Xəbər lenti
21/01/2018 [10:18]:
Çavuşoğlu İraqa gedəcək
21/01/2018 [10:18]:
MN:Ermənistan mətbuatının yaydığı xəbər yalandır - PUA-larla bağlı
21/01/2018 [10:15]:
Tramp prezidentlik səlahiyyətinin 1 ilinə yekun vurdu
21/01/2018 [10:11]:
İranın ən böyük döyüş gəmisi Xəzərdə iki hissəyə bölündü
21/01/2018 [09:48]:
Düşmən iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəsi pozdu
21/01/2018 [09:38]:
Makedoniyanın yeni adı bəlli olacaq - REFERENDUMLA
21/01/2018 [09:29]:
"Azadlıq abidəsi" ziyarətçilərin üzünə bağlandı
21/01/2018 [09:26]:
Dəməşq Türkiyənin Afrindəki əməliyyatını pislədi
21/01/2018 [09:12]:
Türkiyə raket atəşinə tutulub – FOTO
21/01/2018 [09:10]:
Əxlaqsızlıq yuvası yandı: 4 kişi öldü, qadın yaralandı
21/01/2018 [08:55]:
"Bu xarakterdə insanın prezident vəzifəsini tutması, həm də Amerika demokratiyasının sınaq dövrüdür"
21/01/2018 [00:16]:
Çavuşoğlu: “Türkiyə Afrindəki əməliyyatı beynəlxalq hüquq əsasında aparır”
21/01/2018 [00:14]:
Praqanın mərkəzində oteldə yanğın: 2 nəfər ölüb, 40 nəfər xəsarət alıb
21/01/2018 [00:10]:
Bürclər - 21 YANVAR
21/01/2018 [00:01]:
Deport olunacaq azərbaycanlı ailə miqrasiya idarəsinin əməkdaşlarını girov götürdü – VİDEO
20/01/2018 [23:54]:
Ərdoğan 20 Yanvardan yazdı - FOTO
20/01/2018 [23:53]:
"Bu, Türkiyənin savaşa sürüklənməsi deyil, gələcək böyük bəlaların indidən önlənməsidir"
20/01/2018 [23:47]:
Afrindəki əməliyyatda iştirak edən Türkiyə təyyarələri bazalara qayıdıb
20/01/2018 [23:43]:
"Qalatasaray" klubuna yeni prezident seçildi
20/01/2018 [23:41]:
Tillerson Lavrova zəng etdi
20/01/2018 [23:30]:
Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi üzvləri Şəhidlər Xiyabanına gedərkən insident yaranıb
20/01/2018 [23:27]:
"Türkiyənin Suriyaya hərbi müdaxiləsi İsrailin maraqları ilə uzlaşmır"
20/01/2018 [23:23]:
BAO-çular Şəhidlər Xiyabnına ziyarət yürüşü keçiriblər
20/01/2018 [23:17]:
Azərbaycanın xalq artisti vəfat etdi
20/01/2018 [22:55]:
Azərbaycanda manyak: Polis hər yerdə onu axtarır - FOTO
20/01/2018 [22:37]:
“Ağdərədə erməninin evində səhərədək gözümüzü yuma bilmədik...” - Maksim Musayev
20/01/2018 [22:29]:
Yerusəlimdə ABŞ səfirliyinin yeri məlum oldu
20/01/2018 [22:01]:
Mədənizin düşməni olan qida məhsullarını tanıyın - SİYAHI
20/01/2018 [21:50]:
"İmperiya Azərbaycan xalqının istiqlal arzusunun qarşısını ala bilmədi"
20/01/2018 [21:48]:
Azərbaycana unikal “Skif” raketləri gətirildi
20/01/2018 [21:45]:
“Müharibə haqqında həqiqəti yazmaq çox qorxuludur”
20/01/2018 [21:41]:
Ramil Usubov rəisi işdən azad edib, sərəncama göndərdi
20/01/2018 [21:33]:
Rusiya ordusu Afrini tərk etdi
20/01/2018 [21:31]:
Roma papası avtosiqnalla atı ürkütdü - At qızı kortejin qabağına yıxdı (VİDEO)
20/01/2018 [21:24]:
Türkiyə SQ Baş Qərargahı: Afrində 113 hədəfdən 108-i məhv edilib
20/01/2018 [20:38]:
“Dünya bu faciələrə obyektiv qiymət verməyəcək: Ta o vaxta qədər ki...”
20/01/2018 [20:31]:
İran XİN Türkiyənin Afrin əməliyyatına münasibət bildirdi
20/01/2018 [20:29]:
Rusiya BMT-də Türkiyənin Afrindəki əməliyyatının dayandırılmasını tələb edəcək
20/01/2018 [20:28]:
Rusiya XİN Türkiyənin Afrin əməliyyatına münasibət bildirdi
20/01/2018 [20:25]:
“Yoldaşına deyib ki, oğlumuzu sənə tapşırıram...”- Oğlunun üzünü görməyən Şəhid zabitimizin döyüş yolu...
20/01/2018 [20:08]:
ABŞ hökumətinin "bağlanması" Azərbaycana təsir edəcəkmi?
20/01/2018 [19:28]:
Türkiyə Baş Qərargahı: Afrindəki terrorçulara qarşı "Zeytun budağı" əməliyyatı başladı
20/01/2018 [19:00]:
Şəhriyar Məmmədyarov: "Liderlər arasında olmaq çox maraqlıdır"
20/01/2018 [18:58]:
ABŞ-Azərbaycan münasibətlərində sualların sayı artır
20/01/2018 [18:48]:
Çavuşoğlu vəTillerson arasında telefon danışığı olub
20/01/2018 [18:47]:
Türkiyə hərbi aviasiyası Suriyadakı mövqeləri bombalamağa başladı
20/01/2018 [18:33]:
Tanınmış aparıcı yanğın zamanı binada olub
20/01/2018 [18:21]:
"Vəzirovun Ermənistandan qovulanların Dağlıq Qarabağda yerləşdirilməsi siyasəti uğurla nəticələnsəydi..."
20/01/2018 [18:21]:
“Facebook”da təhqir edən şəxsə necə cəza verilməlidir? - Deputatdan açıqlama
20/01/2018 [18:04]:
““Mossad” 3 minədək adamı aradan götürüb” - İsrail jurnalistindən ŞOK...
20/01/2018 [17:56]:
"İşğala son qoyulmadan atəşkəsin monitorinqinin artırılması bizim nəyimizə lazımdır?"
20/01/2018 [17:51]:
20 Yanvarı xatırlarkən...
20/01/2018 [17:48]:
Millət vəkilindən jurnalistin təklifinə dəstək
20/01/2018 [17:43]:
Prezident olsam, 20 martda bu ölkəni işğal edəcəm - Jirinovski
20/01/2018 [17:28]:
Düşmən Qazaxın Qaymaqlı kəndini atəşə tutdu
20/01/2018 [17:19]:
Millət vəkili İstanbulda Qarabağdan danışıb və Türk dünyasına çağırış etdi
20/01/2018 [17:02]:
Serj Sarkisyanın qardaşına yeni vəzifə verildi
20/01/2018 [16:58]:
“Ermənilərin 20 Yanvar olaylarındakı məsuliyyəti müəyyən edilməlidir” – TƏKLİF
20/01/2018 [16:53]:
MMP Qəbələ rayon təşkilatı ŞƏHİD abidəsini ziyarət edib
20/01/2018 [16:49]:
20 Yanvarı xatırlarkən...
20/01/2018 [16:45]:
Topçubaşovun dəfnindən “reportaj”- Rəsulzadənin kədərli nitqi
20/01/2018 [16:30]:
“Rusiya Türkiyəyə deyə bilmədiklərini Suriyaya dedizdirir”
20/01/2018 [16:27]:
Ərdoğan: "Afrin əməliyyatı faktiki olaraq başlayıb"
20/01/2018 [16:16]:
Serj Sarkisyan Armen Sarkisyanın prezidentlik məsələsini hamı ilə razılaşdırıb
20/01/2018 [16:12]:
Xoşqədəmdən qarğış statusu - "Allah onları bir gün bu verilişə dərdləriylə gətirsin"
20/01/2018 [16:10]:
Rusiyanın Çinə göndərdiyi "S-400" sistemi geri qaytarıldı
20/01/2018 [16:03]:
Federal hökumət rəsmən qapandı -ABŞ və Tramp şokda
20/01/2018 [15:51]:
"Cümhuriyyətlə bağlı yazılanlar, yazılmayanların çox cüzi hissəsidir" - Nadir Bədəlov
20/01/2018 [15:48]:
"Əgər Türkiyə soyqırım yaşamamışsa, bunun üçün Azərbaycana borcludur"
20/01/2018 [15:29]:
Şamaxıda evə basqın: Maskalı şəxslər külli miqdarda pul apardı
20/01/2018 [15:18]:
Sevdiyi qız intihar edən Azərbaycan şəhidi - FOTO
20/01/2018 [15:14]:
"Alanda başqasından hamilə olduğunu bilmirdim" - Azərbaycanda rüsvayçılıq
20/01/2018 [14:52]:
"Həmişə qəlbimdə qalacaqsınız" - Dino Ndlovu
20/01/2018 [14:48]:
Bakıda avtomobili oğruları saxlanıldı
20/01/2018 [14:44]:
Corc Soros ona qarşı olan dövlətlərə meydan oxudu: "Ölənə qədər sizinlə varam”
20/01/2018 [14:39]:
Dilçilik institutunun direktoru orfoqrafiya lüğətinə təklif olunan dəyişikliklərə aydınlıq gətirdi- MÜSAHİBƏ
20/01/2018 [14:37]:
Şəki rayon təşkilatında 20 Yanvar faciəsinin qurbanları yad edildi- FOTO
20/01/2018 [14:36]:
Yeməyə ildə ancaq 5 manat xərcləyən adam - Onun məqsədi israfçılığa diqqət çəkməkdir
20/01/2018 [14:33]:
Şəhidin son statusu ürək dağladı -"Allah bizi şəhidliyə layiq bilsin”
20/01/2018 [14:32]:
İyirmi yeddi ildir doğum günü qeyd etməyən bəstəkar – FOTO
Bütün arxiv bir sırada
17/07/2017 [20:12] - Cəmiyyət - ( 1389 dəfə baxılıb)

Sarkisyanın çox riskli və xəlvəti oyunu: Putin nə deyəcək?



Ermənistan bu ilin payızında Avropa İttifaqı ilə “əhatəli və genişlənmiş əməkdaşlığa” dair  razılaşma imzalayacaq.  Noyabrda Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı sammiti zamanı imzalanması gözlənilən razılaşma artıq paraflanıb, başqa sözlə, imzalanmaq üçün tam hazırdır. Ancaq mətni açıqlanmır. Üstəlik erməni rəsmiləri deyirlər ki, sənəd imzalananda da mətni açıqlanmayacaq, ancaq gələn ilin əvvəllərində ictimaiyyət bu razılaşmanın detallarından xəbərdar olacaq.

Bəs nə baş verib ki, 2013-cü ildə Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində Assosiasiya razılaşmasını imzalamağın bir addımlığında olanda Putinin qəfil əmri ilə bu razılaşmadan imtina edib Avrasiya İttifaqına daxil olmağa qərar verən Sərkisyan yenidən Brüssellə yaxınlaşmağa başlayıb? Moskvada bu haqda nə düşünürlər və Ermənistanın Aİ ilə genişləndirilmiş tərəfdaşlıq razılaşmasının imzalanmasına razılıq verəcəklərmi?

Ermənistanla Avropa İttifaqı arasında həmin razılaşmaya dair danışıqlar təxminən bir ildir gedirdi. Ermənistan tərəfdən danışıqları xarici işlər nazirinin müavini Karen Nazaryan aparıb. Lakin informasiyalı mənbələr deyirlər ki, bu razılaşmanın əsas lobbiçisi prezident Serj Sərkisyanın kürəkəni, hazırda Ermənistanın Vatikandakı səfiri olan Mikael Minasyandır. 


Minasyan əvvəldən Avropaya yaxın hesab edilir, Avropa strukturlarında işləyib, Ermənistanda Avropa Hərəkatını yaradıb. Minasyan hazırda ölkədən uzaqda olsa da Ermənistandakı KİV-lərin böyük qismini kurasiya edir.

Razılaşmanın mətni məxfi saxlanılır, bununla belə erməni rəsmiləri, o cümlədən prezident Sərkisyan deyib ki, sənəd 2013-cü ildə imzalanması nəzərdə tutulan Assosiasiya sazişindən güclü şəkildə fərqlənmir. Sənədin siyasi hissəsi demək olar ki, olduğu kimi qalıb. İqtisadi hissəsindən isə Ermənistanın Avrasiya İttifaqına üzvlüyü nəzərə alınmaqla azad ticarət barədə bəndlər çıxarılıb.

Xatırladaq ki, Ermənistanla Aİ arasında Assosiasiya razılaşmasına dair sənədin layihəsi üzərində 3 il yarımdan çox danışıqlar getmişdi. Sənəd 2013-c ilin noyabrında Şərq Tərəfdaşlığının sammitində imzalanmalıydı. Lakin həmin ilin sentyabrında Rusiya prezidenti Vladimir Putinin qəfil zəngi ilə Serj Sərkisyan məzuniyyətini yarımçıq kəsib Moskvaya yollandı. Novo-Oqaryevoda Putinlə görüşəndən sonra mətbuat konfransında elan etdi ki, Ermənistan Assosiasiya sazişindən imtina edir, Avrasiya İttifaqına qoşulmağı qərara alır.

O vaxt mətbuat yazmışdı ki, Putin Sərkisyanı “yola gətirmək” üçün Qarabağla təhdid edib, bildirib ki, Ermənistan Avropa İttifaqı ilə inteqrasiyaya getsə o zaman Rusiya Azərbaycan tanklarının Qarabağa doğru yürüşünü dayandırmayacaq. Məlumatlara görə Sərkisyana hətta Azərbaycan ordusunun Qarabağa hücum planı da nümayiş etdirilmişdi.

Ötən ay iyunun 29-da Ermənistan parlamentində büdcə müzakirələri zamanı “Tsarukyan” blokundan deputat Vaqe Enfiacyan xarici işlər nazirinin müavini Şavarş Köçəryana sual verib: Assosiasiya sazişinin kədərli təcrübəsi nəzərə alınarsa Avropa İttifaqı ilə yeni  razılaşmanı da analoji aqibət gözləyə bilərmi? Yəni Rusiya bu dəfə də son anda müdaxilə edib Ermənistanın həmin sənədi imzalamasını əngəlləyərmi?


Köçəryan bu suala konkret cavab verməyib, deyib ki, sənəd artıq paraflanıb və nəticəsi barədə gələn ilin əvvəlində danışmaq olar. “Biz onu noyabrda, Brüsseləd imzalamağı planlaşdırırıq. Yaşayarıq, görərik”-bu eybəcər erməni “diplomat”  bildirib.

Hakim Respublika partiyasından deputat, xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan isə həmin iclasda  jurnalistlər qarşısında lovğalanıb ki, Ermənistan Avropa İttifaqı ilə münasibətlərdə Azərbaycandan “bir addım irəlidir”. Onun sözlərinə görə, Ermənistan Aİ ilə hərtərəfli və dərin əməkdaşlığa dair artıq paraflanmış razılaşması var, Azərbaycan isə danışıqlara hələ təzə başlayıb. Bu zaman jurnalistlər ona Assosiasiya razılaşmasının aqibətini xatırladıblar, Aşotyan isə deyib ki, “müqayisə yersizdir”.

“Ötən dəfə ilə müqayisə aparmaq heç hüquqi baxımdan da düzgün deyil, çünki o vaxt razılaşma paraflanmamışdı. Üstəlik Avropa Komissiyasının o vaxtkı tərkibi Şərq Tərəfdaşlığı ərazisində Rusiya ilə qarşılıqlı əməkdaşlıq məsələsində daha sərt idi”-Aşotyan indiki razılaşmanın Rusiyadan xeyir-dua aldığına eyhamla bildirib.



EurasiaNet saytının təhlilçisi, tanınmış analitik Coşua Kuçeranın yazdığına görə sənəd hələ açıqlanmasa da erməni və avropalı diplomatlar təsdiqləyirlər ki, o, 2013-cü ildə Moskvanın razılıq vermədiyi sənədə çox oxşardır. Analitikin bildirdiyinə görə, sənəddə Avropa İttifaqı ilə Ermənistan arasında müəyyən məhdudlaşdırmalar olsa da o, İrəvanın  Rusiyadan sıx asılılığına ciddi alternativ yaradır.

Xarici işlər nazirinin müavini Karen Nazaryan EurasiaNet.org-a açıqlamasında sənədə dair Rusiya və “digər maraqlı tərəflərlə” məsləhətləşmələr apardıqlarını deyib. “Məsləhətləşmələr zamanı biz izah etdik ki, daha söhbət  dərin və hərtərəfli azad ticarət Müqaviləsindən getmir. Bu məsələ razılaşmada yer almır”-o bildirib. Nazaryan deyib ki, Ermənistan çoxdandır özünün mühüm parnyorları-Rusiya, ABŞ və Avropa İttifaqı ilə çoxvektorlu xarici siyasət aparır. Razılaşma da həmin siyasətin bir hissəsidir.

Maraqlıdır ki, Rusiya rəsmi şəxsləri indiyə qədər İrəvanın Brüssellə imzalamağa hazırlaşdığı razılaşma barədə şərh verməyiblər. Bununla belə, İrəvandakı avropalı diplomat Rusiya xarici işlər nazirini nəzərdə tutaraq bildirib ki, “Lavrov yaşıl işıq yandırıb”.

Lakin İrəvandakı “Qafqaz İnstitutu”nun direktoru Aleksandr İsgəndəryan Rusiyanın bu razılaşmaya xeyir-dua verdiyinə inanmır. “Heç vaxt  bilmək olmaz. Çünki sabah Rusiya cibindən tapançanı çıxarıb masanın üstünə qoya bilər, necə ki, 2013-cü ildə bunu etdi”-İsgəndəryan bildirib.

Sənədin mətni gizli saxlanılsa da orada Metsamor AES-ə dair bənd olduğu haqda danışılır. Həmin bənddə nə deyildiyi məlum deyil. Ancaq ehtimal ki, orada faktiki olaraq qəzalı vəziyyətdə olan AES-in istismarına dair Aİ-nin hansısa yardımları nəzərdə tutulur. O biri tərəfdən Rusiyanın Metsamor AES-i nəzarət altına almağa çalışdığı haqda xəbərlər var.

Virtualaz.org-a məlum olub ki, hazırda bu məsələ ilə bağlı danışıqlar gedir. Detallar məlum deyil, amma ola bilsin ki, Rusiya Ermənistanın energetika təchizatında tam inhisarçı mövqeyə malik olmaq üçün paylayıcı şəbəkə ilə yanaşı ölkənin əsas elektrik enerjisi istehsalçısını da öz mülkiyyətinə keçirməyə çalışır. İrəvan isə görünür buna razı deyil, AES-i hansısa formada Avropa İttifaqının himayəsinə vermək istəyir.


Əgər Metsamor AES-lə bağlı məsələni çıxsaq belə görünür ki, Rusiya hələlik razılaşmanın qalan hissəsinə qarşı deyil. EurasiaNet.org-a açıqlama verən İrəvandakı həmin avropalı diplomat Rusiyanın məsələyə münasibəti haqda bunları deyir: “Rusların doğrudan da Ermənistana baş qoşmağa həvəsləri yoxdur. Onları hərbi bazaları maraqlandırır. Onlar burada-Türkiyə ilə, İranla sərhəddə öz əsgərlərini saxlamaq istəyirlər, habelə ruslar öz sülhməramlılarını Dağlıq Qarabağa göndərməyə çox can atırlar. Onları maraqlandıran bax bunlardır”.

Diplomat deyir ki, danışıqlar prosesində Ermənistan Aİ ilə razılaşmanın Avrasiya İtifaqı çərçivəsndə götürdüyü öhdəliklərə zidd olmamasına çox həssas yanaşırdı. İrəvan danışıqlarda o qədər ehtiyatlı imiş ki, diplomat hətta Ermənistanın Aİ ilə danışıqlardakı mövqeyini zarafatla belə xarakterizə edib: “Biz sizinlə işləmək istəyirik, bir şərtlə ki, Rusiya icazə versin, bizə bu əməkdaşlığın onların xoşuna gəlmədiyini deməsin”.

Bəs Rusiya bu məsələdə son və qəti mövqeyini deyibmi? Əgər avropalı diplomatın dediyi kimi “Lavrov yaşıl işıq yandırıbsa” bu, Moskvanın qəti mövqeyi hesab oluna bilərmi?


Bu suallar hələ açıq qalır, xüsusən Lavrovun Kremldə Ermənistanın əsas lobbiçisi olduğu nəzərə alınarsa. Məsələdə son sözü Putin deməlidir və istisna deyil ki, noyabra qədər Ermənistanın Aİ ilə razılaşmasında nəsə onun xoşuna gəlməyəcək. 

O zaman İsgəndəryanın dediyi kimi tapançanı cibdən çıxarıb Sərkisyanın qarşısına qoyacaqlar və növbəti dəfə onu məcbur edəcəklər ki, Avropa İttifaqı ilə razılaşmanın baş tutmadığını elan etsin. Nəticədə Sərkisyanın vassal imici daha da möhkəmlənərdi və Avropanın Şərq Tərəfdaşlığı təşəbbüsü növbəti dəfə ələ salınmış olardı. 

Əks halda 2014-cü ildə Ukraynanı Assosiasiya sazişinə görə parçalayan, müharibə girdabına sürükləyən Rusiya Ermənistanın Avropa İttifaqı ilə bu sazişdən çox az fərqlənən yeni razılaşma imzalamasına necə göz yuma bilərdi? Bu, Sərkisyan üçün çox riskli oyundur və təkcə Lavrova arxalanmağa dəyməz, payızı gözləmək lazımdır...(Virtualaz.org)

...
"Vəzirovun Ermənistandan qovulanların Dağlıq Qarabağda yerləşdirilməsi siyasəti uğurla nəticələnsəydi..."
"İşğala son qoyulmadan atəşkəsin monitorinqinin artırılması bizim nəyimizə lazımdır?"
Süfrə mədəniyyəti ilə bağlı Həzrət Zəhradan (s.ə) 3 tövsiyə - MARAQLI...
"Niyə Dövlət Departameni bu cür ermənipərəst konqresmenləri başa salmır ki..."
Yaqub Mahmudov: "Universitetin adı mənim təklifimlə dəyişdirilib"
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Ağdərədə erməninin evində səhərədək gözümüzü yuma bilmədik...” - Maksim Musayev
Cəmiyyət
“Yoldaşına deyib ki, oğlumuzu sənə tapşırıram...”- Oğlunun üzünü görməyən Şəhid zabitimizin döyüş yolu...
Siyasət
“Rusiya Türkiyəyə deyə bilmədiklərini Suriyaya dedizdirir”
Cəmiyyət
Sevdiyi qız intihar edən Azərbaycan şəhidi - FOTO
Cəmiyyət
Şəhidin son statusu ürək dağladı -"Allah bizi şəhidliyə layiq bilsin”
Həftənin ən çox oxunanları
"Putini 48 ildir tanıyan bir insan kimi deyirəm" - "Qarabağ düyününü açmaq onun iradəsindən asılı olsaydı..."
Qız alt paltarında, "dini" verilişdə "ilahiyyatçı" üçün erotik rəqs etdi - VIDEO
“Dövlətim əmr versə ki, əmim Sərdar Cəlaloğlunun evini tankla yıx.." -Şəhid komandir Rasim Məmmədov
Yol polisindən MMX-sı olan sürücülərə "qara" xəbər... - VİDEO
Dünya Əzimovun hazırladığı tortdan danışır - VİDEO
Saakaşvili Putinin buzlu suda çimmək "rekord"unu təzələdi - FOTOLAR
Cəsur Kəşfiyyatçımızla bağlı Prezidentə və 1-ci Vitse-Prezidentə MÜRACİƏT...
Ziya Məmmədov xüsusi təyinatlılarla biznesmenin oğlunu tutdu: "Atana de ki..."
“Cəmi iki taborumuz bütün Ermənistanı sarsıtmağa kifayət etdi” - GENERAL
Qarabağı azad etmək fürsəti - “Belə şans həmişə ələ düşmür...”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin