"Qarabağ döyüşləri ömrümü dəyişdi" - Süngünü qələmdən üstün tutan şair
Oxunub: 4466
12 Aug 2017 | 12:57

Sovet dövründə mərkəzi mətbuatda, ədəbi jurnal və qəzetlərdə tez-tez şeirləri çap olunan Maşallah Məftun Yardımlı dağlarının oğludur. 23 fevral 1956-cı ildə Yardımlı rayonunun Horavar kəndində dünyaya gəlib. Orada böyüyüb boya-başa çatıb. O dövrdə hər gənc şairin şeirləri ittifaq miqyaslı mətbuatda çap olunmurdu. O, nadir gənc şairlərdən idi ki, şeirləri respublikadan kənarda, “Sovetskoe voin”, “Studentskaya meridian”, “Drujba”, “Komsomolskaya pravda” kimi ittifaq miqyaslı qəzet və jurnallarda müntəzəm çap edilirdi. 

Moderator.az AYB və AJB-nin üzvü,“Qızıl qələm” mükafatı laueratı, onlarla şeir və publisistik kitabın müəllifi, Qarabağ Müharibəsi veteranı, tanınmış şair Maşallah Məftunla müsahibəni təqdim edir:

- Gözümü açandan evimizdəki kitab rəfində Səməd Vurğun, Hüseyn Cavid, Mircəlal Paşayev, Süleyman Rüstəm, Süleyman Rəhimov, Bayram Bayramov, Mirzə İbrahimov kimi böyük ədiblərin kitablarını görmüşəm. Elə ədəbiyyata marağım kiçik yaşlarımdan başlayıb. Hələ 5-ci sinifdə oxuyan zaman ilk şeirim Yardımlı rayonun “Yeni kənd” qəzetində işıq üzü gördü. Anamdan ədəbiyyatı örəndim, təmizliyi-saflığı öyrəndim. İlk öncə sözün hikmətini dərk etdim. Ədəbiyyata gəlməyimin başlıca səbəbkarlarından biri də elə anam olub. Radioda Məhluqə Sadıqovanın dilində səsləndirilən “Bulaq” verlişinə qulaq asmağı ilk dəfə anam mənə buyurub. “Bulaq” verlişinə qulaq asdıqca, xalq artisti Məhluqə Sadıqovanın saf kəlamları eşitdikcə saflaşırdım, beynimə yeni-yeni ideyalar gəlirdi.

- “Məftun” ləqəbi haradan gəlir?

- Hələ 7-ci sinifdə oxuyanda ölməz şairimiz İmaməddin Nəsimiyə şeir yazmışdım. O şeir çap olunmasa da, rayonda əl-əl gəzirdi. Atam dindar idi, rayonda onu görənlər deyiblər ki, oğlun Allahsız şair Nəsimiyə şeir yazıb? Atam işini yarımçıq qoyub 10 kilometrlik yolu evə qayıtmışdı. Çatan kimi əlindəki qırmancla var gücü ilə kürəyimə çəkib “rədd ol gözümdən, indi də Allahsızlara şeir yazırsan?” dedi. Qarlı qış gecəsi idi, yerdə yarım metrədək qar vardı. 12 kilometr aralıda yaşayan dayımgilə getməli oldum. Arxadan qarın işığında bir qaraltı gəlirdi. Sən demə, anam imiş. O məni tək buraxmadı. Anamla birgə dayımgilə gəldik. Bizim Horavar kəndində küsmək 3 gün çəkir. Sonra hər şey yerini tapdı. Sözsüz ki, bu əhvalat bütün rayona, kəndə-kəsəyə yayılsa da, istedadıma bələd olanlar dedilər ki, o şeirə məftundur, o bu sənətdən əl çəkməyəcək. Yəni “Məftun” ləqəbini elə o vaxt xalq mənə verdi.

- O vaxt yəqin dəbdə olan ədəbi dərnəklərdə də olmusunuz?

- Hələ 8-ci sinifdə oxuyarkən rayondan Bakıya, xalq şairi Söhrab Tahirin Sabir adına kitabxanada keçirdiyi ədəbi dərnəkdə iştirak edirdim. Elə o illərdən də ədəbu müzakirələrə qatılıdım və Söhrab Tahirin vasitəsi ilə xalq şairi Süleyman Rüstəmlə tanış oldum. Poeziyaya vurğunluğum bu insanlarla tanışlıqdan sonra gücləndi. 9-cu sinifdə oxuyarkən atam bərk xəstələnmişdi və Respublika Mərkəzi Klinik Xəstəxanasında müalicə alırdı. Atamın həkimi isə tanınmış cərrah, professor Səməd Tağıyev idi. Mənim rayon qəzetində dərc olunmuş şeirlərimi atam ona vermişdi. Sonradan şeirlərimi bəyənən professor rayona məktub yazıb Bakıya - onun yanına gəlməyimi xahiş etmişdi. Gəldim və görüşdüm. Məlum oldu ki, professorun qardaşı Ələkbər Tağıyev bəstəkardır, mənim şeirlərimin bir neçəsinə mahnı bəstələmək istəyir. Profesor dedi ki, bir saatdan sonra iş vaxtı qurtarır, mənimlə bizim evə gedəcəyik. Düzü, utandım. Bir az tərədüd etdimsə də, belə bir alicənab insanın sözünü yerə salmadım və onunla getməli oldum. Yenicə çay içirdik, birdən qapının zəngi çalındı və evdə qızlardan biri sevinə-sevinə “əmim gəldi” deyib qapını açdı. Səməd Tağıyev özü də qapıya yaxınlaşıb gələn qonağı qarşıladı. Onu eşitdim ki, “Ələkbər, səninlə tanış etmək üçün xəstəmin oğlu olan gənc şairi gətirmişəm, özü də Yardımlıdandır, çox maraqlı oğlandır”. Böyük bəstəkarla tanışlığımız belə başladı. Bəstəkar şeirlərimi dinlədi və mənə məsləhət bildi ki, orta məktəbi bitirəndən sonra Bakıya ali təhsil almaq üçün onun yanına gəlim. 1972-ci ildə orta məktəbi bitirib Bakıya, Ələkbər Tağıyevin yanına gəldim. Dedi ki, Azərbaycan Dövlət Unverstitetinin partiya təşkilat katibi şair Aslan Aslanovla danışmışam, o sənin Unverstitetə qəbul olunmağına köməklik edəcək. Səhəri günü indiki Bakı Dövlət Unverstitetinə getdim. Səhər saat 9:00-dan axşam saat 22:00-dək Aslan müəlimin kabineti qarşısında gözlədim. Amma partiya təşkilat katibi həmin gün gəlmədi. Qonşu otaqdan çıxan bəstəboy bir kişi mənə yaxınlaşdı, qolumdan tutub məni kabinetinə apardı. Dedi ki, Aslan müəllim iş dalınca gedib, o bu gün olmayacaq, sənin hardasa qalmağa yerin var? Cavab verdim ki, xeyir. Dedi ki, onda mənimlə gedəcəksən. Təxminən “İçəri şəhər”ə yaxın bir evə getdik. Yol boyu fikirləşirdim, bu adam zahirən mənə tanış gəlir. Artıq hava qaralmışdı, gecə idi, şəhərin hansı tərəfi olduğunu bilmirdim. Qapının zəngini basdı, içəridən bir qadın səsi gəldi, kimdir? “Heç, mənəm, qonağım var” dedi. Qapı açıldı, içəri keçən kimi qapını açan qadın “Mircəlal sənsən? Sənə də qurban, qonağına da” deyəndə bildim ki, bu kişi “Bir gəncin manifesti” romanının müəllifi, sevimili yazıçımız Mircəlal Paşayevdir. Həyat elə gətirdi ki, Aslan Aslanovla görüşməyə ehtiyac olmadı. Mircəlal Paşeyev mənə məsləhət bildi ki, ilk növbədə işləməliyəm. Dedi əgər burada işləsən ədəbi mühitlə daha yaxından tanış olarsan. Sonra Mircəlal Paşayev məndən kimləri tanıdığımı soruşdu. Cavab verdim ki, 4 il Söhrab Tahirin ədəbi dərnəyində iştirak etmişəm və orada Süleyman Rüstəmlə tanış olmuşam. Mircəlal müəlim tez Süleyman Rüstəmə telefon açıb, gülə-gülə dedi ki, ay Süleyman, sənin dostun mənim yanıma gəlib çıxıb. Yardımlıdan Maşallah, onun iş məsələsini birinci həll etmək lazımdır. Süleyman Rüstəm dedi sabah Bakı Məişət Kondisionerləri Zavodunun direktoru Sənan Axundovun yanına getsin. Mən ona zəng edəcəyəm. Elə də oldu. Amma gedəndə Mircəlal Paşayev “Ev tapanadək burada qalacaqsan” dedi. Bir neçə ay burada qalası oldum. Bir zənglə həmin zavodda işə götürüldüm.

- Bəs, təhsilinizi davam etdirmədiniz?

- Artıq işləyirdim, maaşım da pis deyildi. Günlərin birində zavodun baş direktoru Sənan Axundov məni kabinetinə çağırtdırıb dedi ki, aşağıda xidməti maşınım səni gözləyir, Azərbaycan Yazıçılar İttifaqının sədri Mirzə İbrahimov və 1-ci katib İmran Qasımovun yanına getməliyəm. Onlarla nə söhbət olacağını bilmirdim. Amma deyilən ünvana getdim. Mirzə İbrahimovun qəbul otağında məni onun köməkçisi, indiki millət vəkili, sevimli yazıçımız Elmira Axundova sədrin yanına apardı. Mirzə İbrahimov məni yarım saatdan çox sorğu-sual etdikdən sonra dedi ki, şeirlərindən xəbərim var, fəhlə şair kimi səni Moskvaya Qorki adına Dünya Ədəbiyat İnstitutuna təhsil almağa göndərəcəyik, gərək adımızı doğruldasan. Elmira xanıma da tapşırdı ki, Maşallahın 500 misra şeirini rusca tərcümə etsin və Moskvaya qəbul komissiyasına göndərsin. Elə həmin il instituta qəbul oldum və oranı müvəfəqiyətlə bitirdim. Çoxlu sayda itifaq miqyaslı qəzet və jurnallarda, almanax və qəzetlərdə rus dilində, eləcə də bir sıra başqa xalqların dilllərində şeirlərim tərcümə edilərək çap olndu, onlarca kitabım işıq üzü gördü.

- Qarabağ savaşına əlinə silah götürüb könüllü cəbhəyə gedənlərdən biri də siz olmusunuz. Şair hara, döyüş hara?

- 1990-cı illərdə Qarabağ savaşı başladı. Erməni haqsızlığına dözə bilməzdim. Süngünü qələmimdən üstün tutub döyüş bölgəsinə getdim və bir çox qanlı döyüşlərin iştirakçısı oldum. 2010-cu ildə ordudan təxris oldum.

- İndi ədəbi mühitdə çox az görünürsünüz və mətbuatda imzanız yoxdur. Niyə? Səbəb nədir?

- Qarabağ döyüşlərində iştirak, hərbi geyim mənim bütöv ömrümü dəyişdi. Bu gün televiziya kanallarında, eləcə də mətbuatda çalışan kifayət qədər dostlarım və tələbə yoldaşlarım var. Elə bil onlar da məni unudublar. Amma onlar bilməlidirlər ki, mən şöhrət, vəzifə dalınca qaçmadım, bu gün döşlərinə orden taxan bir sıra şairlər kimi turbinalara çıxıb yalandan döşümə döymədim. Çox qələm əhli, yazarlar dedilər ki, torpağı qoruyaq, döyüşə gedək, amma Qaradağdan o tərəfə gedən olmadı. Ancaq bir şair kimi vətənin ağır günündə səngər ömrü yaşadım. Bu gün populyar olan “Azərbaycan əsgəri” şerimi də elə o soyuq səngərdə yazmışam.

Hazırda işləmirəm. Xalqıma xidmət edən bir qələm sahibi kimi, istərdim mənə də Prezdent təqaüdü verilsin. Yeri gəlmişkən, nə Müdafiə Nazirliyi, nə də AYB mənim xidmətlərimi dəyərləndirməyiblər...



Zəhra

Oxşar xəbərlər
15:20, Bu gün
Bakı sakininin telefon və çantasını talayan şəxs tutuldu - VİDEO
15:17, Bu gün
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
15:15, Bu gün
Ana-bacılarını ortalığa qoyurlar - VİDEO
15:11, Bu gün
Qazaxıstanda çay daşdı: Sakinlər küçədə balıq tutdular - VİDEO
15:07, Bu gün
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
15:03, Bu gün
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
15:00, Bu gün
GRE General Test imtahanı keçirilib
14:58, Bu gün
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55, Bu gün
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişdi
14:53, Bu gün
“Qarabağ” sabah çempion ola bilər
14:51, Bu gün
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
14:47, Bu gün
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib
14:45, Bu gün
İranda ötən tədris ilində yüzlərlə şagird məktəbi tərk edib - FOTO
14:42, Bu gün
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
14:37, Bu gün
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
14:33, Bu gün
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO
14:30, Bu gün
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
14:28, Bu gün
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
14:25, Bu gün
Ermənilərin Qazaxda müharibə hazırlığı: Əskiparada səngər qazırlar - VİDEO
14:20, Bu gün
Qaraciyəri qardaşına köçürülən Nərmin Kərimbəyova: “Səhhətimdə problemlər var” - VİDEO
14:15, Bu gün
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
14:14, Bu gün
Bolqarıstanlı futbolçu: "Təəssüf ki, Azərbaycan üzərində qələbə hesabını qoruya bilmədik"
14:10, Bu gün
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
14:10, Bu gün
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
14:05, Bu gün
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
14:01, Bu gün
“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO
13:59, Bu gün
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
13:55, Bu gün
Le Pen Fransa hakimiyyətini fırıldaqçılıqda ittiham edib
13:51, Bu gün
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
13:50, Bu gün
Avroviziya təmsilçimizlə bağlı maraqlı fakt üzə çıxdı - VİDEO
13:45, Bu gün
Rusiyalı aktyor Yuri Vaksman vəfat etdi - FOTO
13:40, Bu gün
Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
13:35, Bu gün
Köhnə güclər və prinsiplər: Vudronun reallaşmayan Ermənistan ideyası dəbdədir - ŞƏRH + FOTO
13:30, Bu gün
Azərbaycan minifutbol millisinin Avropa çempionatında potensial rəqibləri müəyyənləşib
13:25, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
13:20, Bu gün
Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən niyə narahatdır? – Zaxarova AÇIQLADI
13:15, Bu gün
“Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verildi
13:12, Bu gün
Son bir həftədə 38 terrorçu zərərsizləşdirilib
13:09, Bu gün
Viktor Çobanu: “Moldovada Qaqauziyanın muxtariyyətini heç nə təhdid etmir” - MÜSAHİBƏ
13:05, Bu gün
Əqli Mülkiyyət Agentliyi ötən il 2 milyon manata yaxın gəlir əldə edib
13:00, Bu gün
Amerikalı ekspert: "ABŞ-nin məqsədi Rusiyanın Ermənistanı ələ keçirməsinin qarşısını almaqdır" - FOTO
12:55, Bu gün
Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu
12:50, Bu gün
Azərbaycan gimnastları Fransada Qran-pri turnirinə qatılacaqlar
12:45, Bu gün
KTMT 2024-cü ildə yeddi təlim keçirəcək: Ermənistan iştirak edəcəkmi?
12:40, Bu gün
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
12:38, Bu gün
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
12:34, Bu gün
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
12:31, Bu gün
Ağdərədə odlu silah-sursat aşkar edildi
12:28, Bu gün
Rusiyalı sənətçilər “Crocus City Hall” qurbanlarını Müslüm Maqomayevin mahnıları ilə andılar - VİDEO
12:24, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:20, Bu gün
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:16, Bu gün
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
12:12, Bu gün
Sumqayıtda qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:08, Bu gün
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
12:04, Bu gün
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
12:02, Bu gün
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:00, Bu gün
Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilətullantısız gələcək - FOTO
11:58, Bu gün
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında - VİDEO
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
11:55, Bu gün
Elşən Orucov: “Türkiyədən çoxlu təkliflər var, deyirlər, ən yaxşı azərbaycanlı aktyorsan” - MÜSAHİBƏ + FOTO
11:50, Bu gün
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
11:50, Bu gün
Qazaxda tanışını öldürən şəxsin məhkəməsi başlayır
11:45, Bu gün
Azərbaycanda qadın döyüşçülərin qədim məzarlığı aşkar edilib: Amazonların mövcudluğunun daha bir sübutu - FOTO
11:40, Bu gün
Sözçü: Ermənistan hökuməti qayıtmağımıza imkan yaratmaqla yanaşı, vurduğu zərərləri kompensasiya etməlidir
11:37, Bu gün
"Kəskin ağrı zamanı bunu etmək qətiyyən olmaz"
11:36, Bu gün
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
11:30, Bu gün
11-ci sinif şagirdinin ana olduğu məktəbin direktoru işdən çıxarıldı
11:26, Bu gün
Azərbaycan millisinin futbolçusu: "Öz üzərimizdə çox işləməliyik"
11:25, Bu gün
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
11:22, Bu gün
Politoloq: Rusiyada yaşayan zəngin ermənilər Moskva üçün təsir və təzyiq vasitəsidir
11:21, Bu gün
BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
11:19, Bu gün
Diş ətinizə diqqət edin, infarkt ola bilərsiniz
11:16, Bu gün
Metroda niyə zibil qabı yoxdur?
11:15, Bu gün
Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu sabit saxlayıb
11:11, Bu gün
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR
11:08, Bu gün
Nazirliyin şöbə rəisi vəfat edib
11:08, Bu gün
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
11:07, Bu gün
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
11:02, Bu gün
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
10:58, Bu gün
Magistraturaya qəbulun ikinci cəhdində iştirak üçün qeydiyyat başlayıb
10:53, Bu gün
İdeal səhər rejimi necə olmalıdır?
10:52, Bu gün
Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
10:49, Bu gün
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
10:48, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanı Fransanın oyunlarına getməməyə çağırıb
10:40, Bu gün
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
10:34, Bu gün
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
10:31, Bu gün
İşdə yüksələ bilməməyinizin səbəbləri nələrdir?
10:29, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:15, Bu gün
“Simpsonlar” bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO
10:12, Bu gün
Hərbi institutda məşğələ: kursantlar gəmiləri döyüşə hazır vəziyyətə gətirib
10:05, Bu gün
İstedadlı qələm adamı, sədaqətli dost... - O, həm də siyasi şərhçidir
09:59, Bu gün
Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb
09:58, Bu gün
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
09:55, Bu gün
Əli Nağıyev: Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq
09:54, Bu gün
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
09:52, Bu gün
Bu meyvələr iştahı azaldır
09:43, Bu gün
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
09:40, Bu gün
Dörd rayonda qaz olmayacaq
09:40, Bu gün
Messi karyerasını nə vaxt bitirəcək? - Özü açıqladı
09:37, Bu gün
Naxçıvanda avtomobil yolunda uçqun olub
GÜNLÜK
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 16:20
Cavanşir Məmmədov: "Sən də vaxtında oxuyardın, olardın "briqadir" - VİDEO
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 16:40
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
27 Mar 2024 | 15:40
Fələstin “kola”sı dünyanı fəth edir...-FOTOLAR
27 Mar 2024 | 15:36
Bu gün Azərbaycanda Elm Günüdür...
27 Mar 2024 | 16:00
"Ukrayna energetika savaşını uduzur, vəziyyət çıxılmaz həddədir" - "Time"
HƏFTƏLİK
21 Mar 2024 | 17:32
Türkiyədən mesaj: “Zəngəzurdan marş oxuya-oxuya keçəcəyik”
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 16:20
Cavanşir Məmmədov: "Sən də vaxtında oxuyardın, olardın "briqadir" - VİDEO
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 16:40
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
27 Mar 2024 | 15:40
Fələstin “kola”sı dünyanı fəth edir...-FOTOLAR
27 Mar 2024 | 15:36
Bu gün Azərbaycanda Elm Günüdür...
27 Mar 2024 | 16:00
"Ukrayna energetika savaşını uduzur, vəziyyət çıxılmaz həddədir" - "Time"