Xəbər lenti
11/12/2017 [15:12]:
Ramil Usubovdan yeni təyinat
11/12/2017 [15:08]:
Taksi xidmətindən istifadə edənlərin NƏZƏRİNƏ: Bundan sonra...
11/12/2017 [15:05]:
Bu qurumların Dövlət Sosial Müdafiə Fonduna borcu var
11/12/2017 [15:02]:
Fədayə Laçınla bağlı məhkəməyə müraciət ediləcək
11/12/2017 [15:00]:
Kim Çen Innın "Bialoji müharibə" planı üzə çıxdı
11/12/2017 [14:59]:
"Qiymətli Pamela" tamaşasının premyerası keçirildi
11/12/2017 [14:54]:
Vətəndaşlar ŞİKAYƏT ETDİ, marşrut xəttinin daşıyıcısı və ödəniş üsulu dəyişdi
11/12/2017 [14:41]:
"Arif Hacılı "Müsavat"ın güclənməsini istəyirsə, buna son qoymalıdır..." - Qubad İbadoğlu
11/12/2017 [14:34]:
Müharibədən sonrakı dövrün ən dəhşətli FOTOSU
11/12/2017 [14:31]:
“Bu ilin 10 ayı ərzində 538 fiziki qüsurlu uşaq doğulub” -Səlim Müslümov
11/12/2017 [14:24]:
Putin ordunu Suriyadan çıxarır – Əmr
11/12/2017 [14:24]:
Problemli kreditlərin restrukturizasiyası ilə bağlı saziş imzalanacaq
11/12/2017 [14:21]:
Səməd Vurğunun şər atılaraq sürgünə yollanan qohumu, Cümhuriyyət tələbəsi Vəkilov- TARİX
11/12/2017 [14:20]:
Rusiya “Pandorra qutusu”nu açdı – Qorbaçovun müşaviri
11/12/2017 [14:17]:
Gülər Əhmədovanın oğlu nişanlandı – FOTO
11/12/2017 [14:14]:
"Mavi balina"dan sonra "Qırmızı bayquş": uşaqları internetdən necə qorumalı...
11/12/2017 [14:06]:
Alimlərdən qorxunc iddia - Dekabrın 23-də yer kürəsi məhv olacaq
11/12/2017 [13:56]:
“Elə məmurlar var ki, Milli Azərbaycan Tarixi Muzeyinin harada yerləşdiyini belə bilmir”
11/12/2017 [13:55]:
Məşhur türk rejissor vəhşicəsinə öldürüldü
11/12/2017 [13:50]:
Sabah hava küləkli, amma yağmursuz olacaq - HAVA PROQNOZU
11/12/2017 [13:49]:
“Qarabağ” rekorda imza atdı
11/12/2017 [13:47]:
Nazirlər Kabineti qərar verdi: Bu məhsulların keyfiyyəti yoxlanacaq
11/12/2017 [13:41]:
Erməni zabitlər yol qəzasına düşdülər
11/12/2017 [13:38]:
Tatar dili Rusiyada dövlət dili olur
11/12/2017 [13:38]:
Bir mənzili bir neçə şəxsə satmaq mümkün olmayacaq - Yeni qanun hazırlanır
11/12/2017 [13:36]:
Rəşad Sadıqov milli komandaya baş məşqçi təyin olunacaq
11/12/2017 [13:29]:
Dünyanın bir masası olan fərqli restoranı, imkanlı müştərilər sırada gözləyir
11/12/2017 [13:27]:
Daxili orqanında narkotika keçirmək istədi
11/12/2017 [13:26]:
Mançester derbisində qalmaqal - Mourinyon qapıçını butulka ilə vurdu
11/12/2017 [13:25]:
Rövşən Lənkəranskinin məsciddə çəkilən görüntüsü yayımlandı- VİDEO
11/12/2017 [13:20]:
Müğənninin 17 yaşlı oğlu 4 qızı gecə klunbundan villasına apardı - FOTO
11/12/2017 [13:03]:
Sabah Bakıda bu yollar bağlı olacaq - SİYAHI
11/12/2017 [13:00]:
ADPU-da Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirildi
11/12/2017 [13:00]:
Sevgilisi ilə telefon danışığından sonra özünü asdı: meyitini oğlu, keçmiş əri və sevgilisi..
11/12/2017 [12:47]:
Yerdən qalxmayan oğluna atdığı təpik ölkəni ayağa qaldırdı -VİDEO
11/12/2017 [12:35]:
“Hacının qəbrinin dağıdılacağından narahatıq” - Bacısı
11/12/2017 [12:28]:
Məxfilik parçası həyacan yaratdı - Hərbi məqsədlə istifadə olunacaq...
11/12/2017 [12:21]:
Firon məzarlarındakı GİZLİ TARİX
11/12/2017 [12:19]:
"3 ilə qədər ölərsən" dedilər, 200 kilo arıqladı -İNANILMAZ...
11/12/2017 [12:07]:
Özgəsinə görə özümüzü YANDIRMAYAQ...
11/12/2017 [12:02]:
Hüquqşünasdan Türkiyə vətəndaşları ilə ailə qurmuş azərbaycanlı xanımlara məsləhət
11/12/2017 [12:00]:
Əli Həsənovun nəvəsi barədə qərar verildi
11/12/2017 [11:52]:
İlhamə Quliyevanın oğlu polis nəzarətinə verildi
11/12/2017 [11:42]:
“Kelebek”də diqqət çəkməyən Nigarla Röya - 17 minlik çəkmə belə...
11/12/2017 [11:35]:
"Belimdəki uşaqdır" deyən dilənçinin şalını açan polis ŞOKA DÜŞDÜ: belə aldadırlar - VİDEO
11/12/2017 [11:33]:
Fazil Məmmədovun ailə -FOTOLARI
11/12/2017 [11:27]:
Sükutu pozan Nemət Pənahlı: “Şikayət etmək əxlaqıma sığmır”...”
11/12/2017 [11:23]:
Arif Əsgərovun qohumu 5 milyon ödədi
11/12/2017 [11:15]:
Saakaşvili məhkəməyə gətirildi
11/12/2017 [11:13]:
Qənirə Paşayeva İraqda 10-dan artıq media qurumlaırna Qarabağ həqiqətlərindən danışdı
11/12/2017 [11:08]:
Bu gün Bakı vaxtı ilə saat 15:00-da başlayacaq... - DİQQƏT!
11/12/2017 [10:59]:
Jurnalist “Azərişıq” ASC-nin biganəliyindən fəryad edir - FOTOLAR
11/12/2017 [10:56]:
İstirahət günü Bakıda 4 nəfər avtomobilin altında qaldı
11/12/2017 [10:56]:
Varlıların üstünlük verdiyi dünya universitetləri -Birmənalı seçimin sirli səbəbləri
11/12/2017 [10:49]:
Ramil Səfərovə yeni rütbə verildi - FOTO
11/12/2017 [10:48]:
Fazil Məmmədovun işdən çıxarılması ilə bağlı 4 milyardlıq oğurluq iddiası
11/12/2017 [10:38]:
Yəhudilərin Heydər Əliyevə Şuşa mesajı və Qüds mövqeyimiz...
11/12/2017 [10:35]:
Bitkoin "Uoll Strit"ə daxil oldu
11/12/2017 [10:35]:
Putinin ətrafının oğurladığı 1 trilyon DONDURULUR...
11/12/2017 [10:33]:
Liderlərin İstanbul sammiti - Ərdoğan və Əliyevdən sərt mövqe
11/12/2017 [10:29]:
Azərbaycana Türkiyədən cavab: Bayrağımız… - Foto
11/12/2017 [10:27]:
Terrorçu kürdlərə dəstək verən müsəlman ermənilər azadlıqda... - Türkiyədə...
11/12/2017 [10:24]:
18 yaşlı qız sevgilisi ilə cinsi əlaqə zamanı canlı yayım etdi: 3 dəqiqə davam etdi - FOTO
11/12/2017 [10:23]:
“Hakimiyyətin öz daxilində də böyük müxalifət formalaşmaqdadır” -Sülhəddin Əkbər
11/12/2017 [10:17]:
Edvard Nalbəndyan - Ermənistanın nazlı diplomatı...
11/12/2017 [10:16]:
Türkiyə millisinin məşhur futbolçusundan 3 milyonluq qəza - FOTOLAR
11/12/2017 [10:14]:
Fransalı deputat: "Təzyiqlər məni Azərbaycana daha da yaxınlaşdırdı"
11/12/2017 [10:07]:
Bakı-Quba yolunda avtobus qəzaya uğradı: Yaralılar var
11/12/2017 [10:04]:
MTN generalı apelliyasiya şikayəti verdi
11/12/2017 [09:57]:
“Mən Natavanı məcbur elədim...” - Dado yenə danışdı
11/12/2017 [09:54]:
Bacısının ərini və qayınatasını güllələdi - Bakıda kriminal
11/12/2017 [09:54]:
Özünü metronun altına atdı - “İçərişəhər”də qorxunc anlar
11/12/2017 [09:51]:
Universitetin geniş rezonansa səbəb olan "UNEC2B" platforması...
11/12/2017 [09:50]:
Yeni məhəbbət dastanlarının xarakterik xüsusiyyətləri
11/12/2017 [09:36]:
Azərbaycanlılardan Moskvada “Artsax” doşabı satılmasına etiraz...- “KarabakhTV”
11/12/2017 [09:35]:
Bakı metrosunda gənc özünü qatarın altına atdı
11/12/2017 [09:33]:
54 yaşlı kişi özünü bıçaqladı
11/12/2017 [09:20]:
Həkimlərin yazdığını niyə oxumaq olmur?
11/12/2017 [09:13]:
Diqqətli olun! Arıqlama dərmanları xərçəngə, sonsuzluğa səbəb olur
11/12/2017 [09:07]:
Xarici diplomatlar və jurnalistlər Tərtərə getdilər
Bütün arxiv bir sırada
11/08/2017 [12:04] - Siyasət - ( 5415 dəfə baxılıb)

"İran parçalanarsa, Qarabağ hadisəsi təkrarlanar"




Moderator.az Güntay Gəncalpın Xalq şairi Sabir Rüstəmxanlı ilə söhbətinin davamını təqdim edir:

"Keçən yüzil türk millətinin yazqısı açısından çox önəmli olmuşdur. Birinci Dünya Savaşı ilə Türklərin Anadoludakı varlıqları təhdidlə qarşılaşmışdı. Lakin Rusiyadakı oktyabr inqilabı türklər üçün göydən düşmə fürsət olaraq tarixə girdi. Çünkü Çar Rusiyasının amacı İstanbulu işğal edərək oranı başkənd etmək idi. Böyük Pyotrdan qalan vəsiyyət idi. Borçlar bataqlığına gömülən, sənayeləşmə evrəsi keçirməyən geri qalmış Osmanlının da bu plana qarşı çıxma gücü qalmamışdı. Ruslar İstanbula doğru irəlilərkən Lenin öndərliyində oktyabr iniqlabı gerçəkləşdi. Osmanlı ilə savaş halında olan dünyanın super güclərindən Rusya Atatürkün qurtuluş savaşlarında Türkiyənin müttəfiqi oldu. İdeyaların dəyişməsi dövlətlərin pozisionunu da necə sürətlə dəyişdirirmiş! Ruslar İstanbula girsəydilər ingilizlər gibi yapmazdılar. Milyonlarca rusu İstanbula doldurar və türkləri qətl edərlərdi. Lakin iş tərsinə döndü. 

Oktyabr inqilabı necə gerçəkləşdi? Bu qonuda bir sürü araşdırmalar var. Lenini Almanyanın casusu olaraq görənlər də var. Lakin mənə görə Rusyada sosyalist inqilabın gerçəkləşməsinin önəmli səbəbəbkarından biri Mustafa Kamal Atatürk olmuşdur. Bu haqda heç düşünən olmamışdır. Mustafa Kamal Çanaqqalada müttəfiq orduların önünü kəsdi. Mustafa Kamalın Çanaqqala zəfəri bir yandan müttəfiq güclərdə ruh düşkünlüyü yaratdı, bir yandan da müttəfiqlərin Qaradənizə girib Rusyaya hərbi və locistik dəstək sağlamalarını önlədi. Böyləcə rus ordusunda fərar etmələr başladı. Səfalət və yoxsulluq içində savaşdan bezmiş olan rus xalqını və fərari əsgərləri təşkilatlandıran Lenin Çarı devirdi və İstanbulun işğalı ilə bağlı Çarın müttəfiqlərlə gizlin andlaşmasını da 1917-ci ildə ifşa etdi. Yəni sosialist inqilabın bir sürü nədənləri içində Atatürkün Çanaqqalada müttəfiqləri yenməsi də etkili olmuşdur. İşin ilginç yanı Çanaqqalada müttəfiqləri yenən Mustafa Kamal üçün daha sonra sosyalist Rusyanın müttəfiq olması idi. Atatürkün qurtuluş savaşını antiimperyalist olaraq dəyərləndirən Lenin Türkiyəyə silah və altun yardımında bulunurdu. 

Rusyadakı inqilab və iç savaşlar üzündən Türk millətinin yazqısında yeni üfüqlər açıldı. Türk ordusu Qafqazlara girdi və Bakıdakı Şaumiyan güclərini yenərək Azərbaycan adında bir dövlətin tarixə girməsinə imkan sağladı. Dövlətlər hərbi güclə qurular. Bu gücü də tarix Anadolu türklərinə sunmuşdu. 1070-ci ildən bəri dünyada türk millətini öncə Səlcuqlar, sonra da Osmanlılar təmsil etmişdilər. Çox təəssüf ki, tək türk kimliyi və mədəniyyəti adı altında dövlətlərimiz qurulmamış və indi də Səlcuqlu, Osmanlı mədəniyyəti deyə bir tək türk mədəniyyəti sinifləndirilməməkdədir. Daha sonrasında da Atatürk Cümhuriyyəti türk millətini dünyada təmsil edəcəkdi. 

40 il boyunca Çar Rusiyasının idarəsində bulunan Qars, Iğdır və çevrəsinin Türk ordusu tərəfindən geri alınmasına Lenin qarşı çıxmadı. Böyləcə Türk ordusu İrəvanın doqquz km yaxınlığına qədər irəlilərkən ruslarla deyil, sadəcə ermənilərlə savaşdı. Sonra da Qars andlaşmasıyla bu bölgələr Türkiyəyə buraxıldı. 1946-cı ildə Stalin bu bölgələri geri istəsə də, dünya konjönktürləri Türkiyədən yanaydı. Sırf Stalin təhdidi üzündən Türkiyə NATO-ya daxil olmaq üçün Korə savaşına da əsgər göndərəcəkdi.

Digər yandan çarın devrilişi və mərkəzi iqtidarın çöküşüylə Qafqazda Azərbaycan adında bir türk dövləti tarixə girdi. Bu fürsəti də Azərbaycana, Ermənistana və Gürcüstana sağlayan Lenin rəhbərliyindəki inqilab olmuşdur. Azərbaycan adında dövlət Türk Ordusunun yardımı ilə tarixə girərkən ad qonusunda məsələ yaranmışdır. Bəzi rəvayətlərə görə “Azərbaycan” adını Nəsib Bəy Yusifbəyli təklif etmişdir. Çünkü Qafqaz türkləri qamuoyu Azərbaycan adı ilə tanış deyildilər. Digər bilgilərə görə Türk Ordusu Təbriz Mərkəzli birləşik Azərbaycan Türk dövləti quraraq Türküstanla Anadolu arasındakı əngəli çözmək istəyirdi. Çünkü tam bu sıralar Türk ordusu həm də Təbrizdə idi və orada milli düşüncənin inkişafı üçün təşəbbüslər göstərirdi. Lakin Təbrizdə Şeyx Xiyabani və çevrəsi gibi qarşıda əngəllər vardı. Osmanlı yenilməsəydi Türk Ordusu Bakıda yapdığını Təbrizdə də gerçəkləşdirə bilərdi. İngiltərə ilə Osmanlı arasında imzalanan tərki-savaş müqaviləsinin 11-ci maddəsində Türk Ordularının Təbrizi və Qafqazı tərk etməsi vurqulanırdı. 

Türkçülük duyuqu və düşüncələrinin böylə coşqulu olduğu o dövrdə Qafqazda qurulan milli dövlətə daha uyqun və türk kimliyi ilə uyumlu bir ad düşünülməliydi deyə düşünürəm. Bayraqda birinci rəngin çağrışdırdığı kimlik ölkənin adında da açıqca görünsə idi, daha doğru və məntiqli olardı. O zaman hansı ad qoyulsaydı, o ad da tarixə girəcəkdi. Sovetlər zamanında da o ad varlığını sürdürərək müstəqillik dövründə də davam edəcəkdi. Çünkü 1919-ci ildə Lenin-Nərimanov arasındakı görüşdə Qafqaz cumhuriyətləri kommunist partiyaları öz milli və yerəl adları ilə Rusiya bolşevikləri tərəfindən rəsmən tanınmışdı. Nitəkim Qafqaz cümhuriyətləri işğal edildikdən sonra da bu cümhuriyətlərin adlarına toxunulmadı. Ermənistan və Gürcüstan adları bu ölkələrdə yaşayan və çoğunluğu təşkil edən xalqların milli kimlikləri ilə uyum içində ikən, %90-dan çoxunu türklər oluşduran ölkəmizin adı milli türk kimliyimizlə uyum içində olmamışdır və deyildir. 

Böyük tatar türkoloq Rafael Muhəmmədinə görə, 1883-cü ildə Baki-Batum dəmir yolunun açılmasıyla, yəni XIX əsrin ikinci yarısında Qafqaz türk toplumunda yerləşmiş olan rus və fars kültürlərindən başqa türk kültürü də etkin hala gəlir. Məncə də böylə olmuşdur. Özəlliklə Osmanlıdakı İttihad və Tərəqqi Cəmiyyətinin türkçülük düşüncəsi Qafqaz türklərini dərindən etkiləmişdi. Nitəkim M. Hadi gibi öncə İrançı olan və fars mədəniyyətinin keçmişini öyən şairlər İstanbul səfərlərindən sonra tamamən türkçü pozisionda yer aldılar. Ya da H. Cavid gibi böyük filosof şairlər Türkiyədə yetişdi. O dövrün Qafqaz türkləri aydınları indiki “Azərbaycan dili!”ndən fərqli və söz dağarcığı varsıl olan ortaq türkcədə yazmağa özənirdilər. Ulusal dövlətin qurulması yolunda ədəbiyatda və musiqi də möhtəşəm türk milliyətçi duyqu və düşüncələri dalqalanırdı. Osmanlı-türk ordularına edilən dualar ədəbiyata yansıyırdı. Əsərlərini oxurkən heyrətləndiyim könül şairim Cavidin Türk ordusuna yazdığı bir bəndi burada verməyi özümə borc bilirdim:
“Ey böyük Tanrı, 
Ey böyük yaradan!
Hər bəladan əsirgə yurdumuzu,
Kamran eylə şanlı ordumuzu.”

Görüldüyü kimi, Türk Ordusunu kəndi ordusu olaraq alqılayan aydınlar bir tək millət kimliyi təsvir edirdilər. Bu millətin adını da Türk Milləti olaraq nitələyirdilər. Yalnızca Cavid yaradıcılğında deyil, C. Cabbarlının “Ədirnə fəthi” gibi əsərlərdə də bu ideya açıqca bəyan edilmişdir. Çünkü tarixdə Azərbaycan kültür hövzəsi deyə bir bölgə və tanımlama söz qonusu olmamışdır. Bölgədə türk və fars mədəniyyət hövzələri vardır. Azərbaycan ya türk, ya da fars mədəniyyət hövzəsində yer almalıdır. Ana dilinə görə türk kültür hövzəsinə mənsubdur. Lakin inac biçiminə görə fars kültür hövzəsi də onu cəzb etməkdədir. 

Keçən əsrin əvəllərində yayqın olan türk kimlik və kültür hövzəsinə mənsubiyyət duyqusu sovetlər zamanı söndürüldü. Sovetlər zamanı Azərbaycan yazarları Səfəvi Azərbaycan Dövləti deyə bir ideya uydurdular. Bu ideya o qədər yayqınlaşıb dərinləşdi ki, dağdakı bir çobanla 1988-ci ildə meydan hərəkətində danışan şəxslərin bilgiləri səfəvilik qonusunda eyni ölçüdə idi. Nitəkim 1989-cu ildə Ərdəbildə yaşadığımda sərhəddi keçib Ərdəbilə min şövqlə özünü çatdıran Azərbaycan əhalisi Şah İsmayılın qəbrinə sarılıb sevincdən elə ağlaşırdılar ki, heyrət etməmək mümkün olmurdu. Düşünürdük ki, bu əhaliyə Şah İsmayılla bağlı nə söyləmişlər ki, hər kəs eyni həyəcanla ilk onun qəbrini ziyarət edib göz yaşları axıdır? Sonrakı düşüncə həyatımda və araşdırmalarımda bunların səbəbini bir-bir araşdırıb öyrəndim. Şeir və musiqiylə estetizə edilərək xalqın biliçnaltına doldurulan Səfəvi Azərbaycan dövlətinin tarixi reallqıla heç bir bağlantısının olmadığını sezəcəkdim. Lakin iş-işdən keçmişdi və artıq hələ də xalq Səfəviləri müqəddəs olaraq görür və bu ideologiyanın bağnazı halına gəlmişdir. Bir haldakı 1918-ci ildə milli dövlətin quruluşunda əməli və fikri olaraq əməyi keçən aydınlar Səfəviyət ideologiyasının Azərbaycanı və İranı Türk kültür hövzəsindən ayıraraq fars kültür hövzəsinə soxduğuyla bağlı bilgilərini açıqca kitablaşdırmışdılar. 

1988-ci ildən başlayaraq davam edən meydan hərəkətinin söyləmləri ilə 1918-ci ildə dövləti quranların söyləmləri qarşılaşdırıldığında ilginc tablo ortaya çıxır. Əski nəslin söyləmində Bütöv Azərbaycan, Güney Azərbaycan deyə bir bilgi yoxdur. Onlar sırf türk milli kimliyinə dayanmışlar. Lakin Həsrət Ədəbiyatını yazanların əsərlərində bir yerdə də türk sözü keçməməkdədir. Parçalanmış Azərbaycan mifi də türk kimliyindən soyutlanmış biçimdə bəyan edilmişdir. Yəni tarixi gerçəklərlə heç bir bağlantısı olmayan bir biçimdə bəyan edilmişdir. Bu mif sovetlər dağıldıqdan sonra müstəqil Azərbaycan yazqısını olumsuz yöndə etkilədi. Qarabağda savaşlar gedərkən dövlətin ən yetkili ağızlarının “Güney Azərbaycan”, “Bütöv Azərbaycan”dan danışması anlamsız söyləmlər idi. Savaş gedən bir ölkədə nə demokrasi, nə də Güney söyləmi olmalıydı. Hər iki söyləm yenicə qurulmuş olan dövlətin güvənıliyini təhlükəyə soxurdu. Meydan hərəkəti millətçi, qətiətli və hərbçi lider yetişdirə bilmədi. Heç bir dövlət tarixdə demokratik yolla qurulmamışdır. Demokrasi bitməyən sürəcdir. Böyük bir imperatorluğun çökdüyü, ölkədə qanunların olmadığı bir dövrdə hərbçi, millətçi və diktator bir lider karizması qanunun yerinə oturmalıdır. Hər zaman böylə olmuşdur. Nitəkim İkinci Dünya Savaşının dalqaları ABD-yə çatdığında müxalifət qəzetləri qapadılmışdı və doğru olan da budur. Demokrasi dövlətin, ölkənin və millətin güvənliyindən üstün deyildir. Dövlətsizlik bədbəxtlikdir. Ən pis dövlət belə dövlətsizlikdən yaxşıdır. Qarabağdakı yenilgələrimizin tək səbəbi rusların Ermənistanı dəstəkləməsi deyildi. O zaman Rusiyanın başında Putin gibi qətiəyətli bir lider yox idi. Rusiya iç sorunları ilə boğuşurdu. Yenilgəmizin səbəbi yanlış söyləmlərlə uğraşan və güvənlik söyləmi yerinə, yanlış söyləmlər gəlişdirən yönətim idi. Bir rəhbərlik altında düzənli böyük təərrüz savaşı yapılmadı. Mərhum Elçibəy kəndisini Atatürkün əsgəri olaraq nitələsə də, Onun əsgəri gibi davranamadı, çünkü o kriz dönəminin lideri deyildi. Savaş sırasında yönətimin gəlişdirdiyi söyləmlərin heç birisi Azərbaycanın yazqısıyla əlaqəli deyildi. Nitəkim indi o söyləmlər sönmüşdür. Demokrasi adına hər yerindən qalxan dövlətə qafa tutamaz. Nitəkim 1995-ci ildə Heydər Əliyev çox doğru olaraq Cavadovlar qalxışmasını dəmir yumruqla basdırdı və doğru olan da bu idi. Dövlətin ilk ehtiyacı güvənlikldir və ilk görəvi də hansı yolla olursa olsun bu güvənliyi bərqərar etməsidir. Güvənlik həmən lazım olan ehtiyackən, demokratriya bitməyən uzun vədəli sürəc və uyqulamadır. Güvənliyi bərqərar edə bilməyən dövlət yönəticilərini kütlə məsxərə edib şəxsiyyətsizləşədirər. Demokratiya çalxantılı dövrün ehtiyacı ola bilməz. Bir sonrakı nəslin və nəsillərin ehtiyacı ola bilər. Yanlış söyləmlər böyük zərərlər doğurdu. Səfərbər olub yurdu qorumaq yerinə, gərəksiz miflər ürətildi. Güvənlik və dövlət qonusu ilə ilgili Atatürk uyqulamalarından bir örnək söyləmək istərəm.

Atatürk nə milli, nə də demokratik dövlət qurdu. Milli dövlət qurmadı, çünkü milli dövlətin qurulması üçün milli dil və milli dildə eyitim alaraq milli kimliyinin bilincində olan xalq kütləsi yox idi. Qramatikası olan bir dil olmadığından son dönəm Osmanlı aydınları romanlarını Fransızca yazırlardı. Atatürk dövləti qurduqdan sonra bu milləti yaratdı. Dövlətin gücünü də bu yaratma doğrultusunda səfərbər etdi. Milli dili, milli amacı, milli onuru olan və ərəb milliyətçiliyinə xidmət edən ümmətçilikdən ayrılan bir millət yaratdı. Böylə bir millət Atatürkdən öncə yoxdu. İnsanları Allah yaratsa da, hər bir millətin yaradıcı bir öndəri vardır. Türk millətinin yaradıcısı Atatürkdür. Atatürk demokratik dövlət də qurmadı. Dəmokratik dövlət qurmaq üçün xalqı aydınladan Volətlər, Rossolar gərəkirdi. Sərmayə, işçi və orta sinif lazımdı. Heç birsi yoxdu. Demokratik dövlət hansi intelektual denəyimlərə dayanaraq qurula bilərdi? Ayrıca, dünyada heç bir dövlət demokratik iradə ilə qurulmamışdır. Nitəkim günümüzdə demokratikləşmiş olan Almanyanın qurucusu Bismark qan və polat iradə ilə dövlət qurular deyə bir bəyanda bulunmuşdur. Dəmokrasi dövlət qurulub təməllərini möhkəmləndirdikdən sonra başlayan sürəcdir. O zaman Atatürk necə bir dövlət qurmuşdur? Atatürk laik dövlət qurdu. "Ən həqiqi mürşid elimdir" deyərək də doğruları camilərdə və dərgahlarda deyil, kəndi ağlında və elm ocaqlarında arayan bir millət inşa etməyə çalışdı. Dövlət gücü ilə də bunu təşviq etdi. Eyitim kitablarına bu anlayışı soxaraq əski ərəb xurafə və dastanlarını xalqın tarihsəl bəlləyindən arındırmayı yeylədi. Qutsal yerin camilər deyil, çocuqların eyitim aldıqları oxullar olduğu ideyasını topluma aşıladı. İştə milli dövlət qurma peşində qoşan bütün xalqların ehtiyacı olan da budur. 
Azərbaycanda gəlişdirilən Səfəvi kültürü heyranlığı və azərbaycançılıq ideologiyası İrandakı türklərin də yazqısını olumsuz yöndə etkilədi. Gerçəkdən də Azərbaycanda qutsanan Səfəviyyət kültürü söyləndiyi gibi olmuşsa, o zaman biz daha öncə qurtulmalıydıq. Çünkü Səfəvi kültürü və həyat biçimindən biz qopmamış, hələ də bu xurafələrin içində xalqımız yaşayır. Ancaq heç bir sosial, milli və tarixi pozisiona sahib deyilik. Finlandiyada 100 min olan və öz dillərində məktəb və universitetlərə sahib Saami xalqı qədər də hüququmuz yoxdur. Heç bir şeyimiz yoxdur. Milli dövlət qurucusu liderlər millət və dövlət inşasında tarixə fərar etməzlər. Çünkü tarix əsla olduğu gibi təkrar olunmaz. Tarixə fərar etmək yerinə, yaşadığı çağın əqli imknalarına dayanaraq yeni orqanizasion təsis etməlidirlər. 
İndi bu azərbaycançılıq basqısından İranda necə azad olacağıq? Heç bir siyasi, milli, elmi təcrübəsi olmayan gənclər bütöv Azərbaycan deyib, Güney Azərbaycan adına heç bir iş görə bilməyən təşkilat qurub yaxalanaraq illər boyu zindana məhkum edilirlər. Böylə mübarizəmi olar? Oysa biz Türkiyədəki kürdlərin mücadilə tərzindən faydalana bilərik. Bələdiyələri kürd şəhərlərində ələ keçirmişlər. Kürd bələdiyə başqanları bildiri yaydı ki, kim türkcəni və ədəbi kürdcəni yaxşı bilirsə, yüksək maaşla işə alırıq. Nədən bilirsinizmi? Türkiyədə türk dilinə tərcümə edilmiş bütün elmi və tarixi kitabları kürd dilinə tərcümə etdilər. Böyləcə kürdcə düşünə bilən bir xalq yaratmağa çalışdılar. Bizim gənclərə ötürülən azərbaycançılıq ideologiyası onların ağıllarını kor etmiş və ölkədə maddi-siyasi, sosial status qazanıb türk xalqına mədəni xidmət etmək yerinə, əvvəldən başlamaq yerinə, işi axırdan başlayırlar. Heç bir nəticə də əldə etmək olmur. Azərbaycançılığın İrandakı türkləri necə bədbəxt edəcəyi ilə bağlı bir ön görüdə bulunmaq istərdim. 

Böyük Orta Doğu Projəsi kürdlər üçün yeni imkanlar yaratmaqdadır. İran parçalanırsa İranda Azərbaycan adına bir oluşum ortaya çıxamaz. Bunun üçün azərbaycançılıq ideologiyasının mədəni, siyasi, kültürəl qapasitəsi ədəbiyatı yox. İran parçalanırsa, İraq və Suriyədən sonra İranda da bir kürd oluşumu sağlanar. Böyük Kürdistanın yaranma planı irəlilər. Ayrıca, İranda kürd dağları silah anbarıdır və 150 ildir kürdlərin silahlı savaş təcrübələri vardır. İraqdakı yerəl və yabancı güclərin də dəstəyi ilə İran kürdləri bir vuruşla Urmu və çevrə şəhərləri işğal edərlər. Bizimkilər artıq şəhər həyatına alışmış, savaş psixologiyaları və təcrübələri yoxdur. Bu üzdən ailələrini götürüb qaçmaqdan başqa çarələri qalmaz. Örgütlənib savaşana qədər Qarabağ hadisəsi təkrarlanar. Milyonlarca qaçqın Azərbaycan Respublikasına, qismən də Türkiyəyə sığınar. Ölkələrin bölünməsi asan iş deyil. Savaş başlasa yabancı güclər də öz çıxarlarının peşində olacaqlar və böyük güclərin İranda türklərə dəstək vermələri bəklənəməz. Bu üzdən də Azərbaycan-İran-Türkiyə arasında güclü dostluq ilişkiləri bərqərar olmalıdır. Zamanla İran da demokratikləşmə sürəcinə girəcəkdir. Bu, qaçınılmaz sürəcdir. Sovetlərdən daha güclü deyildir İran. Bir sistemlə mücadilə etməklə o sistem çökməz. Sadəcə ona qarşı çıxanları məhv edər. Lakin bir sistem iç işləvsəlliyini itrib ideolojik, inancsal, kültürəl, ekonomik və mədəni çöküşə uğradığında mücadilə etmədən də kəndi-kəndisinə yox olar. İrandakı bu rejim də öylə olacaqdır. İrandakı türklər yalnızca və sadəcə olaraq mədəni və dilsəl sahədə aydınlanmalı, siyasi mücadiləni demokratikləşmə sonrasına ertələməlidirlər. Türkiyənin və Azərbaycanın təcrübələrindən yararlanaraq düşüncələrini türkləşdirməli və kadrlaşmalıdırlar. 

Millətlərin gövdə olaraq kiçilib və ruh olaraq böyüdükləri dönəmlər olmuşdur. Azərbaycan Respublikası gövdə olaraq kiçik olsa da, ruh olaraq böyüməlidir. İqtisadi sıçramalar gerçələşdirməlidir. Bakının susuz torpaqlarında təmiz və dadlı zeytunlar yetişir. Bakı-Masallı-Cəlilabad-Şirvan arası ərazi tamamən zeytun bağlarına dönüşə bilər. Dünyanın, özəlliklə Qərbin bütün zeytun ehtiyacını gedərər. Neftdən gələn gəlirin bir neçə qatı ölkəyə sərmayə axar. Ölkənin iqlimi dəyişər və milyonlarca işçi İrandan gəlib orada mədəni işlərdə çalışar. İllik ortalama gəliri 30 min doların üstündə olan Azərbaycan Respublikasının əhalisi bu əsrin sonuna doğru 50 milyonun üzərində olar və savaşmadan xalq daşıb İrəvana, Dərbəndə yerləşər. Böylə bir planla tarixi torpaqlarımızı sərmayənin və ağlın gücü ilə əldə edə bilərik. İrandakı türklərin də bu durumda mədəni və siyasi statusu dəyişər. 100 milyonluq Türkiyədən, 50 milyonluq Azərbaycan Respulikasından gələn kültürəl basqı türklük bilincinin oyanışına hız verər. Daxili zərurətin də gərəksinimi üzündən Türk dili İranda rəsmi dövlət dili olar. Böyləcə Türk mədəni və dil birliyinin tarixi altyapısı atılmış olar. Bu mövzunu son bölümdə açıqlamağa çalışacağam".


...
“Elə məmurlar var ki, Milli Azərbaycan Tarixi Muzeyinin harada yerləşdiyini belə bilmir”
Dünyanın bir masası olan fərqli restoranı, imkanlı müştərilər sırada gözləyir
Məxfilik parçası həyacan yaratdı - Hərbi məqsədlə istifadə olunacaq...
Əli Həsənovun nəvəsi barədə qərar verildi
Varlıların üstünlük verdiyi dünya universitetləri -Birmənalı seçimin sirli səbəbləri
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Yerdən qalxmayan oğluna atdığı təpik ölkəni ayağa qaldırdı -VİDEO
Araşdırma
Firon məzarlarındakı GİZLİ TARİX
Dünya
"3 ilə qədər ölərsən" dedilər, 200 kilo arıqladı -İNANILMAZ...
Dünya
Türkiyə millisinin məşhur futbolçusundan 3 milyonluq qəza - FOTOLAR
Dünya
53 yaşlı milyonçu evində ölü tapıldı...
Həftənin ən çox oxunanları
Fazil Məmmədovun qudalarına ərizə yazdırdılar - Vergilər Nazirliyində nələr baş verir?
Qurban Məmmədovdan Təhsil Nazirliyinə qandonduran MÜRACİƏT...
Alimlər cinsi aktivliyin tez arıqlamağa təsirini araşdırıblar - ŞOK NƏTİCƏ...
Qızından işdən çıxarılan Fazil Məmmədova ilginc dəstək - "Adam kimi adam üçün..."
“Fazil Məmmədov həddindən artıq şişmişdi, köpünü almaq lazım idi...”
“Dünya bilməlidir ki, İsrail –yəhudi dövləti deyil!” - Yəhudi Hərəkatından gözlənilməz etirazlar...
Hacı Məmmədovun yeni sirli əsərləri ortaya çıxdı - O, hansı məmurun heykəlini düzəldib?
Prezident 4 naziri vəzifəsindən azad etdi
Fatma Abdullazadə Fazil Məmmədovun 1 milyon dollarını alıb?
Manyak-qatil arvadını və dörd qızını niyə öldürdüyünü danışdı
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin