Xəbər lenti
21/07/2018 [13:34]:
“Həyat yoldaşımın icazəsi ilə bir gecə o qadınla, bir gecə isə arvadımla...” - Sumqayıtda AĞLASIĞMAZ HADİSƏ
21/07/2018 [13:06]:
Qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyan şəxs tutuldu
21/07/2018 [13:04]:
Məşhurların qeyri-adi həyatını xarakterizə edən imzaları - FOTO
21/07/2018 [12:57]:
Bu gündən 2 yeni marşrut xətti fəaliyyət başladı
21/07/2018 [12:55]:
Məhkəmə tələbə qızı özünü öldürmə həddinə çatdırmaqda təqsirləndirilən şəxsə bəraət verdi
21/07/2018 [12:50]:
Kadir İnanır filmdən gedir
21/07/2018 [12:48]:
Kiberhücum nəticəsində 160 min xəstənin tibb kartı oğurlandı
21/07/2018 [11:54]:
“Bu gün Azərbaycan mətbuatı ictimai rəyin önündə gedir”
21/07/2018 [11:49]:
“Toydan başqa gəlir yerimiz yoxdur”
21/07/2018 [11:39]:
Məşhur cütlüyün 80 minlik tətili - FOTO
21/07/2018 [11:27]:
Sürücülərə XƏBƏRDARLIQ - Təmir işləri aparılır
21/07/2018 [11:23]:
Astara sakinindən 58 ədəd çətənə bitkisi aşkarlandı
21/07/2018 [11:15]:
Azərbaycana əl-ayaqları qandallı gətirilən şəxs kimdir?
21/07/2018 [10:52]:
Leyla Əliyeva Emin və Alyonanı belə təbrik etdi - FOTO
21/07/2018 [10:51]:
Rəsulzadə Hitlerin ölüm düşərgələrində “sünnət əməliyyatı”na necə nail oldu?..- 116 min Azərbaycan kişisinin xilas tarixçəsi
21/07/2018 [10:45]:
Neftçalada partlayış baş verdi, 37 yaşlı kişi dünyasını dəyişdi
21/07/2018 [10:39]:
“Kitaba qarşı ən laqeyd münasibət mediadandır”
21/07/2018 [10:35]:
Kamran Əsədov: “6 illik təhsil haqqını geri qazanmaq üçün 10 il işləmək lazımdır”
21/07/2018 [10:34]:
Baş nazirdən Təhsil Nazirliyi ilə bağlı qərar
21/07/2018 [10:26]:
Cəbhədə şiddətli atışma oldu
21/07/2018 [10:14]:
Adnan Oktarın Azərbaycandakı tərəfdarları kimlərdir? - Rəsmi açıqlama
21/07/2018 [10:11]:
Deputat: "Həmsədrlər “nağıllara” son qoymalıdır"
21/07/2018 [10:10]:
Bakı rayonlarında elektrik verilişi bərpa edildi - Yenilənib
21/07/2018 [10:02]:
ABŞ-da kater faciəsi: 17 ölü - VİDEO
21/07/2018 [09:58]:
Tanınmış tənqidçi Milli Ensiklopediyanı yıxıb-sürüdü...
21/07/2018 [09:54]:
Əli Əhmədov komissiya sədri oldu
21/07/2018 [09:54]:
Paytaxtda ağır yol qəzası
21/07/2018 [09:49]:
Polisdən ƏMƏLİYYAT: 112 nəfər saxlanıldı
21/07/2018 [09:39]:
Adnan Oktarın villasının içindən yeni görüntülər - xaç, şərab... - FOTO/VİDEO
21/07/2018 [09:23]:
Bakı sakini ürəyindən bıçaqlanaraq qətlə yetirildi
21/07/2018 [09:22]:
Azərbaycan çaylarında sululuq səviyyəsi dəyişdi
21/07/2018 [09:17]:
Sarkisyanın cangüdəni 2 mln. dollar girov qoyaraq azadlığa çıxır
21/07/2018 [00:32]:
Rusiya sınaqdan keçirdi: Saniyədə 4 km... - Video
21/07/2018 [00:23]:
Komitə sədri sərhədlərdəki növbələrin səbəbi açıqlayıb - VİDEO
21/07/2018 [00:23]:
UNEC professorunun tədqiqatı Rusiyanın nüfuzlu elmi jurnalında
21/07/2018 [00:20]:
Bakının bəzi yerlərində işıqlar niyə sönüb? - RƏSMİ AÇIQLAMA
21/07/2018 [00:12]:
“Mən Putinin qorxunc röyası olacam” - Tramp Helsinki uğursuzluğunu unutdurmaq istəyir...
21/07/2018 [00:07]:
Abşeronun icra başcısı 40 000 sakini olan qəsəbədə görüş keçirdi - FOTOLAR
20/07/2018 [23:56]:
Hüquq - mühafizə orqanları soyuducuda yarım milyard pul "tapdı"...
20/07/2018 [23:48]:
Ayılar Rusiyanın strateji vacib resursu hesab edilsin - FTX-dən əcaib təklif...
20/07/2018 [23:42]:
“Gördüyü işin ictimaiyyətə çatdırılmasını istəyən hər bir qurum jurnalistlərlə işləməlidir”
20/07/2018 [23:35]:
"Dünyanın hər yerində media hər zaman ona uzanan dost əlini sıxıb...”
20/07/2018 [23:32]:
“Qəzetlərin iqtisadi durumu yüksək olmadığı üçün onlar çox jurnalist saxlaya bilmir”
20/07/2018 [23:32]:
"O zaman hamı mənə fəxrlə "Əsgər anası" demişdi" - Şəhidimizin anasından ürək parçalayan sözlər
20/07/2018 [23:19]:
“Atamın həyatı təhlükədədir” -Dilqəm Əsgərovun oğlu
20/07/2018 [23:17]:
Paşinyan ölkədəki korrupsiyanın miqyasından şokdadır
20/07/2018 [23:15]:
Paytaxtın bəzi əraziləri qaranlıqda qaldı: Mərdəkandakı DRES-də nasazlıq
20/07/2018 [22:45]:
Trampdan Çinə 505 milyard dollarlıq təhdid
20/07/2018 [22:44]:
Prezidentin Fransa səfəri başa çatdı
20/07/2018 [22:41]:
“Milan” əfv olundu
20/07/2018 [22:30]:
Makronun Qarabağ mövqeyi - Bəyanat
20/07/2018 [22:11]:
KİVDF fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərini mükafatlandırdı
20/07/2018 [21:59]:
ADAU-nun fakültə həmkarlar təşkilatı diploma layiq görüldü
20/07/2018 [21:44]:
“Əkinçi” qəzetinin bağlanmasında erməni donosları mühüm rol oynayıb”
20/07/2018 [21:20]:
Özünü 17-ci mərtəbədən atan Nərgizin son görüntüləri – VİDEO
20/07/2018 [21:12]:
SHXÇDX-də milli mətbuat günü qeyd olunub
20/07/2018 [21:12]:
Türkiyə böyük Qəndil əməliyyatını dayandırıb – səbəb
20/07/2018 [21:08]:
ABŞ Türkiyəni sıxışdırır: Bakı hədəfdə...
20/07/2018 [21:03]:
Türkiyə-Hollandiya siyasi böhranı bitir - Yenidən səfirlər göndərilir
20/07/2018 [21:02]:
Özünü 17-ci mərtəbədən atan Nərgizin son görüntüləri - Video
20/07/2018 [20:59]:
700 bal toplayan gənclər – Onları siz də tanıyın!
20/07/2018 [20:54]:
Xorvatiyalı futbolçu DÇ-nin medalından imtina etdi
20/07/2018 [20:52]:
İranın neft anbarında partlayış: ölənlər var
20/07/2018 [20:35]:
Sahil Babayev Lənkəranda 5 rayonun sakinləri ilə görüşdü
20/07/2018 [20:00]:
Makronun adından İlham Əliyevin şərəfinə nahar verildi - FOTO + YENİLƏNİB
20/07/2018 [19:49]:
Kəlbəcərin kəndində erməni uşaqlar üçün yay məktəbi də təşkil edildi...- FOTO
20/07/2018 [19:34]:
İsrail aviasiyası və tankları Qəzzaya zərbə endirdi
20/07/2018 [19:22]:
Dünyanın ən nüfuzlu gəncləri məlum oldu
20/07/2018 [19:21]:
Hava gəmilərinin hissələrini ölkədən çıxarmağa çalışanlar tutuldu - FOTO
20/07/2018 [19:19]:
ETSN-də Milli Mətbuat Günü ilə bağlı tədbir keçirildi -FOTOLAR
20/07/2018 [19:08]:
Rus general türkiyəli qadının şərəfinə minarə ucaldıb - UNUDULAN TARİX+FOTOLAR
20/07/2018 [18:33]:
İmişli və Siyəzən rayonlarında əmək yarmarkaları keçirildi
20/07/2018 [18:27]:
Bakıda MDB Daxili İşlər Nazirləri Şurasının iclası keçirildi
20/07/2018 [18:26]:
Ermənistanda xarici diplomatın evi yarıldı
20/07/2018 [18:24]:
Qənirə Paşayeva Masallıda Aprel döyüşlərinin şəhidlərinin ailələrini ziyarət etdi
20/07/2018 [18:17]:
Azərbaycan prezidenti Belçika kralını təbrik edib
20/07/2018 [18:14]:
İmtahanların nəticələri açıqlandı: 15 nəfər 700 bal topladı
20/07/2018 [18:00]:
Diqqətsizlik və isti hava daha bir can aldı: Avtomobildə unudulan uşaq boğularaq həyatını itirdi
20/07/2018 [17:59]:
2 min 500 illik tabutdan çıxanlar şok yaratdı - FOTOLAR
20/07/2018 [17:58]:
Nazir Qazaxda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış oldu -FOTOLAR
Bütün arxiv bir sırada
11/09/2017 [03:37] - Müsahibə - ( 6076 dəfə baxılıb)

"Hər dəfə 20-30 erməni ilə əlbəyaxa olurdum"- MÜSAHİBƏ




Moderator.az tanınmış televiziya aparıcısı, yazıçı-publisist, kino redaktoru Orxan Fikrətoğlu  ilə geniş müsahibə aparıb. Orxan müəllimlə həm efirdə yeni yayımlanacaq “Gecə düşüncələri” proqramı, həm də həyatında üzləşdiyi bəzi çətinliklər haqqında söhbətləşdik. Ədəbiyyat, kino, maarifçiliklə bağlı düşüncələr də öz yerində. 

Müsahibənin ikinci hissəsini oxuculara təqdim edirik:

-Orxan  müəllim,  Speys kanalındakı yeni layihəniz  sanki  televiziya fəaliyyətinizə yenidən  təkan verdi. Ona  qədər olan boşluğun əsas səbəbi nə idi?

-Bir ara mən hətta ölkədən getmək istəyirdim. Speys kanalına gələnə qədər iki xarici ölkədən-Rusiya və Türkiyədən təklif almışdım.   Moskvaya-oxuduğum Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutuna gedib təhsil aldığım illərdəki rektorum Tiqorovla görüşdüm. O, həm də Rusiya Yazıçılar İttifaqının sədridir. Vaxtilə Rusiyanın mədəniyyət naziri vəzifəsində də işləyib. Mənə təklif olundu ki, Dünya Ədəbiyyatı İnstitutunda çalışım və orada türk dünyası ədəbiyyatından mühazirələr oxuyum. Əvvəlcə razılaşdım. Lakin sonradan qərara gəldim ki, buradakı cüzi müəllim maaşı ilə nəsə etmək mümkün deyil. Tək özüm birtəhər  keçinə bilərəm. Amma mənim ailəm də var deyə, bu, qəti mümkün olmayacaqdı. Mənə təklif olundu ki, Moskvada çox güclü azərbaycanlı iş adamları var, onlardan hər hansı layihə, yaxud, jurnal çapı ilə bağlı maddi dəstək istəmək olar. Amma mən buna razı olmadım. Heç, Azərbaycanda olanda  belə şeylərə getməmişəm. Orada uzaqbaşı televiziyada çalışıb, yaşayışımı nisbətən yaxşılaşdırmaq olardı. Amma bu da sonranın işi idi. Odur ki, orada işləyəsi olmadım.

Daha sonra Türkiyənin Antalya şəhərindəki Şimal Sənət Teatrında pyesim qoyulan zaman mənə oradan da iş təklifi gəldi. Amma Türkiyədə də yaşamaq elə həmin səbəbdən mümkün olmayacaqdı. Sizə deyim ki, Azərbaycandakı sosial vəziyyət bəzən, Rusiya və Türkiyədən bəlkə də yaxşıdır. Doğrudur, burada insanlar şikayət edir, amma mən şahidi olduğum bir hadisəni danışım: çox böyük nəşriyyatlardan birinin direktoru məni nahara qonaq dəvət etdi. Qonaq dəvət etdiyi naharda dönər yedilər. Bu, yəqin ki, adətindən yox, cibindən irəli gələn bir tələb idi. Mən də mədəmə görə dönər və o tipli qidalar qəbul edə bilmirəm. Yəni, bu detalda oradakı qələm adamının durumu gizlənir. Beləcə, mən orada da qalmadım. Bakıya qayıtdım və Speysdən təklif aldım.  Hazırda bütün diqqətimi Speys kanalında olacaq layihəyə yönəltmək istəyirəm. İnanıram ki, o layihəni tamaşaçılar çox sevəcək. İnanıram ki, verilişə dəvət olunacaq ziyalılar günün konkret mövzusu istiqamətində çox maraqlı və vacib nəticələrə gələcəklər. Bir də siz jurnalist dostlara inanıram ki, verilişin təbliğində və sosial şəbəkələrdəki piarında mənə yardımçı olacaqsınız. Çünki bu gün sosial şəbəkə cəmiyyətə etdiyi diktə ilə həm televiziya, həm kino, həm də ədəbiyyatı qabaqlayır. 

-Bədii yaradıcılığınızla televiziya fəaliyyətinizi hər zaman paralel aparmısınız.  Son zamanlar hansı bədii yazı nümunələrini qələmə almısınız və gələcəkdə nələri yazmaq fikriniz var?

-Son olaraq, bir neçə kinopovestimdən ibarət kitab çapdan çıxdı. “Azərkitab”da təqdimatı da keçirildi. İrihəcmli “Dəccal” romanım da o kitaba daxildir. Amma yay ayları ərzində 6-7 təzə hekayə yazdım. Düşünürəm ki, həmin hekayələr son dövrlərdə yazdığım ən yaxşı əsərlərdir. Hamısı ədəbi portallarda, mətbuatda işıq üzü gördü. 

Amma  hazırda böyük bir roman üzərində işləyirəm: “Yüz il Azərbaycan tarixi” adlanır. İndidən həmin roman haqqında danışmaq tezdir, amma istərdim ki, bir neçə bilgi verim.

-Buyurun...

-Hər zaman istəmişəm ki, Azərbaycan tarixinin son yüz illik dövrünü tam gerçəkliyi ilə özündə əks etdirən bir kitab yazım. Amma heç zaman buna vaxt edə bilməmişəm. Ötən əsrin son illəri, çətin dövrlərin hamısı mənim gözlərimin qarşısından keçib. O illərdə baş verən mürəkkəb proseslərin birbaşa iştiraçısı olmuşam. Ağası Hun ”“o, hazırda İstanbulun Aydın Universitetində dərs deyir- və başqa bir neçə nəfərlə birgə 1984-86-cı illərdə Sovet hakimiyyətinə qarşı qurulan “Çənlibel” təşkilatının əsas üzvlərindən olmuşuq. “Çənibel”in əsas ideyası sovetin idarə üsuluna qarşı idi. Özü də bunu sovet hakimiyyətinin qılıncının qəbzəsinin də kəsdiyi illərdə edirdi. Beləcə, Azərbaycan dövlətinin ilk rüşeymlərinin yaradıcılarından biri olmuşam. 1988-ci ildə Elxan Zal Qaraxanlı “Meydan” adında ilk müstəqil, demokrat qəzeti buraxdı. Onun ilk sayının manşetində mənim “Azadlıq nədir?” adlı yazım getdi. Bu gün Azərbaycanda demokratik jurnalistika anlayışı varsa, onun əsasını qoyanlardan biri də mənəm. Bütün bunların hamısı olub və mən də bu proseslərin içində olmuşam. O illərdə baş verənlər gerçək üzü ilə “Yüz il Azərbaycan tarixi” kitabında öz əksini tapacaq.

-Orxan müəllim, çox maraqlı gəldi. Nə kimi bilmədiyimiz məqamlar həmin kitabda yer alacaq?

-Boris Yeltsin hələ Rusiyada hakimiyyətə gəlməmişdi. Mən də Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda oxuyurdum. Çətin mürəkkəb dövr idi. Moskvadakı Lujniki stadionunda Krm tatarları, qaqauzlar, bizlər, bir sözlə, bir çox xalqlar milli hüquqlarının qorunması üçün mitinqlər keçirirdilər. Təəssüf ki, bizim heyət hər zaman azlığı ilə seçilirdi. Buna baxmayaraq,  bütün çətinlikləri, baş verəcək hadisələri göz önünə alıb mən də Azərbaycanın mənafeyi üçün  çıxış edirdim.  O zaman ermənilər də öz heyətləri ilə kənarda dayanmırdılar. Hər dəfə çıxışlardan sonra hər axşam ən azı 20-30 erməni ilə əlbəyaxa davam düşərdi. Çox zaman tək olardım. Bəzən, isə yanımda ancaq bir-iki nəfər. Ağası Hunun yadında olar, həftələrlə gözlərimin göyü çəkilməzdi. Amma mən də idmançı idim, hər halda, onlardan da ən azı 3-4 nəfəri evə xəsarətlə yollanırdı. Bir gün də çıxış etməli idim. Amma bilirdim ki, yenə də çıxışdan sonra münaqişə baş verəcək. Gedib, azərbaycanlıları çağırdım. Hər zamankı yerlərində arın-arxayın gəzirdilər. Onlara dedim ki, çıxış etmək lazım deyil. Heç olmasa, əl çalın, bizim heyətin sayını artırın. Qarabağın Azərbaycanın olması fikrini ora üçün, onlar üçün təsdiqləyək. Qayıdıb mənə dedilər ki, sən profakatorsan. Az qala, azərbaycanlıların özləri mənimlə mübahisəyə girişəcəkdilər. Bütün bunları ona görə misal çəkirəm ki, yarı bioqrafik, yarı tarixi romanda bunların hamısı öz əksini tapacaq.

- Uzun müddət televiziyada günün ictimai-sosial yekunlarını səsləndirmisiniz. Demək olarmı, kitab sizin televiziya proqramlarınızın həm də romanlaşmış variantıdır?

-10 il sərasər günün əsas hadisələrini, ümumi yekununu canlı efir vasitəsilə səsləndirmişəm. Bunun özü ən gerçək tarixdi. Çünki orada nə baş veribsə, olduğu kimi əksini tapıb. Mənim heç bir siyasi baxışım, heç bir partiya mənsubiyyətim olmayıb. Yalnız gerçək olanları göstərməyə çalışmışam. Bunun özü bir tarixdir. Gələcək üçün lazımdır. 10 illik arxivdi,  elə-belə şey deyil. Hər günün öz ictimai-sosial mənzərəsi gerçək üzü ilə əks olunub. 

-Siz romanınızın “100 il Azərbvaycan tarixi” olduğunu dediniz. Amma daha  çox ən yeni tarixdən danışdıq. Bundan əvvəlki tarixi mərhələlər haqqında nələrə güzgü tuutacaqsınız?

-Rus bəzən, bizim mədəni-tarixi sərhədlərimizdə də təhriflər aparıb. Məsələn, Kubaçi misgərləri dedikləri əslində, Şirvanşah mədəniyyətidir. Bu gün o mədəniyyətdən əsər-əlamət qalmayıb. Tarix çox təhrif olunub. Yazırlar ki, guya Şirvanşahlar dövləti qurulan zaman atəşpərəstlik əsas din olub. Bu, tamamilə yanlış faktdı. Əvəzində isə, bəzi real tarixi faktlar yazılmayıb. Əmir Teymurun Şamaxıda əhalini yerlə-yeksan etməsi, şamaxılıların Ağsuya köçülürməsi faktı yazılmayıb. Böyük övliyya, sufi şeyxi Seyyid Yəhya Bakuvinin Əmir Teymurla görüşməsi, onu susdurması və Teymura çox böyük təsir göstərməsi haqqında vacib faktlar verilməyib. Sufi şeyxi Bakuvi bir növ, Teymurun ağzını bağlayır, onu fikrindən tamamilə daşındırır. 40 gün onu özü ilə baş-başa qoyur. Ona insan nədir, Allah nədir, həqiqət nədir məfhumlarını anlaması üçün şərait yaradır. Nəticədə Teymur Şirvanşahlar dövlətini fəth etmir. Bunlar həm də film materiallarıdır. Çox gözəl film layihəsidir.

-Madam ki, gözəl film layihəniz idi, bəs nədən eranlaşdırılmadı?

-Əslində, mənim ideyalarım, layihələrim çoxdu. Amma onların həyata keçməsi üçün ilk növbədə maddi vəsait lazımdır. Bir Turan layihəmiz var idi. Türklər onun ekranlaşması üçün xərclərin yarısını öz boynuna götürdülər. Qalan yarısını da bizimkilər götürməli idi ki, yaxşı film də çəkiləydi. Nağı bəy Şeyxzamanlı ilə Nuru Paşa haqqında film layihəsi idi. Əgər çəkilsəydi, o dövrün əsl gerçəkliyi ilə işıqlandıracaqdı.


-Orxan müəllim, sizin üçün danışdığımız dövrün əsl gerçəkliyi nələrdir, hansı faktlardı?

-Mənim üçün ən böyük gerçək Bakının istiladan azad edilməsidir. Bakının qurtuluşundan şanlı tarix varmı?! Biz bu gün bu şəhərdə arın-arxayın gəzirik. Hər şey əslində, bu tarixi fakta”“Bakının qurtuluşuna borcludur. Bizim dövlətçiliyimiz də bu hadisədən sonra daha da gücləndi. Bakının azad edilməsi həm də birlik nümunəsi idi. Bakını təkcə Nuru Paşa azad etməyib ki... Onun tabeliyində Gəncə, Naxçıvan Lənkəran Qarabağ  diviziyaları da döyüşürdü. Bakının qurtuluşu birgəliyin əsl nümunəsi idi. Biz Nuru Paşanın timsalında əsl gerçəkliyi gördük. Onu sonradan həbs edib ingilislərə təhvil verdilər. İngilislər də Nuru Paşanı özləri ilə Batuma aparıb, üzünə ölüm hökmü oxudular. Artıq 3 gündən sonra güllələnəcəkdi. Məhz belə bir vaxtda Cümhuriyyətin baş naziri Nəsib bəy Yusifbəyli kəşfiyayt idarəsinin rəisi Nağı bəy Şeyxzamanlını çağırır. Ona deyir ki, bizim Nuru Paşaya dövlətçilik borcumuz var, bu, öz yerində, amma bizim Nuru Paşaya həm də kişilik borcumuz var. Mən hopa bəyləri ilə danışmışam. Filan vaxtda, filan yerdə Nuru Paşanı həbsdən qaçırmalısınız. O cür də olur. Nağı bəy hopa bəylərinin köməkliyi ilə Nuru Paşanı həbsdən qaçırır, edamdan xilas edir. Atışma zamanı 3 ingilis əsgəri, bir də bəy ölür.

-Nuru Paşa haqqında maraqlı məsələləri araşdırmısınız. Başqa hansı faktı səsləndirə bilərsiniz?

-Nuru Paşa Bakını azad edən zaman şəhəri istilaçılardan təmizləmək üçün top atmalı olur. Bundan sonra şəhərdəki ermənilər, daşnaklar, qımçaqlar Bakını tərk etməyə başlayırlar. Şəhəri tərk etmək istəyənlərin sırasında başqa bir ölkəyə aid  konsulun maşınının olması Nuru Paşanı təəccübləndirir. Özü maşına yaxınlaşıb onu saxlatdırır. Konsulluğun maşınının içindən erməni paşalarını, qımçaq bəylərini görür. Konsula deyir ki, bunları başa düşdük. Bəs sənə nə olub? Sən axı müsəlmansan. Belə işlərə niyə qarışırsan? Konsulu azad edir, amma həmin iki erməni paşasını özü güllələyir.

- Qarşıdan AXC-nin 100 illik yubileyi gəlir. Siz yazacağınız tarixi kitabda bu mövzu ilə bağlı nələrə toxunacaqsınız?

-Bunu kitabı oxuyanda görəcəksiniz...

Elmin Nuri


Kadir İnanır filmdən gedir
Leyla Əliyeva Emin və Alyonanı belə təbrik etdi - FOTO
Adnan Oktarın villasının içindən yeni görüntülər - xaç, şərab... - FOTO/VİDEO
Abşeronun icra başcısı 40 000 sakini olan qəsəbədə görüş keçirdi - FOTOLAR
Hüquq - mühafizə orqanları soyuducuda yarım milyard pul "tapdı"...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Rəsulzadə Hitlerin ölüm düşərgələrində “sünnət əməliyyatı”na necə nail oldu?..- 116 min Azərbaycan kişisinin xilas tarixçəsi
Cəmiyyət
"Dünyanın hər yerində media hər zaman ona uzanan dost əlini sıxıb...”
Dünya
2 min 500 illik tabutdan çıxanlar şok yaratdı - FOTOLAR
Dünya
113 ildir batan gəmi tapıldı: Milyard dollarlıq qızılla dolu olduğu iddia olunur
Dünya
Parlamentdə intihara cəhd hadisəsi baş verdi - VİDEO
Həftənin ən çox oxunanları
Tolik güllələnən icra başçısı haqqında heç kimin bilmədiyi FAKTI AÇIQLADI - FOTO
Kəlbəcərdə hazırlanan yeni terrorçu dəstələrin görüntüləri yayıldı - VİDEO
"Əyalətdə özünü quldurbaşı kimi aparıb xalqın nifrətini qazananlar iqtidardan qovulmalıdır"
Sərhəddə Ermənistana yük daşıyan azərbaycanlılarla ermənilərin dialoqu - ŞOK VİDEO
Melanyanın ayaqları mətbuat konfransında şorgöz Lavrovun "gözünə girdi"... -FOTO
Yunis Səfərovla bağlı yeni şok məlumatlar üzə çıxdı: Sən demə, Tohid İbrahimbəyli... - FOTO
Emin Ağalarovun xanımının gəlinliyinin qiyməti məlum oldu - İnanmayacaqsız...
"Atam DİN-in polkovniki olsa da bizi bir dəfə də xidməti maşını ilə məktəbə göndərmədi"
Telekanallarımız və şou-biznesimiz MASONLARIN MƏKRLİ PLANLARINI İCRA EDİR...
Alimlərdən yeni kəşf - Çay insanlarda bu xəstəliyin qarşısını alır...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə