Xəbər lenti
11/12/2017 [01:00]:
"Murov istiqaməti üzrə hücum əməliyyatı aparmaq üçün ən əlverişli vaxt yay-payızdır"
11/12/2017 [00:32]:
Azərbaycanda aviaşirkət işçisi təyyarənin yük yerində Almaniyaya qaçdı
11/12/2017 [00:13]:
Bürclər – 11 DEKABR
11/12/2017 [00:06]:
Salyandakı qətl və acı gerçəklər...
11/12/2017 [00:05]:
Almaniyada Yeni il ağacı adamların üstünə aşdı
10/12/2017 [23:58]:
İlhamə Quliyevanın oğlu sərbəst buraxıldı: Məsuliyyətsizlik etdim
10/12/2017 [23:39]:
Saakaşvilinin arvadı rəsmi Kiyevin “qırmızı xətt”i keçdiyini bildirdi
10/12/2017 [23:37]:
Səidədən Natavanı qınayanlara cavab: "Sizdə heç bu olmayıb?" - FOTO
10/12/2017 [23:28]:
Röya Türkiyənin nüfuzlu mükafatına layiq görüldü - "Qızıl kəpənək"
10/12/2017 [23:04]:
Azərbaycanın intellektual tələbələri “Poliqon”un finalında yarışacaqlar...
10/12/2017 [22:54]:
İstanbulda AXC mühacirlərinin baxımsız qalmış məzarları yenilənəcək - FOTO
10/12/2017 [22:42]:
Bu il “YouTube”dan ən çox qazananlar - Siyahı
10/12/2017 [22:20]:
ABŞ-da təyyarə qəzaya uğradı: Ölənlər var
10/12/2017 [22:08]:
Saat kimi istifadə olunan və vaxtı dəqiq göstərən qaya – Günorta daşı
10/12/2017 [22:00]:
Stokholmda Nobel mükafatları təqdim edildi
10/12/2017 [21:48]:
ABŞ təmsilçisi: Biz istədiyimizi edə bilərik
10/12/2017 [21:48]:
Qüds böhranını həll etməyə hazıram - Netanyahu
10/12/2017 [21:46]:
BAO-çular Azərbaycan Kültür Dərnəyini ziyarət edib
10/12/2017 [21:31]:
İsrail ordusu fələstinlidən üç alma oğurlayan komandiri cəzalandırdı
10/12/2017 [21:23]:
Bakıda ticarət mərkəzində liftin təmiri zamanı 28 yaşlı oğlan ölüb
10/12/2017 [21:03]:
"Ərdoğanın əsas məqsədi Türkiyə daxilindəki siyasi problemləri ikinci sıraya keçirməkdir"
10/12/2017 [20:50]:
Roma Papasından Qüdslə bağlı şifrəli - Açıqlama
10/12/2017 [20:50]:
Salyanda minik avtomobili ilə yük maşını toqquşub, xəsarət alanlar var
10/12/2017 [20:45]:
Faciəvi hadisənin TƏFƏRRÜATI: Rusiyadan qonaq gələn qadınlarla birgə öldü
10/12/2017 [20:20]:
"Trampın Qüds qərarının həyata keçirilməsinin asan olmayacağını göstərəcəyik" -Ərdoğan
10/12/2017 [20:18]:
Rusiyadan Azərbaycana gələn qatarlara yeni hərəkət qrafiki tətbiq edildi
10/12/2017 [19:35]:
“Cinayətlərin qarşısını almaq çətinləşib” -Keçmiş polis rəisi səbəblərdən danışdı
10/12/2017 [19:20]:
Ləvəngi qutabı, 12 dəqiqəyə bişirilən xaş - Azərbaycanda yeni yemək növləri
10/12/2017 [19:16]:
ABŞ səfirliyi qarşısında polis etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq etdi
10/12/2017 [19:10]:
Şimali Koreya lideri Trampın qərarından danışdı: “İsrail adlı dövlət varmı ki,...”
10/12/2017 [19:04]:
Söyün Sadıqovla Saakaşvilinin işbirliyi barədə müdhiş iddialar - iş adamı sualdan qaçır...
10/12/2017 [19:00]:
Mingəçevirdə mənzildə 70 yaşlı qadının cəsədi tapılıb
10/12/2017 [18:30]:
Türkiyə və Rusiya "Akkuyu" AES-nin inşasına başlayıb
10/12/2017 [18:30]:
53 yaşlı milyonçu evində ölü tapıldı...
10/12/2017 [18:07]:
15 yaşlı oğlanla cinsi əlaqəyə girən qadına 5 İL HƏBS
10/12/2017 [18:05]:
Britaniyaya yağan güclü qar hava limanlarının işini iflic edib
10/12/2017 [18:01]:
32 yaşlı azərbaycanlı qadın: “Ərim başımı divara çırpdı, ağzımın içinə tüpürdü”
10/12/2017 [17:59]:
Avropa Birliyi Qüds məsələsində Trampa qarşıdır
10/12/2017 [17:54]:
Dortmund "Borussiya"sının baş məşqçisi dəyişib
10/12/2017 [17:53]:
“Heykəl tənhalığı” təqdim edildi- FOTOLAR
10/12/2017 [16:54]:
Azərbaycanla Pakistan arasında yeni müqavilələr imzalanacaq
10/12/2017 [16:52]:
Saakaşvilinin tərəfdarları Kiyevdə aksiya keçirir
10/12/2017 [16:50]:
Prezident 4 naziri vəzifəsindən azad etdi
10/12/2017 [16:01]:
Azərbaycanlılar Rza Zərrabı dəstəkləyirmi? - VİDEOSORĞU
10/12/2017 [15:44]:
Bakıda maşın qəzada bu hala düşdü — FOTOLAR
10/12/2017 [15:37]:
Gürcüstan Saakaşvilini Ukraynadan geri istəyir
10/12/2017 [15:35]:
"İstəyirəm Natavan övlad dünyaya gətirsin"
10/12/2017 [15:34]:
Formula-1: Azərbaycan ən çox tamaşaçı artımı göstərən ölkədir
10/12/2017 [15:30]:
İntiharın qarşısı alındı - BİNƏQƏDİDƏ
10/12/2017 [14:56]:
Beyonce Nüsrəti evinə dəvət etdi - Kabab çəkmək üçün (FOTOLAR)
10/12/2017 [14:47]:
CHP-li deputatdan Türkiyə siyasətçilərinə çağırış: “Var-dövlətinizi açıqlayın”
10/12/2017 [14:34]:
"Mançester Yunayted"dən rekord transfer: 218 milyon...
10/12/2017 [14:33]:
Əməkdar artistin oğlu birinci oldu
10/12/2017 [14:30]:
“Tağıyevi ilk rüşvət verən azərbaycanlı kimi təqdim edib, onu kiçiltməyin”- Tədqiqatçıdan etiraz
10/12/2017 [14:28]:
Rayon sakinlərindən məmurlara örnək olacaq addım - FOTOLAR
10/12/2017 [14:22]:
Alimlər səbəbini tapdı: kişilər niyə homoseksual olur?
10/12/2017 [14:22]:
Teleaparıcı Trampın liftdə ona sataşmağından danışdı: "Məni öpməyə çalışdı"
10/12/2017 [14:21]:
Cabbar Qaryağdıoğlu və Seyid Şuşinskinin gizli üzü- Xan Şuşinskinin xatirələri
10/12/2017 [14:11]:
Rusiya XİN: “ABŞ birdəfəlik anlamalıdır ki, sanksiyalar işləmir”
10/12/2017 [14:05]:
İt saxlayaraq narkotikdən canlarını qurtardılar - FOTOLAR
10/12/2017 [13:59]:
Kəndi 20 sakinlə birlikdə 140 minə satdılar
10/12/2017 [13:53]:
Goradildəki cinayətdə kriminal aləm izi: "Mənimlə söhbət edəndə papağı çıxart"
10/12/2017 [13:51]:
Azərbaycanda dəhşətli qəzada ölənlərin ikisi həkim imiş - Adlar
10/12/2017 [13:47]:
Bakıda uşaqları əlindən alınan kişi intihara cəhd etdi - VİDEO
10/12/2017 [13:40]:
Vahid Ələkbərovun səhmləri müsadirə olunacaq
10/12/2017 [13:37]:
BMT dünyada rüşvətin illik həcmini açıqladı - ŞOK ARAŞDIRMA...
10/12/2017 [13:25]:
Astanada təyyarə reysləri təxirə salındı – Səbəb
10/12/2017 [13:20]:
Səudiyyədən Fələstin planı: Əbu Mazan, səbirli ol...
10/12/2017 [13:19]:
Sabahın hava proqnozu açıqlandı
10/12/2017 [13:15]:
Milli Onkologiya Mərkəzində əməliyyat olunan deputat danışdı: “...İnsan həyatıdır da...”.
10/12/2017 [13:13]:
Misirdə tarixi tapındı: İki fironun məzarı... - Foto
10/12/2017 [13:07]:
Qoyun yunu və zərif heyvan tüklərinə yeni idxal gömrük rüsumları tətbiq ediləcək
10/12/2017 [13:06]:
Fatma Abdullazadə Fazil Məmmədovun 1 milyon dollarını alıb?
10/12/2017 [13:02]:
"Danışıqlar prosesinin hara aparıb çıxaracağını söyləmək çətindir..."
10/12/2017 [13:00]:
Netanyahu: "Avropa ölkələri ikiüzlüdür"
10/12/2017 [12:59]:
Minlərlə insan etiraza qalxdı: Qüds qərarı
10/12/2017 [12:46]:
Ərəb Dövlətləri Liqası ABŞ-dan Yerusəlimə dair qərarı ləğv etməyi tələb edib
10/12/2017 [12:44]:
Gündə 8 saat "Fox&friends" izləyərək ölkəni idarə edir - Pulta heç kim toxunmur...
10/12/2017 [12:29]:
Bu yağlar orqanizmimizi necə məhv edir? - Rəy
10/12/2017 [12:26]:
Alimləri robotlar üçün yeni texnologiya yaratdılar
Bütün arxiv bir sırada
12/08/2017 [14:08] - Cəmiyyət - ( 1051 dəfə baxılıb)

“Böhtan və yalanın dəhşəti ondadır ki...”- 4 il cəza alan polkovnik Herodotdan sitat gətirdi



MTN-in kəşfiyyatçı polkovnikin cinayət işi üzrə məhkəmə prosesi başa çatdı. Polkovnik “MTN işi” çərçivəsində həbs edilən zabitlər arasında hökm oxunan ikinci şəxs oldu.

Musavat.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində ləğv edilmiş MTN-nin Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşdı.

O, məhkəmədə son sözlə çıxış edib. M.Əsgərov ittiham olunduğu maddələrlə özünü təqsirli bilməyərək zərərçəkmiş tərəfindən şər və böhtana məruz qaldığını deyib.

MTN polkovniki barəsində açılmış cinayət işinin qərəzli aparıldığını və həbs edildiyini söyləyib: “Heç bir fakta əsaslanmadan, şər və böhtan xarakterli ifadə əsasında hazırlanan qərarla 2015-ci ilin 31 oktyabrında saxlanıldım. Hazırlanmış əsassız təqdimat əsasında məhkəmə barəmdə 4 ay müddətinə həbs qətimkan tədbiri seçdi. 3 dəfə həbs qətimkan tədbirimin müddəti uzadıldı. İstintaq dövründə təqsirsizliyimi, həmçinin həqiqətin aşkarlanması istiqamətində tərəfimizdən qaldırılmış vəsatətlər üzrə zəruri istintaq tədbirləri həyata keçirilmədi. Bəzi istintaq tədbirləri isə həbsim üçün göstərilən qərardakı məqamları təkzib etdiyi üçün davam etdirilmədi”.

Kəşfiyyatçı polkovnik zərərçəkənin və şahidlərin ifadələrində göstərdiklərinin məhkəmə zamanı təsdiqini tapmadığını bildirdi: “Eyni zamanda zərərçəkən və onun şahidlərindən təkrar alınan ifadələr istintaq tədbirləri zamanı əldə edilmiş nəticəyə uyğunlaşdırlıb. Bununla da qərəzçiliyə və qanun pozuntusuna yol verilib.

İttiham olunduğum maddələri üzrə özümü zərrə qədər də təqsirli hesab etmirəm. Belə ki, məxfi məlumatların daşıyıcısı kimi bu informasiyaları aşkarladığım halda qanun qarşısında məsuliyyət daşıdığımı dərk edirəm. Bunu bildiyim halda zərərçəkəni şantaj edəcəyimi düşünmək və bu qənaətə gəlmək heç bir məntiqə sığmır. Həm də məhkəmə prosesində iştirakçılara aydın oldu ki, tərəfimizdən keçirilmiş tədbirlər zamanı zərərçəkənin əməlinə dair əldə edilmiş informasiyalar məhkəmə araşdırılmasında açıqlandı. Bəzi məlumatlardan zərərçəkənin məlumatsız olduğu aydın oldu.

Zərərçəkənin və həmçinin şahidlərinin ifadələrində qeyd olunurdu ki, guya həmin vaxtlarda onun pul ehtiyacım olub. Onun xeyrinə heç bir iş görməyəcəyimi bildiyi halda mənə rüşvət verməsi həqiqəti əks etdirmir. Həmin adamın mənə rüşvət verməsinə dair hallar təkzib edilməz faktlarla inkar edilir”.

MTN polkovniki zərərçəkmiş kimi tanınan Mirəziz Əsgərov ətrafında keçirilmiş əməliyyatdan da danışıb.

O deyib ki, 2012-ci ildə MTN-in xüsusi təyinatlıları tərəfindən saxlanılmış Vidadi Əzizov, Nəriman Cavadov və Rasim Manafov onun rəisi olduğu şöbəyə təhvil verilib: “Onlar keçmiş MTN-in əmr və təlimatları əsasında Vidadi Əzizov barəsində açılmış siqnal çaları üzrə (xarici ölkələrin xüsusi xidmət orqanları ilə əlaqə ehtimalı) dindirilib və müvafiq qaydada sənədləşdirilmə aparılıb. Rəhbərliyin göstərişinə uyğun müvafiq əmr və tədbirləri davam etdirdikdən sonra onları sərbəst buraxıblar. Lakin Vidadi Əzizovun iddia etdiyi məbləğ, ziddiyyət yaradan həmin pul şöbəyə təqdim olunmayıb. Belə olan halda mənim bu əməllərlə ittiham olunmağım absurddur”.
Son sözünün davamında M.Əsgərov məhkəmədən ədalətli qərar çıxarılmasını istəyib: “Məhkəmə araşdırması zamanı zərərçəkənin və onun müdafiəçisinin obyektivlik naminə günahkarların istintaqdan kənarda qaldığını etiraf etdikləri halda, prokuror bu məqamı, həmçinin cinayət işi üzrə qeyd etdiklərimi, məhkəmə araşdırılması zamanı aşkarlanmış bəraətverici faktları qiymətləndirmədi. Onun qeyri-obyektiv mövqe tutması təəssüf doğurdu.

İstintaq hərəkətlərindən və məhkəmə araşdırmasından açıq aydın görünür ki, mənə qeyd olunan maddələrlə əsassız ittiham elan olunub. Heç kim nəzərə almır ki, həmin pul vəsaitinin sahibkarlıq fəaliyyəti nəticəsində qazanılmaması əsaslı faktlarla sübuta yetirilib. Həmin pul vəsaiti Azərbaycanın qüdrətlənməsinə, inkişafına mane olan və bu məqsədlə təxribatlar törədən xarici ölkənin xüsusi xidmət orqanlarına məxsus olub.

İddia olunduğu halda bu pullar qeyri-qanuni olaraq Azərbaycana gətirilmiş hesab edilməli və işin təşkilatçıları, iştirakçıları cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Bu işə hüquqi qiymət verməlidir. İstintaqda bu kimi hallara diqqət yetirilməməsi başa düşülən deyil.
25 il dövlətə sədaqətlə xidmət etməyimi, ailə vəziyyətimi, sağlamlığımı, əsasız olaraq 22 aydan artıq həbsdə saxlanılmağımı nəzərə alıb ədalətli qərar olaraq bəraət hökmünün verilməsini xahiş edirəm. Bu ədalətli qərar olarsa, şəxs və təşkilatlara qarşı mənəvi ziyana görə heç bir iddiam olmayacaq. Bəraət hökmü mənim mənəvi cəhətdən rahat olmağıma səbəb olar. Həmçinin məhkəmə qərarlarının ədalətli olmasına inamımı daha da artırar. Eyni zamanda ona görə bəraət istəyirəm ki, bu gün Dövlət Təhlükəsizlik Xidmətinin tərkibində vəzifəsinə sədaqətlə xidmət edən və xarici ölkələrin xüsusi xidmət orqanlarına qarşı əks kəşfiyyat aparan əməkdaşlarında ruh düşkünlüyü yaranmasın. Respublikamıza qarşı pozuculuq fəaliyyətini davam etdirən xarici ölkələrin xüsusi xidmət orqanları da bu kimi hallardan istifadə metodları kimi davamlı hal formalaşdırılmasın”.

M.Əsəgərov çıxışını tarixçi Herodotun bu sözləri ilə tamamlayıb: “Böhtan və yalanın dəhşəti ondadır ki, onun qurbanı ədalətli və günahsız insanlar olur. Bu ədalətsizliyi iki tərəf həyata keçirir. Böhtan və yalanı yayan, böhtan və yalana inanalar”.

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən M.Əsəgərov 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, zərərçəkmişin mülki iddiası rədd edilib, təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş əmlakı və onun evindən götürülmüş pul M.Əsgərovun özünə qaytarılması barədə qərar çıxarılıb.

Qeyd edək ki, M.Əsgərov zərərçəkmişlərdən hədə-qorxu yolu ilə pul tələb etmək və digər ağır cinayətlərdə ittiham olunur. O, Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.

Bu epizod üzrə qısa olaraq xatırladaq ki, zərərçəkmiş kimi tanınan Vidadi Əzizov bankdan 1 milyon dollar nağd pul çıxararkən MTN əməkdaşları tərəfindən saxlanılıb. Onun bu məbləği xarici kəşfiyyat orqanlarından aldığı qeyd edilir. Amma V.Əzizov bu məbləği sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla qazandığını söyləyir.

...
“Heykəl tənhalığı” təqdim edildi- FOTOLAR
"Mançester Yunayted"dən rekord transfer: 218 milyon...
Gündə 8 saat "Fox&friends" izləyərək ölkəni idarə edir - Pulta heç kim toxunmur...
Yüksək təzyiqi yaradan amillər – SİYAHI
Tanınmış ilahiyyatçı Musavat.com-un redaktorunu qınadı - "Belə zəif arqument..."
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
53 yaşlı milyonçu evində ölü tapıldı...
Dünya
Beyonce Nüsrəti evinə dəvət etdi - Kabab çəkmək üçün (FOTOLAR)
Cəmiyyət
“Tağıyevi ilk rüşvət verən azərbaycanlı kimi təqdim edib, onu kiçiltməyin”- Tədqiqatçıdan etiraz
Dünya
Kəndi 20 sakinlə birlikdə 140 minə satdılar
Dünya
Mobil telefona görə maraqlı bir qəzanın qurbanı oldu - VİDEO
Həftənin ən çox oxunanları
Fazil Məmmədovun qudalarına ərizə yazdırdılar - Vergilər Nazirliyində nələr baş verir?
Qurban Məmmədovdan Təhsil Nazirliyinə qandonduran MÜRACİƏT...
Alimlər cinsi aktivliyin tez arıqlamağa təsirini araşdırıblar - ŞOK NƏTİCƏ...
“Fazil Məmmədov həddindən artıq şişmişdi, köpünü almaq lazım idi...”
Hacı Məmmədovun yeni sirli əsərləri ortaya çıxdı - O, hansı məmurun heykəlini düzəldib?
Qızından işdən çıxarılan Fazil Məmmədova ilginc dəstək - "Adam kimi adam üçün..."
Manyak-qatil arvadını və dörd qızını niyə öldürdüyünü danışdı
“Dünya bilməlidir ki, İsrail –yəhudi dövləti deyil!” - Yəhudi Hərəkatından gözlənilməz etirazlar...
Canlı yayımda tamaşaçı ilə Zaur arasında GƏRGİNLİK: Səni görəndə əsəbləşirəm - FOTO
Rusiya yeni hərbi gəmisinə türk adını verdi
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin