Xəbər lenti
25/06/2018 [09:46]:
Qabil Hüseynli: “Moskva Nikol Paşinyanı aradan götürə bilər”
25/06/2018 [09:42]:
Muharrem İnce Ərdoğanın seçkini udduğunu qəbul etdi
25/06/2018 [09:40]:
Türkiyədə Putinə “səs verdilər”...
25/06/2018 [09:38]:
Ərdoğan: "Türkiyə bütün dünyaya demokratiya dərsi verdi"
25/06/2018 [01:53]:
“Vəziyyət çox ağırdı, verdiyiniz pul isə azdır” – Tağıyevdən ADR hökumətinə Novruz jesti
25/06/2018 [01:34]:
“Nəsib bəyin komandası Avropa ölkələri üçün nümunədir” – İngilis ali komissarının tarixi məktubu
24/06/2018 [23:24]:
"Türkiyədə sözün əsl mənasında bir demokratiya şöləni yaşandı"
24/06/2018 [23:14]:
Qarabağda dörd yaşlı qız öldü
24/06/2018 [22:47]:
Rusiya səmasında meteorit partladı - VİDEO
24/06/2018 [22:45]:
Dövlət Baxçalı Ərdoğanı təbrik etdi
24/06/2018 [22:43]:
Qüllə kranında namaz qıldı - VİDEO
24/06/2018 [21:59]:
“Arzu edirəm ki, 26 iyun paradı ordumuzun yeni zəfərlərinin başlanğıcı olsun”
24/06/2018 [21:59]:
Türkiyədə seçkilər başa çatdı: Ərdoğan liderdir - YENİLƏNİB
24/06/2018 [21:40]:
Ərdoğanı ilk təbrik edən Azərbaycan prezidenti oldu
24/06/2018 [21:33]:
Gürcüstanda 100-ə yaxın insan zəhərləndi
24/06/2018 [21:28]:
“Bu parad həm də düşmənlərimizə bir mesajdır”
24/06/2018 [21:18]:
“Taxt oyunları”nın ulduzları evləndi – FOTO
24/06/2018 [21:16]:
Səudiyyə Ərəbistanında qadınlar taksi işinə başladı
24/06/2018 [21:12]:
“Azərbaycan əsgərinin addım səslərini eşitmək bizim üçün şərəfdir”
24/06/2018 [21:06]:
Məhərrəm İncəyə ŞOK SÜRPRİZ: səs verdiyi sandıqdan özü çıxmadı
24/06/2018 [20:18]:
Könül Xasıyeva Hacı Nuranın görüşünə gəldi - Bu video ürək parçaladı
24/06/2018 [20:13]:
İlham Əliyev rusiyalı spikeri qəbul etdi - FOTO
24/06/2018 [20:11]:
Ərdoğan Türkiyədə keçirilən prezident seçkilərində liderlik edir
24/06/2018 [19:59]:
"Əlli yaşı olur, amma Şahbaz hələ də gözümdə uşaqdı..." - Sabir Rüstəmxanlı
24/06/2018 [19:53]:
Şahzadə günəşin çıxmasını gözləmədən sükan arxasına keçdi: Qanun qüvvəyə minəndən sonra...
24/06/2018 [19:42]:
Rusiya Dövlət Dumasının spikeri: "Rusiya və Azərbaycan strateji tərəfdaşlardır"
24/06/2018 [19:25]:
Xaçmazda 5 hektar biçilməmiş taxıl sahəsi yandı
24/06/2018 [19:16]:
Türkiyədə seçki məntəqəsində atışma olub, 2 nəfər ölüb, 3-ü yaralandı
24/06/2018 [18:37]:
Türkiyədə səsvermə başa çatıb - səslər sayılır
24/06/2018 [18:25]:
Elza Seyidcahanın heç yerdə görmədiyiniz anası - VİDEO
24/06/2018 [18:14]:
Rusiya Dövlət Dumasının sədri Bakıda...- FOTO
24/06/2018 [17:59]:
Bəşər Əsəd İradə Zeynalovaya cəngəllik qanunlarından danışdı
24/06/2018 [17:52]:
Şimali Koreya lideri 500 türk şəhidinin nəşini Ankaraya qaytarır
24/06/2018 [17:50]:
Ördək balaları ticarət mərkəzində sahibinin "sıraya düzlən" əmrini yerinə yetirdi - VİDEO
24/06/2018 [17:43]:
Qoldan sonra siyasi jest edən İsveçrə futbolçuları cəzalandırıla bilər
24/06/2018 [17:42]:
PKK bütün əməliyyatları 24 saatlığına dondurdu
24/06/2018 [17:00]:
Bu da Nəsrinin hər kəsdən gizlətdiyi sevgilisi -FOTO
24/06/2018 [16:59]:
Livan nəşri anons verdi: Azərbaycan yeni İsrail raketləri ala bilər
24/06/2018 [16:57]:
Ərdoğan nəvələri ilə birlikdə səs verdi...
24/06/2018 [16:31]:
Türkiyənin baş naziri kreslosunu hərraca çıxaracağına söz verdi
24/06/2018 [16:30]:
“Türk Ulduzları” Bakıda – FOTO
24/06/2018 [16:01]:
Deputat: “Türkiyədəki seçkilərdə qanun pozuntusu yoxdur”
24/06/2018 [15:52]:
Rusiya və ABŞ prezidentləri iyulun 15-də Vyanada görüşəcək
24/06/2018 [15:48]:
Qənirə Paşayeva Braziliya, Çin və İndoneziyanın fəal qadınları ilə Qarabağdan danışdı - FOTO
24/06/2018 [15:35]:
Avropa İttifaqının ən varlı və kasıb ölkələri açıqlandı
24/06/2018 [15:20]:
Tailandda futbol komandası mağarada itdi
24/06/2018 [15:19]:
Ərdoğan: "Hazırda seçicilərin 50 faizdən çoxu artıq səs verib"
24/06/2018 [15:15]:
İlham Əliyev nazirin vəfatı ilə bağlı başsağlığı verdi
24/06/2018 [14:40]:
Ərdoğanın səs verəcəyi məktəbdə ciddi təhlükəsizlik tədbirləri görülür -FOTOLAR
24/06/2018 [14:36]:
"Bizdə elə silah-sursat var ki, onlar haqqında biz özümüz danışmırıq"
24/06/2018 [14:32]:
Messiyə görə intihar etdi...
24/06/2018 [14:29]:
Ruhani haqda yazılmış kitab aləmi bir-birinə qatdı
24/06/2018 [14:27]:
Türkiyədə seçkilər ən tez bu kənddə qurtardı: 2 səs - Video+fotolar
24/06/2018 [14:14]:
Kadırov Salaha hədiyyə verdi
24/06/2018 [14:12]:
"Qanuni oğru"nun lüks həyat yaşayan cazibədar qızı - FOTO
24/06/2018 [14:04]:
"Güclü və tarixi ənənəsini yaşadan qeyrətli orduya malikik"
24/06/2018 [14:03]:
"Soyunur, sonra da yarım milyonluq "Porsche" aldırıb qoyur altına" -Xalq artisti yıxıb-sürüdü
24/06/2018 [13:47]:
Sovetin Bakıya verdiyi MODERN BİNALAR – FOTO/VİDEO
24/06/2018 [13:46]:
Xırdalanda evdə yanğın: 3 azyaşlı yanıq xəsarətləri aldı
24/06/2018 [13:39]:
Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOLAR
24/06/2018 [13:33]:
"Bu nə hoqqabazlıqdır, bu nə özbaşınalıqdır, bu nə düşüklükdür?"
24/06/2018 [13:28]:
Əbülfəz Elçibəyin Kələkidə 80 illiyi keçirilir
24/06/2018 [12:55]:
Nəcəf Nəcəfovun qeyri-adi jurnalist fəaliyyəti - NƏSİMAN YAQUBLUNUN YAZISI
24/06/2018 [12:54]:
Səs verən Muharrem İnce jurnalisti danladı: “Əlimdən tutub...”
24/06/2018 [12:53]:
Aprel şəhidimizin qardaşının toyu oldu - FOTOLAR
24/06/2018 [12:34]:
Yavər Camalov Şüvəlan qəbiristanlığında dəfn olunacaq
24/06/2018 [12:10]:
Onunla zarafat edən ərini və yaxınlarını zəhərlədi - Beş adam öldü...
24/06/2018 [12:06]:
"Estrada oxuyanlar Şur dəstgahını ifa edə bilməzlər, heç onu bilmirlər də..."
24/06/2018 [12:05]:
Muharrəm İncə ailəsiylə səs verdi...
24/06/2018 [12:00]:
Türkiyədə prezident və parlament seçkiləri başlayıb
24/06/2018 [11:53]:
Hərbi aviasiya vasitələri Bakı buxtası üzərində hazırlıq uçuşları keçirir
24/06/2018 [11:52]:
"Elə silahlarımız var ki, onların bizdə olduğunu düşmənlərimizin bilməməsi daha yaxşı olardı"
24/06/2018 [11:24]:
Rusiya Dövlət Dumasının sədri Bakıya gəlir
24/06/2018 [11:18]:
"Ərdoğan müxalifət tərəfindən belə genişmiqyaslı seçki kampaniyası aparılacağını gözləmirdi"
24/06/2018 [11:12]:
“Türk ulduzları”nın Bakıda möhtəşəm şousunun vaxtı AÇIQLANDI
24/06/2018 [11:06]:
İtaliya baş nazirinin müavini Emmanuel Makronu həyasız adlandırıb
24/06/2018 [11:02]:
“Serj Sərkisyanın həbsinin gündəmə gəlməsi mümkündür”
24/06/2018 [10:56]:
Ceyhun Bayramovdan ilginc açıqlama: Buraxılış imtahanlarının nəticələri həlledici olacaq...
24/06/2018 [10:33]:
İcra başçısının paltar qadağası - Bakıda bu da oldu (VİDEO)
24/06/2018 [10:31]:
"Birinci turda heç kəs 50+1 toplaya bilməyəcək, məsələni ikinci tur həll edəcək"
Bütün arxiv bir sırada
12/08/2017 [14:20] - Cəmiyyət - ( 1243 dəfə baxılıb)

Vaqif Əsədov: “Məni daim güdürlər...”



Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovla müsahibəni təqdim edirik:

- Vaqif müəllim, son zamanlar paytaxt küçələrində yol qəzalarının çoxalması diqqət çəkir. Səbəb nədir?

- Yol-nəqliyyat hadisələrini 20-25 il bundan əvvəllə müqayisə etsək, təkcə ölüm faktlarının nə qədər aşağı düşdüyünü görərik. Məsələn, 25 il əvvəl Azərbaycanda il ərzində yol-nəqliyyat hadisələri zamanı 3 min nəfər həlak olurdusa, indi bu rəqəm 1000-ə yaxındır. Həmin dövrdə küçə və yolların uzunluğu 2013 kilometrdisə, indi 2500 kilometrdir.

Avtomobil, sürücü, piyada və yol varsa, hadisə qaçılmazdır. Ancaq hadisələrin baş verməməsi üçün nizam-intizam olmalııdr. “Yol hərəkəti haqqında” qanunu bilmək, ona əməl etmək vacibdir. Hər bir yol-nəqliyyat hadisəsinin təhlilinə nəzər saldıqda, hadisələrin qanunun tələblərin pozulmasından yarandığını müşahidə edirik.

- Avtomobillərlə piyadların vurulması faktları da az deyil. Bu hadisələrlə bağlı statistika necədir?

- Bakı şəhərində piyadaların vurulması ümumi hadisələrin təxminən 67 faizini təşkil edir. Bu, ciddi narahatlıq doğurur. Təbii ki, hadisələrin baş verməsinə səbəb piyada səhlənkarlığı və sürücü diqqətsizliyidir. Son zamanlar paytaxtın inzibati ərazisinə düşən küçə və prospektlər üzrə yeraltı və yerüstü piyada keçidlərinin sayı 80-ə yaxınlaşır. Əvvəllər isə 9 keçid var idi və onlardan istifadə edilmirdi.

İndi ayrılmış vəsait hesabına keçidlər tikilib, təhvil verilib. Çox təəssüf ki, bu keçidlərdən piyadalarımız düzgün istifadə etmirlər.

- Bəs, piyadaların avtomobillərlə vurulması hallarının qarşısını almaq üçün Bakı şəhər Dövlət Yol Polisi İdarəsi hansı tədbirlər görür?

- Baş verən hər bir yol-nəqliyyat hadisəsi qeydə alınır və araşdırma aparılır. İnsanlar “heç nə olmaz” düşüncəsi ilə keçidlərdən kənar yerlərdə yolu keçirlər. “Heç nə olmaz”, “nə olacaq ki...” sözləri vətəndaşları məzuliyyətdən azad etmir. Piyadaların avtomobillərlə vurulması faktlarının qarşısı alınması üçün Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərfindən zəruri tədbirlər görülür. Bu il 77 mindən artıq piyada saxlanılıb və məsuliyyətə cəlb olunub. Onların cərimilənməsi küçə və yollarda nizam-intizamı artırır, təhlükəsiz davranış vərdişləri aşılanır və yol hərəkətində mədəniyyət səviyyəsi formalaşır. Mentalitetimizlə bağlı da təhlükəli vərdişlər var. Cərimə yazan zaman piyadaların ilk sözləri “görmədim, bilmədim, tələsirdim” olur.

- Mentalitet məsələsini bir az dəqiqləşdirə bilərikmi?

- Səs siqnalından yersiz istifadə inzibati məsuliyyət yaradır. Ancaq insanlar səs siqnalı ilə salamlaşır, kimisə yanına çağırır, ailə həyatı da qururlar... Halbuki səs siqnalına görə çox sərtləşdirilmiş cəza növləri tətbiq edilib. Çox avazlı, yüksək tonlu, səsi artırıb-azaldan, musiqi səsli siqnallar məhkəmələr tərəfindən müsadirə olunur və sürücüyə yüksək məbləğdə cərimə tətbiq edilir. Zavod istehsalı olan səs siqnallarından isə yalnız yaşayış məntəqələrindən kənarda, ötmə aparılması niyyətilə, yaxud yol nəqliyyat hadisələrinin qarşısını almaq naminə istifadə etmək olar.

- Vaqif müəllim, bəzən deyirlər ki, piyada keçidlə bağlı cəriməni ödəmədikdə həmin məbləğ bir il ərzində silinir. Düzdürmü?

- Cərimələrin silinməsi mümkün deyil. Qanunvericiliyin tələbinə əsasən, istər piyada, istər sərnişin xəta törədibsə, nəzərdə tutulmuş qaydada həmin məbləğ ödəməlidir. Əgər sistemdə ad yoxdursa, demək, qərar hələ sistemə daxil edilməyib.

Mən hesab edirəm ki, Azərbaycan qanunları çox humanistdir. Xəta törədən şəxs ilk 5 gün müddətində təyin edilmiş cəriməni ödəyirsə, ona 10 faiz güzəşt olunur. Bundan gözəl qərar?.. Cəriməni vaxtında ödəmədikdə, bir ay şərait yaradılır ki, həmin pulu ödəyəsən. O zaman cərimə nə qədərdirsə onu ödəyirsən. Bir aydan sonra həmin pulun üzərinə 1 faiz gəlir.

“Yol hərəkəti haqqında” qanununa görə, bilərəkdən və ya bilmədən, qəsdən və ya ehtiyatsızlıq üzündən adı çəkilən qanunun tələblərinin pozulması inzibati xəta hesab edilir. Bunu törədən hər bir şəxs məsuliyyətə cəlb olunur.

Yol-nəqliyyat hadisələrinin yaranmasına səbəb olan və xətaların törədilməsi ilə bağlı həm cərimə, həm də cərimə balı toplanılır. 20 və daha artıq balın toplanması həmin vətəndaşın sürücülük hüququndan məhrum edilməsi deməkdir. İşıqforun qırımızı işığında yeddi dəfə keçmək də sürücülük hüququndan məhrum etməyə gətirir.

Digər ölkələrlə müqayisə etdikdə qanunlarımızın humanizmini aydın görmək olar. Məslən, Rusiyada qoşa xətti kəsib, əks istiqamətli yol zolağına daxil olmaq böyük məbləğdə cərimədir. Avtomobili sərxoş idarə etmək birbaşa məhkəməlikdir. Yaponiyada işıqforun qırımızı işığında hərəkət etmək ölümə sui-qəsd kimi qəbul edilir.

- Xəta törədənlərin aşkar edilməsi üçün hansı tədbirlər görülür?

- Biz funksional vəzifəmizi bir neçə istiqamət üzrə qurmuşuq. Təbliğat aparılır, təhkim edilmiş ərazidə təhlükəsizliyi təmin etmək üçün nəzarət qurulur, xəta törədənlər aşkarlanır və məsuliyyətə cəlb edilir. Bu gün ölkə ərazisində təhlükəsizliyin təmini üçün müxtəlif texniki avadlıqlardan istifadə olunur. Texniki vasitələrə video-kameralar, sürət cihazları və digər avadanlıqlar daxildir. Təkcə paytaxtda quraşdırılmış kameraların hesabına küçə və prosopektlər üzrə törədilən xətaları qeydə alıb, tədbir görülməsinə imkan var. Bununla belə, ərazidə yol polisi olmasa, sürücü və piyadalar özlərini idarə etməyi bacarmırlar.

- Qaydalardan danışdız. Sizin xidməti maşınla qaydaları pozduğunuzu göstərən şəkillər yayılmışdı...

- Mən yol polisiyəm, xidməti maşın sürürəm. Jurnalistlər də daxil olmaqla, hər kəsin əlində mobil telefon var. Bütün bunları nəzərə alıb, çalışıram hərəkətimdə nöqsan olmasın. Bilirəm ki, hər zaman hədəfdəyəm. Hamı çalışır, məni güdsün. Nəsə bir xəta törətdiyimi çəkib, mətbuatda yaysın ki, Vaqif Əsədov yol hərəkəti qaydasını pozub. Bu günə kimi bir neçə dəfə məsələnin xəta olub-olmadığını araşdırmadan şəklimi çəkib yayıblar. Daha xətalara yol vermirəm ki, mətbuatda adım hallansın, dilə-dişə düşməyim.

- Bəs, şəxsi maşınızla qayda pozmusuzmu?

- Şəxsi avtomobilimlə bir neçə dəfə xəta törətmişəm. Mən polkovnik ola-ola idarə etdiyim nəqliyyat vasitəsində sürət həddini aşıramsa, videokamera mənim maşınımı qeydə alırsa, həmin cərimə ödənməlidir.

- Dediniz ki, hər kəs törətdiyi xətanın cəriməsini ödəməlidir. “Vəzifəli kiminsə qohumuyam” deyən sürücüyə cəza yazmaqdan imtina edən polislər olurmu?

- Bakı şəhərində 4000-ə yaxın texniki vasitə var. O cihazlar heç kimi tanımır. “Mən filankəsin qohumuyam”, “dosta zəng” kimi adətlər cihazlara təsir etmir. İlin əvvəlində bu günə kimi şəhər üzrə 4700-dən artıq xəta protokolu tərtib edilib.

Mərkəzi məlumat sistemində bu rəqəmdən artıq elektron protokol yazılıb. Sükan arxasında 8157 nəfər sərxoş sürücü aşkarlanıb. Bu qədər göstərici varsa, “kimsə filankəsəm” deməklə məsuliyyətdən yaxa qurtara bilərmi? İnanın ki, yox. Ada görə polis kiməsə cəza tərtib etmirsə, işdən çıxarılır. Bunun üçün nə müdaxilə, nə də xahiş var.

- Sürət həddinin aşması ilə bağlı faiz dərəcələri necədir?

- Sürət həddinin aşması ilə bağlı hadisələr 51 faiz təşkil edirdi. Sürət yazılarının quraşdırılmasından və tətbiq edilən cəza mexanizmi hadisələrin faizi 32-yə endirib.

- Vaqif müəllim, bir neçə gün əvvəl “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev Nərimanov rayonu ərazisində iki nəfərin ölümü, iki nəfərin də müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətmişdi. Bu barədə sizin jurnalistlərə açıqlama verməməyiniz müzakirəyə səbəb oldu...

- Bilmədiyim fakt haqqında danışa bilməzdim. Hadisə yerində olmamışdım. Olsam belə, vətəndaşın sifətinə baxmaqla kim olduğunu bilə bilməzdim. Bakı şəhər üzrə qeydə alınan yol- nəqliyyat hadisələrində xəsarətin dərəcəsindən asılı olmayaq araşdırma adiyyəti üzrə polis idarələri tərəfindən aparılır.

Əvvəllər səlahiyyət şəhər polisində idi, bilirdik. Son 3 ildə qaydalar dəyişib. Bu məsələ barədə məndə qəbahət görülürsə, bunu qəbul edə bilmərəm. Hadisə yerində oluramsa, vətəndaşın kim və nəçi olduğunu görürəmsə, niyə deməyim? Nədən çəkinirəm ki? Mənə informasiya verilməyibsə, nə etməliyəm? Sizlərdən fərqli, mən sorğu-suala tutula bilərəm. Bildiyim informasiyanı vermək isə mənim funksional vəzifəmdir.

- Vaqif müəllim, xanım sürücülər təhlükəsizlik qaydalarına riayət edirmi?

- Xanım sürücülərin çox olması sevindiricdir. Kişilərdən fəqli olaraq xanımlar təhlükəsizlik kəmərindən daha çox istifadə edirlər. Amma sükan arxasında diqqəti yayındıra biləcək hərəkətlərə daha çox yol verirlər. Telefonla danışmaq, güzgüyə baxmaq və s. Təəssüf ki, yol-nəqliyyat hadisələrini araşdıranda xanım sürücülərin də qəza törətdiyinə rast gəlirik.

Nəcəf Nəcəfovun qeyri-adi jurnalist fəaliyyəti - NƏSİMAN YAQUBLUNUN YAZISI
Aprel şəhidimizin qardaşının toyu oldu - FOTOLAR
Sərdar Cəlaloğlu: “Azərbaycanın geopolitik vaxtı Moskva saatıyla işləyir”
Bakı-Tbilisi-Qars dəmir yolunda bir ilk də yaşandı...
"Elçibəyin əsas fərqliliklərindən biri də türklüyü ilə qürur duyması idi"
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Araşdırma
“Nəsib bəyin komandası Avropa ölkələri üçün nümunədir” – İngilis ali komissarının tarixi məktubu
Gündəm
“Azərbaycan əsgərinin addım səslərini eşitmək bizim üçün şərəfdir”
Cəmiyyət
"Bu nə hoqqabazlıqdır, bu nə özbaşınalıqdır, bu nə düşüklükdür?"
Cəmiyyət
Əbülfəz Elçibəyin anadan olmasından 80 il ötür
Araşdırma
Yeməyi oğlundan alıb, əsgərə yedirən, hərbi formanı ən yaxşı parçadan tikdirən CÜMHURİYYƏT GENERALLARI
Həftənin ən çox oxunanları
Rusiya üzərində qələbə: "Baş nazir sevinir, prezident əleyhinədir"
"Hakimiyyətdə olduğu neçə illər ərzində ilk dəfə olaraq sükan Ərdoğanın əlində deyil..."
Lotoreyanın sirrini tapan riyaziyyatçı 7 dəfə mükafat qazandı...
“Türk Yıldızları” Bakı səmasında uçuşlar keçirəndə hamımız sevincdən ağlayırdıq”
Yarıçılpaq səudiyyəli fanat qadın və hicablı rus azarkeş qız - Futbol çempionatındakı təzadlar + VİDEO
12 yaşında Kəbəni üzərək təvaf etdi - Gözlənilməz (FOTOLAR)
İki Ali Baş Komandanımızın Xankəndindəki paradını bizə çox görməyin: - TARİXİ SEÇİM...
Paşinyanın gəncliyinə aid biabırçı şəkli paylaşıldı - FOTO
Afaq Aslan Damlanın keçmişilə bağlı qalmaqallı iddianı təsdiqlədi: "Pula görə yad kişilərin stollarının altından..."
"Bu, Azərbaycan kişisinə yaraşan addım deyil ki, kiməsə geyiminə görə müdaxilə etsin"
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin