Xəbər lenti
19/01/2018 [01:04]:
Bir verilişə görə işdən uzaqlaşdırılan, məşhur ifanın səbəbkarı olan Nahid Hacızadə- Vida yazısı
19/01/2018 [00:21]:
Bürclər - 19 YANVAR
18/01/2018 [23:53]:
Bitkoini bu ölkənin kəşfiyyatı yaradıb - Rusiyadan İDDİA
18/01/2018 [23:32]:
"Əziz dostumuzu son mənzilinə yola salanlar arasında olmadığıma çox təəssüfləndim"
18/01/2018 [23:26]:
Yol polisindən MMX-sı olan sürücülərə "qara" xəbər... - VİDEO
18/01/2018 [23:03]:
“Feysbuk”da paylaşılan şəkil 3 il əvvəlki CİNAYƏTİN ÜSTÜNÜ AÇDI - FOTO
18/01/2018 [23:03]:
Bütün zamanların ən yaxşı 10 aktyoru - SİYAHI
18/01/2018 [22:59]:
Çay içənlər daha yaradıcı olurlar
18/01/2018 [22:54]:
Qənirə Paşayeva Çili, Boliviya, Venesuela və Əlcəzairin tanınmış təşkilat rəhbərləri ilə görüşdü
18/01/2018 [22:34]:
ABŞ geri çəkildi: Belə demək istəmirdik...
18/01/2018 [22:28]:
Türkiyədə fövqəladə vəziyyət rejimi uzadıldı
18/01/2018 [22:26]:
Hacıqabulda avtoqəzada sürücü ağır yaralanıb
18/01/2018 [22:09]:
Dövlət naziri: “Bizim vəzifəmiz milli azlıq nümayəndələri olan vətəndaşlarımızın keyfiyyətli təhsilini yüksəltməkdir”
18/01/2018 [21:57]:
Zabit Səmədov: "Makqreqoru rəqib kimi görmürəm"
18/01/2018 [21:36]:
“İnformasiya sızacağı təqdirdə məni və İrşad Əliyevi öldürə bilərdilər...”
18/01/2018 [21:32]:
Həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər
18/01/2018 [21:31]:
XİN şefi: “Həmsədrlər kreativ fikirlər irəli sürüb”
18/01/2018 [21:28]:
78 yaşında intihara cəhd etdi
18/01/2018 [21:02]:
Tolstoyun zifaf gecəsindən sonrakı qeydi: "Qane olmadım"
18/01/2018 [20:53]:
Rusiya açıqladı: "Türkiyənin təsdiqini gözləyirik"
18/01/2018 [20:34]:
Çəmənzəminlinin ağır günləri, itirilən pullar, qalaqlanan borclar - Romandan parça
18/01/2018 [20:28]:
Dəcəllik edən oğlunu motosikletə bağlayıb yerlərdə sürüdü - VİDEO
18/01/2018 [20:26]:
Rusiya məmurlarının ehtiraslı köməkçiləri... - FOTOLAR
18/01/2018 [20:25]:
Cərimə olunmamaq üçün sürücülük vəsiqəsini udmaq istədi - FOTO+VİDEO
18/01/2018 [20:08]:
Azərbaycan Dövlət Pedaqoji Kollecində 20 Yanvar şəhidləri anıldı
18/01/2018 [20:08]:
Avropanın ən böyük həbsxanasında üsyan çıxdı
18/01/2018 [20:02]:
Avropada qasırğa 4 nəfəri öldürdü
18/01/2018 [20:01]:
Mikayıl Cabbarov bəstəkarın oğlunu baş direktor təyin etdi
18/01/2018 [19:59]:
Qəza Heydər Əliyev prospektində tıxac yaratdı
18/01/2018 [19:52]:
Ukraynalı katibə, qazaxıstanlı məşuqə, müavinlərə 10 min manatlıq maaş... - "Canik"in adamının ŞOK dosyesi
18/01/2018 [19:47]:
Bakıda 272 kq narkotik vasitə ələ keçirildi
18/01/2018 [19:46]:
Məmmədyarovun Nalbəndyanla görüşü başa çatdı
18/01/2018 [19:43]:
Türkiyənin kəşfiyyat rəhbəri Moskvada: Diqqətçəkən detal...
18/01/2018 [19:31]:
Ramin Quluzadənin "islahatlar"ı nazir müavinlərinin başında çatladı...
18/01/2018 [19:25]:
Suriyada kütləvi məzarlıq tapıldı - 10 min cəsəd var
18/01/2018 [19:17]:
“YouTube” saxtakarlara qarşı yeni mübarizə metodu hazırladı
18/01/2018 [19:04]:
İlham Əliyevdən Milli Televiziya və Radio Şurası ilə bağlı - Sərəncam
18/01/2018 [18:57]:
Bakıda daha bir sürücü sərnişinlərin həyatını təhlükəyə atdı -Video
18/01/2018 [18:54]:
Qərbi Kaspi Universitetində ABŞ səfiri ilə görüş keçirildi
18/01/2018 [18:51]:
Nəsib bəy Yusifbəylinin dünyagörüşündə Azərbaycan türkçülüyü ideyası...
18/01/2018 [18:43]:
Hamilə qalmaq istəyən qadınların qarnını...
18/01/2018 [18:43]:
"Qəsdən adam öldürmə cinayətlərinin 92,9 faizinin açılması təmin edilib" -Mirqafar Seyidov
18/01/2018 [18:38]:
Teymur Bünyadov “Şərəf” ordeni ilə təltif edildi
18/01/2018 [18:37]:
Prezident 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzaladı
18/01/2018 [18:35]:
Elza İbrahimovanın 80 illik yubileyi keçiriləcək
18/01/2018 [18:34]:
BSU-da “Qanlı və şanlı tarix” mövzusunda dəyirmi masa keçirildi
18/01/2018 [18:27]:
Ramil Usubov Bakıda polis rəislərinin qarşısına tələblər qoydu - MÜŞAVİRƏ
18/01/2018 [18:17]:
15 milyon dollara ayaqqabı buraxıldı - FOTO
18/01/2018 [18:13]:
Kirpikləri uzanan qız gözlərini aça bilmir - FOTO
18/01/2018 [18:12]:
Bir yerdə çox oturmaq hansı xəstəliklərə yol açır?
18/01/2018 [18:10]:
“Sahil” bağı “Cümhuriyyət” bağı adlandırılsın” - Rəşad Məcid
18/01/2018 [18:07]:
“20 Yanvar qətliamının iştirakçıları arasında ermənilər də olub” -MÜSAHİBƏ
18/01/2018 [17:58]:
Cəfər Cabbarlının yeni sözlərlərin istifadəsi üçün işlətdiyi kələk - MARAQLI ƏHVALAT
18/01/2018 [17:55]:
Yevda Abramov hələ İsraildən qayıtmayıb - Deputatın müalicəsi haqda açıqlama
18/01/2018 [17:50]:
Azərbaycanda müəlliməni oğurlayıb zorlayanlara AĞIR CƏZA
18/01/2018 [17:46]:
Trampın oğlu: "Atam ancaq dolların yaşıl rəngini görür"
18/01/2018 [17:43]:
"Barselona" Pike ilə yeni müqavilə imzaladı - 500 milyon qiymət qoydu
18/01/2018 [17:20]:
Həftənin son iş günü üçün məzənnə
18/01/2018 [17:14]:
Salam Sarvandan orfoqrafiya lüğətindəki biabırçı sözlərə etiraz - Fahişəolma, ağacgəmirmə, bəstiqoyma...
18/01/2018 [17:11]:
İki qurum necə birləşəcək?
18/01/2018 [17:09]:
Ermənistanda nazir istefa verdi
18/01/2018 [17:08]:
“Alpinistlərin axtarışı prezidentin nəzarətindədir”
18/01/2018 [17:06]:
İmanov qardaşlarından xalq artistinə - Hörmətsizlik
18/01/2018 [16:59]:
Barmaqlarınızda bu dəyişiklik varsa... – SİMPTOMLAR
18/01/2018 [16:58]:
Hansı insanlarla evlənmək olmaz? - 2 psixoloji FAKT
18/01/2018 [16:49]:
Sən demə, ABŞ-ın hər kəsə borcu var - SİYAHI
18/01/2018 [16:44]:
Azərbaycanda bu qiymətlər bahalaşdı -XƏBƏRDAR OLUN
18/01/2018 [16:41]:
Suriyadan şok açıqlama: " Türkiyəni dərhal vuracağıq"
18/01/2018 [16:40]:
Mark Zukerberq 107 metrlik üzən saray aldı – FOTO
18/01/2018 [16:39]:
20 Yanvar günü dərs və iş olacaqmı? - Açıqlama
18/01/2018 [16:35]:
SOCAR “Palmali”dən 14 gəmi aldığını TƏSDİQLƏDİ
18/01/2018 [16:33]:
O, heç bir sığınacağa, bunkerə “rəhm etmir” - CƏHƏNNƏM SİLAHI
18/01/2018 [16:19]:
Bu adamı tanımalyıq - Ayın görünməyən tərəfi
18/01/2018 [16:16]:
Direktorun qardaşı oğlu nişanlı müəlliməni zorla qaçırdı - TƏFƏRRÜAT
18/01/2018 [16:04]:
“Nə qədər ki, üçüncü tərəf var, Qarabağ məsələsi həll olunmayacaq...” - Ayaz Mütəllibov
18/01/2018 [16:00]:
Ermənilər Xocalıda Günəş Elektrik Stansiyası tikəcək
18/01/2018 [15:59]:
Hər nəfərə düşən ÜDM 7205 manat oldu
18/01/2018 [15:56]:
“Azərsu”da 20 yanvar şəhidlərinə EHTİRAM
18/01/2018 [15:52]:
Akif Nağı ağır zədəli dünya çempionu ilə bağlı prezidentə müraciət etdi
18/01/2018 [15:50]:
Bərdənin Təhsil Şöbəsi qaçırılan müəlliməyə XEYİR-DUA VERDİ: “Öz razılığı olub”
Bütün arxiv bir sırada
24/08/2017 [13:34] - Dünya - ( 1012 dəfə baxılıb)

Putin Sərkisyanı Soçiyə niyə çağırdı -Erməni prezident əfv diləməyə gedib, yoxsa...



Ermənistan prezidenti Serj Sərkisyanın Rusiya prezidenti Vladimir Putinlə avqustun 23-də axşam saatlarında keçirdiyi görüşün detalları çox güman ki, ictimaiyyət üçün qapalı qalacaq. Ermənistan prezidentinin mətbuat xidməti xəbər yaymışdı ki, görüşdə ikitərəfli əməkdaşlığın əsas məsələlərindən, siyasi, iqtisadi, humanitar, mədəniyyət sahəsindəki əməkdaşlıqdan və digər məsələlərdən bəhs olunacaq.

Eyni zamanda Putin-Sərkisyan görüşündə Avrasiya İqtisadi Birliyi və KTMT çərçivəsində əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi də anons edilmişdi. Həmçinin tərəflərin regional məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yolları ətrafında da fikir mübadiləsi aparacaqları vurğulanmışdı. Ancaq şübhəsiz ki, S.Sərkisyan onu daha çox narahat edən məsələlərlə bağlı Rusiya prezidentindən dəstək istəyəcək.

Son zamanlar Ermənistanın NATO və Avropa Birliyi ilə əməkdaşlığı genişləndirməklə bağlı, hətta konkret addımlar atmağa hazırlaşması istiqamətində müzakirələr gedir. Təbii ki, bu proses Rusiyada da diqqətlə izlənilir və S.Sərkisyan buna görə Putinə izahat verməli olacaq. Əslində Sərkisyanın satqın olması Rusiya lideri üçün yenilik deyil. 2016-cı ilin aprel döyüşlərindən sonra Almaniyaya səfər edən Serjik alman kansler xanım Merkellə görüşdən sonra açıq şəkildə Rusiyadan şikayətlənmişdi, özünə yeni hami axtarışında olduğunu nümayiş etdirmişdi. Həmçinin ötən il Ermənistanda Rusiyaya qarşı etiraz aksiyalarının arxasında da S.Sərkisyan hakimiyyətinin dayandığını Moskvada yaxşı bilirlər. Belə bir vəziyyətdə S.Sərkisyanın 2018-ci ildə prezident kürsüsünü baş nazirliyə dəyişmək cəhdinin uğurla başa çatacağını demək çətindir. Bu arada Ermənistanda səslənən fikirlər də diqqət çəkir. Ermənistan Politoloqlar Şurasının sədri Amayak Ovannisyan Sərkisyanı Yeltsin nümunəsini izləməyə və hakimiyyətdən getməyə çağırıb (axar.az) “Mən xristianam və həqiqətən Sərkisyana görə narahatam. Yeltsin nümunəsini izləyərək hakimiyyətdən getməlidir. Bütün qəlbimlə istəyirəm ki, o, sülh və qan tökülmədən özünün hakimiyyət müddətini başa vursun”, - Ovannisyan bildirib.


Erməni politoloq Serj Sərkisyanın apreldə hakimiyyətdən getməyəcəyi halda bunun ciddi fəsadlarının olacağını açıqlayıb: “Bu, cəmiyyətə siqnaldır. Əgər erməni xalqı mövcud olmamaq fikrini qəbul edirsə, onda Sərkisyan qalacaq. Əgər erməni xalqı meşələrin yanmasını, Sevan (Göyçə) gölünün qurumasını istəyirsə, qoy qalsın Sərkisyan. Əgər erməni xalqı balinalar kimi intihar etmək üçün quruya çıxmağı seçirsə, qoy qalsın Sərkisyan. Sərkisyanın qalmasının qiymətini Moskva yaxşı bilir. Onlar hələ 3 sentyabrda razılaşmışdılar”


Belə bir şəraitdə tamamilə mümkündür ki, Sərkisyan Putindən əfv diləmək üçün Soçiyə gedib. Kremli şantaj etməyi çox yaxşı bacaran Ermənistan rəhbərliyi çox güman ki, bu dəfə də Rusiyadan nələrsə qopartmağın müqabilində Avropa Birliyi və NATO ilə əməkdaşlığı arxivə atsın.


Bir məqamı da qeyd edək: Putinin Azərbaycan prezidenti ilə görüşü də Soçidə baş tutmuşdu və bundan sonra Ermənistan cəmiyyətində ciddi narahatlıq baş qaldırmışdı. Bundan sonra Bakı ilə Moskva arasında Qarabağla bağlı ciddi anlaşmanın əldə olunduğu haqda da iddialar səslənirdi. Müşahidəçilər istisna etmir ki, Sərkisyanın səfəri həm də ermənilər arasındakı təşvişin aradan qaldırılmasına xidmət edə bilər.


“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Soçi şəhəri Rusiya prezidenti Vladimir Putin üçün Kremldən sonra ikinci iqamətgaha çevrilib: “Putin yay aylarını Soçidəki iqamətgahında keçirir. Görünür, bu yolla həm dincəlir, həm də işlərinə ara vermir. O, Soçidə müxtəlif ölkələrin prezidentlərini və baş nazirlərini də qəbul edərək, onlarla fikir mübadiləsi aparır. Putin avqustun 3-də iki belə qonağını qəbul etdi. Onlardan biri Ermənistan prezidenti Serj Sərkisyan, digəri isə İsrailin baş naziri Benyamin Netanyahu oldu. Hər ikisi Putin üçün vacib həmsöhbət idi. Soçidə Netanyahu ilə Yaxın Şərqdəki son durum, İsrail hökumətinin Suriyada baş verənlərə münasibəti müzakirə edildisə, Sərkisyanla iqtisadi və hərbi əlaqələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusu müzakirə edildi”. Bu mənada E.Şahinoğlu hesab edir ki, Putinin Sərkisyanla görüşməsində qeyri-adi heç nə yoxdur: “Rusiya və Ermənistan strateji müttəfiqdirlər və deməli, bu iki ölkənin liderləri tez-tez görüşməlidirlər. Sadəcə, bu görüşlərdə Rusiya ağa, Ermənistan isə nökər rolunda çıxış edir. Sərkisyan Putinin nəsihətlərini dinləmək və onları yerinə yetirmək məcburiyyətindədir. Əks halda, ağa nökərini cəzalandıracaq, necə ki, 1999-cu ildə Ermənistan parlamenti silahlıların hücumuna məruz qaldı, parlamentin sədri və baş nazir qətlə yetirildilər. Bunun bir daha təkrarlana biləcəyini anlayan Serj Sərkisyan Putini qıcıqlandıracaq addım atmaz. Doğrudur, son zamanlar belə fikirlər yayılır ki, guya Putin erməni həmkarına təsir edib Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirəcək. Ancaq bunu illərdir eşidirik və nə Putin Sərkisyanı doğru yola gətirir, nə də vəziyyət ölü nöqtədən tərpənir. Tam əksinə, Rusiya Xarici İşlər Nazirliyi son açıqlamaları ilə Azərbaycanı hədəf alıb. Rusiya XİN Kremldən gələn təlimatın əksinə heç zaman Azərbaycan əleyhinə siyasət apara bilməzdi”.

Politoloq qeyd etdi ki, Rusiya xarici işlər naziri Sergey Lavrov nə qədər ermənipərəst olsa da, Kremlin cızdığı çərçivədən kənara çıxa bilməz: “Buna görə də hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyadan olan gözləntilərimizi böyütməməliyik. Bunun əvəzinə bəzən Azərbaycan ictimaiyyətinə yanlış mesajlar ötürülür, nə bilim ”Kreml İrəvanı 5 rayonu boşaltmağa məcbur edəcək", “Kreml İrəvanı Qərb və NATO ilə əməkdaşlığına görə cəzalandıracaq” və s. Hər dəfə bu cür açıqlamalar səsləndirilir, ardı isə gəlmir. Putin bir müddət əvvəl də azərbaycanlı həmkarı İlham Əliyevi də Soçidə qəbul etmişdi. Həmin görüşdən əvvəl də müəyyən optimist fikirlər irəli sürülürdü. Masa üzərində Qarabağla bağlı dəyişən bir şey yoxdur. Azərbaycan əvvəlkitək öz gücünə arxalanmalıdır. Mənə elə gəlir ki, rəsmi Bakının da Putin-Sərkisyan görüşündən elə bir gözləntisi yoxdur. Putinin erməni həmkarını cəzalandırmayacağını Bakı da bilir, sadəcə, bəzi hakimiyyət nümayəndələri hələ də düşünürlər ki, Rusiya Qarabağ məsələsini Azərbaycanın xeyrinə həll edəcək".


Maraqlıdır ki, məhz Soçi görüşünün keçirildiyi gün Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun aviasiya hərbi hissəsinin SU-25 hücum təyyarələri təlim uçuşları həyata keçirib. MN-dən verilən məlumata görə, SU-25 hücum təyyarələrinə texniki baxış keçirildikdən sonra uçuşlara icazə verilib. Təyyarələr Naxçıvan səmasında uğurlu uçuşlar həyata keçirib. Modernizə edilmiş SU-25 hücum təyyarəsi döyüş meydanında, istənilən hava şəraitində, gecə-gündüz quru qoşunlarının bilavasitə dəstəklənməsi və müxtəlif obyektlərin məhv edilməsi üçün təyin edilib. SU-25 hücum təyyarəsi döyüşdə sağqalma və yüksəkmüdafiəli sistemlərə malikdir. Əsas diqqət pilot kabinəsinin və yanacaq sisteminin təhlükəsizliyinə yönəldilib. Modernizə edilmiş SU-25 hücum təyyarəsinin güclü döyüş kompleksinə müxtəlif toplar, aviabombalar, “Hava-yer” idarəolunmayan, “Hava-hava” idarəolunan raketlər daxildir. Ümumilikdə təyyarəyə 32 növ silah quraşdırıla bilər. “Təlim uçuşlarının müvəffəqiyyətlə aparılması bir daha göstərdi ki, Əlahiddə Ümumqoşun Ordunun digər birləşmə, hissə və bölmələri kimi aviasiya eskadrilyası da istənilən döyüş tapşırığını uğurla və qətiyyətlə yerinə yetirməyə hazırdır”, - deyə məlumatda bildirilir.


Naxçıvandakı təlimlər haqqında erməni mətbuatının yazdıqlarından bəlli olur ki, işğalçı ölkədə narahatlıq var. İkinci Qarabağ müharibəsində Azərbaycanın Naxçıvan istiqamətindən Ermənistana sarsıdıcı zərbələr endirəcəyini də düşmən ölkədə yaxşı anlayırlar. Bu təlimlər Bakının Soçi görüşü günündə güc nümayişi ola bilərmi?


E.Şahinoğlu: “Bəli, bu da Ermənistana və deyərdim ki Rusiyaya mesajdır. Bunun özü də ondan xəbər verir ki, Bakının Soçi görüşündən gözləntisi yoxdur. Ancaq hərbi gücümüzə arxayın olmalı və işğalçıya qarşı hərbi təzyiqi artırmalıyıq. Bu mənada Naxçıvan da düşmənə qarşı tədricən hərbi təzyiqimizin tərkib hissəsinə çevrilir”.


Bu arada Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin Türkiyənin Avrasiya İqtisadi İttifaqı ilə gömrük sazişi bağlamaq niyyətində olması barədə açıqlaması da Ermənistanda ciddi narahatlıq doğurub. Güman olunur ki, Sərkisyan Putinlə həm də bu mövzunu müzakirə etmək üçün Soçiyə yollanıb. Türkiyəli nazirin Azərbaycanda da birmənalı qarşılanmayan bu açıqlamasına müxtəlif şərhlər verilir. Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib «Trend»ə deyib ki, bəzən bu cür açıqlamalar ümumi siyasi nəbzi yoxlamaq üçün də verilir: “Ermənistanın xarici siyasəti o qədər bərbad gündədir ki, rəsmi İrəvan hər hansı bir açıqlama olar-olmaz, onu dərhal öz işğalçı məqsədləri üçün, öz mənafeyi baxımından yozmağa çalışır və artıq özünü şərt qoyan tərəf kimi görməyə başlayır. Birincisi, Avrasiya İqtisadi İttifaqı elə bir birlikdir ki, orada bütün şərtləri diktə edən hegemon mərkəz var. Əgər sabah kimsə Avrasiya İttifaqına qoşulacaqsa, bu zaman Ermənistanın rəyi belə soruşulmayacaq. İkincisi, Ermənistanın Türkiyəyə qarşı ərazi iddiası olduğu halda, qondarma ”erməni soyqırımı" ilə Türkiyəni şantaj etdiyi halda iki ölkə arasında sərhədlərin açılması və ya Ermənistanın hər hansı bir şərt qoyması mümkünsüzdür.

Çünki ən yaxın siyasi tariximizin təcrübəsi onu göstərir ki, belə hallarla spekulyasiya etmək bir yerə qədərdir, ondan sonra mümkün olmur". Millət vəkili bildirib ki, 2009-cu ildə də “sülh protokolları” məsələsi, Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi ortaya atılmışdı, amma göründüyü kimi, baş tutmadı: “Mən xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan və Türkiyə münasibətləri ”bir millət, iki dövlət" fəlsəfəsinə söykənir və Azərbaycan və Türkiyənin strateji maraqları son dərəcə üst-üstə düşür. Ona görə də istər hər hansı regional təşklilatlarla münasibətlərdə, istərsə də beynəlxalq təşkilatlarla münasibətlərdə Türkiyə ilə Azərbaycan öz fəaliyyətlərini koordinasiya edərək, hər iki dövlətin maraqları nöqteyi-nəzərindən çıxış edərək qərarlar qəbul edirlər. Düşünürəm ki, əgər gələcəkdə Türkiyənin Avrasiya İqtisadi İttifaqı ilə gömrük sazişi bağlaması kimi bir məsələ həqiqətən də siyasi gündəmi məşğul edən ciddi bir məsələ kimi qoyulacaqsa, onda tarixi strateji müttəfiq olan iki qardaş ölkə mütləq bunu müzakirə edəcək və ortaq maraqlardan çıxış edəcək. Ona görə də Ermənistanın indiki bəyanatı siyasi manipulyasiyadan başqa bir şey deyil, yalnız və yalnız ermənilərin özlərinə təsəlli vermələri üçündür".


Fakt budur ki, Ermənistan ağır durumda olmasına rəğmən Türkiyə ilə münasibətlərdə yumşalmanın olmasını istəmir. Səbəb bəllidir, hədəfdə Türkiyə torpaqlarıdır və erməni diasporu ac-yalavac xalqın başını ancaq belə xülyalarla qata bilər. Ona görə də türk dövlətləri ilə normal münasibət yaratmaq onlara heç cür sərf etmir. Heç Ermənistana ağalıq edən qüvvələrə də...(musavat.com)

...
Dəcəllik edən oğlunu motosikletə bağlayıb yerlərdə sürüdü - VİDEO
Ukraynalı katibə, qazaxıstanlı məşuqə, müavinlərə 10 min manatlıq maaş... - "Canik"in adamının ŞOK dosyesi
Kirpikləri uzanan qız gözlərini aça bilmir - FOTO
Bir yerdə çox oturmaq hansı xəstəliklərə yol açır?
O, heç bir sığınacağa, bunkerə “rəhm etmir” - CƏHƏNNƏM SİLAHI
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Hadisə
Cərimə olunmamaq üçün sürücülük vəsiqəsini udmaq istədi - FOTO+VİDEO
Gündəm
Ramin Quluzadənin "islahatlar"ı nazir müavinlərinin başında çatladı...
Dünya
Hamilə qalmaq istəyən qadınların qarnını...
Dünya
15 milyon dollara ayaqqabı buraxıldı - FOTO
Ədəbiyyat
Tanınmış astroloqdan Zərdüşt barəsində bilmədiyimiz və tam fərqli FAKTLAR
Həftənin ən çox oxunanları
"Putini 48 ildir tanıyan bir insan kimi deyirəm" - "Qarabağ düyününü açmaq onun iradəsindən asılı olsaydı..."
Qız alt paltarında, "dini" verilişdə "ilahiyyatçı" üçün erotik rəqs etdi - VIDEO
“Dövlətim əmr versə ki, əmim Sərdar Cəlaloğlunun evini tankla yıx.." -Şəhid komandir Rasim Məmmədov
Təkər gətirənlər tələyə düşdü - Həyəcan təbili...
“Əbiyev gəlmirdi, Zakir Həsənov isə bir neçə dəfə bizi ziyarət edib” - Fəriköy məzarlığında...
Dünya Əzimovun hazırladığı tortdan danışır - VİDEO
Təlim zamanı ip qopdu əsgərlər vertolyotdan yerə düşdülər - VİDEO
Arvadı kənddən Bakıya gedib bacısının qeyri-rəsmi əri ilə “yatdı”, sonra... - 3 uşaq atasından dəhşətli əməl
Ziya Məmmədov xüsusi təyinatlılarla biznesmenin oğlunu tutdu: "Atana de ki..."
Qubadlının Xanlıq kəndində livanlı erməniyə ev verildi - FOTO/VİDEO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin