Xəbər lenti
22/07/2018 [22:49]:
İranda baş verən zəlzələ zamanı xəsarət alanların sayı 287 nəfərə çatdı
22/07/2018 [22:25]:
Şəkidə 32 yaşlı qadın dərmandan zəhərləndi
22/07/2018 [22:20]:
Rusiya Ermənistana kredit sazişi üzrə 200 milyon dollarlıq silah verdi
22/07/2018 [22:14]:
Goranboyda minik və yük avtomobilləri toqquşub, yaralılar var
22/07/2018 [19:37]:
Hansı ölkə vətəndaşlığı neçəyə satır? – Siyahı
22/07/2018 [19:31]:
Ölünü dirildə bilməyən “peyğəmbər” həbs edildi
22/07/2018 [19:30]:
Dünyanın ən intizamlı əsgəri 27 il komandirinin əmrini gözləyib
22/07/2018 [19:21]:
Mustafa Ceceliyə daha bir zərbə
22/07/2018 [18:40]:
Britaniya Brexitlə əlaqədar Aİ-yə pul ödəməkdən imtina edə bilər
22/07/2018 [18:33]:
Ərdoğan Afrika turuna çıxır - İlkə imza atacaq
22/07/2018 [18:09]:
Kılıçdaroğlu CHP-dən gedəcəkmi? - Sirlər açılır
22/07/2018 [18:08]:
Cəlilabadda yol qəzasında iki qardaş öldü...
22/07/2018 [18:06]:
Kosmosda dövlət quran azərbaycanlı milyarder planlarını açıqladı
22/07/2018 [18:05]:
“Elektrik cərəyanını göstərib ki, əlini oradan tut və özünü öldür” -Dəhşətli qətlin təfərrüatı
22/07/2018 [17:56]:
Həbsxanadan çıxanlara EV VERİLƏCƏYİ bəlli oldu
22/07/2018 [17:52]:
ABŞ-ın Rusiyadakı səfirinin də istefası tələb edilir: O, hətta öz qızının belə, tənqidləriylə üzləşib
22/07/2018 [17:23]:
Salyanda təcili yardım maşını qəzaya düşdü - Xəsarət alan var
22/07/2018 [17:21]:
İranda gün ərzində üçüncü dəfə zəlzələ oldu - 20 nəfər xəsarət alıb
22/07/2018 [17:11]:
Bakıda mənzildə meyit tapıldı
22/07/2018 [17:05]:
Kürdəmirdə 5 yaşlı uşağın ölümündə ögey ata günahlandırılır
22/07/2018 [17:02]:
Paytaxt bazarlarında xiyar bahalaşdı
22/07/2018 [16:58]:
Ölkədə tikilən mənzillərin kvadratmetrinin dəyəri bəlli oldu
22/07/2018 [16:52]:
Milli Mətbuat və jurnalistika gününə VİKİTÖHFƏ...
22/07/2018 [16:12]:
Əflatun Amaşov: "Mətbuatın rolu əvəzsizdir"
22/07/2018 [16:10]:
Britaniya Brexit ilə əlaqədar Aİ-yə pul ödəməkdən imtina edə bilər
22/07/2018 [16:08]:
“Dövlətimiz mətbuatın inkişafına hərtərəfli şərait yaradıb” - Əbülfəs Qarayev
22/07/2018 [16:05]:
CAR-da mikroavtobus atəşə tutuldu - 11 ölü
22/07/2018 [16:02]:
Dünyanın ən çox pul qazanan musiqiçiləri açıqlandı
22/07/2018 [16:01]:
Atatürkü məzarı başında təhqir edən qadın məhkəmə qarşısına çıxarıldı...
22/07/2018 [15:55]:
Milli azadlıq hərəkatının başlanmasından sonra ilk yaranan mətbu orqanlar...
22/07/2018 [15:46]:
XXI əsrin böyük bəlasından necə xilas olmaq lazımdır? - Mütəxəssis tövsiyyəsi...
22/07/2018 [15:40]:
Balıqçılar 24 saata müxtəlif növ 20 köpək balığı tutdular - AĞILASIĞMAZ FOTOSESSİYA...
22/07/2018 [15:32]:
Rusiyanın Ermənistandakı bazasının komandiri Panikdəki panikadan danışdı... - VİDEO
22/07/2018 [15:03]:
Ruhani Trampa xəbərdarlıq edib: Şirin quyruğu ilə oynama
22/07/2018 [14:48]:
Ermənilərin Azərbaycanda becərdiyi nar bağları od tutub yandı - FOTO
22/07/2018 [14:41]:
Azərbaycanda toyda kütləvi zəhərlənmə - 5-i UŞAQDIR
22/07/2018 [14:39]:
Gürcüstan patriarxının halı pisləşib
22/07/2018 [14:38]:
Qarabağ qazisi vəfat etdi – VƏZİFƏLİ ŞƏXSİN QARDAŞIDIR
22/07/2018 [14:23]:
"Xoşbəxtəm ki, demokratik və azad mətbuatın bərpası və inkişafında mənim də xidmətim var"
22/07/2018 [14:06]:
Sabah hava küləkli olacaq, yağış yağacaq
22/07/2018 [13:55]:
Sərdar Ortacın özündən kiçik “super qayınana”sı - FOTOLAR
22/07/2018 [13:42]:
Adnan Oktarın sərvəti heyrətləndirdi
22/07/2018 [13:39]:
Rusiyalı boksçu ukraynalıya dörd çempion kəməri uğrunda döyüşdə uduzub
22/07/2018 [13:33]:
Şamaxıda kütləvi dava - 4 nəfər ağır yaralandı
22/07/2018 [13:26]:
İsrail “Ağ dəbilqəlilər”i Suriyadan çıxardı
22/07/2018 [13:19]:
Bakıda “bomj” 2 kiloqram heroinlə tutuldu
22/07/2018 [12:42]:
ADAU 1-ci Beynəlxalq Yay Məktəbinin iştirakçıları Gilan Holdinqin müəssisələrində oldular
22/07/2018 [12:18]:
Antalyada Azərbaycan şəhidləri abidəsi açılır -FOTOLAR
22/07/2018 [12:10]:
Həkimlər insan sağlamlığı üçün ən faydalı yarmanın adını AÇIQLADILAR...
22/07/2018 [11:59]:
Milli Mətbuat Günündə xatırlayacağımız mərhum həmkarlarımız - FOTOLAR
22/07/2018 [11:42]:
“Başladığım elmi işi tamamlayıb təhvil verəcəm” - Nazpəri
22/07/2018 [11:37]:
Azərbaycanlı hakim Ermənistan komandasının oyununa təyinat aldı
22/07/2018 [11:19]:
Vyetnam da təbiətin qəzəbinə tuş gəldi
22/07/2018 [11:11]:
ABŞ və Avropa arasında iqtisadi müharibə elan edildi
22/07/2018 [10:31]:
"iphone"la çəkilən FOTOLAR mükafat qazandı
22/07/2018 [10:20]:
Fədayə Laçının işi Ağır Cinayətlər Məhkəməsində
22/07/2018 [10:10]:
FHN iki nəfəri xilas etdi
22/07/2018 [10:08]:
Şanxayda 200 minə yaxın insan qasırğaya görə təxliyyə olundu
22/07/2018 [10:07]:
Çimərliklərə üz tutanlar - Ehtiyatlı olun
22/07/2018 [10:06]:
Texasda təyyarə qəzaya uğradı: Bütün sərnişinlər sağ qaldı
22/07/2018 [10:02]:
Düşmən yenə dinc durmadı - Atəşkəsi 93 dəfə pozdu
22/07/2018 [09:51]:
“Qarabağ”a yeni hücumçu transfer edildi
22/07/2018 [09:17]:
Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi
22/07/2018 [09:04]:
İngiltərədə saxlanılan fərari FETÖ-çü kəfalətlə sərbəst buraxıldı
22/07/2018 [08:58]:
Virtual təcavüzdən necə qorunmaq olar?
22/07/2018 [00:26]:
Azərbaycan milli mətbuatının 143 yaşı tamam olur
21/07/2018 [23:35]:
99 milyon illik ilan qalığı tapıldı - VİDEO
21/07/2018 [23:29]:
"Son 3 əsrdir Türk düşmənləri Türklüyün zəifləməsi yolunda xeyli iş görüblər, ancaq..."
21/07/2018 [23:12]:
100 kq-lıq qızıl pulu oğurlayan ailənin 77 evi müsadirə edildi
21/07/2018 [23:12]:
Ömrü uzadan qidalar: Xərçəngin və kəskin respirator xəstəliklərinin ölüm riskini aşağı salır...
21/07/2018 [23:08]:
Kim Kardaşyan: “Mən çox utancağam” - FOTOLAR
21/07/2018 [23:02]:
Acqarına nə yemək məsləhətdir? - ALİMLƏRDƏN İLGİNC ARAŞDIRMA...
21/07/2018 [22:56]:
Xaçmazda yanğın oldu
21/07/2018 [22:39]:
“Ağdamlı Faiq” sosial şəbəkələrdə avtoxuliqanlığı təbliğ edir -VİDEO
21/07/2018 [22:37]:
Evlərdən oğurluq edən yeniyetmələr tutuldu
21/07/2018 [22:03]:
“Qarabağ”ın rəqibi hücumçu transfer etdi
21/07/2018 [21:53]:
Türkiyə ordusundan PKK-ya daha bir zərbə
21/07/2018 [21:37]:
Ötən il Azərbaycanda evlənmək məqsədilə 19 qız qaçırıldı
21/07/2018 [21:07]:
İranda daha bir şəhər ayağa qalxdı - Video
21/07/2018 [20:57]:
Helikopterlə kişini dağ keçisinin əlindən aldılar - İnanılmaz xilasetmə əməliyyatı...
Bütün arxiv bir sırada
13/09/2017 [14:42] - Dünya - ( 809 dəfə baxılıb)

“Dəlləkləri savaşan hökmdarlar”ın hidrogen bombaları”¦



Beynəlxalq arenada gərginlik artan xətt üzrə inkişaf edir. Bu gərginlik elə bir intensivlik qazanıb ki, hətta tezliklə III dünya müharibəsinin qaçılmaz ola biləcəyi ilə bağlı ehtimalları da gücləndirib.

Təbii ki, bu ehtimallar istər-istəməz narahatlıq doğurur. Çünki arxasında kifayət qədər real faktorlar dayanır. Və üstəlik, bu faktorların da sırası durmadan genişlənir.

Əslində, ABŞ prezidenti Donald Trampın Ağ Evə sahibləndiyi ilk günlərdən dünyanın belə bir vəziyyətlə üzləşə biləcəyinə hazır olmağın vacibliyi açıq-aşkar sezilirdi.

Hər halda, bu adam dünyada yeni qaydaların tətbiqinə çalışacağını qətiyyən gizlətmirdi. Hətta əsas hədəfinin sırasında bunun daha öndə olduğunu da qabardırdı. Belə anlaşılırdı ki, D.Trampı hakimiyyətə gətirənlər onun üzərinə xüsusi missiya “yükləyiblər”. 

Картинки по запросу abş şimali koreya
Son dövrlərdə Ağ Ev sahibi artıq gələcək hədəflərini qabardaraq dünyada qorxu mühiti yaratmaqla kifayətlənmir. O, indi dünyada qarşıdurmanın gücləndirilməsi istiqamətində konkret addımlar atmaqla da diqqəti çəkir.

Bu baxımdan, D.Trampın ABŞ-ın hərbi gücüylə Şimali Koreyadakı rejimi üz-üzə gətirməyə çalışması olduqca önəmli və təhlükəli faktordur. Düzdür, ondan əvvəlki Ağ Ev sahibləri də Şimali Koreyanın nüvə proqramını ABŞ-ın önəmli hərbi-siyasi problemlərindən biri kimi gündəmdə saxlayıblar. Ancaq onlardan heç birisi D.Tramp kimi Şimali Koreyanın üzərinə bu qədər aqressiv şəkildə getməyib və bu dövləti birbaşa əsas hərbi hədəfə çevirməyib.

Şimali Koreya lideri Kim Çen İn də höcətdir, geri çəkilmir. Əksinə, Ağ Ev sahibi basqını gücləndirdikcə, o da Şimali Koreyanın hərbi potensialını gücləndirir. O, əvvəllər təzyiqlərə cavab olaraq, uzaqmənzilli döyüş başlıqlı raketləri sınaqdan çıxarırdısa, sonradan ballistik raketləri ön plana keçirdi. Ağ Evin son hədələrinın ardıncasa, artıq hidrogen bombası sınaqdan çıxarıldı. 

İlgili resim

Bu, kifayət kifayət qədər ciddi əks manevrdir. Çünki hidrogen bombası beynəlxalq hərbi-siyasi intriqaların aləti kimi uğurlu silah seçimi deyil. Və bu silahın ballistik raketlərlə müqayisə edilməsinə cəhd qeyri-ciddi məşğuliyyət kimi də görünə bilər.

Hər halda, bu silahın daha dəhşətli nəticələr doğurmaq qabiliyyətini Ağ Evdə kifayət qədər yaxşı bilirlər. Çünki atom bombasından daha dağıdıcı bir silah olan hidrogen bombasını ABŞ hələ uzaq 1952-ci ildə yaradıb. İlk bomba 1954-cü ildə Sakit Okeandakı Marşal adalarında sınaqdan keçirilib. Bu bomba Xirosima və Naqasakiyə atılan atom bombalarından 1000 qat daha çox dağıdıcı gücdə olub.

SSRİ də ABŞ-dan geri qalmayıb və 1961-ci ildə "Çar Bomba" adlı ilk hidrogen bombasını sınaqdan keçirib. SSRİ-nin hidrogen bombası Xirosimaya atılan bombadan 3800 dəfə güclü təsirə malik olub. Hətta 1961-ci ildəki sınaq zamanı yaranan “köbələk” 900 km uzaqlıqdan belə, müşahidə edilib. 

Похожее изображениее

Əgər, hidrogen bombasının cəmisi birindən istifadə olunarsa, bir anın içərisində milyonlarla insan yanıb, külə dönə, şəhərlər dağılaraq, xarabalığa çevrilə, yer üzündən silinə bilər. Yəni belə silahlarla “zarafatlaşmaq” bəşəriyyətə qorxunc fəlakətlər vəd edir. Amma dünyanın iki dövlət başçısı - D.Tramp və Kim Çen İn bu qorxunc “zarafat”ı israrla davam etdirirlər. Üstəlik, onlar öz qorxunc “zarafatlar”ına digərlərini də ortaq etməyə can atırlar.

Məsələ ondadır ki, Ağ Ev sahibi Şimali Koreyanı nüvə potensialını artırmaqda davam edəcəyi təqdirdə, hərbi müdaxilə ilə hədələyir. Və bu hərbi müdaxilə üçün planın masasının üzərində olduğunu vurğulayır.

Təbii ki, bu hərbi müdaxilənin sadəcə, tankla-topla, əli silahlı əsgərlərlə reallaşdırılma ehtimalı sıfıra bərabərdir. Çünki buna göstərilən ilk cəhddən sonra Şimali Koreya liderinin atom və ya hidrogen silahının düyməsinə basacağı qətiyyən şübhə doğurur. Deməli, Ağ Ev sahibi də buna adekvat reaksiya verməli olacaq.

Halbuki Ağ Ev ABŞ şəhərlərinin dağılması və milyonlarla insanın məhv olması ehtimalının gözə ala bilməz. Yəni Şimali Koreyaya hərbi müdaxilə ediləcəksə, bunun yalnız düşməni ilk zərbədən iflic vəziyyətə sala biləcək kütləvi qırğın silahlarıyla reallaşdırılma ehtimalı daha inandırıcıdır.

Ancaq bu addımı atmaq üçün də dəli cəsarəti lazımdır. Çünki Şimali Koreyanı ilk baxışdan göründüyü kimi sahibsiz və ya dəstəksiz dövlət hesab etmək sadəlövhlük olardı. Hər halda, bu dövlətin dünya nəhənglərindən olan Çinin müttəfiqləri sırasında olduğu qətiyyən şübhə doğurmur. 
İlgili resim
Rəsmi Pekin Şimali Koreyaya ABŞ-la Çin arasında hərbi-siyasi bufer dövlət kimi yanaşır və bu faktora ciddi önəm verir. Hətta Şimali Koreyaya endiriləcək zərbənin məhz Çinin gələcək böyümə perspektivlərini hədəfə almış olacağını da Pekində çox gözəl anlayırlar.

Əlbəttə ki, rəsmi Pekin Şimali Koreya böhranı mövcud olduğu müddətdə ABŞ-ın birbaşa Çinin üzərinə gələ bilməyəcəyini hesablamamış deyil. Və onu da anlayır ki, bu böhran nizamlandıqdan sonra Ağ Evin birbaşa hədəfi ABŞ-ın əsas beynəlxalq rəqibi Çin olacaq.

Deməli, əgər, ABŞ Şimali Koreyaya hərbi müdaxilə edərsə, Çinin neytral qalma ehtimalı yoxdur. Və Çin bu savaşda Şimali Koreyanın yanında yer almalı olacaq. Üstəlik, sıraya Şimali Koreya böhranına eyni məntiqlə və hərbi-siyasi hesablama ilə yanaşan Rusiyanı da əlavə etmək olar. 
Yəni Kremlin də Rusiyanın Uzaq Şərq sərhədlərində yaşana biləcək dağıdıcı bir savaşa biganə və ya seyrçi qalması mümkün deyil. Və Rusiyanın Şimali Koreyanın tərəfində olmaqla, savaşa girmək məcburiyyətində qalacağı tamamilə inandırıcıdır.

Bu savaşda ABŞ-ın müttəfiqlərinin isə ilk mərhələdə Cənubi Koreya və Yaponiyanın ola biləcəyi qətiyyən şübhə doğurmur. Savaşın sonrakı mərhələsindəsə, ABŞ-ın hərbi əməliyyatlara qatılacaq müttəfiqləri sırasında NATO dövlətlərinin yer almalı olacaqları tamamilə real ehtimaldır.
Bu savaş ssenari isə III dünya müharibəsinin “Yol xəritəsi” məzmununu daşıyır.
Картинки по запросу tramp kim çen in

Əlbəttə ki, dünyanın belə bir savaşın içinə sürüklənməsi ilk baxışdan ağılsızlıq kimi görünür. Əslində, dünya tarixində yer alan hər hansı bir savaşın ağılla bağlılığını sübut edəcək əsaslar yoxdur. Bütün savaşlar zatən acgözlüyə, qəddarlığa, özünəvurğunluğa yol açan ağılsızlığın nəticəsi olaraq, törəyib.

Bu dəfə ağılın, yoxsa, ağılsızlığın qalib gələcəyi hələlik məlum deyil. Çünki indiki halda qarşıduran tərəflər bir-birinə güc nümayişini davam etdirirlər. Və ənənəvi “güc varsa, ağıla ehtiyac yoxdur” prinsipi ön plana keçərsə, bu güc nümayişi bir gün, nə vaxt bitəcəyi, nə ilə nəticələnəcəyi qeyri-müəyyən olan III dünya savaşının başlanmasına səbəb olar.

Düzdür, hadisələrin belə inkişaf perspektivlərini qeyri-real hesab etmək haqqımız da var. Ancaq unutmamalıyıq ki, buna qədər I və II dünya savaşları da yaşanıb. Və hər ikisinin başlanma səbəbləri sırasında ağılsızlıq faktoru ağır basır. Bu baxımdan, I və II dünya savaşları məlum səbəblərdən baş veribsə, deməli, nə vaxtsa III dünya müharibəsi də baş verə bilər.

Hələliksə, daha çox iki qorxulu “zarafat ustası”nın ”“ D.Tramp və Kim Çen İnin dəlləkləri arasında bir rəqabətin və ya səhnəarxası savaşın getdiyini də düşünmək olar. Çünki bu iki dəllək öz dövlətlərinin liderlərinin saç düzümünü digərindən daha ekstrovoqant etmək üçün yarışa girişmiş kimi görünürlər.

Əlbəttə, ABŞ-Şimali Koreya qarşıdurması yalnız bu “iki dəlləyin savaşı” məzmununda qalmış olsaydı, bütün dünya bundan məmnun olardı. Ancaq narahatlıq doğuran odur ki, hər iki dəlləyin liderlərinin əlində atom və hidrogen bombaları kimi qorxunc sulahlar var.(musavat.com)

Sərdar Ortacın özündən kiçik “super qayınana”sı - FOTOLAR
99 milyon illik ilan qalığı tapıldı - VİDEO
Kim Kardaşyan: “Mən çox utancağam” - FOTOLAR
Vaxtı keçmiş göz qələmi istifadə etdi, 3 il ərzində tamamilə kor olacaq...
Kadir İnanır filmdən gedir
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
Adnan Oktarın sərvəti heyrətləndirdi
Maraqlı
"iphone"la çəkilən FOTOLAR mükafat qazandı
Araşdırma
Ömrü uzadan qidalar: Xərçəngin və kəskin respirator xəstəliklərinin ölüm riskini aşağı salır...
Cəmiyyət
"Onların savadsızlığı, acizliyi hər zaman məni güldürüb və məndə hünər, şövq yaradıb..."
Cəmiyyət
“Atamızı itirəndə onun beş yaşı var idi...”- Şəhid zabitimizin qardaşı...
Həftənin ən çox oxunanları
Tolik güllələnən icra başçısı haqqında heç kimin bilmədiyi FAKTI AÇIQLADI - FOTO
Kəlbəcərdə hazırlanan yeni terrorçu dəstələrin görüntüləri yayıldı - VİDEO
Sərhəddə Ermənistana yük daşıyan azərbaycanlılarla ermənilərin dialoqu - ŞOK VİDEO
"Əyalətdə özünü quldurbaşı kimi aparıb xalqın nifrətini qazananlar iqtidardan qovulmalıdır"
Melanyanın ayaqları mətbuat konfransında şorgöz Lavrovun "gözünə girdi"... -FOTO
Alimlərdən yeni kəşf - Çay insanlarda bu xəstəliyin qarşısını alır...
Emin Ağalarovun xanımının gəlinliyinin qiyməti məlum oldu - İnanmayacaqsız...
Telekanallarımız və şou-biznesimiz MASONLARIN MƏKRLİ PLANLARINI İCRA EDİR...
Putin Gürcüstan və Ukraynanı NATO üzvü olmaqdan çəkindirdi...- Cavabını da aldı...
Cazibədar aparıcı buna görə ATV-dən qovulub - "Ətli-canlı olduğum üçün diqqət cəlb edirəm"
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə