Xəbər lenti
25/09/2017 [17:32]:
Dünyanın sosial poblemi olan “Uşaq Nikahı”...
25/09/2017 [17:25]:
Bakıda “Qarabağ”-“Roma” oyunu üçün pulsuz avtobuslar işləyəcək
25/09/2017 [17:25]:
Hindistanda doğulan qorxunc uşaq öldü - VİDEO
25/09/2017 [17:22]:
Qarabağ və Roma klublarının ən yaxşı oyunçusuna ayrı ayrılıqda mükafat veriləcək
25/09/2017 [17:18]:
Noutbukların klaviaturasında gizli kombinasiyalar
25/09/2017 [17:17]:
Məişət tullantılarını daşıyan maşınlar Bakını zibilləyir
25/09/2017 [17:07]:
Vətəndaş Həmrəyliyi Partiyasının 25 yaşı tamam olur
25/09/2017 [17:07]:
Bakıda həbs olunan 5 geydə QİÇS xəstəliyi tapıldı - Yenilənib
25/09/2017 [17:05]:
Mikayıl Cabbarovun klubunun adı dəyişdi
25/09/2017 [17:03]:
“...“İŞİD”in heç bir lideri müsəlman deyil”- Fransalı ekspertdən sensasion açıqlama-Video
25/09/2017 [16:58]:
Türkiyənin müdafiə naziri Azərbaycana gəlir
25/09/2017 [16:57]:
Putin İraqdakı referenduma görə Türkiyəyə gedir
25/09/2017 [16:01]:
Yevlaxda silahlı insident- Yaralanan və saxlanılanlar var
25/09/2017 [15:58]:
Ağdərədə daha iki erməni hərbçisi yaralandı, vəziyyətləri ağırdır
25/09/2017 [15:53]:
“Səbinə Sultanova təyyarədə şalvarını aşağı çəkib, ekipaj üzvlərini dişləmək istəyib...”
25/09/2017 [15:50]:
Təhsilimizin “iksiri”, yoxsa “qarayarası”?
25/09/2017 [15:31]:
Proqnoz: Dollar ilin sonuna qədər 4% möhkəmlənə bilər
25/09/2017 [15:26]:
Dilqəm Əsgərovun oğlu: “Avropalı diplomatların diqqətini bu məsələyə cəlb edə bildik”
25/09/2017 [15:25]:
Mixeil Saakaşvili: "Ukrayna xalqı Nazirlər Kabinetinin bütün üzvlərini göndərəcək"
25/09/2017 [15:25]:
Sumqayıtlı Anarın həbs görüntüləri yayıldı - VİDEO
25/09/2017 [15:19]:
Allahşükür Paşazadə: “Azərbaycan İraqın şimalında keçirilən referenduma qarşıdır”
25/09/2017 [15:07]:
Azərbaycanlı professorun “Erməni faşizmi” kitabı Türkiyədə təqdim edildi- FOTOLAR
25/09/2017 [14:54]:
“Bu məntiqlə gərək Nizaminin də, Şekspirin də irsindən imtina edək”
25/09/2017 [14:35]:
Azərbaycan filmi 33-cü beynəlxalq mükafata əsas namizəddir
25/09/2017 [14:11]:
İnsan ətindən konserv düzəldən ailə saxlanıldı – DƏHŞƏT
25/09/2017 [14:06]:
Azərbaycanın ali məktəblərində təhsil alan 2500-dən çox gənc bu il diplom ala bilməyib
25/09/2017 [14:03]:
"Onların acısı bizim acımız, davaları bizim də davamız"
25/09/2017 [14:02]:
“Qayınanam ailəmi dağıtdı və bu sənətə gəldim” - Elza Seyidcahan - VİDEO
25/09/2017 [13:59]:
Prokuror müğənninin atasına cəza istəyəcək- arvadını və qohumunu öldürüb
25/09/2017 [13:57]:
Azərbaycanda yeni cəza növü tətbiq edilir
25/09/2017 [13:56]:
“İslam adı altında gizlənən qüvvələrin terroru müsəlmanlara qarşı ən böyük haqsızlıqdır”
25/09/2017 [13:53]:
Ziya Məmmədov 40 min manat borcu olduğu yerlisini döydürüb - Ucarlı sahibkardan ŞOK...
25/09/2017 [13:32]:
6 yaşlı azərbaycanlı uşaq canlı yayımda Rusiyanı ŞOKA SALDI (VİDEO)
25/09/2017 [13:20]:
12 yaşında zorlanan qız: "Ayaqyolunda mənə təcavüz etdi" (VİDEO)
25/09/2017 [12:54]:
DYP: "Cəriməni ödəməyən piyadaları sərt cəzalar gözləyir"
25/09/2017 [12:52]:
Prezidentin fəxri ad verdiyi müəllim işdən çıxarıldı - FOTOLAR
25/09/2017 [12:42]:
Mənsimovun sonu?
25/09/2017 [12:28]:
Türkiyə türkləri “Kürdüstan”dan geri çağırdı
25/09/2017 [12:18]:
Bakıdakı 5 saylı xəstəxananın baş həkimi vəfat etdi
25/09/2017 [12:16]:
Kavani penalti üçün 1 milyon avronu rədd etdi
25/09/2017 [12:15]:
Düşmənlərin məğlub məmləkətdə qələbə badələri...
25/09/2017 [12:11]:
Dünyaya ağcaqanadlardan yeni virus yayılır- TƏHLÜKƏ
25/09/2017 [12:04]:
Konsul Zəbi Axundov İraqda saxlanılan azərbaycanlı uşağa baş çəkib - FOTO
25/09/2017 [12:02]:
“Paytaxt kimi yeni bir şəhərin salınmasına ehtiyac var”
25/09/2017 [11:47]:
Hitlerin qeyd dəftərçəsi auksionda baha qiymətə satıldı- FOTO
25/09/2017 [11:46]:
Kürdəmir–Karrar mənzilində 8,7 km dəmir yolu əsaslı təmir olunur
25/09/2017 [11:39]:
Maşallah Əhmədov Əfv Komissiyasına müracət etdi
25/09/2017 [11:37]:
Ankara İraqdakı vəziyyətə görə narahatdır
25/09/2017 [11:35]:
AŞPA-nın Alt Komitəsi həlli uzanan münaqişələrin nizamlanması məsələsinin müzakirə edəcək
25/09/2017 [11:20]:
Türk ordusu İraqın şimalını vurdu
25/09/2017 [11:16]:
Türkiyənin yeni raketinin ilk görüntüsü
25/09/2017 [11:15]:
Sabunçudakı “26 Bakı komissarı” küçəsinin adı dəyişdirildi – FOTO
25/09/2017 [11:12]:
Məşhur müğənninin oğlu: "Yaxşı ki atama oxşamamışam"
25/09/2017 [11:12]:
Türkiyə İraqla sərhədi bağladı
25/09/2017 [11:11]:
Dağıstanda 11 yaşlı qızı zorlayan azərbaycanlı həbs edildi
25/09/2017 [11:06]:
Bakı-Tbilisi-Qars layihəsinin operatoru yaradılır
25/09/2017 [10:49]:
Avropada Azərbaycan təmsilçisi - UNEC tələbələrinin startapları
25/09/2017 [10:32]:
Erməni tərəfi atəşkəs rejimini 148 dəfə pozdu
25/09/2017 [10:13]:
Qənirə Paşayeva gəncləri Türk dünyasını geniş öyrənməyə çağırdı
25/09/2017 [09:56]:
Enerji içkiləri problemi böyüyür - Qadağan oluna bilər
25/09/2017 [09:50]:
“Neftin qiymətinə görə gəlirlərimiz azalıb” - İlham Əliyev
25/09/2017 [09:21]:
Milli Qvardiyanın keçmiş komandirinin 60 yaşı tamam oldu - TƏBRİK
25/09/2017 [09:11]:
Dilavər Əzimli: “O, bir türk düşməni olub”
25/09/2017 [08:54]:
Elza tənqid olunduğu müsabiqədən getdi
25/09/2017 [08:51]:
Merkel: "Yeni hökumət Milada qədər formalaşdırılacaq"
25/09/2017 [08:48]:
Almaniyada parlament seçkilərinin yekun nəticələri açıqlandı -Merkel qalib gəldi
25/09/2017 [08:46]:
Prezidentin qızı məhkəməyə verildi - FOTO
25/09/2017 [08:43]:
Rusiya ABŞ-ın “İŞİD”-ə dəstəyini təsdiqləyən faktlar nümayiş etdirdi -Fotolar
25/09/2017 [08:37]:
Berlində gərginlik: Xalq etiraza başladı
25/09/2017 [08:26]:
ABŞ-da həbsxanada qiyam baş verdi- ölən və yaralananlar var
25/09/2017 [08:25]:
20 Yanvar metrostansiyasının girişində gənc oğlan bıçaqlandı
25/09/2017 [08:23]:
Almaniyada keçirilən parlament seçkiləri üzrə "exit-poll" nəticələri açıqlandı
25/09/2017 [08:20]:
"Xəbərdarlıq etmədən İraqa girəcəyik" - İran
25/09/2017 [08:19]:
İraqdan Bərzaniyə qəti çağırış: Dərhal təhvil ver
25/09/2017 [08:17]:
İtkin düşən müğənni Almaniyada tapıldı
25/09/2017 [01:06]:
ABŞ-da polis tərəfindən cərimələnən satıcı üçün 70 min dollar toplandı – VİDEO
25/09/2017 [00:21]:
Ən yaxın insanlardan biri sizi sərt tənqid edə bilər - Günün qoroskopu
25/09/2017 [00:09]:
Dedi, "ağzını bağla" və məni vurdu — Ruslan Qurbanov Monrozla davasından DANIŞDI
25/09/2017 [00:06]:
Malidə partlayış nəticəsində 3 BMT sülhməramlısı öldü
24/09/2017 [23:58]:
Dünyanın insanı heyrətləndirəcək ən qeyri-adi HEYKƏLLƏRİ
Bütün arxiv bir sırada
05/09/2017 [14:26] - Ədəbiyyat - ( 3005 dəfə baxılıb)

""Şair Məmməd İsmayıl elm adamı kimi də dolu ömür yaşayır", desəniz, yanlış olmaz"




Tanınmış şair, professor Məmməd İsmayıl hazırda Türkiyədə yaşayır. Elmi və yaradıcı fəaliyyətlə məşğuldur. Lakin Azərbaycan mediası nədənsə tanınmış ziyalının hər zaman ədəbi yaradıcılığına toxunub. Doğrudur, buna əsas var. Çünki uzun müddət həm televiziya, həm də müxtəlif mətbuu orqanlarda Məmməd İsmayıl özünəməxsus bir məktəb yaradıb. Təkcə, “Gənclik” jurnalının adını çəksək, kifayətdir. Heç kəsə sir deyil ki, o jurnalın şinelindən çoxsaylı qələm adamları çıxıb.

Elmi və yaradıcı fəaliyyətini davam etdirmək üçün yenidən Türkiyəyə qayıdan Məmməd İsmayıl Moderator.az-a açıqlamasında qürbət düşüncələri, alim və müəllim kimi keçdiyi çətin yollardan danışıb. Amma əvvəlcə, o da daha çox şair kimi xatırlanması ilə razılaşıb: 

“Doğru deyirsən, demək olar ki, Azərbaycandakı bütün sayt və mətbuu orqanlardan mənə ünvanlanan suallar daha çox şair Məmməd İsmayıla ünvanlanıb. 

Bunun başqa bir səbəbi yoxdu. Mənim Türkiyəyə gəlməzdən əvvəlki  gördüyüm bütün işlərin-televiziya, nəşriyyat, kino, jurnal- paralelində  şairliyim dururdu. Harada işləmişəmsə, təvazökarlıqdan uzaq olsa da deyim ki, nəsə yeniliklər etməyə, haradasa ilklərə imza atmağa çalışmışam. Amma şairliyim bunların haradasa, hamısından yuxarıda dayanırdı. Bu da təbii idi; bəlkə,  şeir və onun qara sevdası olmasaydı , mən doğulduğum o dağ kəndindən bir yana çıxa  və paralel görmək istədiyim işləri də görə bilməzdim.

Mәn şeiri yazmadım ki,
Şerim özü yazdı mәni. 
Bәlkә, dәrdim unudardı
 Şerim unutmazdı mәni. 

Yetim idim, ona görә,
 Qoyuldum adam yerinә. 
Gah anamı әvәz etdi, 
Gah oldu atam yerinә. 

Alın yazımdı, alnımdan 
Qәlәmә, kağıza düşdü. 
Mәn qaldım, mәnim adımnan 
O, dilә, ağıza düşdü. 

İşığı hәr yana çatar 
Әrimәdә şam yerinә. 
Haqsızlığa dil uzadar. 
Aparar edam yerinә… 

Yüz bәlaya qatdı mәni 
Qatacaq bundan sonra da. 
Yaşadım, yaşatdı,.. mәni, 
Yaşadar mәndәn sonra da…

Məmməd İsmayıl  ömrünün 22 ilini verdiyi müəllimlik peşəsi haqqında da ürəklə danışır. Şairin  Türkiyəyə yollandığı zamanlardakı ilk illər, müəllimlik peşəsinə verdiyi dəyər  barəsində maraqlı nüanslara toxunub:   

“Amma Türkiyəyə gəldikdən sonra  tale mənə şerin paralelində başqa bir yol da cızacaqdı. Əslində,  hicrət  illərimin əvvəllərində qürbət həyatıma asi olsam da-bu, 22 illik bir həyatdır- sonra yavaş-yavaş taleyimlə, həm də dolaşıq taleyimlə barışmaq zorunda qaldım! Barışmayıb nə edə   bilərdim ki?! Alın yazımızın bizdən daha ağıllı və uzaqgörən olduğunu çoxdan qəbul edən adamam. Həm də bu qürbət təkcə yaxınlarımı yox, elə təmsil olduğum milləti də yoxluğuma öyrətməkdədir. Dünyasını bir dəfəlik dəyişən adamın geriyə dönmək, özündən sonra haqqında nə danışılır, nələr deyilirləri bilmək şansı yoxdur. Məni qürbətə salmaqla alın yazım mənə bu şansı-yox olub yenidən var olmağın yollarını da öyrətdi.

“Gün bulud arxasında, qürbət arxasında mən”… Günün bulud arxasında qalması keçici olduğu kimi, mənim də qürbət arxasında izsiz-tozsuz qalmağım düşünülməzdi. Həm də bir elm ocağında yalnız şeir yazmaqla gününü gün edə bilməzsən. Bunu sən istəsən də,   çalışdığın elm ocağı istəməz. Həm də sifarişlə yazılmır ki, hər gün oturub şeir yazasan. Və bir də, qürbət bütün çətinliklərinə baxmayaraq sənə özünlə baş-başa qalmaq, zamanını dəyərləndirmək şansı verir. Universitet müəllimi yalnız dərslərə girib-çıxmaqla başını girləyə bilməz. O, universitetin elmi həyatında yaxından iştirak etməli, konfrans və simpoziumlara qatılmalıdır. Bunlardan əlavə elmi rəhbəri olduğun yüksək “lisans” və “doktora öyrencilerine”(Türkiyədə elmi dərəcələr) elə önəmli bilgilər verməlisən ki, onları az da olsa, heyrətləndirə biləsən.  Müəllim dərslərə sevdiyi qızla ilk görüşə gedən bir dəliqanlı kimi, sevərəkdən getməyi bacarmalıdır. Çünki dərs dediyi siniflərdəki şagirdlər, tələbələr bəlkə, həmin müəllimin özündən də artıq kitab və internet bilgilərindən faydalanır. 

Müəllim biliyi ilə tələbəsini heyrətləndirə bilmirsə, onun müəllimlik etməyə haqqı  olmamalıdır. Şərqdə nə qədər ki, “usta-çıraq”, ustad-şəyird münasibəti vardı, Şərq ucalırdı. Bu əlaqə azaldıqdan, kəsildikdən sonra Şərqin çöküşü başladı. Müəllim, həm də şair-müəllim, ustad ola bilmirsə, onun şagirdə verəcəyi bir şey də olmaz”. 

Məmməd İsmayıl sonda müəllim və bir elm xadimi kimi Türkiyədə gördüyü işlərdən də danışıb:

“Demək istədiyim odur ki, müəllim kimi yola saldığım bu 22 ildə sadəcə, dərs verməklə qalmayıb, dərs hazırlıqları üçün günlərimi nəhəng dünya ədəbiyyatının və fəlsəfəsinin ən önəmli kitablarını oxumaqlıa keçirmişəm. 

Azərbaycanda olsaydım, şübhəsiz, bu oxuduqlarımın onda  birini də oxumağa imkan tapılmayacaqdı. Bu oxu təşnələri öz bəhrəsini verdi. İndiyə qədər 30-dan çox elmi konfranslarda, istər Azərbaycanda, istərsə də başqa yerdə türk elmi düşüncəsini təmsil etmişəm. Bir neçə jurnal və təşkilatın redaksiya və idarə heyətlərinin üzvüyəm. Redaksiya heyətinin üzvü olduğum Moskvada çap olunan “"Literaturnıe znakomstvo" jurnalı demək olar, hər nömrəsində “Şərqdən baxış” rubrikasında fəlsəfi esselərimi və elmi məqalələrimi çap edir.

Türkiyədə hazırladığım M.P. Vaqifin əsərlərindən ibarət “Yaralı durna”, Azərbaycan aşıqları və saz şairlərinin əsərlərindən ibarət “Dillən, telli sazım” kitablarını çap etdirmişəm. 
Türkiyədə nəşr olunan bir neçə kitabın elmi redaktoruyam. Burada yayımlanan elmi məqalələrimi sadalasam, uzun bir siyahı alınar. Beləcə, “şair Məmməd İsmayıl həm də elm adamı kimi dobdolu bir ömür yaşayır, desəniz, yanlış olmaz".

Elmin Nuri


Dünyanın sosial poblemi olan “Uşaq Nikahı”...
Qarabağ və Roma klublarının ən yaxşı oyunçusuna ayrı ayrılıqda mükafat veriləcək
Dilqəm Əsgərovun oğlu: “Avropalı diplomatların diqqətini bu məsələyə cəlb edə bildik”
Ziya Məmmədov 40 min manat borcu olduğu yerlisini döydürüb - Ucarlı sahibkardan ŞOK...
Milli Qvardiyanın keçmiş komandirinin 60 yaşı tamam oldu - TƏBRİK
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Hindistanda doğulan qorxunc uşaq öldü - VİDEO
Cəmiyyət
Prezidentin fəxri ad verdiyi müəllim işdən çıxarıldı - FOTOLAR
Siyasət
Dilavər Əzimli: “O, bir türk düşməni olub”
Maraqlı
Sofiya Rotarunun klipi: “Azərbaycanı dua kimi pıçılda...” - VİDEO
Cəmiyyət
Rus dili bizə lazımdır, bəs ingilis dili hanı? - Professordan təhsil nazirinə ritorik sual
Həftənin ən çox oxunanları
"O biri dünya" Vyetnamda tapıldı -  MÖHTƏŞƏM FOTOLAR
Akif Əlinin Lütfi Zadəni təhqir etməsinin səbəbləri məlum oldu - VİDEO
Qarabağa müsəlman ermənilərin köçürülməsi təklif edildi – Məkrli plan
"Timsahları mistik qüvvəylə idarə edirəm" - deyib gölə atıldı və... - DƏHŞƏT-VİDEO (+18)
Azad Cavadov və Rüfət Aslanlı haqqında növbəti ittiham: 11 bankın əmlakı talanıb...
“5 rayonu qaytarmaq” nağılı və Naxçıvan, Gəncə, Tərtər, Bərdə iddiası...
“Küçədən gəlmiş birisi televiziyaya çıxmağıma qadağa qoyub”
Şəhidləri təhqir edən Türkiyə gözəli ilə bağlı ŞOK QƏRAR
Adəm Cənnətdən qovulduqdan sonra buraya gəlib çıxıb - Fotolar+Video
"Lütfi Zadənin xeyli qəribəlikləri var idi, hər bazar günü gərək, mütləq…”- Sabiq rektorla MÜSAHİBƏ
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin