Xəbər lenti
20/11/2017 [13:50]:
Uşaqları xilas edərkən boğulan azərbaycanlının atasına medal təqdim olundu
20/11/2017 [13:49]:
Lavrov: "Bakı-Tbilisi-Qars dəmir yolunun bizimlə əlaqəsi yoxdur"
20/11/2017 [13:46]:
“Həll yollarını axtarmaq lazımdır” – Məmmədyarovdan MESAJ
20/11/2017 [13:45]:
Bakıda idmançı qızı öldürən sürücüyə 7.5 il həbs verildi - VİDEO
20/11/2017 [13:43]:
BNA vəd verdi: “Qarabağ”lılar yenə aldanacaq?
20/11/2017 [13:40]:
Özünü Türkiyə vətəndaşı kimi təqdim edən dələduz tutuldu
20/11/2017 [13:39]:
Bakıda piyadanı vurub qaçan sürücü saxlanıldı
20/11/2017 [13:38]:
Bakıda partlayan zavoddan ilk görüntülər - FOTO
20/11/2017 [13:38]:
Ayın məzunu: “UNEC-in nüfuzu əhəmiyyətli dərəcədə artıb”
20/11/2017 [13:36]:
Həmkəndlisinin evini qarət edən şəxslər saxlanıldı
20/11/2017 [13:34]:
Rüfət Səfərov ata oldu- ONUN OĞLU DÜNYAYA GƏLİB
20/11/2017 [13:32]:
Digər universitetlərdən UNEC-ə köçürülən tələbələrlə tanışlıq görüşü - FOTO
20/11/2017 [13:32]:
Hava kəskin dəyişəcək – XƏBƏRDARLIQ
20/11/2017 [13:26]:
Azərbaycan Xalça Muzeyi 50: “Muzeylərdə tekstil kolleksiyaları” adlı dəyirmi masa
20/11/2017 [13:25]:
Baş prokuror Bərdədə ətraf rayonlarda şikayətçiləri qəbul edəcək
20/11/2017 [13:22]:
“Qalatasaray”a ŞOK
20/11/2017 [13:20]:
Şeyx Rusiyaya səfərə gedir
20/11/2017 [13:19]:
Afaq Bəşirqızının “Bəxt üzüyü 2”-yə görə SƏHHƏTİ PİSLƏŞDİ – AÇIQLAMA
20/11/2017 [13:17]:
“Lotu Quli”yə sui-qəsdlə bağlı YENİ FAKTLAR
20/11/2017 [13:16]:
Məşhur aktrisanın qatili öldü - Foto/18+
20/11/2017 [13:14]:
Sabah 2018-ci ilin dövlət büdcəsi layihəsi müzakirəyə çıxarılacaq
20/11/2017 [13:12]:
Bakıda zavod partladı: ölən və yaralanan var
20/11/2017 [13:08]:
"İran molla rejimi ustad Şəhriyarın büstünü təhqir edənləri cəzalandırmalıdır"
20/11/2017 [12:27]:
İlham Əliyevin bacısı oğlundan hər kəsi heyrətləndirən hərəkət - VİDEO
20/11/2017 [12:26]:
Ramil Səfərovun həbsxana FOTOLARI
20/11/2017 [12:20]:
Bakıda Azərbaycan və Rusiya XİN rəhbərlərinin görüşü keçirilir
20/11/2017 [12:17]:
Benzin bahalaşa bilər
20/11/2017 [12:15]:
Lavrov: "Azərbaycanı Avrasiya İttifaqında görməkdən çox məmnun olarıq"
20/11/2017 [12:13]:
Leyla Şıxlinskaya işçilərinə qarşı iddia qaldırdı
20/11/2017 [12:12]:
Öldürülən iş adamının xanımı: "Həyatımız təhlükədədir"
20/11/2017 [12:05]:
"Rusiya və ABŞ arasındakı əlaqələr Qarabağ münaqişəsinin həllinə təsir göstərmir" - LAVROV
20/11/2017 [12:05]:
Məleykə Əsədova Ramiz Məlikdən 200 min istədi – Məhkəmə
20/11/2017 [12:04]:
"Bu filmdən sonra məni yandırmaq istəyirdilər"
20/11/2017 [12:03]:
Nuru Paşanın son dəqiqələri- "İşçiləri qovub mina anbarına girdi və..."
20/11/2017 [11:55]:
Şəhriyara görə səfirliyə müraciət edildi: “Şərəfsizlər cəzalandırılsın!"
20/11/2017 [11:48]:
Qurban Qurbanov daha bir futbolçusunu itirdi
20/11/2017 [11:47]:
Bu qan yerdə qalmayacaq – İlham Əliyev
20/11/2017 [11:46]:
Qarabağ ətrafında əsəb savaşı - işğal ortaqlarının ortaq oyunu?
20/11/2017 [11:42]:
FİFA prezidenti Azərbaycana səfər edir - İLK
20/11/2017 [11:34]:
Rəsulzadənin öz xətti ilə yazdığı gündəliklərdə nələr var?- Arxiv sənədi
20/11/2017 [11:32]:
Özünü Türkiyə vətəndaşı kimi təqdim edərək insanları aldadan şəxs saxlanıldı
20/11/2017 [11:18]:
Lavrov: “Rusiya və Azərbaycan strateji tərəfdaşdır”
20/11/2017 [11:12]:
Bəy toy gecəsi evdən qaçdı - VİDEO
20/11/2017 [11:03]:
Axirət yoxdur, cənnət yalandır... – Floradan ilginc açıqlamalar
20/11/2017 [10:54]:
"Bir var o pulları məmur xərcləyə, bir də var sahibkar..."
20/11/2017 [10:49]:
Yanlış informasiyaya görə kimin hansı məsuliyyəti var?
20/11/2017 [10:47]:
“Ədəbiyyatdan ideoloji silah kimi istifadə etmək doğru deyil”
20/11/2017 [10:43]:
Putinin “ağır topu” Bakıda - Kremlin iki hədəfi
20/11/2017 [10:39]:
Yeni il bayramında Azərbaycanda 5 gün istirahət olacaq
20/11/2017 [10:38]:
Qubada ağır yol-nəqliyyat hadisəsi - Ər-arvad dünyasını dəyişdi
20/11/2017 [10:34]:
Bakı bulvarında faciə: Gənc oğlan öldü
20/11/2017 [10:32]:
2018-ci ilin dövlət büdcəsi layihəsi müzakirəyə çıxarılır
20/11/2017 [10:22]:
Sabirabadda “Mercedes”lə “KamAZ” toqquşdu - Ailənin bir üzvü öldü, üçü xəsarət aldı
20/11/2017 [10:22]:
Misir müğənnisi açıq-saçıq klipinə görə həbs olundu – VİDEO
20/11/2017 [10:20]:
Bakıda bahalı avtomobilin üzərinə paltaryuyan maşın atdılar – FOTO
20/11/2017 [09:44]:
Həyatını səhnədə “əridən” aşiq aktrisa - “Aşiq olmağımın səbəbkarı Şəfiqə Məmmədovadı”...
20/11/2017 [09:29]:
Ermənistanlı çoban minaya düşdü - Qarabağda...
20/11/2017 [09:27]:
"Putin bu hadisədən dəli olmuşdu" - “O Kim Çın In-dan da təhlükəli düşməndir”
20/11/2017 [09:13]:
ABŞ-ın məşhur brendi yeni sviter buraxdı... - Üzərində separatçı “Artsax” bayrağı - VİDEO
20/11/2017 [01:07]:
Türkiyə bu qadınla ilkə imza atır - FOTOLAR
20/11/2017 [01:04]:
Nərimanovun Leninə qəzəbli məktubu: "Müstəqil Azərbaycan” sözü sizin dilinizdən çıxmamışdırmı?"
20/11/2017 [00:59]:
"Neftçi"yə qol vuran "Qəbələ"li futbolçu etiraf etdi: "Bəli, top məndən meydanı tərk etmişdi"
20/11/2017 [00:48]:
Azərbaycanlı şou-biznes nümayəndələrinin xaricdəki mülkləri
20/11/2017 [00:34]:
"Bu nə tərbiyəsizlik, nə əxlaqsızlıq...?"
20/11/2017 [00:33]:
Çində dəhşətli yanğın - 19 nəfər həlak oldu
20/11/2017 [00:22]:
Ölüm saçan diş fırçaları - Dəhşətli araşdırma
20/11/2017 [00:06]:
Netanyahunun evinə polis basqın etdi: Baş nazir sorğuya alındı
20/11/2017 [00:01]:
Qarakənd faciəsindən 26 il ötdü QANLI TARİX
19/11/2017 [23:59]:
Ərdoğanın mühafizəçiləri qəzaya düşdü - 4 yaralı
19/11/2017 [23:54]:
Avropa İttifaqı Ermənistandan Metsamor AES-i bağlamağı tələb edir- ARAŞDIRMA
19/11/2017 [23:52]:
“Faiq Azərbaycan kişisinin namusuna düşən ləkədir”
19/11/2017 [23:41]:
Saçlarınızdakı ağları qoz qabığı ilə qaraldın - Effektiv və sərfəli üsul
19/11/2017 [23:32]:
Bu il Azərbaycana idxal olunan telefonların sayı açıqlandı
19/11/2017 [23:28]:
"Lavrov “fəal səylər dedikdə” əslində topu Azərbaycanın meydanına atır ki..."
19/11/2017 [23:24]:
Səudiyyə Ərəbistanının başçılıq ediyi qüvvələr Yəmənə zərbə endirdi - 11 dinc sakin həlak oldu
19/11/2017 [23:22]:
Mübariz Mənsimov anası ilə atasının fotosunu paylaşdı - FOTO
19/11/2017 [23:22]:
“Bizim üçün Qarabağ qədər, Türkmən dağı, o cümlədən Bayırbucaq eli də qutsaldır”
19/11/2017 [23:19]:
Saakaşvili Ukraynada “xalq impiçmenti”nin başlanmasının tarixini açıqladı...
19/11/2017 [23:08]:
Robert Muqabe postunu tərk etməyə razılaşdı - YENİLƏNİB
19/11/2017 [22:58]:
“Atletiko"nun futbolçusu: ““Qarabağ”a qalib gəlsəydik...”
Bütün arxiv bir sırada
12/09/2017 [18:21] - Müsahibə - ( 5286 dəfə baxılıb)

"Rəsulzadə, Elçibəy, Kəmaləddin Heydərov,..." - Aqronomun sehrli dünyası- MÜSAHİBƏ




Qax rayonunun Ləkid kəndində yaşayan, çəkdiyi dünyaca məşhur şəxslərin portretləri ilə kifayət qədər tanınan və sevilən rəssam Rövşən Şirinovun Moderator.az-a müsahibəsini təqdim edirik.

- Rövşən bəy, çox maraqlı rəsmləriniz var. Bilmək istərdik ki, professional rəssamsınız, yoxsa bu işlə həvəskarcasına məşğul olursunuz? Yəni, bir qədər özünüzdən danışın mümkünsə...

- Onu qeyd edim ki, bu sahədə heç bir təhsilim yoxdur və arzumdur ki, professional rəssam olum. Hələ ki, öyrənirəm. 1999-cu ildən başladım rəsm çəkməyə və 2003-cu ilə qədər bu işi davam etdirdim. 2003-cu ildə kəndimizin bələdiyyə sədri seçildim və elə işimlə əlaqədar 2010-cu ilin mart ayına kimi isə rəssamlıqla məşğul ola bilmədim. Eyni vaxtda iki işi birdən aparmaq çox çətin idi deyə mən də ruhuma daha yaxın işə - rəssamlığa qayıtdım. Rəssamlıqda cəmi 12 il iş təcrübəm var. Bu müddətdə təxminən 300 rəsm çəkmişəm. İndiyədək 5 dəfə fərdi sərgim olub. Tehranda, Bakıda, 3 dəfə də elə öz rayonumuzda - Qaxda.

- Hansı janrlarda, hansı üslubda çəkməyə daha çox üstünlük verirsiniz?

- Əvvəl daha çox mənzərə çəkirdim. Sonra natürmort janrına müraciət etdim. Son vaxtlar isə daha çox portret çəkirəm. Realizmi çox xoşlayıram.  Qeyd edim ki, rəssamlığa uşaq vaxtından çox marağım olub, tanınmış rəssamlarin işlərinə heyranlıqla baxardım. İstəyirdim ki, böyüyəndə rəssam olum, ancaq valideyinlərim bu sahədə təhsil almağıma razı olmadılar. Sevməsəm də kənd təssərrufatı sahəsini seçməli oldum, aqronomluğu oxudum. Sovet hökuməti dağılandan sonra gec də olsa öz sevimli sənətimə qayıtdım. Rəssamlıq dünyanın ən gözəl sənətidir. Allah bizə sevən ürək və yaradıcı beyin verib, bizim sevgimiz o qədər çoxdur ki, bu sevgini, müsbət enerjimizi öz rəsmlərimizə ötürə bilirik. Ona görə də, mənim rəsmlərim professional olmasa da, xalq tərəfindən sevilir. Bu da məni xoşbəxt edir, həm özüm zövq alıram, həm də baxanlara zövq verirəm.



- Rəsmlərinizi izləyəndə gördüm ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun və nazirin atası Fəttah Heydərovun da portretlərini çəkmisiniz. Səhv etmirəmsə, hansısa sərgidə görüşüb portretləri özünə təqdim etmək imkanınız olub. Bəlkə bu barədə də danışasınız. Cənab nazir necə qarşıladı bu işinizi, bəyəndimi, hansısa təklif və ya iradı oldumu?

- Kəmaləddin Heydərovla ilk görüşümüz hələ 2013-cü ildə, məktəbimizin açılışı zamanı olmuşdu. Mənə Bakıda sərgi açmağı təklif etmişdi. Mən də həmin təklifdən sonra ciddi şəkildə sərgiyə hazırlaşdım. Ancaq nazirimizlə yenidən görüşə bilmədim. Sonra nazir rayonumuzda tədbiqi sənət mərkəzində qonaq olmuşdu, o zaman da mənim rəsimlərimi görüb bəyənmişdi və 3 əsərimi də almışdı. Təəssüf ki, həmin tədbirə məni dəvət etməmişdilər deyə orada olmamışdım. Bu ilin avqust ayının sonunda Qəbələdə keçirilən festivalda isə Kəmaləddin Heydərovla görüşmək imkanım oldu. Çəkdiyim portretləri də həmin görüşdə ona hədiyyə etdim. Hər iki portreti bəyəndi, sərgi təklifi də qüvvədə qaldı. 


- Daha hansı məşhurların portretlərini çəkmisiniz? 

- Doğum günlərində mərhum Əbülfəz Elçibəyin, müstəqilliyimizin ildönümündə Məhəmməd Əmin Rəsulzadənin, Çanaqqala zəfərinin ildönümündə Türk dünyasının Paşası Atatürkün, dünya siyasətində cəsarətlə öz sözünü dediyinə görə məndə inam və istək yaratdığı üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın portretlərini çəkmişəm. Əbülfəz Elçibəyin portretini çəkib bir çox işim kimi sosial şəbəkədə paylaşmışdım. Elə oradan da Bütöv Azərbaycan Birliyinin Elçibəyə həsr olunmuş əsərlərin yarışmasına göndərmişdilər. Münsiflər heyəti səs çoxluğu ilə məni həmin müsabiqənin qalibi seçdi. 

- Necə oldu ki, Elçibəyi çəkdiniz? Portretin aqibəti necə oldu?

- Elçibəyə sevgisi olmayan azərbaycanlı olmaz. Bu portretin yaranması da mənim Elçibəyə olan sevgimdən irəli gəldi. Portreti isə Elçibəy sevgisi olan bir yerlimiz portret barəsində eşidən kimi dərhal evimizə gəldi və rəsmi aldı.




- Rövşən bəy, Elçibəyin çöhrəsini suya həsrət torpağa bənzətmisiniz, eynən torpağın bağrı kimi cadar-cadardır Bəyin üzü. Sanki hər cadarda da bir haray, bir inilti, bir göynəlti var, sanki danışırlar. Bu da rəssamların siyasətidirmi?

- Əbülfəz Elçibəyin ətrafı, dostları onun qədir-qiymətini bilmədilər, kömək etmədilər, tək qoydular. Azadlıq yanğısı, demokratiya sevgisi, xalqının firavan yaşayışı, Qarabağ dərdi Elçibəyin suyunu qurutdu, saçını ağartdı, üzünü cadar-cadar etdi. Mən də çəkdiyim portretində Elçibəyin məhz bu cizgilərini, fəryadını göstərməyə çalışmışam.

- İndiyədək məşhurlardan, tanımış şəxslərdən öz portretini sifariş verən olubmu?

- Son zamanlar öz portretini  və yaxınlarının yubileylərinə ən qiymətli hədiyyə olaraq portret sifarişləri olur. 

- Sirr deyilsə, ən baha satdığınız portretiniz hansı olub və neçəyə satmısınız?

- Tanınmış şuşalı bir xanım var, fenomen-ekstasens Nuridə Qurbanova. Çox gözəl insan və dostumuzdur. Onun portretini çəkmişdim, çox bəyəndi və mən qiymət demədən 1000 dollar pul verdi. 

- Əvvəldə qeyd etdiniz ki, son vaxtlar daha çox portret çəkirsiniz. Rəssamların əksəriyyətində demək olar ki, belədir. Olmaya, sizləri buna üzləşdiyiniz maddi problemlər vadar edir? Çünki insanlar digər janrda çəkilmiş rəsmlərdən daha çox portret almağa, çəkdirməyə üstünlük verirlər. 

- Həm elədir, həm də portret çəkmək çətindir. Biz də bazarın tələbinə uyğun işləməyə məcbur oluruq. Çünki rəssamların dolanışığı çəkdiyi rəsmlərdən çıxır.



- Gördüyüm qədər, son işlərinizdən biri də "Qarabağ" futbol komandasının baş məşqçisi Qurban Qurbanovun portretidir. Yəqin ki, komandanın xalqımıza yaşatdığı son qələbə sevincindən sonra yaranıb portret?

- Elədir. Düzdür, mən futbol fanatı deyiləm, ancaq “Qarabağ”ın son oyununu izlədim. Çox sevindirdi, həmin qələbə məni bir oyundaca “Qarabağ” komandasının fanatına çevrdi. Xüsusilə də Qurban Qurbanovu bir yerlimiz kimi sevdim. Həmin oyundan sonra da Q.Qurbanovun portretini çəkməyi vacib bildim.

- Bu əsəriniz futbolsevərlər tərəfindən necə qarşılandı, Qurbanın özünün xəbəri oldumu?

- Futbol fanatlarının münasibəti pis olmadı. Qurbanın özünün xəbər tutub-tutmadığını isə bilmirəm. Ancaq bir “Facebook” dostum təklif etdi ki, portreti Qurban Qurbanova hədiyyə etməkdə mənə köməklik edəcək.

- “Qarabağ” komandasına olan sevginizi gördük. Bəs Qarabağ dərdimiz, saysız-hesabsız şəhidlərimiz əsərlərinizə nə qədər yansıyıb?

- Arzum var ki, qəhrəman şəhidimiz Mubariz İbrahimovun portretini çəkim. İnşallah, yaxın zamanda bu arzumu reallaşdırmağı düşünürəm. 

- Əsərlərinizdə diqqətimi daha çox atlar və qadınlar çəkdi. Nədənsə at üzərində daha çox qadın obrazları yaratmısınız. Bu nədən irəli gəlir?

- Rəssamlar qadınları sevməsələr,yarada bilməzlər. Qadın gözəllik simvoludur, at isə muraddır, arzudur. Biz adətən çoxdandır ağ atlı oğlan gözləyirik. Ancaq gəlib çıxmaq bilmir. İndi də fikirləşirik ki, bəlkə bir ağ atlı qiz gəlsin, gəlişiylə, gözəlliyi ilə də həyatımızı dəyişsin...



- Bir sözlə, bir qadın peyğəmbər arzu edirsiniz…

- Peyğəmbər deməzdim. Tarixdə hərdən kişilərin edə bilmədiyi işləri qadınlar edib. Qadınlar ağıllı və dözümlü olurlar, ana gözüylə həyata baxa bilirlər. Bəlkə xanımlar dunyamıza öz tükənməz sevgisini gətirərək dünyanı bu çəkişmələrdən xilas edə bilərlər...

- Rəsmlərinizdəki qadın obrazları bir başqa gözəllik saçır. Həm də sanki bütün dünya qadınlarını bir obrazda cəmləşdirirsiniz. Bir obrazda bir çox millətin əlamətləri təzahür edir, məsələn, saçı bir millətə, geyimi başqa bir millətə, gözləri başqasına, sifət cizgiləri başqasına bənzəyir. Bədən forması, duruşu, baxışı belə fərqlidir... 

- Gözəlliyin sərhədi yoxdur. Görə və sevə bilərsən. Yaradıcı insanlara Tanrı 1000 nəfərin sevən ürəyini və yaradıcı beynini verib deyirlər. Bu, bizim xoşbəxtliyimiz və sağlamlığımızdır. Rəssam bir rəsmi ikinci dəfə çəksə, eynisini cəkmək cox çətin olar və ya heç mümkün olmaz. Qulaq asdığımız musiqi, əhvalımız, sağlamlığımı belə rəsmin fərqli alınmasına təsir edir.

- Əvvəldə dediniz ki, Tehranda sərginiz olub. İranın məşhur rəssamlıq məktəbi var, elə bir ölkədə sərginiz necə qarşılandı?

- 2010-cu ilin fevral ayından avqust ayına kimi ailəlikcə Tehranda yaşadıq. Həmin müddətdə vaxtımı boşuna xərcləmədim, düz 25 rəsm çəkdim. Tehrandakı rəssam dostlarım təklif elədilər ki, rəsmlərimdən ibarət sərgi edək və etdik də. Sərgi 3 gün davam etdi, 3 rəsmim də həmin sərgidə satıldı.


 
- İndiyə qədər ən çox bəyəndiyiniz, “Beləsini bir daha çəkə bilmərəm” dediyiniz hansı əsəriniz olub və bundan sonra hansı əsəri yaratmağı səbrsizliklə arzulayırsınız?

- Hər dəfə ən son çəkdiyim rəsmi əvvəlkilərdən çox istəyirəm. Arzularım isə çoxdur. Allah məsləhət bilərsə, gerçəkləşər inşallah.

- Hələ ki, meydan sizindir, son olaraq oxucularımızla nələri bölüşmək istərdiniz, ürəyinizdən nələr keçir, buyurun.

- Rəssamın işi gözəllikdir, mən də insanlarımızı gözəl görmək istəyirəm. Gözəl olmaq üçün də ilk öncə sağlam olmaq lazımdır. Son vaxtlar tibbi təbabətlə çox maraqlanıram, insanların səhhəti məni çox narahat edir. İnsanlarımıza məsləhət görərdim ki, çox yeməyə yox, sağlam qidalanmağa fikir versinlər. Gündəlik qidalarında ən çox təmiz su, proteinli qidalar olsun. Əhvallarını, inamlarını, sevgilərini yüksək etsinlər. Bu zaman heç kimə xəstəlik yaxın düşməz.






Rumiyyə MİRASLAN

...
"Lavrov “fəal səylər dedikdə” əslində topu Azərbaycanın meydanına atır ki..."
Prezident seçkisi cəmiyyət üçün növbəti fürsət ola bilərmi?
Qarabağda ermənilərin gözlədiyi 11-ci qızıl ordunun ayaq səsləri...
Adil Əliyev: “NATO Atatürkün kim olduğunu bilmirmi...?”
Azərbaycanlı qadın hərbçi partlayış zamanı şəhid oldu - FOTO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Yanlış informasiyaya görə kimin hansı məsuliyyəti var?
Siyasət
"Putin bu hadisədən dəli olmuşdu" - “O Kim Çın In-dan da təhlükəli düşməndir”
Cəmiyyət
Nərimanovun Leninə qəzəbli məktubu: "Müstəqil Azərbaycan” sözü sizin dilinizdən çıxmamışdırmı?"
Maraqlı
Xoruldamaqla köklük arasında əlaqə tapıldı - MARAQLI...
Kriminal
""Quska"nın yaraqlıları Hacı İbrahimin kabinetini Kalaşnikovla gülləbaran edirlər..."
Həftənin ən çox oxunanları
Limonla sodanın qarışığından alınan ilahi möcüzə - FOTOLAR
Prezidentdən Cavid Qurbanovla bağlı - Sərəncam
Tağıyevin məzarı belə bilinməyən oğlunun nadir fotoları- İlk dəfə
"Gəl burdan rədd olaq, elə bilərlər bizi də kimsə saxlayır..." - İCTİMAİ QINAQ
Zeynəb Xanlarova Rasim Balayevin müdafiəsinə qalxdı: “Desəm öldürərlər, deməsəm ölləm!”
""Quska"nın yaraqlıları Hacı İbrahimin kabinetini Kalaşnikovla gülləbaran edirlər..."
Prokuror hakimi güllələdi- Gözlənilməz
Bakirəliyini rekord qiymətə satan qız: “Pulu təhsilimə və səyahətə xərcləyəcəm...” -FOTOLAR
Azərbaycanda 6 bal gücündə zəlzələ baş verdi - Əhali evlərini tərk etdi...
Ömrü uzadacaq qidanın adı açıqlandı - FOTO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin