Xəbər lenti
21/09/2017 [16:22]:
First Lady yenə də gündəm oldu - 3000 dollarlıq əlbisə və ac uşaqlar...
21/09/2017 [16:04]:
"Əgər o kürsüdən Sarkisyan kimi müharibə canisi çıxış edirsə..."
21/09/2017 [15:58]:
Damladan Mirəliyevə cavab - “Maskalanıb efirdə oturmuram…”
21/09/2017 [15:55]:
"O biri dünya" Vyetnamda tapıldı -  MÖHTƏŞƏM FOTOLAR
21/09/2017 [15:29]:
“İlham Əliyev Sərkisyanın Xocalı soyqırımındakı iştirakını faktlarla isbatladı”
21/09/2017 [15:28]:
“Bunu Sarkisyan da, ermənilər də bilir” - Əliyevin çıxışına şərh
21/09/2017 [15:26]:
ADNSU-da Neft-Mexanika fakültəsinin tələbələri ilə görüş keçirildi
21/09/2017 [15:25]:
Elçin Quliyev “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildi
21/09/2017 [15:16]:
Bu avtobuslara ancaq qadınlar minə biləcək - İNANILMAZ YENİLİK
21/09/2017 [15:09]:
"YAP-ın yarandığı vaxtdan milli dövlətçiliyimizə xidmətlərlə zəngin şərəfli bir yol keçib"
21/09/2017 [14:59]:
"Tramp it kimi hürərək bizi qorxutmağa çalışır..." - Gərginlik yüksəlir
21/09/2017 [14:45]:
Kanalizasiyaya düşən 150 kiloluq donuz belə xilas edildi - VİDEO
21/09/2017 [14:37]:
Moldova prezidentinin istefası təklif edildi
21/09/2017 [14:34]:
Sabahdan Məhərrəm ayı başlayır
21/09/2017 [14:33]:
Həcc ziyarətini tam icra etmiş ilk avropalı qadın - NADİR FOTO...
21/09/2017 [14:31]:
Meksikanın Azərbaycandakı səfirliyi: Meksika xalqının həmrəyliyi bir daha bəlli olur
21/09/2017 [14:30]:
ADU-da “Konfutsi İnstitutu tələbələrinin Çin sərgüzəştləri” mövzusunda seminar keçirildi
21/09/2017 [14:29]:
"Mamaroza" qalmaqalı böyüdü: Kərimlə evli olanda, başqa kişi ilə... - Uşağın kimdəndir?
21/09/2017 [14:28]:
Moderator.az Qars müqaviləsinin imzalandığı vaqonu haradan tapdı? - FOTOLAR
21/09/2017 [14:28]:
Afaq Aslan Azərbaycanı təmsil edəcək: “23 gözəldən biri də mənəm” - FOTO
21/09/2017 [14:22]:
Aralıq dənizində faciə - 100-dən çox itkin var
21/09/2017 [14:22]:
İlham Əliyev BMT baş katibi ilə görüşüb
21/09/2017 [14:18]:
Azərbaycan Cümhuriyyətinin ərazisi və əhalisi ilə bağlı dəqiq rəqəmlər- İngilisdilli mənbələrdən tərcümə
21/09/2017 [14:18]:
Əli Həsənov islam ölkələrini Ermənistanla əlaqələri dayandırmağa çağırdı
21/09/2017 [13:58]:
Arakanlı müsəlmanlara yardım aparan gəmiyə hücum edildi
21/09/2017 [13:58]:
Azərbaycan İŞİD-dən xilas edilən uşaqları gətirmək üçün işə başladı
21/09/2017 [13:54]:
Balakəndə zəlzələ oldu
21/09/2017 [13:42]:
14 yaşından bəri 1000 nəfərin təcavüzünə məruz qalıb 
21/09/2017 [13:32]:
"Judo Club 2012" Avropa birinciliyində uğur qazanan yetirməsini mükafatlandırıb - FOTOLAR
21/09/2017 [13:30]:
Lənkəranskiyə görə adam öldürənə hökm oxundu
21/09/2017 [13:29]:
İqtisad Universitetinin rəhbərliyinə cinayət işi açıldı - Rəsmi
21/09/2017 [13:18]:
Almaniyanın ilk azərbaycanlı millət vəkili kim olub?
21/09/2017 [13:14]:
İnsanın ölümdən 10 dəqiqə sonrakı “düşüncələri” hamını təəccübləndirdi- MARAQLI
21/09/2017 [13:12]:
Mehriban Əliyeva birinci xanımların iştirak etdiyi ziyafətdə
21/09/2017 [13:12]:
Mərkəzi Bankda dollar hərracı keçirildi
21/09/2017 [13:07]:
Şimşək çaxacaq, qısamüddətli yağış yağacaq
21/09/2017 [12:46]:
ABŞ-dan Bərzaninin referendum qərarına sərt reaksiya
21/09/2017 [12:44]:
Qasırğa Trampın və milyarderlərin villalarını darmadağın etdi - FOTO/VİDEO
21/09/2017 [12:33]:
ADNSU-nun “eazi START” Startap və İnnovasiya Mərkəzi tələbə qəbulu elan edir
21/09/2017 [12:32]:
“Sabah xəyanət yazışmaların yayımlanacaq” - Gülbənə sərt sözlər
21/09/2017 [12:25]:
Azərbaycan neftinin dünya bazar qiymətinin yenilənmiş UNEC proqnozu
21/09/2017 [12:17]:
Ziya Məmmədovun bacısı buna görə işdən azad olunub -Video
21/09/2017 [12:16]:
“Onun bizə sevgisi, bizimsə ona borcumuz böyükdür”
21/09/2017 [12:12]:
Erməni deputatlar bu gün Bakıya gəlir
21/09/2017 [11:51]:
Jurnalist Azər Hüseynbala infarkt keçirib
21/09/2017 [11:46]:
Ustad Şəhriyar haqqında müəmmalar: “O, Bakıya niyə gələ bilmədi?”
21/09/2017 [11:44]:
Əmək və sosial müdafiə sahələri üzrə 30-a yaxın elektron xidmət əhalinin istifadəsindədir
21/09/2017 [11:33]:
Deputat Hacı Qalibin həbsini tələb edir
21/09/2017 [11:32]:
“Bu, gecikmiş olsa da, uğurlu addımdır”
21/09/2017 [11:30]:
Prezidentin “Dövlət qulluğu haqqında” qanunda dəyişikliklərə etirazı qəbul edildi
21/09/2017 [11:29]:
Ölkəmizin iqtisadi və siyasi həyatında möhtəşəm mərhələ - Kamaləddin Qafarov
21/09/2017 [11:07]:
Toyda bəyə “Bictoin” taxıldı - Türkiyədə
21/09/2017 [10:36]:
Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupunun növbəti görüşü Tehranda keçiriləcək
21/09/2017 [10:35]:
BAO türkmanların durumunu müzakirə edəcək
21/09/2017 [10:31]:
SOCAR-da işləyənlərin sayı bəlli oldu
21/09/2017 [10:30]:
Azad Cavadov və Rüfət Aslanlı haqqında növbəti ittiham: 11 bankın əmlakı talanıb...
21/09/2017 [10:21]:
İraq ordusu Kərkükün bölgələrinə yeridildi
21/09/2017 [10:19]:
Vətənpərvərlik ölkə təhlükəsizliyinin qarantıdır - Polkovnik...
21/09/2017 [10:17]:
London teraktı ilə bağlı daha bir nəfər saxlanıldı
21/09/2017 [09:45]:
Erməni tərəfi atəşkəs rejimini pozdu
21/09/2017 [09:39]:
Ziya Məmmədov üçün çətin seçim: Həbs təhlükəsi ilə yaşamaq, yoxsa sürgün...?
21/09/2017 [09:36]:
Bakıda yüksək dozada narkotik maddə qəbul edən gənc öldü
21/09/2017 [09:33]:
Los Ancelesdəki Baş Konsulluqdan Lütfi Zadə ilə bağlı – AÇIQLAMA
21/09/2017 [09:30]:
Azərbaycan prezidentinin ABŞ-a səfəri yekunlaşdı
21/09/2017 [09:25]:
Cığal uşağın ənənəvi erməniçiliyi...
21/09/2017 [09:16]:
"Belə görünür ki, onlar üçün neft erası hələ bitməyib..." - İTTİHAM
21/09/2017 [09:09]:
Ad günü keçirmək qadağan olundu - MƏMURLARA XƏBƏRDARLIQ...
21/09/2017 [02:35]:
Səhvləri aşkarlayın, dürüst qərarların məntiqi ardıcıllığını hazırlayın - Günün qoroskopu
21/09/2017 [00:41]:
Yadplanetlilər Yerə çox asanlıqla yaxınlaşa biləcəklər
21/09/2017 [00:29]:
“Türkiyə Azərbaycanı dəstəkləməkdən heç vaxt imtina etməyəcək”
20/09/2017 [23:16]:
"2034-cü ildən sonra qaz dünyada əsas enerji mənbəyi olacaq"
20/09/2017 [23:15]:
Yeni nəqliyyat növü istifadəyə verildi: Yalnız qadınlar istifadə edəcək
20/09/2017 [22:55]:
Direktorun işdən çıxarıldığını eşidən valideynlər etiraz etdilər: Müəllimlər göz yaşı tökdülər
20/09/2017 [22:47]:
Rövnəq Abdullayev tarixi qərardan danışdı
20/09/2017 [22:45]:
FES-dən dolların taleyi ilə bağlı - Qərar
20/09/2017 [22:24]:
500 illik ağacın içindən qəribə skelet çıxdı - FOTO
20/09/2017 [22:23]:
Danışıq qabiliyyətini itirən, iflic olan 8 yaşlı qızın təcili köməyə ehtiyacı var - FOTOLAR
20/09/2017 [22:08]:
"Əgər qarşıma çıxan hərtərəfli məni qane edərsə, sənəti ataram və ərə gedərəm" FOTO
20/09/2017 [22:01]:
“Avroliqa”nın finalı Bakıda, Super Kubok oyunu isə İstanbulda keçiriləcək- 2019-cu ildə
20/09/2017 [22:01]:
Dövlət başçısı: "2004-cü ildən bu yana Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox inkişaf edib"
Bütün arxiv bir sırada
17/07/2017 [14:19] - Cəmiyyət - ( 2559 dəfə baxılıb)

"Elə mollalar tanıyıram ki..."



Xəbər verdiyimiz kimi Azərbaycanda molla pivə içərkən yaxalanıb. Əyalətlərimizin birində baş vermis bu hadisə cəmiyyətdə müzakirə olunmaqdadır. Maraqlıdır, bu mollanın etdiyi dualar qəbul olarmı?Onu mollalıqdan kənarlaşdırmaq lazımdır?  

İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov  məsələ ilə bağlı Moderator.az -a açıqlama verib:

“Bu gün cəmiyyətimiz, ayrılıqda hər bir fərdimiz, ailəmizdən qardaşımız, atamız, yaxın qohumlarımız süfrədə bir araya gəldikdə, oturub bir tikə çörək yedikdə mütləq özlərində, öz məclislərində kənardan özlərinə xoş görsənən, öz dilləri ilə desək keflərini açan bir içkini süfrədə görmədikdə, yeməkləri boğazlarından getmir, sanki nə isə böyük bir çatışmamazlıqlarının olduğunu deyirlər, bunu açıqdan da deyir, hətta davranışlarından müşahidə edirik. Məclislərində Allah Təalanın murdarlıq adlandırdığı şərab olmadıqda sanki bu məclis bir yas məclisi imiş kimi qayğılı, üzlərində üzüntü hiss olunur. Bu gün cəmiyyətimiz bu böyük bir bəlaya mübtəla olmuşdur. Allahdan xalqımızın, camaatımızın bağışlanmağını istəyir, onlara təmizlik və gözəllik arzu edirik.

Allah Təala Qurani Kərimdə buyurur: “- Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!” (əl-Maidə (Süfrə) surəsi, 90).

Buxari Səhihində “Kitabu-l-əşribədə (İçəcəklər kitabı)” bu ayəni içkinin haramlığı haqqında gələn hədislərə bir hazırlıq və müqəddimə olmaq üçün zikr etmişdir. Bu ayə sərxoşluq verən içkilərin qadağası və haram edilməsi haqqında üçüncü və son olaraq enən ayədir. Bunlardan birincisi Quranın Nisa surəsinin 43-cü ayəsidir: “- Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cunub (murdar) olduğunuz zaman – yol ötən müsafirlər müstəsnadır – qüsl edənədək namaza (namaz qılınan yerə) yaxınlaşmayın. Xəstələndikdə və ya səfərdə olduqda, sizlərdən biri ayaq yolundan gəldikdə, yaxud qadınlara toxunmuş (yaxınlıq etmiş) olduqda (qüsl və dəstəmaz üçün) su tapmadığınız zaman pak bir torpaqla təyəmmüm edin, (ovuclarınızı) üzünüzə və əllərinizə sürtün! Şübhəsiz ki, Allah əfv edəndir, bağışlayandır!” İkincisi isə Quranın əl-Bəqərə (İnək) surəsinin 219-220-ci ayələridir: “- (Ya Rəsulum!) Səndən içki və qumar (meysir) haqqında sual edənlərə söylə: “Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür”! (Allah yolunda) nəyi paylamalı olduqlarını soruşanlara isə de: “Ehtiyacınızdan artıq qalanını (möhtaclara paylayın)!” Allah sizə Öz ayələrini bu cür bildirir ki, bəlkə, fikirləşəsiniz. Dünya və axirət (işləri) barəsində. (Ya Rəsulum!) Səndən yetimlər haqqında sual edənlərə söylə: “Onlar üçün (onların malını qorumaq və güzəranlarını) yaxşılaşdırmaq xeyirlidir (nəcib əməldir). Əgər onlarla birlikdə yaşayırsınızsa, onlar sizin qardaşlarınızdır”. Allah islah (yaxşılıq) edənləri də, fəsad salanları da tanıyır. Əgər Allah istəsəydi, sizi, əlbəttə, əziyyətə salardı. Həqiqətən, Allah yenilməz qüvvət, hikmət sahibidir!”.

Buxari bu ayəni dəlil gətirdikdən sonra aşağıdakı hədisləri rəvayət etmişdir:

1. …Bizə Malik, Nafidən, o da Abdullah bin Ömərdən xəbər verdi ki; Allahın rəsulu (s.ə.s) belə buyurdu: “Kim dünyada şərab içsə, sonra bu günahından tövbə etməsə, o adam axirətdə Cənnət şərabından məhrum olacaq”.

2. …Əz-Zühri belə demişdir; mənə Səid bin Müsəyyəb xəbər verdi ki, özü Əbu Hüreyrədən eşitmişdir: Peyğəmbərə isra etdirildiyi gecə (meraca çıxdığı gecə) iliyada (Beytu-l Məqdisdə) biri şərab, digəri də süd dolu olan iki qədəh gətirildi. Peyğəmbər (s.ə.s) onlara baxdı, sonra süd qədəhini aldı. Cəbrayıl (ə.s) ona belə dedi: “Səni fitrətə yönəldən Allaha həmd olsun! Əgər sən şərabı götürmüş olsaydın, ümmətin zəlalətdə olardı”.

3. …Ənəs belə demişdir: Mən peyğəmbərdən bir hədis eşitdim ki, onu sizə məndən başqa heç kim deməyəcək. Belə buyurdu: “Cəhalətin yayılması, zinanın yayılması, şərabın içilməsi, kişilərin sayı azalıb, qadınların çoxalması — o dərəcədə ki, əlli qadının yalnız bir baxanı, sahibi olması qiyamət əlamətlərindəndir”.

4. …İbn Şihab belə demişdir: Mən Əbu Sələmə bin Əbdurrahman ilə İbnul Müsəyyəbdən eşitdim, belə deyirdilər: Əbu Hüreyrə (r.a) belə dedi: Peyğəmbər belə buyurdu: “Zina edən adam zina etdiyi vaxt (tam və kamil) mömin olduğu halda zina etməz. İçki içən də içdiyi vaxtda kamil bir mömin olaraq içməz. Oğurluq edən də oğurlayarkən kamil bir mömin olaraq oğurluq etməz”.

Bu yuxarıda qeyd etdiyim şəriət mətnləri spirtli içkilərin haram olduğunu göstərir. O ki, qaldı mollanın belə bir harama əl atması məsələsinə gəldikdə qeyd edim ki, mollallıq adlı sənət növü, vəzifə, səlahiyyətli ciddi iş icraçısı hal-hazırda mövcud deyildir. Hal-hazırda Qafqaz Müsəlmanları İdarəsinin təyin etdiyi rəsmi məscid axundları, imamları fəaliyyət göstərirlər. Onlar eyni zamanda Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin rəsmi sənədləşdirmə işində qeydiyyatdan keçiblər. İnsanlar çalışmalıdırlar ki, dini ayinlərin yerinə yetirilməsində belə savadlı elmli ilahiyatçılardan istifadə etsinlər. Həmçinin insanlar dini ayinlərin icrasında sözü ilə əməli eyni olan savadlı, ağıllı, təhsilli, elmli ilahiyatçılardan da yararlana bilərlər. Çox savadlı, inanclı, əməlləri doğru olan, dini gözəl bilən və yaşayan elmli ilahiyatçılar ölkəmizdə barmaqla sayılacaq qədər az olsa da mövcuddur. Belə doğru-dürüst ilahiyatçılardan dini ayinlərin icrasında insanlar yararlanmalıdırlar. Bəzən insanlar mollaların nitqinə görə, səsinin bərk çıxmağına görə onlara müraciət edirlər. Halbuki onların çoxusunun nə ərəbcə bilgisi, nə şəriətin hökmlərinin elmi, nə də doğru dürüst saleh əməlləri mövcud deyildir. Biz qəbirlərimizi ziyarət edəndə həmin mollaların qəbirstanlığın kənarında durub hansı vəziyyətdə olduğunu görürük. Bəzən qəbirstanlıqda olan mollalar bizi görən kimi elə hücuma keçirlər ki, az qala bir-birlərini döysünlər ki, biri o birini geriyə salıb özü gəlib Quran oxusun. Ona görə də əslində hər bir müsəlman özü Quran oxumağı bacarmalıdır ki, belə mollalara ehtiyac hiss etməsin. Həmçinin insanlar anlamalıdırlar ki, ölüyə fayda verən yalnız onun üçün dua etməkdir. Mollalar əslində qəbir ziyarətlərində şəriətə zidd olan əməllər edir, şəriətə zidd sözlər danışır, insanları yanlış istiqamətə sürükləyirlər. Əlbəttə belə mollalar gündəlik həyatlarında böyük günahlar işlədir, haramlar edirlər. Mən elə mollalar tanıyıram ki, onlar səhərlər qəbir üstün gedir, ölülərə Quran oxuyur, axşam isə toya gedib orada spirtli içkilər içirlər. Mən özüm belələrini görmüşəm və ona görə də hansısa mollanın haradasa oturub pivə içməsi mənə qəribə gəlmir. Ona görə ki, onların əməlləri ilə sözləri eyni deyildir. Əlbəttə hər bir insan, istər molla olsun, istərsə də başqa peşə sahibi olsun nəfsinə tabe olub böyük günahlar və aisliklər edə bilər. Şeytan bəzən insana çirkin işləri gözəl göstərir, bəzən isə insan özü nəfsinə qalib gəlməyərək haram işlər görür. Buna baxmayaraq insanın çevrəsi də vəzifəsindən, işindən asılı olmayaraq ona təsir göstərir. Spirtli içkilərin açıq-aşkar istehsalı, satışı, insanların kütləviliklə bu içkilərə aludə olması, bütün məclislərimizdə bu haram içkilərin başda olması normal olaraq da zəif dindar insana da təsir edir və istər-istəməz hər bir insanın meyli hər gün bu içkilərin içində olduğu üçün meyli çəkir ki, o da bu içkilərdən içsin. Ancaq belə insanlar zəif insanlardır. Hər bir insanda belə yanlışlıqlar olur. Buna baxmayaraq cəmiyyətdə inanclı sayılan, dini təmsil edən, Quran oxuyan şəxs belə əməllərdən çəkinməlidir. Hər bir insan günah, xəta səhv edə bilər, əsas odur ki, nəticədə Allaha tövbə edib bağşlanmağını istəsin və spirtli içkilərdən çəkinsin. Spirtli içkilərdən ona görə çəkinmək lazımdır ki, Allah təala Qurani Kərimdə artıq bu içkiləri qadağan və haram etmiş, möminlərin belə içkiləri tərk etmələrini onlara əmr etmişdir. Allaha inancı olan şəxs heç vaxt belə içkiləri içməz, xəta edərək içibsə də sonra tövbə edib, Allahdan bağışlanmağını istəyər və bir daha bu içkiləri dilinə vurmaz.”

"Belə görünür ki, onlar üçün neft erası hələ bitməyib..." - İTTİHAM
Danışıq qabiliyyətini itirən, iflic olan 8 yaşlı qızın təcili köməyə ehtiyacı var - FOTOLAR
"Əgər qarşıma çıxan hərtərəfli məni qane edərsə, sənəti ataram və ərə gedərəm" FOTO
“Avroliqa”nın finalı Bakıda, Super Kubok oyunu isə İstanbulda keçiriləcək- 2019-cu ildə
9 aylıq uşağa qarşı dayə zorakılığı - VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
“İlham Əliyev Sərkisyanın Xocalı soyqırımındakı iştirakını faktlarla isbatladı”
Cəmiyyət
Azərbaycan Cümhuriyyətinin ərazisi və əhalisi ilə bağlı dəqiq rəqəmlər- İngilisdilli mənbələrdən tərcümə
Maraqlı
İnsanın ölümdən 10 dəqiqə sonrakı “düşüncələri” hamını təəccübləndirdi- MARAQLI
Dünya
ABŞ-dan Bərzaninin referendum qərarına sərt reaksiya
Ədəbiyyat
Ustad Şəhriyar haqqında müəmmalar: “O, Bakıya niyə gələ bilmədi?”
Həftənin ən çox oxunanları
Bəy qadın qonaqları sıraya düzüb qıçlarını əllədi- VİDEO
İsraildən Azərbaycana arxadan zərbə?
11 yaşında taxta çıxıb, 2 qardaşını öldürüb, 28 yaşında 32 uşağı olub  - MARAQLI
18 yaşlı qızı mobil telefon öldürdü- Anasının gözü qarşısında
"Bunu edən şərəfsizə, namussuza çox ağır cəza istəyirik ki..."
Həyat yoldaşını öpmək istədi, biabır oldu - VİDEO
Arktikada tapılan tunellərdə naməlum dünyanın izləri aşkarlandı - Elm dünyası şokda - VİDEO
1995-ci ilin OMON hadisələrinin suçlusundan şok açıqlama - "Heydər Əliyev istəsəydi..."
"Əlamətləri gerçəkləşdi, qiyamət yaxındadır..." - Tanınmış ilahiyyatçı
"7 rayonun əvəzinə buna getsək, Dağlıq Qarabağı itirmiş olacağıq"
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin