“Apreldə Azərbaycan Qarabağı qaytara bilərdi” - Putinin sözçüsündən şok açıqlama
Oxunub: 13601
26 Jun 2017 | 09:49
“Apreldə Azərbaycan Qarabağı qaytara bilərdi”  - Putinin sözçüsündən şok açıqlama
Azərbaycana müasir Rusiyanın ən görkəmli ictimai-siyasi xadimlərindən biri Aleksandr Andreyeviç Proxanov təşrif buyurub.

Proxanov - əlamətdar fiqurdur və özündə Rusiya dövlətçiliyinin bərpası uğrunda mübarizəni təcəssüm etdirən Rusiya tarixinin nəhəng dövrünü əks etdirir.

Sovet insanları üçün Proxanov ədalət, bərabərlik və həqiqət ideyalarını gəlişigözəl anlayışlar hesab etməyən görkəmli sovet nəslinin nümayəndəsidir və “Literaturnaya qazeta”dakı parlaq publisistik oçerkləri və istedadlı hekayələri ilə tanınır. Məşhur jurnalistin baş yazıları isə əsas hökumət qəzeti olan “Pravda”da ən çox oxunanlardan idi.

Sonradan A.Proxanov öncül ədəbi dairələrdə ən nüfuzlu nəşrlərdən sayılan “Sovet ədəbiyyatı”na rəhbərlik etməyə başladı.

Hətta sovet rejiminin süqutundan sonra belə Proxanov özünə və yüksək ideallarına xilaf çıxmadı, Yeltsinin yarıkriminal zamansızlığına qarşı müqavimət qalası yaratdı.

Proxanov vətənpərvər müxalifətin liderinə, onun “Den” qəzeti isə güclü Rusiya uğrunda mübarizlərin əhvalını əks etdirən aynaya çevrildi. Ona atəş açılır, tənqid dolu səsini kəsmək üçün həyatına sui-qəsdlər təşkil edilirdi ”“ Proxanov Rusiyanın yalnız vətənpərvər deyil, həm də tənqid səsi olub və olmaqda davam edir.

Hazırkı Rusiya prezidenti Vladimir Putinin ən çətin günlərində belə Proxanov İzbor klubunda birləşmiş Rusiyanın digər vətənpərvər ruhlu intellektualları - Sergey Qlazyevlə, Jores Alferovla, general İvaşovla, Duginlə, Mixail Leontyevlə və bu kimi başqaları ilə birlikdə tarixin çarxını geri fırlatmağa və Rusiyanı yenidən didilib-parçalanan ölkəyə çevirməyə can atan saxta liberal, idarə olunan fəlakətin qarşısına keçdi.

Dünənsə Azərbaycan Respublikasının Prezidenti Rusiyanın “Zavtra” qəzetinin baş redaktoru, yazıçı, siyasi xadim, müasir Rusiyanın əsas ideoloqlarından biri, İzbor klubunun başçısı Aleksandr Proxanovu qəbul edib.

Görüşdən dərhal sonra A.Proxanov virtualaz.org-un suallarını cavablandırıb.

Virtualaz.org-la söhbətində rusiyalı ictimai xadim Azərbaycan dövlətinin başçısı ilə görüşü barədə təəssüratları ilə bölüşüb. Proxanovun sözlərinə görə, o, möhtəşəm saraya düşüb: “Binanın yaxınlığındakı meydanda olarkən belə əzəmət hissi ilə dolub daşırsan. Sonra mən iqamətgaha keçdim: parlaq döşəmələr, mərmər, çilçıraqlar. Azərbaycan prezidenti ilə görüş isə o qədər də böyük olmayan çox rahat bir otaqda baş tutdu”.

Proxanov qeyd edir ki, İlham Əliyev həlim təbiətli, alicənab insandır və hər hansı özündən müştəbehlik maskasından azaddır. “Onu görən kimi məndə olan müəyyən həyəcan hissi dərhal yoxa çıxdı. Həmin an etimad, simpatiya və minnətdarlıq hissi yarandı ki, prezident öz vaxtını mənə bəxş edib”.

“Söhbətimiz Rusiya-Azərbaycan münasibətləri barədə oldu. Biz, demək olar ki, bütün problemlərə toxunduq: sovet və postsovet dövrü, rusların Azərbaycandakı vəziyyəti, Qarabağ münaqişəsi, Rusiyadakı erməni lobbisi barədə danışdıq. Mədəniyyət və fəlsəfə, mənim təbirimcə desək, “Azərbaycan arzusu” haqqında söhbət etdik. Söhbət Azərbaycan dövlətinin can atdığı həmin o idealdan gedir. Mən özümü Azərbaycan prezidentinin mütləq mənada həmfikri kimi hiss etdim. Biz incə, protokoldan kənar açıq mövzulara da toxunduq. Mənə çox xoş idi ki, biz bu barədə danışırıq”, - rusiyalı siyasətçi deyir.

“Bir də təkrar edim ”“ İlham Əliyev olduqca həssas, incə təbiətli, obyektiv, çoxaspektli insandır. O, ölkəsini ağılla qurur, onu münaqişələrdən kənarda tutmağa çalışır”. Proxanovun sözlərinə görə, Azərbaycan onsuz da çox kəskin Qarabağ münaqişəsinin mərkəzindədir.

“Ölkə qaynar əhatədədir, dörd bir tərəfdə hər şey partlayır. Azərbaycan isə bu təlatümlü okeanda sakit dünya və mülayim iqlimdir. Bu, prezidentin sayəsində mümkünə çevrilib. Bu, onun strategiyasıdır, bəlkə də onun bütün varlığıdır. Bugünkü Azərbaycan dövləti həm Heydər Əliyevin, həm də İlham Əliyevin şəxsiyyəti ilə bağlıdır. Siyasət əksər hallarda şəxsiyyətə bağlıdır, sizinki isə prezident İlham Əliyevin şəxsiyyəti ilə bəzənmişdir”, - həmsöhbətimiz qeyd edir.

O ki qaldı bilavasitə Azərbaycan-Rusiya münasibətlərinə, rusiyalı analitikin qeyd etdiyi kimi, nəhəng dövlətin ”“ SSRİ-nin parçalanması baş verib: “Sovet İttifaqını zorlayıblar, ondan nəhəng məkanları, əraziləri və xalqları qoparıblar. Keçmiş SSRİ-nin ərazisi parçalanmış dünyadır. Bu sərhədləri hələ kol-kos basmayıb, küskünlüklər, anlaşılmazlıqlar qalıb. Buna görə də, Rusiya ilə Azərbaycan arasında ideal münasibətlərdən danışmaq o qədər də düzgün olmazdı, axı onlar özlərində bu parçalanmanın faciəsini daşıyırlar. Lakin həmin dram burada - Azərbaycanda, misal üçün, Ukraynada və Baltikyanı ölkələrdə olduğundan daha az hiss edilir”.

Proxanov hesab edir ki. bu məsələ çox incə tədqiqatların mövzusudur: azərbaycanlılar, ruslar, Rusiya və Azərbaycan nədir ki, aralarındakı münasibət harmonikdir. “Aramızda düşmənçilik, müharibə və qərəz yoxdur. Ruslar Azərbaycanda yaşayır. Rusiyada azərbaycanlılara xoş münasibət var, antaqonizm yoxdur. Lakin təkrar edim, münasibətlərimizi mütləq mənada ideal adlandırmaq olmaz. Rusiyada Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) bağlanması İlham Əliyevə də, mənə də çox ağır təsir edib. Bunun nəyə görə baş verdiyini anlamıram. Bunun Azərbaycanda da izahı yoxdur. Belə çıxır ki, ortada xain iradə var. Formal olaraq, söhbət sənədlərin uyğunsuzluğundan gedir. Lakin bu boş şeydir. Doğrudanmı, ermənilər belə güclüdür ki, Putinin ölkələrimiz barədə təsəvvürlərinə bu cür təsir göstərə biliblər?”, - Proxanov sual verir.

Həmsöhbətimiz hesab edir ki, ÜAK-la bağlı baş verənlər aradan qaldırılacaq anlaşılmazlıqdır: “Ümumilikdə isə, bir daha təkrar edim ki, Azərbaycanla münasibətləri Baltikyanı ölkələrlə, bədbəxt Ukrayna, Gürcüstanla müqayisə etmək mümkün deyil. Əlbəttə ki, Ermənistan qarşılıqlı tərəfdaşlığımıza mane olan amildir. Lakin hətta buna baxmayaraq, Moskva ilə Bakı arasında çox yaxşı münasibət formalaşıb. Və bu, bundan sonra da belə davam edəcək”.

Qarabağ münaqişəsinə gəlincə, Proxanovun qeyd etdiyi kimi, “bu problem apreldə (2016-cı ildə - red.) qoşunlarınız hücuma keçərək əraziləri geri qaytarmağa başlayanda həll oluna bilərdi. Azərbaycan Qarabağı qaytara bilərdi. Lakin sonradan, deyilənə görə, Moskvanın müdaxiləsindən sonra dayandılar. Vəziyyət həll olunmamış qaldı”.

“Hazırda mövcud olduğu şəkildə bu, fikrimcə, çox uzun müddət həll olunacaq. Vurğulayım: əgər hərbi müdaxiləyə yol verilməzsə. Yeri gəlmişkən, Azərbaycan ordusu güclü və enerjilidir, hərbi ruh əldə edib. Lakin sülh prosedurları çox uzunmüddətli olacaq”, - Proxanov bildirib.
Oxşar xəbərlər
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:50
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
28 Mar 2024 | 17:45
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:32
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
28 Mar 2024 | 17:30
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:22
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
28 Mar 2024 | 17:18
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mar 2024 | 17:14
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:06
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 16:58
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
28 Mar 2024 | 16:54
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
28 Mar 2024 | 16:50
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
28 Mar 2024 | 16:47
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
28 Mar 2024 | 16:43
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası