Xəbər lenti
21/02/2018 [14:57]:
Azərbaycanda valyuta satışı kəskin azalıb
21/02/2018 [14:52]:
Heyvanlara pasport veriləcək...
21/02/2018 [14:50]:
Ərdoğanın “Cümhur”una qarşı Akşənərin “12-lər”i -Türkiyədə seçki
21/02/2018 [14:48]:
Rusiya kriminal avtoritetləri ölkədən qovur
21/02/2018 [14:47]:
Səməd Səmədov: "Rihanna və Cennifer yarım milyon versələr, duet oxuyaram"
21/02/2018 [14:47]:
"SOCAR Trading"dən Londonda Beynəlxalq Neft Həftəsi çərçivəsində uğurlu tədbir - VİDEO
21/02/2018 [14:33]:
Bu post hansı səbəbdən 4 aydır boş qalıb? OLMAYA...
21/02/2018 [14:29]:
AFFA baş məşqçiyə ağır cəza verdi
21/02/2018 [14:28]:
Azərbaycan-İordaniya iqtisadi əlaqələri müzakirə edildi
21/02/2018 [14:27]:
Rəşad Sadiqov azarkeşləri təhqir etdi, 3 oyunluq cəzalandı
21/02/2018 [14:25]:
Türkiyə əhalisinin 100 milyonu keçəcəyi gözlənilir
21/02/2018 [14:17]:
13 gün əvvəl evdən qaçan gəlinin ANASI: "Qızım dəli deyil, xəstə deyil evdən qaça"
21/02/2018 [14:13]:
Sabiq nazirin axtarışda olan qohumuna HÖKM OXUNDU
21/02/2018 [14:12]:
ADNSU-da doktorantların seminarı keçirildi
21/02/2018 [14:07]:
Əsəd qüvvələri Afrinə girib - İDDİA
21/02/2018 [14:00]:
Sabahdan Bakıda birinci sənəd qəbuluna başlanılır
21/02/2018 [13:56]:
Klassik pedaqoji irsə və müasir tendensiyalara nə dərəcədə yiyələnmişik?
21/02/2018 [13:50]:
Bakıda qadını sevgilisi ilə şantaj edən şəxsə AĞIR CƏZA TƏLƏBİ
21/02/2018 [13:46]:
Mədət Quliyevin ailəsində sevinc: yeni övladı oldu - FOTO
21/02/2018 [13:37]:
Bakı Slavyan Universiteti tarixi yubileylər ərəfəsində
21/02/2018 [13:36]:
Cümhuriyyət parlamentində bahalaşmaya qarşı üsyan: ”Buğda gah qalxır, gah düşür”
21/02/2018 [13:32]:
ABŞ səfiri: "Münaqişənin həllinə sadiqik"
21/02/2018 [13:30]:
Sosial şəbəkələrdə bu bu tip statusları qətiyyən paylaşmayın - 5 MƏSƏLƏ
21/02/2018 [13:29]:
Devalvasiyanın 3-cü İLİ: Azərbaycanın qazandıqları və itirdikləri
21/02/2018 [13:13]:
UNEC dünyanın 250 aparıcı universiteti ilə bir sırada
21/02/2018 [12:58]:
ADP prezident seçkiləri ilə bağlı bəyənat yaydı
21/02/2018 [12:53]:
Türk gəmiləri döyüş vəziyyətinə gətirildi: Prezident təcili...
21/02/2018 [12:50]:
Oğuz Gəncləri ilə deputatın daha bir görüşü baş tutdu
21/02/2018 [12:50]:
Ukraynanın borcu 2 trilyona qalxdı
21/02/2018 [12:41]:
Nazillidə Qarabağ parkı və Xocalı soyqırımı abidəsinin açılışı oldu - FOTOLAR
21/02/2018 [12:39]:
İlham Əliyev İranın müdafiə naziri ilə görüşdü
21/02/2018 [12:38]:
Tarkan kökəlib bu hala düşdü - Foto
21/02/2018 [12:37]:
DİM imtahanda iştirak edən və uğur qazananların yaş intervalını açıqladı
21/02/2018 [12:36]:
“Bu, Fransanı ciddi narahat etməlidir” - XİN-dən açıqlama
21/02/2018 [12:34]:
Həcc ziyarəti üçün bəzi şərtlər dəyişdirildi
21/02/2018 [12:24]:
Azərbaycan sərhədlərində MÜHARİBƏ BAŞLAYIR – Ağ Ev tarixini ELAN ETDİ
21/02/2018 [12:20]:
Azərbaycan bu şəxsi beynəlxalq axtarışa verdi
21/02/2018 [12:10]:
23 mindən çox şəxsin Prezident təqaüdü artırılıb
21/02/2018 [12:09]:
Tehranda eyni iğtişaş, eyni eyni koordinat...
21/02/2018 [12:01]:
Abituriyentlər üçün layihə – “Bir günlük tələbə”
21/02/2018 [11:59]:
Ceki Çandan azərbaycanlı məşhura hədiyyə...
21/02/2018 [11:42]:
“Bütün səhiyyə ocaqlarında infeksiyalarla mübarizə gücləndirilməlidir”
21/02/2018 [11:40]:
Ərdoğana təhdid: "Akşənər 300 siyasətçini topladı"
21/02/2018 [11:38]:
Əsəd öz xalqını bombalayır - 24 saatda 20 uşaq...+Video
21/02/2018 [11:28]:
Təqaüdlərin artımı üçün 1.9 milyon manat ayrılacaq
21/02/2018 [11:09]:
Abdin Fərzəliyev sakinlərlə növbəti səyyar qəbul keçirdi
21/02/2018 [11:05]:
"Türkiyəsiz Suriyanın gələcək dizaynı mümkün deyil..." - Ermənişünas alim
21/02/2018 [11:00]:
Türkiyədə saxta professor həbs edildi: Azərbaycan Universitetini "bitirib"
21/02/2018 [10:58]:
Tənzilə Rüstəmxanlı müğənni kürəkəni haqda: "Qızımı ona vermək istəmirdim"
21/02/2018 [10:56]:
Lənkəranski atasının qatilini məhkəmədə hansı sözə görə güllələmişdi?- İyirmi bir yaşlı gəncin beş illik qisas arzusu...
21/02/2018 [10:54]:
“Survivor”dan uzaqlaşdırıldı - Vəziyyəti ağırdır
21/02/2018 [10:51]:
Çingiz müəllimin reaksiyasının doğurduğu məyusluq - Ərəstun Oruclu yazır
21/02/2018 [10:41]:
Azərbaycanda çay məcrasından çıxdı - Evlər təhlükədə
21/02/2018 [10:24]:
İsrailin yeni “paytaxt”ında 11 FAHİŞƏXANA AŞKARLANDI...
21/02/2018 [10:20]:
Paytaxtın bəzi yollarında sürət həddi endirilib - Yağışa görə
21/02/2018 [10:17]:
Qadın iynələri udaraq intihara cəhd edib -Əri ona xəyanət etdiyi üçün
21/02/2018 [10:17]:
Bizim Quran qarşısındakı 7 vəzifəmiz...
21/02/2018 [10:13]:
Sumqayıtda yaşayış binasının lifti qırılıb, xəsarət alanlar var – FOTO
21/02/2018 [10:11]:
Aqil Abbas: "Sən mənə bir qarabağlı göstər ki, gözünün içi gülsün"
21/02/2018 [10:09]:
Xocalıdan gələn səs... - VİDEO
21/02/2018 [10:06]:
Azərbaycanda təbiət hadisəsi baş verib - Kiçik çillə çıxdı
21/02/2018 [10:03]:
Polisdən əməliyyat - 58 nəfər tutuldu
21/02/2018 [09:59]:
Avro və rubl manata nisbətdə dəyər itirdi
21/02/2018 [09:58]:
Xərçəng şişlərinin özünüməhvetmə mexanizmi aşkarlandı
21/02/2018 [09:52]:
Suriya konflikti böyük maraqlara ev sahibliyi edir - TƏHLİL
21/02/2018 [09:51]:
Azərbaycan-Makedoniya matçının vaxtı dəqiqləşdi
21/02/2018 [09:47]:
”Budur sizin Ağdam, budur sizin Ağdam! Ha haha ha...” - VİDEO
21/02/2018 [09:22]:
Müdafiə Nazirliyindən cəbhədəki vəziyyət barədə - Açıqlama
21/02/2018 [09:18]:
Bakı işğalçını yeni rəqabət müstəvisinə çəkir -İQTİSADİ SAVAŞ
21/02/2018 [09:16]:
İranın müdafiə naziri Bakıda -Generalın səfərinin mümkün səbəbləri
21/02/2018 [09:14]:
ATƏT məşhur təşkilatını seçkiyə görə Azərbaycana göndərir
21/02/2018 [09:12]:
“Laz Ziya”nın qızı “Meral”ın son halı... - FOTOLAR
21/02/2018 [09:06]:
“Alpinistlərin tapılmaması qeyri–peşəkarlıqdır” -Türkiyənin FHN-də işləyən azərbaycanlı xanım
21/02/2018 [09:02]:
“Ermənilər təxribatlar törədə, hətta hücuma keçə bilər” - Polkovnik
21/02/2018 [09:00]:
Lənkəran sakini həyətindən yenot tutub - FOTO
21/02/2018 [08:59]:
Tələbə kreditləri haqda yeni təklif
21/02/2018 [08:57]:
Afrinə girmək istəyən terroçular geri çəkildi
21/02/2018 [08:54]:
"Sakinlər yeniden Mosulu tərk edirlər" - BMT
21/02/2018 [08:40]:
Azərbaycanda yeni qurum yaradıldı - Akif Əlizadə sədr oldu
21/02/2018 [08:38]:
Əli İnsanov həbsdən azad olunacaq? - Ölkədən gedəcək
Bütün arxiv bir sırada
08/08/2017 [00:08] - Araşdırma - ( 2207 dəfə baxılıb)

Ter-Petrosyandan tarixi bəyanat: İşğal etdiyimiz torpaqları qaytarmalıyıq...

“Bizim “azad edildi” dediyimiz əraziləri beynəlxalq birlik “ işğal” adlandırır"


Keçən dəfəki yazımda mən iki ermənidən birinin 1918-1920-ci illərdə  Ermənistanın ilk baş naziri olmuş  Hovhannes Kaçaznuninin etiraflarından bəhs etmişdim.  (http://xeber365.com/haber-iki-erm-ni-liderinin-etiraflari-ona-gor-qirginlar-tor-tdik-ki...-9463.html)
 
Yazını oxumayanlar üçün xatırladım ki, Hovannes Kaçaznuni 1923-cü ildə  Buxarestdə Daşnaksütyun Partiysının XI Konqresində etdiyi məruzəsində açıq etiraf edib ki, onların fəaliyyəti cinayətkar xarakterli olub.  Bu sayaq etiraflarda bulunan ikinci erməni lider isə  1991-ci ildə Sovet İttifaqı dağılandan sonra  elan olunan Ermənistan Respublikasının ilk prezidenti  Levon Ter-Petrosyandır. Demişdim ki, hər ikisi Azərbaycan və Türkiyəyə qarşı düşmənçilk münasibətində olublar. Fəaliyyətləri də,  siyasətləri də  anti-türk istiqamətində olub. Amma hakimiyyəti tərk edəndən sonra etiraf ediblər ki, onlar Türkiyə və Azərbaycana qarşı düşmənçilk siyasətində çox böyük yanlışlığa yol veriblər. Bu siyasətlərindən nəinki  Azərbaycan və Türkiyə xalqı, həm də Ermənistan və burada yaşayan  erməni xalqı da  çox böyük zərər çəkib. Levon Ter-Petrosyan Ermənistan İctimai Televiziyasının “Gündəmdən kənar” verilişinə müsahibəsində bu ilin 30 mart tarixli buraxılışında  deyib ki, Azərbaycan güzəştlərə hazırdır və danışıqlar masası üzərindəki sənəddə cəmi 2-3 mübahisəli məsələ qalıb. (http://www.tert.am/am/news/2017/03/22/levon-ter-petrosyan/2316445)
 
Daha əvvəllər də Ter-Petrosyanın buna bənzər fikirləri olub . Hətta 1997-ci ildə prezident postunu tərk etməsinin səbəblərindən biri də bu olub. O,  işğalolunmuş Azərbaycan torpaqlarını Azərbaycana vermək siyasəti yürütməyə başlamışdı. 20 il sonra fikir və düşüncəsində heç bir dəyişiklik olmayan Ter-Petrosyan Prezident seçkilərinə “Erməni Milli Konqresi ”“ Ermənistan Xalq Partiyası” (Konqres-EXP) blokunun lideri  kimi bir daha bəyan edib. Şübhəsiz ki,  onun Qarabağ məsələsinin həllində kompromis sayılacaq bu fikirləri həddən artıq milllətçi olan erməni cəmiyyətində qəbul görməzdi, onun bu seçkilərdə məğlubiyyətinə səbəb olacaqdı, elə də oldu. Amma bu fikirlərin bizim üçün əhəmiyyəti var.
 
“Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanların olduğunu heç bir siyasi qüvvə inkar etmir. Bəs Ter-Petrosyanın təklif etdiyi kompromislər digərlərinin təklifindən nə ilə fərqlənir?” sualına sabiq prezident belə cavab verib: “Öncə bir məqamı dəqiqləşdirək. Mən hər hansı plan irəli sürməmişəm. Mənim fikirlərimə qarşı olanlar da hər hansı plan təklif etməyib. Belə bir plan əvvəldən var. Problem bizimlə Azərbaycan arasında yox, bizimlə dünya birliyi arasındadır.
 
Biz, yəni həm Azərbaycan, həm də Ermənistan dünyanın ən nüfuzlu təşkilatlarının ”“ BMT və ATƏT-in  bərabərhüquqlu üzvləriyik. Münaqişənin həlli ilə əlaqədar prinsipləri də nə Azərbaycan, nə Ermənistan, nə də Qarabağ müəyyənləşdirir. Onu beynəlxalq birlik müəyyənləşdirir”.
 
Gerçəkdən də belədir, indi Qarabağ məsələsinin həll edilməsi hər iki münaqişə tərəfinin nəzarətindən çıxıb.  Bir zamanlar məsələnin beynəlmiləlləşməsini istəyən ermənilər tarixi Azərbaycan torpaqlarına iddiaçı qismində geri dönüblər. Halbuki, nə 1918-ci ildə AXC hakimiyyəti zamanı, nə də 1923-cü ildə buraya muxtar vilayət statusu veriləndə bu ərazilər mübahisə predmeti deyildi. Heç 1988-1991-ci ildə də, ondan sonrakı ilk illərdə də belə deyildi. İndi bu məsələni biz həll etmirik!
 
Ter-Petrosyan deyir ki,  onun seçkiqabağı təqdim etdiyi “əslində, bu, heç də mücərrəd bir platforma deyil. Bu təşkilat qərar qəbul etmək səlahiyyətinə malik məhkəmə orqanı olmasa da, ona bu məsələ ilə məşğul olmaq səlahiyyəti verilib. Söhbət BMT-dən də xeyir-dua almış ATƏT-in Minsk qrupundan gedir. BMT-nin Qarabağla bağlı bütün sənədlərində bu məsələ ilə bağlı səlahiyyətlərin ATƏT-n Minsk qrupuna həvalə olunduğu vurğulanır”.
 
Belə çıxır ki, təkliflər çoxdan var və onlar nə  Ermənistanın, nə də Azərbaycanın təklifləridir. Bu təklifləri beynəlxalq təşkilatlar verib. İndi isə məsələ daha konkret qoyulub.  O, ortada olan münaqişənin nizamlanması üçün “Madrid prinsipləri” adlandırılan plandan bəhs edir  və deyir ki, 2007-ci ildən bəri məhz bu plan üzərində müzakirə aparılır.
 
L.Ter-Petrosyanın sözlərinə görə, indiyədək tərəflərə 6 belə plan təqdim edilib: paket, mərhələli, “ümumi dövlət”, Ki Uest planı, daha sonra Amerikanın Minsk qrupunu iradəsi xaricində irəli sürdüyü plan və nəhayət, “Madrid prinsipləri”. Sabiq prezident deyir ki, əslində, bu planların heç biri digərindən köklü şəkildə fərqlənməyib və fərq yalnız metodik yanaşmalarda olub.
 
 
“Təkliflərin bir hissəsi problemin paket, bir hissəsi mərhələli həllini nəzərdə tutub. Paket həll variantından 1997-ci ildə imtina olunub. Buna Qarabağ da etiraz edirdi. 1998-ci ildə ortaya qoyulmuş “Ümumi dövlət” adlanan planı isə Azərbaycan qəbul etməyib. Halbuki, onu Ermənistan qəbul edirdi. “Madrid prinsipləri”nə gəlincə, hələlik ondan heç kəs imtina etməyib. Danışıqların əsası kimi, həm Ermənistan, həm də Azərbaycan onu qəbul edib”.
 
Müsahibəsində əlavə edib ki, indi ortada Madrid prinsipləridir, başqa variant yoxdur. Gələcək mübahisələr də bu prinsiplərə uyğun olan  maddələr ətrafında gedir. Həmin prinsiplərlə bağlı  həmsədrlər arasında heç bir fərqli fikir yoxdur. Bu prinsiplərin içərisində ərazilərin geri qaytarılması və güc tətbiq etməməklə bağlı öhdəlik də var. Bundan başqa, Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə hüququ, əlavə olaraq, təhlükəsizlik mexanizmlərinin tətbiqi, bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsi və sairə də bu planda yer alır.
 
Müxbirin “Ermənistan güzəştlərə hazırdır, Azərbaycan yox?” sualına Ter-Petrosyan belə cavab verib: “Azərbaycan güzəştlərə hazır olmasaydı, ümumiyyətlə, Minsk qrupunun apardığı prosesdə iştirak etməzdi. Yəni, hər iki tərəf güzəştlərə hazırdır. Sadəcə, onlar mümkün qədər üstünlük qazanmağa çalışırlar. Bu da təbiidir. Bütün digər planların müzakirəsi zamanı da belə olub. Doğrudur, hansısa mərhələdə hər iki tərəf bu plana “yox” deyə də bilər. Ancaq bu, hələ ki, baş verməyib”.
 
 
Sabiq dövlət başçısı etiraf edib ki, bu gün Ermənistanda siyasətçi adlandırılanların çoxu, sabiq diplomatların 99-i Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən  prosesin mahiyyətini anlamır: “Gedirlər, danışıqlar aparırlar, gecə-gündüz çalışırlar,  iki gündən bir ya Nalbandyan, ya da Sarkisyan Moskvadadırlar, Parisdədirlər”¦ Nəyin ətrafında danışıqlar aparırlar?  Bəllidir ki, bu istiqamətdə ardıcıl şəkildə  Minsk qrupunun təqdim etdiyi proqram ətrafında müzakirələr gedir. Belə çıxır ki, o insanlar xaindirlər, torpaqmı satmaq istəyirlər?.. İndi yanğını söndürmək zamanıdır. Apreldə nələrin yaşandığını gördük. Nələrin ola biləcəyini də gördük. Bəli, aprel hadisələri bir təkan oldu. Əgər problem həll olunmasa, bizi neçə “Aprel döyüşü” gözləyir? Xalqımız nə qədər ölü verməlidir? O ölümlərin bir mənası varmı? İnsanlar nə üçün ölür? Hansı tərəfdən yanaşsaq, bunun başqa həlli yoxdur. Bu qədər konkret danışıram”.
Müsahibənin daha sonrakı hissəsində Ter-Petrosyan opponentlərinə cavab olaraq deyib: “Tutaq ki,  Minsk qrupunun təklif etdiyi həll variantından imtina etdik, nə qazanacağıq? Status-kvo qalacaq, yenə hər gün bu blokada şəraitində, müharibə təhlükəsi altında yaşayacağıq. Hər gün insanlarımız ölüm təhlükəsi altında olacaq. Belə şəraitdə inkişaf edə biləcəyikmi? Bu durumda ordumuzu gücləndirmək üçün mənbələr tapa bilərikmi? Xalqımızın sosial vəziyyəti yaxşılaşa, miqrasiya azala bilərmi?”.
 
 
Ter-Petrosyan hesab edir ki, məhz bu səbəbdən Ermənistan son 20 ildə ildən-ilə tənəzzülə uğrayıb. “İndi, həmsədrlər normal, balanslaşdırılmış plan təklif edir. Ermənistan onu imzalamağa hazır olduğunu qəti şəkildə ortaya qoyarsa, Azərbaycan etiraz etməz”, ”“ deyə Levon Ter-Petrosyan qeyd edib.
 
 “Qarabağın statusu ilə bağlı səsvermənin günü və vaxtı gələcəkdə müzakirələrdə müəyyən ediləcək” fikrindəki “gələcək müzakirələr” ifadəsi Ter-Petrosyanı narahat etmirmi?” sualına sabiq prezident belə cavab verib: “Əlbəttə, edir. Buna reaksiyanı ilk dəfə mən vermişəm. Bildirmişəm ki, keçiriləcək səsvermənin bütün şərtləri ilk mərhələdəcə elan olunmalıdır. Onun vaxtı, səsverməyə qoyulacaq məsələ, nəticələrinin yurisdiksiyası ilə bağlı 6-7 məsələ irəli sürmüşəm. İlk dəfə bu məsələni 2008-ci ildə qaldırmışam. İndi də bu fikirdəyəm ki, hazırda bəzi həll olunmamış xırdalıqlara səthi yanaşsaq, onları bu gün həll etməsək, sabah o haqda danışmaq daha çətin olacaq”.
 
 
 “Qarabağa sonuncu səfərinizdən hansı təəsüratlarla qayıtdınız?” sualına isə Ter-Petrosyan belə cavab verib: “Bilirsiniz, mən o adamlardan deyiləm ki, 2 nəfərlə görüşməklə qarabağlıların nə istədiyini deyim. Bunu müəyyənləşdirmək üçün aylarla orada qalmalıyam. Bir şey bəllidir ki, Ermənistanın da, Qarabağın da əhalisi bu 20 ildə ciddi beyin travması alıb. Müntəzəm şəkildə qələbədən danışmaqla, əraziləri geri verməyəcəklərini deməklə, “dənizdən-dənizə Ermənistan” yaratmaq xülyaları ilə, qalib ordudan, 1994-cü ilin zəfərlərindən bəhs etməklə, millətin məsələlərə açıq gözlə baxmaq hissini yox ediblər. Gəlin Qarabağ məsələsinə daha konkret, daha yaxından baxaq. Ərazilərin qaytarılması məsələsini bir az açıq gözlə nəzərdən keçirək.
 
Ən ağrılı problem budur. Xalqı çaşdıran politoloqlar, siyasətşünaslar belə bir fikir formalaşdırmağı sevir: kim ərazilərin geri qaytarılmasından danışırsa, o, xaindir, qorxaqdır, türkdür, nə bilin nədir”¦ Yaxşı, tutaq ki, mən türkəm, xainəm, qorxağam, məndən sonra gələn Koçaryan, Vardan Oskanyan eyni plan üzərində çalışmırdılarmı? Üstəlik, onlar daha pis plan üzərində işləyirdilər.
 
Bilin, ərazilərin qaytarılması şərti bütün layihələrdə yer alıb və bu şərti hər kəs qəbul edib. Hər kəs anlamalıdır ki, biz beynəlxalq ailənin üzvüyük və bu ailənin qaydalarına əməl etməyə borcluyuq. Biz BMT və ATƏT-in sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü ilə bağlı prinsiplərini qəbul etdiyimizə dair imzalar atmışıq. Bu sərhədlərin güc tətbiqi ilə dəyişdirilməsinin yolverilməzliyini qəbul etmişik. Demək, buna əməl etməliyik. Bu prinsipləri biz də qəbul etmişik, Azərbaycan da. Dünya isə bu prinsiplərin pozulması ilə bağlı heç bir bəhanəni tanımır”.
 
 
Ter- Petrosyan işğal olunmuş ərazilərin dərhal geri verilməsinin Ermənistanın özünün xeyrinə olacağını dəfələrlə vurğulayıb: “Biz Qarabağın nəzarəti altında olan Azərbaycan ərazilərini “Tarixi Ermənistan” da, azad olunmuş ərazilər də adlandıra bilərik, oraya “müqəddəs ərazilər” və sair də deyə bilərik. Amma beynəlxalq hüquqda belə kateqoriyalar yoxdur və ola da bilməz. Bunlar xülyadır. Nə bizim hakimiyyətimiz, nə Koçaryan, nə də Sarkisyan bu ifadələrdən beynəlxalq sənədlərdə istifadə edib. Əgər belə ifadələrdən istifadə etsəydik, ölkəmizi “qanmaz ölkə” elan edərdilər”.
 
“Bəs həmin ərazilər sizin vaxtınızda azad edilmədimi?” sualına Ter-Petrosyanın cavabı belə olub: “Biz “azad edildi” deyə bilərik. Beynəlxalq birlik isə başqa cür adlandırır: İşğal!”.
 
”“ Belə çıxır ki, oranı siz işğal etmisiniz?
 
”“ Beynəlxalq birliyə görə, bəli!
 
Növbəti sual belə olub: “Ter-Petrosyan bunu nə ilə izah edə bilər ”“ biz torpaqları nəyin qarşılığında geri qaytarırıq?”
 
Sabiq prezidentin cavabı: “Biz torpaqları beynəlxalq təşkilatlara təhvil veririk. Bizim üçün Azərbaycanın tələblərinin əhəmiyyəti yoxdur. Biz BMT və ATƏT-in tələblərini yerinə yetiririk. Vəssalam!”
 
”“ Axı nəyin qarşılığında?
 
”“ Soruşursunuz ki, torpaqları nəyin qarşılığında veririk? Çox yaxşı sualdır.
Birincisi, bunu beynəlxalq hüquq tələb edir. Amma sənəddə, məsələn, Qarabağ əhalisinin öz müqəddəratını təyin etməsi hüququ, sərbəst, təhlükəsiz yaşama hüququ kimi məsələlər də əksini tapıb. Bu, artıq ən böyük güzəştdir.
1988-ci ildə Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşməsi hərəkatı başlayarkən onlar, bilirsinizmi, nə haqda düşünürdü? O zaman bir neçə ay öncə Krım tatarları məsələ qaldırmışdı. Orta Asiyada yaşayan bu tatarların Krıma qayıtmasına icazə verilmirdi. Çox çək-çevirdən sonra Moskva məsələni araşdırmaq üçün komissiya yaratmaq qərarı verdi. Qarabağın istədiyi də bu idi. Onlar da istəyirdi ki, heç olmasa, bir komissiya da onlar üçün yaradılsın.
 
Demək, onun fikrincə bu gün məsələ beynəlxalq müstəviyə keçirilibsə, bu, ermənilər üçün göydəndüşmədir, bir vaxtlar bunu yalnız xəyal edə bilərdilər
 
Levon Ter-Petrosyan hesab edir ki, ötən illər ərzində Azərbaycan bir sıra ciddi güzəştlərə gedib. “Biz beynəlxalq qurumların ”“ BMT-nin, ATƏT-in Qarabağın öz müqəddəratını təyin etməsi haqqını qəbul etməsinə nail olmuşuq. Bundan böyük nə güzəşt gözləyirik?” deyə sabiq prezident sual verir: “Beynəlxalq birlik ərazilərin Qarabağın nəzarəti altında qalmasını qəbul etmir. Ərazilərin dərhal boşaldılması tələb olunur. Laçın dəhlizi ilə bağlı isə istisna var. Anlayırlar ki, bunsuz Qarabağ əhalisinin təhlükəsizliyini təmin etmək çətin olacaq. Üstəlik, yalnız Qarabağın təhlükəsizliyi üçün yox, həm də Ermənistanla normal iqtisadi əlaqələr üçün birbaşa rabitə olmalıdır. Bu da qəbul edilib”.
 
Sabiq prezident fikrini belə davam etdirib: “Biz birtərəfli qaydada Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təminatçısı olduğumuzu bəyan etmişik və bu da qəbul olunub. Bundan sonra Dağlıq Qarabağ və Laçın dəhlizi ilə bağlı razılaşmalara əməl olunmazsa, Ermənistan artıq qanuni şəkildə işə qarışa, Qarabağla bağlı qanunsuzluqların qarşısını ala bilər. İndi soruşuruq ki, Qarabağ və ya Ermənistan tərəfi nə əldə edib? Əgər 1988-ci ildəki vəziyyəti yada salsaq, bu, möcüzədir. Əgər buna nail ola bilsək”¦”
 
Əlbəttə, başqa ermənilər kimi Ter- Petrosyan da  arzulayıb və arzulayır ki, Dağlıq Qarabağ ermənilərin olsun. Amma  başqa ermənilərdən fərqli olaraq, reallığı dərk edir, etiraf edir ki, bu ərazilər onlara aid  deyil və deyir ki,  məhz bu səbəbdən Ermənistan son 20 ildə ildən-ilə tənəzzülə uğrayıb, belə getsə, faciəli sonluqla başa çatacaq. O, 2016-cı il aprel döyüşlərini nahaq yerə xatırlatmır. Başqa sözlə,  Azərbaycan torpaqlarının işğalında rol oynamış və uzun illər bu siyasəti davam etdirmiş canilərdən biri etiraf edir ki, onlar bu məsələdə heç bir divident qazanmayacaqlar. İşğal olunmuş Qarabağ geri verilməlidir. Bu, tarixi bir etirafdır.

Bizim Quran qarşısındakı 7 vəzifəmiz...
Aqil Abbas: "Sən mənə bir qarabağlı göstər ki, gözünün içi gülsün"
Fotoqrafçı pozğun çıxdı, toy günü kabusa döndü - FOTOLAR
Göygöldə fen almağa gedib, taksiylə qaçan gəlin tapıldı - Açıqlaması şoka saldı
Lavrovdan Türkiyəyə yeni TƏKLİF: “Bəşər Əsədlə…”
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Kriminal
Lənkəranski atasının qatilini məhkəmədə hansı sözə görə güllələmişdi?- İyirmi bir yaşlı gəncin beş illik qisas arzusu...
Kriminal
İsrailin yeni “paytaxt”ında 11 FAHİŞƏXANA AŞKARLANDI...
Dünya
17 illik dostluq 17 bıçaq zərbəsi ilə sona çatdı...
Dünya
Kobra qanı içib canlı ilan yedilər - FOTOLAR
Ədəbiyyat
"Maddi imkanım olsaydı, atamla bağlı çox işlər görərdim"- Xalq şairinin qızı
Həftənin ən çox oxunanları
ABŞ ordusunun rus əsgərlərini darmadağın etdiyinin görüntüləri yayıldı - ŞOK VİDEO
Talışinski Bakıya zəng vuraraq Rövşənin həbs edilməsini istəyir - Lənkəranskiyə qənim kəsilmiş qadın
Lənkəranski Allahşükür Paşazadəyə yazdığı məktubunda nə istəyirdi?- İstintaq materialları...
"And olsun Allaha, əgər kürd olsaydım, kürdlüyümlə fəxr edərdim, amma...”
“Monte Melkonyan məni maşına mindirib bilmədiyim bir evə gətirdi...” - Səkkiz gün erməni əsirliyində...
İsrailin müdafiə naziri erməni deputatları NOKAUT ETDİ: "Qarabağı...”
Dəhşət: Müəllim və şagirdi maşında sevişərkən yaxalandı - VİDEO
Lənkəranskinin “Qara bloknot”unda nə yazılmışdı?- Kriminal avtoritetin şəxsi əşyalarından...
Lütlənən qız-gəlinlərimizlə fəxr etməliyikmi?..
Bir qadın eyni vaxtda 3-4 kişi ilə yaşasa?...- Uşaqların atası kim olacaq?!.
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin