Xəbər lenti
25/09/2017 [17:32]:
Dünyanın sosial poblemi olan “Uşaq Nikahı”...
25/09/2017 [17:25]:
Bakıda “Qarabağ”-“Roma” oyunu üçün pulsuz avtobuslar işləyəcək
25/09/2017 [17:25]:
Hindistanda doğulan qorxunc uşaq öldü - VİDEO
25/09/2017 [17:22]:
Qarabağ və Roma klublarının ən yaxşı oyunçusuna ayrı ayrılıqda mükafat veriləcək
25/09/2017 [17:18]:
Noutbukların klaviaturasında gizli kombinasiyalar
25/09/2017 [17:17]:
Məişət tullantılarını daşıyan maşınlar Bakını zibilləyir
25/09/2017 [17:07]:
Vətəndaş Həmrəyliyi Partiyasının 25 yaşı tamam olur
25/09/2017 [17:07]:
Bakıda həbs olunan 5 geydə QİÇS xəstəliyi tapıldı - Yenilənib
25/09/2017 [17:05]:
Mikayıl Cabbarovun klubunun adı dəyişdi
25/09/2017 [17:03]:
“...“İŞİD”in heç bir lideri müsəlman deyil”- Fransalı ekspertdən sensasion açıqlama-Video
25/09/2017 [16:58]:
Türkiyənin müdafiə naziri Azərbaycana gəlir
25/09/2017 [16:57]:
Putin İraqdakı referenduma görə Türkiyəyə gedir
25/09/2017 [16:01]:
Yevlaxda silahlı insident- Yaralanan və saxlanılanlar var
25/09/2017 [15:58]:
Ağdərədə daha iki erməni hərbçisi yaralandı, vəziyyətləri ağırdır
25/09/2017 [15:53]:
“Səbinə Sultanova təyyarədə şalvarını aşağı çəkib, ekipaj üzvlərini dişləmək istəyib...”
25/09/2017 [15:50]:
Təhsilimizin “iksiri”, yoxsa “qarayarası”?
25/09/2017 [15:31]:
Proqnoz: Dollar ilin sonuna qədər 4% möhkəmlənə bilər
25/09/2017 [15:26]:
Dilqəm Əsgərovun oğlu: “Avropalı diplomatların diqqətini bu məsələyə cəlb edə bildik”
25/09/2017 [15:25]:
Mixeil Saakaşvili: "Ukrayna xalqı Nazirlər Kabinetinin bütün üzvlərini göndərəcək"
25/09/2017 [15:25]:
Sumqayıtlı Anarın həbs görüntüləri yayıldı - VİDEO
25/09/2017 [15:19]:
Allahşükür Paşazadə: “Azərbaycan İraqın şimalında keçirilən referenduma qarşıdır”
25/09/2017 [15:07]:
Azərbaycanlı professorun “Erməni faşizmi” kitabı Türkiyədə təqdim edildi- FOTOLAR
25/09/2017 [14:54]:
“Bu məntiqlə gərək Nizaminin də, Şekspirin də irsindən imtina edək”
25/09/2017 [14:35]:
Azərbaycan filmi 33-cü beynəlxalq mükafata əsas namizəddir
25/09/2017 [14:11]:
İnsan ətindən konserv düzəldən ailə saxlanıldı – DƏHŞƏT
25/09/2017 [14:06]:
Azərbaycanın ali məktəblərində təhsil alan 2500-dən çox gənc bu il diplom ala bilməyib
25/09/2017 [14:03]:
"Onların acısı bizim acımız, davaları bizim də davamız"
25/09/2017 [14:02]:
“Qayınanam ailəmi dağıtdı və bu sənətə gəldim” - Elza Seyidcahan - VİDEO
25/09/2017 [13:59]:
Prokuror müğənninin atasına cəza istəyəcək- arvadını və qohumunu öldürüb
25/09/2017 [13:57]:
Azərbaycanda yeni cəza növü tətbiq edilir
25/09/2017 [13:56]:
“İslam adı altında gizlənən qüvvələrin terroru müsəlmanlara qarşı ən böyük haqsızlıqdır”
25/09/2017 [13:53]:
Ziya Məmmədov 40 min manat borcu olduğu yerlisini döydürüb - Ucarlı sahibkardan ŞOK...
25/09/2017 [13:32]:
6 yaşlı azərbaycanlı uşaq canlı yayımda Rusiyanı ŞOKA SALDI (VİDEO)
25/09/2017 [13:20]:
12 yaşında zorlanan qız: "Ayaqyolunda mənə təcavüz etdi" (VİDEO)
25/09/2017 [12:54]:
DYP: "Cəriməni ödəməyən piyadaları sərt cəzalar gözləyir"
25/09/2017 [12:52]:
Prezidentin fəxri ad verdiyi müəllim işdən çıxarıldı - FOTOLAR
25/09/2017 [12:42]:
Mənsimovun sonu?
25/09/2017 [12:28]:
Türkiyə türkləri “Kürdüstan”dan geri çağırdı
25/09/2017 [12:18]:
Bakıdakı 5 saylı xəstəxananın baş həkimi vəfat etdi
25/09/2017 [12:16]:
Kavani penalti üçün 1 milyon avronu rədd etdi
25/09/2017 [12:15]:
Düşmənlərin məğlub məmləkətdə qələbə badələri...
25/09/2017 [12:11]:
Dünyaya ağcaqanadlardan yeni virus yayılır- TƏHLÜKƏ
25/09/2017 [12:04]:
Konsul Zəbi Axundov İraqda saxlanılan azərbaycanlı uşağa baş çəkib - FOTO
25/09/2017 [12:02]:
“Paytaxt kimi yeni bir şəhərin salınmasına ehtiyac var”
25/09/2017 [11:47]:
Hitlerin qeyd dəftərçəsi auksionda baha qiymətə satıldı- FOTO
25/09/2017 [11:46]:
Kürdəmir–Karrar mənzilində 8,7 km dəmir yolu əsaslı təmir olunur
25/09/2017 [11:39]:
Maşallah Əhmədov Əfv Komissiyasına müracət etdi
25/09/2017 [11:37]:
Ankara İraqdakı vəziyyətə görə narahatdır
25/09/2017 [11:35]:
AŞPA-nın Alt Komitəsi həlli uzanan münaqişələrin nizamlanması məsələsinin müzakirə edəcək
25/09/2017 [11:20]:
Türk ordusu İraqın şimalını vurdu
25/09/2017 [11:16]:
Türkiyənin yeni raketinin ilk görüntüsü
25/09/2017 [11:15]:
Sabunçudakı “26 Bakı komissarı” küçəsinin adı dəyişdirildi – FOTO
25/09/2017 [11:12]:
Məşhur müğənninin oğlu: "Yaxşı ki atama oxşamamışam"
25/09/2017 [11:12]:
Türkiyə İraqla sərhədi bağladı
25/09/2017 [11:11]:
Dağıstanda 11 yaşlı qızı zorlayan azərbaycanlı həbs edildi
25/09/2017 [11:06]:
Bakı-Tbilisi-Qars layihəsinin operatoru yaradılır
25/09/2017 [10:49]:
Avropada Azərbaycan təmsilçisi - UNEC tələbələrinin startapları
25/09/2017 [10:32]:
Erməni tərəfi atəşkəs rejimini 148 dəfə pozdu
25/09/2017 [10:13]:
Qənirə Paşayeva gəncləri Türk dünyasını geniş öyrənməyə çağırdı
25/09/2017 [09:56]:
Enerji içkiləri problemi böyüyür - Qadağan oluna bilər
25/09/2017 [09:50]:
“Neftin qiymətinə görə gəlirlərimiz azalıb” - İlham Əliyev
25/09/2017 [09:21]:
Milli Qvardiyanın keçmiş komandirinin 60 yaşı tamam oldu - TƏBRİK
25/09/2017 [09:11]:
Dilavər Əzimli: “O, bir türk düşməni olub”
25/09/2017 [08:54]:
Elza tənqid olunduğu müsabiqədən getdi
25/09/2017 [08:51]:
Merkel: "Yeni hökumət Milada qədər formalaşdırılacaq"
25/09/2017 [08:48]:
Almaniyada parlament seçkilərinin yekun nəticələri açıqlandı -Merkel qalib gəldi
25/09/2017 [08:46]:
Prezidentin qızı məhkəməyə verildi - FOTO
25/09/2017 [08:43]:
Rusiya ABŞ-ın “İŞİD”-ə dəstəyini təsdiqləyən faktlar nümayiş etdirdi -Fotolar
25/09/2017 [08:37]:
Berlində gərginlik: Xalq etiraza başladı
25/09/2017 [08:26]:
ABŞ-da həbsxanada qiyam baş verdi- ölən və yaralananlar var
25/09/2017 [08:25]:
20 Yanvar metrostansiyasının girişində gənc oğlan bıçaqlandı
25/09/2017 [08:23]:
Almaniyada keçirilən parlament seçkiləri üzrə "exit-poll" nəticələri açıqlandı
25/09/2017 [08:20]:
"Xəbərdarlıq etmədən İraqa girəcəyik" - İran
25/09/2017 [08:19]:
İraqdan Bərzaniyə qəti çağırış: Dərhal təhvil ver
25/09/2017 [08:17]:
İtkin düşən müğənni Almaniyada tapıldı
25/09/2017 [01:06]:
ABŞ-da polis tərəfindən cərimələnən satıcı üçün 70 min dollar toplandı – VİDEO
25/09/2017 [00:21]:
Ən yaxın insanlardan biri sizi sərt tənqid edə bilər - Günün qoroskopu
25/09/2017 [00:09]:
Dedi, "ağzını bağla" və məni vurdu — Ruslan Qurbanov Monrozla davasından DANIŞDI
25/09/2017 [00:06]:
Malidə partlayış nəticəsində 3 BMT sülhməramlısı öldü
24/09/2017 [23:58]:
Dünyanın insanı heyrətləndirəcək ən qeyri-adi HEYKƏLLƏRİ
Bütün arxiv bir sırada
09/09/2017 [12:30] - Araşdırma - ( 3941 dəfə baxılıb)

Aqiyə xanımın Mircəfər Bağırova yazdığı ərizələrin heç bir faydası olmadı

Bir daha Əkbər xan Naxçıvanski (Kəngərli) haqqında


Son vaxtlarda oxucularımız tez-tez Əkbər xan haqqında maraqlı suallarla bizə müraciət edirlər. Bu, təbiidir. Çünki Əkbər xan ensiklopedik bilikli, vətənpərvər və qorxmaz bir şəxsiyyət olmaqla bərabər, həm də I Kalbalı xanın oğul varislərindəndir, daha doğrusu, onun kötücəsidir. Nə qədər kədərli olsa da, Naxçıvan xanlarının yeganə oğul varislərindəndir ki, ata-baba yurdunda torpağa tapşırılıb. 
 
Oxucularımızın marağını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin Əkbər xan haqqında yazısını təqdim edirik:
    
Əkbər xan haqqında Azərbaycanda və MDB məkanında  ilk yazını bu sətirlərin müəllifi 2002-ci ildə “Şərq qapısı” qəzetində çap etdirib. Həmin yazı Əkbər xanın o vaxtlar sağ olan övladlarının xatirələri əsasında yazılmışdı. Bütün kəşməkəşli və əzab-əziyyətli həyatına baxmayaraq, Əkbər xanın qızlarının bir neçəsi Naxçıvanda qalıb yaşamışdılar. Onlardan həmin illərdə sağ qalanlardan Əxtər xanım atası haqqında maraqlı məlumatlar vermişdi. 

Arxivlərin qapıları üzümüzə açıldıqca tapılan yeni sənədlər də bir çox sirləri aşkara çıxardı. Yeni arxiv sənədlərini tapıb təhlil etdikdən sonra “Şərq qapısı”nda ikinci bir geniş məqalə çap olundu ki, əvvəlki səhvlərimizi düzəldək. 

Əkbər xanın uzaq sürgünlərdə yaşayan böyük qızı Xanımcan xanımın (1903, Naxçıvan – 30.05.1984, Daşkənd) qızı Ənvərin oğul nəvəsi Fərhad Nağdəliyev 2006-cı ildə Moskvada rus dilində yazdığı 432 səhifəlik bir kitabda (“Naxçıvan xanları Rusiya imperiyasında”) Əkbər xanın həyatının sürgün illərindən də söhbət açıb. Bu kitabla bağlı bir məsələni də deməliyəm. Əkbər xanın 100 səhifəyə yaxın arxiv işini Fərhada bu sətirlərin müəllifi hədiyyə edib. Əvvəlki yazdıqlarımızı və Fərhad Nağdəliyevin yazdıqlarını təkrarlamayacağıq. Biz, əsasən, Əkbər xanın həbs olunmasından və istintaq materiallarının bəziləri haqqında danışacağıq. 

Əkbər xan uzun və maraqlı, həm də kədərli ömür yaşayıb. Taleyində çox sevdiyi Naxçıvan uğrunda 1905, 1918-1920-ci illərdə döyüşmək də olub. Bəlkə də, bu, onun Naxçıvanı necə sevdiyini sınamaq üçün bir alın yazısıydı?! Çoxlu suallara cavab tapmaq üçün xəyalən o illərə qayıtmağa bizə arxiv sənədləri kömək edə bilər. Dövlət Siyasi İdarəsinin 90398 nömrəli işi Əkbər xan Aman xan oğlu Naxçıvanskiyə aiddir. 1928-ci ilin avqustunda tərtib edilib. Əkbər xanın həbsi və Arxangelskdəki Soloveskə sürgün olunması haqqında Moskvaya məxfi və təcili məlumat verilib. İmzalanıb və möhürlənib. Tarix 10 noyabr 1929-cu ildir. Deməli, 1928-ci ildə həbs edilən Əkbər xan haqqında sənədlərin çoxu “məxfidir” qrifi altındadır. Buradakı sənədlərdən aydın olur ki, Əkbər xan 60 yaşında, 1928-ci ilin iyun ayında Naxçıvanda həbs olunub, 4 ay Naxçıvan NKVD-sinin xüsusi təkadamlıq kamerasında saxlanılıb. Sovet hökuməti Hacı Vəli ağa Şahtaxtinski­nin əzəmətli mülkünü NKVD-nin inzibati binası etmişdi. Binanın zirzəmisini dəhşətli kameralara çevirmişdilər. O bina 1972-ci ilədək qalırdı. İndiki Zaviyyə məscidinin yanındakı dayanacağın yerində yerləşirdi.

Sənədlərdən məlum olur ki, Əkbər xan həbs olunan kimi NKVD-nin rəisi Yaqubov özü istintaq aparıb. İstintaq protokollarında Əkbər xanı 1905-ci ildə, həmçinin 1918-1920-ci illərdə ermənilərə qarşı vuruşduğu üçün “xüsusi” cani kimi qeyd ediblər. Onu Naxçıvandan Bakıya aparıb səkkiz ay istintaqsız saxlayırlar, sonra istintaqa  başlayırlar. Onun bildiyi məsələlər var idi və bu, bolşeviklərə hava, su kimi lazım idi. Çünki Naxçıvanın bir çox cəsur adamları qonşu xarici ölkələrdə sığınacaq tapmışdılar. Sovet hökuməti o adamlardan ehtiyat edirdi və istəyirdi ki, onların yerini müəyyənləşdirib agent terrorçuların əli ilə gizlicə aradan götürsün. Həmin ölkələrdə yaşayan Naxçıvan Kəngərlilərinin ünvanlarını Əkbər xandan öyrənmək istəyirdilər. Hətta ona 500 çervon (1922-1947-ci illərdə keçmiş SSRİ-nin pul vahidi) verib Arazdan o taya göndərmişdilər ki, xəbər gətirsin. Əkbər xan gedib əzizləri ilə görüşüb dərdləşmişdi. Qayıdanda isə Bakıya gedib Siyasi İdarəyə məlumat vermişdi ki, o, heç kimin haqqında məlumat toplaya bilməyib. Qeyd edək ki, istintaq materiallarının çoxu bu məsələyə həsr olunub. Dönə-dönə bu məsələyə qayıtdıqlarını dindirilmə protokolları da sübut edir. Dindirilmə protokolu 3 səhifədə kiçik hərflərlə sıx yazılıb, mətni olduqca genişdir. Protokolun əvvəlində yazılıb: “Mən Naxçıvan Siyasi Bürosunun rəisi Yaqubov 60 yaşlı Əkbər xanı – hansı ki o, Naxçıvan xanlarının varislərindəndir – İrana getməsi ilə əlaqədar olaraq 1928-ci il fevralın 4-də dindirirəm”.

Bu dindirilmə protokolunda olduqca maraqlı nüanslar vardır. Onların hamısını olduğu kimi qəzetdə dərc etmək imkan xaricindədir. Sonrakı sənədlərdən aydın olur ki, Əkbər xanı yalan məlumat verməkdə günahlandırıb Bakıda istintaqa cəlb ediblər.

20 fevral 1929-cu ilə aid dindirilmə protokolunda Əkbər xandan, əsasən, Cəfərqulu xan və onun oğlanları Kalbalı və Davud xanlar haqqında dönə-dönə suallar soruşublar. Əkbər xan dediklərini təsdiqləyib və imzalayıb. Burada bir məsələ də həqiqəti üzə çıxarır. Əkbər xan deyir ki, Kalbalı xanın atası Cəfərqulu xan Makuda qızının yanında yaşayır. O, Sovet hökuməti qurulandan sonra dövlətin icazəsi ilə xaricə mühacirət edib. Deməli, bəzi tədqiqatçıların yazdığı kimi, Cəfərqulu xanı Qarabağda güllələməyiblər. Sonrakı səhifələrdə Əkbər xandan tələb edirlər ki, öz avtobioqrafiyasını ətraflı yazsın. Əkbər xanın yazdıqlarından məlum olur ki, o, çox məsələlərin üstündən keçib. Ancaq burada bildirir ki, onu 1927-ci il fevral ayının 9-da həbs ediblər və 1 il 11 gün həbsdə saxlayıblar. Səbəb də gətiriblər ki, sən işlədiyin xəstəxanada “yeyintiyə” yol vermisən və sair.

21 fevral 1929-cu ilə aid protokolda ona verilən suallardan biri belədir: “Ermənilərə qarşı müsəlmanların üsyanında sizin rolunuz nədən ibarət olub, kim dururdu bu işlərin başında və xaricdə kimlərlə əlaqə saxlayırdılar?”

NKVD “ermənilərə qarşı üsyan” dedikdə erməni general-qubernatorluğuna naxçıvanlıların tabe olmamalarını nəzərdə tuturdu. Əkbər xan qeyd edir ki, general Şelkovnikovun dəstəsi naxçıvanlılarla çox kobud davranırdı. Bu haqda generala dəfələrlə deyilsə də, o məhəl qoymurdu. 

Əkbər xan ona verilən suallardan can qurtarmağa çalışır, üstüörtülü cavablar verir, onun qohumlarının və tanışlarının heç birinin antisovet fəaliyyətinin olmadığını bildirsə də, ona inanmırdılar. Çünki onun dediklərinin əleyhinə gedən adamlar vardı. İstintaq başa çatır, Əkbər xanın Sibirə sürgün olunması qərarını ləğv edib onu 3 illik Solovesk konslagerinə göndərirlər. Soloveskdə məhbuslar üzərində qorxunc eksperimentlər aparan laboratoriyalar yerləşirdi. 

9 fevral 1929-cu ildən hesablayaraq 13 yanvar 1930-cu ildə kollegiya onu 5 illik konslager həbs düşərgəsinə göndərir və işi arxivə verir.

30 yanvar 1930-cu ildə Tiflisdəki Zaqafqaziya Siyasi İdarəsinə təcili 533741 nömrəli məlumatı göndərirlər: “Əkbər xan Naxçıvanski Aman oğlunun 90398 nömrəli işi Birləşmiş Siyasi İdarənin Kotlas şəhərindəki Şimal idarəsinə göndərilsin”.

Əkbər xanın və həyat yoldaşı Aqiyə xanımın Mir Cəfər Bağırova yazdığı ərizələr də bu işdə saxlanılır. Onların hər ikisi ərizələrində qeyd edirlər ki, 12 nəfər uşaq köməksiz qalıb, yeməyə heç nələri yoxdur. Amma bunların heç bir xeyri olmur. Məqamında qeyd edək ki, Əkbər xanın şahbuzlu qızı Məşədi Nisə xanımdan İsgəndər adlı bir oğlu da olub. Həmin oğlan tariximizdə İsgəndər Maştava adı ilə tanınıb. Siyasi İdarə Əkbər xanı hər vəchlə Naxçıvandan uzaqlaşdırmaq istəyirdi. Əlacsız qalan Əkbər xan Aqiyə xanımın halına acıyırdı. Axı tamamilə köməksiz qalan Aqiyə xanım bu böyük ailəni necə dolandıracaqdı? Əkbər xanın xəbəri yoxdu ki, pillə-pillə yuxarılara verilən məxfi məlumatlarda onu ən qatı antisovet ünsür adlandırırdılar və yazırdılar: “... İnqilab başlayanda o, Odessada kommersiya ilə məşğul olurdu. Naxçıvanda erməni-müsəlman qırğını başlayan kimi Naxçıvana qayıtdı. Günahlandırılan şəxsin (Əkbər xan – müəllif) təşəbbüsü ilə qırğın dayandırılır, ancaq bu zaman Zəngəzur tərəfdən Andranik peyda olur və yenidən türklərlə ermənilər arasında müharibə başlayır və müqəssir də bu döyüşlərdə iştirak edir. Kazım paşanın başçılıq etdiyi türk qoşunları gəlib erməniləri tar-mar edir və sakitlik bərpa olunur. Türklər gedəndən sonra ingilislər gəlirlər Naxçıvana və müqəssir deyir: bizi ermənilərə tabe etmək istədilər, ancaq biz bununla barışa bilmədik, döyüşlərə başladıq və onları məhv etdik”.

8 aprel 1930-cu ildə Əkbər xan Kotlasa yola salınır. 1934-cü ilin 9 fevralında Əkbər xanın həbsdən azad olma vaxtı çatsa da, onu Şimal diyarına yaşamağa göndərirlər. Və şərt qoyurlar ki, Uralın 12 məntəqəsində icazəsi olmadan yaşaya bilməz, həmçinin Vətəninə qayıtmağa icazəsi yoxdur.

10 il, yəni 1944-cü ilədək Əkbər xan uzaq şimalda Paxomov familiyası ilə yaşayır. Sürgündəki tanışı öləndən sonra onun sənədlərini Əkbər xan götürmüşdü və istifadə edirdi. 1944-cü ildən sonra Əkbər xan Orta Asiyaya sürgün edilən qızı Xanımcanı tapır və 1953-cü ilə qədər onun yanında yaşayır. 1953-cü ildə Naxçıvana qayıtmaq ümidilə Bakıya gəlir. Amma Naxçıvana getməyə icazə vermirlər. Əkbər xan Oğuzda, gözdənuzaq yerdə yaşayan kiçik oğlu Həbib xanın yanına gedir və bir müddət orada qalır. Həbib xan deyirdi ki, atam Naxçıvansız qala bilmirdi. Və hər cür maneələri aşaraq çox sevdiyi Naxçıvana getdi.

Əkbər xan Naxçıvana qayıdanda gördüklərinə inana bilmədi. Onlara məxsus nə varsa, dağıtmışdılar. Şəhərdəki mülkündə peşə-texniki məktəbini yerləşdirmişdilər. Əmisi qızı və həyat yoldaşı Aqiyə xanım 1938-ci ildə vəfat etmişdi. Sahibsiz qalan balaları olmazın əzablar yaşamışdılar. Oğlu Seymur təqiblərdən qaçıb Aşqabada getmişdi. Digər oğlu İzzət 1941-1945-ci illər müharibəsinin iştirakçısı olmuş, 1941-ci ildə Kiyev ətrafında gedən döyüşlərdə itkin düşmüşdü.
Əkbər xan ömrünün son illərini Qaraçuq kəndindəki qızı Reyhanat xanımın yanında yaşamışdır. Kürəkəni Bəhlul müəllim Naxçıvanın tanınmış pedaqoqlarından idi. Əkbər xan qızı Reyhanatın evində 1961-ci ildə 88 yaşında vəfat etmişdir. 1970-ci ildə Araz dəryaçası tikiləndə doğmaları onun məzarını Bulqan kəndindəki qəbiristanlığa köçürmüşlər. Əkbər xanın nəşi 2011-ci ildə Naxçıvan qəbiristanlığına köçürülməklə doğmalarının yanında rahatlıq tapmışdır.

Qəribə bir tale, ancaq çox mənalı ömür yaşamış Əkbər xan haqqında bildiklərimiz, yazmadıqlarımız çoxdur. Naxçıvanın keçmiş partiya işçilərindən biri olan Yunis Qasımovun dediyinə görə, o, Vilayət Partiya Komitəsində işləyərkən Əkbər xanı dəvət edirmişlər ki, Naxçıvan şəhərinin planı ilə onları ətraflı məlumatlandırsın. Əkbər xan 1910-1913-cü illərdə Naxçıvan şəhərinin başçısı olmuşdu.

Beləcə, azacıq da olsa, Əkbər xana məxsus olan həyat səhifələrinin bəzi məqamlarından söhbət aça bildik. O, Naxçıvanın ən çətin günlərində – 1918-1920-ci illərdə Makuda yaşayan qohumlarının köməyi ilə naxçıvanlılara silah-sursat daşıyırmış. Hətta bu yolda ana nənəsi Xurşid banu Natəvandan və ata babası general İsmayıl xandan ona qalan qızılları belə xərcləyirmiş. Sovet hökumətindən gizlətsə də, mahir döyüşçüymüş. Babaları general İsmayıl xan və knyaz, general Xasay xan Usmiyev kimi! Siyasi İdarənin qəddarcasına etdiyi işgəncələrdən qorxmayaraq dediyi sözlər onu bütün yüzilliklərdə yaşadacaqdır. Əkbər xanın mənsub olduğu nəslin Kəngərli süvariləri Naxçıvanı ürəkdən sevirdilər və onun uğrunda döyüşürdülər. Həmin igid döyüşçülərin estafeti bu gün qüdrətli ordumuzun, cəsur əsgərlərimizin əlindədir. Ordumuz bütün xain əlləri kəsməyə qadirdir! Vətən uğrunda döyüşüb şəhid olanlar bütün əsrlərdə diridirlər, ürəklərdə yaşayırlar. Onlardan biri də Əkbər xan Naxçıvanskidir.

Dünyanın sosial poblemi olan “Uşaq Nikahı”...
Qarabağ və Roma klublarının ən yaxşı oyunçusuna ayrı ayrılıqda mükafat veriləcək
Dilqəm Əsgərovun oğlu: “Avropalı diplomatların diqqətini bu məsələyə cəlb edə bildik”
Ziya Məmmədov 40 min manat borcu olduğu yerlisini döydürüb - Ucarlı sahibkardan ŞOK...
Milli Qvardiyanın keçmiş komandirinin 60 yaşı tamam oldu - TƏBRİK
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Hindistanda doğulan qorxunc uşaq öldü - VİDEO
Cəmiyyət
Prezidentin fəxri ad verdiyi müəllim işdən çıxarıldı - FOTOLAR
Siyasət
Dilavər Əzimli: “O, bir türk düşməni olub”
Maraqlı
Sofiya Rotarunun klipi: “Azərbaycanı dua kimi pıçılda...” - VİDEO
Cəmiyyət
Rus dili bizə lazımdır, bəs ingilis dili hanı? - Professordan təhsil nazirinə ritorik sual
Həftənin ən çox oxunanları
"O biri dünya" Vyetnamda tapıldı -  MÖHTƏŞƏM FOTOLAR
Akif Əlinin Lütfi Zadəni təhqir etməsinin səbəbləri məlum oldu - VİDEO
Qarabağa müsəlman ermənilərin köçürülməsi təklif edildi – Məkrli plan
"Timsahları mistik qüvvəylə idarə edirəm" - deyib gölə atıldı və... - DƏHŞƏT-VİDEO (+18)
Azad Cavadov və Rüfət Aslanlı haqqında növbəti ittiham: 11 bankın əmlakı talanıb...
“5 rayonu qaytarmaq” nağılı və Naxçıvan, Gəncə, Tərtər, Bərdə iddiası...
“Küçədən gəlmiş birisi televiziyaya çıxmağıma qadağa qoyub”
Şəhidləri təhqir edən Türkiyə gözəli ilə bağlı ŞOK QƏRAR
Adəm Cənnətdən qovulduqdan sonra buraya gəlib çıxıb - Fotolar+Video
"Lütfi Zadənin xeyli qəribəlikləri var idi, hər bazar günü gərək, mütləq…”- Sabiq rektorla MÜSAHİBƏ
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin