Xəbər lenti
18/07/2018 [23:49]:
Mədət Quliyev hərbçilərə cüdo üzrə master-klass keçdi- FOTO
18/07/2018 [23:46]:
Metro sərnişinlərinə 14 min ədəd dezodorant paylandı - İBRƏTAMİZ...
18/07/2018 [23:42]:
Qurban Qurbanova Rauf Əliyev yardım edəcək
18/07/2018 [23:35]:
“Olimpiya”nın baş məşqçisi: “Qarabağ”a azarkeşlik edəcəyik
18/07/2018 [23:34]:
Qarabağ Sloveniya çempionunu ÇL-dən kənarlaşdırdı
18/07/2018 [23:33]:
ƏƏSMN və Beynəlxalq Qızıl Xaç Komitəsi gələcək əməkdaşlıq istiqamətlərini müzakirə edib
18/07/2018 [23:28]:
Azərbaycan və İtaliya dəmir yolları arasında Anlaşma Memorandumu imzalandı
18/07/2018 [23:14]:
Valideynlər övladlarının xarici görünüşünü özləri seçəcəklər
18/07/2018 [23:13]:
İtaliya prezidenti “Heydər Əliyev” ordeni ilə təltif edildi
18/07/2018 [23:12]:
Laura Mattarella “Şöhrət” ordeni ilə təltif edildi
18/07/2018 [22:28]:
Kılıçdaroğluna daha bir zərbə: İstefaya getdi
18/07/2018 [22:27]:
“Barselona”nın futbolçusu məscid tikdirəcək
18/07/2018 [22:23]:
Bakıda yerləşən 317 məktəbdən 300-nün direktoruna töhmət verildi - 30-u işdən çıxarıldı
18/07/2018 [22:19]:
Gümrüdəki rus əsgərlərin davranışları Ermənistanı hərəkətə gətirdi
18/07/2018 [22:16]:
Zaxarova: "Deranın 90 faizi müxalif qüvvələrdən təmizlənib"
18/07/2018 [21:33]:
Bakıda alt geyimində intihar edən qadın barədə yeni faktlar - VİDEO
18/07/2018 [21:32]:
İtaliya ilə iqtisadi əlaqələr genişlənir
18/07/2018 [21:30]:
Adnan Oktar ilk ifadəsində bunları dedi – Video
18/07/2018 [21:15]:
Məhbuslardan 3 silah, 62 telefon götürülüb
18/07/2018 [21:12]:
Qadının nəzakəti ona bir milyona başa gəldi
18/07/2018 [21:11]:
Şimali Kiprdə gəmi batdı - 19 nəfər öldü, 103-ü xilas edildi
18/07/2018 [21:10]:
15 yaşındakı qızdan dəhşətli etiraf: “Anam məni gecə 3-də Adnan Oktara aparırdı” – Foto
18/07/2018 [21:05]:
Azərbaycanlı aktrisa vəfat etdi - FOTO
18/07/2018 [20:45]:
Direktor: “ANAMA-nın 20 illik fəaliyyəti ərzində 796 923 ədəd mina və PHS zərərsizləşdirilib”
18/07/2018 [20:43]:
Azadlığa gedən uzun yol...
18/07/2018 [20:31]:
XİN sözçüsü xarici jurnalistləri Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb
18/07/2018 [20:15]:
Azərbaycan NATO-nun Gürcüstanda keçiriləcək hərbi təlimlərində iştirak edəcək
18/07/2018 [20:13]:
"Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə çalışır"
18/07/2018 [20:09]:
İlham Əliyev Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzaladı
18/07/2018 [20:06]:
Zakir Həsənov Anjey Kaspşiklə görüşüb
18/07/2018 [19:57]:
Konsert zamanı kişi müğənninin boynuna atlanan qız həbs və cərimə edildi - VİDEO
18/07/2018 [19:02]:
“İş adamları ilə görüşüb, onlara öz sözümüzü deyəcəyik” - Prezident
18/07/2018 [18:47]:
ADAU-nun Beynəlxalq Yay Məktəbinin iştirakçıları Gənclər Evi sosial xidmət müəssisəsi ilə tanış oldular
18/07/2018 [18:39]:
UNEC-in gənc startapçıları yay düşərgəsində
18/07/2018 [18:26]:
Ana kəbinsiz uşaq doğmuş qızını QƏTLƏ YETİRDİ...
18/07/2018 [18:24]:
6 ayda 82,9 min nəfərə yeni fərdi şəxsi hesab açıldı
18/07/2018 [18:16]:
Ünvanlı sosial yardımın alınması üçün elektron müraciət proseduru sadələşdirilir
18/07/2018 [18:03]:
Nazir Azərbaycan dilini “təhlükə” adlandırdı
18/07/2018 [18:01]:
“İnternet medianın fəaliyyəti ölkənin informasiya təhlükəsizliyi baxımından vacibdir”
18/07/2018 [17:54]:
Fədayə Laçının səhhəti pisləşdi
18/07/2018 [17:53]:
İki nazirlik reyd keçirdi, cərimələr yazıldı
18/07/2018 [17:52]:
"Diasporun Dostları Klubu" yaradıldı
18/07/2018 [17:52]:
Dollar sabah neçəyə olacaq?
18/07/2018 [17:41]:
Gəncənin inkişafında bələdiyələrin də yeri var - FOTOLAR
18/07/2018 [17:34]:
"Xəyanətkar məmurlar komandadan qovulmalıdır" - MMP toplandı tələb irəli sürdü
18/07/2018 [17:33]:
Nazpəri də fəlsəfə doktoru oldu...
18/07/2018 [17:28]:
Davamlı Qarabağ mitinqlərinə dair qərar verildi
18/07/2018 [17:27]:
“Korrupsiyaya qarşı mübarizədə ASAN Xidmət modelinin təbliği” adlı tədbir keçirildi - FOTO
18/07/2018 [17:23]:
İki minə yaxın reklamın yayımı dayandırıldı
18/07/2018 [17:14]:
Tanınmış həkimin tibb bacısı paltarı ilə verdiyi pozalar həmkarlarını qəzəbləndirdi - FOTOLAR
18/07/2018 [17:11]:
Budunu böyütdürmək istədi, əməliyyat masasında qaldı - FOTOLAR
18/07/2018 [17:10]:
Dünya çempionatının ən zəif oyunçuları açıqlandı
18/07/2018 [17:06]:
4 yaşlı qızın dərisi oyun parkında tamamilə yandı - DƏHŞƏT...
18/07/2018 [17:04]:
32 km yolu piyada gedən işçiyə qarşı müdirindən gözlənilməz addım İBRƏTAMİZ... - VİDEO
18/07/2018 [17:01]:
“Hələlik yeni əsər üzərində işləmirəm, amma...”
18/07/2018 [16:51]:
Ermənilər qorxuya düşdü - Video
18/07/2018 [16:47]:
“Tramp Ruhani ilə görüşmək üçün 8 dəfə xahiş edib”
18/07/2018 [16:42]:
ADNSU-da “Gələcəyin energetikası: problemlər və perspektivlər” adlı beynəlxalq konfransa hazırlıq gedir
18/07/2018 [16:16]:
Millət vəkili xanım media nümayəndələrini belə təbrik etdi - FOTO
18/07/2018 [15:57]:
Ərdoğan azərbaycanlı idmançıya: “Səni doğan anaya halal olsun” - VİDEO
18/07/2018 [15:46]:
Təyyarənin düşməsi sərnişinlərin gözü ilə - VİDEO
18/07/2018 [15:44]:
Mask üzr istədi: Pedofil sözünə görə...
18/07/2018 [15:36]:
Melanyanın ayaqları mətbuat konfransında şorgöz Lavrovun "gözünə girdi"... -FOTO
18/07/2018 [15:30]:
Respublika veteranlarının Gəncə hadisələrinə mövqeyi...
18/07/2018 [15:29]:
Qənirə Paşayeva: "Musiqidən başı çıxanlar Üzeyirə qulaq asmaz"
18/07/2018 [15:24]:
“İtaliya faktoru Qarabağ məsələsində nəyisə dəyişə bilməz”
18/07/2018 [15:23]:
İbrahim Tatlısəsin özünü və oğlunu ölümlə hədələdilər
18/07/2018 [15:23]:
“Qaz-21” idman avtomobili qiymətinə satılır -FOTOLAR
18/07/2018 [15:22]:
Mərkəzi Elmi Kitabxana jurnalistləri mükafatlandırdı
18/07/2018 [15:20]:
“iPhone”da pornoya baxmaq niyə təhlükəlidir?
18/07/2018 [15:19]:
Prezident Sumqayıtda yeni zavodun açılışını etdi
18/07/2018 [15:18]:
“Google” 4,3 milyard avro CƏRİMƏLƏNDİ
18/07/2018 [15:16]:
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər Blokunun növbəti buraxılışı hazırlanıb
18/07/2018 [15:16]:
Bakıda tuneli bağlayıb şampan partladan gənclər tutuldu - VİDEO
18/07/2018 [15:08]:
Xuliqanlar Paşinyanla MƏZƏLƏNDİLƏR - SƏS YAZISI
18/07/2018 [15:03]:
Yeni qanun qəbul edilir: Pul ver, əsgərliyə getmə
18/07/2018 [15:02]:
Azərbaycanda vakant müəllim yerlərinin sayı açıqlandı
18/07/2018 [15:00]:
Sanatoriya tikdirəcəyi deyilən deputat Mahir Aslanov: “...səhv etmişəm”
18/07/2018 [14:58]:
İtaliya prezidenti ATƏT-də Azərbaycanı dəstəkləyəcəklərinə söz verdi
18/07/2018 [14:56]:
Qəbul imtahanı başa çatdı - bəzi abituriyentlərin nəticələri ləğv edilib
Bütün arxiv bir sırada
09/09/2017 [15:07] - Gündəm - ( 20279 dəfə baxılıb)

“26” kafesinin əsl bağlanma səbəbi bəlli oldu ”“ Abutalıbovun “Hollivud” arzusu ”“ FOTOLAR, REPORTAJ



Bakının mərkəzində "26" adlı kafe bağlandı və məkandakı əşyalar müsadirə edildi. Məkan sahibi polis tərəfindən saxlandı.

Buna səbəb isə, məkanın adındakı “26” rəqəminin "26 Bakı Komissarı" ilə əlaqəli olması iddiası olub. 

Musavat.com xəbər verir ki, bir müddətdir sosial şəbəkələrdə bəhs etdiyimiz məkanın fotoları yayılırdı. Bəzi saytlar da məkanı ermənilərin işlətdiyini yazmışdı. Bunun ardından ötən gün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun iştirakı ilə Bakının Xəqani küçəsində yerləşən “26” adlı restoran bağlanıb və məkandakı əşyalar müsadirə edilib. 

H.Abutalıbov restoranı bağlamağa gedən zaman özü ilə bir neçə telekanal əməkdaşlarını da aparıb və hadisə yerində onlara bu açıqlamanı verib: "Təəssüf edirəm ki, Bakının mərkəzində, Yazıçılar Birliyinin binasının bir hissəsini icarəyə götürərək "26" adlı kafe açıblar. Bu sözü təkcə Azərbaycan dilində yox, hətta ingilis dilində yazmağa cürət etmişlər. Qoy ermənilər və havadarları bilsinlər ki, nə qədər ki Azərbaycan xalqı var, nə qədər ki Azərbaycan xalqı yaşayır, erməni qatillərə, soyqırımı təşkilatçılarına və onların havadarlarına nəinki Bakıda, ümumiyyətlə, Azərbaycanda yer yoxdur və heç zaman da olmayacaq".

İcra başçısı həmçinin əlavə edib ki, obyekt bağlanacaq və cavabdeh şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq.

Musavat.com saytının əməkdaşı da adıçəkilən məkanda olub. 

Məkanda olan bütün əşyalar fəhlələr tərəfindən daşınaraq, yük maşınlarına yüklənirdi. Ərzaqlar, paltar asqıları, təmizlik ləvazimatları, salfet qutuları kimi məkana məxsus şeyləri isə təmizlik işçiləri özləri üçün kənara qoyurdular və sonda da özləri ilə apardılar.


Müsadirə zamanı siyahının tutulduğunu görmədik. Qanunla müsadirə edilən zaman məkandan, evdən çıxarılan əşyalar siyahıya alınmalı, bu zaman məkan sahibi və ya yaxını iştirak etməlidir. Burada isə elə bir şey görünmürdü. 

Öyrəndik ki, məkan bu ilin fevral ayında, atəşfəşanlıqla açılıb. 30-a yaxın işçi personalı olan məkan gündüzlər restoran, gecələr isə əyləncə məkanı kimi istifadə edilirmiş. Qısa müddətdir fəaliyyətdə olsa da, məkan yaxşı imicə sahib olub. 

O ki qaldı buranın adının “26” olmasına, işçilər dedilər ki, məkanı işlədən Ramin adlı gəncin 26 yaşı var. Bura bu adı həm yaşına görə, həm də dünya üzrə brendləşən “26” adlı restoranların adına görə qoyub. Belə ki, bu adda bir çox ölkədə restoran və kafelər var. Müqavilə əsasında eyni adı təmsil edərək hər kəs öz ölkəsində bu məkanı aça bilər. 2010-cu ilin avqust ayında İngiltərənin London şəhərində əsası qoyulan “26 cafe”si artıq bir çox ölkələrdə var.


Hazırda İngiltərənin London, ABŞ-nın Oreqon ştatının Portlend şəhərində, Türkiyənin Əskişəhər şəhərinin Təpəbaşı yaşayış massivində, Almaniyanın Hamburq, Fransanın Marsel şəhərində və bir çox ölkələr bu kafe şəbəkəsi fəaliyyət göstərir. 

İddialara görə, bir müddət öncə məkan sahibindən kimlərsə rüşvət də istəyib, amma o, verməyib. 

İndi isə keçən hadisə anına. 

Öyrəndik ki, bu günə kimi məkana adla bağlı hər hansı bir irad tutulmayıb. Hər şey rəsmi qaydada görülüb. Qanunla hansısa məkanın qapadılması üçün məhkəmə qərarının olması lazımdır. Üstəlik bu qərar icra olunmadan öncə məkana xəbərdarlıq edilməlidir. Amma bu hadisədə bunların heç biri olmayıb. 

Ötən gün günorta saatlarında Hacıbala Abutalıbov polis əməkdaşları ilə birgə məkana daxil olub və ilk söz olaraq da bunları deyib, “Məkanı boşaldın, içəridə heç kim qalmasın, dərhal buranı tərk edin”. Bunun ardından işçilər bayıra çıxmağa başlayıblar. Məkanın sahibinin kimliyini soruşub, Ramin adlı şəxsi bölməyə aparıblar. Ardından isə Hacıbala Abutalıbov məkanın işçilərini nəzərdə tutaraq deyib ki, “Bunları tutun, basın içəri. Qoy vətən xaini olmağın nə olduğunu anlasınlar”. 

Amma polislər bu sözü diqqətə almayıblar. Sadəcə məkan sahibini saxlayıblar. Ardından isə məkanda müsadirə işləri başlayıb.


İşçilər deyirlər ki, onların böyük hissəsi hələ maaş ala bilməyiblər: “Bütün bunlar absurd və gülməlidir. Bura sadəcə restorandır. Deyərdilər adı dəyişin, müdir yəqin ki, dəyişərdi. 7-8 aydır işləyən məkan hələ tam gəlir əldə etmədən bağlandı. Bizim maaşlarımız gecikirdi. Çünki gəlir az idi. Bu hadisəyə kimi bəzi saytlar xəbər yazmışdılar. Amma belə olacağını gözləmirdik. 30-a yaxın adam işsiz və maaşsız qaldı. Əşyalar müsadirə olunur. Bəzi əşyaları isə fəhlələr özlərinə ayırıblar. Bayaq fəhlənin əlindən öz çantamı güclə aldım, aparırdı”. 

Kiçik araşdırma apardıq və məlum oldu ki, ötən gün polislər tərəfindən saxlanılan Ramin əslində məkanın sahibi deyil. O, sadəcə administrator olaraq çalışır. 

Araşdırmamız zamanı çox şeyləri öyrəndik. 

Buna bir az da hadisə yerində olan yüksək rütbəli polis əməkdaşı da köməklik etmiş oldu. 

Çəkiliş edərkən həmin polis bizə, “Sənə yaxşı başlıq deyim, yaz. Növbəti məkan "Hollivud” olacaq”. Həmin anda bu sözün mənasını anlamasaq da, məkan haqqında araşdırma aparanda hər şeyi öyrəndik. 

Məlum oldu ki, "26” adlı restoranın əsl sahibi Bakı Dövlət Universitetinin Hüquq fakultəsində çalışan, professor Ərəstun Qasımovdur. Buraya və həmçinin son zamanlarda məşhurlaşan "Hollivud” restoranlar şəbəkəsinə onun oğlu Əliyar Qasımov nəzarət edir. Ə.Qasımov dəbdəbəli həyatı ilə də tanınır. İddialara görə, bu məkanın qapadılması əslində Qasımovlar ailəsinə bir mesajdır. “26” məsələsi isə sadəcə bəhanədir.


Hüquqşünas Ruslan Əliyev deyir ki, hadisə zamanı məkan sahibinin ciddi şəkildə hüquqları tapdanıb: “Bu əslində əsl məhkəməlik işdir. Hadisə göstərir ki, bu, siyasi diskriminasiyadır. Adlarla bağlı dövlət orqanlarının tənzimləmə imkanı var. Amma bu məsələdə məkan sahibinin ciddi şəkildə hüquqları tapdanır. Hər bir mülkiyyət sahibinin mülkiyyət hüququ var. Hadisə göstərir ki, burada bu hüquqa əməl edən olmayıb. 

Məkan sahibinin özünün ad seçmə hüququ var. Şəxsin ad seçimi onun azad işidir. Üstəlik ad həm də brend sayılır. Bu da iqtisadi cəhətdən müdaxilədir. Tutaq ki, ictimai maraqları qorumaq naminə bu addımı atır. Bunu da bu şəkildə edə bilməzlər. Hansı ki, cəmiyyətdə bu məsələ bu hadisəyə qədər ciddi müzakirə edilmirdi. Üstəlik məkan sahibinə təklif edilə bilər ki, bu adı dəyişsin. Daha bu şəkildə güc göstərməklə yox. Məkanın belə bağlanması ciddi qanun pozuntusudur. İstənilən ədalətli məhkəmədə məkan sahibi haqlı çıxaracaqdır”.

Daha bir hüquqşünas Elnur Məmmədov da deyir ki, kafenin adını “26 Bakı Komissarı” ilə əlaqələndirib məkanı bağlamaq, qanunvericiliyin tələblərinə ziddi olmaqla yanaşı, dövlət qurumlarının sahibkarlığa kobud şəkildə müdaxiləsidir: “Bu məsələdə bir şeyə diqqət etmək lazımdır. Burada kafenin adı “26”dır, “26 Bakı Komissarı” deyil. Bunları bir-biri ilə əlaqələndirmək gülüncdür, absurddur. Hətta məkanın adı “26 Bakı Komissarı” olsa belə bu qanunda qadağan deyil. Qanunda “Kafeyə, məkana “26 Bakı Komissarı” adını qoymaq olmaz” deyə bir şey yoxdur. Əgər belə adın verilməsi qadağandırsa bu qanunla tənzimlənməli idi ki, sahibkar bunu bilsin və əməl etsin.


Digər bir biabırçılıq isə kafenin bağlanmasına birbaşa yüksək vəzifəli dövlət məmurları rəhbərlik etməsidir. Bu, ciddi qanun pozuntusudur və sahibkarlıq fəaliyyətinə dövlət qurumları tərəfindən yol verilmiş müdaxilədir. Əgər doğrudan da məkanın adı “26 Bakı Komissarı” olsaydı və bu da qanunla qadağan edilsəydi, o zaman həmin kafenin bağlanması məhkəmə qərarı ilə olmalıdır. Bu qərarının icrası isə Ədliyyə Nazirliyinin icra şöbəsi tərəfindən yerinə yetirilməli idi. Ancaq qarşıdurma və müdaxilə olan zaman polis məsələyə nəzarət edə bilər. Bu formada gəlib həmin kafenin adını “26 Bakı Komissarı” ilə əlaqələndirib məkanı bağlamaq, qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı, dövlət qurumlarının sahibkarlığa kobud şəkildə müdaxiləsidir”.

Budunu böyütdürmək istədi, əməliyyat masasında qaldı - FOTOLAR
4 yaşlı qızın dərisi oyun parkında tamamilə yandı - DƏHŞƏT...
32 km yolu piyada gedən işçiyə qarşı müdirindən gözlənilməz addım İBRƏTAMİZ... - VİDEO
Vanqari Maatai və bizim icra başçıları...
"Əgər mömin zalımın etdiklərinə razı olsa və onunla birlikdə yaşasa, onun səhvlərini deməsə..."
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Metro sərnişinlərinə 14 min ədəd dezodorant paylandı - İBRƏTAMİZ...
Dünya
Konsert zamanı kişi müğənninin boynuna atlanan qız həbs və cərimə edildi - VİDEO
Cəmiyyət
Nazpəri də fəlsəfə doktoru oldu...
Şou-biznes
İbrahim Tatlısəsin özünü və oğlunu ölümlə hədələdilər
Cəmiyyət
"Azərbaycan dilinin elektron bazasının yaradılması çox vacibdir"
Həftənin ən çox oxunanları
Kəlbəcərdə hazırlanan yeni terrorçu dəstələrin görüntüləri yayıldı - VİDEO
Prezident Gəncə hadisələri ilə bağlı sərt danışdı - VİDEO
“Gəncə olaylarında Elmar Vəliyevin inanclı insanlara münasibətdə yol verdiyi xətaların da rolu olub”
"Əyalətdə özünü quldurbaşı kimi aparıb xalqın nifrətini qazananlar iqtidardan qovulmalıdır"
Adnan Oktarın villasından çıxan bu ƏŞYA HAMINI ŞOKA SALDI - Ağlasığmaz FAKTLAR
Bakı metrosunda növbəti geyim qalmaqalı - Müdaxilə edən şəxs döyüldü - VİDEO
Yunis Səfərovla bağlı yeni şok məlumatlar üzə çıxdı: Sən demə, Tohid İbrahimbəyli... - FOTO
"Atam DİN-in polkovniki olsa da bizi bir dəfə də xidməti maşını ilə məktəbə göndərmədi"
“Araz Əlizadənin deputat olması şərəfimə toxunur” - "Onun adını “azar” qoydum"
Emin Ağalarovun xanımının gəlinliyinin qiyməti məlum oldu - İnanmayacaqsız...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə