Xəbər lenti
20/11/2017 [13:50]:
Uşaqları xilas edərkən boğulan azərbaycanlının atasına medal təqdim olundu
20/11/2017 [13:49]:
Lavrov: "Bakı-Tbilisi-Qars dəmir yolunun bizimlə əlaqəsi yoxdur"
20/11/2017 [13:46]:
“Həll yollarını axtarmaq lazımdır” – Məmmədyarovdan MESAJ
20/11/2017 [13:45]:
Bakıda idmançı qızı öldürən sürücüyə 7.5 il həbs verildi - VİDEO
20/11/2017 [13:43]:
BNA vəd verdi: “Qarabağ”lılar yenə aldanacaq?
20/11/2017 [13:40]:
Özünü Türkiyə vətəndaşı kimi təqdim edən dələduz tutuldu
20/11/2017 [13:39]:
Bakıda piyadanı vurub qaçan sürücü saxlanıldı
20/11/2017 [13:38]:
Bakıda partlayan zavoddan ilk görüntülər - FOTO
20/11/2017 [13:38]:
Ayın məzunu: “UNEC-in nüfuzu əhəmiyyətli dərəcədə artıb”
20/11/2017 [13:36]:
Həmkəndlisinin evini qarət edən şəxslər saxlanıldı
20/11/2017 [13:34]:
Rüfət Səfərov ata oldu- ONUN OĞLU DÜNYAYA GƏLİB
20/11/2017 [13:32]:
Digər universitetlərdən UNEC-ə köçürülən tələbələrlə tanışlıq görüşü - FOTO
20/11/2017 [13:32]:
Hava kəskin dəyişəcək – XƏBƏRDARLIQ
20/11/2017 [13:26]:
Azərbaycan Xalça Muzeyi 50: “Muzeylərdə tekstil kolleksiyaları” adlı dəyirmi masa
20/11/2017 [13:25]:
Baş prokuror Bərdədə ətraf rayonlarda şikayətçiləri qəbul edəcək
20/11/2017 [13:22]:
“Qalatasaray”a ŞOK
20/11/2017 [13:20]:
Şeyx Rusiyaya səfərə gedir
20/11/2017 [13:19]:
Afaq Bəşirqızının “Bəxt üzüyü 2”-yə görə SƏHHƏTİ PİSLƏŞDİ – AÇIQLAMA
20/11/2017 [13:17]:
“Lotu Quli”yə sui-qəsdlə bağlı YENİ FAKTLAR
20/11/2017 [13:16]:
Məşhur aktrisanın qatili öldü - Foto/18+
20/11/2017 [13:14]:
Sabah 2018-ci ilin dövlət büdcəsi layihəsi müzakirəyə çıxarılacaq
20/11/2017 [13:12]:
Bakıda zavod partladı: ölən və yaralanan var
20/11/2017 [13:08]:
"İran molla rejimi ustad Şəhriyarın büstünü təhqir edənləri cəzalandırmalıdır"
20/11/2017 [12:27]:
İlham Əliyevin bacısı oğlundan hər kəsi heyrətləndirən hərəkət - VİDEO
20/11/2017 [12:26]:
Ramil Səfərovun həbsxana FOTOLARI
20/11/2017 [12:20]:
Bakıda Azərbaycan və Rusiya XİN rəhbərlərinin görüşü keçirilir
20/11/2017 [12:17]:
Benzin bahalaşa bilər
20/11/2017 [12:15]:
Lavrov: "Azərbaycanı Avrasiya İttifaqında görməkdən çox məmnun olarıq"
20/11/2017 [12:13]:
Leyla Şıxlinskaya işçilərinə qarşı iddia qaldırdı
20/11/2017 [12:12]:
Öldürülən iş adamının xanımı: "Həyatımız təhlükədədir"
20/11/2017 [12:05]:
"Rusiya və ABŞ arasındakı əlaqələr Qarabağ münaqişəsinin həllinə təsir göstərmir" - LAVROV
20/11/2017 [12:05]:
Məleykə Əsədova Ramiz Məlikdən 200 min istədi – Məhkəmə
20/11/2017 [12:04]:
"Bu filmdən sonra məni yandırmaq istəyirdilər"
20/11/2017 [12:03]:
Nuru Paşanın son dəqiqələri- "İşçiləri qovub mina anbarına girdi və..."
20/11/2017 [11:55]:
Şəhriyara görə səfirliyə müraciət edildi: “Şərəfsizlər cəzalandırılsın!"
20/11/2017 [11:48]:
Qurban Qurbanov daha bir futbolçusunu itirdi
20/11/2017 [11:47]:
Bu qan yerdə qalmayacaq – İlham Əliyev
20/11/2017 [11:46]:
Qarabağ ətrafında əsəb savaşı - işğal ortaqlarının ortaq oyunu?
20/11/2017 [11:42]:
FİFA prezidenti Azərbaycana səfər edir - İLK
20/11/2017 [11:34]:
Rəsulzadənin öz xətti ilə yazdığı gündəliklərdə nələr var?- Arxiv sənədi
20/11/2017 [11:32]:
Özünü Türkiyə vətəndaşı kimi təqdim edərək insanları aldadan şəxs saxlanıldı
20/11/2017 [11:18]:
Lavrov: “Rusiya və Azərbaycan strateji tərəfdaşdır”
20/11/2017 [11:12]:
Bəy toy gecəsi evdən qaçdı - VİDEO
20/11/2017 [11:03]:
Axirət yoxdur, cənnət yalandır... – Floradan ilginc açıqlamalar
20/11/2017 [10:54]:
"Bir var o pulları məmur xərcləyə, bir də var sahibkar..."
20/11/2017 [10:49]:
Yanlış informasiyaya görə kimin hansı məsuliyyəti var?
20/11/2017 [10:47]:
“Ədəbiyyatdan ideoloji silah kimi istifadə etmək doğru deyil”
20/11/2017 [10:43]:
Putinin “ağır topu” Bakıda - Kremlin iki hədəfi
20/11/2017 [10:39]:
Yeni il bayramında Azərbaycanda 5 gün istirahət olacaq
20/11/2017 [10:38]:
Qubada ağır yol-nəqliyyat hadisəsi - Ər-arvad dünyasını dəyişdi
20/11/2017 [10:34]:
Bakı bulvarında faciə: Gənc oğlan öldü
20/11/2017 [10:32]:
2018-ci ilin dövlət büdcəsi layihəsi müzakirəyə çıxarılır
20/11/2017 [10:22]:
Sabirabadda “Mercedes”lə “KamAZ” toqquşdu - Ailənin bir üzvü öldü, üçü xəsarət aldı
20/11/2017 [10:22]:
Misir müğənnisi açıq-saçıq klipinə görə həbs olundu – VİDEO
20/11/2017 [10:20]:
Bakıda bahalı avtomobilin üzərinə paltaryuyan maşın atdılar – FOTO
20/11/2017 [09:44]:
Həyatını səhnədə “əridən” aşiq aktrisa - “Aşiq olmağımın səbəbkarı Şəfiqə Məmmədovadı”...
20/11/2017 [09:29]:
Ermənistanlı çoban minaya düşdü - Qarabağda...
20/11/2017 [09:27]:
"Putin bu hadisədən dəli olmuşdu" - “O Kim Çın In-dan da təhlükəli düşməndir”
20/11/2017 [09:13]:
ABŞ-ın məşhur brendi yeni sviter buraxdı... - Üzərində separatçı “Artsax” bayrağı - VİDEO
20/11/2017 [01:07]:
Türkiyə bu qadınla ilkə imza atır - FOTOLAR
20/11/2017 [01:04]:
Nərimanovun Leninə qəzəbli məktubu: "Müstəqil Azərbaycan” sözü sizin dilinizdən çıxmamışdırmı?"
20/11/2017 [00:59]:
"Neftçi"yə qol vuran "Qəbələ"li futbolçu etiraf etdi: "Bəli, top məndən meydanı tərk etmişdi"
20/11/2017 [00:48]:
Azərbaycanlı şou-biznes nümayəndələrinin xaricdəki mülkləri
20/11/2017 [00:34]:
"Bu nə tərbiyəsizlik, nə əxlaqsızlıq...?"
20/11/2017 [00:33]:
Çində dəhşətli yanğın - 19 nəfər həlak oldu
20/11/2017 [00:22]:
Ölüm saçan diş fırçaları - Dəhşətli araşdırma
20/11/2017 [00:06]:
Netanyahunun evinə polis basqın etdi: Baş nazir sorğuya alındı
20/11/2017 [00:01]:
Qarakənd faciəsindən 26 il ötdü QANLI TARİX
19/11/2017 [23:59]:
Ərdoğanın mühafizəçiləri qəzaya düşdü - 4 yaralı
19/11/2017 [23:54]:
Avropa İttifaqı Ermənistandan Metsamor AES-i bağlamağı tələb edir- ARAŞDIRMA
19/11/2017 [23:52]:
“Faiq Azərbaycan kişisinin namusuna düşən ləkədir”
19/11/2017 [23:41]:
Saçlarınızdakı ağları qoz qabığı ilə qaraldın - Effektiv və sərfəli üsul
19/11/2017 [23:32]:
Bu il Azərbaycana idxal olunan telefonların sayı açıqlandı
19/11/2017 [23:28]:
"Lavrov “fəal səylər dedikdə” əslində topu Azərbaycanın meydanına atır ki..."
19/11/2017 [23:24]:
Səudiyyə Ərəbistanının başçılıq ediyi qüvvələr Yəmənə zərbə endirdi - 11 dinc sakin həlak oldu
19/11/2017 [23:22]:
Mübariz Mənsimov anası ilə atasının fotosunu paylaşdı - FOTO
19/11/2017 [23:22]:
“Bizim üçün Qarabağ qədər, Türkmən dağı, o cümlədən Bayırbucaq eli də qutsaldır”
19/11/2017 [23:19]:
Saakaşvili Ukraynada “xalq impiçmenti”nin başlanmasının tarixini açıqladı...
19/11/2017 [23:08]:
Robert Muqabe postunu tərk etməyə razılaşdı - YENİLƏNİB
19/11/2017 [22:58]:
“Atletiko"nun futbolçusu: ““Qarabağ”a qalib gəlsəydik...”
Bütün arxiv bir sırada
07/09/2017 [15:42] - Araşdırma - ( 1827 dəfə baxılıb)

“İlham Əliyevə savaş açanları hər kəs tanısın!!!” -Elşən Musayev faktlarla ifşa edir...

Qərbin emissarları yenə coşublar. Seçki öncəsi. Yaylım atəşlərindən əməllicə şantaj qoxusu gəlir.



Myanmadakı müsəlman qətliamı, Şimali Koreya liderinin hoqqaları, az qala bəşəriyyəti ağuşuna alan miqrant problemi, nüvə müharibəsi təhlükəsi qalıb bir kənarda, “kişi”lər Azərbaycanın problemləri ilə məşğuldurlar, pul sayırlar, “ağsaqqal” hallusinasiyasına giriblər, mələk libasında “sol çiyin hesablaması” aparırlar. 

Bu dünya həqiqətən dağılası dünyadı. Əgər bütün uğursuz inqilabların donoru, “goreşən” ləqəbli Soros, 20 min dollara sifarişli yazı çap edən media qurumu – “Vaşinqton Post”, Xəccənin rəyçisi olduğu “OCCPR”- adlı təşkilat hələ də ictimai rəydə “şeytan çarxı” yellədə bilirsə, gerçəkdən dağılası dünyadı. 

Məlum buqələmun triosuna cavab vermək kimi bir məhkumiyyəti də deyilənlərin üzərinə gəlsək, dağılası yox, elə bir baş kökündən ləğv olası dünyadı. 


İndiki məqamda nə “lobbi illuziyası”na şərh verəcəm, nə Əli Kərimlinin “facebook” sərgüzəştlərinə, nə də Xəccəxanımın rus TV-lərindəki sərsəmləmələrinə. Əvəzində birbaşa keçirəm mətləbə: Avropada 3 ay sərasər, günəgün qalaraq sırf maraq səbəbilə ərsəyə gətirdiyim araşdırma yazımı hüzurunuza təqdim edirəm. Oxuyun, analiz edin, nəticə çıxarın. Ayrıca, həm də agah olun ki, dövlət başçısı haqda iftiralar uyduran “OCCPR” adlı BİC TÖRƏMƏ hansı yuvanın, dalanın quşudur.

Sorosun iflası....

Dünyada baş verən proseslər, postsovet məkanında cövlan edən hakimiyyət dəyişiklikləri, narıncı, ardınca isə ərəb inqilabları, eyni zamanda “Wikileaks”ın ortaya qoyduğu dünya siyasətinin sabotaj elementləri bütünlükdə bir həqiqəti özündə ehtiva edirdi: Hər şey göründüyü kimi deyil. Bütün proseslərin kökündə illərin koordinasiyası dayanır, hər nəticənin mənbəyində ağlasığmaz alt mətləblər var.

Narıncı (rəngli) inqilabların dalğası 2003-cü ildə məhz Azərbaycanda durdurulub. Bunu beynəlxalq ekspertlər də etiraf edir. Məlum fakt isə həm də həmin texnologiyanın Bibliyası hesab edilən Çin Şarpın “sakit inqilab” konsepsiyasının sona çatması, “Soros” fondunun əsl mahiyyətinin isə üzə çıxması demək idi: Siyasi texnologiyanın əks effekti, qarşı tərəfin (dövlətin) öncədən hesablana bilinməyən ayıq-sayıqlığı bütün planların fiaskosu ilə nəticələnmişdi.

Belə olan halda isə yeni mərhələyə keçid almağın, eyni zamanda paralel olaraq “B” planını dövriyyəyə salmağın labüdlüyü özünü bir sıra komponentlərdə ifadə etmiş oldu:

1) Soros Fondunun Azərbaycandakı təşkilatı bağlanır. (Xüsusi qeyd: açıqlamada ən diqqət çəkən məqam fondun qrantlarının bundan sonra ABŞ-dakı təşkilatdan ayrılması (?!) idi.

2) Paralel olaraq Xədicə İsmayılova (oxu:ələkçinin qılverəni) “Azadlıq”radiosu rəhbərliyindən istefa verir. Səbəb kimi isə adı çəkilən xanımın artıq inzibati işlə deyil, müstəqil araşdırmaçılıqla məşğul olmaq arzusi göstərilir)

Niyə Xədicə?! Və ya bu siyasi paralellər özündə hansı reallıqları ehtiva edir?

Əvvəla qeyd edim ki, müxalifətçilərə və 3-cü sektora qrantlar ayrılması taktikasının əvəzlənməsinin lokal və qlobal səbəbləri vardır:

1) Vətəndaş cəmiyyəti dünya praktikasına görə siyasətlə məşğul ola bilməz.

2) QHT üzvləri öz rəhbərlərindən asılı vəziyyətdə olur və sərbəstlik məhdudlaşır.

3) Azərbaycanda müxalifətin potensialının tükənməsi ona hər hansı ümid yeri qoymur, eyni zamanda onlara ayrılan qrant özünü doğrultmur.

4) Maliyyəni müasir şəbəkə texnologiyaları ilə işləyə bilən gənclərə ayırmaqla daha böyük nəticələrə (Facebook, Tvitter inqilabı) nail olmaq mümkündür.

5) Siyasi iqtidara qarşı kompromatlar sosial partlayışlara mühüm təkan verə bilər.

6) Bu kompromatların hazırlanması və cəmiyyətə fərqli aspektdə sırınması “araşdırmaçı jurnalist” adı altında həyata keçirilir.

Qəribədir deyilmi?! Ən azından Azərbaycanda, məlum dövrdə baş verən proseslərin (İsmayıllıda günün gec saatı olmasına rəğmən anidən alovlanan kütləvi qarşıdurma, “Binə” ticarət mərkəzində keçirilən etiraz aksiyası, mətbuata - artan dinamika üzrə ötürülən saxta iğtişaş məlumatları və s.) fonunda çox qəribədir həm də! Amma həmin qəribəliyin xarakterində bir də məntiq bağlılığı var.

Diqqət edin: Yuxarıda qeyd olunan komponentlər indi sadaladığım hadisələrin gedişatında sanki bir estafet xarakteri daşıyır. Məmur özbaşnalığı ilə bağlı dəqiqləşdirilməmiş kompromat (dezo) indormasiyalar planlı şəkildə ictimai rəyə ötürülür (bu arada paralel olaraq iğtişaşın həyata keçirilməsi planlanan bölgə üzrə “araşdırmaçı jurnalistika”nın gözəgörünməz nümayəndələri fərqli və fərdi şəkildə iş aparır).Həmin məmurun özünün və ya övladının cəmiyyətə qarşı aqressiv tablosu çizilir (dövlət səlahiyyətlisinin, ya da onun ailə üzvlərinin belə bir məqamda ən kiçik səhvi ciddi qığılcım yaradır və qarşı tərəfin adekvat olmayan reaksiyası ilə müşahidə olunur).Və.. prosesin ümumi gedişatı “0” nöqtəsindən etibarən sosial şəbəkələrə adlayır, vəziyyətin mürəkkəbliyi haqqda cəmiyyətə mesaj ötürülür, eyni zamanda maksimum şəkildə kütləviliyin təmin olması üçün yeni rıçaqlar və resurslar hərəkətə gətirilir. Sızan, yayımlanan, müzakirəyə çıxarılan məlumatların cəmiyyətə təqdim olunan ən səhih mənbəyi, istinad nöqtəsi olaraq isə ARAŞDIRMAÇI JURNALİSTİKA... göstərilir.

Xüsusi qeyd: 2005-ci il, parlament seçkiləri öncəsi Azərbaycanda düzənlənən siyasi çevriliş planının tərkib hissəsi də bənzər siyasi texnologiyanın bir başqa variantı idi: Bakıətrafı zonalarda seçkiyə bir il qala vətəndaşlarla iş aparılmış, bölgədə nüfuzu olan şəxslər sentimental siyasi xətt üzrə əhali ilə danışıqlara cəlb edilmiş, bütünlükdə rəhbərlik və paralel olaraq lokal səviyyədə məmur elitasının gözdən salınması istiqamətində xüsusi tərtibatlı qrafik üzrə fəaliyyət planı həyata keçirilmişdi.

Sadəcə həmin dönəmdə proseslərin episentrində alov və təkan rolunu oynamalı olan “araşdırmaçı jurnalistika”nın, eyni zamanda heç bir aktivlik göstəricisi olmayan “sosial şəbəkələr”ın hələ yeni-yeni təşəkkül tapması siyasi gedişatda xüsusi nəticələrə varmamağın əsas səbəblərindən biri kimi önə çəkildi. Və, növbəti haşiyəni çıxaraq vurğulayım ki, 2007-ci ildən etibarən Azərbaycanın ictimai həyatına siraət etmiş həmin “araşdırmaçı jurnalistika”nın bütün təməl prinsipləri ilk növbədə neqativ informasiya məhsullarının mütəşəkkil şəkildə təbliğ olunmasına yönəlmişdi. Digər texnologiyalarla müqayisədə nəzərəçarpan ən böyük fərq isə “gözəgörünməzlik” fəlsəfəsini “peşəkarcasına” diqtə etməkdə, eyni zamanda bütün hadisələrin yaradıcısi ikən sadəcə icraçı kimi görünməkdə idi! 
Dövlət başçısı ittiham olunur. Fəqət kim tərəfindən?!

“Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi” (OCCPR) adlı təşkilat bütün çərçivələri aşaraq hazırladığı hesabatda Azərbaycanın rəhbərliyinə hücum və basqı edir, saysız-hesabsız iftiralara yer verir və ilk baxışdan belə bir-biri ilə ziddiyyət təşkil edən rabitəsiz fikirləri ictimai rəyə sızdırılmağa başlayır...

Amma niyə məhz OCCRP? Həm də durub-dururkən?!

Araşdırmalarıma da məhz bu nöqtədən başlayıram...

Əvvəla, internet səhifəsində təşkilatın özü haqqında yazdığı məlumat belədir: ”2007-ci ildə yaranan müstəqil araşdırma konsorsiumu. (Yerləşmə məkanı olaraq isə Sarayevo və Buxarest göstərilib. 5 postsovet ölkəsi: Rusiya, Ukrayna, Latviya, Ermənistan, Gürcüstan ilə isə tərəfdaşlıq - təmsilçilik müqaviləsi var)

Diqqət edin, Azərbaycan bu təmsilçilikdə yer almır. Ən vacib məqam isə təşkilatın qəribə təqdimatıdır: “Təşkilat jurnalistlər üçün qiymətli mənbə ola biləcək şirkət yazışmalarının, bank-maliyyə əməliyyatlarının, istintaq protokollarının, məhkəmə stenoqramlarının (buna kompromat deyək) “online” resursunu hazırlayır və təqdim edir.

Digər bir önəmli məqam: İnternet səhifəsində təşkilat haqqında verilən ən sonuncu məlumat da kuryoz xarakterdədir: “OCCRP – Merilenddə yerləşən xeyriyyəçi “Jurnalistikanın İnkişafı Şəbəkəsi”nin qeydyyatdan keçmiş rəsmi adıdır. Paradoks da elə burdan başlayır və araşdırmamın növbəti mərhələsinə adlayıram: 

Deyəsən nəticə var: Ana təşkilat kimi göstərilən “Jurnalistikanın İnkişafı Şəbəkəsi” - adında qurum ümumiyyətlə mövcud deyil! Merilenddə sadəcə OCCRP-nin redaktoru kimi adıkeçən Endryu Sallivan yaşayır. Eyni zamanda təşkilatın Vaşinqtonda olmasına və biznes konsultasiya ilə məşğul olmasına dair məlumatı tapsam da, onun saytına türklər demiş heç cür “ulaşa” bilmirəm. 

Qısaca, yoxdur belə bir sayt!. Və davam edirəm...Nəhayət ,“Jurnalistikanın İnkişafı Şəbəkəsi”nin sorağı Sarayevodan gəlir. Hərçənd heç burada da “ana şirkət” nağılının hansı səbəbdən uydurulması başa düşülmür. Elektron ensiklopediyada qeyd edilir ki, OCCRP-nin ana təşkilatı bu quruma üzv ölkələrlə əlaqələrin qurulması səlahiyyətlərini həyata keçirir. Vəssalam!

Təbii, ilk baxışda jurnalistika sahəsində ən tanınmış universitetin olduğu Merlienddə belə bir təşkilatın yaranmasını ehtimal etmək olardı. Amma paralel olaraq bu sual da meydana çıxdı ki, bəs niyə təşkilat haqqında məlumatlar konfidensial şəkildə saxlanılır? Səbəb?!

Üzdə deyil onlar. Çuval içindəymiş demə.

Növbəti mərhələdə qarşılaşdığım məqamlar isə öncəkilərdən heç də daha az heyrət doğuran deyildi: Təşkilatın maliyyəçiləri arasında Soros, ABŞ Milli Demokratiya Fondları və USAİD-lə bərabər, həm də Amerikanın KİV-lərə Beynəlxalq Dəstək Mərkəzinin (CİMA, USA) nəzdindəki “Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsimu” (İCİJ) və SCOOP təşkilatı da varmış. Və növbəti araşdırma ortaya bir başqa faktı çıxarır: Demə, hər iki qurum eyni tarixdə yaranıb! Elə ki, qurumun “Bizim müxbirlər” bölməsində (http:// www.icij.org/journalists) dünya xəritəsi bölümünü tapıb Azərbaycan nöqtəsini “tıklayırsan”, anındaca Xədicə İsmayılovanın adı gəlir və onun haqqında ilk olaraq dövlət başçımıza həqarət yağdıran biri kimi əhatəli məlumat verilir (http://www.icij.org/journalists/ khadija- ismayilova). Burada heyrət doğuran məqam bilirsinizmi nədir?

Ərazi baxımdan çox böyük dövlət olan Rusiyadan bu qurumda cəmi 3 nəfər, Türkiyə kimi dövlətdən cəmi 1 nəfər, Ermənistan və Gürcüstandan isə ümumiyyətlə heç kim yoxdur. Elə sadəcə bu fakt yetərlidir ki, Azərbaycan Prezidenti ilə bağlı bu iftira dolu hesabatın hansı mənədən qidalandığını təyin və təxmin edək. Üstəlik, bu azmış kimi təşkilatın üzvləri sırasında yenə də Cənubi Qafqaz regionundan Azərbaycan qeydiyyatı olan QHT-nin adı keçir. Bu “Qafqaz Media Tədqiqatları Mərkəzi”dir. (QMTM-nun direktoru Anar Orucovdur) QMTM-nın saytında deyilir ki, Beynəlxalq Jurnalistlər Mərkəzi ilə sıx əməkdaşlıq edir. ABŞ Dövlət Departamentinin dəstəyi ilə “Dərinləşdirilmiş Jurnalistika Təlimi” adlı layihəni icra edib. Anar Orucov eyni zamanda Azərbaycanda ilk internet televiziyası olan, eyni zamanda neqativ məzmunlu verilişləri ilə diqqət çəkən “KANAL 13”ün yaradıcısı və rəhbəridir!

”Qlobal Araşdırmaçı Jurnalistlər Şəbəkəsi” öz saytında daha bir önəmli ipucu verir: “Biz 2006-cı ildən etibarən Şərqi Avropa və Qafqazda vahid komanda kimi işləməyə başlamışıq. (http://www.icij.org/ bloq/. Bu fakt isə belə bir qənaətin hasil olmasını diqtə edir ki, yuxarıda haqqında danışılan “vahid komanda” ideyası - Azərbaycana coğrafi məsafədən daha yaxın olmaq üçün 2007-ci ildə bədnam “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları layihəsi” adlı təşkiların yaradılmasını şərtləndirən əsas səbəblərdən biri olub!

Nəhayət...OCCRP-nin kölgədə qalma cəhdində bulunan digər dostu: SCOOP –“Jurnalist Araşdırmalarına Dəstək Fondu”! Bu təşkilatı isə Hollandiyanın Araşdırmaçı Jurnalistlər Assosiasiyası təsis edib. Onun Qafqaz regionunda ən çox diqqət ayırdığı məkan da Azərbaycan və Azərbaycan təmsilçiliyi olan QHT-ləridir. 

Necə deyərlər, təsadüfən də bu qədəri.....

Bəs əslində OCCRP kimindir və hansı mənsəbə qulluq edir?

Bütün izlər yenə də Xədicə İsmayılovanın üzərinə gedir və ya belə qənaətə gəlməyimin səbəbləri var. Əvvəla, qurumun ana şirkət kimi Merlienddəki “Jurnalizmin İnkişafı Şəbəkəsi”nin adının yalandan hallandırılması, internet axtarışlarının heç bir nəticə verməməsi birmənalı şəkildə iz azdırmaq, hədəfdən yayınmaq üçündür. Praqada yerləşən və “Azadlıq” radiosunun bir addımlığında yerləşən bu qlobal şəbəkə növbəti addımlar üçün planlaşdırılıb. Və çox güman ki, Azərbaycanda proseslərə nəzarət etməyi hədəfə alan Qərbin bölgə ilə bağlı yaradılan informasiya qərərgahı da bu qlobal şəbəkə ilə mütəmadi, intensiv iş birliyindədir. Xədicə İsmayılova isə Qərbin bəzi dairə maraqlarının təminatında ən öncül ismlərdən biridir. Fəaliyyət məxfiliyinin qorunması da bu səbəbdəndir. Ayrıca Silikon vadisindəki Gələcək İnstitutu və dünyanın ən güclü beyin mərkəzlərindən biri hesab olunan Stenford İnstitutunun xüsusi texnoloji proqram paketləri hazırlayan qurumları ilə işbirliyi, eyni zamanda Azərbaycanın rəhbər vəzifəli şəxsləri, iş adamları haqqında müəmmalı dosyelərin əldə olunması və onun təhrif olunmuş, planlı şəkildə ictimai rəyə sızdırılması da böyük planın tərkib hissələrindən biridir.

Digər bir nüans: OCCRP-in saytında ən çox material Azərbaycan və istisna olaraq dövlət başçısının ailəsi haqqındadır. Həm də açıq qisas və qərəz kontekstində! İftira formatında!. Bu da Xədicənin izinə gətirib çıxaran növbəti qənaətdir.

Diqqət yetirilməsi gərəkən daha bir bir məqam: təşkilatın bilgilərində Azərbaycandan olan bir nəfər də olsun təmsilçinin adı göstərilmir. Fəqət dövlət başçısı İlham Əliyevə, eyni zamanda paralel olaraq Prezident seçkilərindəki səsverməyə münasibətdə Xədicə İsmayılovanın fikriı ön plana çıxır, mötəbər mənbə kimi qiymətləndirilir. Bu da şübhələrimi əsaslandıra bilmək üçün istinad etdiyim növbəti mənbədir. Eyni zamanda, araşdırma zamanı diqqətimi cəlb edən digər maraqlı nüansa diqqətinizi yönəltmək istəyirəm: OCCRP-nin” araşdırma lövhəsi” adlanan xüsusi axtarış proqram - saytı Azərbaycan da daxil olmaqla bütün dünya üzrə şirkətlər barədə məlumat bazasını əks etdirir və daim yenilənir. “Araşdırma lövhəsi” layihəsinin rəhbəri isə Xədicənin dostu, haker-araşdırmaçı, biznes resurslarına girişi təmin edən Raul Radudur!
Ən nəhayət, OCCRP-nin saytında Xədicənin misirli araşdırmaçılara “ipucu” verməsi + Hüsnü Mübarəkin pullarının Əli Evsen vasitəsilə Azərbaycana daşınması haqqında irəli sürdüyü iddialar da növbəti dünya çaplı siyasi skandala imza atmaq cəhdi olub...

*

Hazırda isə Azərbaycanda Prezident seçkiləri yaxınlaşır. Yəni, Qərbin də, Rusiyanın da, Avropanın da seçki göbələklərinin bu ərəfədə üzə çıxması kimsədə təəccüb doğurmamalıdır. Bir baxacayıq ki, korrupsionerin yekəsi 20 min km o yandan dürüstlük dərsi verir, azad sözün qatili 5 min km bu yandan “məhkəmə” qurur, bəşəriyyəti müharibəyə sürüklüyən, milyonlarla insanın qanını içən şəbəkənin hansısa nümayəndəsi 10 min km uzaqdan seçkilərin düzgün keçirilməsi ilə bağlı söhbət xırdalayır, irad bildirir, məsələ qaldırır.
Kuryozdu. Amma neynəməli, öyrəşmişik artıq. Hətta siyasi immunitet belə yaranıb. Bənzər həmlələrə qarşı. 

*
P.S...Bax belə! Indi isə yazıda göstərilən məlumatları, bu araşdırma məhsulunu oxuyan insanlar gizlin mətləblərin əslində hansı məntiqə söykəndiyini özləri təxmin etsinlər. Eyni zamanda Azərbaycan dövlət başçısı ilə bağlı ortaya atılan iftiraların, ona qarşı ünvanlanan davamlı, qisascıl, aqressiv kompaniyanın səbəblərinin hansı dalanlarda gizləndiyinin fərqinə varsınlar...

Elşən Musayev, 
Milli Məclisin deputatı.

...
"Lavrov “fəal səylər dedikdə” əslində topu Azərbaycanın meydanına atır ki..."
Prezident seçkisi cəmiyyət üçün növbəti fürsət ola bilərmi?
Qarabağda ermənilərin gözlədiyi 11-ci qızıl ordunun ayaq səsləri...
Adil Əliyev: “NATO Atatürkün kim olduğunu bilmirmi...?”
Azərbaycanlı qadın hərbçi partlayış zamanı şəhid oldu - FOTO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Yanlış informasiyaya görə kimin hansı məsuliyyəti var?
Siyasət
"Putin bu hadisədən dəli olmuşdu" - “O Kim Çın In-dan da təhlükəli düşməndir”
Cəmiyyət
Nərimanovun Leninə qəzəbli məktubu: "Müstəqil Azərbaycan” sözü sizin dilinizdən çıxmamışdırmı?"
Maraqlı
Xoruldamaqla köklük arasında əlaqə tapıldı - MARAQLI...
Kriminal
""Quska"nın yaraqlıları Hacı İbrahimin kabinetini Kalaşnikovla gülləbaran edirlər..."
Həftənin ən çox oxunanları
Limonla sodanın qarışığından alınan ilahi möcüzə - FOTOLAR
Prezidentdən Cavid Qurbanovla bağlı - Sərəncam
Tağıyevin məzarı belə bilinməyən oğlunun nadir fotoları- İlk dəfə
"Gəl burdan rədd olaq, elə bilərlər bizi də kimsə saxlayır..." - İCTİMAİ QINAQ
Zeynəb Xanlarova Rasim Balayevin müdafiəsinə qalxdı: “Desəm öldürərlər, deməsəm ölləm!”
""Quska"nın yaraqlıları Hacı İbrahimin kabinetini Kalaşnikovla gülləbaran edirlər..."
Prokuror hakimi güllələdi- Gözlənilməz
Bakirəliyini rekord qiymətə satan qız: “Pulu təhsilimə və səyahətə xərcləyəcəm...” -FOTOLAR
Azərbaycanda 6 bal gücündə zəlzələ baş verdi - Əhali evlərini tərk etdi...
Ömrü uzadacaq qidanın adı açıqlandı - FOTO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin