Xəbər lenti
13/12/2018 [00:42]:
Türkdilli yazarların “Forbes” əlçaztmazlığı – “Dilimiz hələlik böyük auditoriyaya nüfuz edə bilmir”
13/12/2018 [00:18]:
“İllərdir ki, bu arzu ilə yaşayıram, məndən onu soruşun” – Ənvər Həsənov
12/12/2018 [23:48]:
ADAU-nun startapları Ümumrespublika müsabiqəsində mükafat qazandı
12/12/2018 [23:45]:
“Rafiq Hüseynovun barelyefi yaşadığı binada qoyulacaq” – Diktorun xanımı
12/12/2018 [23:24]:
Aydan götürülən süxur nümunələri ilə bağlı AÇIQLAMA
12/12/2018 [23:11]:
Trampın keçmiş vəkili həbs edildi
12/12/2018 [22:58]:
Fransa çempionatında daha iki oyun etirazlara görə təxirə salınıb
12/12/2018 [22:46]:
Məmmədov və Əliyev Gürcüstanda ən çox yayılmış soyadların ilk üçlüyünə daxil olub
12/12/2018 [22:42]:
Ağrı kəsici verilərək kameraya göndərilən məhkum təkbaşına doğuş keçirdi - FOTO
12/12/2018 [22:35]:
Bakı-Quba yolunda piyada öldü - QƏZA
12/12/2018 [22:16]:
İndoneziya səfiri: "Bu işğala son qoyulmalıdır"
12/12/2018 [22:14]:
2019-ci ilin Günəş tutulmaları ədalətin bərqərar olacağını xəbər verir – ELMI-LƏDUN
12/12/2018 [22:11]:
Bakıda əhaliyə göstərilən xidmətlərin dəyəri 4 milyard manatdan çox olub
12/12/2018 [21:51]:
1 ton şokolad yola dağıldı - FOTO
12/12/2018 [21:39]:
CNN: "Bakı-Tbilisi-Qars dəmir yolu səyahətlər haqqında təsəvvürləri dəyişəcək"
12/12/2018 [21:37]:
5 yaşlı uşağa əməliyyat zamanı oksigen əvəzinə azot verildi - DƏHŞƏT...
12/12/2018 [21:32]:
Alkasarın Azərbaycandakı diplomatik missiyası başa çatdı
12/12/2018 [21:16]:
Ermənistanın yeni parlamenti nə vaxt toplaşacaq?
12/12/2018 [21:03]:
Bədəninə 30 santimetr uzunluğunda polad çubuq sancıldı - DƏHŞƏT...
12/12/2018 [20:58]:
DÇ-2020: millimizin rəqibləri bəlli oldu
12/12/2018 [20:40]:
"Düşündük ki, bu qəhrəmanlığı əks etdirən xatirə kitabı və qısametrajlı bir film çəkək"
12/12/2018 [20:34]:
Bakıda metrosunda dava - Saxlanılanlar var
12/12/2018 [20:31]:
Ədliyyə işçiləri Heydər Əliyevin xatirəsini yad ediblər
12/12/2018 [20:28]:
İbrahim Mehdiyev danışdı - “Cinayət işi xəbərinin əsası yoxdur”
12/12/2018 [20:26]:
Sənət əbədidir, ömür əmanət...
12/12/2018 [20:20]:
Sumqayıtda Heydər Əliyevin anım mərasimi keçirilib - FOTOLAR
12/12/2018 [20:09]:
Həştərxan şəhərində Heydər Əliyevin xatirəsi anıldı -FOTOLAR
12/12/2018 [20:04]:
Əsgəran erməniləri Ağdamda payızlıq taxıl əkir...
12/12/2018 [20:01]:
ADNSU-nun rektoru vyetnamlı məzunlarla görüşdü
12/12/2018 [19:53]:
Dövlət Komitəsində ulu öndərin xatirəsi anıldı -FOTOLAR
12/12/2018 [19:44]:
Qüdrətdən səngərli, qalalı dağlarda Vətən keşikçiləri ilə keçirilən 2 qürurlu gün...
12/12/2018 [19:30]:
"Ədəbiyyat bu dünyanın maddi hadisələrinə biganəlikdir, amma bu o demək deyil ki..."
12/12/2018 [19:27]:
Dövlət Komitəsinin kollektivi Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR
12/12/2018 [19:23]:
Heydər Əliyev Qars şəhərində ehtiramla yad olunub - FOTOLAR
12/12/2018 [19:16]:
Nazirlikdə Heydər Əliyevin xatirəsi yad edildi - FOTO
12/12/2018 [19:13]:
“İstefam ölkənin gələcəyini təhlükə altında qoyacaq” - Baş nazir
12/12/2018 [19:10]:
Heydər Əliyev 1967-c ildə 39 erməni daşnaqını necə həbs etdirib? — FAKTLAR
12/12/2018 [18:56]:
Heydər Əliyev Belqradda anıldı...
12/12/2018 [18:46]:
İrəvandan məyusluq dolu Türkiyə etirafı: “Sanki təkbaşına tanqo oynayırıq”
12/12/2018 [18:42]:
Özbəkistandan idxal edilən 31 ton kişmiş zərərsizləşdirildi
12/12/2018 [18:37]:
Oqtay Əsədov Zurabişvilinin andiçməsində iştirak edəcək
12/12/2018 [18:36]:
Nəcməddin Sadıkov Gerasimovla hərbi əməkdaşlığı müzakirə etdi
12/12/2018 [18:34]:
Balakəndə evdən 1400 manat pul oğurlayan yeniyetmə saxlanıldı
12/12/2018 [18:31]:
Sərhədi saxta sənədlərlə keçmək istəyənlər tutuldu
12/12/2018 [18:18]:
“Nar”dan Yeni il ərəfəsində sərfəli rominq təklifləri
12/12/2018 [18:16]:
Bakcell qalib məktəbliləri mükafatlandırdı
12/12/2018 [17:53]:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində anım mərasimi keçirilib
12/12/2018 [17:40]:
“Qarabağ məsləsində Rusiyaya ABŞ və Fransadan ona görə çox üstünlük veririk ki...”
12/12/2018 [17:36]:
"Xalqımız dahi rəhbərin əziz xatirəsini unutmur" -Səfər Mehdiyev
12/12/2018 [17:27]:
“Kişini hansı qadınla tutsalar, onunla da evləndirirlər...” - Qədim qəbilənin bağışlanmayan adətləri...
12/12/2018 [17:26]:
Heydər Əliyevin xatirəsi “Azərxalça”nın filiallarında etiramla yad edildi
12/12/2018 [17:21]:
ADPU-da “İngilis dili müəllimliyi” ixtisası üzrə yeni tədris planı layihəsi hazırlanır
12/12/2018 [17:15]:
Türkiyənin məşhur jurnalisti kikboksinq federasiyasının idarə heyətinin üzvü oldu
12/12/2018 [17:14]:
Polis rəisi Rəqsanənin EVİNİ ƏLİNDƏN ALIR - 419 min manat borc alıbmış
12/12/2018 [17:10]:
Əflatun Amaşov: "Ulu öndər Heydər Əliyev mətbuata böyük dəyər verirdi"
12/12/2018 [16:57]:
Bu il dünyasını dəyişən TANINMIŞLAR
12/12/2018 [16:45]:
Fransa müxalifətinin parlamentdən TƏLƏBİ
12/12/2018 [16:35]:
Xəzər Universitəsində “Elm və Sənət Məclisi”nin 68-ci məşğələsi keçirilib
12/12/2018 [16:32]:
ABŞ Ermənistana gedən vətəndaşlarına xəbərdarlıq etdi
12/12/2018 [16:20]:
Vergi Məcəlləsinə son dəyişikliklərdə sahibkarlıq üçün bu güzəştlər nəzərdə tutulub - SİYAHI
12/12/2018 [16:11]:
Yanvarın 1-dən bərbərlər, ofisiantlar və dərzilər vergi ödəyəcək
12/12/2018 [16:03]:
Hikmət Hacıyev: "Azərbaycan strateji dialoq və qarşılıqlı etimad mühitinin formalaşmasına öz töhfəsini verir"
12/12/2018 [16:00]:
“Yerli müəlliflərdən ilin favoriti olan kitab olmayıb...”
12/12/2018 [15:51]:
Bakıda vəzifəli şəxsin törətdiyi dəhşətli qətllə bağlı HƏKİM DANIŞDI - "Bu narkotik..."
12/12/2018 [15:50]:
Berdımuhammədov məmurları məzəmmət etdi və boulinq üzrə master-klass keçdi - VİDEO
12/12/2018 [15:40]:
İlham Əliyev Rusiya və NATO generallarının Bakı görüşündən danışdı
12/12/2018 [15:37]:
Laçınlı keçmiş döyüşçülər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTOLAR
12/12/2018 [15:34]:
Polşanın "sarı jiletlər"i yolu bağladı
12/12/2018 [15:33]:
"Elçibəy mənə dedi ki, 1993-cü ildə Azərbaycanın müstəqilliyini o xilas etdi"
12/12/2018 [15:29]:
Vergilər Nazirliyi: “Son dəyişiklik əməkhaqqının artması anlamına gəlməməlidir” - MÜSAHİBƏ
12/12/2018 [15:15]:
Dillər Universitetində maraqlı layihə - tələbələr əməkhaqqı alacaq
12/12/2018 [15:13]:
Banklarda nağd satılan xarici valyutanın həcmi artıb - Kimlər alıb?
12/12/2018 [15:11]:
Rusiya yağlarında DONUZ PİYİ AŞKAR EDİLDİ...
12/12/2018 [15:11]:
"21 Azər" Hərəkatına 73 il sonra baxış - Rüfət Muradlı
12/12/2018 [15:07]:
Bakı Meriyası Atatürk parkındakı bəzi obyektlərə dəyməyəcək - AÇIQLAMA
12/12/2018 [15:00]:
“O, əlimdən tutub “Alagöz” mahnısını mənimlə birlikdə sona qədər oxudu...”
12/12/2018 [14:56]:
Leyla Əliyeva babasını belə yad etdi - VİDEO
12/12/2018 [14:53]:
"Nə qədər Heydər Əliyev var..." - Əli Həsənov
12/12/2018 [14:46]:
Gömrük Komitəsinin kollektivi Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi
12/12/2018 [14:44]:
Sumqayıtda oğurluq edənlər saxlanıldı
Bütün arxiv bir sırada
13/07/2017 [10:24] - Müsahibə - ( 1862 dəfə baxılıb)

Professor Vəsilə Hacıyeva: “Rusiya və Qərbin vizyonları bir-birinə ziddir və...”




Müsahibimiz Qərb Universitetinin professoru, siyasi elmlər doktoru Vəsilə Hacıyevadır. V.Hacıyeva yarım ildən artıqdır ki, Harvard Universitetində apardığı tədqiqat işini bu günlərdə tamamlayaraq vətənə dönüb. Onunla ABŞ-Azərbaycan münasibətlərindən, iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyətindən, perspektivlərindən, eləcə də bu kontekstdə Dağlıq Qarabağ münaqişəsinin həllindən danışmışıq.

- Bu yaxınlarda ABŞ-dan qayıtmısınız. Harvard Universitetində tədqiqat işləri aparırdınız. Tədqiqat işiniz hansı mövzuya aid idi?

- Mənim Harvard Universitetindəki tədqiqat işimin mövzusu “Dəyişən regional-qlobal situasiya kontekstində ABŞ-ın Azərbaycan siyasəti” idi. Bununla belə, təbii ki, mən Harvardda olmağımdan maksimal yararlanmaq arzusu ilə paralel olaraq əsas tədqiqat istiqamətim olan siyasət nəzəriyyəsi üzrə araşdırmalarımı da apardım.

- ABŞ-ın Azərbaycanla bağlı siyasi kursu daim maraq kəsb edib. İndiki beynəlxalq siyasi münasibətlər çərçivəsində bu məsələ xüsusilə aktualdır. ABŞ-ın Azərbaycan siyasətini bu gün necə xarakterizə etmək olar?

- Bəllidir ki, ABŞ-Azərbaycan münasibətləri son illərdə xeyli gerilədi. 2012-ci ildən sonra hətta nazirlər səviyyəsində də rəsmi səfərlər olmayıb. Münasibətlərdə öncə böhran, sonra isə davamedici bir durğunluq yaşandığı aydındır. Münasibətlərin bu yeni situasiyaya keçməsi ərəfəsində hansı tərəfin hansı addımları atmış olması və bizim geosiyasi strateji xəttimiz, məqsədyönlü fəaliyyət prinsiplərimiz heç də bu münasibətlərdə və ya ABŞ-ın Azərbaycan və regionla bağlı strategiyasında müəyyənləşdirici deyil. Yəni, yanılmaq olmaz. Unutmayaq ki, ABŞ supergüc olaraq digər ölkələrlə olduğu kimi Azərbaycanla da münasibətlərində dominant rola malikdir. Hazırkı vəziyyət isə onun xarici siyasət strategiyasının özünəməxsus supergüc tərzinə müvafiq olaraq seçdiyi, bir dövlət üçün qısa müddətə statik görünən, region üçün isə uzun müddətə ləng dinamik olan qlobal siyasi kursun kiçik bir parçasıdır. Yəni, ABŞ-ın ayrılıqda Azərbaycan siyasətindən danışmaq çətindir. Azərbaycan ABŞ üçün post-sovet məkanının bir parçasıdır və post-sovet məkanı bütövlükdə Qərb üçün, Qərbin vizyonunda iki yerə ayrılır: Şərqi Avropa (buraya Şərq Tərəfdaşlığı ölkələri daxildir) və Orta Asiya. ABŞ bütün post-sovet ölkələrinin suverenliyində maraqlıdır. Bu, onlara münasibətin ümumi elementidir və hər birinə münasibətdə xüsusi elementlər də

var. Lakin bu xüsusi elementlər (enerji, din, coğrafi-strateji və s. amilləri əxz edən) bəzən yerlərdə yanılmalara yol aça bilir. Belə ki, həmin xüsusi elementlər, onların iştirakı ilə müşayiət olunan cari taktiki addımlar və siyasi aktlar və yaxud statik münasibətlər və ya müvəqqəti dinamik olan qarşılıqlı əməkdaşlıqlar həmin ölkələrin perspektivi ilə bağlı vizyonlara da tam fərqli yanaşma demək deyil. Bu mənada, ABŞ-ın Azərbaycan siyasəti post-sovet ölkələrilə ümumi, enerji imkanları ilə xüsusi və Şərq Tərəfdaşlığı ölkələrilə birgə regional xüsusiyyətlərə əsaslanır.

- Supergüc və ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ-ın Dağlıq Qarabağ münaqişəsindəki mövqeyi də olduqca əhəmiyyətlidir. Sizcə, okeanın o biri tayında, daha konkret ”“ Ağ Evdəkilər bu məsələnin həllində nə qədər səmimidirlər? Və sualın davamı olaraq: Bu münaqişənin həlli üçün Rusiyaya nə qədər təsir gücündədirlər?

-ATƏT-in Minsk Qrupunun fəaliyyətinin əsl məğzi biz azərbaycanlılara bəllidir - status-kvonu qorumaq. Bu məsələdə hər üç həmsədr arasında konsensus olduğu aşkardır. Amma hansı böyük qlobal və regional dəyişiklikərə qədər status-kvo saxlanmalıdır? Burada həmsədrlər, təbii ki, fərqli niyyətləri güdürlər. ABŞ üçün ayrılıqda Azərbaycan siyasəti olmadığı kimi, ayrılıqda Dağlıq Qarabağ münaqişəsi də yoxdur. Post-sovet məkanının münaqişələri var, hansı ki buraya Ukrayna, Gürcüstan və Moldovanın düçar olduğu münaqişələr də daxildir. Bütün bunlar ABŞ-ın Rusiya siyasəti fonunda gedən proseslərdir. Bu münaqişələrin həllində ABŞ və ümumiyyətlə, Qərb maraqlıdır. Lakin münaqişələrin həlli böyük qlobal nizamlanma deməkdir ki, onun reallaşması ilə bağlı Rusiya və Qərbin vizyonları bir-birinə ziddir və bu reallaşma qısa müddət üçün statik görünən, uzun müddət üçün isə ağır dinamik olan bir prosesdir.

- Azərbaycan ABŞ-la enerji təhlükəsizliyi və antiterror əməliyyatlarında da sıx şəkildə əməkdaşlıq edir. Dünyanın enerji xəritəsinin yenidən şəkilləndirildiyi, eləcə də terrorun beynəlxalq sabitliyi ciddi şəkildə təhdid etdiyi hazırkı mərhələdə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf perspektivləri necə görünür?

- Azərbaycan ABŞ-a antiterror əməliyyatlarında hər zaman dəstək göstərib. 2014-də Əfqanıstanda müharibənin rəsmən bitməsi, oradakı əməliyyatların əsaslı şəkildə səngiməsi və Orta Şərqin, xüsusilə də Suriyanın qlobal güclərin münaqişə meydanına çevrilməsilə Azərbaycanın bu sferadakı gərəkliliyi də azaldı. Hazırda Azərbaycan yalnız Avropanın enerji təhlükəsizliyindəki rolu ilə müəyyən maraq kəsb edir. Bunu da çox böyüdərək özümüzü yanıltmayaq. Əgər Avropa İttifaqı və onun aparıcı dövləti olan Almaniya Azərbaycanla münasibətlərində onun enerji dövləti kimi rolunu önə çıxararaq arzuolunan səviyyədə dəyərləndirmirsə, ABŞ

Avropanın enerji təhlükəsizliyinə görə bunu edəcəkmi? ABŞ-la, o cümlədən Avropa ilə münasibətlərimizi sadəcə bu günün mənzərəsindən və bizim malik olduğumuz xüsusi elementlərdən çıxış etməklə yox, qlobal siyasi proseslərin istiqamətlərini düzgün analiz edərək, qlobal aktorların hədəflərini və region üçün vizyonlarını öyrənərək, uzunmüddətli regional-qlobal perspektivləri obyektiv düşünərək qurmalıyıq.

- Bir qədər də Harvard Universiteti haqqında. Müşahidələriniz gözləntilərinizlə, təsəvvürlərinizlə səsləşdimi?

- Harvard Universiteti adi bir universitet deyil. Hər bir şeyi ilə müqayisəyə gəlməz. Akademik səviyyədə meyar və standart yaradan bir ünvandır. Harvardda olmaq - dünyada mövcud olan bütün informasiyanın - kitabların, jurnalların, məqalələrin, arxivlərin əlinin altında olması deməkdir. Bir çox anlamlarda onu bir dövlətə bənzətmək olar. Amma o, həm də bir aysberqə bənzəyir. Harvardın hər bir fakültəsi böyük bir universitetdən çox-çox böyük potensial və imkanlara malikdir. Dövlətlə, cəmiyyətlə iç-içədir. Ağ Ev daxil olmaqla cəmiyyətin bütün böyük qurumlarından və təşkilatlarından sifarişlər alır və Harvardın professorları bütün bu təşkilatlarda aktiv fəaliyyətdədirlər. Və yalnız ABŞ-dan yox. Sifarişlər, layihələr başqa ölkələrdən, hökumətlərdən də olur. Bundan isə hər kəs faydalanır: Harvard da, onun professorları da, dövlət də, cəmiyyət də. Mən bu universitet, onun sistemi, dünya və ABŞ cəmiyyəti ilə münasibətləri, professorları üçün yaratdığı heyrətamiz şərait, maddi və mənəvi dəstəyi, tədqiqat aparmaları üçün yaratdığı maksimal imkanları və bütün bunların bumeranq kimi ona qaytardığı fayda, beynəlmiləl intellektual mühiti, tələbələri, məzunları, tədris prinsipləri, elmi-tədqiqat mərkəzləri və s. haqqında saatlarla danışa bilərəm və bunlar mənim bu universitetlə bağlı bilmədiklərimin müqabilində bir damla olar.

-Harvarddakı fəaliyyətinizin əhəmiyyəti haqda nə deyə bilərsiniz?

- Sualınız həddindən artıq böyükdür. Cavabı indi verilməyəcək və hələ mənim özümün də ölçüb-biçə bilməyəcəyim səviyyədə böyük. Gəlin bu haqda 20 il sonra danışaq.

- Yəqin ictimaiyyət nümayəndələri ilə təmas qurmaq imkanlarınız oldu. Bizi, ölkəmizi nə qədəq tanıyırlar?

- Azərbaycanı tanıyırlar. Lakin təəssüf ki, Azərbaycan deyəndə onu yalnız enerji ilə assosiasiya edirlər. Bu isə, şəxsən mənim üçün heç də xoş olmayacaq bir hal idi. Mənim ölkəmlə hər hansı neftlə zəngin, lakin mədəni durumu fərqli olan ölkələr eyni qəbildən qəbul olunmuş olur. Biz hələ fərqinə varmırıq, amma, fikrimcə, enerjinin Azərbaycana vermiş olduğu böyük ziyanlardan biridir.

- Siz həm də Qərb Universitetinin professorusunuz. Dünyanın ən nüfuzlu universitetlərindən birində əldə etdiyiniz təcrübəni Qərb Universitetində də yəqin ki, bölüşəcəksiniz.

- Əlbəttə. Bu cür beynəlxalq təcrübələri qazanmaq dövrümüzün tələbidir. Alim periferiyada qala bilməz. Beynəlxalq təcrübə hazırda bütün dünyada akademik kadrlar üçün əsas tələblər sırasındadır. Bu təcrübənin alimin inkişafında və tanınmasında oynadığı rol çox böyükdür və ona görə də, hətta ən böyük alimlərin də tərcümeyi-halında, ən nüfuzlu universitetlərin kadrlarının da CV-sində əsas yerlərdən birini tutur. Bu, yalnız kadrın yox, həm də onun iş yeri olan universitetin dəyərinə çevrilir. Əgər akademik heyət universitetin əsas keyfiyyət göstəricisi kimi qəbul olunursa, deməli, bu heyətin beynəlxalq təcrübəsi universitetin tədris və tədqiqat sahəsindəki gələcək uğurunun təminatı, onun səsinin ifadəsinin, qloballaşmasının bir vasitəsidir. Qərb Universitetinə gəldikdə isə, bu universitet Azərbaycanda beynəlxalq təcrübəyə önəm verən və beynəlxalq təcrübəli mütəxəssislərdən faydalanan ilk universitetlərdən biri, hətta deyərdim ki, birincisidir. Müasir və səviyyəli kadrlar bu modern ruhlu universitetin canı, kadrlarının beynəlxalq təcrübəsi isə onun inkişafının simbioz ünsürüdür. Bu universitetin təməl fəlsəfəsində duran ünsürdür.

Ağrı kəsici verilərək kameraya göndərilən məhkum təkbaşına doğuş keçirdi - FOTO
1 ton şokolad yola dağıldı - FOTO
5 yaşlı uşağa əməliyyat zamanı oksigen əvəzinə azot verildi - DƏHŞƏT...
Bədəninə 30 santimetr uzunluğunda polad çubuq sancıldı - DƏHŞƏT...
Sənət əbədidir, ömür əmanət...
Dr. Günel Azayeva - Həkim kosmetoloq
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Mədəniyyət
“Rafiq Hüseynovun barelyefi yaşadığı binada qoyulacaq” – Diktorun xanımı
Cəmiyyət
"Ədəbiyyat bu dünyanın maddi hadisələrinə biganəlikdir, amma bu o demək deyil ki..."
Dünya
“Kişini hansı qadınla tutsalar, onunla da evləndirirlər...” - Qədim qəbilənin bağışlanmayan adətləri...
Cəmiyyət
“Onun tapşırığından bir gün sonra mənə xalq artisti adı verdilər...” - Heydər Əliyevlə bağlı xatirə...
Köşə
Zırramanın biridir, amma özünü alim kimi göstərir...
Həftənin ən çox oxunanları
Paşinyan sərhədlərin açılması ilə bağlı Türkiyəyə yalvardı: "Bir şərtlə ki..."
“Təki, erməni ordusu güclü olsun -  pensiyamızın qalxması vacib deyil...”-Xankəndindəki erməni qarı-
Putin Paşinyanın xeyir-duasını çoxdan verib – Biz Qarabağın gününə ağlayaq...
"Həyat yoldaşım əşyadır ki, onu gizlədəm?" - "O, elə bir yerdə işləyir ki..."
Putin Paşinyandan niyə çəkinir?
"Ermənilərin yaşadığı ərazi Hüseynqulu xanın torpaqlarıdır, oranı da geri almalıyıq...”
Gələcək intim necə olacaq? - Alimlərdən maraqlı açıqlama...
Tramp ata Buşun dəfnində yarıməsrlik ənənəni pozdu - FOTO+VİDEO
"Bacı bacının balasını bu günə qoyarmı?" deyən baldızının Arif Əsgərova deyəcəkləri var...
Arif Əsgərov hardan biləydi ki, baldızı oğlu təhlükəli sularda üzür: Bir həbsin izi ilə...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə