Xəbər lenti
22/09/2017 [12:10]:
İcra Hakimiyyətinin maşını qəzaya düşdü: yaralı var
22/09/2017 [12:06]:
Kafedə reyd: Azərbaycanlı avtoritetlər tutuldu
22/09/2017 [12:06]:
“Məni UNEC-də təkcə yüksək təhsil səviyyəsi saxlamadı”
22/09/2017 [12:06]:
Dünya Bankının təhsil missiyası UNEC-də
22/09/2017 [11:57]:
Bakı strateji kəmərlərini “Dəmir günbəz” altına alır – Moskva və İrəvan şokda
22/09/2017 [11:55]:
Milli Məclisin eks-spiker müavininin oğlu ağır xəstədir
22/09/2017 [11:52]:
Prezident Balaxanı Sənaye Parkının açılışında
22/09/2017 [11:48]:
Dağlıq Qarabağ bu şəkildə azad edilməlidir - Markov
22/09/2017 [11:36]:
Şəmsəddin Hacıyevin mandatı alına, özü isə həbs oluna bilər - rəsmi
22/09/2017 [11:07]:
Taylandda keçmiş baş naziri ölkədən kim qaçırıb? - Polkovnik saxlanıldı
22/09/2017 [10:52]:
Fatih Terim federasiyanı hədələdi: Pulumu verin!
22/09/2017 [10:51]:
Mark Zukerberqdən açıqlama: "Facebook"dakı çirkab sübut olundu
22/09/2017 [10:49]:
Məhərrəm ayının tarixi və İslamda rolu — İki ay yas saxlamalıyıqmı?
22/09/2017 [10:40]:
Ərdoğanın Nyu-Yorkdakı çıxışına etiraz edən 5 nəfər saxlanıldı -Video
22/09/2017 [10:37]:
Zaur efirdə Şəbnəm Tovuzluya atmaca atdı -Video
22/09/2017 [10:25]:
"Lider TV" müflis olub?
22/09/2017 [10:14]:
Qardaş ölkənin 3 vilayətinə 5 günlük səfərdən 500 il unudulmayacaq təəssürat - FOTOLAR
22/09/2017 [10:11]:
“Azərbaycan Avropa Məhkəməsinin yurisdiksiyasından çıxmalıdır”
22/09/2017 [10:11]:
Natavan Aygünə ilişdi: Fanatlar işə qarışdı
22/09/2017 [10:01]:
İŞİD-dən azad edilən azərbaycanlı uşaqlarla bağlı – AÇIQLAMA
22/09/2017 [09:59]:
Fərhad Əhmədovun şirkəti ləğv olunur
22/09/2017 [09:49]:
“26-lar”ın məzarını ziyarət edən kimlərdir? - FOTOLAR
22/09/2017 [09:47]:
İtaliya səfirliyi Azərbaycan tələbələrinə niyə viza vermir?
22/09/2017 [09:46]:
“Qarabağ” - “Roma” matçına satılan biletlərin sayı açıqlandı
22/09/2017 [09:42]:
Mərkəzi Bank məzənnələri açıqladı
22/09/2017 [09:40]:
Cəbhədə gərgin gecə – Atəşkəs 128 dəfə pozuldu
22/09/2017 [09:35]:
Trampın toyuq, Putinin balıq, Merkelin kabab, Saakaşvilinin Kiyev kotleti “sevgi"si - MARAQLI...
22/09/2017 [09:30]:
Türkiyənin Bakıdakı səfirlərinin “gizli dosyeləri” - Rauf Arifoğlunun baxış bucağı...
22/09/2017 [09:16]:
İqtisadçı alimdən Elman Rüstəmova ittihamlar - "Ali səviyyədə səslənən yalanlar..."
22/09/2017 [09:02]:
Peyğəmbərimizin qızlarına nə qədər süd pulu ödənilib? - MARAQLI...
22/09/2017 [01:36]:
Vəziyyət kimin dost, kimin xoş münasibətə dəyməyən şəxs olduğunu göstərəcək - Günün qoroskopu
22/09/2017 [01:26]:
Ağlamağın insan sağlamlığına 5 faydası
22/09/2017 [00:02]:
Əli Yusifin Nəsib bəy Yusifbəyliyə ithaf etdiyi TƏSİRLİ ŞEİR
21/09/2017 [23:43]:
Yeni qayda: Bərkdən ağlamaq, saçını yolmaq, üzünü cırmaq qadağan edilir...
21/09/2017 [23:40]:
Erməni deputatlar Bakıda içki məclisindən foto paylaşdılar
21/09/2017 [23:18]:
"Çelsi"nin futbolçusu ağır yol qəzasına düşdü
21/09/2017 [23:05]:
Atatürk Hava Limanına enən özəl təyyarə qəzaya uğradı
21/09/2017 [23:02]:
Dünyanın ən varlı qadını vəfat etdi - 44 milyard dollarlıq sərvət sahibsiz qaldı...
21/09/2017 [22:53]:
Hər dörd qızdan biri depressiyaya düşür - ARAŞDIRMA
21/09/2017 [22:41]:
Emin Ağalarovun yeni biznesi...
21/09/2017 [22:30]:
Yeni cəza növü yaradılır
21/09/2017 [22:29]:
Hamilə arvadını bətnindəki körpə ilə birlikdə öldürdü
21/09/2017 [22:20]:
ADNSU-da Azercell Telekomun növbəti Tələbə təqaüdü proqramına start verildi
21/09/2017 [22:10]:
Ermənistan parlamentinin deputatları Bakıda səfərdədir
21/09/2017 [22:05]:
2018-ci il üzrə dövlət büdcəsi layihəsi Nazirlər Kabinetində müzakirə olundu
21/09/2017 [21:39]:
ƏƏSMN-də Dünya Bankının İş Yerlərinin Diaqnostikası missiyası üzrə nümayəndə heyəti ilə görüş oldu
21/09/2017 [21:37]:
Adəm Cənnətdən qovulduqdan sonra buraya gəlib çıxıb - Fotolar+Video
21/09/2017 [21:19]:
Səudiyyə şahzadəsinin 550 milyonluq kateri batdı
21/09/2017 [21:06]:
Ayətullah Xameneyi Donald Trampı aciz və başıboş adlandırıb
21/09/2017 [20:59]:
TDƏŞ Xarici İşlər Nazirlərinin qeyri-rəsmi iclası keçirildi
21/09/2017 [20:57]:
Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı
21/09/2017 [20:36]:
AZTV sədrinə sui-qəsddə təqsirləndirilən şəxs həbs edildi
21/09/2017 [20:35]:
Lütfizadənin cənazəsinin Bakıya gətiriləcəyi vaxt açıqlandı
21/09/2017 [20:34]:
Atalığından hamilə qalan 12 yaşlı qızın körpəsi öldü
21/09/2017 [19:59]:
“MTN-i Elçin Quliyev kimi generallar dağıdıb” - Məhkəmədə insident yaşanıb
21/09/2017 [19:56]:
Adnan Oktara tərs suallar - VİDEOMÜSAHİBƏ
21/09/2017 [19:42]:
Bakıda Kərkük türkmanlarının durumu müzakirə ediləcək
21/09/2017 [19:38]:
“Mançester Yunayted” klubu rekord məbləğdə gəlir götürdü
21/09/2017 [19:29]:
Əbu-Dabidə görünməmiş qum fırtınası- VİDEO
21/09/2017 [19:11]:
29 rus əsgəri İŞİD-in mühasirəsinə düşdü - VİDEO
21/09/2017 [18:39]:
Çingiz Qənizadə: “Hacı Qalibə ağzından çıxan sözün məsuliyyətini dərk etməyi öyrədəcəm”
21/09/2017 [18:17]:
Türkiyədəki evlilik verilişinin tanınmış siması: İştirakçılar arasında azərbaycanlı fahişələr də vardı
21/09/2017 [18:06]:
Sumqayıtda toy iştirakçılarının başına oyun açan şəxs ələ keçdi – VİDEO
21/09/2017 [18:04]:
“Apple” öz brauzerinin yeni versiyasını təqdim edib
21/09/2017 [17:59]:
Rusiyada hotel yanır: İnsanlar pəncərədən özünü atır – FOTO/VİDEO
21/09/2017 [17:46]:
Mübariz Qurbanlıdan şeyxlə bağlı xəbərlərə - REAKSİYA
21/09/2017 [17:42]:
MM: Erməni deputatlar sabah Bakıda keçiriləcək konfransda iştirak edəcəklər
21/09/2017 [17:23]:
Zakir Həsənovdan komandirlərə CİDDİ TAPŞIRIQ - Düşmənə maksimum zərər vurun
21/09/2017 [16:46]:
Qarşıdakı 10 ildə bəşəriyyəti bu təhlükələr gözləyir - Bill Geyts xəbərdarlıq etdi 
21/09/2017 [16:37]:
Nazirlər Kabineti bu siyahıya dəyişiklik etdi
21/09/2017 [16:35]:
Qalib Salahzadə: "Şeyxin oğlu da mənim balamdır"
21/09/2017 [16:32]:
İstanbulda məhkəmə binasının həyətində atışma: 20 nəfər tutuldu
21/09/2017 [16:26]:
MMP sədri partiya rəhbərliyini topladı - Fotolar
21/09/2017 [16:22]:
First Lady yenə də gündəm oldu - 3000 dollarlıq əlbisə və ac uşaqlar...
21/09/2017 [16:04]:
"Əgər o kürsüdən Sarkisyan kimi müharibə canisi çıxış edirsə..."
21/09/2017 [15:58]:
Damladan Mirəliyevə cavab - “Maskalanıb efirdə oturmuram…”
21/09/2017 [15:55]:
"O biri dünya" Vyetnamda tapıldı -  MÖHTƏŞƏM FOTOLAR
21/09/2017 [15:29]:
“İlham Əliyev Sərkisyanın Xocalı soyqırımındakı iştirakını faktlarla isbatladı”
21/09/2017 [15:28]:
“Bunu Sarkisyan da, ermənilər də bilir” - Əliyevin çıxışına şərh
21/09/2017 [15:26]:
ADNSU-da Neft-Mexanika fakültəsinin tələbələri ilə görüş keçirildi
Bütün arxiv bir sırada
21/08/2017 [16:18] - Cəmiyyət - ( 618 dəfə baxılıb)

İlham Əliyev: “Azərbaycanın bu günü və gələcəyi üçün heç bir problem görmürəm”



“Azərbaycanın bu günü və gələcəyi üçün heç bir problem görmürəm, heç bir risk, təhlükə yoxdur”. Bunu Prezident İlham Əliyev avqustun 20-də Gədəbəy rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: “Bu gün Gədəbəy rayonunda çox əlamətdar bir gündür. Həm Ulu Öndərin adını daşıyan gözəl mərkəz açılır, həm də Gədəbəy şəhərinin içməli su problemi həll olunur. Bu iki hadisə bir-biri ilə sıx bağlıdır. Çünki Ulu Öndərin fəaliyyəti nəticəsində bu gün Azərbaycan uğurla inkişaf edir. Məhz onun siyasəti nəticəsində Azərbaycan 1993-cü ildən bu günə qədər sürətli inkişaf dövrünü yaşayır. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın banisidir, onun qurucusudur. Onun səyləri, fəaliyyəti nəticəsində 1993-cü ildə Azərbaycan inkişaf yoluna qədəm qoymuşdur. 2003-cü ildən isə bu siyasət davam etdirilir və bugünkü Azərbaycan əslində bu siyasətin gözəl nümunəsidir”.

İlham Əliyev bildirib ki, ölkəmizdə bütün istiqamətlər üzrə sürətli inkişaf gedir, sosial-iqtisadi məsələlər öz həllini tapır: “Azərbaycan beynəlxalq arenada çox ləyaqətli ölkə kimi tanınır. Ölkəmizin bütün regionlarında sürətli inkişaf gedir. Beləliklə, ölkəmizin bu günü və gələcəyi üçün heç bir problem görmürəm, heç bir risk, təhlükə yoxdur. Azərbaycan çox təhlükəsiz ölkədir, əhalimiz sülh, əmin-amanlıq şəraitində yaşayır və gələcək inkişaf üçün də yaxşı perspektivlər var”.

Prezident vurğulayıb ki, bu gün Gədəbəy şəhərinin su probleminin həlli də bu siyasətin bir təzahürüdür: “Çünki siz - burada yaşayan insanlar yaxşı bilirsiniz ki, su həmişə insanları narahat edən bir problem olub. Əvvəlki illərdə şəhərin bir hissəsi, özü də gündə bir neçə saat ərzində su ilə təmin olunurdusa, bu gün bu problem əsaslı şəkildə öz həllini tapıbdır və Gədəbəyə təmiz içməli su gətirilib. Hesab edirəm ki, bu layihə tarixi layihədir. Çünki tarixdə bu günə qədər bu problem heç vaxt öz həllini tapmamışdı. Bu layihənin həyata keçirilməsi üçün, əlbəttə, böyük vəsait tələb olunurdu. Azərbaycan dövləti bu vəsaiti ayırdı ki, insanlar təmiz içməli su ilə təmin olunsunlar. Su həyat deməkdir. Təmiz su isə sağlam həyat deməkdir. İndi Azərbaycanda içməli su layihələrinin icrası geniş vüsət alıb. Bir çox rayonda bu layihələr artıq istifadəyə verilib. İndi icra edilməkdə olan layihələr kifayət qədər çoxdur. Bir sözlə, qarşıya vəzifə qoyulmuşdur ki, bu problem Azərbaycanın bütün bölgələrində öz həllini tapsın və Azərbaycan əhalisi Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin olunsun. Hesab edirəm ki, bu, infrastruktur layihələri arasında ən önəmli layihələrdən biridir”.
Dövlət başçısı deyib ki, Gədəbəy rayonunda ekoloji vəziyyət çox yaxşıdır: “Təmiz hava, təmiz ekologiya. Bura əslində kurort zonasıdır. Gədəbəy təbii bulaqlarla zəngin bir rayondur. Bu gün biz mineral sular zavodunda yeni xəttin açılışını da qeyd etdik və mənə deyildi ki, Gədəbəy rayonunda bir çox bulaqlar var. Belə olan halda, su xətləri çəkilməli, su şəbəkəsi yaradılmalı idi ki, əhali bu imkanlardan istifadə etsin. Biz buna nail olduq. İnsanların sağlamlığı üçün əlbəttə ki, ikinci mühüm amil tibb xidmətidir. Bu məsələ də Gədəbəydə həll olunubdur. Mənim bir neçə il bundan əvvəlki səfərimdə gözəl xəstəxana açılıbdır. İndi 120 çarpayılıq xəstəxana fəaliyyət göstərir. Digər infrastruktur layihələri uğurla icra edilir. Bu gün elektrik yarımstansiyasının açılışını qeyd etdik. Bu problem də Gədəbəy şəhərində və rayonunda öz həllini tapır. Siz yaxşı bilirsiniz ki, əvvəlki dövrdə hava şəraitindən asılı olaraq işıqlar kəsilirdi, köhnə, çürümüş taxta dirəklər sıradan çıxırdı, - onların şəkilləri indi mənə təqdim olundu, - əlbəttə ki, bu, bizə yaraşmırdı. İndi həm yarımstansiya tikilib, həm yeni ötürücü xətlər çəkilib ki, Gədəbəy rayonunda enerji təminatı dayanıqlı olsun. Biz artıq buna nail olmuşuq.

Əvvəlki səfərlərimdə, - bu, mənim Gədəbəyə dördüncü səfərimdir, - vətəndaşlar məsələ qaldırmışdılar ki, kənd yolları bərbad vəziyyətdədir. Biz bu məsələni də tədricən həll etdik. Gədəbəydə üç kənd yolu layihəsi icra olunmuşdur və bu üç layihə 100-dən çox kəndi əhatə etmişdir. Əslində Gədəbəydə 100-dən bir qədər çox kənd var. Gədəbəydə bütün kənd yolları demək olar ki, əsaslı təmir edildi. Hesab edirəm ki, bu da tarixi nailiyyətdir. Çünki yolların bərbad vəziyyətdə olması həm insanları narahat edirdi, gediş-gəliş çətinləşirdi, həm də bu, kənd təsərrüfatı üçün böyük problem idi. Gədəbəy rayonunun kənd təsərrüfatı, iqtisadi potensialı artır. Gözəl kənd yollarının mövcudluğu sizə imkan yaradacaq ki, öz məhsulunuzu bazarlara daha da tez bir zamanda çatdıra biləsiniz. Ümumiyyətlə, inkişaf üçün – turizmin, kənd təsərrüfatının inkişafı üçün yollar mühüm əhəmiyyət daşıyır”.

İlham Əliyev bildirib ki, Gədəbəy rayonunda qazlaşdırma 52 faiz səviyyəsindədir. Bu da rayonun relyefi ilə bağlıdır: “Amma tədricən qazlaşdırma da artmalıdır. Beləliklə, rayonda bütün infrastruktur problemləri həll olunur. Eyni zamanda, sosial proqramlar da icra edilir, sənaye müəssisələri yaradılır. Mənə verilən məlumata görə, qızıl mədəni sahəsində 600-dən çox insan işlə təmin olunubdur. Gədəbəydə mineral sular zavodu çox yaxşı fəaliyyət göstərir. İndi yeni limonad zavodu da istifadəyə verilib. Bu, həm daxili bazarı təmin edir, eyni zamanda, ixrac potensialı da yaranır. Bu da rayonun iqtisadi inkişafına böyük dəstəkdir”.



Azərbaycan Prezidenti əlavə edib ki, gələcək illərdə emal sənayesinin, kənd təsərrüfatının inkişafı əlbəttə ki, rayon üçün prioritet olaraq qalacaq: “Biz hamımız – siz də, fermerlər də, sahibkarlar da növbəti illərdə bu istiqamətdə çalışmalıyıq ki, məhsuldarlığı artıra bilək. Mən yolla gələndə gördüm ki, fermerlər artıq dağların yamaclarında da əkin işlərinə başlamışlar. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, artıq bütün yerlər əkilib. Bu da çox sevindirici haldır ki, indi fermerlər artıq dağlara da çıxıblar və orada da əkin işləri aparırlar. Biz gələcəkdə istehsalın artımına ancaq məhsuldarlığın artımı hesabına nail ola bilərik. Dünən Göygöl rayonunda açılan kənd təsərrüfatı laboratoriyasının fəaliyyəti nəticəsində biz buna nail ola bilərik. Ona görə, bütün fermerlərə, kəndlilərə məsləhət görürəm ki, məhsuldarlığın artımına böyük diqqət göstərsinlər. Bu, ilk növbədə, onlara və dövlətə lazımdır. Çünki biz özümüzü bütün ərzaq məhsulları ilə tam şəkildə təmin etməliyik.

Biz onu da bilməliyik ki, Azərbaycan əhalisi hər il 100 min nəfər artır. Yəni, bu, çox gözəl göstəricidir. Bu, onu göstərir ki, ölkəmizdə sürətli inkişaf var. Ancaq inkişaf olan ölkələrdə belə müsbət dinamika var. Çünki indi bəzi ölkələrdə əhali nəinki artır, azalır. Həm təbii azalma, həm miqrasiya var. Bizdə nə miqrasiya, nə təbii azalma var. Çünki ölkə iqtisadiyyatı sürətlə inkişaf edir, iş yerləri açılır, insanlar üçün şərait yaradılır, bax, belə gözəl infrastruktur obyektləri tikilir. Azərbaycan vətəndaşları öz torpağına çox bağlıdırlar. Ancaq biz bu amili mütləq həmişə yadda saxlamalıyıq ki, Azərbaycan əhalisi hər il yüz min nəfər artır. Əlbəttə ki, bu, bizim qarşımıza yeni tələblər qoyur. Yeni məktəblər, uşaq bağçaları, xəstəxanalar tikilməlidir, infrastruktur yaradılmalıdır və əlbəttə ki, ərzaq məsələləri həllini tapmalıdır. Biz bu gün özümüzü ərzaq məhsulları ilə tam təmin etmək üçün böyük işlər görürük. Ancaq bizim torpaq fondumuz məhduddur. Ona görə, bundan sonra kənd təsərrüfatı ancaq məhsuldarlığın artımı hesabına inkişaf etməlidir, o cümlədən Gədəbəy rayonunda”.

Dövlət başçısı qeyd edib ki, gədəbəydə bir gündə həm yarımstansiyanın, həm limonad zavodunun, həm Heydər Əliyev Mərkəzinin açılışı, həm də içməli su layihəsinin istifadəyə verilməsi göstərir ki, ölkəmizdə işlər yaxşı gedir: “Gədəbəy rayonunda sosial-iqtisadi məsələlər öz həllini tapır. Rayonun gələcək inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək, yeni sərəncam imzalanacaq ki, bu günə qədər həll olunmamış məsələlər də öz həllini tapsın və rayonda işlər həmişə yaxşı getsin. Mən sizi bu gözəl hadisə - içməli su layihəsinin başa çatması münasibətilə ürəkdən təbrik edirəm”.

Trampın toyuq, Putinin balıq, Merkelin kabab, Saakaşvilinin Kiyev kotleti “sevgi"si - MARAQLI...
İqtisadçı alimdən Elman Rüstəmova ittihamlar - "Ali səviyyədə səslənən yalanlar..."
Hamilə arvadını bətnindəki körpə ilə birlikdə öldürdü
Aralıq dənizində faciə - 100-dən çox itkin var
Arakanlı müsəlmanlara yardım aparan gəmiyə hücum edildi
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Ağlamağın insan sağlamlığına 5 faydası
Araşdırma
Əli Yusifin Nəsib bəy Yusifbəyliyə ithaf etdiyi TƏSİRLİ ŞEİR
Dünya
Əbu-Dabidə görünməmiş qum fırtınası- VİDEO
Gündəm
“İlham Əliyev Sərkisyanın Xocalı soyqırımındakı iştirakını faktlarla isbatladı”
Cəmiyyət
Azərbaycan Cümhuriyyətinin ərazisi və əhalisi ilə bağlı dəqiq rəqəmlər- İngilisdilli mənbələrdən tərcümə
Həftənin ən çox oxunanları
Bəy qadın qonaqları sıraya düzüb qıçlarını əllədi- VİDEO
İsraildən Azərbaycana arxadan zərbə?
11 yaşında taxta çıxıb, 2 qardaşını öldürüb, 28 yaşında 32 uşağı olub  - MARAQLI
18 yaşlı qızı mobil telefon öldürdü- Anasının gözü qarşısında
"Bunu edən şərəfsizə, namussuza çox ağır cəza istəyirik ki..."
1995-ci ilin OMON hadisələrinin suçlusundan şok açıqlama - "Heydər Əliyev istəsəydi..."
Arktikada tapılan tunellərdə naməlum dünyanın izləri aşkarlandı - Elm dünyası şokda - VİDEO
"Əlamətləri gerçəkləşdi, qiyamət yaxındadır..." - Tanınmış ilahiyyatçı
"7 rayonun əvəzinə buna getsək, Dağlıq Qarabağı itirmiş olacağıq"
Qarabağa müsəlman ermənilərin köçürülməsi təklif edildi – Məkrli plan
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin