Xəbər lenti
22/11/2017 [20:20]:
"Qarabağ" və "Çelsi"-nin start heyətləri açıqlandı
22/11/2017 [19:59]:
Şimali Koreya əsgərinin sərhədi keçib qaçmasının videosu yayıldı
22/11/2017 [19:56]:
Bakıda dərs zamanı məktəb binasının damı uçdu - FOTO
22/11/2017 [19:43]:
“Gənclərin sahibkarlıq modeli” layihəsinə start verildi
22/11/2017 [19:42]:
Gələn il daha iki rayonda icbari sığorta tətbiq ediləcək
22/11/2017 [19:40]:
Nazir islahatlar nəticəsində qənaət edilən vəsaitin məbləğini açıqladı
22/11/2017 [19:38]:
İranlı general: "İŞİD tərəfindən aldadılmış 6 mindən çox insan kamikadze kimi özünü partladıb"
22/11/2017 [19:37]:
Elman Rüstəmov: “İlin sonunadək pul kütləsi artacaq”
22/11/2017 [19:36]:
Nazir: “Hər il Qarabağ əlilləri və şəhid ailələrinə 500-600 mənzilin verilməsi nəzərdə tutulur”
22/11/2017 [19:34]:
Qızılgül və qərənfilə yeni gömrük idxal rüsumu tətbiq olunacaq
22/11/2017 [19:32]:
Elman Rüstəmov: “İnflyasiya bizim başlıca problemimizdir”
22/11/2017 [19:29]:
Samir Şərifov: “Gələn il əmək pensiyaları artacaq”
22/11/2017 [19:25]:
Tbilisidə xüsusi əməliyyatı başa çatdı: terrorçular zərərsizləşdirildi- Yenilənib (VİDEO)
22/11/2017 [19:21]:
Azərbaycanın qərb rayonlarına qar yağdı - FOTO
22/11/2017 [19:11]:
Ukrayna ordusu Luqanskda hücuma keçdi?
22/11/2017 [19:08]:
"Onların həyatı üçün hər an təhlükə yarana bilər..." - Azay Quliyev
22/11/2017 [18:56]:
Hikmət Hacıyev: "Nalbandyan yenə də müxtəlif bəhanələr və yalanlara əl atmaq yolunu tutub"
22/11/2017 [18:53]:
Əflatun Amaşov: “Madam ki, institut var, hökumət buradadır, soruşuram, niyə ona ştat ayrılmır?”
22/11/2017 [18:47]:
Azərbaycanda yaşayan ermənilərin sayı açıqlandı
22/11/2017 [18:45]:
Ərdoğanın müşaviri ilə görüşən "İmam Mehdi": "İkisinə də bildirdim ki, Ərdoğan ancaq mənim sayəmdə dünya lideri ola bilər" -FOTO
22/11/2017 [18:34]:
Samir Şərifov: "Gəlir olmayan yerdə xərclərin artırılması qısa müddət çəkəcək"
22/11/2017 [18:24]:
"İlham Əliyevin Gəncə səfəri ADAU ailəsinə güclüstimul verib"
22/11/2017 [17:51]:
Adnan Oktarın bu fotosu rekord qırdı - FOTO
22/11/2017 [17:49]:
Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli sammiti başladı
22/11/2017 [17:48]:
Şenol Günəş “Qarabağ”-“Çelsi” oyununa gəlir
22/11/2017 [17:46]:
Ayı ovçuları həbs edildi – FOTO
22/11/2017 [17:44]:
Millət vəkili: "Səfirlərimiz sürücülük edirlər"
22/11/2017 [17:42]:
Bu tarixi binaya dövlət qurumları sahib çıxmır – VİDEO
22/11/2017 [17:39]:
Bir gündə Xəzərdə üçüncü dəfə zəlzələ oldu – YENİLƏNİB
22/11/2017 [17:36]:
Bakıda güclü külək ağacı aşırdı - VİDEO
22/11/2017 [17:35]:
"Çox təəsüf ki, bizim şagirdlərimiz məktəblərdə oxuyurlar, öyrənmirlər"
22/11/2017 [17:19]:
Elnarə Abdullayeva: "Kənd sakini məndən şikayət ərizəsi yazıb" – VİDEO
22/11/2017 [17:03]:
“AST Telman” siyasi sığınacaq əvəzində kompromat təklif etdi Putin üçün ŞOK
22/11/2017 [17:00]:
Afaq Aslanın hamamda çəkdiyi FOTOSU
22/11/2017 [16:57]:
“Qazprom” Azərbaycana qaz nəqlini bərpa edir
22/11/2017 [16:47]:
“Lazım gələrsə, büdcədə neftin qiymətinə yenidən baxa bilərik, təki neftin qiyməti düşməsin” - SPİKER
22/11/2017 [16:40]:
Lənkəranda yanacaqdoldurma məntəqəsində xəsarət alanlar ağır vəziyyətdə Bakıya gətirildi
22/11/2017 [16:35]:
Əflatun Amaşov gələn il onlayn mediaya büdcədən 1 milyon manat vəsait ayrılmasını istədi
22/11/2017 [16:13]:
Anar Nağılbazın keçmiş həyat yoldaşından reperlə bağlı dəhşətli etiraflar - Ürək dağlayan "Votsap" mesajı - FOTOFAKT
22/11/2017 [16:12]:
Bu kəndə köçənlərə 70 min dollar veriləcək
22/11/2017 [15:57]:
Azərbaycanın bu ərazilərində zəhərli rodon qazı təhlükəsi böyükdür- Xəbərdarlıq
22/11/2017 [15:53]:
Türkiyənin başının bəlası olan azərbaycanlı kimdir? Rza Zərrab haqqında MARAQLI FAKTLAR
22/11/2017 [15:49]:
Qubada adı "Qırmızı kitab"a düşən ayını ovlayan şəxslər yaxalandı
22/11/2017 [15:42]:
Dünyada insanları heyrətləndirən 3 heykəl- FOTOLAR
22/11/2017 [15:37]:
Süleymana qalan dünya - Fransada həbs edilən ləzgi milyarder kimdir?
22/11/2017 [15:22]:
“Bizdə Mədəniyyət Nazirliyi yoxdu” Fuad Poladovla MÜSAHİBƏ
22/11/2017 [15:21]:
“Fikrət Sadığın xatirəsini yaşatmaq üçün adına mükafat təsis etdik” – Orxan Fikrətoğlu
22/11/2017 [15:18]:
ADU-da “Folklor və ədəbi abidələr Heydər Əliyevin azərbaycançılıq konsepsiyası kontekstində” mövzusunda dəyirmi masa keçirildi
22/11/2017 [15:16]:
Soyqırım törətməkdə təqsirləndirilən general ömürlük həbsə məhkum edildi
22/11/2017 [15:10]:
İşlə təmin edilməmiş köçkünlərə orta əmək haqlarının verilməsinin dayandırılmasına aydınlıq gətirilib
22/11/2017 [15:05]:
Ramiz Mehdiyevin müavinləri vəzifələrini itirdilər
22/11/2017 [15:02]:
"Neftçi"nin sabiq məşqçisi lotereyadan maşın uddu - FOTO
22/11/2017 [14:58]:
"Qarabağ problemini yalnız Rusiya həll edə bilər" Ərdoğandan növbəti acı etiraf
22/11/2017 [14:55]:
Azərbaycan ədliyyəsində islahatların müasir mərhələsi...
22/11/2017 [14:51]:
Ağdamda partlayış: Yaralılar var
22/11/2017 [14:50]:
Hərbçiyə etibar edib evinə getdi, təcavüzə məruz qaldı… – SUMQAYITDA – TƏFƏRRÜAT
22/11/2017 [14:47]:
“Vicdan haqqı”nın Nərmini: "Onunla evlənməyimizi istəyənlər var"
22/11/2017 [14:42]:
İbrahim Şehiçə ağır cəza...
22/11/2017 [14:38]:
AMEA-nın tədqiqatçıları və elmi işçiləri İnnovasiya Müsabiqəsi barədə məlumatlandırılıb
22/11/2017 [14:36]:
"Xəzər"in aparıcısı canlı efirdə qıza evlilik təklif etdi - Qeyri-adi olay - VİDEO
22/11/2017 [14:36]:
Niderlandda Qarabağa səfərlər təşkil edən Booking.com saytına qarşı kampaniya başlayır - FOTO
22/11/2017 [14:33]:
Qərbi Kaspi Universiteti tələbələrini işlə təmin edir
22/11/2017 [14:26]:
“Heç bir yaradıcı işimi Cavanşir Quliyevsiz təsəvvür etmirəm”- Yubiley təbriki
22/11/2017 [14:26]:
"İnsanların icbari tibbi sığortaya ehtiyacı var"
22/11/2017 [14:25]:
Növbəti qlobal maliyyə böhranı qaçılmazdır - BƏD XƏBƏR
22/11/2017 [14:21]:
"Yəqin ki, iddialı insanlar və partiyalar prezident seçkilərində iştirak edəcəklər" Məzahir Pənahov
22/11/2017 [14:09]:
“Bu səfər Pakistanla Azərbaycan arasındakı hərbi əməkdaşlığın inkişaf göstəricisdir”
22/11/2017 [14:06]:
Rasim Balayev müalicə üçün Türkiyəyə getməyəcək
22/11/2017 [14:05]:
Professor Azad Bayramov: "Tələbə hərtərəfli biliyə malik olmalıdır"
22/11/2017 [13:26]:
"Mən ipotekadan yararlana bilməyən müəllimlər barədə danışmaq istəyirəm" - Millət vəkili
22/11/2017 [13:05]:
ADAU-da “Yalama Aqropark” MMC ilə Anlaşma Memorandumu imzalandı
22/11/2017 [12:53]:
Dəmir yolunun Karrar-Kürdəmir mənzilində 10 km dəmir yolu əsaslı təmir olunur
22/11/2017 [12:50]:
“Medianı bu məsələdə ittiham etməyi doğru hesab etmirəm”
22/11/2017 [12:46]:
Güclü külək əsəcək, yağış yağacaq - PROQNOZ
22/11/2017 [12:44]:
Türkiyə vətəndaşını öldürürək satanist ritualı ilə yandıran azərbaycanlı tutuldu
22/11/2017 [12:43]:
"Lotu Quli"nin qohumu məhkəmədə ifadə verdi
22/11/2017 [12:42]:
Azərbaycanın Batumidəki Baş konsulu şəhərinin yeni seçilmiş meri ilə görüşdü
22/11/2017 [12:41]:
"Gürcüstan etibarlı müttəfiqi Azərbaycanla dostluğu və səmərəli əməkdaşlığı yüksək qiymətləndirir" - Gürcüstan prezidenti
22/11/2017 [12:34]:
Dilqəmin xilas etdiyi qadın: "Onu Kəlbəcərə biz göndərdik" – VİDEO
22/11/2017 [12:28]:
"Milli Kulinariya Mərkəzinə ayrılan vəsait çox azdır"
Bütün arxiv bir sırada
13/09/2017 [16:59] - Dünya - ( 8407 dəfə baxılıb)

“Amerikadakı qasırğaları Putin törədir”- “Global Research”

Hansısa güclər bilərəkdən nəinki keçmiş sovet, sosialist məkanında Avropa və Amerikada da Rusiya xofunu gücləndirirlər...


“Moskvada baş vermiş güclü tufanlar da Rusiyanın yeni iqlim silahının sınağı nəticəsində baş verib...”

Son günlər Amerika qitəsində tüğyan edən “Harvi” və “İrma” qasırğaları yüzə yaxın insanın ölümünə, milyonlarla insanın evsiz-eşiksiz, işıqsız qalmasına səbəb olub.  Ümumilikdə ABŞ dövlətinə 300 mlrd. dollara yaxın ziyan dəydiyi bildirilir. Tarixboyu təbii fəlakətlərlə üzləşmiş Birləşmiş Ştatlar ərazisindəki bu dəfəki qasırğa təlatümü nəinki din xadimləri, ilahiyyatcı və konspiroloqları, dünyəvi elm adamlarını da ciddi düşündürməyə başlayıb. Birdən-birə eyni ölkədə ardıcıl fəlakətlər törənməsini Allahın Şərq, müsəlman, türk dünyasına vurduğu zərbələrə görə ABŞ-a cəzası, Qiyamət gününün yaxınlaşmasının əlaməti kimi izah edənlərlə yanaşı, bunun planet  atmosferindəki təbii proseslərin adi təzahürü olduğunu söyləyənlər də var. Bir sıra konspiroloq və alimlər isə son qasırğaların iqlim silahı vasitəsi ilə törədildiyini iddia edirlər.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, əgər metereoloji silahlardan istifadə olunsa, oxşar qasırğa Azərbaycanda da, dünyanın digər dövlətlərində də ola bilər: “Ölkəmizdə iyun, iyul aylarındakı yağışlar, küləkli hava, soyuq elə bu qasırğa kimi bir şeydir. Amerika Rusiyanı iqtisadi cəhətdən çökdürmək üçün həm özünə, həm də qonşularına zərbə endirdi ki, iqtisadi baxımdan çətinlik yaşasın. Bu, eyni oyundur. Rusiya da Amerikanı metereolji silahla vurdu. Bu qasırğa da onun nəticəsidir. Bu, təbii hadisə ola bilməz. Təbii hadisələr 10-15 ildən bir təkrarlanır. Bir ildə eyni məkanda 10 dəfə təbii fəlakət yaşanırsa, deməli, bu, sünidir. Deməli, kimsə təbiətə müdaxilə edir, prosesləri tezləşdirirlər. Bunun üçün metereoloji silahlar var. Əgər insanlar 60-70 metr çevrədəki havaya təsir göstərə bilirsə, deməli, minlərlə kilometr uzaqdakı havaya da təsir göstərə bilərlər”. 

Ekoloqun fikrincə, bu qasırğaların arxasında siyasi toqquşmalar dayanır: “Dünyada iki əsas güc mərkəzi var- Amerika və Rusiya. Bu iki ölkədən birinin siyasəti dünyada qalib gələcək. Amerikanın siyasəti saxta demokratiyadır. Rusiyanın siyasəti isə imperialist siyasətdir. Bu qasırğaların arxasında siyasi toqquşmalar dayanır, metereoloji silahlardan istifadə olunur. 


Amerikada olan son qasırğaları, xüsusən də sonuncu “İrma” qasırğasını Rusiya törədib. Bütün bu metereoloji silahlar kənd təsərrüfatına ciddi ziyan vurur, ölkələrin iqtisadiyyatını çökdürür. Amerika da bu il Rusiya iqtisadiyyatına ziyan vurmaq üçün Azərbaycana qarşı metereoloji silahdan istifadə edərək hava şəraitinə mənfi təsir etdi. Nəticədə bir çox rayonlarda məhsuldarlıq aşağı düşdü. Rusiya da bütün bunlara cavab olaraq Amerikada qasırğanın olmasına səbəb oldu”. 

T.Zeynalovun fikrincə, bu silahlara sahib olduqdan sonra müharibə etməyə ehtiyac yoxdur: “Bu silahlardan istifadənin ləğv olunması məsələsi ilk dəfə 1971-ci ildə SSRİ tərəfindən dünyada qaldırıldı və digər dövlətlər də bu razılaşmaya qol çəkdilər. Çünki bu silahlar çox güclü silahlardır. Heç bir müharibə eləməyə ehtiyac yoxdur. Bu silahdan istifadə etməklə dövləti su içində batırmaq, məhv etmək olar. Lakin SSRİ dağıldıqdan sonra Amerika bu razılaşmanı pozdu. Bu gün dünyada metereoloji silahlardan istifadə olunması bir reallıqdır. Heç kim bu reallığı inkar etməyə çalışmasın. Ən güclü metereoloji silahlar da Rusiyadadır”. 

 Respublika Seysmoloji Mərkəzinin direktoru Qurban Yetirmişli isə ABŞ və Rusiyanın meteroloji silahlara malik olması haqda iddialara o qədər də ciddi yanaşmır.


Lakin Moderator.az-ın araşdırmalarına görə,  nəinki Rusiya, Avropa, ABŞ mediasında da hər iki super dövlətin iqlim silahına malik olması və son “İrma” və “Harvi” qasırğalarının məhz Rusiya prezidenti V.Putin tərəfindən törədildiyi iddia edilən materiallara rast gəlinir. Sanki hansısa güclər bilərəkdən nəinki keçmiş SSRİ və socialist məkanında, Avropa və Amerikada da Rusiya xofu yaratmağa çalışır, prezident V.Putini, az qala, ilahiləşdirirlər... 

Məhz belə bir təbliğatın nəticəsində amerikalılar inanırlar ki, Vladimir Putin istənilən anda onların ölkəsini və qitəsini məhv  edə bilər.  Artıq  minlərlə mütəxəssis Putinin hər bir davranışını, jestini, baxışını, kəlməsini və s. tədqiq edir, hətta onun  təbəssümünün öz müəmmalılığıyla Cokondanınkından da üstün olduğunu söyləyirlər.


Qərb konspirologiyasının  böyük bir hissəsi  prezident Putinə həsr olunub. Onun izini irili-xırdalı hər bir olayda axtarırlar. Amerika “analitik”ləri hətta ölkəni xaosa bürümüş fəlakətli “Harvi” qasırğasını  da Putin və Rusiya ilə əlaqələndirməyə başlayıblar. “Sorcha Faal” nəşrinin avqust və sentyabrda  dərc etdiyi bütöv məqalələr  silsiləsində qasırğalardan  zəlzələlərədək bütün təbii fəlakətlərin   Amerikanın Rusiyaya zərər vurmaq cəhdlərinə görə Putinin haqlı qisası olduğu iddia edilir. “Global Research” -Qloballaşma Tədqiqatları Mərkəzinin analitik hesabatı əsasında yazılmış “The Ultimate Weapon of Mass Destruction: “Owning the Weather” for Military Use”(“Sonuncu kütləvi qırğın silahı:...”) məqaləsində Rusiyanın   “ENMOD” adlı nadir iqlim silahı, modifikaciya olunmuş ekoloji qurğuya malik olduğu bildirilir. Həmin silahla planetin istənilən nöqtəsində istənilən iqlim fəsadları törətmək mümkündür. Bu qurğunun  guya Rusiyanın “Rostex” şirkəti tərəfindən istehsal olunduğu deyilir. İqlim silahının tətbiq olunması müdafiə naziri Sergey Şoyqu və Federasiya Şurasının sədri Valentina Matviyenko arasında qızğın mübahisələrə səbəb olub. Bu iqlim silahının “Rostex” tərəfindən yaradılmasına sübut kimi analitiklər “TASS” agentliyinin “Rusiyanın yüksək texnologiyalı firması tərəfindən  hazırlanmış yağış yağdırılmasının yeni metodikası”  adlı məqaləni əsas gətirirlər.  Iddia edilir ki, məhz bu metodikanın tətbiqi bu ilin mayında Moskvada son 150 ildə ən genişmiqyaslı və dağıdıcı tufanın törənməsinə səbəb olub. Moskvanın ardınca həmin silah iyunun 29-da Berlində və iyulun 9-da Parisdə tətbiq edilərək bu şəhərlərdə də xeyli dağıntılara səbəb olub. Guya tufan törədən  qurğu “Şonefeld” (Berlin) və “Şarl de Qoll” (Paris) aeroportlarına kommersiya reysləri həyata keçirən “Aeroflot” təyyarələrinin göyərtəsində yerləşdirilib. Məqalə müəllifləri hesab edir ki, bununla Putin Avropadan Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaların qisasını alıb. “Aeroflot”un hər iki modifikasiya olunmuş  təyyarəsi Kuba üzərində də “Azadlıq adası”nı fəlakətli quraqlıqdan  xilas etmək üçün istifadə olunub. Bundan sonra “ENMOD” iyulun 8- 21-də Sibirdə təbii yanğınların söndürülməsində işlədilib.  “ENMOD”un sınaqlarının  uğurlu olması Sergey Şoyqunun 2017-ci ilin 4-cü kvartalında  yeni silahın seriya buraxılışını bəyan etməsinə səbəb olub.   


Rusiyanın ətraf mühitin  dəyişdirilməsi, hərbi və ya digər yolla təbiətə ziyan vurulmasını qadağan edən beynəlxalq Konvensiyanın pozulmasında günahlandırılmasına cavab olaraq bildirilir ki, bu iqlim silahının yaradılması ABŞ-ın  Rusiya və Mərkəzi Asiya ölkələrində iqlimin, temperatur və məhsuldarlığın dəyişdirilməsi üçün analoji silahlardan yararlanmasının nəticəsidir.  

“Harvi” qasırğasının avqustun 21-də Rostovda “Amerikanın cinayətkar təsir agentləri” vasitəsilə törətdiyi  böyük yanğına səbəb olmuş  od tufanının qisası olduğu iddia edilir. Rusiyanın böyük şəhərlrindən birindəki yanğının qismən “Podesta GROUP”un yaradıcı olan Toni Podestaya məxsus “Shell” kooperasiyasının daşınmaz əmlak agentləri tərəfindən təşkil edildiyi bildirilir. Toni Podesta isə 2016-cı ildə Hillari Klintonun prezident kampaniyasının rəhbəri olan Demokrat Partiyasının super lobbiçisi kimi tanınan Con Podestanın qardaşıdır. Con Podesta seçkiqabağı təbliğat işləri zamanı Rusiyanın “Sberbank”ından 200 min dollar almaqda suçlanır. 

Amerika nəşrinin iddiasına görə, avqustun 23-də “Rostex” Kubanın qərb sahilləri üzərində, zəifləmiş tropik qasırğa cəbhəsinin yaxınlığında “Aeroflot”un modifikasiya olunmuş təyyarələrində iki “ENMOD”  qurğusun yerləşdirib. Təyyarələr Havanaya Brüssel(Belçika) və Dublindən(İrlandiya) uçurmuş. Və həmin təyyarələrin uçub keçməsindən sonra Moskva, Berlin və Parisdə olduğu kimi, bu kiçik tropik cəbhə tufana çevrilərək “Harvi” qasırğasına güc verməklə onu Texas ştatı üzərinə yönəldib. Həmin ştatın ərazisi uzun müddət yaşayış üçün yararsız olacaq.  “Harvi” qasırğası  dağıdıcılıq miqyasına görə 2005-ci ildəki məşhur “Katrina” qasırğasını da ötdü və ABŞ-ın iqtisadiyyatı və enerji təhlükəsizliyinə misli görünməmiş zərər vurdu. 


ABŞ-ın “Xarvi” qasırğasına cavabı Beynəlxalq Vena Konvensiyasını pozaraq San-Fransiskodakı Rusiya konsulluğunun bağlanması, qanunsuz axtarışlar, oradakı Rusiya əmlakının, müsadirə olunması və satılması oldu. Buna cavab olaraq isə  xarici işlər naziri Sergey Lavrov belə bir xəbərdarlıq etdi:”Biz “havadan” bizə zərbə vurulmasına və yalnız ABŞ-la münasibətlərimizi korlamağa cəhd edən adamlara sərt cavab verəcəyik...” Qərb analitiklərinin fikrincə, guya “boş yerə” mənasında işlənmiş “havadan” sözləri  əslində Amerikanın “ENMOD” qurğusunun   işlənməsinin qisasını almaq istəməsinin Rusiya tərəfindən anlandığını ifadə edir və tezliklə assimetrik cavab vəd edir. Ağ Evin bu hərəkətlərindən dərhal sonra Atlantik okeanında daha güclü “İrma” qasırğası yarandı və yavaş-yavaş Amerikanın şərq sahillərinə doğru  yönəldi. Nyu-Yorka neft məhsulları nəql olunan iki əsas xətti bağlamış “Harmun” qasırğasıyla birləşmək və Rusiyanın “ENMOD” qurğusuyla güclənməklə “İrma” Birləşmiş Ştatları diz üstə qoya bilər...

Ancaq Qərb konspiroloqlarının fikrincə, bunlar hələ Putinin  Trampın həddini aşmasına cavab verəcəyi yeganə vasitə deyil...

Amerikalıların qorxduğu  daha dəhşətli rus silahı hansıdır? ABŞ-da qasırğaların törənməsi barədə tamamilə əks  versiyada nədən bəhs edilir? Rusiyada  nəhəng metereoloji silahın yerləşdirildiyi 237 km diametri olan təcrid olunmuş, hərbiləşdirilmiş zona harada  yerləşir?

Bu barədə növbəti yazımızda. Moderator.az-ı izləyin!

Sultan Laçın 


...
"Mən ipotekadan yararlana bilməyən müəllimlər barədə danışmaq istəyirəm" - Millət vəkili
Dəmir yolunun Karrar-Kürdəmir mənzilində 10 km dəmir yolu əsaslı təmir olunur
"Büdcədən barıt qoxusu gəlməli və düşmən bunu həmişə hiss etməlidir"
"İndi biz Şəhid ailələrinə və Qarabağ qazilərinə nə cavab verək...?"
"Hadisələrin gedişatı göstərir ki, ermənipərəsət qüvvələr Rusiyada çox güclüdürlər"
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
"Çox təəsüf ki, bizim şagirdlərimiz məktəblərdə oxuyurlar, öyrənmirlər"
Cəmiyyət
Azərbaycanın bu ərazilərində zəhərli rodon qazı təhlükəsi böyükdür- Xəbərdarlıq
Cəmiyyət
“Medianı bu məsələdə ittiham etməyi doğru hesab etmirəm”
Maraqlı
Saç tökülməsini əngəlləyən maddə kəşf edildi - Keçəllərə şad xəbər...
Araşdırma
Az yatmaq beynimizə zərər verir
Həftənin ən çox oxunanları
Limonla sodanın qarışığından alınan ilahi möcüzə - FOTOLAR
Tağıyevin məzarı belə bilinməyən oğlunun nadir fotoları- İlk dəfə
"Gəl burdan rədd olaq, elə bilərlər bizi də kimsə saxlayır..." - İCTİMAİ QINAQ
""Quska"nın yaraqlıları Hacı İbrahimin kabinetini Kalaşnikovla gülləbaran edirlər..."
Zeynəb Xanlarova Rasim Balayevin müdafiəsinə qalxdı: “Desəm öldürərlər, deməsəm ölləm!”
Bakirəliyini rekord qiymətə satan qız: “Pulu təhsilimə və səyahətə xərcləyəcəm...” -FOTOLAR
Prokuror hakimi güllələdi- Gözlənilməz
Bakı aeroportunda biabırçılıq: 3 yaşlı qızı itlə yoxladılar, ürəyi getdi (VİDEO)
Ömrü uzadacaq qidanın adı açıqlandı - FOTO
Azərbaycanda 6 bal gücündə zəlzələ baş verdi - Əhali evlərini tərk etdi...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin