Xəbər lenti
20/09/2017 [15:01]:
Əməkdar artistdən həmkarlarına: Yəqin, onlar toydan sonra da lazım olurlar
20/09/2017 [14:59]:
Hər gün istifadə etdiyimiz qidaların öldürücü dozaları- TƏHLÜKƏ
20/09/2017 [14:58]:
Bərzani referendumdan imtina şərtlərini açıqladı 
20/09/2017 [14:54]:
Ziya Məmmədovun bacısı işdən çıxarıldı
20/09/2017 [14:53]:
Polşa prezidenti: Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməlidir
20/09/2017 [14:38]:
QHT üzvləri ermənilərə etiraz üçün hava limanına toplaşdı
20/09/2017 [14:30]:
UNEC rektoru prezident təqaüdçüləri ilə görüşdü: “Yaşıdlarınıza örnəksiniz”
20/09/2017 [14:29]:
DAK tədqiqatçı alim Əkrəm Rəhimlinin 85 illik yubileyini qeyd etdi
20/09/2017 [14:22]:
ADU-nun müəllimi Koreyada təlim proqramında iştirak etdi
20/09/2017 [14:19]:
Lütfi Zadənin oğlu atasının dəfninə gəlməyəcək
20/09/2017 [14:17]:
Moderator.az-ın baş redaktorunun kələmi gündəm oldu- FOTOLAR
20/09/2017 [14:17]:
QMİ-nin saytı fəaliyyətini dondurdu
20/09/2017 [14:16]:
Ziya Məmmədovun bacısı işdən çıxarıldı? - Nazirlik araşdırmaya başladı
20/09/2017 [14:14]:
İndoneziya səfiri ADU-da dərs keçdi
20/09/2017 [14:11]:
"Şükür ki, ABŞ ilə bərabər dünyanı idarə edirik" - Kəbənin baş imamından ŞOK AÇIQLAMA
20/09/2017 [14:11]:
Biləsuvarda qəzada ölənlərin sayı 5-ə çatdı - Yenilənib + Foto
20/09/2017 [14:08]:
Azərbaycanda at uşağın cinsiyyət orqanını qopardı – FOTO (18+)
20/09/2017 [14:00]:
Keçmiş baş prokurordan gözlənilməz addım...
20/09/2017 [13:57]:
Partiya sədrindən sui-qəsd xəbərdarlığı...
20/09/2017 [13:35]:
Vergilər Nazirliyi “Turan”la bağlı istintaqı dayandırdı
20/09/2017 [13:26]:
“Beynəlxalq Mahmud Kaşqari” mükafatı təqdim ediləcək
20/09/2017 [13:14]:
Seyran Səxavətdən oxucularına üzücü xəbər
20/09/2017 [12:54]:
Ebru Gündəş Bakıya toya gəldi - FOTOLAR
20/09/2017 [12:51]:
Ermənilər rus dövlətçiliyinin banisi roluna iddia edir
20/09/2017 [12:49]:
Atasının 4 ildir bakirə kimi satmaq üçün həbs etdiyi qızı oyun xilas etdi
20/09/2017 [12:44]:
7 yaşlı qıza təcavüz edən qatil bu cür asıldı – Video/23+
20/09/2017 [12:42]:
İrəvan şokda: Bu silahlar Bakıya necə gəlir?
20/09/2017 [12:40]:
Dünyanı qurtaran adam 77 yaşında öldü
20/09/2017 [12:37]:
"Bizim diaspor fəallarımız qətiyyən ruhdan düşməməlidir"
20/09/2017 [12:27]:
12 yaşlı ananın dünyaya gətirdiyi körpədən yeni xəbər var
20/09/2017 [12:25]:
"Parafraz" saytının təqdimat mərasimi keçiriləcək
20/09/2017 [12:25]:
Dünyanın ilk baş nəqli əməliyyatında baş yerinə xəstə dəyişdi 
20/09/2017 [12:18]:
Üzeyir bəyin xatirəsi mədəniyyət evində anıldı- FOTOLAR
20/09/2017 [12:16]:
Venesuela prezidenti Donald Trampı “Yeni Hitler” adlandırdı
20/09/2017 [12:14]:
“Strateji Yol Xəritəsinin reallaşması iqtisadiyyatımıza töhfə verəcək”
20/09/2017 [12:09]:
Azərbaycanda son 14 ilin ən isti sentyabrı - REKORD
20/09/2017 [12:04]:
Azərbaycanlı idmançı dünyada “İlin atleti” adına ən real namizəd kimi göstərildi
20/09/2017 [11:59]:
İki uşağın müəmmalı ölümü: Anası səhər tezdən Aqşini həkimə aparırmış
20/09/2017 [11:58]:
“Bu, sadəcə Bərzaninin deyil, onun böyüklərinin belə boyunu aşan layihədir”
20/09/2017 [11:58]:
Vəkili Akif Çovdarova bəraət istədi
20/09/2017 [11:50]:
Azərbaycan İslam ölkələrini Ermənistanla əməkdaşlığı məhdudlaşdırmağa çağırdı
20/09/2017 [11:47]:
Ərdoğan: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox ciddi səy göstərməliyik"- VİDEO
20/09/2017 [11:46]:
Los-Ancelesdə sikhlərin məbədini təhqir edən erməni axtarışa verildi
20/09/2017 [11:40]:
XİN başçısı: "Regionun inkişaf perspektivləri ciddi şəkildə risk altına düşüb"
20/09/2017 [11:37]:
Hacı Qalibin oğlunun apellyasiya şikayəti təmin edilmədi
20/09/2017 [10:57]:
Bal yarmarkasının keçiriləcəyi vaxt bəlli oldu
20/09/2017 [10:44]:
Rusiyadan Qarabağın verilməsinə qoyulan şərt...
20/09/2017 [10:41]:
Qarabağa müsəlman ermənilərin köçürülməsi təklif edildi – Məkrli plan
20/09/2017 [10:31]:
Mikayıl Cabbarova yeni vəzifə veriləcək
20/09/2017 [10:30]:
Azərbaycan prezidenti bu gün BMT-də çıxış edəcək
20/09/2017 [10:28]:
Sarkisyan: "Ermənistan Türkiyə ilə diplomatik münasibətləri pozmağa hazırdır"
20/09/2017 [10:16]:
Dollar sabit qaldı, avro bahalaşdı
20/09/2017 [10:00]:
Cəbhədən son xəbər
20/09/2017 [09:55]:
“Oğlu 2 rükət namazı güclə qılır, ondan Şeyxülislam olar?”
20/09/2017 [09:53]:
Allah ona görə şeytana möhlət verir ki...
20/09/2017 [09:53]:
ABŞ rəhbərliyini "bəşəriyyət üçün başlıca təhlükə" adlandırdılar
20/09/2017 [09:52]:
İblis, yoxsa şeytan - Hansı söz daha düzdür?
20/09/2017 [09:48]:
"Qışda əhalinin təbii qaz təminatında problem olmayacaq" -Rövnəq Abdullayev
20/09/2017 [09:44]:
Bu gün də 4 nəfər qəzada öldü - Yol terroru davam edir
20/09/2017 [09:42]:
Şeyx hansı iddiasına görə cəzalandırılır?
20/09/2017 [09:39]:
Qüdrət Qurbanov Həzi Aslanovla quda oldu - Toydan fotolar
20/09/2017 [09:34]:
"Qərbin Türkiyəyə və Ərdoğana hücumları təsadüfi deyil" - "Xilafət bərpa olunmalıdır..."
20/09/2017 [09:28]:
“Zəhmət olmasa, cəmiyyətə açıqlasınlar ki, nə baş verir”
20/09/2017 [09:18]:
Dünyanın ən gizli məscidi haradadır? - FOTOLAR
20/09/2017 [09:16]:
Meksikada baş verən zəlzələdə 22 uşaq vəfat etdi
20/09/2017 [09:06]:
Azərbaycanda 8 ayda velosiped qəzalarında 11 nəfər dünyasını dəyişdi
20/09/2017 [02:23]:
Ətrafınızda baş verən hadisələri diqqətlə izləyin - Günün qoroskopu
20/09/2017 [01:03]:
Pendirin bu növləri qadınlarda xərçəng yarada bilər- FOTOLAR
20/09/2017 [00:14]:
Myanmada 200 kənd oda verildi
20/09/2017 [00:10]:
Vahid Mustafayev: "ANS yenidən fəaliyyət göstərəcək"
19/09/2017 [23:55]:
Cümhuriyyət fədailəri və maarifçilərin dəfn günündən FOTOLAR
19/09/2017 [23:39]:
"Dünyanın sonu deyil, daha çox çalışmaq lazımdır"
19/09/2017 [23:36]:
Kalaşnikovun heykəli ucaldıldı - VİDEO
19/09/2017 [23:30]:
Ərdoğan Makronla görüşdü
19/09/2017 [22:54]:
"Deyirlər ki, guya Üzeyir bəy "Leyli və Məcnun"u qardaşı Ceyhunla birlikdə bəstələyib, amma...."
19/09/2017 [22:42]:
Ələt-Astara yolunda ağır qəza: 4 qadın öldü - Yenilənib
19/09/2017 [22:31]:
Məkkə yaşıllıqlarıyla göz oxşayacaq... - VİDEO
19/09/2017 [21:57]:
İğdırda Kərbəlayi İsmayılla, Qarsda Soltan bəylə unudulmaz "söhbətlər"... - FOTOLAR
19/09/2017 [21:45]:
Sirri hələ də bilinməyən 3 ölüm hadisəsi - FOTO
19/09/2017 [21:18]:
"Rusiyanın bu siyasəti təəccüb, ciddi sual və dərin təəssüf doğurur" - Hikmət Hacıyev
Bütün arxiv bir sırada
14/07/2017 [13:14] - Cəmiyyət - ( 690 dəfə baxılıb)

ADPU-nun Elmi Şurasının iclası keçirildi





İyulun 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib. ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov bildirib ki, iclasın gündəliyinə kafedralarda tədris olunan fənlər üzrə vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin nəticələri, yay semestrinin təşkili, Filologiya fakültəsinin fəaliyyəti haqqında və cari məsələlər daxildir.


İnsan resurları şöbəsinin müdiri, hüquq elmləri namizədi, dosent Avtandil Bayramov kafedralarda tədris olunan fənlər üzrə vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin gedişi və nəticələri haqqında məlumat verib. Dosent Avtandil Bayramov bildirib ki, ADPU-da təhsilin keyfiyyətinin yüksəldilməsi və müasir standartlara uyğunlaşdırılması üçün növbəti tədris ilindən etibarən müəllimlərin işə qəbulu yeni prosedurla həyata keçirilir. Bu məqsədlə ADPU-nun Elmi Şurasının 11 iyul 2016-cı il tarixli qərarı ilə “Azərbaycan Dövlət Pedaqoji Universitetində professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması qaydaları” təsdiq olunmuşdur. Universitetdə tədris olunan fənlər üzrə vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması qaydaları öncədən universitetin rəsmi saytı olan adpu.edu.az saytında yerləşdirilmiş, eyni zamanda bu barədə sosial şəbəkələrdə geniş məlumatlar paylaşılmışdır. Müsabiqənin keçirilməsi barədə “Xalq qəzeti”nin və “Azərbaycan müəllimi”qəzetinin 4 mart 2017-ci il tarixli saylarında müvafiq elanlar dərc edilmişdir. Alternativ əsaslarla keçirilən müsabiqənin məqsədi universitetdə tədris prosesinin təkmilləşdirilməsi və daha səmərəli qurulması, şəffaf və obyektiv təhsil mühitinin yaradılması, sağlam rəqabətin formalaşdırılması, dərin elmi biliyə, kreativ düşüncəyə, zəngin erudisiyaya, ətraflı dünyagörüşünə, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik rəqabətqabiliyyətli mütəxəssisləri işə cəlb etməkdir. Müsabiqə zamanı professor-müəllim heyətinin bilik və peşəkarlıq səviyyəsi yoxlanılmışdır.


Dosent Avtandil Bayramov qeyd edib ki, tədris olunan fənlər üzrə vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması üçün 8 fakültədə, 39 kafedrada 87 fənn üzrə 114 yer müsabiqəyə çıxarılmışdı. Sənəd qəbulu zamanı 114 yerə 500 nəfərin sənədi qəbul edilmişdi. Onların 350 nəfəri universitet əməkdaşları, 150 nəfəri isə digər ali təhsil müəssisələrində və ümumtəhsil məktəblərində işləyən elm və təhsil mütəxəssisləridir. Müsabiqədə iştirak edənlərdən 230 nəfəri, yəni 46%-i elmi dərəcəlidir. Aprelin 20-dən başlayaraq müsabiqənin keçirilmə qaydalarına və şərtlərinə uyğun olaraq müsabiqədə iştirak edən müəllimlər universitetin Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin nəzarəti ilə açıq dərslər keçmişdilər.

Müsabiqənin şəffaflığını və obyektivliyini təmin etmək məqsədilə açıq dərslər videoçəkilişlər keçirilərək təşkil edilmişdir. Keçirilmiş açıq dərslər fakültə Tədris-Metodiki Şuraları tərəfindən qiymətləndirilmişdir. Müsabiqə ilə bağlı müxtəlif çap və elektron kütləvi informasiya vasitələrində geniş məlumatlar dərc edilmişdir. Yeri gəlmişkən, universitetdə insan resurslarının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən yeniliklərə ölkəmizin tanınmış və nüfuzlu təhsil ekspertləri də münasibət bildirmişlər. Əməkdar elm xadimi, professor Şahlar Əsgərov, Azərbaycan Respublikasının Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, fəlsəfə doktoru Etibar Əliyev ADPU-da çalışmaq istəyən professor-müəllim heyətinin müsabiqə yolu ilə seçilməsini yüksək qiymətləndirərək bu addımın təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyini vurğulamışlar.

Dosent Avtandil Bayramov çıxışına davam edərək bildirib ki, müsabiqənin yekunlarına əsasən müsabiqəyə çıxarılan 114 yerdən 112-də müsabiqə baş tutmuşdur. 2 yer üzrə - Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin Korreksiyaedici təlim kaferdrasında “Görmə və eşitmə funksiyalarının psixologiyası” fənni və Ümumi psixologiya kafedrasında “Psixologiyanın əsasları və psixoanaliz” fənni üzrə müsabiqə baş tutmamışdır. Müsabiqənin nəticələrinə əsasən qalib gələn 112 nəfərdən 12 nəfəri professor, 45 nəfəri dosent, 44 nəfəri baş müəllim, 11 nəfəri müəllimdir. Qalib gələnlərin 90%-i, yəni 100 nəfəri ADPU-nun əməkdaşları, 10%-i, yəni 12 nəfəri isə kənardan müsabiqədə iştirak edənlərdəndir.

Müsabiqənin nəticələrinə əsasən Filologiya fakültəsində 8 kafedrada, 16 fənn üzrə 21 nəfər qalib olmuşdur. Onlardan 2 nəfər professor, 11 nəfər baş müəllim, 7 nəfər dosent, 1 nəfər müəllimdir. Qaliblərin 2-si elmlər doktoru, 10-u fəlsəfə doktorudur. Riyaziyyat və informatika fakültəsində 4 kafedrada, 8 fənn üzrə 10 nəfər qalib gəlmişdir. Onlardan 2 nəfər professor, 4 nəfər dosent, 4 nəfər baş müəllimdir. Qaliblərin 2-si elmlər doktoru, 6-sı fəlsəfə doktorudur. Fizika və texnologiya fakültəsində 3 kafedrada, 8 fənn üzrə 9 nəfər qalib olmuşdur. Onlardan 3 nəfər professor, 3 nəfər dosent, 3 nəfər baş müəllimdir. Qaliblərin 3-ü elmlər doktoru, 2-si fəlsəfə doktorudur. Kimya və biologiya fakültəsində 8 kafedrada, 16 fənn üzrə 20 nəfər qalib olmuşdur. Onlardan 2 nəfər professor, 8 nəfər dosent, 6 nəfər baş müəllim, 4 nəfər müəllimdir. Qaliblərin 1-i elmlər doktoru, 11-i fəlsəfə doktorudur. Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsində 3 kafedrada, 12 fənn üzrə 16 nəfər qalib olmuşdur. Onlardan 1 nəfər professor, 8 nəfər dosent, 7 nəfər baş müəllimdir. Qaliblərin 1-i elmlər doktoru, 8-si fəlsəfə doktorudur. Tarix və coğrafiya fakültəsində 7 kafedrada, 11 fənn üzrə 18 nəfər qalib olmuşdur. Onlardan 2 nəfər professor, 9 nəfər dosent, 6 nəfər baş müəllim, 1 nəfər müəllimdir. Qaliblərin 2-si elmlər doktoru, 14-ü fəlsəfə doktorudur. İbtidai təhsil fakültəsində 2 kafedrada, 5

fənn üzrə 5 nəfər qalib olmuşdur. Onlardan 2 nəfəri dosent, 3 nəfəri baş müəllimdir. Qaliblərin 4-ü fəlsəfə doktorudur. Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində 4 kafedrada, 11 fənn üzrə 15 yer ayrılsa da, 13 nəfər qalib olmuşdur. Bu fakültədə 2 yer üzrə- Korreksiyaedici təlim kaferdrasında “Görmə və eşitmə funksiyalarının psixologiyası” fənni və Ümumi psixologiya kafedrasında “Psixologiyanın əsasları və psixoanaliz” fənni üzrə müsabiqə baş tutmamışdır. Qaliblərdən 4 nəfər dosent, 4 nəfər baş müəllim, 5 nəfəri müəllimdir. Qaliblərin 7-si fəlsəfə doktorudur.

Elmi Şura üzvləri dosent Avtandil Bayramovun müsabiqənin nəticələri haqqında məruzəsini müsbət qiymətləndirərək yekdilliklə qəbul ediblər.

İclasda müsabiqədə qalib gələn 112 nəfər müəllimlə müvafiq fənləri tədris etmələri üçün 5 tədris ili müddətinə əmək müqaviləsi imzalanıb və onlara 5 illik sertifikatlar təqdim edilib.

Müsabiqədən uğurla keçən Fizika və texnologiya fakültəsinin professoru Edil Eyvazov, Tarix və coğrafiya fakültəsinin professoru Xəqani Məmmədov, İbtidai təhsil fakültəsinin dosenti Rasim Şükürov, Filologiya fakültəsinin baş müəllimi Təranə Nağıyeva, Riyaziyyat və informatika fakültəsinin baş müəllimi Solmaz Həsənova, Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin baş müəllimi Natiq Əliyev, Kimya və biologiya fakültəsinin müəllimi Sevinc Mehdiyeva, Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin baş müəllimi Pərişan Həsənova müsabiqənin şəffaf və obyektiv keçdiyini bildirərək bütün namizədlərə öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün yaradılan şəraitə görə ADPU-nun rəhbərliyinə təşəkkür ediblər.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov müsabiqənin qaliblərini təbrik edərək onlara tədris və elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin direktoru, dosent Sənan Əliyev yay semestrinin təşkili barədə məlumat verib. Dosent Sənan Əliyevin çıxışında yay semestrinin təşkili və keçirilməsi qaydaları öz əksini tapıb. Dosent Sənan Əliyev həmçinin tədris-yardımçı heyətin, elmi işçilərin dərs yükü ilə təmin olunmaları barədə qərarı Elmi Şura üzvlərinin diqqətinə çatdırıb. Qərarda tədris-yardımçı heyətin, elmi işçilərin bilik və peşəkarlıq səviyyəsinin yaxşılaşdırılması və universitetin gələcəkdə yüksəkixtisaslı pedaqoji kadrlara təmin olunması məqsədilə onların dərs yükü ilə təmin edilmələri və tədrisə cəlb olunmaları öz əksini tapıb. Qərarda tədris-yardımçı heyətin tərkibindən pedaqoji kadrların qarşısında qoyulan müasir tələblərə uyğun gələn şəxslərin müəyyən edilməsi və onların dərs yükü ilə təmin olunmaları kafedra müdirlərinə həvalə edilib, habelə 2017-2018-ci tədris ilində keçiriləcək müsabiqənin keyfiyyətini yüksəltmək məqsədilə dekanlara və kafedra müdirlərinə fakültələrin tədris-

metodika şuralarının tərkibini nəzərdən keçirmələri tapşırılıb, respublikamızın digər elm və ali təhsil müəssisələrindən ixtisaslara uyğun gələn mütəxəssislərin dəvət olunması tövsiyə edilib.

Elmi Şura dosent Sənan Əliyevin hər iki hesabatını qəbul edib.

Filologiya fakültəsinin fəaliyyəti haqqında fakültənin dekanı, professor Buludxan Xəlilov məlumat verib. Professor Buludxan Xəlilov bildirib ki, ADPU-nun müəllim-tələbə heyəti və tədris strukturu baxımından böyük fakültələrindən biri Filologiya fakültəsidir. Fakültədə 187 nəfər müəllim çalışır. 8 kafedra-Müasir Azərbaycan dili, Azərbaycan dilçiliyi, Azərbaycan dili və onun tədrisi metodikası, Azərbaycan və dünya ədəbiyyatı, Ədəbiyyat və onun tədrisi metodikası, İngilis dili, İngilis dili və onun tədrisi metodikası, Xarici dillər və onların tədrisi metodikası kafedraları fəaliyyət göstərir. Əyani şöbədə 1193 nəfər tələbə, qiyabi şöbədə 94 nəfər tələbə, ümumilikdə 1287 nəfər tələbə təhsil alır. Fakültə 2016-2017-ci tədris ilində də elmi fəaliyyətində bir çox uğurlar qazanıb. Belə ki, açıq dərslər, dəyirmi masa və seminarlar, Təhsil Nazirliyinin “Açıq qapı günü” layihəsi çərçivəsində fakültəyə ümumi təhsil məktəblərindən və liseylərdən dəvət olunmuş müəllimlərin ustad dərsləri keçirilib, həmçinin fakültə müəllimlərinin xarici ölkələrdə elmi ezamiyyətdə olarkən əldə etdikləri təcrübə və qazandıqları uğurlarının müzakirələri, fakültənin geniş tərkibdə elmi şuraları, ümumi təhsil məktəblərində şagirdlərlə görüşlər, fakültənin dəvəti ilə tanınmış şairlər, yazıçılar, alimlərlə görüşlər, bayram tədbirləri və elmi-praktik konfranslar təşkil olunub. Fakültənin müəllimlərinin çoxlu sayda dərslik, dərs və metodik vəsaitləri, monoqrafiyaları, məqalələri, tezisləri, habelə impakt-faktorlu jurnallarda məqalələri çap olunub, respublika və beynəlxalq miqyaslı elmi konfranslarda fəal iştirak ediblər, İELTS sertifikatı alanlar var. Fakültənin tələbələri universitet və ölkə miqyasında keçirilən ictimai-mədəni tədbirlərdə fəal iştirak edərək universiteti layiqincə təmsil ediblər. Çıxışının sonunda professor Buludxan Xəlilov fakültənin elmi-pedaqoji fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflərlə çıxış edib.

Elmi Şura professor Buludxan Xəlilovun hesabatını qəbul edib.

İclasda cari məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

Sonda rektor Cəfər Cəfərov iclasda qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün Elmi Şura üzvlərinə öz tapşırıq və tövsiyələrini verib.

Moderator.az-ın baş redaktorunun kələmi gündəm oldu- FOTOLAR
"Qərbin Türkiyəyə və Ərdoğana hücumları təsadüfi deyil" - "Xilafət bərpa olunmalıdır..."
“Zəhmət olmasa, cəmiyyətə açıqlasınlar ki, nə baş verir”
"Rusiyanın bu siyasəti təəccüb, ciddi sual və dərin təəssüf doğurur" - Hikmət Hacıyev
"Qarabağ atı“ abidəsi önündə Azərbaycanın təbliğatı- FOTO/VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
"Şükür ki, ABŞ ilə bərabər dünyanı idarə edirik" - Kəbənin baş imamından ŞOK AÇIQLAMA
Cəmiyyət
Keçmiş baş prokurordan gözlənilməz addım...
Ədəbiyyat
Seyran Səxavətdən oxucularına üzücü xəbər
Hadisə
Atasının 4 ildir bakirə kimi satmaq üçün həbs etdiyi qızı oyun xilas etdi
Siyasət
"Dünyanın sonu deyil, daha çox çalışmaq lazımdır"
Həftənin ən çox oxunanları
Qasırğa zamanı bu görüntülər qorxu dolu anlar yaşatdı - VİDEO
Bəy qadın qonaqları sıraya düzüb qıçlarını əllədi- VİDEO
İsraildən Azərbaycana arxadan zərbə?
11 yaşında taxta çıxıb, 2 qardaşını öldürüb, 28 yaşında 32 uşağı olub  - MARAQLI
18 yaşlı qızı mobil telefon öldürdü- Anasının gözü qarşısında
"Bunu edən şərəfsizə, namussuza çox ağır cəza istəyirik ki..."
Həyat yoldaşını öpmək istədi, biabır oldu - VİDEO
Arktikada tapılan tunellərdə naməlum dünyanın izləri aşkarlandı - Elm dünyası şokda - VİDEO
1995-ci ilin OMON hadisələrinin suçlusundan şok açıqlama - "Heydər Əliyev istəsəydi..."
"Əlamətləri gerçəkləşdi, qiyamət yaxındadır..." - Tanınmış ilahiyyatçı
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin