Xəbər lenti
24/07/2017 [01:49]:
Yaradıcılıq üçün gərəkli zamandır - Günün qoroskopu
24/07/2017 [00:13]:
“Akif Çovdarovun Tağı Əhmədovla bağlı səsləndirdiyi fikirlər yoxlanılmalıdır”
24/07/2017 [00:01]:
Şəmkirdə kababdan kütləvi zəhərlənmə - 15 nəfər xəstəxanalıq oldu
23/07/2017 [23:31]:
İranda 5,4 bal gücündə zəlzələ oldu
23/07/2017 [23:24]:
"Azərışıq" qurunun oduna yaşı da "yandırdı" - MÜRACİƏT...
23/07/2017 [22:55]:
Rumıniyada 12 amerikalı hərbçi yaralandı
23/07/2017 [22:54]:
Mosulda İŞİD polisinin rəhbəri öldürüldü
23/07/2017 [22:53]:
İsrailin İordaniyadakı səfirliyinə terror hücumu oldu
23/07/2017 [22:50]:
Şəmkirdə kütləvi zəhərlənmə...
23/07/2017 [22:48]:
Ermənistanda hərbi hissəni tərk etmiş çavuş asılmış vəziyyətdə tapıldı
23/07/2017 [22:10]:
Bərdədə bir nəfər Kürdə batdı
23/07/2017 [21:24]:
İran və Rusiya birgə helikopter istehsal edəcək
23/07/2017 [20:47]:
ABŞ-da dəhşətli hadisə - Yük maşınından cəsədlər tapıldı
23/07/2017 [20:44]:
Bakı çimərliyində qəribə hadisə - Turisti paltarsız qoydular
23/07/2017 [20:04]:
Rusiyanın hərbi gəmiləri Bakıya gəldi– FOTO/VİDEO
23/07/2017 [19:54]:
Türkiyə bəzi İŞİD-çilərin siyahısını Azərbaycanla birgə HAZIRLAYIB
23/07/2017 [19:52]:
"Bir neçə hərbi əməliyyat barədə yaza bilmədim" -Kitabı çıxan Rey Kərimoğlu
23/07/2017 [19:51]:
Dövlət büdcəsindən oğurlanan pullar xarici bazarlara yatırılıb - Tağı Əhmədova daha bir ittiham
23/07/2017 [19:48]:
Keçmiş döyüşçülər: “Cinayətkar Koçaryanlar, Sarkisyanlar cəzalarını almalıdır”
23/07/2017 [19:39]:
Ağdama işğaldan sonra 2 dəfə gedən kəşfiyyatçı: “Meyitlər pis gündə idi”
23/07/2017 [19:26]:
"Liverpul" və "RB Leypsiq" Nabi Keytanın transferi ilə bağlı razılığa gəldilər
23/07/2017 [19:22]:
"Putindən tələb edəcəm ki..." - Poroşenko
23/07/2017 [19:13]:
Flora Kərimova: “Qızımın dünyaya gəlməsini istəmirdim”
23/07/2017 [19:11]:
Qüds gərginliyi İsraili narahat etməyə başladı
23/07/2017 [19:04]:
Tovuzda iki minik avtomobili toqquşub
23/07/2017 [18:49]:
Bitməyən tıxacların şəhəri Bakıda avtomobil sayı – ARAŞDIRMA
23/07/2017 [18:32]:
Hava şəraitinin dəyişəcəyi barədə XƏBƏRDARLIQ
23/07/2017 [18:17]:
Tbilisinin keçmiş meri Bakıdan qayıdarkən qəzaya düşdü
23/07/2017 [18:13]:
Rusiyalı deputat prezidentlərin Soçi görüşü haqda
23/07/2017 [18:12]:
Türkiyədə iş adamına quldur basqını: 4 Azərbaycan vətəndaşı Atatürk aeroportunda yaxalandı
23/07/2017 [18:05]:
Britaniya şirkəti batmış gəmidə 4 ton qızıl aşkarladı
23/07/2017 [18:03]:
Moskvada etiraz aksiyası
23/07/2017 [17:37]:
Sumqayıtda binada yanğın həyəcanı: 8 nəfər təxliyə olundu
23/07/2017 [17:25]:
Dənizdə sekslə məşğul olan cütlüyü polis saxladı - VİDEO
23/07/2017 [17:17]:
İnanılmaz olay! Hamilə qadın tabutda uşaq dünyaya gətirdi – FOTO
23/07/2017 [17:13]:
Tanınmış şair vəfat etdi – FOTO
23/07/2017 [17:03]:
Türkiyənin qədim Aksaray vilayətində Qarabağ parkı və Xarıbülbül abidəsinin açılışı olub - FOTOLAR
23/07/2017 [16:41]:
İŞİD terrorçuları qadın geyimində qaçarkən tutuldular
23/07/2017 [16:37]:
Ağdam - “Ağdam” çaxırı içiləndə artıq işğal edilmişdi...- Fikir savaşı
23/07/2017 [16:09]:
SSRİ-nin ilk leqal milyoneri vəfat edib
23/07/2017 [15:56]:
ABŞ Konqresi Rusiyaya qarşı yeni sanksiyaları təsdiqlədi
23/07/2017 [15:52]:
İşdən çıxan mətbuat katibi Ağ Evdəki soyuducunu oğurladı – FOTO
23/07/2017 [15:49]:
Qax Mərkəzi Rayon Xəstəxanasında yanğın olub - FOTO
23/07/2017 [15:44]:
İsrail Fələstinli deputatları həbs etdi
23/07/2017 [15:33]:
Türkiyə Silahlı Qüvvələrinin heyəti 40 faiz azalıb
23/07/2017 [15:25]:
Boksçularımız Dağıstanda 3 medal qazanıblar
23/07/2017 [14:44]:
I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının cavabları açıqlandı
23/07/2017 [14:40]:
Bu il 8 azərbaycanlı Ukrayna vətəndaşlığı aldı
23/07/2017 [14:37]:
Rusiyada Ukraynanın baş hərbi prokuroru barədə həbs hökmü verildi
23/07/2017 [14:26]:
Sabah hava küləkli olacaq, yağış yağacaq
23/07/2017 [14:11]:
Xaçmaz bazarında yanğın baş verdi
23/07/2017 [13:49]:
Türkiyənin məşhur müğənnisi toyda oxumaq üçün Şəmkirə gəldi - FOTOLAR
23/07/2017 [13:25]:
Turistlər gecələr çimərliklərdə yatmağa məcbur edildi - TƏHLÜKƏ...
23/07/2017 [13:13]:
Yoxsulluq gəlmədən zənginliyin qədrini bilin...
23/07/2017 [12:40]:
Bu idman növünün adı dəyişdirildi
23/07/2017 [12:37]:
Bakıda yanğına görə təxirə düşən imtahanın vaxtı AÇIQLANDI
23/07/2017 [12:14]:
Ərdoğan ABŞ-ı Türkiyəni aldatmamağa çağırdı
23/07/2017 [12:13]:
Rusiya Azərbaycan icmasının rəhbəri kimi “Azərros”u tanıdı
23/07/2017 [12:12]:
Rusiyada təyyarə gölə düşdü
23/07/2017 [12:09]:
"Barselona" Beynəlxalq Çempionlar Kubokunda "Yuventus"u məğlub etdi - VİDEO
23/07/2017 [11:53]:
Maşın yanacaqdoldurma məntəqəsinə ÇIRPILDI - Yaralananlar var
23/07/2017 [11:35]:
Çaylarda vəziyyət necədir?
23/07/2017 [11:32]:
“Məscidi-Əqsa”dan metal detektorlar götürülür
23/07/2017 [11:30]:
Leykoza mübtəla olan 3 yaşlı körpəni xilas edək...
23/07/2017 [11:24]:
Çoxdandı sınıbdı Ağdam vüqarı - Vətənsizliyin 24 ili...
23/07/2017 [11:24]:
Dolların məzənnəsi açıqlandı
23/07/2017 [11:20]:
8 yaşlı uşağı zorlayan şərəfsiz tutuldu -İNANILMAZ HADİSƏ
23/07/2017 [11:14]:
Sənətçilər Ağdamdan danışdı: “Bağışla Ağdamım, bağışla”
23/07/2017 [11:10]:
Müəllim olmaq istəyənlərin nəzərinə- Vakansiyalar açıqlandı
23/07/2017 [10:57]:
Aysel Əlizadə: "O fahişə ağızlardan..."
23/07/2017 [10:53]:
Ağrıkəsici və sakitləşdiricidən zəhərlənənlər var
23/07/2017 [10:46]:
Zəhərlənənlərdən biri aparıcının oğludur - “Durumu çox pis idi”
23/07/2017 [10:46]:
“Sənə dörd şey öyrədimmi həkimə ehtiyacın olmasın?” - İmam Əlidən oğluna tövsiyyə...
23/07/2017 [10:44]:
Əsrlər boyu dənizin dibində gizlənən 2 tonluq balıq tapıldı – VİDEO
23/07/2017 [10:16]:
ABŞ Türkiyənin RF-dən “S-400” kompleksləri əldə edə biləcəyindən narahatdır
23/07/2017 [10:14]:
Pentaqon: Rusiya Vaşinqton üçün çox ciddi təhlükədir
23/07/2017 [10:03]:
Cəbhədə gərgin gecə
23/07/2017 [10:03]:
Sevilən qadınların 6 vacib - Xüsusiyyəti
23/07/2017 [10:01]:
Türkiyədə mədən çökdü - Ölən var
23/07/2017 [09:56]:
“YouTube” İŞİD-ə qarşı funksiya hazırlayır
Bütün arxiv bir sırada
13/07/2017 [15:31] - Müsahibə - ( 5455 dəfə baxılıb)

"Palatanın təklifimizə rəyi çox qərəzli və aşağı əyarlı idi...”

“Təhsil sistemində köklü islahatlar aparmaq şərtilə müəllimlərin maaşlarının deputatların, nazirlərin maaşlarına çatdırılması kursu götürülsəydi, mən bunu alqışlayardım” 



Azərbaycan Respublikası Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimlinin Moderator.az-a müsahibəsini təqdim edirik:

- Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasla bağlı fikirlərinizi almaq istərdik.... 

- Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda  Azərbaycan Prezidentinin qobal, regional və ölkədaxili məsələlər kontekstində bir sıra mesajlarını ölkəmizin mənafeləri baxımından çox vacib hesab edirik. İlk növbədə Azərbaycan Prezidentinin bir neçə gün bundan əvvəl Amerikanın dövlət katibi ilə İstanbulda görüşünü  bizim strateji əlaqələrimizi təsdiqləyən və Amerika-Azərbaycan əlaqələrinin yeni mərhələyə qədəm qoyması kimi dəyərləndirməsini xüsusi qeyd etmək istərdik. Deməli, Azərbaycan-ABŞ arasında geniş spektrli dialoq öz bəhrəsini verib ki, Azərbaycan-Amerika münasibətlərində yeni mərhələnin başlanması mesajı verildi. Bu, həm də o deməkdir ki, Azərbaycan-Amerika münasibətlərində enerji və təhlüksizlik məsələləri ilə yanaşı, həm də  təkamül yolu ilə demokratiyanın və islahatlarin genişləndirilməsi və s. bu kimi məsələlər tədricən ön plana çıxa bilər. Dialoq zamanı nəzərdə  tutulan həmin məqamlar dolğun şəkildə gerçəkləşməyə başlasa, Amerika-Azərbaycan əlaqələrinin uğurlu inkişafı üçün yeni zəmin yaranacaq. Avropa Birliyi ilə Azərbaycan arasında yeni saziş hazırlanıb həyata keçirilməsi həmin əlaqələri genişləndirəcək. Avropa Birliyi və dünya dövlətləri ilə daha sıx və fəal əməkdaşlıq kursu müstəqilliyinə real məzmun vermək yolu tutmuş Azərbaycanın mənafelərinə və milli maraqlarına tam uyğundu. Çünki Azərbaycanın dövrümüzün yeni çağırışlarına ən dolğun cavabı, rəqabətədavamlı  səmərəli inkişafı və əsl sosial- iqtisadi tərəqqisi cəmiyyət həyatının bütün sahələrində sistemli demokratik islahatlardan keçir. 

- Ölkədaxili məsələrə aid hansı məqamları xüsusi qeyd etmək olar?

- Ötən il Azərbaycan iqtisadiyyatının yaşadığı resessiya ilə əlaqədar olaraq hələ də iqtisadiyyatının ümumi durumunun inteqral göstəricisi olan ümumi daxili məhsul, onun adambaşına həcmi, əhalinin real gəlirlərinin azalmaqda davam etməsi ilə yanaşı, son aylar qeyri-neft sektorunda, sərmayə qoyuluşunda, tikintinin yenidən canlanmağa başlamasında, ödəniş və həm də xarici ticarət balansında, qeyri-neft ixracında  özünü göstərən müsbət meyllərin dairəsinin genişləndirilməsi  və davamlı xarakter alması xeyli dərəcədə islahatların nə dərəcədə gerçəkləşdirilməsindən asılı olacaq. Ona görə də Srtateji Yol Xəritəsində nəzərdə tutulan istiqamətlərdə tədbirlər, qeyri-neft sektorunun üstün inkişafı, struktur islahatları, sahibkarlığın inkişafı, aqrar islahatlar və s. davam etdiriləcək. Sərmayə qoyuluşlarını artırmaq, xüsusən də regionların sərmayə cəlb edilməsi sahəsindəki manelərin aradan qaldırılması istiqamətində səylər artırılacaq. Bir sıra rayonlarda icra başçıları rəhbərlik etdikləri rayonların inkişafına təkan verməkdən, sərmayə qoyuluşlarını artırmaqdan ötrü bütün imkanlarını səfərbər edib deyə, konkret  nəticələr də görünür... Amma elə icra başçıları da var ki, bu istiqamətlərdə nə özü bir iş görür, nə də rayona sərmayə qoymaq istəyənlərə əməlli-başlı bir şərait yaradır. Ona görə də belə rayonlarda problemlər problemin üstünə gəlir, yeni  açılan iş yerləri barədə şişirdilmiş rəqəmlər ordakı məşğulluğun real vəziyyətinə uyğun gəlmir. Bu ilin sonlarında öz işini günün tələbləri səviyyəsində qura bilməyən icra başçıları barədə adekvat tədbirlərin görüləcəyi məsələsi çox aktuallaşacaq. 
Dövlət başçısının məmurlar barədə dəfələrlə dediyi fikirlərin bu dəfə də təkrarlanması və bu yöndə real addım atması o deməkdir ki, artıq deyilənlərin gerçəkləşdirilməsi mərhələsi başlanıb. Ona görə də dövlət başçısının çıxışında yenidən əks olunduğu kimi “məmurlar özlərini apara bilmirlər, kobud səhvlər buraxırlar və həm də ailə üzvləri hesab edirlər ki, onların xüsusi imtiyazı var”... “Məmur təvazökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmamalıdır”.

- Milli Məclisin yaz sessiyası və onun  növbədənkənar iclaslarını başa vurmaqla  siz də 2017-ci ilin birinci yarısına yekun vurdunuz. Milli Məclisin yaz sessiyasının növbədənkənar iclası çağırılanda çoxları elə düşündü ki, islahat xarakterli sənədlərin içində əhalinin dollarla olan kreditlərinə bir əncam çəkiləcək sənəd də olacaq. Amma gözləntilər özünü doğrultmadı...

- Bəli, hazırda əhalinin xarici valyutada olan kreditləri ətrafında yaranmış gərginliyin yumşaldılması məsələsi ən əsas gözləntidir. Cəmiyyətimizə yaxşı məlumdur ki, biz deputat həmkarım Vahid Əhmədovla birlikdə manatın devalvasiyası zamanı xarici valyutada olan borcların artmasının yaratdığı sosial problemlərin yumşaldılması sahəsində zəruri olan TƏKLİFLƏR PAKETİ  hazırlayıb, aidiyyatı orqanlara göndərmişik. Bizdən əlavə Milli Məclisin sədri də həmin TƏKLİFLƏR PAKETİNİ aidiyyatı orqanlara göndərib. Bizdə olan məlumata görə, ümumiyyətlə götürdükdə həmin təkliflərə münasibət yaxşı olub. Amma təəssüf ki, hələ də rəsmi cavab almamışıq...

- Deputat həmkarınız Vahid Əhmədov da bizimlə söhbətində təəssüflə bildirib ki, hələ həmin TƏKLİFLƏR PAKETİNƏ rəsmi cavab gəlməyib... Sizin TƏKLİFLƏR PAKETİNƏ münasibət yaxşı olubsa, bəs indiyə qədər niyə rəsmi cavab gəlməyib?

- Bəli, Vahid müəllim düz deyir, təəəsüf ki, həmin TƏKLİFLƏR PAKETİNƏ rəsmi cavab gəlməyib... Çünki TƏKLİFLƏR PAKETİNƏ Maliyyə Bazarlarına Nəzarət Palatasının rəyi mənfi olub. Əslində bunu əsaslandırılmış mənfi rəy yox, çox aşağı əyarlı və qərəzli,  ümumi işin xeyrinə olmayan bir rəy, banka dollarla borcu olan yüz minlərlə insann iztirablarına biganəlik nümunəsi adlandırmaq olar.

- Sizcə, Maliyyə Bazarlarına Nəzarət Palatasının sizin TƏKLİFLƏR PAKETİNƏ  mənfi rəy verməsinin səbəbi nədir?

- Fikrimizcə, Maliyyə Bazarlarına Nəzarət Palatasının  bizim TƏKLİFLƏR PAKETİNƏ  mənfi rəy verməsinin əsas səbəbi odur  ki, özləri xarici valyutada olan kreditləri ətrafında yaranmış gərginliyin yumşaldılmasına yönəlik  sanballı, normal br sənəd hazırlayıb ortaya qoya bilmirlər və eyni zamanda həm də bu sahədə irəli sürülən təklifləri, o cümlədən, bizim  TƏKLİFLƏR PAKETİNİ həzm edə blmirlər ki, niyə belə bir sənədi onlar yox, biz ortaya çıxara bilmişik.
Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması məsələsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunanda Vahid müəllimlə biz həmin Palatanın fəaliyyətinə uğurlar dilədik, gözləntilərimizi ifadə etdik və bildirdik ki, yeni yaranan qurum ciddi islahatlar xarakterli addımları köhnə qurumlardan daha maneəsiz və sürətlə ata bilər. Əgər Palata bu yolla getsə, onun fəaliyyətini birmənalı şəkildə dəstəkləyəcəyik.

- Dəstəklədinizmi?

- Xeyr, Paltanın fəaliyyətləri bizi qane etmədiyindən buna  lüzum olmadı... Hamı bilir ki, biz yalnız islahat xarakterli və mütərəqqi addımları dəstəkləyirik. Təssüf ki, hələ ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Milli Məclisə təqdim etdiyi sənədlər çox vaxt çiy, gecikmiş, yarımçıq xarakterli, problemin  birinci dərəcəli məsələsini bir kənarda saxlayıb, bəlkə də üçüncü-dördüncü dərəcəli məsələsinə yönəldilməsinə və islahatların bütün ağırlığının əhalinin və biznesin üstinə atmaq varintına əsaslanır. Birbaşa problemin üstünə getmək əvəzinə onlarla bank ağır duruma düşəndən və xeyli hissəsi bağlanandan sonra gah bankları xilas etmək üçün gecikdirilmiş “körpü” salmaq istəyir, gah da real həyatı nəzərə almadan (biz yaxşı təşkil olunmuş və biznesi inkişaf etdirən nağdsız hesablaşmaların tam tərəfdarıyıq) hesablaşmalara məhdudiyyət qoyub biznesi çıxılmaz duruma salır. Ona  görə də biznesmenlərin bir hissəsi çıxış yolu kimi hesablaşmalarını qonşu ölkələrdə  aparmalı olurlar. Halbuki dünya təcrübəsindən yaradıcılıqla faydalanmaqda, Azərbaycan gerçəkliyinə uyğun optimal variantda nağdsız hesablaşma sistemi qurmaq olar və lazımdır.

Bankların pis vəziyyətə düşməsi bu sahədəki keyfiyyətsiz idarəetmə və iki şok devalvasiyadan sonra üzə çıxan problemlərin getdikcə kəskinləşməsi, bankların  düşdüyü vəziyyətdən çıxa bilməməsinin səbəbləri çox olsa da, əsas səbəblərdən biri də MBNP ona olan etimadı, gözləntiləri doğrulda bilməməsi və məsələlərin həllinə vaxtında və düzgün yanaşılmamasıdır. Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2017-ci il tarixli Fərmanı ilə 2016-cı il 10 mart tarixli 828 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”ndə dəyişikliklər edildi. Həmin dəyişikliklərin görünməyən tərəfi baradə bir söz deyə bilmərəm. Görünən isə budur ki, Palatanın mühüm məsələrə aid qərarlarının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmasını nəzərdə tutur. Bu dəyişikliklər həm islahatların bir mərkəzdən yönləndirilməsi, işlək razılaşma mexanizmi vasitəsilə islahatların səmərəliliyinin artırılması, həm də Palatanın atdığı addımların rasionallıq dərəcəsini artırmaq məqsədi daşıyır. Çünki Palatanın gördüyü işlərin çoxu problemin həllinin köklü məsələsindən yox, fraqmetlərinə yönəldiyindən səmərəsi yetərincə görünmür, həm də çox vacib olan bir məsələni hələ ki, həll edə bilməyib: bank sektoru ilə öz arasında  qarşılıqlı işgüzar sağlam mühit, qarşılıqlı inam yarada bilməyib. Bu da narazılığı artırır, maliyyə sektorunun sağlam relslər üzərinə çıxarılmasına çox ciddi  mane olur.

- Həmin fərman ölkə başçısının MBNP rəhbərliyinə olan etimadının itməsi xüsusən də Maliyyə Bazarlarına Nəzarət Palatası rəhbərliyinin aylıq əməkhaqları ilə bağlı sensasion məlumatla bağlı ola bilərmi?

- Sözügedən fərmanın məzmununda  sualınızın etimadın itirililməsi ilə bağlı hissəsinin yeri ola bilər. Maliyyə Bazarlarına Nəzarət Palatası rəhbərliyinin aylıq əməkhaqları ilə bağlı sensasion məlumat mətbuatda yer aldıqdan sonra Palata həmin məlumat təkzib edib. Amma çox təəsüf ki, ictimaiyyət arasında geniş müzakirə obyektinə çevrilən və eyni zamanda həm də maliyyə sektorunda ciddi əks-səda verən  bu məlumatla bağlı geniş açıqlama vermək əvəzinə Palata həmin məlumata inananları günahlandırmaq kimi çox əcaib bir variantdan istifadə edib ki, "Bu cür məlumatlar həqiqətə uyğun olmadığından şərhə ehtiyac görmürük. Bunun həqiqət olmasına inanmaq özü sadəlövhlükdür”. 

Əgər mətbuatda getsəydi ki, təhsil sistemində köklü islahatlar aparmaq şərtilə müəllimlərin maaşlarının deputatların, nazirlərin maaşlarına çatdırılması kursu götürülür, mən bunu yalnız alqışlayardım. Çünki millətin rəqabət qabiliyyətliliyi və gələcəyi daha çox olun təhsilindən asılıdır. Mətbuatda gedib ki, MBNP rəhbərlyi ayda  65 min manat, müavinlərinin hər biri 38000, icraçı direktoru 18000, departament direktorları 10000, sıravi işçiləri isə 800-1500 manat rəsmi məvacib alır. Hamının maaşı onun  normal dolanmasına, normal fəaliyyət göstərməsinə çatmalıdır. Bununla belə açığı başqa bir məqam da nəzərə alınmalıdır. Ona görə də orta stasistik vətəndaşının məvacibinin 500 manat ətrafında, büdcə təşkilatlarında çalışanların xeyli hissəsinin maşşlarının 250-300 manat olduğu bir şəraitdə  mətbuatda deputatların maaşlarının qaldırılması məsələsi gündəmə gələndə biz onun əlehdarı olmuşuq. Biz mahiyyət etibarı ilə kiminsə əmək haqqını hesablamaq, onun çox və ya az olması barədə mülahizə yürütmək fikrində də deyilik. Amma biz hesab edirik ki, hər bir məmur aldığı maaşın hər 100 manatına görə ölkəyə heç olmasa 5-10 manatlıq xeyir versin ki, iqtisadiyytaımız sürətlə inkişaf etsin və məmurdan, deputatdan qat-qat az maaş alan vətəndaşlarımızın da maaşlarının artırılmasına iqtisadi və maliyyə cəhətdən zəmin yaransın, əhali,xüsusən də onun aztəminatlı təbəqəsi də yaxşı yaşamağa başlasın. 

Fikrimizcə Mərkəzi Bank rəhbərinin məvacibinin 8 min manat, kommersiya banklarının xeyli hissəsinin rəhbərlərinin maaşlarınn 10-15 min manat ətrafında olduğu bir şəraitdə  Palata MBNP rəhbərliyinin 65 min manat, yəni ölkə üzrə aylıq əmək haqqından 123 dəfə, nazirlərin maaşlarından 35 dəfə yüksək məvacib alması ilə bağlı sensasion məlumatla bağlı belə qeyr-müəyyən  yox, rəsmi qaydada həm də məsələyə tam aydınlıq gətirən məlumat verməlidir. Əgər deyilənlər hansısa hesablamar əsasında belə rəqəmə uyğun çıxırsa, buna aydınlıq gətirilməli, yox,əgər belə bir şey yoxdursa, yenə də bu barədə ictimaiyyəti əsaslandırılmış qaydada məlumatlandırmalıdır ki, realda Palatada əmək haqqları  mətbuatda  gedən səviyyədə yox, hansı səviyyədədir.

Əsrlər boyu dənizin dibində gizlənən 2 tonluq balıq tapıldı – VİDEO
4 ay komada qalan zabit ayılan kimi arvadını öpdü - VİDEO
"Bir balamı 4 il itirmək qorxusu ilə yaşadım" - İflic olan Könülün ACINACAQLI HƏYATI
“Tiflis gözəli” “Özgə” serialı üçün Azərbaycana gəldi - FOTO
Jurnalistika budur: mənəvi zənginlik fonunda SÖZün və imzanın şərəfini qorumaq
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Hadisə
Turistlər gecələr çimərliklərdə yatmağa məcbur edildi - TƏHLÜKƏ...
Ədəbiyyat
"Rəislərimiz cəmaətimizin başına cəlladlar olmuşlar" - Rəsulzadənin Zərdabinin dəfnindəki nitqi
Dünya
Qlobalistlərin iki kuklası: Papa və Tramp... - Onlar bizləri necə əyləndirir?
Gündəm
“Xoşbəxtəm ki, Zərdabi obrazını böyük ekrana gətirdim”- Ramiz Həsənoğlu
Gündəm
Zərdabinin məktublarındakı çılpaq həqiqətlər, acı faktlar- “Əkinçi”-142”
Həftənin ən çox oxunanları
"Ciyəri yanan" molla pivə içərkən "yaxalandı"...- FOTO
Sənə satqın deyib iz azdıranlar, satqınlıq eyləyir özü dərində...
Şiə lideri oğlunu xristian kişi ilə “evləndirdi” və... - Foto+Video
Eldar Mahmudovdan “yaylım atəşi” əmri: “Bu gəmini batırın!”
Erməni sevgisi olan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLAR
Borc üstündə oğlanı soyundurub döydülər və ... - Azərbaycanda DƏHŞƏT - VİDEO
"Səməd Vurğun çoxlarını satıb..." - Hikmət Hacızadə
Qız doğan ananı qaynı və əri ölümünə döydü - VİDEO
İranlı turist Bakıda üzərinə "Armenia" yazılmış köynək geydiyinə peşman oldu- FOTO
Elza saytları məhkəməyə verəcək - Benzin şerinə görə 
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: [email protected]
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin