Xəbər lenti
21/10/2017 [02:43]:
Konkret işlərin həlli ilə məşğul olun - Günün qoroskopu
21/10/2017 [00:49]:
SSRİ rəssamlarının sərgisində Xruşovun partlatdığı “bomba” -“Sən homoseksualsan...”
21/10/2017 [00:45]:
"Onların mənliyi olsa Azərbaycan bayrağının altında oturmazlar" - İTTİHAM...
21/10/2017 [00:07]:
Rusiya 33 ton pomidoru Azərbaycana qaytardı
21/10/2017 [00:01]:
Ərbil yaxınlığında döyüş - İraq ordusu qəsəbəni azad etdi
21/10/2017 [00:00]:
Bacısını oğlanla görən 17 yaşlı gənc bıçağa əl atdı
20/10/2017 [23:58]:
Müalicə edilməyən reflyuks xərçəngə səbəb ola bilər - XƏBƏRDARLIQ...
20/10/2017 [23:55]:
Ermənistanda əsgər əsgəri güllələdi
20/10/2017 [22:56]:
Türkiyə mediası Ərdoğanla İlham Əliyevin yaxınlığıdan yazdı - Qardaş səmimiyyəti
20/10/2017 [22:52]:
Sən adlı dərdimin dərmanı yoxdur, bir dərdsən ki, dərman özün, dərd özün...
20/10/2017 [22:33]:
“İdrak” liseyində YAP-ın 25 illik yubileyinə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
20/10/2017 [22:27]:
Qartal 350 metr yüksəklikdə havada uçan dronu parçaladı - FOTOLAR
20/10/2017 [22:23]:
“Şeyx Həmzət” azadlığını 3,6 milyon avroya satın aldı
20/10/2017 [22:17]:
Bakı sakinlərinin qısa ətəyə münasibəti – SORĞU
20/10/2017 [22:09]:
"Şimali İraq Türkiyə ilə birləşdirilsin" - Sensasion təklif...
20/10/2017 [22:06]:
Kaş ki, bir də tələbə olaydım - İnkişaf və tərəqqinin ünvanından təəssüratlar...
20/10/2017 [21:57]:
Qadın mağazanın ortasında ətəyini qaldırıb... - VİDEO
20/10/2017 [21:40]:
Braziliyada yeniyetmə məktəbdə atəş açdı, iki uşaq öldü
20/10/2017 [21:36]:
Eynşteynin həyatı barədə bilmədiyiniz 10 maraqlı məlumat - Hər yerə corabsız gedirdi...
20/10/2017 [21:26]:
Məşhur müğənninin evini yardılar - 50 minlik əşyalarını apardılar
20/10/2017 [21:24]:
“Azərbaycan Rusiyanın tərkibinə daxil olmalıdır” - Rusiyanın baş təlxəyi...
20/10/2017 [21:21]:
“Bu çağırışın önəmini dərk etməyənlər ciddi fəsadlarla üzləşəcək”
20/10/2017 [20:40]:
AXC-nin 100 illiyi ilə bağlı sərəncam - 5 milyon ayrıldı
20/10/2017 [20:38]:
Xoşqədəmin verilişində axtarılan qızın atası özünü asdı
20/10/2017 [20:35]:
Üzərində Ermənistan bayrağı olan avtomobilin sahibi: – “Bu gecə Azərbaycanı tərk edəcəm”
20/10/2017 [20:35]:
Ərdoğan: “Türkiyə və Azərbaycan niyə BMT Təhlükəsizlik Şurasında olmasın?”
20/10/2017 [20:33]:
Vüqar "Maşın"dakı gizlinləri açıb-tökdü: "Bunu eşidəndə dəhşətə gəldim"
20/10/2017 [20:14]:
Kabildə məsciddə partlayış - Azı 30 nəfər öldü
20/10/2017 [19:40]:
“Bakıda böyük partlayış olacaq” - HƏYƏCAN TƏBİLİ...
20/10/2017 [19:38]:
Mənzil gözləyən hərbi qulluqçulara ŞAD XƏBƏR
20/10/2017 [19:31]:
"Yazığın zalımı yox, zalımın zalımı olmalısan" - VİDEO
20/10/2017 [19:16]:
Moskvada ermənilərlə taciklər arasında kütləvi dava oldu
20/10/2017 [19:14]:
Zakir Həsənov yeni zenit-raket sistemlərinin döyüş hazırlığını yoxladı
20/10/2017 [19:14]:
Azercell-dən “Hədsiz” İnternetlə və ilkin ödənişsiz iPhone8 əldə et!
20/10/2017 [19:13]:
Ermənistan ordusunun hərbi hissələrindən birində partlayış -Xeyli sayda ölən və yaralanan var
20/10/2017 [18:50]:
Sadəcə qadınların yaşadığı kənd — Kişilərə giriş qadağandır
20/10/2017 [18:47]:
"Sükan arxasında şirin söhbət etmək də, nağıl danışmaq da olar..."
20/10/2017 [18:37]:
ADU-da Hindistanın milli bayramı olan Divali qeyd edildi
20/10/2017 [18:21]:
Bu ildən iki qrup üzrə imtahan vermək mümkün olacaq -Abituriyentlərə şad xəbər
20/10/2017 [18:16]:
Leyla Şıxlinskayaya qarşı dələduzluq edən qadına hökm oxundu
20/10/2017 [18:13]:
9 ayda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə 7 min konteyner daşınıb...
20/10/2017 [17:50]:
Qardaşı Nərimanovu ölümdən necə xilas etdi?- Tarix
20/10/2017 [17:49]:
Dollar gələn həftə bu qiymətə olacaq
20/10/2017 [17:39]:
İlham Əliyevlə Ərdoğanın D-8 zirvəsindən - Maraqlı fotoları
20/10/2017 [17:32]:
Millət vəkili 2-ci Sosial Elmlər üzrə Beynəlxalq Araşdırmalar Konqresində məruzə ilə çıxış edib
20/10/2017 [17:23]:
Hafiz Hacıyev: “Ölkəmizə qarşı “yerli balta sapları”ndan da istifadə edilir”
20/10/2017 [17:21]:
"Bu üsulla 10 min adam həbsdən xilas olar, dövlət 80 milyon manat qənaət edər" - TƏKLİF
20/10/2017 [17:02]:
ADU-da görkəmli bəstəkar Tofiq Quliyev anıldı
20/10/2017 [17:01]:
Bu gecə bütün Yer sakinləri ulduz axınını izləyə biləcək
20/10/2017 [16:54]:
Dünya türkoloqları Qazaxıstanda toplaşdı- FOTOLAR
20/10/2017 [16:49]:
“Əsas hədəf tələbə biliyini və düşüncəsini inkişaf etdirməkdir”
20/10/2017 [16:42]:
Yüz nəfərin ölümünə səbəb olan erməni ata və oğul həbs edildi - FOTOLAR
20/10/2017 [16:40]:
“Məscidləri dağıdan ölkə dostumuz ola bilməz” - İlham Əliyev
20/10/2017 [16:31]:
Azərbaycanda elmin ağır durumunun əsas səbəbi - hökumətmi, millətmi, islam dinimi?
20/10/2017 [16:25]:
"Azərbaycanda abortların sayı artır" - Millət vəkili
20/10/2017 [16:02]:
Qəbul imtahanlarında maksimum bal 400 olacaq
20/10/2017 [15:59]:
Rəsulzadənin İçərişəhər vurğunluğu və köhnə Bakı ağrısı- Romandan III fəsil
20/10/2017 [15:43]:
ADPU-da “İqtisadi islahatlar: nailiyyətlər və perspektivlər” mövzusunda ictimai mühazirə keçirildi
20/10/2017 [15:20]:
Azərbaycanda hər il “Bakı Beynəlxalq Film Festivalı” keçiriləcək
20/10/2017 [15:20]:
“Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu hər birimizin fəxri və qürur mənbəyidir”
20/10/2017 [15:03]:
Cinayət Məcəlləsinə 300-dən çox dəyişiklik edildi
20/10/2017 [15:01]:
İlham Əliyev D-8 IX Zirvə görüşündə çıxış etdi
20/10/2017 [15:00]:
Şagirdinin alnına “axmaq” sözü yazan müəllimə işdən qovularaq məhkəməyə verildi
20/10/2017 [14:57]:
Prezident: “Özbəkistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir”
20/10/2017 [14:57]:
Qənirə Paşayevadan Cümhuriyyət qurucuları ilə bağlı ilginc təklif...
20/10/2017 [14:56]:
Azərbaycan Prezidentinin Türkiyəyə səfəri başa çatdı
20/10/2017 [14:52]:
"Azərbaycana qarşı uzanan məkrli əlləri birlikdə kəsməliyik"
20/10/2017 [14:51]:
Türkiyəyə görə rus çarını acılayan Bakı milyonçusu- Gizli tarix...
20/10/2017 [14:50]:
Ukraynada Saakaşvili ilə bağlı cinayət işi açılır
20/10/2017 [14:49]:
Deputatdan maraqlı təklif
20/10/2017 [14:48]:
Güllələnən azərbaycanlıların yaxınları danışdı - “Pulemyotla atəş açılıb”
20/10/2017 [14:44]:
Leyla Əliyeva “Balaca şahzadə”ni izlədi
20/10/2017 [14:27]:
İspaniyanın məşhur idman nəşri Azərbaycan xalqından üzr istəyib
20/10/2017 [14:24]:
Məhkəmənin barəsində müsbət qərar verdiyi müəllim vəzifəsinə qaytarılmayıb
20/10/2017 [14:04]:
İspaniya hökuməti Kataloniyada yeni seçkilər keçirəcək
20/10/2017 [14:02]:
Gələn ilin dövlət büdcəsində səhiyyə sahəsinə 740 milyon manat vəsait ayrılıb
20/10/2017 [13:44]:
Dövlət sirri təşkil edən məlumatlar qorunacaq
20/10/2017 [13:42]:
Əcnəbilərə vətəndaşlıq verilməsi sadələşdirildi
20/10/2017 [13:40]:
Sabahın hava proqnozu açıqlandı
20/10/2017 [13:37]:
Məhkəmələrdə nümayəndəlik institutunun fəaliyyətini məhdudlaşdıran layihə parlamentin gündəliyindən çıxarıldı
Bütün arxiv bir sırada
10/08/2017 [10:03] - Müsahibə - ( 1086 dəfə baxılıb)

Çingiz Qənizadə: “Hər kəs ölkə başçısından nümunə götürməlidir”

“Şöhrət” ordeni ilə təltif edilməyim mənim üçün sürpriz oldu”



Bir neçə gün əvvəl deputat Çingiz Qənizadənin 60 yaşı tamam oldu. Yubiley günündə o, ölkə prezidentinin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edildi. Bakı şəhərinin sabiq prokuroru, hüquq üzrə fəlsəfə doktoru, insan hüquqları müdafiəçisi, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü ilə söhbətimiz təkcə yubiley təəssüratlarını əhatə etmir. Ölkənin gündəmində olan aktual mövzulara onun orijinal yanaşması var.

- Çingiz bəy, 60 yaşda “Şöhrət” ordeni ilə təltif olunacağınızı gözləyirdinizmi?

- Yox. Məndən öncə də 60 yaşı tamam olanlar olub. Ancaq bu cür təltif hər kəsə qismət olmur. Hesab edirəm ki, mənim həm KİV-dəki, o cümlədən televiziyadakı çıxışlarım, yerlərdə seçicilərlə əlaqələrim, həm ölkə, həm də beynəlxalq tədbirlərdəki çıxışlarım və parlamentdəki aktiv fəaliyyətim dəyərləndirilib. Görünür, möhtərəm prezidentin gözündən heç nə yayınmır. Ölkənin ictimai-siyasi həyatında fəal iştirakıma görə mənim fəaliyyətimi müsbət dəyərləndirən cənab prezident məni “Şöhrət” ordeni ilə təltif etdi.

- Sürpriz xəbəri harda aldınız?

- İyulun 31-də məzuniyyətdə olsam da, təmsil etdiyim İmişli-Beyləqan rayonlarının hər ikisində yarım illik hesabat yığıncağında iştirak edirdim. Bakıya qayıdarkən çox dəhşətli isti var idi. Mənə xəbər çatdı ki, möhtərəm prezident ölkənin ictimai-siyasi həyatında fəal iştirakımla əlaqədar olaraq məni “Şöhrət” ordeni ilə təltif edib. Bu, mənim üçün böyük bir sürpriz oldu. Təbii ki, havanın istisi də, yorğunluq da hamısı yaddan çıxdı. Bir az keçmiş dostlardan zənglər gəlməyə başladı. Bu günə qədər də təbrik zəngləri davam edir.

- Çingiz bəy, istərdim sizinlə gündəmdəki bəzi məsələlərdən danışaq. Hüquq müdafiəçisi olaraq baş nazirin müavini Əli Həsənovun nəvəsinin törətdiyi hadisə ilə bağlı nə deyə bilərsiniz? Bu mövzu ətrafında müzakirələr gedərkən belə yanaşmalar da oldu ki, valideyn övlada cavabdeh deyil. Razılaşırsınızmı?

- Övlad hətta 50-60 yaşına çatsa da, valideyn üçün yenə övlad olaraq qalır. Deyək ki, bir neçə gün öncə mənim 60 yaşım tamam oldu, amma anam mənə yenə uşaq kimi, övladı kimi baxır. Təbii ki, onun hüququ qalır ki, övladına nəyisə tövsiyə eləsin, məsləhətlərini versin. Baş verən hadisə təbii ki, ağır hadisədir. Birincisi, ona görə ki, burada sırf ehtiyatsızlıqdan söhbət getmir, hadisə avtoxuliqanlıqla müşayiət olunub. Mətbuat da bu barədə kifayət qədər yazıb. Heydər Əliyev prospektində çox böyük sürətlə ötüşmə əməliyyatı olub. Ulu öndərin adına olan prospektdə böyük nəqliyyat axını var, aeroporta gedən yoldur və s. İkincisi, nəticə etibarilə ağır hadisə baş verib, iki nəfər ölüb, Türkiyə vətəndaşı olan iki nəfər isə ağır yaralıdır. Ən azı, cənab prezidentin özündən, özünü cəmiyyətdə sadə aparmasından, övladlarının sadə davranışından hər kəs nümunə götürməlidir. Gəlin kiçik Heydər Əliyevə diqqət yetirək. Bəzən tələbə dostları ilə universitetdə, müzakirələrin gedişində, çay süfrəsi arxasında çəkilmiş fotolarını paylaşır. Baxırsan ki, nurlu bir gəncdir. Əminəm ki, o bu sadəliyindən heç vaxt dönməyəcək. Deməli, canında, qanında var. Cənab prezidentin də yerlərdə sadə insanlarla səmimi davranışları onun daxilindən gələn bir haldır. Düşünürəm ki, hər kəs ölkə başçısından nümunə götürməlidir.

Mən təəssüf edirəm ki, belə bir hal baş verib. Eyni zamanda bir daha hüquq müdafiəçisi, millət vəkili olaraq, prezidentin mövqeyini dəstəkləyən biri olaraq deyirəm ki, hər kəs övladlarına nəzarət etməlidir. Bəzi gənclər bahalı maşınları, geyimləri, saatları, seyflərindəki pullarını çəkib internetə yerləşdirməklə xalqı qıcıqlandırırlar.

- Son zamanlar digər bir sıra cinayətlərdə də artım müşahidə olunur, xüsusilə də uşaqlara və qadınlara qarşı törədilən ağır cinayət hadisələrindən söhbət gedir. Hətta bəzi deputat həmkarlarınız bu günlərdə ölüm hökmünün ləğvindən təəssüfləndiyini bildirir. Necə bilirsiniz, qanunun sərtləşdirilməsinə zərurət varmı?

- Bu məsələyə iki prizmadan yanaşardım. Birincisi, adi vətəndaş kimi yanaşsam, təbii ki, bu insanların ən ağır cəzalara layiq görülməsini istəyirəm. Bu, bir vətəndaş olaraq mənim cəmiyyətimizdə baş verənlərə etirazımın formasıdır. Amma hüquqşünas olaraq mən bunları qeyri-mümkün hesab edirəm. Çünki Avropa Şurasına daxil olarkən öhdəliklər götürmüşük və öhdəliklərdən biri ölüm hökmünün ölkəmizdə ləğvi ilə bağlıdır. Cənab prezidentimiz də qeyd edir ki, biz Avropaya inteqrasiya etmək istəyirik, Avropa dəyərlərinə uyğunlaşmaq istəyirik. Təbii ki, yaxşı dəyərlərdən söhbət gedir. Çox təəssüf ki, bəzən ölkəmizə Avropadan milli mentalitetimizə, adət-ənənələrimizə zidd olan dəyərlər də gətirirlər. Amma biz hüquqi məsələlərdə bu dəyərlərə üstünlük verməliyik. O baxımdan bu cinayətlər olsa da, olmasa da, üzərimizə götürdüyümüz beynəlxalq öhdəlikləri poza bilmərik.

“İçki düşkünü olanlar kimi, narkotik qəbul edənlər də narkotik düşkünüdürlər; onları həbs etməyi düzgün hesab etmirəm”

- Deməli, ölüm hökmünün bərpası mümkün deyil?

- Nə qədər ki, Avropa Şurası ailəsinin üzvüyük, qanunlar indiki kimi qalacaq. Biz ölüm hökmünü tətbiq edəriksə, o halda qanunlara dəyişikliklər etməliyik, Avropa Şurasından çıxmalıyıq. Amma baş vermiş 5-10 hadisəyə görə biz Avropadan uzaqlaşmalı deyilik. Burada başqa bir məsələni demək istərdim ki, bu cür insanların cinayət törədəndən sonra əməlləri bugünkü qanunvericilikdə olan maddələrlə tövsif edildikdən sonra məhkəmələrdə işə baxılarkən bu insanlara cəza tətbiqində sanksiyaların yuxarı həddini tətbiq etmək lazımdır. Misal üçün, bu günlərdə Biləcəri qəsəbəsində bir cinayət hadisəsi oldu. Məlum oldu ki, cinayət törətmiş həmin şəxs eyni əmələ görə məhkum olunub və vaxtından əvvəl azadlığa buraxıldıqdan sonra ikinci dəfə azyaşlıya qarşı bu cür hərəkətlər edib. Ona görə deyirəm ki, cəza təyinatı zamanı və eyni zamanda qanunda nəzərdə tutulan vaxtından əvvəl azad etmə institutunu bu cür insanlara şamil etmək düzgün deyil. Əfv Komissiyasında bu insanların məsələsi müsbət həll edilə bilməz, vaxtından əvvəl azad etmək üçün məhkəməyə təqdimatlar yazıla bilməz. Yazılarsa da, məhkəmələr bu təqdimatları təmin etməməlidir. Cinayət qanunvericiliyində hər bir maddənin dispozisiya və sanksiya hissəsi var. Yəni əməllər Cinayət Məcəlləsinin müvafiq maddələrinin dispozisiya hissəsi ilə tövsif olunduqdan sonra sanksiyaların - cəzaların tətbiqi zamanı məhkəmələr cəzanın ən yuxarı həddini onlara tətbiq etməlidirlər. Körpələrə, yaşlı, köməksiz insanlara qarşı bu cür cinayət törədənlərə ən ağır cəzalar verilməlidir. Azyaşlı körpələrə qarşı əxlaqsız hərəkətlərin edilməsi ilə bağlı Cinayət Məcəlləsində olan bir neçə maddənin sanksiya hissəsinə yenidən baxmaq lazımdır və bu əməllərə görə cəzalar artırılmalıdır. Ola bilər ki, payızda bu məsələlərə qayıdaq.

- Siz Bakı şəhər prokuroru vəzifəsində çalışmısınız. O dövrdə də bu kimi cinayətlər bu qədər geniş yayılmışdı, yoxsa son dövrlərin bəlasıdır?

- Belə hadisələr həmişə olub. Sovet dövründə insanların mənəviyyatı, əxlaqı tamamilə fərqli idi. Amma indi müstəqillikdən, azadlıqdan, demokratiyadan, xüsusilə internet resurslarındakı nalayiq filmlərə, şəkillərə baxan insanların çoxunun beyni sanki dəyişib. Boşanmaların, ərli qadınların ərlərini, uşaqlarını qoyub başqaları ilə qaçmasının, əxlaqsız hərəkətlərin sayı artıb. Biz bunun qarşısını almaq üçün interneti qapadıb ölkəni informasiya blokadasına sala bilmərik. İnsanların beynində nə var, onlar nə düşünürlər, bunu əvvəlcədən görmək çox çətindir. Sadəcə, cəzalar sərtləşdirilməli, bu sahədə maarifləndirmə işi aparılmalıdır. Siz bilirsiniz ki, bu cür insanlar cəzaçəkmə müəssisəsində qanundankənar cəzalarla da üzləşirlər. Heç kim onlarla ünsiyyətdə olmur, salam vermir və s. Düşünürəm ki, bu istiqamətdə maarifləndirmə işi, insanların beyninə təsir edə biləcək, onları düz yola dəvət edəcək tədbirlər görülməlidir.

- Bu günlərdə narkotikdən istifadə edənlərə qarşı cəzanın aradan qaldırılmasına tərəfdar olduğunuzu demişdiniz. Çox maraqlı təklifdir...

- Bəli, içki düşkünü olanlar kimi, narkotik qəbul edənlər də narkotika düşkünüdürlər. Onları həbs etməyi düzgün hesab etmirəm. Bu gün CÇM-də narkotik qəbul etmə ilə bağlı azadlıqdan məhrum edilmişlərin sayı həddən artıq çoxdur. Niyə dövlət onlara 2-3 il xərc çəkməli, yedirtməlidir? Digər tərəfdən, bu adamlar həbs edildikdən sonra ailəsi və uşaqları başsız qalır, maddi problemlərlə üzləşirlər. Bu isə ciddi fəsadlar törədir. Amma biz narkotiki əkib-becərənlərin, satanların cəzalarını artırmalıyıq!

- Qənizadələr ailəsində iki prokuror var, biri keçmiş, biri indiki prokuror. Oğlunuz Elgiz Qənizadə Binəqədi rayon prokurorunun müavinidir. Heç oğlunuzun işinə qarışırsınızmı? Yaxud generalın nə vaxtsa oğlunun işinə qarışdığı hallar olurmu?

- (gülür) Mən Elgizin işinə heç vaxt müdaxilə eləmirəm, ümumiyyətlə, maraqlanmıram. Amma təbii ki, bir hüquqşünas alim və ata kimi, həm də təcrübəli bir insan olaraq o, mənimlə bəzi məsələlərlə bağlı mövqeyini bölüşməyə cəhd edir, məsləhətlər, tövsiyələr alır...

- Oğlunuzun neçə yaşı var?

- 34. O, mənimlə bəzi məsələlərdə öz mövqeyinin nə qədər ədalətli və qanuni olduğunu müzakirə etmək istəyir. Qeyd edim ki, bizim hüquq-mühafizə orqanlarında - prokurorluq, daxili işlər, ədliyyə sistemində xeyli islahatlar aparılıb. DTX yenidən formalaşıb. Hər bir məmur insanlarla təmasda təvazökar, sadə olmalıdır. Bu, cənab prezidentin tələbidir! O cümlədən mən oğluma tövsiyə edirəm ki, şikayətə gələn hər kəsi işin çoxluğuna baxmayaraq, qəbul etmək lazımdır. Hər kəsi dinləmək, şikayətləri qeydə almaq lazımdır. Çünki Baş Prokurorluq da bunu əməkdaşlarının qarşısında həm tələb və həm də tövsiyə kimi qoyur. İnsanları incitmək, narazı salmaq olmaz. Haqsız şikayətlər olsa da belə, qanunu onlara şirin dillə izah etmək lazımdır. Bir də əməlin tövsifində prinsipial olmaq gərəkdir. Həmçinin digər hüquq-mühafizə orqanları ilə dostluq, əməkdaşlıq münasibətləti saxlanılmalıdır ki, cinayətlərin açılmasında bir-birinə dəstək olsunlar, yaxından əməkdaşlıq etsinlər və uğurlar əldə edə bilsinlər. Oğlum 10 ildən çoxdur ki, hüquq-mühafizə orqanında çalışır. Test imtahanlarından yüksək bal toplamaqla işə qəbul olunub. Mən hesab edirəm ki, Elgizə böyük bir etimad göstərilib. Bir ildən artıqdır ki, o, bu vəzifədədir. Mənə çatan məlumatlar, siqnallar belədir ki, Elgiz hələlik rəhbərliyin etimadını doğruldub və bundan sonra da etimadı doğruldcağına ümid edirəm.

- Çingiz bəy, müsahibələrinizin birində çox şanslı insan olduğunuzu demişdiniz. “Şöhrət” ordenindən sonrakı hədəfiniz hansıdır?

- Mən qarşıma məqsəd qoyanda ona çatmaq üçün bütün çətinliklərə dözür və mübarizə apara bilirəm. Həyatda da istədiyim hər şeyə şükürlər olsun ki, nail olmuşam. Heç vaxt hansısa bir mükafatı almaq naminə çalışmamışam. Cənab prezident tərəfindən “Şöhrət” ordeni ilə təltif edilməyim mənim üçün sürpriz oldu. Yüksək mükafata layiq görüldüyümə görə ona öz adımdan və ailəm adından mətbuat vasitəsilə təşəkkürü bildirmişəm. Bu gün fürsətdən istifadə edərək bir daha möhtərəm prezidentimizə öz dərin təşəkkürlərimi bildirirəm. Özümü kifayət qədər enerjili və işgüzar hesab edirəm. Çünki işləməkdən yorulmayan birisiyəm. Mən mətbuat vasitəsilə həm dostlarıma, uğurlarıma sevinən hər bir kəsə bildirmək istəyirəm ki, bundan sonrakı fəaliyyətim indiyə qədər necə olub, elə də olacaq. Dövlətimizə, dövlətçiliyimizə həmişə olduğu kimi, sadiq qalacaq, möhtərəm prezidentimizin ölkənin iqtisadi inkişafı, ölkəmizin təhlükəsizliyi üçün qarşıya qoyduğu bütün məsələlərin reallaşmasında ona dəstəkçi olacaq, bu siyasi kursu dəstəkləyəcəyəm. Bütün fəaliyyətimi xalqımın, millətimin və dövlətimin parlaq gələcəyi naminə görüləcək işlərə həsr edəcəyəm.(musavat.com)

Sən adlı dərdimin dərmanı yoxdur, bir dərdsən ki, dərman özün, dərd özün...
“Azərbaycan Rusiyanın tərkibinə daxil olmalıdır” - Rusiyanın baş təlxəyi...
“Bakıda böyük partlayış olacaq” - HƏYƏCAN TƏBİLİ...
Ermənistan ordusunun hərbi hissələrindən birində partlayış -Xeyli sayda ölən və yaralanan var
Bu gecə bütün Yer sakinləri ulduz axınını izləyə biləcək
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Müalicə edilməyən reflyuks xərçəngə səbəb ola bilər - XƏBƏRDARLIQ...
Cəmiyyət
Türkiyə mediası Ərdoğanla İlham Əliyevin yaxınlığıdan yazdı - Qardaş səmimiyyəti
Siyasət
“Bu çağırışın önəmini dərk etməyənlər ciddi fəsadlarla üzləşəcək”
Gündəm
"Bu üsulla 10 min adam həbsdən xilas olar, dövlət 80 milyon manat qənaət edər" - TƏKLİF
Mədəniyyət
Türkiyəyə görə rus çarını acılayan Bakı milyonçusu- Gizli tarix...
Həftənin ən çox oxunanları
"Nə vaxta kimi bu millətin biqeyrətlərini, psixi xəstələrini, fahişələrini reklam edəcəksiniz?"
“Hər imkanda məni zorlayırdılar” - Olimpiya çempionu+ Fotolar
"Hafka"nın saxlandığı xəbəri yayıldı - Silahlı basqına görə
Laçın rayonun bütün kəndlərinin kosmosdan hazırkı görüntüləri - VİDEO
Mütəxəssislərdən xəbərdarlıq: “İctimai nəqliyyatda yaşlılara yer verməyin...”
Gecələdiyi avtobusda ölüsü tapılan aktyor - FOTOLAR
14 yaşlı qızının seks videolarını çəkib sevgilisinə yollayan ana da varmış - DƏHŞƏT...
“Bundan sonra Sarkisyanla danışıqlara getməyin heç bir mənası yoxdur”
“Düşmən bilməlidir ki, müharibə Ermənistan ərazisinə də keçə bilər”
"Əgər İraq ordusu ildırım sürətiylə Kərkükü döyüşsüz ələ keçirdisə..."
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin