Xəbər lenti
25/06/2018 [01:53]:
“Vəziyyət çox ağırdı, verdiyiniz pul isə azdır” – Tağıyevdən ADR hökumətinə Novruz jesti
25/06/2018 [01:34]:
“Nəsib bəyin komandası Avropa ölkələri üçün nümunədir” – İngilis ali komissarının tarixi məktubu
24/06/2018 [23:24]:
"Türkiyədə sözün əsl mənasında bir demokratiya şöləni yaşandı"
24/06/2018 [23:14]:
Qarabağda dörd yaşlı qız öldü
24/06/2018 [22:47]:
Rusiya səmasında meteorit partladı - VİDEO
24/06/2018 [22:45]:
Dövlət Baxçalı Ərdoğanı təbrik etdi
24/06/2018 [22:43]:
Qüllə kranında namaz qıldı - VİDEO
24/06/2018 [21:59]:
“Arzu edirəm ki, 26 iyun paradı ordumuzun yeni zəfərlərinin başlanğıcı olsun”
24/06/2018 [21:59]:
Türkiyədə seçkilər başa çatdı: Ərdoğan liderdir - YENİLƏNİB
24/06/2018 [21:40]:
Ərdoğanı ilk təbrik edən Azərbaycan prezidenti oldu
24/06/2018 [21:33]:
Gürcüstanda 100-ə yaxın insan zəhərləndi
24/06/2018 [21:28]:
“Bu parad həm də düşmənlərimizə bir mesajdır”
24/06/2018 [21:18]:
“Taxt oyunları”nın ulduzları evləndi – FOTO
24/06/2018 [21:16]:
Səudiyyə Ərəbistanında qadınlar taksi işinə başladı
24/06/2018 [21:12]:
“Azərbaycan əsgərinin addım səslərini eşitmək bizim üçün şərəfdir”
24/06/2018 [21:06]:
Məhərrəm İncəyə ŞOK SÜRPRİZ: səs verdiyi sandıqdan özü çıxmadı
24/06/2018 [20:18]:
Könül Xasıyeva Hacı Nuranın görüşünə gəldi - Bu video ürək parçaladı
24/06/2018 [20:13]:
İlham Əliyev rusiyalı spikeri qəbul etdi - FOTO
24/06/2018 [20:11]:
Ərdoğan Türkiyədə keçirilən prezident seçkilərində liderlik edir
24/06/2018 [19:59]:
"Əlli yaşı olur, amma Şahbaz hələ də gözümdə uşaqdı..." - Sabir Rüstəmxanlı
24/06/2018 [19:53]:
Şahzadə günəşin çıxmasını gözləmədən sükan arxasına keçdi: Qanun qüvvəyə minəndən sonra...
24/06/2018 [19:42]:
Rusiya Dövlət Dumasının spikeri: "Rusiya və Azərbaycan strateji tərəfdaşlardır"
24/06/2018 [19:25]:
Xaçmazda 5 hektar biçilməmiş taxıl sahəsi yandı
24/06/2018 [19:16]:
Türkiyədə seçki məntəqəsində atışma olub, 2 nəfər ölüb, 3-ü yaralandı
24/06/2018 [18:37]:
Türkiyədə səsvermə başa çatıb - səslər sayılır
24/06/2018 [18:25]:
Elza Seyidcahanın heç yerdə görmədiyiniz anası - VİDEO
24/06/2018 [18:14]:
Rusiya Dövlət Dumasının sədri Bakıda...- FOTO
24/06/2018 [17:59]:
Bəşər Əsəd İradə Zeynalovaya cəngəllik qanunlarından danışdı
24/06/2018 [17:52]:
Şimali Koreya lideri 500 türk şəhidinin nəşini Ankaraya qaytarır
24/06/2018 [17:50]:
Ördək balaları ticarət mərkəzində sahibinin "sıraya düzlən" əmrini yerinə yetirdi - VİDEO
24/06/2018 [17:43]:
Qoldan sonra siyasi jest edən İsveçrə futbolçuları cəzalandırıla bilər
24/06/2018 [17:42]:
PKK bütün əməliyyatları 24 saatlığına dondurdu
24/06/2018 [17:00]:
Bu da Nəsrinin hər kəsdən gizlətdiyi sevgilisi -FOTO
24/06/2018 [16:59]:
Livan nəşri anons verdi: Azərbaycan yeni İsrail raketləri ala bilər
24/06/2018 [16:57]:
Ərdoğan nəvələri ilə birlikdə səs verdi...
24/06/2018 [16:31]:
Türkiyənin baş naziri kreslosunu hərraca çıxaracağına söz verdi
24/06/2018 [16:30]:
“Türk Ulduzları” Bakıda – FOTO
24/06/2018 [16:01]:
Deputat: “Türkiyədəki seçkilərdə qanun pozuntusu yoxdur”
24/06/2018 [15:52]:
Rusiya və ABŞ prezidentləri iyulun 15-də Vyanada görüşəcək
24/06/2018 [15:48]:
Qənirə Paşayeva Braziliya, Çin və İndoneziyanın fəal qadınları ilə Qarabağdan danışdı - FOTO
24/06/2018 [15:35]:
Avropa İttifaqının ən varlı və kasıb ölkələri açıqlandı
24/06/2018 [15:20]:
Tailandda futbol komandası mağarada itdi
24/06/2018 [15:19]:
Ərdoğan: "Hazırda seçicilərin 50 faizdən çoxu artıq səs verib"
24/06/2018 [15:15]:
İlham Əliyev nazirin vəfatı ilə bağlı başsağlığı verdi
24/06/2018 [14:40]:
Ərdoğanın səs verəcəyi məktəbdə ciddi təhlükəsizlik tədbirləri görülür -FOTOLAR
24/06/2018 [14:36]:
"Bizdə elə silah-sursat var ki, onlar haqqında biz özümüz danışmırıq"
24/06/2018 [14:32]:
Messiyə görə intihar etdi...
24/06/2018 [14:29]:
Ruhani haqda yazılmış kitab aləmi bir-birinə qatdı
24/06/2018 [14:27]:
Türkiyədə seçkilər ən tez bu kənddə qurtardı: 2 səs - Video+fotolar
24/06/2018 [14:14]:
Kadırov Salaha hədiyyə verdi
24/06/2018 [14:12]:
"Qanuni oğru"nun lüks həyat yaşayan cazibədar qızı - FOTO
24/06/2018 [14:04]:
"Güclü və tarixi ənənəsini yaşadan qeyrətli orduya malikik"
24/06/2018 [14:03]:
"Soyunur, sonra da yarım milyonluq "Porsche" aldırıb qoyur altına" -Xalq artisti yıxıb-sürüdü
24/06/2018 [13:47]:
Sovetin Bakıya verdiyi MODERN BİNALAR – FOTO/VİDEO
24/06/2018 [13:46]:
Xırdalanda evdə yanğın: 3 azyaşlı yanıq xəsarətləri aldı
24/06/2018 [13:39]:
Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOLAR
24/06/2018 [13:33]:
"Bu nə hoqqabazlıqdır, bu nə özbaşınalıqdır, bu nə düşüklükdür?"
24/06/2018 [13:28]:
Əbülfəz Elçibəyin Kələkidə 80 illiyi keçirilir
24/06/2018 [12:55]:
Nəcəf Nəcəfovun qeyri-adi jurnalist fəaliyyəti - NƏSİMAN YAQUBLUNUN YAZISI
24/06/2018 [12:54]:
Səs verən Muharrem İnce jurnalisti danladı: “Əlimdən tutub...”
24/06/2018 [12:53]:
Aprel şəhidimizin qardaşının toyu oldu - FOTOLAR
24/06/2018 [12:34]:
Yavər Camalov Şüvəlan qəbiristanlığında dəfn olunacaq
24/06/2018 [12:10]:
Onunla zarafat edən ərini və yaxınlarını zəhərlədi - Beş adam öldü...
24/06/2018 [12:06]:
"Estrada oxuyanlar Şur dəstgahını ifa edə bilməzlər, heç onu bilmirlər də..."
24/06/2018 [12:05]:
Muharrəm İncə ailəsiylə səs verdi...
24/06/2018 [12:00]:
Türkiyədə prezident və parlament seçkiləri başlayıb
24/06/2018 [11:53]:
Hərbi aviasiya vasitələri Bakı buxtası üzərində hazırlıq uçuşları keçirir
24/06/2018 [11:52]:
"Elə silahlarımız var ki, onların bizdə olduğunu düşmənlərimizin bilməməsi daha yaxşı olardı"
24/06/2018 [11:24]:
Rusiya Dövlət Dumasının sədri Bakıya gəlir
24/06/2018 [11:18]:
"Ərdoğan müxalifət tərəfindən belə genişmiqyaslı seçki kampaniyası aparılacağını gözləmirdi"
24/06/2018 [11:12]:
“Türk ulduzları”nın Bakıda möhtəşəm şousunun vaxtı AÇIQLANDI
24/06/2018 [11:06]:
İtaliya baş nazirinin müavini Emmanuel Makronu həyasız adlandırıb
24/06/2018 [11:02]:
“Serj Sərkisyanın həbsinin gündəmə gəlməsi mümkündür”
24/06/2018 [10:56]:
Ceyhun Bayramovdan ilginc açıqlama: Buraxılış imtahanlarının nəticələri həlledici olacaq...
24/06/2018 [10:33]:
İcra başçısının paltar qadağası - Bakıda bu da oldu (VİDEO)
24/06/2018 [10:31]:
"Birinci turda heç kəs 50+1 toplaya bilməyəcək, məsələni ikinci tur həll edəcək"
24/06/2018 [10:20]:
İranlı qadın göbəyini açdı – FOTO
24/06/2018 [09:54]:
Bakının uşaq bağçalarında valideynlər üçün fərdi videomüşahidə yaradıla bilər
24/06/2018 [09:45]:
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə
24/06/2018 [09:14]:
Bu da aparıcı Aytənin özündən gözəl qızı Ayza - FOTOLAR
Bütün arxiv bir sırada
12/08/2017 [16:10] - Gündəm - ( 6600 dəfə baxılıb)

"Lütfi Zadə mənə böyük kömək edib, əgər o olmasaydı..."- Tanınmış alimdən SƏRT REAKSİYA





Bir neçə gün bundan əvvəl dünya elminin ən böyük simalarından olan Lütfi Zadənin oğlu Norman Zadə atasının səhhətinin ağır olduğunu, dünyasını dəyişdikdən sonra Bakıda dəfn olunmasını vəsiyyət etdiyini bildirib. Təbii ki, biz dünya elminin yeni mərhələsini yaradan alimə Allahdan can sağlığı arzulayırıq. Yaşından asılı olmayaraq, kimin nə zaman bu dünyadan köçəcəyi bizim səlahiyyətimiz xaricindədir... Amma bir hüquqi sənəd kimi vəsiyyətin də öz hökmü var. Həmin vəsiyyətdəki Azərbaycan sevgisi də yəqin, hamıya agah oldu.

Lakin sosial şəbəkə və xəbər portallarında bu vəsiyyətə birmənalı münasibət bildirilmədi. Kimi təqdir etdi, kimisi isə pislədi. Bəziləri isə “Lütfi Zadə Azərbaycan üçün nə edib ki, indi burada da dəfn olunmasını istəyir?” sualını da verməkdən çəkinmədilər. Amma hər halda, nəhəng alimin adı belə brenddir və o, bəlkə də Azərbaycanda dəfn olunmaqla ölkəsinə ən böyük hədiyyəsini etmək istəyir. Bu hələlik gələcəyin işidir. 

Lakin Zadənin vəsiyyətinin cəmiyyətdə bu cür qarşılanmasının özündə sosioloji problem yükü də var. Cəmiyyəti, hətta bir qrup ziyalını bu məsələyə bu cür aqressiv münasibət göstərməsinə səbəb nədir? 
Sosioloq alim, 

Lütfi Zadənin də təqdir etdiyi Ahəngyol elmi nəzəriyyəsinin yaradıcısı Əhməd Qəşəmoğlu Moderator.az-a açıqlamasında bu barədə çox geniş danışıb. 

Alim əvvəlcə Zadənin dünya üçün hansı pillədə olduğunu, onun nəzəriyyəsinin dünyaya bəxş etdiyi yeniliyi  nəzərə çatdırmağı vacib bilib. Çünki alimin fikrincə, Zadə barəsindəki neqativ fikirlər yürüdənlərin əksəriyyətininin onun gördüyü işlərdən lazımi qədər məlumatları olmamalıdır:

“Dahi Zadənin vəsiyyəti ilə bağlı xəbər yayılandan sonra sanki mənəvi həyatımızda bir silkələnmə baş verdi. Mənəvi həyatımızın bu cür silkələnməsi isə ortada əhalimizin dünya görüşü ilə bağlı ciddi problemlərin olduğunu göstərir. İndiki vaxtda ən mühüm məsələlərdən biri də əhalinin keyfiyyəti faktorudu. Baxın, Zadənin vəsiyyətinə münasibət də həmin keyfiyyətdə müəyyən problemlərin olduğunu üzə çıxardı. Zadə həqiqətən də dünyanın çox nəhəng alimlərindən biridir. 1960-cı illərdən üzü bu yana dünyanın ən mötəbər  elmi mənbələrində onun adı dünyanın qabaqcıl alimlərlə bir sırada çəkilir. Deyim ki, Zadə heç azərbaycanlı olmasa da belə (tutaq ki, fransız, ingilis olsa idi də) əgər o nəhənglikdə alim Azərbaycanda dəfn olunmaq istədiyini deyibsə, bu, Azərbaycan üçün  çox müsbət bir hadisədir. Çünki belə şəxşiyyətlər  tarix boyu anılacaq və məzarının  Azərbaycanda olması da bizim üçün böyük fəxr  olacaq. Zadəyə qarşı bu cür münasibətin, vəsiyyətinə qıcıqla yanaşmanın bir neçə səbəbi var: Bu insanların çoxunun Zadənin böyüklük miqyası barədə məlumatı yoxdu. Aristototel, Eynşteyn bir zamanlar elmdə hansı böyük inqilabları etmişdisə, Zadə də onlardan az olmayan işlər görüb. Hələ dünya ictimaiyyətinin, elm aləminin  özü belə Zadənin nəzəriyyəsini tamamilə mənimsəyə bilməyib. Bu yolda müəyyən işlər gedir. Özüm də bu prosesin içində olduğundam deyə bilərəm ki, nələr baş verir. Yaxın 20-30 ildə onun nəzəriyyəsi daha da məşhurlaşacaq. Bu nəzəriyyənin üstünlüyü nədədir? XX əsrin ortalarına qədər olan elm əsasən, Qərbin rasional, praqmatik düşüncələri əsasında formalaşmışdı. Amma XX əsrin ikinci hissəsindən başlayaraq, getdikcə daha aydın məlum oldu ki, yalnız rasional, praqmatik yanaşma ilə mükəmməl elmi sistem yaratmaq olmaz. Anladılar ki, bir zamanlar Şərqdə rasional olmayan məsələlərə yetirilən diqqət indi kənarda qalıb. Proseslərə daha diqqətlə baxdıqca hiss edildi ki, rasional olmayan meyarlara da diqqət göstərməyə ciddi ehtiyac var. 
Orta əsrlərdə təsəvvüf alimləri metodoloji baxımdan bu istiqamətdə müəyyən böyük işlər görüblər. O dövrün alimlərinin əsərləri ilə tanış olanlar bilir ki, onların yürütdüyü elmi strategiya bundan  ibarət idi: dünyəvi elmlərlə yanaşı vəhy elmini də nəzərə almalıyıq! İndi o düşüncələri tədqiqata cəlb etməyə ehtiyac var. O dövrün imkanları bu detalları elmə cəlb etməyə imkan vermədi. İndiki vaxtda isə zərurət kimi ortaya qoyulub.   Məlumdur ki, elmdə böyük islahatlar getməsi üçün ilk növbədə riyaziyyat elmində islahatlar getməlidir. Bu işi Zadə başlayıb! Onun  qeyri-səlis məntiq nəzəriyyəsi riyaziyyat elminin özündə dəyişiklik aparılmasına yönəlib. Riyaziyyatda gedən islahatlar təkmilləşdikcə, ortada olan elmi system daha mükəmməl olacaq.  


Zadənin nəzəriyyəsi müasir elmi düşüncənin  daha da təkmilləşməsinə imkan verir. Bu istiqamətdə Zadənin ortaya qoyduğu prinsipləri, elmi imkanları ancaq Qaqarinin kosmosa çıxması ilə müqayisə etmək olar. Yəni, o zaman kosmos var idi, amma bizim onunla bağlı təsəvvürlərimiz isə yox”¦ İlk insan kosmosa çıxdı və dünyada kosmos haqqında daha dərin təsəvvür yaratdı. Zadənin nəzəriyyəsindən, etdiyi elmi yeniliklərdən sonra məlum oldu ki, əsl həqiqi elm daha da mürəkkəb bir sahədir və daha mühüm amillərin istifadəsinə ehtiyac var. Bu sahədə irəli getmək üçün ilk növbədə riyaziyyatda nəsə dəyişikliklər etmək lazım idi. Zadə bu dəyişikliklərin yolunu göstərdi. Hələik ilk tətbiqi kompüter və digər texniki sahələrdə baş verdi və o sferada  xeyli böyük imkanlar yaratdı. Sonrakı tətbiqlər Zadənin ideyalarının bəşəriyyətə  nə qədər kömık edəcəyini daha parlaq şəkildə göstərəcək”. 

Sosioloq alim eyni zamanda Zadənin Azərbaycana olan sevgisi və Azərbaycan üçün gördüyü işlərə də toxunub. Ə. Qəşəmoğlu “Zadənin Azərbaycana nə dəxli var? ” şablon sualını usanmadan verən kəslərə faktlarla cavab verib:

“Zadə sıradan bir məşhur şəxs deyil. O, dünyanın ən nəhəng məşhurlarından biridir. Əziz Sancar Bakıda olanda Zadə haqqında nə qədər müsbət sözlər dedi və onun Nobel mükafatçılarından da üstün olduğunu xatırlatdı. Ona görə də bu gün kimsə desə ki, o böyük olsa idi Nobel mükafatı alardı, yaxud, ondan böyüklər hansısa ölkədə elmi inkişaf elətdirir, bu, o deməkdir ki, həmin insanların Zadənin ortaya qoyduğu elmi potensiallar barədə məlumatları arzuolunan səviyyədə deyil.

Bəziləri minnət qoyaraq deyir ki, Zadənin Azərbaycana nə dəxli var? Bu, tamamilə gülünc bir şeydi. Çünki Zadə çox böyük alim kimi 1960-cı illərin əvvəllərində Moskvaya gələndə mərhum akademikimiz İbrahim İsmayılov onu Azərbaycana dəvət etdi. O, buna ürəkdən razı oldu və Azərbaycana gədi. O zaman SSRİ-yə hər ABŞ alimini dəvət etmirdilər. Zadə nəhəng alim kimi SSRİ-yə dəvət olunmuşdu və ondan sonra da Azərbaycana gəlməsi, ata yurdu ilə  sıx əlaqələri qurulmasına səbəb oldu.
Sonralar  mən mərhum İsmayıl İbrahimov və  Zadə ilə o zaman əlaqə quran onlarla alimlə söhbət də etmişəm. Hər biri Zadənin Azərbaycana böyük rəğbətindən danışırdı. Kimsə deyəndə ki, Zadənin Azərbaycana marağı, rəğbəti yox idi, məndə sual doğrurur ki, o adamda bu fikir haradan yaranıb. Bir misal deyək, dünya şöhrətli alimimiz Rafiq Əliyevin dünyanın hər yerində tanınmasında Zadənin böyük rolu var.İndi dünyanın bir çox məşhur universitetlərində Zadə-Əliyev elmi mərkəzləri yaranır və bir çoxlarında bundan sonra  yaranacaq.  Təkcə R.Əliyev deyil ki! Xeyli alimlərimizə  Zadənin köməyi dəyib və dəyməkdədir.  Mənim özümə də həmçinin”¦. Bunu pafosla deməyə ehtiyac yoxdu, irəli sürdüyüm yeni Ahəngyol nəzəriyyəsinin  beynəlxalq elm aləmində  tanınmasında   onun böyük rolu var. Çünki 2011-ci il 7 iyul tarixində Kaliforniya universitetinin BİSC elektron jurnalına bu nəzəriyyənin tezisləri Zadə tərəfindən qoyuldu. Ondan sonra 14 ölkədə Ahəngyol təqdim olundu, məqalələr nəşr olundu. Bu gün də bu işlər davam edir. Çin, İtaliya, ABŞ, Polşa,  Almaniya, İngiltərə , Rusiya, Türkiyə, Sebiya və s. kimi  bir çox ölkələrdən elmi tədbirlərə  dəvət almağım Zadənin hesabınadır. Əgər Zadə olmasa idi indi də Azərbaycandakı hər hansı alim nəzəriyyəmi ya qısqanclıqla, ya da hər hansı sa başqa  hislərdən dolayı ordan-ora, burdan-bura atırdılar. Heç ona diqqət ayıran da yox idi. 

Zadənin bir zamanlar millət vəkilimiz Qənirə Paşayeya, journalist Möhbəddin Səmədlə,  Mir Şahinlə, başqa jurnalistlərimizlə   müsahibələri yadımdadı. Onlar da təsdiqləyərlər ki, Zadə Azərbaycanla çox yaxından necə maraqlanıb. Azərbaycanda baş verən prosesləri izləyib. Azərbaycanı sevmək nə təhər olur ki?! O küçədə durub qışqırmalıydı ki, mən azərbaycanlıyam,  Azərbaycanı sevirəm?! Həm də mən onunla təmasda olanlardan eşitmişəm ki, o bəzi çıxışlarında özünün azərbaycanlı olmasını dilə gətirib. Bilmirəm, onun bu sözü işlətmədiyini deyənlər hansı əsasla belə hay-haray salır? Ya haradasa gedib piket keçirib bu sözləri deməli idi?! Hər insanın öz məşğuliyyət sahəsi var. Zadənin təkcə  varlığı onun ətrafında olan minlərlə insanın Azərbaycana rəğbətinin artmasına əsas səbəbdir.  Həyatda hər kəsin öz təyinatı var. Hansı insanımız öz təyinatına görə böyük uğurlar qazanırsa bu elə Azərbaycana xidmətdir. 
Çox təəsüf ki, heç gözləmədiyim halda bəzi ziyalılarımız onun qanının təhlilinə girişib. Yadıma  dahi Müslüm Maqomayevin dünyasını dəyişdiyi günlər düşür. O zaman da bəzi aparıcı qəzetlər, ziyalılar onun qanının təhlilinə girişmişdi. Bu çox usandırıcı haldır. Böyük Atatürk də demişdi ki: “ Nə mutlu, türkəm deyənə!” Axı hər kəsə aydındır ki, qəlb doğmalığı qan qohumluğından da irəlidir. Bunu dinlər də təsdiq edir, böyük dühalar da!   Zadə hansı ölkədə dəfn olunmağını istəsə həmin ölkə bunu alqışlayar. Bu adam əziz həyat yoldaşının yanını yox, hansısa bir ölkəni yox, qəlbinə daha doğma olan Azərbaycanı seçib. Bunun üstə adamı məzəmmət edməyin heç bir müsbət adı yoxdur.


Bəs, vəsiyyətə olan bu cür  aqressiv münasibət haradan yaranıb? Bunun nə kimi sosioloji və psixoloji izahı var? Ə.Qəşəmoğunu dinləyək:

“Yekun olaraq onu demək lazımdır ki, burada bir neçə səbəb var: 1) Onun Azərbaycan alimlərinə verdiyi dəstək, etdiyi kömək barədə məlumatı olmayanlar; 2) Dahi alimin kim olduğunu bilməyənlər; 3) Zadədən umacağı çox olanlar. Uzun illər Zadənin onlar barədə xoş söz deməsoni gözləyənlər; son 20-30 ildə müşahidə etmişəm ki, bizim bəzi alimlərimizin  Zadədən umacaqları çoxdu. Məsələn, xatırlayıram ki, 20 il bundan əvvəl bir alim mənə deyirdi ki, mənim işlərim Zadənin elmi işlərindən daha mühümdü, amma Zadə heç buna fikir vermədi”¦. Hər halda belə insanlarımız da var”. 4) Başqasının uğurlarına sevinə bilməyənlər, qısqanclıqla yanaşanlar; 5) Şivən çəkməyi özü üçün bir qabiliyyət hesab edənlər və 6) Mənfur məqsədlərlə xalqımızın nüfuzlu şəxslərini gözdən salmağı qarşısına məqsəd qoyanlar və s. 

Şəxsən məni bir sosioloq olaraq cəmiyyətimizin Zadənin vəsiyyətinə olan münasibət çox təəssüfləndirdi. 

Elmin Nuri

Nəcəf Nəcəfovun qeyri-adi jurnalist fəaliyyəti - NƏSİMAN YAQUBLUNUN YAZISI
Aprel şəhidimizin qardaşının toyu oldu - FOTOLAR
Sərdar Cəlaloğlu: “Azərbaycanın geopolitik vaxtı Moskva saatıyla işləyir”
Bakı-Tbilisi-Qars dəmir yolunda bir ilk də yaşandı...
"Elçibəyin əsas fərqliliklərindən biri də türklüyü ilə qürur duyması idi"
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Araşdırma
“Nəsib bəyin komandası Avropa ölkələri üçün nümunədir” – İngilis ali komissarının tarixi məktubu
Gündəm
“Azərbaycan əsgərinin addım səslərini eşitmək bizim üçün şərəfdir”
Cəmiyyət
"Bu nə hoqqabazlıqdır, bu nə özbaşınalıqdır, bu nə düşüklükdür?"
Cəmiyyət
Əbülfəz Elçibəyin anadan olmasından 80 il ötür
Araşdırma
Yeməyi oğlundan alıb, əsgərə yedirən, hərbi formanı ən yaxşı parçadan tikdirən CÜMHURİYYƏT GENERALLARI
Həftənin ən çox oxunanları
Rusiya üzərində qələbə: "Baş nazir sevinir, prezident əleyhinədir"
"Hakimiyyətdə olduğu neçə illər ərzində ilk dəfə olaraq sükan Ərdoğanın əlində deyil..."
Lotoreyanın sirrini tapan riyaziyyatçı 7 dəfə mükafat qazandı...
“Türk Yıldızları” Bakı səmasında uçuşlar keçirəndə hamımız sevincdən ağlayırdıq”
Yarıçılpaq səudiyyəli fanat qadın və hicablı rus azarkeş qız - Futbol çempionatındakı təzadlar + VİDEO
12 yaşında Kəbəni üzərək təvaf etdi - Gözlənilməz (FOTOLAR)
İki Ali Baş Komandanımızın Xankəndindəki paradını bizə çox görməyin: - TARİXİ SEÇİM...
Paşinyanın gəncliyinə aid biabırçı şəkli paylaşıldı - FOTO
Afaq Aslan Damlanın keçmişilə bağlı qalmaqallı iddianı təsdiqlədi: "Pula görə yad kişilərin stollarının altından..."
"Bu, Azərbaycan kişisinə yaraşan addım deyil ki, kiməsə geyiminə görə müdaxilə etsin"
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin