Xəbər lenti
21/02/2018 [14:52]:
Heyvanlara pasport veriləcək...
21/02/2018 [14:50]:
Ərdoğanın “Cümhur”una qarşı Akşənərin “12-lər”i -Türkiyədə seçki
21/02/2018 [14:48]:
Rusiya kriminal avtoritetləri ölkədən qovur
21/02/2018 [14:47]:
Səməd Səmədov: "Rihanna və Cennifer yarım milyon versələr, duet oxuyaram"
21/02/2018 [14:47]:
"SOCAR Trading"dən Londonda Beynəlxalq Neft Həftəsi çərçivəsində uğurlu tədbir - VİDEO
21/02/2018 [14:33]:
Bu post hansı səbəbdən 4 aydır boş qalıb? OLMAYA...
21/02/2018 [14:29]:
AFFA baş məşqçiyə ağır cəza verdi
21/02/2018 [14:28]:
Azərbaycan-İordaniya iqtisadi əlaqələri müzakirə edildi
21/02/2018 [14:27]:
Rəşad Sadiqov azarkeşləri təhqir etdi, 3 oyunluq cəzalandı
21/02/2018 [14:25]:
Türkiyə əhalisinin 100 milyonu keçəcəyi gözlənilir
21/02/2018 [14:17]:
13 gün əvvəl evdən qaçan gəlinin ANASI: "Qızım dəli deyil, xəstə deyil evdən qaça"
21/02/2018 [14:13]:
Sabiq nazirin axtarışda olan qohumuna HÖKM OXUNDU
21/02/2018 [14:12]:
ADNSU-da doktorantların seminarı keçirildi
21/02/2018 [14:07]:
Əsəd qüvvələri Afrinə girib - İDDİA
21/02/2018 [14:00]:
Sabahdan Bakıda birinci sənəd qəbuluna başlanılır
21/02/2018 [13:56]:
Klassik pedaqoji irsə və müasir tendensiyalara nə dərəcədə yiyələnmişik?
21/02/2018 [13:50]:
Bakıda qadını sevgilisi ilə şantaj edən şəxsə AĞIR CƏZA TƏLƏBİ
21/02/2018 [13:46]:
Mədət Quliyevin ailəsində sevinc: yeni övladı oldu - FOTO
21/02/2018 [13:37]:
Bakı Slavyan Universiteti tarixi yubileylər ərəfəsində
21/02/2018 [13:36]:
Cümhuriyyət parlamentində bahalaşmaya qarşı üsyan: ”Buğda gah qalxır, gah düşür”
21/02/2018 [13:32]:
ABŞ səfiri: "Münaqişənin həllinə sadiqik"
21/02/2018 [13:30]:
Sosial şəbəkələrdə bu bu tip statusları qətiyyən paylaşmayın - 5 MƏSƏLƏ
21/02/2018 [13:29]:
Devalvasiyanın 3-cü İLİ: Azərbaycanın qazandıqları və itirdikləri
21/02/2018 [13:13]:
UNEC dünyanın 250 aparıcı universiteti ilə bir sırada
21/02/2018 [12:58]:
ADP prezident seçkiləri ilə bağlı bəyənat yaydı
21/02/2018 [12:53]:
Türk gəmiləri döyüş vəziyyətinə gətirildi: Prezident təcili...
21/02/2018 [12:50]:
Oğuz Gəncləri ilə deputatın daha bir görüşü baş tutdu
21/02/2018 [12:50]:
Ukraynanın borcu 2 trilyona qalxdı
21/02/2018 [12:41]:
Nazillidə Qarabağ parkı və Xocalı soyqırımı abidəsinin açılışı oldu - FOTOLAR
21/02/2018 [12:39]:
İlham Əliyev İranın müdafiə naziri ilə görüşdü
21/02/2018 [12:38]:
Tarkan kökəlib bu hala düşdü - Foto
21/02/2018 [12:37]:
DİM imtahanda iştirak edən və uğur qazananların yaş intervalını açıqladı
21/02/2018 [12:36]:
“Bu, Fransanı ciddi narahat etməlidir” - XİN-dən açıqlama
21/02/2018 [12:34]:
Həcc ziyarəti üçün bəzi şərtlər dəyişdirildi
21/02/2018 [12:24]:
Azərbaycan sərhədlərində MÜHARİBƏ BAŞLAYIR – Ağ Ev tarixini ELAN ETDİ
21/02/2018 [12:20]:
Azərbaycan bu şəxsi beynəlxalq axtarışa verdi
21/02/2018 [12:10]:
23 mindən çox şəxsin Prezident təqaüdü artırılıb
21/02/2018 [12:09]:
Tehranda eyni iğtişaş, eyni eyni koordinat...
21/02/2018 [12:01]:
Abituriyentlər üçün layihə – “Bir günlük tələbə”
21/02/2018 [11:59]:
Ceki Çandan azərbaycanlı məşhura hədiyyə...
21/02/2018 [11:42]:
“Bütün səhiyyə ocaqlarında infeksiyalarla mübarizə gücləndirilməlidir”
21/02/2018 [11:40]:
Ərdoğana təhdid: "Akşənər 300 siyasətçini topladı"
21/02/2018 [11:38]:
Əsəd öz xalqını bombalayır - 24 saatda 20 uşaq...+Video
21/02/2018 [11:28]:
Təqaüdlərin artımı üçün 1.9 milyon manat ayrılacaq
21/02/2018 [11:09]:
Abdin Fərzəliyev sakinlərlə növbəti səyyar qəbul keçirdi
21/02/2018 [11:05]:
"Türkiyəsiz Suriyanın gələcək dizaynı mümkün deyil..." - Ermənişünas alim
21/02/2018 [11:00]:
Türkiyədə saxta professor həbs edildi: Azərbaycan Universitetini "bitirib"
21/02/2018 [10:58]:
Tənzilə Rüstəmxanlı müğənni kürəkəni haqda: "Qızımı ona vermək istəmirdim"
21/02/2018 [10:56]:
Lənkəranski atasının qatilini məhkəmədə hansı sözə görə güllələmişdi?- İyirmi bir yaşlı gəncin beş illik qisas arzusu...
21/02/2018 [10:54]:
“Survivor”dan uzaqlaşdırıldı - Vəziyyəti ağırdır
21/02/2018 [10:51]:
Çingiz müəllimin reaksiyasının doğurduğu məyusluq - Ərəstun Oruclu yazır
21/02/2018 [10:41]:
Azərbaycanda çay məcrasından çıxdı - Evlər təhlükədə
21/02/2018 [10:24]:
İsrailin yeni “paytaxt”ında 11 FAHİŞƏXANA AŞKARLANDI...
21/02/2018 [10:20]:
Paytaxtın bəzi yollarında sürət həddi endirilib - Yağışa görə
21/02/2018 [10:17]:
Qadın iynələri udaraq intihara cəhd edib -Əri ona xəyanət etdiyi üçün
21/02/2018 [10:17]:
Bizim Quran qarşısındakı 7 vəzifəmiz...
21/02/2018 [10:13]:
Sumqayıtda yaşayış binasının lifti qırılıb, xəsarət alanlar var – FOTO
21/02/2018 [10:11]:
Aqil Abbas: "Sən mənə bir qarabağlı göstər ki, gözünün içi gülsün"
21/02/2018 [10:09]:
Xocalıdan gələn səs... - VİDEO
21/02/2018 [10:06]:
Azərbaycanda təbiət hadisəsi baş verib - Kiçik çillə çıxdı
21/02/2018 [10:03]:
Polisdən əməliyyat - 58 nəfər tutuldu
21/02/2018 [09:59]:
Avro və rubl manata nisbətdə dəyər itirdi
21/02/2018 [09:58]:
Xərçəng şişlərinin özünüməhvetmə mexanizmi aşkarlandı
21/02/2018 [09:52]:
Suriya konflikti böyük maraqlara ev sahibliyi edir - TƏHLİL
21/02/2018 [09:51]:
Azərbaycan-Makedoniya matçının vaxtı dəqiqləşdi
21/02/2018 [09:47]:
”Budur sizin Ağdam, budur sizin Ağdam! Ha haha ha...” - VİDEO
21/02/2018 [09:22]:
Müdafiə Nazirliyindən cəbhədəki vəziyyət barədə - Açıqlama
21/02/2018 [09:18]:
Bakı işğalçını yeni rəqabət müstəvisinə çəkir -İQTİSADİ SAVAŞ
21/02/2018 [09:16]:
İranın müdafiə naziri Bakıda -Generalın səfərinin mümkün səbəbləri
21/02/2018 [09:14]:
ATƏT məşhur təşkilatını seçkiyə görə Azərbaycana göndərir
21/02/2018 [09:12]:
“Laz Ziya”nın qızı “Meral”ın son halı... - FOTOLAR
21/02/2018 [09:06]:
“Alpinistlərin tapılmaması qeyri–peşəkarlıqdır” -Türkiyənin FHN-də işləyən azərbaycanlı xanım
21/02/2018 [09:02]:
“Ermənilər təxribatlar törədə, hətta hücuma keçə bilər” - Polkovnik
21/02/2018 [09:00]:
Lənkəran sakini həyətindən yenot tutub - FOTO
21/02/2018 [08:59]:
Tələbə kreditləri haqda yeni təklif
21/02/2018 [08:57]:
Afrinə girmək istəyən terroçular geri çəkildi
21/02/2018 [08:54]:
"Sakinlər yeniden Mosulu tərk edirlər" - BMT
21/02/2018 [08:40]:
Azərbaycanda yeni qurum yaradıldı - Akif Əlizadə sədr oldu
21/02/2018 [08:38]:
Əli İnsanov həbsdən azad olunacaq? - Ölkədən gedəcək
21/02/2018 [00:26]:
Bürclər - 21 FEVRAL
Bütün arxiv bir sırada
03/08/2017 [13:45] - Araşdırma - ( 1568 dəfə baxılıb)

İncə belli qadınlara və zərif qədəhlərə aludə olan Maqomayevə nə təklif edilib?



Dahi müğənni Müslüm Maqomayevin şəxsi adı - "Müslüm", istər Avropada, istər Amerikada “müsəlman” mənasında işlədilir. Xarici qastrol səfərlərinədək müğənni öz adına bir o qədər fikir verməzdi. Ağlına belə gətirə bilməzdi ki, bir gün həmin ad öz sahibinə Avropada başağrısı gətirə bilər.

Bakıdakı bütün siyasi “süzgəcləri” birnəfəsə keçən Müslüm Moskvda bərk ilişir.

Moskvadakı rahat bir kabinetdə Müslümə yavaşcana deyirlər: “Qastrol afişalarında ”Müslüm" adı söz-söhbətə səbəb olacaq. Opera-estrada müğənnisinin bu ad altında çıxışları mümkün deyil müasir Avropada. Müsəlman hara, opera sənəti, estrada hara? Afişalardakı “Müslüm” adı müştərilərimizi qaçırdacaq".

Gənc Müslümin başına bir vedrə soyuq su tökürlər elə bil. Müğənninin lal etirazı, iri həriflərlə sanki sifətinə yazılır.
“Adınızı dəyişin təcili. Gələn il bu gün bu saatda sizi kabinetimdə salamlamağa indidən hazıram” - deyirlər ona.

Suyu süzülə-süzülə Bakıya qayıdan müğənninin başağrısı tezliklə yerli partiya rəhbərliyinə, şəxsən Heydər Əliyevə gəlib çatır. Partiya bonzaları - yəni rəhbər işçilər təklifi qəbul edirlər əvvəlcə. Tezbazar istəyirlər hətta Müslümə təzə qondarma bir ad da versinlər. Müzakirəyə Heydər Əliyev qarışanda vəziyyət kökündən dəyişir:

“Bizim müsəlmanlar... siz dediyiniz kimi, ”müslüm"lər, görünür, xaricdəkilərdən dəfələrlə ağıllı, istedadlıdırlar. Opera, estradada ən tanınmış Avropa sənətkarını belə yerində otuzdurarlar. Afişalardakı “Müslüm” adını görən bütün müsəlmanlar Maqomayevi özününkü bilib dərhal bilet alacaq bu konsertlərə. Bizdəki xalqlar dostluğuna heyran qalacaq, inanın".


Təhlükə uğurla birdəfəlik dəf edilir. Müslüm nə öz adını dəyişir, nə də ki dinini. Üzərində “Müslüm” kəlməsi parlayan çılğın afişalar bütün Avropa küçələrini bürüyür. İrqçiləri diksindirir bərk. Opera-konsert saraylarının bilet kassaları önündə ilk dəfə müsəlmanlar səliqə ilə növbəyə düzülürlər. Növbənin bir ucu başlayır Parisdəki “Olimpiya” konsert zalından. Qurtarır Sena çayı sahillərində. Avropa qəzetləri ilk dəfə “müslüm” kəlməsini müsbət mənada öz manşetlərinə çıxarırlar.

“Olimpiya” konsert zalının direktoru Brüno Kokatrik nə gözlərinə inanır əvvəlcə o vaxt, nə də ki, qulaqlarına. Əlləri, səsi titrəyə-titrəyə bu “müslüm”ə təklif edir aralarındakı bir illik kontrakta imzasını atsın.

Müslüm masa üstündəki qələmə həsrətlə baxır... baxır... Başını bulayıb:

“SSRİ-də məni çox vacib dövlət tədbirləri gözləyir. İki il sonrakı konsert proqramlarında adım var. Bağışlayın...”

DOSYE: Müslüm Maqomayev. Opera-estrada artisti.

DOÄžUM TARİXİ: 17 avqust 1942, Bakı.

ULDUZ BÜRCÜ: ŞİR.

HOBBİSİ: Uşaqlığından Polad Bülbüloğlu ilə birgə astronomiya azarına tutulub. O vaxt dostlar əldəqayırma bir durbindən Bakı səmalarındakı ulduzları bir-bir nəzərdən keçiriblər. Sinifdəki divar qəzetinin bir ucunu həmişə Polad divara yapışdırıb, digərini Müslüm. "Nizami" kinoteatrı səhnəsində “Tarzan” filminə baxdıqdan sonra hər iki dostun səsi açılıb. Tarzan nərələri Müslümün ifasında bütün Bakını titrədirmiş. Poladın ifasında isə yalnız divarın o biri tərəfindəki xəstə qonşuları. Dostlar arasındakı ilk çat məhz bu vaxt yaranıb axırda - 2004-cü ildə qalxıb lap kəlləçarxa. 
***

SEHİRLİ ÜZÜK: Bu Tarzan nəriltisinin sorağı bir gün gedir çatır qonşu İrana. Şahənşah ailəsinin şəxsi dəvəti ilə Müslüm şah sarayına dəvət alır. Tehrana qara qəpiksiz yola düşən Müslüm Tehranın Mehabad aeroportunda çətin duruma düşür. Məcbur qalır çamadanlarını daşıyan hambalların xəcalətindən çantasındakı araqla çıxsın.

Screenshot_3.jpg (10 KB)

Rəhmətlik Rafiq Babayevin musiqi müşayiəti ilə sarayda bir-iki konsert verən Müslüm gör kimin - İran şahının... bəli, İran şahının həm şəxsi sevgisini qazanır, həm də...

Həm də qiymətli hədiyyələrini. Hədiyyənin sırasına qol saatı, ağzı kip qapalı nadir mücrü, nəhəng İran xalısı daxil imiş. Müslümün dediyinə görə, o, Şahbanu ilə öz aralarında Azərbaycan türkcəsində danışırdı.

***

Vətənə geri dönərkən Müslümə Moskva aeroportundakı gömrükçülər bərk ilişirlər. Deyirlər, mücrünü aç. Mücrüdəki ağır qızıl üzük gömrükçüləri çaşdırır. Biri deyir, üzüyü müsadirə edək bəlkə? Digəri, cavabında uzun-uzadı susur. 
Yaxşı ki, aeroportda Müslümü qarşılayanlardan biri İran səfirliyinin nümayəndəsi olur. O, söhbətə qarışıb gömrükçülərə öz iradını, təəssüfünü bildirəndə, hə... məmurların, necə deyərlər, fısı yatır. Axır Müslüm məcbur qalır üzüyü mücrüdən çıxarıb adsız barmağına taxsın. 
Sonra o, bu üzüyündən heç vaxt ayrılmır.

MÜSLÜMÜN MUZEYİ: Vəfatından sonra üzük müğənninin digər şəxsi əmanətləri ilə birgə düşür dostu Araz Ağalarovun şəxsi kolleksiyasına. “Crocus City Holl”un ikinci mərtəbəsində Müslümün şəxsi muzeyini yaradarkən o, həmin üzüyü unutmur. Götürüb qoyur muzey eksponatlarının düz göbəyinə. Sonralar Emin Ağalarovun 35 illik yubileyi zaman Tamara Sinyavskaya bu əmanəti yubilyara hədiyyə edir.

***
Screenshot_4.jpg (24 KB)

Müslüm kosmosdakı uzaq fəzalara, sayrışan ulduzlara çox aludə idi. Gecələr əlində sıxdığı uzun durbinlə ulduzlu səmaları saatlarla müşahidə etmək, həəə, müğənninin sevimli məşğuliyyəti idi. Astral müşahidələrinin ləzzətini o, ən yaxın dostları ilə bölüşməkdən əsla doymazmış. Əvvəllər Poladla paylaşarmış o bu sevincini. Sonra...

Sonra müğənni əlində uzun durbin, tək qalır Bakı, Moskva mənzillərinin kimsəsiz damlarında. Görür, kimsə day paylaşmır onun bu ulduz sevdasını. Polad, telefon zənglərinə cavab vermir. Digərləri yoxa çıxıblar gör nə vaxtdı...

Fırça ustası olsam, Müslümün portretini bax bu cür çəkərdim. Səhnədəki Müslümün yox... bir də yox... damdakı o Müslümün sifət cizgilərini, iti baxışlarını, bir sözlə sifət dramaturgiyasını köçürərdim ağ kətan üzərinə.

Rəssamlardan Tahir Salahov, Nikas Safronov çəkməyinə çəkiblər ey Müslümün portretlərini. Ancaq məncə, müğənninin uzaq ulduzlara olan bu gizli sevdasını bilmədən, barəsində düz-əməlli, dürüst bir fikir söyləmək əbəsdi. Belə portretlər, inanın tam olmayacaq.
Yəni bu opera-estrada ulduzu ilə, göydəki səma cisimləri arasında sanki əlaqə, rabitə telləri olub. Dünya astronomları deyirsiz elə-belə, boş yerə Günəş sistemindəki kiçik bir planeti 1997-ci ildə “4980Maqomayev” adına layiq görüblər? Yox... Məncə, yox...
Parisin məşhur Olimpiya zirvəsində - “Olimpiya” konsert zalında, düz iki dəfə - 1966-69-cu illərdə solo konsertlərdə çıxış edib, əsl anşlaq yaradan Müslüm, bəli, səmadakı ulduzlardan əsla seçilmirdi. İstedadı da kosmik miqyasda idi. Dünya ölçülərində deyil. O, üzü dənizə, üzü küləyə, uçurumların dərinliklərinə, nəhayət, kosmosa ünvanlayırdı öz ifasını. Yəni o, öz istedadının ayağını yerdən çoxdan üzmüşdü. Belələrini isə...

Belələrini isə yer sakinləri, adi ifaçılar əsla sevmirlər.

Screenshot_1.jpg (55 KB)

***

“Qərarı qoy dostlar versin” 

Ancaq onun sevgi dairəsi elə təkcə göy cisimləri ilə məhdudlaşmırdı. Lazım gələndə o, yer sakinlərini də eyni dərəcədə sevirdi. Öz ilk yer sevgisini o, Ofelya adlı bir Şərq gözəli ilə bölüşür. Atalığı, həm də əmisi Camal Müslimoviç Maqomayev, nənəsi Baydigül bunu bir gənclik şıltaqlığı bilirlər əvvəlcə. Ancaq görəndə yox ey... məsələ ciddiləşir, 18 yaşlı Müslüm öz sevgilisini Bakıdakı Səadət Sarayına apara bilər, həə, keçirlər əks tədbirlərə. Bığ yeri təzəcə tərləmiş Müslümün pasportunu götürüb gizləyirlər. Ötürürlər bu pasportu qonşuluqdakı Olqa Kasparovna Çarskayaya.

Ancaq Müslüm tezliklə gedib bu sənədinin yerini aşkarlayır. Sübut edir ki, canında təkcə müğənni yox, kriminalist, müstəntiq istedadı da var.
Onun həm pasportunu, həm saqqızını oğurlayan bir başı papaqlı tapılır, nəhayət. Kim olsa yaxşıdı bu başı papaqlı? Rəssam Tahir Salahov! O, bir gün Müslümlə Tamara Sinyavskayanın pasportlarını götürüb basır cibinə. İkisini də Səadət Sarayına dartıb sürükləyir. Sevgi cütlüyünü, nəhayət, evləndirir. T.Salahov xatirələrində yazır: “Müslüm bərk həyəcanlı idi o an. Sakitləşə bilmirdi. Bunun bircə əlacı vardı - Müslümü molbert önündə əyləşdirib sakitləşdirmək. Ad qoymaq buna ki, guya portretini çəkirəm”.

Gördüyümüz kimi, o, bəzi vacib qərarlarını bilə-bilə özü vermirdi. İstəyirdi əvəzinə bunu çevrəsindəki ən yaxın dostu etsin. Bununla da öz sədaqətini, dostluğunu hamıya, ilk növbədə Müslümə nümayiş etdirsin.

Mərhum Heydər Əliyev - Müslümün bir saylı himayədarı, bu vəzifəsinin öhdəsindən həmişə uğurla gəlirmiş. Lazımi saatda, lazımi yerdə Müslümün əvəzinə qərar verməkdən çəkinmirmiş. Heydər Əliyev Moskvadan qatarla Bakıya ayrılarkən, Tamara-Müslüm cütlüyü onu Tulaya qədər müşayiət edərmiş adətən.
Screenshot_5.jpg (22 KB)

Mənzərə gözünüzdə canlansın: Xüsusi dövlət qatarı... qazdan ayıq mühafizəçilər arasından maneəsiz ötən Müslüm qatara daxil olub qapını taqqıldadır. Gümüş stəkanaltılarda gətirilmiş çayı dostlar bir müddət unudub Tulayadək şirin söhbətə qapılırlar...

***

Qəribəlikləri çoxdu rəhmətliyin. Beli incə qadınları, qədəhləri çox sevirdi o, Məşhur müğənni Edata Pyexa ilə o dodaqlarını çox cütləyib Bakıda. Əri Mixail Broneveskini daim məcbur edib arvadının çarpayısı altına baxsın. İndiki Bülbül xiyabanına baxan eyvandan küçəyə çox qədəhlər tolazlayıb. Pul yağdırıb aşağıdakı piyadaların başına.

Screenshot_6.jpg (88 KB)

“Azərbaycan” nidasını Müslüm kimi hayqıran, tələffüz edən ikinci bir estrada müğənnisi tanımıram bu dünyada.

Musiqi hissiyyatının dəqiq ölçülərini Müslümdən öyrənmişəm mən.

Deyəsən, yanılmamışam.

Həmid HERİSÇİ (Musavat.com)

Bizim Quran qarşısındakı 7 vəzifəmiz...
Aqil Abbas: "Sən mənə bir qarabağlı göstər ki, gözünün içi gülsün"
Fotoqrafçı pozğun çıxdı, toy günü kabusa döndü - FOTOLAR
Göygöldə fen almağa gedib, taksiylə qaçan gəlin tapıldı - Açıqlaması şoka saldı
Lavrovdan Türkiyəyə yeni TƏKLİF: “Bəşər Əsədlə…”
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Kriminal
Lənkəranski atasının qatilini məhkəmədə hansı sözə görə güllələmişdi?- İyirmi bir yaşlı gəncin beş illik qisas arzusu...
Kriminal
İsrailin yeni “paytaxt”ında 11 FAHİŞƏXANA AŞKARLANDI...
Dünya
17 illik dostluq 17 bıçaq zərbəsi ilə sona çatdı...
Dünya
Kobra qanı içib canlı ilan yedilər - FOTOLAR
Ədəbiyyat
"Maddi imkanım olsaydı, atamla bağlı çox işlər görərdim"- Xalq şairinin qızı
Həftənin ən çox oxunanları
ABŞ ordusunun rus əsgərlərini darmadağın etdiyinin görüntüləri yayıldı - ŞOK VİDEO
Talışinski Bakıya zəng vuraraq Rövşənin həbs edilməsini istəyir - Lənkəranskiyə qənim kəsilmiş qadın
Lənkəranski Allahşükür Paşazadəyə yazdığı məktubunda nə istəyirdi?- İstintaq materialları...
"And olsun Allaha, əgər kürd olsaydım, kürdlüyümlə fəxr edərdim, amma...”
“Monte Melkonyan məni maşına mindirib bilmədiyim bir evə gətirdi...” - Səkkiz gün erməni əsirliyində...
İsrailin müdafiə naziri erməni deputatları NOKAUT ETDİ: "Qarabağı...”
Dəhşət: Müəllim və şagirdi maşında sevişərkən yaxalandı - VİDEO
Lənkəranskinin “Qara bloknot”unda nə yazılmışdı?- Kriminal avtoritetin şəxsi əşyalarından...
Lütlənən qız-gəlinlərimizlə fəxr etməliyikmi?..
Bir qadın eyni vaxtda 3-4 kişi ilə yaşasa?...- Uşaqların atası kim olacaq?!.
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin