bu davam edirdi. Amma təbii ki, evə gələnlər də olardı. Məmməd Araz da bizə yaxın yerdə yaşayırdı. Tez-tez atama baş çəkərdi. Zəlimxan Yaqubun əvvəlki evi bura çox yaxın idi. Hərdən gəlib baş çəkərdi. Deyərdi, qağa, buradan keçirdim, gəldim ki, görüm necəsən...

Famil Mehdinin müqəddəs bildiyi iş otağı, sevimli yazı masası və kitabxanası onun vəfatından sonra da çox yaxşı qorunub. Şamil müəllim bundan ötəri anasına çox minnətdardır. Həm də bu otağın qorunmasının başqa səbəbi də var: burada sanki Famil müəllimin öz ruhu dolaşır. Balaca otaqdakı qəribə auranın da əsas səbəbi budur. Və... evdəkilər üçün də ən ən doğma, ən müqəddəs “eksponat” məhz həmin auranın özüdür:

-Bax, olduğumuz otaqdakı auraya, səliqəyə görə anama minnətdaram. Sayəsində atamın nişanəsi olan kitabxana onun vaxtında necə idisə, indi də o cür qalıb. Cəmi bir dəfə yüngül təmir işləri apardıq. Otaqda mənə ən doğma olan bu aurasıdı. Atamın ruhunu sanki burada hiss edirəm. Bəzən, muzeylərə, bu tipli yerlərə fərqli baxışlar da olur. Məsələn, kiminsə ev muzeyində eynəyə əl dəymək olmaz, onun zamanında necə durmuşdusa, indi də o cür dayanıb. Bu da olar. Amma əsas olan energetik auradır. Atamın iş otağının da ən böyük üstünlüyü bax, budur... Atamdan qalan əşyalar isə ancaq həmin auranı gücləndirməklə məşğuldur. Məsələn, eynəyi, dolma qələmləri, ona göndərilən, onun göndərdiyi məktub, teleqramlar, əlyazmaları və s... Bəzilərini əmim oğlu apardı. İstəyirdi ki, onda da atamdan nəsə yadigar qalsın. Bilirəm ki, həmin əşyaları yadigar kimi də saxlayacaq. 


Təbiətə bağlı insanlar çox saf olurlar, elə təbiətin özü kimi... Onlar üçün torpaq, ağac, çiçək qədər maraqlı nəsə olmur. Famil Mehdi də elə insanlardan olub. Şairi tanıyanlardan hər biri bunu təsdiqləyə bilər. Elə şeirləri də bir növ torpağa oxşayır:sadə, təvazökar, təmiz və əbədi... Şamil müəllimin atasının təbiətə vurğunluğunu əks etdirən maraqı bir məqamı qeyd edir:

-Atam təbiəti çox sevir. Elə bizim özümüzü də çox zaman doğma kəndimizə, Sarıhacılıya aparardı ki, oradan soyumayaq. Burdan bağ evi almadı. Bilərəkdən etdi ki, yay üçün istirahət yerimiz doğma kəndimizdə olsun. Bir ev də tikməyə başlamışdıq. Təssüf ki, axıra qədər tikib qurata bilmədik. Atam uşaqlıqdan ta ömrünün sonuna qədər bizi doğma kəndə bağlamaq istəyirdi. Özündən kiçik qardaşlarına da tapşırmışdı ki, hərəsi ata yurduna yaxın yerdə ev tiksinlər. Haraya da gedərdisə, mütləq həmin yerdə ağac əkdirərdi. Təbiətə, doğma torpağa bu qədər bağlı idi. 
Atamdan yadigar bir  əsa  da qalıb. Ölümündən bir müddət əvvəl ayağını sındırmışdı. Təxminən, 8 aya qədər əsa ilə gəzdi... İndi qaldığımız evə 1969-cu ildə köçmüşük. Bir az irəlidə azacıq da olsa, həyətyanı sahə var. İndi də anam oradakı ağacları göz bəbəyi kimi qoruyur. Onların çoxusu elə atamdan qalıb. Hə, onu deyirdim ki, atam bir gün yenə də aşağıdakı həyətə ağacları suvarmağa gedəndə necə olubsa pilləkənlərdən yıxılmışdı. Ayağını çox pis sındırmışdı. Ona görə də uzun müddət bu çəliklə gəzməli oldu. 
Atamınkı torpaq idi, ağaclar idi... Ağdam görün neçə ildir ki, işğal olunub. Bizim tikdirdiyimiz evdə çox şeylər qaldı. Elə evin özü də təzə idi və fərqli layihə ilə tikilmişdi. Amma atam bircə dəfə də o barədə danışmadı. Ev və evin içindəkilərin adını tutmadı. Amma həyətdə əkdiyi ağacları bir-bir həsrətlə xatırlayırdı...

Madam ki, Famil müəllim haqqında danışırıq və madam ki, Şamil müəllimlə ünsiyyətdəyik, o zaman həm ata, həm də oğula yaxın olan bir şəxsiyyətdən- tanınmış alim Rafiq Əliyevdən danışmasaq olmaz. Şamil müəllimi dinləyək:

-Atamın hər zaman Rafiq müəllimə böyük hörməti olub. Bu qohumluğun təmənli 1986-cı ildəı qurulub. Amma ondan əvvəl də atamla Rafiq müəllim tanış idilər və o zaman da Famil müəllimin Rafiq Əliyevə böyük hörməti var idi. Onun üçün əsas məsələ Rafiq müəllimin şəxsiyyəti idi. Elə ən böyük ortaqlıqları da bunda idi. Düşüncələrindəki ortaqlıq onları bir-birinə çox yaxınlaşdırmışdı və aralarındakı sonrakı qohumluq da düşünülmüş şəkildə atılan addım idi. Bu evdə bayaq dediyim kimi, bir müddət 10 adam yaşayırdı. Sıxlıq olmasına baxmayaraq, burada da görüşərdilər. Amma biz yenə evə köçəndən sonra atamla Rafiq müəllim bizə tez-tez gəlməyə başladılar. Əksər şənbə-bazar gələr, nəvələrə baş çəkərdilər. Onları birləşdirən o qədər ortaq məqamlar var idi ki... İndi bunları demək mənim üçün asandı. Çünki bu sözləri tək mən demirəm. Elə atamın özü də xatirələrində Rafiq müəllim haqqında bu sözləri deyib. 

Bilirsiz, hər bir xalqın taleyində elə kritik məqamlar yaranır ki, artıq o zaman kimlərinsə, meydana çıxması və insanları öz arxalarınca aparması labüd hala çevrilir və bu, mütləq baş verir. Məsələn, Türkiyənin ağır illərində Atatürk olmasa idi, onun yerinə kimsə mütləq yaranacaqdı. Xalq uzun müddət bu kimi şəxsiyyətləri özü yaradır və sonradan həmin şəxsiyyətlər xalqı arxalarınca aparır. XX əsrin əvvəllərindəki Həsən bəy Zərdabi, Mirzə Cəlil, Məhəmməd Əmin Rəsulzadə kimi şəxsiyyətlər bu işi yerinə yetirdilər. 1990-cı illərin əvvəllərində də kritik məqamlarda bu missiyası həyata keçirən insanlar oldu. Rafiq müəllim də elə insanlardandır. Atam ona bu cür şəxsiyyət kimi yanaşırdı.

Son söz əvəzi... Yaxud, əbədi dərs

-İndiyə qədər yadıma gəlmir ki, atam bizi nə zamansa danlasın, yaxud bizə yüngül də olsa şillə vursun. O yalnız öz hərəkətləri ilə bizi nəyəsə alışdırırdı. Məsələn, masasının üstündə hər zaman qəzet olardı ki, biz uşaqlar da bu vərdişə alışdıq. Həmçinin, kitab... Nəinki biz, qardaş və bacımın övladlarında da bu alışqanlıq davam edir. Biz atamın kitabxanasından onlar üçün yay tətilində oxumağa kitablar ayırmışıq. Qardaşımın kiçik oğlu və atamın adını daşıyan balaca Famildə də belə bu ənənə davam edir. Atam bizə bunu öyrətdi. 

Elmin Nuri

Famil Mehdinin yazı masası və əşyaları


Şəxsi kitabxanasında


Mobil telefonu, Mirzə İbrahimovun toy hədiyyəsi olan albom


Oğlu Şamil Mehdi


10 yaşlı uşaq təkbaşına silahlı quldurları təqib etdi - Gözlənilməz
Səhvən cərimə protokolu alan sürücülərə Kamran Əliyevdən TÖVSİYYƏ...
"Bu məbləğ Azərbaycanın da daxil olduğu 183 ölkənin birlikdə ÜDM-dən çoxdur"
Zəlzələdə ölənlərin sayı 273-ə çatdı
"Erməni deputatların Bakıya dəvət olunması Azərbaycan xalqına xəyanətdir"
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Mədəniyyət
Azərbaycan filmi növbəti beynəlxalq festivalda- Birinciliyə əsas namizəd
Dünya
Kino ulduzlarının bahalı avtomobilləri - FOTOLAR
Dünya
ABŞ TV-lərində qiyamət xəbərdarlığı - "Anlayın, çox dəhşətli zaman gəlir"
Müsahibə
"Ədəbiyyatın dünyası, üfüqü genişdir – orda hamıya yer var, hamıya..."
Dünya
Tələbə müəllimin səhvindən məharətlə yararlandı - İmtahana 1.5 kv. metrlik "şparqalka" gətirdi
Həftənin ən çox oxunanları
11 yaşında taxta çıxıb, 2 qardaşını öldürüb, 28 yaşında 32 uşağı olub  - MARAQLI
18 yaşlı qızı mobil telefon öldürdü- Anasının gözü qarşısında
1995-ci ilin OMON hadisələrinin suçlusundan şok açıqlama - "Heydər Əliyev istəsəydi..."
Arktikada tapılan tunellərdə naməlum dünyanın izləri aşkarlandı - Elm dünyası şokda - VİDEO
"7 rayonun əvəzinə buna getsək, Dağlıq Qarabağı itirmiş olacağıq"
"O biri dünya" Vyetnamda tapıldı -  MÖHTƏŞƏM FOTOLAR
Qarabağa müsəlman ermənilərin köçürülməsi təklif edildi – Məkrli plan
Azad Cavadov və Rüfət Aslanlı haqqında növbəti ittiham: 11 bankın əmlakı talanıb...
"Timsahları mistik qüvvəylə idarə edirəm" - deyib gölə atıldı və... - DƏHŞƏT-VİDEO (+18)
Ermənilər keçmiş SSRİ-də analoqu olmayan abidə tapdı?- Qarabağda (FOTO)
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin