Xəbər lenti
25/06/2018 [21:23]:
Avropa İttifaqı: Yeni Türkiyə hökuməti ilə işləməyə hazırıq
25/06/2018 [21:16]:
On beş yaşlı qızın ölüm səbəbi məlum oldu - Enerji içkisi...-FOTOLAR
25/06/2018 [21:06]:
“Xalqımız o müqəddəs günü səbirsizliklə gözləyir”
25/06/2018 [20:53]:
Avropa İttifaqı: Yeni Türkiyə hökuməti ilə işləməyə hazırıq
25/06/2018 [20:42]:
Dünyanın ən məxfi silahları açıqlandı - FOTO
25/06/2018 [20:38]:
“Sevindirici haldır ki, jurnalistlər orduyla bağlı xəbərlərə peşəkar yanaşırlar”
25/06/2018 [20:36]:
Cümhuriyyət hökumətinin təşkil etdiyi hərbi paraddan MÖHTƏŞƏM GÖRÜNTÜLƏR
25/06/2018 [20:25]:
DÇ-2018: A qrupunda mübarizə başa çatıb
25/06/2018 [20:19]:
“Futbol üzrə dünya çempionatı bitdikdən sonra Qarabağda savaş başlaya bilər...”
25/06/2018 [20:05]:
Pentaqon təkərə çevrilən tırtılları nümayiş etdirdi - VİDEO
25/06/2018 [20:01]:
“Siyasi partiyalar haqqında” qanuna dəyişiklik təsdiqləndi
25/06/2018 [19:50]:
Müqəddəs məbəddə soyundu - İsrailin yaranmasının 70-ci ildönümü münasibəti ilə...
25/06/2018 [19:47]:
Kiyevdə liviyalı diplomatın oğlu oğurlanıb
25/06/2018 [19:47]:
Üç barmaqlı mumiyalanmış cəsəd tapıldı - ALİMLƏR ÇAŞQINLIQ İÇƏRİSİNDƏ...
25/06/2018 [19:40]:
Prezident yeni rüsumlarla bağlı qanunu imzalayıb
25/06/2018 [19:36]:
İlham Əliyev Cibuti dövlət başçısını təbrik edib
25/06/2018 [19:34]:
Serj Sarkisyanın qardaşı saxlanıldı
25/06/2018 [19:14]:
“Bu, Azərbaycana, onun ordusuna olan ehtiramın nümunəsidir”
25/06/2018 [19:00]:
Qanunsuz balıq ovu ilə məşğul oldu - 4950 manat cərimələndi
25/06/2018 [18:54]:
ADNSU-nun rektoru Fransada yay məktəbində iştirak edəcək tələbələrlə görüşdü
25/06/2018 [18:50]:
Səməd Seyidov: “AŞPA-nın islahatlara ehtiyacı var”
25/06/2018 [18:19]:
Moldova prezidenti ABŞ-a səfərini təxirə saldı
25/06/2018 [18:16]:
Ərdoğanın andiçmə tarixi bəlli oldu
25/06/2018 [18:13]:
Zakir Həsənov hərbçiləri təbrik etdi...
25/06/2018 [18:12]:
“Türkiyədə seçkilər azad, ədalətli, demokratik keçirildi” -Azay Quliyev
25/06/2018 [18:11]:
“Məzun olduğum universitet bu gün nüfuzlu ali məktəbə çevrilib” - Anar Cəbrayıllı
25/06/2018 [17:55]:
"Qadınların boksunu hansı "idiot" kəşf edib bilmirəm" - Ağacan Abıyev
25/06/2018 [17:47]:
Rusiya ilə hökumətlərarası komissiyanın yeni tərkibi təsdiqləndi
25/06/2018 [17:44]:
"Bu insanların ətrafında atılıb-düşən arvadlarınızı, qızlarınızı niyə çəkib yığışdırmırsınız?"
25/06/2018 [17:41]:
ADP İdarə Heyəti növbəti toplantısını keçirdi
25/06/2018 [17:40]:
ATV-də efirə çıxan Röya belə biabır oldu - FOTOLARA DİQQƏT
25/06/2018 [17:38]:
General Manvel Qriqoryanın arvadı da həbs olundu
25/06/2018 [17:33]:
Agentlik xəbərdarlıq etdi: “Qarpızı avqustda yeyin”
25/06/2018 [17:32]:
İtaliya XİN rəsmisi: "Biz TAP-ın tikintisində maraqlıyıq"
25/06/2018 [17:30]:
Daha bir erməni təxribatının qarşısı alındı
25/06/2018 [17:26]:
Biz Bakıda istidən qovrulduğumuz vaxtda axçiklər Cıdır düzündə belə kef edir -VİDEO
25/06/2018 [17:21]:
Bakıda keçiriləcək parad Paşinyanı qorxuya saldı - Təhlükəsizlik Şurasını təcili topladı
25/06/2018 [17:20]:
Azərbaycanlı deputat Ərdoğanı təbrik etdi
25/06/2018 [17:19]:
Qənirə Paşayeva AŞPA-da Azərbaycanla bağlı çağırış etdi
25/06/2018 [17:18]:
UNEC-də “Məzun Günü” keçiriləcək
25/06/2018 [17:17]:
“Polisə Dəstək” İctimai Birliyi daha bir tədbir keçirib
25/06/2018 [17:14]:
Günnüt kəndində şəhid olan əsgərimizə MEDAL VERİLDİ
25/06/2018 [17:09]:
“Keçmiş müdafiə naziri kimi bir arzum var” - Tahir Əliyev
25/06/2018 [17:06]:
“Türkiyədə daxili qarşıdurma ehtimalı yoxdur”
25/06/2018 [17:01]:
Körpə dayısının “KamAZ”ının altında can verdi - YENİLƏNİB
25/06/2018 [16:52]:
"Kaş qardaşının toy günündə yanında olaydın..." -Şəhidimizin anasının sözləri ürək parçaladı
25/06/2018 [16:19]:
DÇ-2018-də son tura gedərkən - STATİSTİK BAXIŞ
25/06/2018 [16:17]:
Türkiyədə hansı məşhurlar millət vəkili oldu? - Prezident həkimi, futbolçu, sabiq nazir oğlu, sənətçi ... - FOTOLAR
25/06/2018 [16:16]:
“Ordumuzun gücü erməni mətbuatı tərəfindən də etiraf olunmaqdadır”
25/06/2018 [15:59]:
Müdafiə Nazirliyindən parad AÇIQLAMASI - 4 min əsgər, 240 texnika, 70-dən çox uçuş vasitəsi
25/06/2018 [15:56]:
Azərbaycanlı BP-nin vitse-prezidenti təyin edildi
25/06/2018 [15:39]:
Ermənilər Azərbaycanda daha bir xaçlı ibadətgah yaratdılar...- Foto+Video
25/06/2018 [15:34]:
Prezident Administrasiyasında 6 yeni sektor yaradılıb
25/06/2018 [15:30]:
Prezidentdən Zakir Həsənov və Nəcməddin Sadıqovla bağlı - Sərəncam
25/06/2018 [15:27]:
Pərvin Abıyeva eşq yaşadığı kişilərin sayını açıqladı –"Hər birinə 3 ilimi vermişəm"
25/06/2018 [14:54]:
Taksi sürücüsü qısa ətəkli müştərisini zorladı: “Ayaqları xoşuma gəldi”
25/06/2018 [14:47]:
"Uşaqlara intim nahiyələr barədə məlumat vermək lazımdır"- Psixoloq məsləhəti
25/06/2018 [14:44]:
Prezident onlara ali hərbi rütbələr verdi - Siyahı
25/06/2018 [14:42]:
Rusiya şirkətləri Azərbaycana 4 milyard dollar investisiya qoyub
25/06/2018 [14:41]:
Azərbaycanlı müğənni yoldaşından ayrıldı - FOTOFAKT
25/06/2018 [14:38]:
Türkiyə ordusu 24 terrorçunu məhv etdi
25/06/2018 [14:33]:
“17 yaşımda oğlanın gözəlliyinə aldanıb, qoşulub qaçdım” – Şəbnəm Tovuzlu (VİDEO)
25/06/2018 [14:23]:
BMqT-nin nümayəndəsi qaçqın problemi haqda məlumatlandırıldı
25/06/2018 [14:22]:
Dəmirəlin doktoru, Bülent Arınçın oğlu, “Fənərbaxça”nın keçmiş futbolçusu deputat seçildi
25/06/2018 [14:21]:
"Neft gəlirlərini indi elə xərcləmək lazımdır ki…" - Deputat istiqamətləri sadaladı
25/06/2018 [14:20]:
Fuad Muradov Türkiyədə millət vəkili seçilən azərbaycanlıya zəng etdi
25/06/2018 [14:18]:
Sabah paradda bu silahlar ilk dəfə göstəriləcək - SİYAHI
25/06/2018 [14:07]:
"Cənab Ərdoğan, 81 milyonun prezidenti olun..." - İncedən ilk açıqlama
25/06/2018 [14:02]:
56 yaşında dünyasını dəyişən milyarder: "Zənginlik arxasınca yorulmadan qaçmaq insanı oyuncağa çevirir, necə ki, mənimlə baş verdi"
25/06/2018 [13:58]:
““Neftçi” rəhbərliyi məni evsiz və maşınsız qoydu” - Kolumbiyalı futbolçu
25/06/2018 [13:55]:
Ajdaya görə ayrılmışdılar - 7 il sonra boşandılar
25/06/2018 [13:52]:
Sabahdan anomal istilər başlayır - Xəbərdarlıq
25/06/2018 [13:50]:
Baş nazirdən xəbərdarlıq: "Miqrantlara yardım etməyin"
25/06/2018 [13:04]:
Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterlərinin Bakıda növbəti uçuşları keçirilib
25/06/2018 [13:02]:
“Əcəb edirəm, narkotik də qəbul edərəm, içki də içərəm” -Məşhur meyxanaçı
25/06/2018 [13:00]:
Ermənistanın müdafiə naziri qumarda uduzdu -FOTOLAR
25/06/2018 [13:00]:
Xəstəxanaya at gətirmək ucuz reklamdır - RƏY
25/06/2018 [12:56]:
İncənin “poqonlarını sökəcəyəm” dediyi generalın kəndindən aldığı - Səs...
25/06/2018 [12:55]:
Azərbaycanlı naşirin doğum gününü övladları belə təbrik etdi - VİDEO
25/06/2018 [12:54]:
Volodin Qarabağ münaqişəsi haqqında...
Bütün arxiv bir sırada
14/09/2017 [14:37] - Cəmiyyət - ( 1033 dəfə baxılıb)

QMİ Məhərrəm ayının başlanması ilə bağlı fitva verdi



Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhərrəm ayının başlanması münasibəti ilə tədbir keçirilib.

Moderator.az Report-a istinadən xəbər verir ki, mərasimdə Məhərrəm ayının başlanması ilə bağlı fitva qəbul edilib.

Fitvaya əsasən, Məhərrəm ayı Miladi təqvimlə sentyabrın 22-də başlayacaq. Aşura günü oktyabrın 1-nə təsadüf edir.

Fitvada deyilir: “Hicri-qəməri təqvimi ilə 1438-ci il başa çatır. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası nəzərinizə çatdırır ki, yeni Hicri 1439-cu ilin başlanğıcı ”“ Məhərrəm ayının 1-i Miladi təqvimlə 2017-ci il sentyabr ayının 22-nə təsadüf edir. Bu il Aşura günü oktyabrın 1-nə təsadüf edəcək.

Müqəddəs aylardan olan Məhərrəm ayı Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, müharibə və münaqişələrin qadağan edildiyi aylardandır. Lakin təəssüflər olsun ki, bu ayın onuncu, yəni Aşura günü İslam tarixinə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn əleyhissəlamın və Əhli-Beyt (ə) tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi bir gün kimi daxil olmuşdur.

Məhərrəmlik mənəviyyatın zirvəsi olan şəhadəti tərənnüm edir. Bu ayda şəhidlik fəlsəfəsinin açıqlanmasına xüsusi önəm verilməlidir. Müsəlman ümmətinin tarixində kədərli, eyni zamanda, insanlara şərəf və qürur bəxş edən Kərbəla faciəsinin, İmam Hüseynin (ə) həyat və şəhadətinin yad edilməsi bu gün də Azərbaycan dindarları tərəfindən ənənə olaraq yaşadılır.

Unutmayaq ki, əziz və qəhrəman Vətən şəhidlərimiz şəhidlər sərvəri İmam Hüseynin (ə) davamçılarıdırlar. Təziyə mərasimlərində şəhidlərimizi yad etmək, onların qanlarının yerdə qalmamasını, əzəli torpaqlarımızın işğaldan azad olunmasını dua etmək müqəddəs vəzifəmizdir. Ölkəmizdə İmam Hüseyn (ə) əzadarlığı bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, Vətən və iman sevgisinin təcəssümü, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizədə dəyanət örnəyi olmalıdır.

Əzadarlıq moizələrində Kərbəla hadisələri ilə bağlı tarixi həqiqətlərin, şəhidliyin əsl mahiyyətinin açıqlanması, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçənlərin, Qarabağ, Xocalı şəhidlərinin yad edilməsi tövsiyə olunur. Xütbə və moizələrdə bildirilməlidir ki, torpaqlarımızın işğalına son qoymaq üçün çalışmaq əzadarlıq ruhiyyəsinin ayrılmaz hissəsidir. Torpaqlarımızın işğalı davam etdiyi dövrdə gənclərimiz Ali Baş Komandanın əmrinə daim hazır, millətə və Vətənə bağlı olmalı, dövlətimizin mənafelərini uca tutmalıdırlar.

Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun, onun amallarına yaraşan tərzdə keçirilməlidir. Mövcud qanunvericiliyə əsasən, əza məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə keçirilməli və ictimai asayişə mane olmamalıdır. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlər yalnız müvafiq dövlət qurumlarının icazəsi əsasında təşkil oluna bilər. Əzadarlar dinimizin təyin etdiyi əxlaqi çərçivələrə riayət etməlidirlər. Belə ki, qurşağadək soyunub zəncir və sinə vurmaqla bədənə xəsarət yetirmək, qan çıxarmaq müqəddəs şəriətimizə və İslam əxlaqına uyğun deyil. Allah rizayəti üçün İmam Hüseynə (ə) məhəbbətini izhar etmək istəyənlər bu tövsiyələrə əməl etməlidirlər.

Son illər Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən qanvermə aksiyası xalqımız tərəfindən xüsusi təqdir edilir. Bu baxımdan, Kərbəla şəhidlərinin və Vətən uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsinə qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir. Buna görə də bu, həyat verən savab əməl din xadimləri tərəfindən təbliğ edilməlidir. Ümid edirik ki, möminlər bu gözəl ənənəni yaşadacaqlar. Qafqaz Müsəlmanları İdarəsi Əhli Beytin hər iki məzhəb üçün əziz olduğunu nəzərə alaraq Azərbaycanda yaşayan hər iki məzhəb ardıcıllarına İslami həmrəylik nümayiş etdirərək İmam Hüseyn (ə) mərasimlərində dini dəyərlərə uyğun olaraq birgə iştirak etmələrini tövsiyə edir.

Müsəlman aləminin mürəkkəb dövr yaşadığı, dünyada qardaş savaşı, radikalizm və terrorizmin yayıldığı bir zamanda müdrik xalqımız və qüdrətli dövlətimiz Allahın inayəti ilə dindən sui-istifadə edənlərə layiqli cavab verməyə hazırdır. Təbii ki, bu gücün zəmanəti dövlətçiliyimizdir və bu böyük nemətə görə Allaha şükür olsun. Din xadimlərimiz ölkəmizdə mövcud sabitliyin pozulması, məzhəbi müstəvidə qarşıdurma yaradılması məqsədilə din adından siyasi alət kimi istifadə edən bəzi qüvvələrə qarşı ayıq-sayıq olmalıdırlar.

Dövlət müstəqilliyimizin, milli-mənəvi dirçəlişimizin bünövrəsini qoymuş Millət atası Heydər Əliyev üçün hər zaman dualar edən dindarlarımız, bu ali mənəviyyat yolunun davamlı olması üçün həmd-sənalar edirlər. Azərbaycan dindarları Vətənimiz və onun qüdrəti üçün misilsiz səylər göstərən, ölkəmizin siyasi-iqtisadi inkişafı, əmin-amanlığının təminatçısı, milli-mənəvi, dini-multikultural dəyərlərin himayədarı olan, beynəlxalq miqyasda İslam həmrəyliyi ideyalarını müdafiə edən, islamofobiya təzahürlərinə qarşı qətiyyətli mövqe nümayiş etdirən möhtərəm dövlət başçımız Zati-aliləri İlham Əliyevin fədakar fəaliyyətinə Uca Allahdan rəvac diləyir, ölkəmizin əmin-amanlığı və rifahı üçün dualar edirlər.

Vəssəlamu əleykum və rəhmətullahi və bərəkətuhu!”

Xəstəxanaya at gətirmək ucuz reklamdır - RƏY
İncənin “poqonlarını sökəcəyəm” dediyi generalın kəndindən aldığı - Səs...
Azərbaycanlı naşirin doğum gününü övladları belə təbrik etdi - VİDEO
22 yaşlı azərbaycanlı müğənni ata olacaq - FOTOLAR
Dünyanın ən çirkin iti - FOTO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Sevindirici haldır ki, jurnalistlər orduyla bağlı xəbərlərə peşəkar yanaşırlar”
Maraqlı
Müqəddəs məbəddə soyundu - İsrailin yaranmasının 70-ci ildönümü münasibəti ilə...
Siyasət
“Türkiyədə daxili qarşıdurma ehtimalı yoxdur”
Cəmiyyət
Prezidentdən Zakir Həsənov və Nəcməddin Sadıqovla bağlı - Sərəncam
Cəmiyyət
“Bu şeylərə görə içimdə böyük peşmançılıq var”- Əlli yaşlı Şahbaz Xuduoğlu...
Həftənin ən çox oxunanları
Rusiya üzərində qələbə: "Baş nazir sevinir, prezident əleyhinədir"
"Hakimiyyətdə olduğu neçə illər ərzində ilk dəfə olaraq sükan Ərdoğanın əlində deyil..."
Lotoreyanın sirrini tapan riyaziyyatçı 7 dəfə mükafat qazandı...
“Türk Yıldızları” Bakı səmasında uçuşlar keçirəndə hamımız sevincdən ağlayırdıq”
12 yaşında Kəbəni üzərək təvaf etdi - Gözlənilməz (FOTOLAR)
Paşinyanın gəncliyinə aid biabırçı şəkli paylaşıldı - FOTO
Afaq Aslan Damlanın keçmişilə bağlı qalmaqallı iddianı təsdiqlədi: "Pula görə yad kişilərin stollarının altından..."
Azərbaycanlı aparıcını tənqid etdilər: "Soyunmaqla gündəmə gəlmək istəyir" - FOTOLAR
"Bu, Azərbaycan kişisinə yaraşan addım deyil ki, kiməsə geyiminə görə müdaxilə etsin"
Öldüyü düşünülən gənc dəfn zamanı ortaya çıxdı - FOTO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin