Xəbər lenti
24/10/2017 [11:31]:
Mehriban Əliyeva Könül Xasıyevaya ev hədiyyə etdi
24/10/2017 [11:22]:
Rəsulzadənin şahidi olduğu ilk qətl hadisəsi- Romandan IX fəsil
24/10/2017 [11:18]:
AZAL-ın idarə rəhbəri vəfat etdi
24/10/2017 [11:14]:
“Onu sıxışdırır, tənqid edirlər”- Rəsulzadə Cavid haqqında...
24/10/2017 [11:04]:
Ermənilərin gözü qarşısında düşmən bayrağına tüpürən azərbaycanlı əsir...
24/10/2017 [11:03]:
Ermənistan ordusu: Zəncirin sın(dırıl)mış halqaları
24/10/2017 [11:01]:
Müğənni Damlaya ev hədiyyə edən sevgilisi danışdı: “...qəbahət deyil”
24/10/2017 [10:58]:
Hüseyn Cavidi belə öldürdülər - Məxfi sənədlər
24/10/2017 [10:53]:
Müğənni səhnədə yıxıldı - BBC-ni məhkəməyə verir
24/10/2017 [10:52]:
Bakı möhtəşəm açılışa hazırlaşır - 6 gün qaldı
24/10/2017 [10:50]:
Yaponiyada insanlar qasırğanın qurbanı oldular
24/10/2017 [10:43]:
Gələn il orta aylıq əməkhaqqı 549 manat olacaq
24/10/2017 [10:33]:
İnsan beyinini yaşlanma və passivlikdən qoruyan üsullar - Sağlamlıq
24/10/2017 [10:32]:
Vüsalə şoudan ağlayaraq getdi - “...Gərək canıma qəsd edim”
24/10/2017 [10:27]:
“Kişilər yay tətilindən cinsi xəstəliklə qayıdır” - Açıqlama
24/10/2017 [10:25]:
Azərbaycanda daha bir bank çökdü
24/10/2017 [10:12]:
Məhbusların qaçmasına görə tutulan vəzifəli şəxslər - ADLAR
24/10/2017 [10:08]:
Aşura hadisəsinin anlanılmasında elmi və emosional tərkib...
24/10/2017 [09:39]:
Hüseyn avropalı qızı qrup halında zorlanmaqdan qurtardı- İbrətamiz
24/10/2017 [09:23]:
Şəmkirdə “NİVA” aşdı, polis yaralandı
24/10/2017 [09:15]:
Gədəbəydə ölümlə nəticələnən yol qəzası
24/10/2017 [09:11]:
ABŞ-da qadın hərbi bazada atəş açdı
24/10/2017 [01:56]:
Həyatınızda önəmli hadisə baş verir - Günün qoroskopu
24/10/2017 [01:06]:
Gürcüstanda azərbaycanlı qətlə yetirildi
24/10/2017 [00:56]:
Buffon ilin ən yaxşı qapıçısı seçildi
24/10/2017 [00:54]:
Ermənistanda rusiyalı əsgər xidmət yoldaşını öldürüb, sonra intihar etdi
24/10/2017 [00:49]:
İlin ən yaxşı kişi futbolçusu məlum oldu
24/10/2017 [00:02]:
FİFA dünyanın ən yaxşı məşqçisinin adını açıqladı
23/10/2017 [23:54]:
BAO-nun İstanbul təmsilciliyi “Sabah” qəzetinə qarşı etiraz aksiyası keçirib
23/10/2017 [23:49]:
Uşaqların dini mərasimlərə aparılması rəsmən QADAĞAN OLUNUR
23/10/2017 [23:26]:
"Mən özümə hörmət etdiyim üçün AzTV-nin qapılarını onların üzünə çırpıb getmişəm"
23/10/2017 [23:21]:
1 il əvvəl ərini öldürən qadın azadlıqda gəzir -Müstəntiq qatilə himayədarlıq edir?
23/10/2017 [23:17]:
İnternetin fenomen müəllimləri Soyunaraq motivasiya edirlər - FOTO
23/10/2017 [23:10]:
Boksçumuz ermənini rinqə çıxmağa peşman etdi
23/10/2017 [22:55]:
Heyvanların xilas edərək yaşatdığı insanlar- FOTOLAR
23/10/2017 [22:50]:
Poroşenkoya qarşı sui-qəsdin qarşısı alındı
23/10/2017 [22:42]:
Naxçıvanda yeni qapalı suvarma şəbəkəsi istifadəyə verildi
23/10/2017 [22:29]:
Aldığınız kirli yumurtalara diqqət edin - FOTOLAR
23/10/2017 [22:24]:
“Kissincer söz verdi ki, Qarabağ məsələsi ilə məşğul olacam...” - Ayaz Mütəllibov
23/10/2017 [22:20]:
Nərimanovda “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda tədbir keçirildi
23/10/2017 [22:20]:
Deputatın gecə klubunda sevişən kursant akademiyadan qovuldu - RƏZALƏT...
23/10/2017 [22:13]:
“Mənə görə şəhid olmayıb ki, zırıldama, rədd ol çölə” -İcra başçısından təhqiramiz addım...
23/10/2017 [22:11]:
O qatarın dalınca baxan bədbəxt ölkə...
23/10/2017 [22:07]:
QHT Şurası 2018-ci il fəaliyyət planı ilə bağlı qərarlar qəbul etdi
23/10/2017 [21:53]:
Tillerson xəbər etmədən Bağdad və Əfqanıstana getdi
23/10/2017 [21:52]:
İllərdir yanlış istifadə edirik: İxtiraçıdan açıqlama...
23/10/2017 [21:45]:
Türkiyəni daha iki istefa xəbəri deprem kimi silkələdi...
23/10/2017 [21:44]:
Nostradamusun Mussolini və Hitler barəsindəki proqnozu: “Heç zaman bilməyəcəklər...”
23/10/2017 [20:41]:
Azərbaycan Rəşid Kosayevi axtarışa verdi – FOTO
23/10/2017 [20:38]:
Köpək balığından qaçmaq üçün 3 saat üzdü: “Yem olacaqdım...” – FOTO
23/10/2017 [20:29]:
Ayaz Mütəllibovu belə cavan görmüşdünüzmü? - NADİR FOTO...
23/10/2017 [20:14]:
Vitse-admiralla prokuror arasında “dəniz döyüşü”: “Belə çıxır ki, həftəyə 1 səhifə oxuyub?...”
23/10/2017 [20:01]:
"Bu sanskiyaların xərcini sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər çəkəcək"
23/10/2017 [19:59]:
“Avropa Bosniyada öldü, Suriyada basdırıldı” - Ərdoğan
23/10/2017 [19:56]:
"Vəkil olmaq üçün keçirilən imtahanda 60 bal toplamaq məgər bu qədərmi çətindir?!"
23/10/2017 [19:49]:
“Çudo Peçka”nın 27 əməkdaşı dindirildi
23/10/2017 [19:46]:
“Düşmən bizi məhv etmək üçün kilsədən də, keşişdən də istifadəyə hazırdır...”
23/10/2017 [19:41]:
Çingiz Qənizadə də məhkumların qaçmasından danışdı
23/10/2017 [19:37]:
Qaçan məhbuslara görə nəzarətçilər istintaqa cəlb edildi
23/10/2017 [19:34]:
Zakir Həsənov Aİ nümayəndəsinə ermənilərin təxribatından danışdı
23/10/2017 [19:13]:
“Facebook”-da “Sabahınız xeyir” yazan müsəlman həbs edildi - Rəzalət
23/10/2017 [18:38]:
BSU-da “Uzaq və Yaxın Polşa” kitabının təqdimatı oldu
23/10/2017 [18:24]:
Şəkidə yol tikintisinə 4,8 milyon manat ayrılıb
23/10/2017 [18:15]:
Kamal Abdulla BMT nümayəndəsi ilə görüşdü
23/10/2017 [18:14]:
Nəzarətçilər istintaqa cəlb edilib - Qaçan məhbuslara görə
23/10/2017 [18:13]:
Ermənistanda mədən qəzası: 1 ölü
23/10/2017 [17:40]:
Gürcüstanın baş naziri Azərbaycana gəlir
23/10/2017 [17:38]:
Sumqayıtda ərini öldürən qadın bir ildir ki, azadlıqdadır – FOTO
23/10/2017 [17:30]:
Rənglərin qardaşlığı...
23/10/2017 [17:17]:
Yılmaz Okuklu: “Qarabağ məsələsi Türk xalqının qəlbinə hopub”
23/10/2017 [17:11]:
Ən yüksək imicə malik müasir dünya yazıçıları – TƏƏCCÜBLƏNDİRƏN SİYAHI
23/10/2017 [17:11]:
Sarkisyan Rusiya ilə birgə qoşunun yaradılmasını təsdiqlədi
23/10/2017 [17:05]:
Monqolustan dağlarında 10 alpinist öldü
23/10/2017 [16:57]:
Azərbaycanda zəlzələləri müəyyən edəcək 22 stansiya var
23/10/2017 [16:51]:
Azərbaycanda bəzi sürücülər təhlükəsizlik kəməri taxmaya bilər
23/10/2017 [16:48]:
Rəsulzadə bədəndən "cin çıxarmaq" istəyən mollanı belə susdurdu- Romanın VIII fəsli
23/10/2017 [16:43]:
Prezident “Polis haqqında” qanuna dəyişikliyi təsdiqlədi
23/10/2017 [16:35]:
Vüsalə “Maşın”dan getdi
23/10/2017 [16:31]:
Azərbaycanlı kişi ginekoloqun rekord qıran VİDEOsu
23/10/2017 [16:23]:
Qənirə Paşayeva Türk dünyası QHT və Gənclər təşkilatları ilə görüşdü
Bütün arxiv bir sırada
12/08/2017 [20:26] - Cəmiyyət - ( 839 dəfə baxılıb)

Türk xalqlarının yazqı birliyi üzərinə...



Moderator.az Güntay Gəncalpın Xalq şairi Sabir Rüstəmxanlı ilə söhbətinin sonuncu bölümünü təqdim edir:

Fəlsəfədə parçanı bütünün tərkibində və işığında görməyə çalışdığımız kimi, tarix fəlsəfəsində də indiki zamanı tarixin bütünlüyü içində anlamağa çalışarıq. Bu baxımdan tarix, yalnız keçmişdə olub bitən olaylardan ibarət deyildir. İndiki zamanda gələcəyə doğru yönlənmişlik niyətini də içərər. Çünkü xalqların niyət dəyişimi yeni mədəni hərəkətlənmə ilə bir yerdə, yeni amacları da bəlirlər. Əski dövrlərin qarşıtı olan görüşlər və davranışlar ortaya çıxar. Milli hərəkət demək də zatən tarixi pozision dəyişimindən başqa bir şey deyildir. Günümüzə qədər davranışlarımızı bəlirləyən ideyalar bizi aydınlığa deyil, qaranlığa götürmüşsə, o zaman fərqli milli bir üfüqdən varlığa, topluma, qonşulara və həyat şəklinə baxmaq gərəkir. Şübhəsiz ki, bu yeni ideyanın yaradıcısı milli dildə təbəlvürlənən sənət, elm və düşüncə əsərləri olacaqdır. Bu bağlamda milli oyanış önündə üç evrə ortaya çıxar: 

1- Dış determinist sorunu aşma eyləmi. Bu, orada durub da kəndisini bizə göstərən yabancı əngəldir. Rahatca görünər. Lakin onu devirmək üçün iç sorunlar çözülməlidir. Dış determinist əngəlin basqısı viran edici olmaz. Ona qarşı dirənmə gücü də toplumun içində birikə bilər. Amma necə? 

2- İç determinist sorunu aşma eyləmi. Əsas sorun budur. Toplumların yüzillər boyunca alışdıqları cəhalət onların iç və bəsirət gözlərini kor edər. Kor gözlə də orada durub kəndisini açıqca göstərən dış əngəli görə bilməz. İrandakı türklərin fars milliyətçiliyinin uyqulamalarını görmədiyi gibi. Bizim gerçək sorunumuz budur. Məsələn nədən bizim xalq rusu, ermənini düşmən görər də, ancaq onun milli həyatını yox edən, torpağını sömürən fars milliyətçiliyinin niyət və uyqulamalarını görməz? Nədən əcəba? Aradakı fərq nədir? Fərq din birliyidir. Demək ki, bizim gibi geri qalmış toplumlarda din birliyi dil birliyini üstələməkdədir. Çünkü ortaq dəyərlər və kültür ölçüləri ürətimində tarix boyu dilin deyil, dinin etkisi öndə olmuşdur. Nitəkim bizim 1000 illik tariximiz sünnilik dini adı altında ərəb, Səfəvi sonrası şiəlik dini adı altında fars milliyətçiliyinə könüllü və sədaqətli xidmətdən ibarət olmuşdur. Sünnilik və şiəlik adları altında milli intihara qalxışmışıq. Bu da bizdə alışqanlıq halına gəlmişdir. Atatürk silah və qılıc gücünə bu kötü alışqanlığı, yəni qaba və çirkin ərəb kültür imperyalizminin heyranı və fədaisi olma alışqanlığını Anadolu türklərinin milli yazqısından silməyə çalışdı. Doğrudur, günümüz Türkiyə islamcıları hələ də qaba və çirkin ərəb kültürnün özləmi içindələr, hətta ərəbin dəvə sidiyi içməsini də din olaraq topluma impuzə etməyə çalışarlar. Lakin Atatürkün bəlirlədiyi özgürlük və onurlu millət olma çizgisinə də zaval yoxdur. Çağdaş düşüncələr və evrənsəl boyutdakı gəlişmələr Atatürkün bəlirlədiyi niyəti pəkişdirmək (bərkişdirmək)dədir. Türk Dünyasındakı onurlu ulusal oyanışın da tək başarılı uyqulayıcı yolbayı hələ ki, ancaq Atatürk olaraq görünməkdədir. 

3- Kültürəl determinizm. Geri qalmış kültür dəyərləri də iç əngəl olaraq bir ulusu yox olmağa götürər. Səfəvi sonrası kültürəl dəyərlərimiz bizi yoxluğa, umutsuzluğa, molla-feodal sinfinin köləsi olmağa, xürafələrə, mərsiyəxanlığa, ağlaşmaya və məsxərə Kərbəla oyunbazlığına alışdırmışdır. Bu dəyərlərdə evrilim və yenilənmə olmazsa, iç köləliyin, yabancısevərliyin basqısından qurtulmamız mümkün olamaz. Bu baxımdan dəyərləri üç qismə ayıralım: 

• Ölən dəyərlər. Toplum olaraq alışdığımız bizim dəyərlərin çoxu evrənsəl meyardan yoxsun olduğundan ruhsuz ölü dəyərlərdən ibartdir. Ölüpərstlik, aşura məsxərəsi gibi törənlər də buradan qaynaqlanmaqdadır. Evrənsəl boyutu olmayan ölü dəyərlərin əhatəsində yaşadığımız üçün toplumumuz umutsuz, miskin, düşüncəsiz, heç bir şey ürətəməyən coşqusuz və həyat duyqusundan məhrum olan kütlə halındadır. Bütün millətlərdə ölən və yox olan dəyərlər var. Lakin modernitənin ilkələrini yaxalamış olan toplumlar ölü dəyərləri buraxıb yeni dəyərlər və yaşam ölçütləri təsis edərlər. Yüzillər öncəki yazıb-oxuması olmayan xalq kütləsinin dəyərləri ilə bu çağda necə yaşamaq olar? Bu faciəni, yəni dəyər ürətəməmə və qoxuşmuş ölü dəyərlər içində yaşama alışqanlığını böyük M. Ə. Sabir bu şəkildə bəyan edər: 

-“Şəhri-məluminizin vəzi-qərarı necədir?

-Necə görmüşdüsə onu həzrəti-Nuh eyləcədir.” 

Yəni Nuhdan bəri heç bir irəliləmə və dəyişim yox. Qoxuşmuş mühafizəkar dinçi kültür hər tür dəyişimin düşməni olaraq ortada dolaşmış. Müsəlman xalqların bədbəxtliklərinin səbəbi də budur. Nə özləri yeni dəyər ürətmə zehniyətini özümsər, nə də Avropada böyük fədakarlıqlarla, elmin və bilginin gücüylə ürətilən demokratik dəyərləri mənimsərlər. Qoxuşmuş və dəyişimi qəbul etməyən primitiv VII əsr ərəb kültürü içində gömülmüşlər. İnsan mehvərli mədəniyət təsis etmə yerinə, gözə görünməyən, ancaq naqis ağıl üzündən hər işə də qarışan Allah mehvərli saxta mədəniyətdən yana olmalarının necə bədbəxtliklər törətdiyi gözlər önündədir. Oysa ki, Quranda ağlın qullanımıyla ilgili açıq bəyanlar var. “Hər çağın öz kitabı, söyləmi və elmi var” (13-cu surə, 38-ci ayət) gibi ayətlər var. Allah dini bir qavramdır, onun sosiolojik qarşılığı xalqdır. Xalqın rifahının yüksəlişinə xidmət edən hər zehniyət ibadət etsə də etməsə də, Tanrıya xidmət etmiş olar. 

• Ölən dəyərlərdən sonra bir də gəlişən və yenilənən dəyərlər var. Bunun başında dil gələr. Dil özü kəndiliyindən bir dəyərdir. Lakin Səfəvi sonrası da dil dəyərimizi Kərbəla fantaziyaları o qədər doldurmuş ki, dilimizdə yalan və iftira adlanan mərsiyə ədəbiyatı üstünlük təşkil etmişdir. Ulusal oyanış dövrlərində ana dilini yalan və xurafələrdən arındırmaq da bir başqa missiyadır. Bunun üçün dilin fəlsəfəyə girməsi şərtdir. Durmadan ana dildə dəyər ürətmə və əskimiş dəyərləri tarixə gömmə modernitənin gərəksinimlərindən biridir. Demokrasi, insan haqları, işçi haqları, sekularizm, qadın haqları, analıq haqları, çocuq və yaşlı haqları gibi dəyərləri qanuniləşdirən millətlər onurlu millətlərdir. Bizdə böyük H. Cavid əski dəyərlərə qarşı çıxaraq yeni dəyərlər silsiləsi ürətmə zehniyətini bu biçim bəyan etmişdir:

“Lazımsa cəhalətlə göləşmək,
Bir çarə var ancaq: yeniləşmək.”

Çünkü həqiqətən də ən çətin iş yeniləşmək və çağa uyqun dəyərlər ürətə bilməkdir. Dəyər ürətmənin qarşısında dinçi, törəsəl xürafələr dəmir divar hörərlər. Bu üzdən Cavid şöylə davam edər:

“Bizlər yeniləşsək bilə daim,
Bir əskilik az-çox bizə hakim.”

• Dəyişən dəyərlər. Başqa xalqlarla təmasa girərək, onlardakı gərəkli dəyərləri alıb öz həyat və dünya görüşümüzün bir parçası halına gətirmək dəyər dəyişiminə yol açar. Bizdə bunu avropalaşma olaraq ideologiyalaşdırmışlar. Çünkü modern mədəniyətin beşiyi Avropa olmuşdur. Modern mədəniyətin alternativi də yoxdur. Nə budism, nə İslam, nə Xristyanlıq, ... heç bir mədəniyət modern mədəniyətin seçənəyi deyildir. Nədən əcəba? Din kitabları bütün insanların Allah qarşısında eşit olduğunu vurqular. Renesans sonrası gəlişmələrdə Allah sözünün yerinə qanun sözünü qoydular. Qanun qarşısında hər kəs eşit olmalıdır. Molla-keşişin digərlərindən fərqi olmamalıdır. Müsəlman dünyasında əksik olan da budur. Çünkü dinlərdə olumlu və yararlı nə varsa, zatən modern mədəniyət onu öz bünyəsinə alıb sürdürməkdədir. Əslində çağımızda bizim və özəlliklə İrandakı türklərin bir tək müttəfiqi varsa, o da modern mədəniyətdir. Sekularizm, demokrasi, dini çoğulculuq, insan haqları, işkəncənin yasaqlanması, açıq toplum, qadın haqları, molla sinfinin ləğvi gibi dəyərlər bizim tariximizdə heç bir zaman olmamışdır. Bu dəyərləri Avropanın böyük şərəfli filosofları kilsə-məscid basqılarına qarşı ürətmişlər. Xurafat dolu əski tarixlərə heyran olmaq yerinə, indiki zamanda yaşaya bilmə düşüncəsini çağrışdıran modern dəyərlərə ehtiyacımız vardır. Modernitə bütün xalqların ulusal yüksəlişi üçün hər türlü imkanları sunmaqdadır. Lakin bizim gibi Səfəvi-mərsiyə kültürünün qaranlığına gömülmüş xalqlar bu imkanlardan yararlanmırlarsa, artıq bu, modern mədəniyətin suçu deyildir. Bilimə görə baş düşünmək üçündür, zəncir və qılıcla döymək üçün deyildir. 500 ildir səfəvizədə xalqımız başını düşünmək yolunda çalışdırmaq yerinə, onu zəncirlə, qapazlar, qılıc və qəmə ilə əzərək dəyərsizləşdirməkdədir. Ortalıqda isə başına döyüb ağlayan cahil kütlənin cəhalətindən fayda əldə edən molla-feodal sinfi olmuşdur. Bir imkanın doğaraq özünü necə göstərmə yöntəmini modernitə bizlərə sunmaqdadır. Bu baxımdan İran gibi bir ölkədə əski çağlardakı modellə təşkilatlanmaqla ulusal oyanışı irəlilətmək olmaz. Modern mədəniyətlə düşünsəl təmas və türk dilində modern elmi, modern fəlsəfəni, modern dəyərləri özümsəmə milli qurtuluşumuzun rəhnidir. Bu bağlamda Türkiyədəki modern türkcə bizə yardımçı ola bilər. Çünkü son 100 ildə dil öz yapısı və qramatikası üzərində inkişaf edərək Batı-Doğu elmini Türkiyədə dilimizə tərcümə etmişlər. Türkçələrin içində yalnızca Türkiyə türkcəsi evrənsəlləşmişdir. Bu, istifadə etməmiz gərəkən bir fürsətdir. 

Bilgi sosiolojisində bilginin ürətildiyi sosial qoşullar çox önəmlidir. Sovetlər zamanı və sonrası Azərbaycanda ürətilən tarix bilgiləri sosial oratamlarla təmassa girmədən ürətilmişdir. Məsələn Azərbaycanda iranşünaslıq deyə bir elm yoxdur. Hər kəsin əzbər bildiyi uydurulmuş mifik bir tarix var. İran tarixi mühitinin toxusu dəyişməzsə, orada türklük bilinci gəlişəməz. Çünkü o tarixi sosial mühit Səfəvilər tərəfindən yapılanırkən türk və elm qarşıtlığı üzərində bərqərar edilmişdir. O mühit türklük bilincinin doğuşuna əsla və heç bir şəkildə izn verməz. Stalinizm uyduruğu olan azərbaycançılıq nədən İranda qəbul edildi? Çünkü digər ideologiyalar gibi azərbaycancılıq da türk kimliyini kölgələyən antitürk bir ideologiyadır. Oysa sosial bilgi sosioloji ortamla təmas və sorqulama halında oluşdurulmalıdır. Bu girişdən sonra Türk xalqalarının ortaq ulusal yazqısı haqqında davam etmək istərdim.

XX yüzil Türk millətinin ortaq yazqısı açısından uğurla sonuclanmışdır. Bu çağda iki önəmli hadisə türklər üçün böyük yarar sağlamışdır: 1- İran şiə iniqlabı, 2- Sovetlərin çöküşü. ABD rəhbərliyindəki Qərb, sovetləri çökərtmək üçün İrandakı şiə inqilabını planladı. ABD casusluq şəbəkəsi CİA Fransada Xomeyninin hesabına milyonlar dolar para yatıraraq onun devrimci söyləmlərinin İran xalqlarına ulaşmasını sağladı. Çünkü o dövrdə neft çox bahalaşmışdı. Dünyanın ən böyük neft satıcısı olan sovetlərin iqtisadiyatı petrol fiyatının yüksəlişi üzündən irəliləyir və Qərbi qorxudurdu. İranda şah rejimi petrol gəlirinin sağladığı imkanlar üzündən məktəblərdə şagirdlərə pulsuz yemək dağıdırdı. ABD sovetlərin çökməsi üçün iki plan hazırlamışdı: 1- Sovet sınırında teror əsdirərək sovetlərin Əfqanistana girməsini düzənlədi. 2- İranda rejim dəyişikliyi ilə petrolun fiyatının çox aşağı düşməsini sağladı. Bunun arxasınca da 8 il sürən İran-İraq savaşı ilə ucuz qiymətə neft alaraq baha qiymətə əskimiş silahlarını İran və İraqa satdı. Zahirən İsrail düşmənliyi edən İran kəndisi də İsraillə silah ticarəti edirdi. Petrolun fiyatının düşməsiylə sovet ekonomisi çökdü, hətta Əfqanistandakı ordusunu ayaqda tutamaz halə gəldi. On il gibi çox qısa bir zaman dilimində sovetlər birliyi dağıldı. Sovetlərin çöküşüylə eyni zamanda İranda fanatik və ideolojik şiə rejiminin iş başında olması Türk xalqlarına fürsətlər sundu. Mərkəzi Asiya ölkələri ululslar arası enerji qaynaqlarının Batıya ulaşması üçün ən yaxın, ucuz və güvənli yol əslində İran yolu idi. Bir yandan Türk Cumhuriyətlərinin İran-şiə rejiminə güvənməməsi, digər yandan Qərbin İranı antidemokratik və insan haqlarına sayqı duymayan ölkə olaraq tanıımlaması Türkiyənin geoticari, geoenerji önəmini önə çıxardı. Bu, həm Türkiyə, həm də Türk ölkələri üçün böyük fürsət və şans idi. Çünkü iqtisadiyat və enerji kəmərləri baxımından türk ölkələri bir-birinə kilidləndi. Bunun faydalarını qarşıdakı dövrlərdə gələcək nəsillər görəcəklər. İranda fanatik Səfəvi-şiə rejimi iş başında deyil də, laik bir rejim iş başında olsaydı, Türkiyə indiki geoenerji önəmə sahib olmayacaqdı. Enerji kəmərləri ilə bir-birlərinə kilidlənən Türk Cumhuriyətlərinin uzun vədədə kültür, dil və mədəniyət birliyinin altyapısı hazır duruma gəldi. Digər yandan teknolojik gəlişmələr modern türkçəni TV kanalları aracılığıyla tüm Türk Dünyasına daşıdı. Yəni 30 il sonra İstanbul türkcəsini anlamayan türk deyə bir kimsə Türk Dünyasında bulunamayacaqdır. Bu da Avrasiyanın ilətişim dilinin türkcə olması yolunda bəlirtilərin açıqca gözə çarpması deməkdir. Avrasiyanın ilətişim dili nədən türkcə olmalıdır? 

1991-ci ildə sovetlər çökdüyündə Avrasiyanın ilətişim dili üzərinə dörd seçənək ortaya çıxdı. Çin və ərəb dilinin bu yarışmaya girmə imkanları heç olmadı və olmayacaqdır. Fars, rus, ingilis və türk dillərindən birinin Avrasiyanın ilətişim dili olma şansı vardı. Fars dili 1000 il boyunca yazı və dəftər dili olmuşdur. Türk dövlətləri də bu dili yüksəltmişlər. Lakin heç bir zaman fars dili seçkinlərin dili olma statusunun ötəsinə yüksələrək Avrasiya xalqların ilətişim dili olmamışdır. Digər tərəfdən İranda radikal şiə rejiminin iş başında olması bu dilə qarşı antipatiya oyandırırdı. Ən önəmlisi isə ərəb əlifbasının türk xalqları üçün yabancı özəllik daşımasıydı. Sadəcə XIX əsrdə Axundov və Engels gibi düşünürlər deyil, X əsrdə Əbureyhan Biruni gibi bilgələr də ərəb əlifbasını elmin və ağlın bəlası olaraq nitələyirdi. Ərəb əlifbasını artıq İran və Əfqanistan türkləri dışında bilən yoxdu. Modern texnologiya da ərəb əlifbasına qarşıdır. Bu üzdən fars dili bu yarışın dışında qaldı. İngilis dilinin bölgədə kökü və tarixi yoxdur. İngilizcə danışan bir xalq kütləsi Avrasiya olaraq nitələnən bölgədə yoxdur. İngilis dili olsa olsa ancaq seçkinlərin, bilim adamların bildiyi dil düzeyində var ola bilər. Qaldı türkcə və rusca. Sovet sonrası rus dili geri çəkilən bir pozisiona endirgəndi. Rus mədəniyəti də geriləməkdədir. Bir mədəniyətin geriləməsinin üç şərti var: 1- Doğumun azalması, 2- Ölümün doğumdan daha artıq olması, 3- Ölkəni tərk edənlərin sayısının gün keçdikcə artması. Bu üç şərt günümüz Rusiyasında mövcuddur. Rus mədəniyəti çağımızda qurumağa üz tütmuş dəniz durumundadır. Putin bunu anlayaraq çox uşaq doğuran rus qadınların ödülləndirilməsini yasallaşdırdı. Ayrıca, Rusiyanın özündə də türk xalqları vardır. Kiçik bir qıpırdanışla ortaq türkcəyə ərə bilərlər. Ortada qaldı sadəcə türk dili. Yəni uzun vədədə Doğu Türkistandan İrana, Rusiyaya, Əfqanistana, Türkiyəyə qədər Avrasiyanin ilətişim dilinin türkcə olması qaçınılmazdır. Lakin bunun yolunda əmək də sərf edilməlidir. 1930-larda böyük Atatürk 49 min söz türkcəyə əklətdi. Hamısı da türkcənin kəndi yasalarına görə ürətilmişdi. 1000 söz də Türkistan türkcələrindən alaraq dilə yüklədi. Dövlətin gücü ilə də bunu uyqulamaya qoydu və artıq Türkiyədə xalq bu dili özümsəmişdir. Doğrudur islamcı irtica Türkiyədə dilimizin Atatürk tərəfindən zədələndiyini savunar və keçimişimizlə əlaqə quramaz halə gəldik deyə sağlıqsız söyləm gəlişdirər. Sanki keçmişlərində böyük filosoflar varmış! Bu yolda türkcənin modernizə edilməsini sağlayan A. Dilaçarın da əməyini sayqı ilə anımsamaq gərəkir. Türkiyədə dil öz yapısı üzərində gəlişdi və oxullarda da tədris edilərək xalqa özümsətildi. Artıq elm və fəlsəfə dili olaraq canlı bir dil vardır. Lakin bunlar yetərli deyildir. Türkistan türkcələrindən ən az 5000 söz daha Türkiyə türkcəsinin bünyəsində yer almalı və 50 min söz də Türkiyədən Türkistan türkcələrinə yerləşməlidir. Bunu milli türk dövlətləri gerçəkləşdirməlidirlər. Azərbaycanda Türk filmlərinin “azərbaycan dili!”nə tərcümə edilməsindən daha komik və məsxərə bir şey ola bilməz. Doğal olaraq bu istiqamətdə Türkiyənin üzərinə böyük görəv düşməkdədir. Lakin Türkiyədə də ərəb kültür imperyalizminin kölələri dincilər az deyildir. 
Bu böyük başarının gerçəkləşməsi üçün Türkistanda Mustafa Çokayın ön gördüyü ideya gerçəkləşməlidir. Çokay 1940-larda Avropada çıxardığı “Yaş Türkistan” dərgisində konfederal Türkistan birliyi ideyasını irəli sürürdü. Nədən də olmasın? Sənayeləşən, demokratikləşən, şəhərləşən, moderləşən Türkistan Cümhuriyətləri kofederal dövlət yapısı təməlində bütünləşməlidirlər. Böylə etməz və böyük türk kimliyi və mədəniyəti zəminində bütünləşməzlərsə, gələcəkdə Çin tərəfindən həzm ediləcəklər. Azərbaycan-Türkiyə konfederasionu və ya Avropa modeli bütünləşmə də tədricən gerçəkləşməlidir. Bunun üçün para birliyinə, özəlliklə eyitim birliyinə önəm verilməlidir. Böylə evrənsəl bir oluşum sürəci içində İrandakı türklərin yazqısı üzərinə düşünmək gərəkməkdədir. Böyük türk kimliyi dönüşümünün tarixi evrələrində biz də ulusal kimliyimizin anlaşılması və rəsmi status qazanması yolunda hərəkət etməliyik.

"Bu sanskiyaların xərcini sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər çəkəcək"
Azərbaycanlı kişi ginekoloqun rekord qıran VİDEOsu
Lütfi Zadə və Rafiq Əliyev nəzəriyyələrindən bəhrələnən kosmik icad- ELMİ UĞUR
Üç İmamla (ə) düşmənçilik edən məlun...
Rusiyada dillər əzbəri olan azərbaycanlı yol polisi... - FOTO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Ədəbiyyat
“Onu sıxışdırır, tənqid edirlər”- Rəsulzadə Cavid haqqında...
Dünya
Hüseyn avropalı qızı qrup halında zorlanmaqdan qurtardı- İbrətamiz
Dünya
“Facebook”-da “Sabahınız xeyir” yazan müsəlman həbs edildi - Rəzalət
Ədəbiyyat
Ən yüksək imicə malik müasir dünya yazıçıları – TƏƏCCÜBLƏNDİRƏN SİYAHI
Cəmiyyət
Azərbaycanda zəlzələləri müəyyən edəcək 22 stansiya var
Həftənin ən çox oxunanları
“Hər imkanda məni zorlayırdılar” - Olimpiya çempionu+ Fotolar
"Sükan arxasında şirin söhbət etmək də, nağıl danışmaq da olar..."
Mütəxəssislərdən xəbərdarlıq: “İctimai nəqliyyatda yaşlılara yer verməyin...”
Azərbaycanlı hərbi jurnalist Putinə müraciət etdi - Gözlənilməz...
6 nəfəri öldürən milyarder qızı məhkəməyə ağlayaraq gəldi, gülərək çıxdı - FOTOLAR
Ayaqyolunda olan zaman mobil telefondan heç vaxt istifadə etməyin - VİDEO
“Bundan sonra Sarkisyanla danışıqlara getməyin heç bir mənası yoxdur”
Prezident Aparatındakı müşavirədə tənqidi çıxışı ilə hamını heyrətləndirdi... - VİDEO
“Şeyxülislam başda olmaqla bütün dindarlar Mehriban Əliyevanın namizədliyini dəstəkləyəcək”
Üzərində Ermənistan bayrağı olan avtomobilin sahibi: – “Bu gecə Azərbaycanı tərk edəcəm”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin