Moderator.az MBNP rəhbərliyinin məvaciblərinin "qaynağ"ını necə tapdı...?
Oxunub: 9033
11 Jul 2017 | 09:04
Moderator.az MBNP rəhbərliyinin məvaciblərinin
Aprelin 17-də Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Müşahidə Şurasının qərarı ilə əsasən banklar, bank olmayan kredit təşkilatları, kredit ittifaqları, sığorta şirkətləri, qiymətli kağızlar bazarı iştirakçıları və s. nəzarət subyektləri tərəfindən Palataya illik haqların ödənilməsini nəzərdə tutan tarif cədvəli təsdiq edildi. Bu qərar qəbul edildikdən dərhal sonra tarif cədvəli aidiyyatı təşkilatlara göndərilməklə onlardan təsdiqlənmiş qaydalara uyğun olaraq xidmət haqqının ödənilməsi tələb olundu. 

Yəni Palata tərəfindən təsdiqlənmiş “Maliyyə Bazarlarında nəzarət edilən subyektlər tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına ödənilən haqların tənzimlənməsi qaydaları” 19 aprel 2017-ci il tarixdə qüvvəyə mindi, bu halda palata bu qaydaların hazırlanması zamanı qabaqcıl ölkələrin təcrübəsindən istifadə olunduğunu bəyan etdi. Həmçinin Palata xidmət haqlarını ayr-ayrı nəzarət subyektləri üzrə onların aktivlərinin həcminin müvafiq olaraq illik, 15 min manatdan başlamaqla 800 min manatadək yüksələn bir şkala üzrə müəyyənləşdirdi. Görünən o idi ki, Palatanını Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu qaydaları hər hansı bir dövlət orqanı ilə razılaşdırmağı və ya məsləhətləşmələr aparmağı özünə sığışdırmadı... 

Sual olunur, niyə? Nə məqsədə?

İndi bəlli olur ki, belə bir qərarın verilməsində Palatanın məqsədi tam başqa imiş. Rüfət Aslanlının özünə 65000 (altmış beş min) manat aylıq əmək haqqı müəyyən etməsi haqqında informasiya diqqətimizi çəkdiyindən mövzunu davam etdirmək qərarına gəldik. (Moderator.az-ın mövzu ətrafındakı araşdırma yazısını bu linkdən oxuya bilərsiniz--- moderator.az/news/184013.html)

Araşdırmalarımızın nəticələri isə daha maraqlı oldu. Müəyyənləşdirdik ki, R.Aslanlı nəinki özünə, Direktorlar Şurasının hər iki müavininə, hər birinə ayrılıqda 38000 (otuz səkkiz min) aylıq əmək haqqı təyin edib. Rəqəmlərdən də göründüyü kimi, Palatanın Direktorlar Şurasının 3 üzvünün aylıq əmək haqları vergilər və sosial ödənişlər xaric 141000 manat, illik isə əlavə ödənişlər də nəzərə alınmaqla (il ərində məzuniyyət və əlavə iş vaxtı) 2 milyon manata yaxın təşkil edir. 

Bundan başqa R.Aslanlı izaholunmaz məntiqlə Palatanın İdarə Heyətinə öz aylıq əmək haqqından təxminən 4-5 dəfə aşağı, yəni icraçı direktora 18000 (on səkkiz min) manat, İdarə Heyətinin üzvlərinə 15000 manat, departament direktorlarına 7 dəfəyədək aşağı - 10000 manat aylıq əmək haqqı məbləği müəyyənləşdirib, işçi heyəti isə müqayisəolunmaz dərəcədə aşağı, yəni sıravi işçilərin aylıq əmək haqları vəzifələrinə uyğun olaraq 800-1500 manat arasında dəyişir. Lakin nəzərə alsaq ki, Palatanın Nizamnaməsinə uyğun olaraq əsas iş yükü və məsuliyyətlər İdarə Heyətinin, departament direktorlarının və sıravi işçi heyətinin üzərinə düşür, onda cənab Aslanlının bu əmək haqqı bölgüsündə hansı kriteriyaları əsas götürdüyü müzakirə mövzusu ola bilər... 

Yeri gəlmişkən, bir məqamı da vurğulamaq yerinə düşər ki, hal-hazırda MBNP-nın nəzarət etdiyi subyektlər arasında ən yüksək əmək haqları bank sektorundadır ki, burada da bank rəhbərlərinin orta aylıq əmək haqları 10000-15000 manat həcmində müəyyənləşdirilir. Yəni aylıq 12000 manat əmək haqqı alan bank rəhbəri Palataya ödədiyi xidmət haqqı müqabilində R.Aslanlı onlardan 5 dəfədən çox 65000 min manat aylıq əmək haqqı alır. Hansı haqla və hansı məntiqlə? 

Məhz bu səbəbdən tələb edilən haqların məbləği, bu xidmət haqlarını ödəyən təşkilatların mənfəətliyindən və ya maliyyə vəziyyətindən asılı olmayaraq, onun ötən ilin sonuna olan aktivlərinin həcmindən asılı olması da bir sıra təşkilatların zərərinin daha da artmasına səbəb olacaq. Belə ki, nəzarət subyekti olan təşkilat ili zərərlə başa vurduğu halda dövlət büdcəsinə vergi ödəmək öhdəliyi olmayacaq, lakin Palataya hər bir halda haqq ödəmək məcburiyyətində qalacaq. Yəni ili zərərlə başa vurmuş təşkilatlar üzrə dövlət büdcəsinə ödənilməli vergilər belə onlara güzəşt edilir.

Eyni zamanda qeyd etmək lazımdır ki, MBNP publik hüquqi şəxs statusuna malikdir və “Publik hüquqi şəxslər haqqında” AR Qanununun 7.2-ci maddəsinə əsasən publik hüquqi şəxsin əmlakı nizamnamə fondundan, ona təsisçilər tərəfindən verilmiş digər əmlakdan, habelə dövlət və ya yerli büdcələrdən ayrılan vəsaitlərdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və nizamnamədə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlərdən formalaşa bilər. Bu halda Palatanın tətbiq etdiyi haqlar heç bir xidmətə əsaslanmır və sabit pul şəklində müəyyən olunur ki, bu hal həm məntiqə, həm də, bazar iqtisadiyyatının qaydalarına ziddir. 

Beləliklə, Palata nəzarət subyektlərinin fəaliyyətinin səmərəliliyinin artması istiqamətində onlara heç bir xidmət göstərməməsinə baxmayaraq, yüksək xidmət haqları tətbiq etməklə onsuz da ağır vəziyyətdə olan  maliyyə bazarı iştirakçılarının vəziyyətinin daha da ağırlaşmasına zəmin yaratmaqdadır. Yəni Palata müvafiq maliyyə təşkilatlarının aktivlərinin, öhdəliklərinin və ya kapitalının hansı vəziyyətdə olmasından asılı olmayaraq öz xidmət haqqını sabit olaraq bu təşkilatlardan tələb edir ki, bu da onsuz da hal-hazırda kapital yetərsizliyi, aktivlərinin böyük bir hissəsinin qeyri-likvid olduğu, mövcud öhdəliklərini yerinə yetirə bilməyən maliyyə təşkilatlarının vəziyyətlərini daha pisləşdirəcək. 

Göstərilən qaydalara görə bank maliyyə təşkilatlarının 2016-cı ilki maliyyə göstəricilərinə əsasən, kiçik bir araşdırma apardıqda, aparılmış hesablamalara görə Palataya təxminən illik 30 milyon manat haqq ödənilməsinin planlaşdırıldığını görürük. 

Eyni zamanda, nəzərə almaq lazımdır ki, səbəbi məlum olmadan Palataya ödəniləcək bu vəsait ödəyən təşkilatların xərc hesablarına aid ediləcəyi üçün dövlət büdcəsinə ödəniləcək vergini azaltmaqla yanaşı (təxminən illik 6-8 milyon manat), onsuz da ümumi fəaliyyəti qənaətbəxş olmayan maliyyə bazarı iştirakçılarının vəziyyətinin pisləşməsinə və bu bazarlarda təklif olunan məhsulların isə qiymətlərinin qalxmasına səbəb olacaq. 

Bundan başqa, ölkə ərazisində 01 yanvar 2017-ci il tarixindən tətbiq olunmağa başlayan “Nağdsız hesablaşmaların aparılması qaydalarının”da qısa müddətdə tətbiq olunmasına ən çox çalışan orqan Palata idi. Yəni 2016-cı ilin sonlarında bu qanun layihəsi Milli Məclisdə oxunuşa çıxarılarkən Palata nədənsə tələm-tələsik onun qəbuluna çalışırdı. Amma əsas məqsədini hələ ki, gizli saxlamağa çalışırdı. Lakin Palata tərəfindən təsdiqlənmiş 19 aprel 2017-ci il tarixli aidiyyəti xidməti haqqı qaydalarında Palatanın əsl məqsədi aydınlaşdı. Belə ki, yuxarıda da qeyd etdiymiz kimi Palatanın hansı səbəbdən müvafiq maliyyə təşkilatlarının aktivlərinin həcminə görə xidmət haqqı tələb etməsi çılpaqlığı ilə üzə çıxdı.
 
“Nağdsız hesablaşmaların aparılması qaydaları”na əsasən 01 yanvar 2017-ci il tarixdən ƏDV məqsədləri üzrə vergi orqanlarında qeydiyyatdan keçmiş təşkilatlar üzrə aylıq 30 000 manatdan yuxarı, sadələşdirilmiş vergi sistemi ilə vergi ödəyiciləri isə aylıq 15 000 manatdan yuxarı nağd pul əməliyyatlarının aparılmasına icazə verilmir. Yəni hüquqi və sahibkar fiziki şəxslər 01 yanvar 2017-ci il tarixədək bank hesablarında olan pul vəsaitlərini sərbəst şəkildə çıxarıb özlərinə məxsus kassalarda saxlaya və ya digər bir şəkildə nağd qaydada istifadə edə bilirdilərsə, artıq həmin tarixdən etibarən bu istiqamətdə onların fəaliyyətlərinə məhdudiyyətlər tətbiq olundu. Son nəticədə bu pul vəsaitlərinin həmin müştərilərin bank hesablarında qalması bankların mövcud aktivlərinin süni şişirdilməsinə və ya nəticə etibarı ilə Palataya ödənilməli xidmət haqlarının məbləğinin artmasına səbəb oldu. Yəni Palatanın xidmət haqlarını nəyə görə aktivlərin həcminə uyğun müəyyənləşdirdiyi bəlli oldu, palatya daha çox vəsait ödənilsin. Nəzərə aslaq ki, bir bankın orta hesabla ən azı 1000 hüqüqi və sahibkar fiziki şəxs müştəriləri var, ay ərzində həmin müştərilərin hesabına 150 min manat daxilolma olur, ümumilikdə 150 milyon manat, bu halda müştərilər hesablarından ən çoxu 30 milyon manat çıxara bilir və 120 milyon manat bankda qalmaqla onun aktivlərinin süni şişməsinə səbəb olur. Belə ki, bu halda 490 milyon manat faktiki aktivi olan bir bank illik 300 min manat xidmət haqqı ödəməli olduğu halda, ay ərzində yaranmış süni 120 milyon aktiv artımına görə illik 500 min manat xidmət haqqı ödəməlidir.  Deyəsən bu cür incə məqamları, yəni ilanı Seyid Əhməd əli ilə tutmaq planını Palatadan başqa heç bir dövlət orqanı tuta bilməyib. Palata isə nizamnaməsini əsas gətirməklə təkbaşına bu xidmət haqqı qaydalarını təsdiq etdirməyə nail olub.

Belə ki, Palatanın Nizamnaməsinə əsasən Palatanın əsas məqsədi Azərbaycan Respublikasında maliyyə bazarlarının səmərəli fəaliyyətini və dayanıqlığını təmin etmək, kreditorların, sığortalıların, investorların və maliyyə bazarlarının digər istehlakçılarının hüquqlarını qorumaqdır. Lakin Palata əsas məqsədləri istiqamətində əməli tədbirlər görmədən, bir başa haqların yığımına yönəlmiş tədbirlər görüb ki, bu da qurumun əsas məqsədlərinə tam ziddir. Eyni zamanda Palata tərəfindən tətbiq olunan məcburi haqları ən azından Ədliyyə Nazirliyi və ya Tarif Şurası ilə razılaşdırlmalı idi. Ehtimal olunur ki, tətbiq olunan xidmət haqları heç bir iqtisadi amillərə əsaslanmadığı üçün  Palata bu tarifləri səlahiyyətli dövlət orqanları ilə razılaşdırmaqdan çəkinib... 

Dəyərtli oxucu, biz bu mövzu ətrafında araşdırmalarımızı sizlərə təqdim edərkən ilk baxışda belə anlaşıla bilər ki, Rüfət Aslanlınıın analoqu olmayan idarəçilik metodunu hədəfə götürmüşük və onu qaralamaq niyyətindəyik. Əsla, sadəcə insan övladı baş verənləri normal məntiqlə izah etməkdə çətinlik çəkir. Axı xalqın bir nömrəli xidmətçisi ölkənin belə bir çətin iqtisadi durumunda, üstəlik ermənipərəst beynəlxalq güclər tərəfindən mütəmadi basqı altında Azərbaycanın halalca haqları uğrunda gerçək savaşa çıxan Prezident İlham Əliyevin etimadını doğrultmağın ən qısa yolu onun kimi təvazökarlıq sərgiləməklə  milləti bu bank fəlakətindən qurtarmağın qayğısına qalmaq olmalı idi, yoxsa öz əmək haqqının "maliyyə mənbələri"ni şişirtmək üçün dolanbac yollar axtarmaq deyil. Düşünürük ki, ölkənin tanınmış hüquqşünasları, iqtisadçıları mövzu ətrafında fikirlərini bildirəcəklər. Çünki əvvəlki yazılarımızda da xüsusi olaraq vurğulamışdıq ki, milyonlarla insanın bankların girovuna çevrilməsi artıq Qarabağdan sonra məmləkətin ikinci dərdinə çevrilib. Çıxış yolları isə görsənmir ki, görsənmir...
Oxşar xəbərlər
12:14, Bu gün
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
12:12, Bu gün
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
12:11, Bu gün
Hərbi ekspert: Ruben Vardanyana Nobel sülh mükafatı vermək axmaqlıqdır
12:08, Bu gün
Qəhvədən tamamilə imtina etsəniz, orqanizminiz necə reaksiya verəcək?
12:00, Bu gün
Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilir
11:55, Bu gün
Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir
11:53, Bu gün
Qarabağda biznes qurmaq üçün macar şirkətlərindən 81 müraciət daxil olub
11:41, Bu gün
Paşinyanın xanımı tədbirdə təhqir olundu- VİDEO
11:39, Bu gün
Gədəbəydə dəhşət: Saxlanc otağında asılmış meyit tapılıb
11:36, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
11:27, Bu gün
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
11:22, Bu gün
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini “Vaxtanqov Teatr Menecerləri Festivalında Azərbaycanı təmsil edəcək
11:20, Bu gün
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
11:16, Bu gün
Azərbaycanda sahibkarlıq inkişaf edibmi?
11:15, Bu gün
Qırğızıstan Prezidenti Füzulidə səfərdədir
11:08, Bu gün
TikTok Yenilənmiş Platforma İcma Təlimatlarını açıqladı
11:05, Bu gün
Peter Siyarto: Azərbaycanla əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyinə töhfə verir
11:03, Bu gün
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
11:01, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:59, Bu gün
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
10:58, Bu gün
Bu il 39 minə yaxın şəxsə sosial müavinət və təqaüd təyin olunub
10:56, Bu gün
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO
10:53, Bu gün
“Türkiyə hətta Səddam Hüseynin vaxtında da İraqda terrorçulara qarşı əməliyyatlar aparırdı...”
10:53, Bu gün
Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular
10:53, Bu gün
Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək
10:52, Bu gün
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:49, Bu gün
Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO
10:48, Bu gün
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib
10:39, Bu gün
Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər
10:21, Bu gün
Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir
10:15, Bu gün
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
09:29, Bu gün
Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev
09:25, Bu gün
Prezident ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…
09:22, Bu gün
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
09:00, Bu gün
Süni spermatozoidlər yaradılacaq
09:00, Bu gün
Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri
08:58, Bu gün
Səhər yeməyində hansı qidalar zərərlidir?
08:56, Bu gün
İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI
08:55, Bu gün
İçməli suda təhlükəli bakteriyalar aşkarlanıb
08:36, Bu gün
Vardanyanın şairə bacısı qondarma “soyqırım” abidəsi önündə qardaşına azadlıq istədi...-FOTO
08:35, Bu gün
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
08:00, Bu gün
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
07:58, Bu gün
Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb
07:33, Bu gün
“Laçın yolundan da Rusiya bayrağı götürüldü...- Sülhməramlılar çıxmaqda davam edir...”
07:26, Bu gün
Ayaqlarınız tərləyir, göbələk sizə əzab verir?  - Cəmi 15 qəpiklik çarə
07:13, Bu gün
Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir
06:42, Bu gün
Qarışqanın təvəkkülü və qənaəti...-İbrətamiz
06:39, Bu gün
Bir-birinə bənzəyən estetik əməliyyat keçirmiş ÜZLƏR  - Cəmiyyətin gözəllik anlayışı niyə DƏYİŞİB?
00:45, Bu gün
"Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya" Malmödən xaric ediləcək..."
00:17, Bu gün
TikToker avtonom maşınları “aldatdı” – Gülməli, amma düşündürücü hadisə - VİDEO
24 Apr 2024 | 23:50
“Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO
24 Apr 2024 | 23:47
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 23:41
BMT-də Azərbaycanın növbəti məruzəsinin təqdimatı keçirilib
24 Apr 2024 | 23:39
Qurban Qurbanov: Ölkə kuboku əlavə prestijdir
24 Apr 2024 | 23:34
ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
24 Apr 2024 | 23:31
Vaşinqtonda ermənilərin "qondarma soyqırımı" yalanlarına qarşı həmrəylik aksiyası keçirilib
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
24 Apr 2024 | 22:23
PKK-nın Almaniyadakı lideri həbs edildi
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 22:14
Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb
24 Apr 2024 | 22:12
Türk Hava Yollarından Rusiya vətəndaşlarına qadağa: Bu ölkələrə birbaşa bilet almaq mümkün olmayacaq
24 Apr 2024 | 22:05
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24 Apr 2024 | 22:01
Azərbaycan hədəf və məqsədlərini məhz Bakıdan dünyaya bəyan edir - Rəşad Mahmudovun yazısı
24 Apr 2024 | 21:57
Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 21:43
Bakıda restoranda qutab bişirən qadının dişlərini oğurladı - 3 illik həbs edildi
24 Apr 2024 | 21:42
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24 Apr 2024 | 21:41
Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO
24 Apr 2024 | 21:40
Şuşada inşa olunan yeni yaşayış kompleksinin GÖRÜNTÜLƏRİ - VİDEO
24 Apr 2024 | 21:22
Rusiya oğurladığı Ukrayna uşaqlarının bir hissəsini geri qaytaracaq
24 Apr 2024 | 21:21
İraq Prezidenti COP29-a dəvət olunub
24 Apr 2024 | 21:12
İlham Əliyev: "Çingiz Aytmatovun Bakıdakı abidəsi birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək"
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:56
Hülakilərlə davam etdirilən Azərbaycan dövlətçiliyi...-Akif Nağıdan tariximizə fərqli baxış
24 Apr 2024 | 20:47
Naxçıvan Ali Məclisinin təcili iclası çağırıldı - Gündəlikdə hansı məsələ var?
24 Apr 2024 | 20:45
İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO
24 Apr 2024 | 20:42
Ermənistanda “erməni soyqırımı”nın 50 illiyinə necə hazırlaşırdılar?..-Azərbaycanlı şahid...
24 Apr 2024 | 20:38
Qazaxıstan Britaniya ilə strateji tərəfdaş oldu
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 20:30
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
24 Apr 2024 | 20:25
Macarıstanlı ekspert: “COP29 Azərbaycana öz nailiyyətlərini nümayiş etdirmək imkanı verir”
24 Apr 2024 | 20:20
Yüzbəyov “Alatava”nı tənqid edənlərə sərt cavab verdi - "Əsl tərbiyəsizlik..."
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 20:08
Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlandı
24 Apr 2024 | 20:05
Güləş üzrə U-17 Azərbaycan çempionatında mükafatçılar müəyyənləşdi - FOTO
24 Apr 2024 | 20:02
Kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:59
Bayden "TikTok"u qadağan edə biləcək qanun layihəsini imzalayıb
24 Apr 2024 | 19:54
Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”
24 Apr 2024 | 19:51
BDU-nun doktorantı türkdilli yazarların hekayələrini dilimizə uyğunlaşdıracaq - FOTO
24 Apr 2024 | 19:48
Əskiparaya gedən yol açıldı - VİDEO
24 Apr 2024 | 19:45
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
24 Apr 2024 | 19:43
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
24 Apr 2024 | 19:40
Arda Turan Messi ilə bağlı heç vaxt danışmadığı xatirəsini paylaşdı
24 Apr 2024 | 19:37
Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
GÜNLÜK
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 15:45
Həmidə Ömərova: “Mənə baxmayan yeganə kişi ilə ailə qurdum” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 12:57
50 yaşdan sonra bu meyvələrdən imtina etməlisiniz: TƏHLÜKƏLİDİR
24 Apr 2024 | 14:34
Prezidentin və baş nazirin şəxsi həkiminin müəmmalı qətli – qapalı qalan cinayət işinin təfərrüatları...  
24 Apr 2024 | 12:51
Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO
24 Apr 2024 | 14:37
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - YENİLƏNİB + FOTO
24 Apr 2024 | 12:53
Günəşdə nadir HADİSƏ yaşanıb - 25-26-sı ilə bağlı CİDDİ XƏBƏRDARLIQ
24 Apr 2024 | 13:39
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 15:45
Həmidə Ömərova: “Mənə baxmayan yeganə kişi ilə ailə qurdum” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 12:57
50 yaşdan sonra bu meyvələrdən imtina etməlisiniz: TƏHLÜKƏLİDİR
24 Apr 2024 | 14:34
Prezidentin və baş nazirin şəxsi həkiminin müəmmalı qətli – qapalı qalan cinayət işinin təfərrüatları...  
24 Apr 2024 | 12:51
Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO
24 Apr 2024 | 14:37
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - YENİLƏNİB + FOTO
24 Apr 2024 | 12:53
Günəşdə nadir HADİSƏ yaşanıb - 25-26-sı ilə bağlı CİDDİ XƏBƏRDARLIQ
24 Apr 2024 | 13:39
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB