Xəbər lenti
20/11/2017 [01:07]:
Türkiyə bu qadınla ilkə imza atır - FOTOLAR
20/11/2017 [01:04]:
Nərimanovun Leninə qəzəbli məktubu: "Müstəqil Azərbaycan” sözü sizin dilinizdən çıxmamışdırmı?"
20/11/2017 [00:59]:
"Neftçi"yə qol vuran "Qəbələ"li futbolçu etiraf etdi: "Bəli, top məndən meydanı tərk etmişdi"
20/11/2017 [00:48]:
Azərbaycanlı şou-biznes nümayəndələrinin xaricdəki mülkləri
20/11/2017 [00:34]:
"Bu nə tərbiyəsizlik, nə əxlaqsızlıq...?"
20/11/2017 [00:33]:
Çində dəhşətli yanğın - 19 nəfər həlak oldu
20/11/2017 [00:22]:
Ölüm saçan diş fırçaları - Dəhşətli araşdırma
20/11/2017 [00:06]:
Netanyahunun evinə polis basqın etdi: Baş nazir sorğuya alındı
20/11/2017 [00:01]:
Qarakənd faciəsindən 26 il ötdü QANLI TARİX
19/11/2017 [23:59]:
Ərdoğanın mühafizəçiləri qəzaya düşdü - 4 yaralı
19/11/2017 [23:54]:
Avropa İttifaqı Ermənistandan Metsamor AES-i bağlamağı tələb edir- ARAŞDIRMA
19/11/2017 [23:52]:
“Faiq Azərbaycan kişisinin namusuna düşən ləkədir”
19/11/2017 [23:41]:
Saçlarınızdakı ağları qoz qabığı ilə qaraldın - Effektiv və sərfəli üsul
19/11/2017 [23:32]:
Bu il Azərbaycana idxal olunan telefonların sayı açıqlandı
19/11/2017 [23:28]:
"Lavrov “fəal səylər dedikdə” əslində topu Azərbaycanın meydanına atır ki..."
19/11/2017 [23:24]:
Səudiyyə Ərəbistanının başçılıq ediyi qüvvələr Yəmənə zərbə endirdi - 11 dinc sakin həlak oldu
19/11/2017 [23:22]:
Mübariz Mənsimov anası ilə atasının fotosunu paylaşdı - FOTO
19/11/2017 [23:22]:
“Bizim üçün Qarabağ qədər, Türkmən dağı, o cümlədən Bayırbucaq eli də qutsaldır”
19/11/2017 [23:19]:
Saakaşvili Ukraynada “xalq impiçmenti”nin başlanmasının tarixini açıqladı...
19/11/2017 [23:08]:
Robert Muqabe postunu tərk etməyə razılaşdı - YENİLƏNİB
19/11/2017 [22:58]:
“Atletiko"nun futbolçusu: ““Qarabağ”a qalib gəlsəydik...”
19/11/2017 [22:47]:
Lavrov: “Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişi təmin etməkdə maraqlıdır"
19/11/2017 [22:45]:
Xoruldamaqla köklük arasında əlaqə tapıldı - MARAQLI...
19/11/2017 [22:44]:
Xüms raketlə vuruldu: 12 ölü, 27 yaralı
19/11/2017 [22:39]:
İlham Əliyev: "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasında son dərəcə maraqlıdır"
19/11/2017 [22:26]:
Mərakəşdə humanitar yardım alan şəxslər bir-birini tapdalayıb öldürdü 15 ölü, 40 yaralı
19/11/2017 [22:09]:
Dünya silkələnməkdə davam edir - Daha bir güclü zəlzələ - 6,7 bal
19/11/2017 [22:00]:
"Dünya düzdür" toplantısı keçirildi - İlginc
19/11/2017 [21:39]:
Prezident seçkisi cəmiyyət üçün növbəti fürsət ola bilərmi?
19/11/2017 [21:38]:
İstanbulda dəhşətli terakt hazırlığı: polis ayağa qalxdı - FOTO
19/11/2017 [21:26]:
Qarabağda ermənilərin gözlədiyi 11-ci qızıl ordunun ayaq səsləri...
19/11/2017 [21:13]:
"Artıq Türkiyə adlı "siyasi qatar" Qərb "platformasını" tərk etməkdədir..."
19/11/2017 [20:50]:
Senin gibi çok NATO-lar görmüşüz, çok PKK, çok FETÖ-lar görmüşüz...
19/11/2017 [20:49]:
Ukrayna ABŞ-la birləşir: Rusiyaya qarşı ittifaq
19/11/2017 [20:40]:
İlham Əliyev Sergey Lavrovu qəbul etdi
19/11/2017 [20:34]:
İtaliyada zəlzələ olub
19/11/2017 [20:19]:
Saakaşvili: "Ukraynanın baş naziri olmağa hazıram"
19/11/2017 [20:08]:
Xristian dünyasına şok: İŞİD "Yeni İl"də Papanı öldürəcək (FOTO)
19/11/2017 [19:59]:
Qurban Qurbanov bu futbolçunu "Qarabağ"dan qovdu - FOTO
19/11/2017 [19:57]:
Son 12 ayda dünyanın 4 sakinindən biri rüşvət alıb - SOS...
19/11/2017 [19:44]:
İlin ən gənc milyonçuları onlardır – FOTO
19/11/2017 [19:38]:
Ağstafada 8 yaşlı oğlan faciəvi şəkildə öldü
19/11/2017 [19:30]:
Nüvə düyməsi Trampdan alına bilər - “O, sabit və dərrakəli deyil”
19/11/2017 [19:19]:
Şamaxıda içərisində ailənin 3 üzvü olan avtomobil dərəyə aşdı – YENİLƏNİB
19/11/2017 [19:15]:
Bakı bulvarında dənizə düşən pişiyi xilas etmək üçün hər kəs ayağa qalxdı – VİDEO
19/11/2017 [19:11]:
Salyanda hoteldə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB
19/11/2017 [18:49]:
Adil Əliyev: “NATO Atatürkün kim olduğunu bilmirmi...?”
19/11/2017 [18:21]:
Saakaşvilinin sürücüsünü amansızcasına döydülər
19/11/2017 [18:19]:
Vahid Dünya Dövləti qurulmayınca Qarabağ “münaqişəsi” həll edilməyəcək...-
19/11/2017 [17:46]:
6 şəxsin meyiti Azərbaycana qaytarılıb - Qızıl Xaç Komitəsinin HESABATI
19/11/2017 [17:44]:
Brüssel Prokurorluğu Puçdemonun İspaniyaya verilməsini tələb edib
19/11/2017 [17:41]:
Zimbabvenin hakim partiyası prezident Muqabeni istefa verməyə çağırıb - YENİLƏNİB
19/11/2017 [17:33]:
Lavrov İrəvanda Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivini müzakirə edəcək
19/11/2017 [17:04]:
Zimbabve prezidenti aclıq aksiyasına başladı
19/11/2017 [16:57]:
Ələtdə ağır qəza - Bir ailənin 4 üzvü yaralandı
19/11/2017 [16:42]:
Polis cərimə yazdı: Sürücü küsüb getdi – VİDEO
19/11/2017 [16:28]:
Limonla sodanın qarışığından alınan ilahi möcüzə - FOTOLAR
19/11/2017 [16:15]:
Bu məhşurların ölümü hələ də şübhə altındadır – Araşdırma – FOTOLAR
19/11/2017 [16:05]:
“Kəpəz” PFK-nın Müşahidə Şurasının iclası keçirildi - FOTOLAR
19/11/2017 [15:39]:
""Quska"nın yaraqlıları Hacı İbrahimin kabinetini Kalaşnikovla gülləbaran edirlər..."
19/11/2017 [15:32]:
Sloveniyada "Mixaylo"nun adına layiq möhtəşəm abidə ucaldıldı - FOTOLAR
19/11/2017 [15:31]:
Bakıda tələbə qız qaçırıldı
19/11/2017 [15:16]:
Ermənistanda hərbçilər xidməti yerindən qaçdı
19/11/2017 [15:14]:
Azərbaycanlı zəvvarlarla bağlı ağlasığmaz hadisə
19/11/2017 [14:55]:
Məşhur rolları əlindən alınan aktyorlarımız- Sənət mübahisələri
19/11/2017 [14:54]:
Hakan Şükürün ABŞ-dakı bahalı həyatı – 3 milyonluq malikanə, lüks maşınlar... - FOTOLAR
19/11/2017 [14:46]:
Telefonunuz ləng işləyirsə, bunları edin - FOTO
19/11/2017 [14:28]:
Abxaziya dəmir yolunun açılmasına dair danışıqlar: “Azərbaycanın şərti var ki, silah daşınmasın...”
19/11/2017 [14:22]:
"Real"dan 200 milyonluq plan - ŞOK TRANSFERLƏR
19/11/2017 [14:22]:
Ermənistan ordusunda telefon üstündə dava düşüb, iki hərbçi xəsarət aldı
19/11/2017 [13:56]:
Azərbaycanlı qadın hərbçi partlayış zamanı şəhid oldu - FOTO
19/11/2017 [13:38]:
İmişlidə ağır qəza: Ölən var – FOTO
19/11/2017 [13:32]:
“Gərək ona sataşım ki, qalmaqal qalxsın”
19/11/2017 [13:14]:
Bakıda gənc qız gecə klubunda döyüldü
19/11/2017 [12:56]:
Rusiya Xəzərdə geniş miqyaslı hərbi təlim keçirir
19/11/2017 [12:47]:
Uçqun zamanı torpağın altından çıxarılan fəhlənin vəziyyəti orta-ağırdır – VİDEO
19/11/2017 [12:45]:
Sabah Bakıda çiskinli hava olacaq – PROQNOZ
19/11/2017 [12:38]:
Naxçıvan Qarnizonu ayağa qaldırıldı – FOTO/VİDEO
19/11/2017 [12:18]:
21 yaşlı gimnastımız dünya çempionu oldu - VİDEO
19/11/2017 [12:18]:
Təlim-tərbiyəyə dair pedaqoji və fəlsəfi baxışlar...
Bütün arxiv bir sırada
15/07/2017 [21:40] - Ədəbiyyat - ( 6581 dəfə baxılıb)

Dərin hisslərdən doğulan poeziya...



Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın  “Dünya yuxutək əriyir” kitabının yazıçı Afaq Məsud tərəfindən dilimizə tərcüməsi onunla seçilir ki, vəzn-qafiyə oyunları və digər forma xırdalıqlarına aludə olmayan tərcüməçi  orijinalın məna, məzmun, ideya, bir sözlə, ruhunu verməyi başlıca məqsədə çevirir:
 
“Не верю”
Плевок в душу,
Опять плевок.
Провалилось сердце
Между сломанных строк.
 
Провалилось сердце,
Глыбы став тяжелей.
Боже, куда мне деться?
Боже, скажи, пожалей.
 
“İnanmıram”
Yenə yara vuruldu,
Ruhum soluxdu gül tək.
Qırıq misralarımın
İçindən düşdü ürək.
 
Ürəyim qaya kimi
Çırpıldı uçurumlara.
Sən ruhuma rəhm elə,
İlahi, qaçım… hara?
 
 
“Dünya yuxutək əriyir” kitabını mütaliə edən oxucu gənc şairənin fikir və duyğuları, metaforalar aləmi  ilə yaxından tanış olur, onun şair obrazının əsas cizgilərini  görə bilir. Leyla Əliyeva həm də rəsmlər çəkir və onun şeirləri bəzən rəssam işini xatırladır: “Qırıq misralarımın içindən düşdü ürək”… Bu misranı oxuyanda gözümüz önünə bir natrümort gəlir. Özü də bu natrümortun mərkəzi fiquru hansısa meyvə, yaxud gül-çiçək deyil. Bu, əgər belə demək mümkünsə, psixoloji natürmortdur: masanın ortasına qoyulan şam əriməkdədir;  şamın bir tərəfinə  lələk, o biri tərəfinə isə əzik-üzük vərəqlər atılıb; yanan şam vərəqlərin ortasında düşüb qalmış ürəyi işıqlandırır; vərəqlərdən şairənin misraları oxunur və bu misralar mürəkkəb yox, ürək qanı ilə yazılıb…
 
Gənc şairənin şeirlərinin ana mövzusu – sevgi, baş qəhrəmanı – ürək, əsas ritmi – şair ürəyinin döyüntüləridir. Mövzusundan asılı olmayraq, bu şeirlərin hamısında mərhəmət və sevgi dolu ürək  çırpınır. O, bütün qəlbi, varlığı ilə yazır və oxucunu da yaratdığı poeziyanın səmimiyyətinə inandıra bilir.
***
Leyla Əliyevanın poetik dünyagörüşünü formalaşdıran əsas amil gümüş dövr rus poeziyası, xüsusən də, Aleksandr Blok, Andrey Belıy və digərləri ilə təmsil olunan gənc simvolistlərin yaradıcılığıdır. Fəlsəfi idealizmə meyil, sənətin məqsədini dünyanı və özünüdərkdə görmək, könül aləmini başlıca bədii araşdırma predmetinə çevirmək, hansısa bir olayın yox, ruhun, fikrin,  duyğunun süjetini vermək, simvolları estetik deyil, dini-fəlsəfi mənada qəbul etmək kimi cəhətlər şairəni gənc simvolistlərə yaxınlaşdırır.  Belə bir yaxınlıq təbiidir: o, Moskavada doğulub, ali təhsilini Avropada alıb, ana dili ilə yanaşı, ingilis və rus dillərini də mükəmməl bilir…
 
Gümüş dövr pus poeziyası ilə Leyla Əliyevanın şeirləri arasındakı əlaqə daha çox şairənin mütaliəsi ilə bağlıdır və və demək, təsirlənmə burda zahiri qatdadır. Odur ki,  məqalədə əsas vurğunu gümüş dövr rus poeziyasına vurmaq fikrində deyilik. Bizi maraqlandrıan məsələnin zahiri yox, batini qatı, ilk baxışdan görünməyən tərəfidir. Amma fikrimiz mücərrəd olmasın, konkret faktlara söykənsin deyə, rus simvolist şeiri ilə Azərbaycan şairəsinin poeziyası arasında paralellər aparmalı olacağıq.
 
Gümüş dövr poeziyasının ünlü təmsilçilərindən olan Blok özünün ən səciyyəvi şeirlərindən birində yazırdı:
 
Gecə, küçə, aptek, fanar, 
Zərif, gücsüz, dumanlı nur.
Min il yaşa – nə xeyri var?
Bir axırı – sonu yoxdur.
Ölüb getsən –
Yönün bir də düşər geri,
Olar yenə hər şey təkrar:
Kanalın buz ləpələri,
Gecə, küçə, aptek, fanar.
tərcümə Cabir Novruzundur
 
 
Burada fanar simvoldur və öz kiçik ağlının nuru ilə varlığın sonsuz qaranlığını işıqlandırmağa gücü yetməyən aqnostik insanı işarələyir. Şairə görə, dünya hər şeyin neçə milyon illərdir ki, anlaşılmaz yerə təkrarlandığı bir labirint, bir fəna mülküdür. Bu labirintdən çıxışın yalnız və yalnız bir yolu var – ölüm! Beləliklə, gecədən, küçədən, fanarlardan, aptekdən ibarət adi şəhər mənzərəsi dünyaya simvolik işarələr sistemi kimi baxan, gerçəkliyi səma amfiteatrından seyr edən Blokda qlobal və bədbin fəlsəfi ovqat doğurur.
 
Leyla Əliyevanın da eyni mövzuda şeiri var – “Fanarlar”:
 
Qaranlıq küçədə yanır fanarlar,
Elə bil göylərdə ulduzdur onlar.
Görən gecə boyu nəyi dilərlər?
Bəlkə, fanarlar da sevmək arzular?
 
Sevgili qəlblərin cüt döyüntüsü
Onların nuruna süzülür, dolur.
Bəlkə, təbiətdən gəlir bu bölgü?
Sevməyən həmişə sevimli olur.
Qaranlıq küçədə yanır fanarlar…
Bu işıqlı nuru unutmaq olmaz.
Onlar ürəklərə nur çilər, ancaq
Öz sınıq qəlbləri heç vaxt ovunmaz.
 
 
Şairə amfiteatrdan parterə enir. O, eyni mənzərəyə yuxarıdan yox, aşağıdan, fanarların yanından  baxır. Bəlkə də bu səbəbdən küçə fanarları – bu adi urbanistik rekvizitlər onun şeirində insaniləşir, cəfakeş, təvazökar, tənha insanın obrazına çevrilir.
 
Bu iki şeir arasında predmet oxşarlığı var. Amma oxşarlıq bununla da bitir və fərqlər başlayır. Klassik rus şairi idrak, çağdaş Azərbaycan şairəsi isə sevgi haqqında yazıb. Bu, iki şeir arasındakı mövzu fərqidir.
 
Rus şairinə görə, insan ağlı dünyanı dərkə qadir deyil. Gənc şairə isə əsl aşiqin fədakarlığı, həqiqi sevginin təmənnasızlığından danışır. Bu, iki şeir arasındakı ideya fərqidir.
 
Rus şairi küçə deyəndə ümumən məkanı, gecə deyəndə zamanı, fanar deyəndə insanı göz önünə gətirir, amma onların adlarını çəkmir. Söhbətin kimdən və nədən getdiyini oxucu özü müəyyənləşdirir. Gənc şairənin şeirində isə fanarlar insana məxsus özəlliklərin daşıyıcısıdır – onların da qəlbi və taleyi var, onlar da sevir və xiffət çəkirlər… Yəni şeirdə insanın adı çəkilməsə də, ona məxsus müəyyən özəlliklər əks olunur. Odur ki, Blokun şeirindən fərqli olaraq, burada fanar və insan arasındakı əlaqə simvolik yox, metaforik xarakterlidir.  Bu isə iki şeir arasındakı bədii-estetik fərqdir.
 
Nəhayət, fanarları nəzərdə tutaraq, “onlar ürəklərə nur çilər, ancaq
öz sınıq qəlbləri heç vaxt ovunmaz”, – deyən şairə “çıraq dibinə işıq salmaz” Azərbaycan atalar sözündən istifadə etməklə, şeirin final akkordunu milli bədii düşüncə notları üstündə vurur.
 
Bu fikirləri şairənin təkcə bir şeiri yox, təxminən bütün poeziyasına şamil etmək olar. “Fanarlar” şeirində həm gümüş dövr rus poeziyası, həm də milli bədii düşüncə ilə əlaqə özünün daha aydın ifadəsini tapır. Şairənin yaradıcılığında ümumbəşəri və milli bədii düşüncənin vəhdətinə “Fanarlar”ın işığında baxmağımız bu səbəbdən təsadüfi deyil.
 
Leyla Əliyevanın şeirləri öz mövzusu, fəlsəfəsi, obrazlar sistemi ilə çağdaş şeirimizdən daha çox klassik divan  ədəbiyyatı ilə səsləşir və bu, ilk baxışdan qəribə təsir bağışlaya bilər. Müasir düşüncəyə malik gənc şairə və  klassik Şərq şeiri! Çağdaş zamanın başgicəlləndirən sürəti və orta yüzil təkyələrinin səssiz, qaranlıq, dar hücrələrində yaranan sufiyanə idrak! Bu müəmmanı yalnız psixoanalitik yanaşma ilə çözmək olar. Yəni şairənin orta çağ milli şeir və ümumən Şərq poeziyası ilə bağlılığı sadəcə mütaliə yox, genetik və ruhi əlaqə planındadır. Burada genetik əlaqə şüuraltı, ruhi bağlılıq isə şüurüstünə uyğun gəlir.
 
Gənc şairənin klassik Şərq şeiri ilə əlaqəsinin ilk baxışdan gözə görünməyən daha bir tərəfi var. Onun poetik dünyagörüşünün formalaşmasına bilavasitə təsir edən gümüş dövr rus poeziyası ilə klassik Şərq şeiri arasında ümumbəşəri doğmalıq mövcuddur. Fransız simvolistləri – Pol Verlen, Artur Rembo, Şarl Bodlerlə bütün əlaqələrinə baxmayaraq, gümüş dövr rus şeiri öz mənşəyi etibarilə Qərb yox, Şərq hadisəsidir. Belə ki, rus fəlsəfi-estetik fikrinin patriarxı, ünlü filosof Vladimir Solovyov ilahi çağırışa  cavab olaraq, Şərqə üz tutmuş,  “Tövrat” coğrafiyası əraziləri, xüsusən də Beytül-Müqəddəsi ziyarət etmiş, Misirdə olmuş və bu zaman mistik-səmavi görüntülərlə üzləşmişdi. Gümüş dövr rus poeziyasının fəlsəfi-estetik əsasları məhz bu görüntülərdən  yaranmışdı. Odur ki, rus poeziyasından təsirlənən Leyla Əliyevanın şeirlərində Şərq bədii düşüncə elementlərinin varlığı qanunauyğundur. Ünlü alman filosofu Osvald Şpenqler yazırdı: “Hər bir mədəniyyətin yalnız bütün ruhu ilə bu mədəniyyətə mənsub olanlara axıracan açılan sirli dünyaduyumu var”. “Dünya yuxutək əriyir” kitabı gənc şairənin şərq dünyaduyumunun sirrinə vaqifliyini göstərir. O, Qərb və rus poeziyasından nə qədər təsirlənsə də, qəlbi və ruhu ilə Şərqə məxsusdur.
***
“Dünya yuxutək əriyir” kitabını oxumağa başlayanda qlobal səciyyəli şeirlərlə rastlaşacağımı düşünürdüm və gümanımda yanılmadığımı gördüm. Bu qlobalizm ilk öncə zaman anlayışına yanaşmada üzə çıxır. Kitabın müəllifi hər şeyi amansızcasına vurub keçən, güzəranımızı süni qaçhaqaça çevirən zamanın ağrılarını dərindən duyur. O qədər dərindən ki, zaman onun şeirləində gözlə görünəcək qədər əyaniləşir, əllə toxunulacaq  qədər maddiləşir, həyatın nəsə yardımçı elementi, kənar atributu yox,  canlı subyekti, fəal iştirakçısı, hətta mənfi qəhrəmanı kimi çıxış edir:

“Zamanla döyüşə girirəm yenə”
Zamanla döyüşə girirəm yenə,
Xəsis saatları lənətləyirəm.
Qırıb dağıdıram saniyələri,
Qaçır dəqiqələr, yoxa çıxır qəm.
Dağıdıb yüzlərlə daş divarları,
Yaxşı, buraxıram mən səni Zaman!
Amma yeni günü, yeni sabahı
Bil ki gözləyirəm mən usanmadan!
 
Gənc şairənin poeziyasında məkan da  qlobaldır: dumanlı London, qədim Roma, doğma Bakı, yəni bütöv bir planet. London yorulmayıb, sükut içində səslənir…, Romada bulaşıq bir skamyada… və sair kimi fərqli şeirlərdən gətirdiyimiz bu misralar da fikrimizi təsdiq edir. Amma bütün planetarlığına baxmayaraq, şairənin poeziyasının ana məkanı məhz Bakıdır:

“Bakı”

Xəzərin qoxusu, İçərişəhər…
Abşeron bürküsü, Xəzri, Gilavar…
Qəfil qonaqların səsi, hay-küyü…
Mənim doğma Bakım,
Darıxdım yaman…
Hər nələrin varsa, onlardan ötrü…

Göründüyü kimi, Leyla Əliyevanın qlobalizmi daha çox görüntüdür. Gənc şairənin poeziyasının daxili qatında təkcə məkan yox, zamana münasibət də milli və Şərq poeziyası ənənələri ilə səsləşir. Onun zamandan gileyi Şərq şairlərinin yaradıcılığında geniş yer tutan zəmanədən şikayət mövzusunun  çağdaş ifadəsidir.
 
Zaman fasiləsiz dövr edir və şairlər bunu onun dönüklüyü kimi qavrayır, sonsuz dövretmələrdən  – “sansaradan” gurtulmanın yolunu əbədi dəyişməzliyin hökm sürdüyü metafizik aləmə, Tanrıya sığınmaqda görürdülər. Zamanın dövr etməsi ölüm, bu dövriyyədən çıxmaq əbədiyyət kimi anlaşılırdı. Leyla Əliyevanın şeirləri üçün səciyyəvi olan metafizik aləmə meylin əsasında əzəli insani istək – əbədiyyət duyğusu durur. Bu duyğu olmayan yerdə isə hər hansı ciddi sənətdən danışmaq ümumən mümkünsüzdür.
 
 
***
Afaq Məsud “Dünya yuxutək əriyir” kitabına yazdığı “Buludlardan yuxarı” adlı ön sözdə Leyla Əliyeva şeirlərinin əsas qəhrəmanının Yer üzünə atılmış tənha mələk olduğunu yazır.  Bəli, istər mələk, istər insan olsun, bu qəhrəman tənhadır, çünki cismən bu dünya, ruhən metafizik aləmdə yaşayır. Lakin mənəvi tənhalıqdan, daxili yadlıqdan, ekzistensial ögeylikdən doğan  bütün kədəri ilə birlikdə  o, bədbin deyil Çünki onun üz tutduğu son ünvan, söykəndiyi istinad nöqtəsi var. Bu, Tanrıdır:

“Gecə Günəş səni tərk eləyəndə…”
Bu kiçik dünyada tənha da olsan,
Qalsan da dalanla yol ayrıcında,
Görsən kimsə yoxdu, bomboşdu dünya,
Bil ki, tək deyilsən, O var yanında.

Tənhalıqdan çıxış üçün içindəki ilahi zərrəyə qovuşmalısan. O zərrə apriordur, yəni əzəldən insanın ruhuna qoyulub. Bu zərrəni tapmaqla hamı və hər şeylə bir olduğunu anlayırsan, çünki o hamıda və hər şeydə var. Lakin bu zərrəni rasional məntiqlə dərk etmək, adi gözlə görmək olmaz. Bunun üçün irrasional məntiqə keçməli, gözlərini dünyaya  qapamalısan. Yalnız bu zaman könlünün gözü açılar, ilahi zərrəni görə bilərsən:

“Gözlərim kor olub”

Tutulub gözlərim… amma görürəm,
Hansı parlaq rəngdi, hansıdı qara.
Görmürəm… həm də çox yazığım gəlir,
Qəlbləri kor olmuş bu insanlara.

Könlün gözünün açılması ilahi sevginin oyanmasıdır. Bu oyanışla möcüzə baş verir – ilahi zərrə qopub gəldiyi başlanğıcı duymağa başlayır, insan özünü dünya, kosmos, Tanrı ilə vəhdətdə görür:

Onlar hiss etməzlər, heç vaxt duymazlar,
Sevgi  nəfəsinin oyanışını.
Tutulub gözlərim… amma olur ki,
Görürəm dünyanın lap o başını.
 
Allaha lap yaxın olan vaxtlarda,
 Göyləri ovcumla sığallayıram.
O an unuduram hiss-həyəcanı,
Möcüzə olanı mən anlayıram.
 
Şeir klassik irfan poeziyasının ana mövzusu olan bəsirət gözünün açılması, özünü və Tanrını dərkə həsr olunub.  Ünlü bir aforizmdə deyildiyi kimi, özünü dərk et ki, Tanrını da dərk edəsən. Bu proses üç əsas mərhələdən keçir: cəmiyyətlə olmaq; özünlə olmaq; Tanrıyla olmaq. “Gözlərim kor olub” şeirindəki  insan  artıq cəmiyyətdən ayrılıb, amma hələ Tanrıya da çatmayıb, indi o özü ilə  dialoqdadır. Rus filosofu Vasili Rozanovun dediyi kimi, “təklik xoşdur, çünki tək olanda Tanrıyla oluram”.
 
Eşq insanın içindəki ilahi zərrənin oyanışıdır və bu üzdən onun subyektinin ilahiləşdirilməsi məntiqidir. Eşq möcüzədir və bu üzdən “niyə”, “nəyə görə” tipli məntiqi-rasional suallar çərçivəsinə sığmır. Eşq alın yazısıdır və bu üzdən hər cür fərdi seçimin xaricindədir. Eşq ağlı rədd edir və bu üzdən aşiqin “sevgi şərbətindən sərməst” olması təbiidir. Bütün bu xüsusiyyətlər gənc şairənin sevgi şeirlərini klassik eşq poeziyası ilə doğmalaşdırır:

“Sənə vurulmuşam”

Bütün varlığımla sevirəm səni,
Axı, nəyə görə… demə nahaqdan.
Sənə ilk baxışdan vurulmuşam mən
Başqa cür vurulmur insana insan.
 
İstəyirsən ağla, mən də ağlayım,
Gülmək istəyirsən, birlikdə gülək.
Sevgi  şərbətindən sərxoşam indi,
Zülmətdən həzz alan süd rəngli Ay tək.
 
Leyla Əliyevanın orta çağ poeziyası ilə ortaq və fərqli cəhətləri “Pərvanə” şeirində daha qabarıq görünür. Pərvanə klassik şərq şeirinin gül, bülbül, şam və sair kimi ən səciyyəvi obrazlarından biridir. O özünü sevgilisi yolunda oda yaxan fədakar aşiqin rəmzidir. Çağdaş şairənin də şeirində pərvanənin fədakarlığı qalır. Dəyişən insan və onun münasibətidir. O   bu fədakar aşiqi öz təhlükəli sevdasından əl çəkməyə çağırır:

“Pərvanə”
Dayan, dur, pərvanə, qanad saxla bir!
Niyə can atırsan sən o işığa?..
Geri dön, pərvanə, qorx ki o səni,
Sübh açılanacan yandırıb yaxa.
 
Qanadların ipək, incə məxmərdən,
Görənlər vurular, heyran qalarlar.
İşıq məkrlidi, bu dünya kimi,
Bizi həm yaradar, həm də yandırar.

Klassik düşüncə ilə çağdaşımız arasında pərvanəyə münasibətdə ən böyük fərq şeirin son bəndində üzə çıxır. Gənc şairə min illərin aşiqi olan pərvanəni öz sevgisini yaradıcılığa çevirməyə dəvət edir:
 
Sən gəl ayrı səmtə qanad çal, dostum,
Bilsən də, canını alov yaxacaq.
Bizə misra dolu şeirlər bəxş et,
Məxmər qanadını qırma sən ancaq.

Bu sublimasiya baş tutsa, təbii instinkt etik don geyər, sivil forma alar, fərdi olay ictimailəşər, partlayış təhlükəsi aradan qalxar, nəticədə pərvanə daha özünü oda yaxmazdı. Lakin bu qazancın itkisi də ola bilər. Hər şeyin simulyakra, yəni gerçək əsası olmayan sözə çevrildiyi postmodern erada pərvanəlik də sadəcə oyuna dönər. O zaman pərvanə şamın alovu yox, şairənin gecə lampasının başına fırlanar, özünü oda yaxmaq istəsə belə, hər dəfə lampanın ipək örtüyünə dəyib, yerə düşər və hər şey yenidən başlayar.
 
 
Alman filosofu Vilhelm Dilteyin fikrincə, poeziyanın vəzifəsi metafizika ilə cəmiyyət arasında körpü salmaqdır. Metafizik sirlərin sosial təcəllası baxımından Leyla Əliyevanın “Romada” şeiri daha səciyyəvidir. “Pərvanə”də cəmiyyətə çıxış sənət, bu  şeirdə isə həyat faktı hesabına baş verir:
 
“Romada”

Romada bulaşıq bir skamyada
Səssiz oturmuşam noyabr günü.
Böyrümdə əyləşib miskin bir səfil,
Görən, nədi üzən onun könlünü?

Skamyanın bulaşıqlığı burda təsadüfi olmayıb, klassik şeirdəki “külxən”, yəni küllük obrazına uyğun gəlir. Külxən maddi dünyanın acınacaqlı aqibətini, fənanı işarələyir. O, hər şeyin sonu, dünyanın dibi, axır məkandır. Hadisənin məhz noyabr günü baş verməsini də eyni məntiqlə  yozmaq olar – payız  ilin sonudur.
Beləliklə, adi bir payız günü, adi bir skamyada baş verən bu görüşdə esxatoloji ruh, qiyamət havası, nəsə qeyri-adi sirr var. Qiyamət ölüm yuxusundan ayılma və öz əbədiyyətini görməkdir.  Romadakı görüşün başlıca sirri də məhz bundadır.
Görüşün məhz Romada baş verməsi də təsadüfi deyil. Antik dövrdə özünü əbədi tanrılar şəhəri elan edən Roma, orta çağda dünyanın minillik külxəninə çevrilmiş və İntibah səməndəri bu küllükdən baş qaldırmışdı. Yəni Romanın bulaşıq skamyası dünyanın yuxarısı ilə aşağısının, bəqa ilə fənanın  vaxtaşırı görüş yeridir. Ünlü bir aforizmdə deyildiyi kimi, bütün yollar Romadan keçir.
Əski inanca görə, sözün sirri onun anaqramında gizlənib. Roma sözünün anaqramı “amor”, yəni sevgi deməkdir.  Belə çıxır ki, “bütün yollar Romadan keçir” ifadəsinin gizli mənası “bütün yollar sevgidən keçir” deməkdir. Sözün anaqramında gizlənən sirrin həqiqiliyi  məsələsində israrlı deyilik. Amma Leyla Əliyeva poeziyasının sevgidən keçməsinə şübhə yoxdur.  Bu poeziyada hər şey – anilik və əbədiyyət, ölüm və həyat, iblis və mələk, şam və pərvanə… kimi əks qütblər və bütün bunların vəhdəti kimi Tanrıya gedən yol sevgidən keçir. Buna görə gənc şairənin kitabı “Mənə güc ver, İlahi! Güc ver, insanları, hamını sevim” misraları ilə başlayıb, “həyatı sevirəm… dəlicəsinə” sözləri ilə sona yetir. Sevgi və şeir isə heç vaxt sona yetmir…
 
 
Əsəd Cahangir

...
"Lavrov “fəal səylər dedikdə” əslində topu Azərbaycanın meydanına atır ki..."
Prezident seçkisi cəmiyyət üçün növbəti fürsət ola bilərmi?
Adil Əliyev: “NATO Atatürkün kim olduğunu bilmirmi...?”
Azərbaycanlı qadın hərbçi partlayış zamanı şəhid oldu - FOTO
Yaxşı yuxu görmək üçün nə edək?
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Xoruldamaqla köklük arasında əlaqə tapıldı - MARAQLI...
Kriminal
""Quska"nın yaraqlıları Hacı İbrahimin kabinetini Kalaşnikovla gülləbaran edirlər..."
Cəmiyyət
Təlim-tərbiyəyə dair pedaqoji və fəlsəfi baxışlar...
Cəmiyyət
Övladı ana bətnində qoruyan dualar - hər ay üçün
Araşdırma
Ruslar çeçen qızı zorlayan hərbçiyə çiçək dəstələri atırdılar...
Həftənin ən çox oxunanları
Prezidentdən Cavid Qurbanovla bağlı - Sərəncam
""Avo"nun qolunun birini qanırıb dizimin altına qoydum, başını da, qolunu da kəsdim"
Üç bacı kabab yeyəndən sonra dünyasını dəyişdi - ÖLKƏ ŞOKDA...
"Gəl burdan rədd olaq, elə bilərlər bizi də kimsə saxlayır..." - İCTİMAİ QINAQ
Tağıyevin məzarı belə bilinməyən oğlunun nadir fotoları- İlk dəfə
Zeynəb Xanlarova Rasim Balayevin müdafiəsinə qalxdı: “Desəm öldürərlər, deməsəm ölləm!”
Zəlzələdən sonra su anbarında təhlükəli vəziyyət - Əhali təcili köçürülür - VİDEO
Prokuror hakimi güllələdi- Gözlənilməz
Limonla sodanın qarışığından alınan ilahi möcüzə - FOTOLAR
Bakirəliyini rekord qiymətə satan qız: “Pulu təhsilimə və səyahətə xərcləyəcəm...” -FOTOLAR
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin