Mübariz Mənsimova qarşı FETÖ xəyanəti - ARAŞDIRMA...
Oxunub: 7726
12 Sep 2017 | 20:21
Mübariz Mənsimova qarşı FETÖ xəyanəti  - ARAŞDIRMA...
Azərbaycan-Türkiyə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi iki qardaş ölkənin xarici siyasətinin əsas prioritetlərindən biridir.Hər iki ölkənin dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri, möhkəm dostluğu və əlaqələri dərinləşdirmək arzusu ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayıb. Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan meqa iqtisadi layihələr; Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılmasına xidmət etməkdədir.


2000-ci illərdən etibarən Azərbaycanın sürətli iqtisadi inkişafı Azərbaycanlı işadamlarının Türkiyə iqtisadiyyatına investisiya qoyuluşlarında da öz əksini tapmışdır. Buna nümunə kimi, son illərdə Azərbaycan şirkətləri Türkiyədə xarici investisiya qoyuluşuna görə ilk yerləri tutur. Zaman zaman iki ölkə arasında münasibətlərə kölgə salmağa çalışan qaranlıq qüvvələr payda olmasına baxmayaraq, Azərbaycan-Türkiyə iqtisadi əlaqələri hər keçən gün daha da möhkəmlənir.

Türkiyənin sürətli iqtisadi inkişafına paralel olaraq, daxildə və xaricdə onun iqtisadi inkişafını həzm edə bilməyən qüvvələr var. Bu qüvvələr hər vəchlə Türkiyəni geri salmağa, zəiflətməyə, qarışdırmağa, parçalamağa çalışır. Bu yolla Türkiyəni kontrol etmək, rəqabət gücünü azaltmaq, özlərindən asılı, möhtac vəziyyətə salmaq istəyirlər. Bunun bariz örnəyini keçən ilin iyulunda ABŞ-ın Pensilvaniya əyalətindən idarə olunan fəthullahçı qrupun Türkiyəni fəlakətə sürükləmə cəhdlərinə hamımız şahid olduq. Fəthullahçı xainlərə qarşı Türkiyə hakimiyyətinin və xalqının cəsarətli müqaviməti sayəsində bugün qardaş ölkə dimdik ayaqdadır.

Türkiyədə FETÖ-nün çeviriliş cəhdidən sonra məhkəmə-prokurorluq orqanlarının apardığı istintaq fəaliyyətləri fəthullahçı qrupun qardaş ölkədə maxinasiyalarını, onlara boyun əyməyən, “xərac” verməyən, rəqib görünən işadamlarına qarşı şantaj və təhditlərini, sabotajlarını üzə çıxardıb. Belə görünür ki, Türkiyənin bütün dövlət strukturlarına və özəl qurumlarına virus kimi yayılan bu cinayətkar şəbəkə ünsürlərini müəyyən eləmək və təmizləmək hələ çox vaxt aparacaq.

Moderator.az Türkiyədə azərbaycanlı işadamlarına qarşı FETÖ-nün xain əməlləri haqqında araşdırma aparıb. Bu araşdırmada Palmali Holdinqin sahibi, vətənpərvər azərbaycanlı işadamı Mübariz Mənsimovun Türkiyənin səhiyyə sektorunda həyata keçirmək istədiyi investisiya layihələrinə qarşı 2007-2012-ci illərdə fəthullahçı şəbəkənin sabotaj fəaliyyətlərinə nəzər salınıb.


Türkiyədə 2001 krizisində İşıqlar Holdinqin idarə edilməsi Türkiyə Əmanətlərin Sığorta Fonduna (TMSF) həvalə edilmiş, TMSF isə İşıqlar Holdinqin maliyyə qurumlarına olan borclarını ödəmək üçün daşınmaz əmlaklarını satışa çıxarmışdı. 2004-cü ilə keçirilən hərracda Mübariz Mənsimov İstanbulun Beşiktaş ilçəsi Ulus səmtində İşıqlar Holdinqə aid binanı TMSF-dən satın almışdı. 2005-cə ildə isə bu binanın yerinə tibb müəssisəsi tikilməsi üçün Beşiktaş Bələdiyyəsindən icazə almış, “Palmed” Sağlık Hizmetleri LTD şirkətini qurmuşdu.
Azərbaycanlı işadamı Mübariz Mənsimov 2007-ci ildə “Hürriyət” qəzetinə açıqlamasında bunları demişdi: “Türkiyədə ən böyük xəstəxana layihələrindən birini həyata keçirəcəyik. 2008-ci ilin yayında İstanbulun Ulus səmtində açmağı planlaşdırdığımız ilk xəstəxananın inşaatı davam edir. 120 yataqlı, 7 ulduzlu ilk xəstəxananın smeta dəyəri 100 milyon dollardır. “Pal Hospital” adı veriləcək bu xəstəxana əsasən uşaq və qadın xəstəlikləri sahəsində ixtisaslaşacaq. Xəstəxana amerikalı tibbi heyət tərəfindən idarə olunacaq. İstanbuldakı xəstəxananın bir bənzəri də Bakıda inşa edilir. Regionda ixtisaslaşdırılmış xəstəxanalar zənciri qurmağı planlaşdırırıq. İstanbul və Bakıdan sonra Ankara və İzmirdə də xəstəxana açacağıq.”

Mübariz Mənsimovun xəstəxana layihəsi qeyri-müəyyən səbəblərdən Türkiyədə qaranlıq qüvvələrin hədəfinə çevrildi. Fəthullahçı qruplaşma bu layihənin baş tutmaması üçün bələdiyyə, məhkəmə, prokurorluq, ordu və ictimai təşkilatlardakı əlaltıları vasitəsilə hücuma keçdi. Fəthullahçıların yuva qurduğu Türkiyə Hərbi Hava Qüvvələrinin İstanbulun Ulus səmtində yerləşən 15 saylı Raket Hücumlarından Müdafiə hərbi bazasının komandirliyi xəstəxananın yerləşdiyi ərazini “hərbi təyinatlı zona” elan edərək 2008-ci ilin fevralında Palmali Holdinqə məktub göndərdi. Məktubda xəstəxananın inşasının raket hücumundan müdafiə sisteminin fəaliyyətinə maneçilik törətdiyi qeyd edilir və inşaatın 2 gün ərzində dayandırılması tələb edilirdi. Palmali Holdinqin Türk Silahlı Qüvvələri Baş Qərargahına təqdim etdiyi layihədə dəyişiklik təklifləri də nəticəsiz qaldı. Ardından İstanbul Böyük Şəhər Bələdiyyəsi xəstəxana tikmək üçün 2005-ci ildə verdiyi qərarı ləğv elədi.

2010-cu ildə isə Fəthullahçı hakim və prokurorların saxta Ergenekon iddianamələri ilə həbs edilən atatürkçü hərbçilər üzərindən Mübariz Mənsimova qarşı təzyiqlər başladı. Fəthullahçı qrupa aid “Zaman” qəzetində yayımlanan xəbərdə, “hərbi təyinatlı zona” qərarının ləğv edilməsi qarşılığında hərbi prokuror Ahmet Zeki Üçokun Mübariz Mənsimovdan 5 milyon dollar rüşvət istədiyi iddia olunurdu. Əslində isə Ergenekon iddianamələrini hazırlayan fəthullahçı prokurorlar bu iddialarla həm atatürkçü hərbi prokuror Ahmet Zeki Üçoku zərərsizləşdirməyi, həm də Mübariz Mənsimova təzyiq göstərərək xəstəxana layihəsini təxirə salmağı qarşılarına məqsəd qoymuşdular. Nəzərə alsaq ki, həmin illərdə fəthullahçı hakimlərin nəzarətində olan “özəl yetkili” məhkəmələrdə minlərlə vətənpərvər, vicdanlı Türk milliyyətçisinin saxta ittihamlarla həbsinə qərar verilmişdi, Mübariz Mənsimovun bu durumdan narahatçılığını təsəvvür etmək çətin deyil.

Xəstəxananın inşaatına qoyulan qadağa aradan qaldırılmadı. Bu durumdan dərin məyusluq keçirən azərbaycanlı işadamı Mübariz Mənsimov 2012-ci ildə xəstəxana layihəsini təxirə saldı və “Palmed” şirkətini ləğv elədi. Elə həmin il Medical Park xəstəxanalar qrupunun sahibi işadamı Ethem Sancak yarımçıq tikilini Mübariz Mənsimovdan satın aldı. Maraqlıdır ki, o illərdə FETÖ-nün nəzarətindəki İstanbul Bələdiyyəsi və Türkiyə Hərbi Hava Qüvvələri Komandirliyi artıq xəstəxananın inşaatına maneçilik törətmədi. Hal-hazırda həmin xəstəxana Medical Park xəstəxanalar qrupunun nəzdində “Liv Hospital” adı ilə fəaliyyət göstərir və Türkiyənin ən bahalı A+ xəstəxanalarından biridir.


Mübariz Mənsimov Azərbaycanlı kimliyini həmişə şərəflə daşıyan və Türkiyə iqtisadiyyatına böyük investisiya qoyuluşları edərək qardaş ölkədə Azərbaycan diasporasının və nüfuzunun güclənməsinə xidmət edən həmyerlimizidir. Bu araşdırma ilə, FETÖ-nün məkrli planını ifşa eləyərək azərbaycanlı işadamı Mübariz Mənsimova qarşı edilən və ictimaiyyətə məlum olmayan haqsızlığı ortaya çıxarırıq.
Oxşar xəbərlər
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:50
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 09:33
"Yaz günəşi yer səthinə daha yaxın olduğu üçün zərərləri daha çoxdur"
28 Mar 2024 | 09:52
Bu meyvələr iştahı azaldır
28 Mar 2024 | 09:40
Dörd rayonda qaz olmayacaq
28 Mar 2024 | 09:40
Messi karyerasını nə vaxt bitirəcək? - Özü açıqladı
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 09:33
"Yaz günəşi yer səthinə daha yaxın olduğu üçün zərərləri daha çoxdur"
28 Mar 2024 | 09:52
Bu meyvələr iştahı azaldır
28 Mar 2024 | 09:40
Dörd rayonda qaz olmayacaq
28 Mar 2024 | 09:40
Messi karyerasını nə vaxt bitirəcək? - Özü açıqladı