Xəbər lenti
25/02/2018 [21:18]:
Sevgilisinin oğlunu təcavüz edib yandırdı - Ana cəsəddən qurtulmağa kömək etdi
25/02/2018 [21:17]:
İraqda 16 türk qadın ölüm cəzasına məhkum edildi
25/02/2018 [21:15]:
Dağdan qopan nəhəng qaya yola düşdü - VİDEO
25/02/2018 [21:03]:
Boğazındakı iynə 19 il sonra çıxarıldı - Fotolar
25/02/2018 [20:52]:
Ermənistan silkələndi
25/02/2018 [20:50]:
Putindən Fransa və Almaniya liderlərinə vacib zəng...
25/02/2018 [20:42]:
TRT Xocalı həqiqətlərini dünyaya yaydı – VİDEO
25/02/2018 [20:39]:
Ərdoğanı mitinq zamanı qorxudan hadisə...- VİDEO
25/02/2018 [20:31]:
Yaralı olaraq uzun müddət xilas edilməyi gözlədi - FOTO
25/02/2018 [20:24]:
İstanbulda Xocalı abidəsinin açılışı oldu - FOTOLAR
25/02/2018 [20:19]:
Çirkli su üçün kilometrlərlə yol qət edirlər - FOTOLAR
25/02/2018 [20:08]:
Kadırovun Latviyaya girişinə qadağa qoyuldu
25/02/2018 [19:55]:
Ərdoğana “Marşal” rütbəsi verilsin - Xalq tələb etdi
25/02/2018 [19:45]:
Əməliyyat zamanı unudulan iynə boğazdan 18 ildən sonra çıxarıldı- FOTO
25/02/2018 [19:42]:
Amerika şirkətinin Laçının Əhmədli kəndində tikdirdiyi məktəb - FOTO+VİDEO
25/02/2018 [19:40]:
"Niva"nın yaradıcısı dünyasını dəyişdi
25/02/2018 [19:39]:
İlham Əliyev Amerika Yəhudi Komitəsinin prezidentini qəbul etdi
25/02/2018 [19:33]:
Əcnəbilər azərbaycanlı qızlarda nələri bəyənmir? - 8 DAVRANIŞ
25/02/2018 [19:21]:
"Biz yazarların çiyninə bu məsələdə çox böyük işlər düşür” - AYB-nin komissiya sədri
25/02/2018 [19:19]:
Rusiya qisasını aldı: Suriyada iki minə qədər Amerika əsgəri məhv edildi
25/02/2018 [19:18]:
"Bu bayraq da bizim bayrağımızdır" - Türk komutandan Azərbaycana jest
25/02/2018 [19:03]:
Soyqırımla bağlı "Xocalının səsi ol" adlı beynəlxalq videoçarx hazırlanıb - VİDEO
25/02/2018 [18:40]:
Xəstəlik əməkdar artisti tanınmaz hala saldı - VİDEO
25/02/2018 [18:34]:
AMİP-in üzv olduğu Beynəlxalq Demokrat İttifaqının (BDİ) Qurultayı keçirildi
25/02/2018 [18:33]:
Yapon alimləri qripi bir günə tam sağaldan dərman hazırladı
25/02/2018 [18:24]:
İlham Əliyev Amerika Yəhudi Komitəsinin prezidentini qəbul etdi
25/02/2018 [18:16]:
Türkiyə “Zeytun budağı”nın birinci mərhələsini başa çatdırdı
25/02/2018 [18:04]:
Sürücülərin DİQQƏTİNƏ: Sabah Bakıda bu yollar BAĞLANACAQ
25/02/2018 [18:00]:
Rusiya müxalifəti küçələrə çıxdı - VİDEO
25/02/2018 [17:59]:
Türkiyə parlamenti Xocalıya görə Ermənistanı pisləyən bəyanat yaydı
25/02/2018 [17:53]:
İki kərgədanın ölüm-dirim savaşı - VİDEO
25/02/2018 [17:53]:
Sənət adamlarının ailələrinin dağılma səbəbləri: “Soyunub kişi ovuna çıxırlar”
25/02/2018 [17:48]:
ABŞ və Avropa meydan oxuya bilmir – Sualtı gəmi böhranı
25/02/2018 [17:42]:
Fransada 2 terror aktının qarşısı alındı
25/02/2018 [17:39]:
"350 min afrinli öz torpağına qayıdacaq" - Baş nazirdən açıqlama
25/02/2018 [17:35]:
İran Suriyada atəşkəs elan edilməsinə qarşı çıxdı
25/02/2018 [17:27]:
Torpaq üstündə dava qanla bitdi - 4 ölü, 2 yaralı
25/02/2018 [17:20]:
“Çempionluq yarışından ayrılmayacağıq” - Fariz Nəcəfov
25/02/2018 [17:19]:
Rusiya hərbi sənayesinin daha bir uğuru: İldırımsürətli pilotsuz helikopterlər...
25/02/2018 [17:17]:
Emrahdan konsert üçün qeyri-adi tələb
25/02/2018 [17:14]:
Daşqınlar nəticəsində 16 nəfər öldü
25/02/2018 [17:10]:
Magistraturaya qəbul imtahanı başa çatdı
25/02/2018 [17:10]:
PYD teror təşkilatının sabiq lideri saxlanılı
25/02/2018 [17:07]:
“Kurtlar Vadisi”nin “Bulut”u Bakıda - Foto
25/02/2018 [17:05]:
TBMM sədri: "Ermənistan rəhbərliyindəki insanlar Xocalı qətliamının törədilməsində iştirak ediblər"
25/02/2018 [17:05]:
Əsəd rejimi Şərqi Qutanı bombaladı - 32 dinc sakin öldü
25/02/2018 [17:03]:
İki dost birləşib cinayət törətdilər - Səbaildə
25/02/2018 [17:01]:
“Ukraynaya qayıtmağa hazıram” - Saakaşvili
25/02/2018 [16:55]:
Generallar Xocalıya həsr olunmuş sərgidə - Foto + Video
25/02/2018 [16:53]:
Ölümündən 2 il ötdü... - Foto + Video
25/02/2018 [16:48]:
Qənirə Paşayeva İstanbulda Xocalı soyqırımı ilə bağlı tədbirdə keçirdi - FOTOLAR
25/02/2018 [16:37]:
42 yaşlı qadın intim videosu ilə şantaj edildi - Cinayət işi
25/02/2018 [16:19]:
XXIII Qış Olimpiya Oyunları başa çatdı
25/02/2018 [16:16]:
ADP imzatoplama kampaniyasına start verdi
25/02/2018 [16:10]:
Türkiyədən dünyaya çağırış: Xocalı faciəsi...
25/02/2018 [16:09]:
Türk ordusunun son zəfəri: Afrinin xəritəsi dəyişdi – FOTO
25/02/2018 [16:07]:
Oğlunu bacısıgilə göndərib sevgilisi ilə görüşən qadın öldürüldü – TƏFƏRRÜAT
25/02/2018 [16:06]:
Tovuzda öldürülən ər və arvadı dəfn edildi
25/02/2018 [15:34]:
Bakının ən məşhur heyvan sığınacağı bağlanır – FOTO
25/02/2018 [14:32]:
"Nə dinlərin, nə filosofların mərhəmətə çağırışı insan oğlunu dəyişdirə bilmədi"
25/02/2018 [14:21]:
"Bütöv Azərbaycan məsələsi Şəhriyarın yaradıcılığında” mövzusunda diskussiya keçirildi
25/02/2018 [14:09]:
“Əlif üçün ağlamıram...” - Milli Qəhrəmanın bacısı
25/02/2018 [13:40]:
Adnan Oktardan şok: Ermənilərlə qardaş olacağıq - Video
25/02/2018 [13:21]:
Sabah hava Bakıda buludlu olacaq, rayonlara yağış və qar yağacaq
25/02/2018 [13:16]:
Şəhid polkovnik-leytenantın 5 yaşlı qızı: "Mənim nə yaşım vardı ki, atam öləndə..."
25/02/2018 [12:52]:
ABŞ İranla uzunmüddətli qarşdurmaya hazırlaşır...
25/02/2018 [12:51]:
Norveç Qış Olimpiya Oyunlarının qalibi oldu
25/02/2018 [12:49]:
Gürcüstanın dövlət idarələrində bayraqlar endirildi
25/02/2018 [12:36]:
Bakının mərkəzində ağır qəza: ölən var
25/02/2018 [12:33]:
Moskvada Dağlıq Qarabağın müstəqilliyi tələb edildi!..- Həmsədr ölkədən daha bir xəyanət...
25/02/2018 [12:16]:
Sualtıdan atılan dronlar, döyüş PUA-ları aviadaşıyıcı - Hindistanın gələcək satınalma siyahısı
25/02/2018 [12:12]:
Jurnalistin bəşəriyyətə sülh arzuları...
25/02/2018 [11:56]:
Bu gündən seçicilərə səsvermə vəsiqəsinin verilməsinə başlanılır
25/02/2018 [11:51]:
Bu ölkənin prezidenti ABŞ-a getməkdən imtina etdi
25/02/2018 [11:47]:
"Əsrin fırıldağı" ilə üzləşmiş yüzlərlə zərərçəkmişdən ölkə rəhbərliyinə ŞOK MÜRACİƏT
25/02/2018 [11:36]:
“Azərbaycan xalqının 70 faizi debildir” – AMEA-nın institut direktoru xalqımızı təhqir edib?
25/02/2018 [11:18]:
Namiq Tehranda səhnəyə çıxdı - Əsa ilə - VİDEO
25/02/2018 [11:05]:
Heydər Əliyevə və Azərbaycana atılan güllələr...
25/02/2018 [11:03]:
Kəlbəcər şah idi, Laçın xan, - hanı? Xankəndi xaniman, Şuşa can,- hanı?.. - FOTOLAR
25/02/2018 [10:42]:
"Əgər bu tamaşanın ekranlara çıxışı olsaydı, onlar daha çox qadını xilas edə bilərdi"
Bütün arxiv bir sırada
14/09/2017 [14:46] - Müsahibə - ( 6141 dəfə baxılıb)

Portuqaliyada yaşayan azərbaycanlı alim: "Burada 2 aspirantım var, hər biri ayda 1000 avro təqaüd alır"

"Universitetləri ləğv edib əvəzində ali təhsili akademiyada vermək olar"



Onunla bir neçə il bundan əvvəl virtual dünyada- hamının "böyük ev"inə çevrilən sosial şəbəkədə tanış olduq. Dünyanın müxtəlif yerlərdində çalışan azərbaycanlı alimlərlə bağlı araşdırma apararkən, o zaman cəmi 34 yaşı olan elmlər doktorunun çətin kimya sahəsində böyük elmi nailiyyətlər qazanması və bu mürəbbək yolu Lissabonda davam etdirməsi alimi başqa həmkarlarından fərqləndirirdi. Daha sonra Bakıda görüşdük”¦ Kifayət qədər səmimi insan olan Kamran Mahmudov (haqqında az sonra geniş məlumat veriləcək) Azərbaycan təhsili və elmi haqqında danışarkən, içindəki təəssüfü gizləyə bilmirdi. Avropa paytaxtının məşhur universitetində çalışan, ən güclü elmi jurnallarda məqalələri çıxan və işlərinə çox istinad olunan gənc alimdə bu təəssüfü yaradan isə söhbət əsnasında apardığı müqayisələr idi”¦
Bakıya gəlişindən istifadə edib gənc elmlər doktoru, Portuqaliyanın Lissabon Universitetində çalışan kimyaçı alim Kamran Mahmudovla görüşüb, söhbətləşdik.
Moderator.az saytı üçün hazırladığımız müsahibə isə təkcə iki nəfərin dialoqu yox, elmin gələcəyinə inam haqqında düşüncələrdi. 
Amma öncə alimi yaxından tanıyaq:


DOSYE- Mahmudov Kamran Talıb oğlu 01.01.1980-ci ildə Tovuz rayonunun Nəmxoş kəndində ziyalı ailəsində anadan olub.  Bakı Dövlət Universitetinin Kimya fakültəsinin 2001-ci ildə bakalavr, 2003-cü ildə isə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. Ali məktəb tələbələri arasında keçirilən Respublika Olimpiadasında 1998-ci ildə 3-cü, 1999 və 2000-ci ildə 2-ci və 2001-ci ildə 1-ci yerin qalibi olub.
2003-cü ildə BDU-nun Analitik kimya ixtisası üzrə aspiranturasının əyani şöbəsinə qəbul olub. 2006-cı ildə «b-Diketonların aztörəmələrinin mis(II) ilə əmələ gətirdiyi komplekslərin tədqiqi və analitik tətbiqi» mövzusunda namizədlik dissertasiya işini müdafiə edərək  fəlsəfə doktoru alimlik dərəcəsi  alıb.  32 yaşında  isə elmlər doktoru adına sahiblənib.
2009-cu ildən Lissabon Dövlət Universitetində tədqiqatçı kimi çalışan kimya elmləri doktoru hazırda orada elmi fəaliyyətini davam etdirir:

"Bəzi təkliflərimizin həllini tapmaması öz neqativ nəticələrini yaxın gələcəkdə göstərəcək" 

-Kamran müəllim necəsiz? Sizinlə 2014-cü ildə  müsahibə etmişdik. Kifayət qədər rezonansa səbəb oldu. O zaman siz elmin nisbətən də olsa, inkişafı üçün bir neçə təklifdə bulunmuşdunuz. Bu üç ildə onlardan hansıları tətbiq edildi?

-Elmin bəy, müsahibə üçün təşəkkür edirik. Təssüf ki, o zaman bizim verdiyimiz təkliflərdən yalnız biri həyata keçirilib, yəni “Thomson Reuters” agentliyinin “Web of Knowledge” axtarış sisteminə giriş əldə edilib. İndi bizim alimlər də həmin sistemdən istifadə edirlər, elmin müasir istiqamətlərindən və problemlərdən xəbərdar olurlar. Həmin təkliflərin həll olunmaması öz neqativ nəticələrini yaxın gələcəkdə göstərəcək. 

-Ümumiyyətlə, bu üç ildə Azərbaycan elmində müsbət istiqamətdə dəyişən nələrsə oldu?

-Əlbəttə var, bizim alimlər “Web of Knowledge” axtarış sistemi ilə maraqlanırlar və anlayırlar ki, elmi işlərini Avropa və ya Amerikanın elmi jurnallarında-daha yüksək impakt faktora malik orqanlarında- nəşr etdirsələr, daha çox oxunacaq və istinadlar olacaq. Nəinki bizim və ya Rusiyanın jurnallarında...
 Bundan başqa Azərbaycanın adı ilə müəllimim Məhəmməd Babanlı Amerikanın yüksək impakt faktorlu jurnalında -ACS Nano, impact factor 13.94- yaxşı bir məqalə nəşr edib. Başqa bir alimimiz Elçin Süleymanov “Renewable and Sustainable Energy Reviews” (impact factor 8.05) jurnalında 2 Review (icmal) məqalə nəşr etdirib. Bu işlərdə hər iki alimimiz xarici alimlərlə əməkdaşlıq ediblər. Bu, çox müsbət haldır. Təssüf ki, ölkəmizdə bələ məqalələrə görə yüksək məbləğdə qonarar verilmir, motivasiya yoxdur. Halbuki, Çində həmin məqalələrə görə müəlliflərə 5000 avro qonarar verirlər. Başqa bir müsbət hal isə ondan ibarətdir ki, gənclərimiz xarici ölkələrə təcrübə keçməyə gedirlər, reallıqları görürlər. 


"Xoşbəxtik ki, Azərbaycan adına ilk dəfə bu işi görə bildik"

-Bəs, siz bu qısa zaman kəsimində nə kimi elmi yeniliklərə imza atdınız? Bilirik ki, kimya elmində çox mühüm iş sayılacaq bir monoqrafiyanız işıq üzü görüb. Mümkünsə, bizə  bu görülən işlər  barəsində məlumat verərdiniz...

-Əsas məsələ odur ki, burada öz ideyamızı təcrübi olaraq sınaqdan keçirmək üçün yaxşı şərait var. Məsələn, yeni sintez etdiyimiz katalizatorları CO2-nin karbonatlara çevrilməsində müvəffəqiyyətlə tətbiq etdik və bu metod məlum metodlara nisbətən bir sıra üstünlüklərə malikdir.  (Mənbə:Journal of Catalysis 335 (2016) 135-140). Siz qeyd etdiyiniz monoqrafiyanın mövzusu üzrə elmi işləri biz 2011-ci ildə başlamışdıq və 2014-cü ildə həmin monoqrafiyanı yazmaq qərarına gəldik. Əslində, nəşriyyata hər hansı mövzunu təklif etdikdə sizin o sahədə xeyli nəşr olunmuş elmi işləriniz olmalıdır. Yəni, bu sahə üzrə ekspert sayılmalısınız. Həm də monoqrafiyanın vacibliyi əsaslandırılmalıdır ki, o rəyə verilsin. Çünki nəşriyyat həmin monoqrafiyanın satılmasından gəlir əldə etmək haqqında düşünür. Biz xoşbəxtik ki, Azərbaycanın adı ilə redaktor kimi ilk dəfə dünyanın ən aparıcı nəşriyyatında (Mənbə:Wiley, 1807; 210 years ago New York City, United States) monoqrafiya nəşr etdirə bildik. Həmin monoqrafiyanın qiyməti 187.20 avrodur və biz redaktorlar satışlardan qonarar alırıq. Bu mövzu üzrə daha iki icmal məqalə -Chemistry - A European Journal 22 (2016) 16356-16398, impact factor 5.31 və Coordination Chemistry Reviews 345 (2017) 54-72, impact factor 13.32- və bir perspective-Dalton Trans. 46 (2017) 10121-10138- məqalə nəşr etmişik və bu işlərdə cavabdeh müəllifəm. Məhz bunlara görə professor Armando Pombeiro və məni Kristal jurnalında çıxacaq bir nömrəni redaktə etməyə dəvət etdi, çünki bu mövzuda biz aparıcı ekspertlərdən sayılırıq. 

Bu sahəyə aid Sankt Peterburq Universitetində kafedra müdiri Kukuşkinlə yazdığımız qrant layihəsi Rusiya Elm Fondu tərəfindən iki illik maliyyələşdiriləcək. Ona görə də iyul ayında Sankt Peterburq Universitetində çalışdım, orada qeyri kovalent qarşılıqlı təsirlərin sintez və katalizdə rolu haqqında məruzə etdim.  


-Kamran müəllim,  kimyanın çoxsaylı istiqamətlərindən olan qeyri-kovalent qarşılıqlı təsirlər, onların sintez və materialların dizaynında roluna kifayət qədər diqqət ayırmanızın əsas səbəbi nədir? Elmdəki bu istiqamət dünyaya nə kimi töhfələr verə biləcək?

-Əslində, bu yeni sahə deyil, indi müasir metodların tətbiqi göstərir ki, bu qeyri-kovalent qarşılıqlı təsirlər zəif olsalar da, kollektiv şəkildə sintetik və ya katalitik proseslərin istiqamətini dəyişməyə qadirdirlər. Sadə dildə desək, tək bir molekul mövcud deyil, o başqa molekullarla əhatə olunub və onlar arasında zəif və ya güclü qarşılıqlı təsirlər (noncovalent interactions) movcuddur. Bu zəif-güclü qarşılıqlı təsirlər sintezdə həm də materialların xassələrinin kontrolunda dizayn elementi kimi istifadə edilir. Katalizatorların və günəş batareyalarının  effektivliyinin artırılması, molekulyar açarların tənzimlənməsi və s. sahələrdə qeyri-kovalent qarşılıqlı təsirlərdən requlyator kimi istifadə edilməsi yaxşı perspektivlər vəd edir. 

"Təsəvvür edin, uşağın başı ağrıyır, dişi çıxır yaxud, qızdırması var və kömək üçün heç kiminiz yoxdur" 

Hiss olunur ki, bütün gəncliyini elmə həsr edən Kamran müəllim çətin kimyadan həvəslə danışır. Elə buradaca müsahibədəki elmi ağırlığı azaltmaq və söhbətə əlavə rəng qatmaq üçün alimin həyat yoldaşı Fəridə xanıma sual ünvanlayırıq. Fəridə xanım tələbə yoldaşımız və həmkarımızdı. Bir müddət ölkənin ən nüfuzlu mətbuat orqanlarının aparıcı jurnalistlərindən olub:

-Fəridə, artıq bir neçə ildir ki, Portuqaliyadasan. Oradakı ilkin müşahidələrin necədir? Ümumiyyətlə, sizin kimi gənc bir ailə üçün Portuqaliyada yaşamağın nə kimi çətinlikləri var?

-Portuqaliya dostluğun, dadlı şərabın və möhtəşəm təbiətin ölkəsidir. Burada insanların əksəriyyəti mehriban və gülərüzdür. Tanıdığım bir xeyli portuqal digər Avropa ölkələrinə vaxtilə iş məqsədilə getmiş olsalar da, tezliklə geri dönüblər. Soyuq hava, soyuq insanlar onlara görə deyil. İlk dövrlər müəyyən çətinliklərlə əlbəttə, üzləşdik. Lakin adaptasiya prosesini tezləşdirmək üçün nə lazımdır etməyə çalışıram. Artıq 3 ildir, burdayam. İlk ilə nisbətən, çox rahatam, yaşadığımız qəsəbəni isə sevirəm. Lissabona yaxın, sevimli bir qəsəbədə qalırıq. Əsas sakinlər portuqallardır. Bura səssizliyi ilə seçilir. Yaşamaq və yaratmaq üçün münasib yerdir. Burada yaşamağın da çətinlikləri var, sözsüz. Hər şeydən öncə qeyd etməliyəm ki, buradakı yaşam şəraitimizi ikimiz qururuq - heç bir dəstək olmadan. Kamran bəy maddi və mənəvi təminatımız üçün çox çalışır. Çünki xeyli maddi çətinliklərlə üzləşmişik. İlk ili ümumən ciddi problemlərimiz olub. Bunun da hamsının səbəbi təəssüf ki, ölkəmizdə elmə dəstəyin olmamasından irəli gəlir. İbn Sina demiş-“Elm və sənət etibar görmədiyi cəmiyyətləri tərk edər”. Odur ki, biz burada portuqallar kimi oturuşmuş həyat yaşamırıq, mübarizə aparırıq. Mən də bacardığım dəstəyi göstərirəm. Hazırda portuqal dilini öyrənirəm. Kifayət qədər çətin dildir. Bu qədər yubanmağımın səbəbi isə qızımız Orlinin dünyaya gəlməsi oldu. Orli artıq bağçaya getdiyi üçün asudə vaxt qazanmışam və bu zamanı şəxsi inkişafım üçün xərcləyirəm. Xaricdə yaşayan gənc ailələrin çətinliyi təbii ki, həm də uşaqlarla bağlıdır. Təsəvvür edin uşağın başı ağrıyır, dişi çıxır yaxud, qızdırması var və kömək üçün heç kiminiz yoxdur. Bir qədər bu period ağır keçdi, amma qızımız bir az böyüyüb, həm biz də durumumuza öyrəşmişik. Ümumən isə Portuqaliyada olmaq xoşdur. Sonuncu dəfə Bakıda olanda hiss etdim ki, buradakı evim üçün darıxmışam. Deməli Portuqaliya qəlbimi qazanıb.
-Bilirik ki, Kamran müəllimin çalışdığı universitet və laboratoriyada dünyanın ayrı-ayrı ölkələrindən olan alimlər çalışır. Onların Azərbaycan haqqında düşüncələri necədir? Bilgiləri hara qədərdir? 

-Ölkəmizi tanıyan şəxslərin sayı sandığımız qədər çox deyil. Əsasən, təhsilli şəxslər və səyahəti sevən portuqallar Azərbaycanı tanıyır. Kamran bəylə çalışan dostları isə onun sayəsində ölkəmiz barədə informasiya qazanıblar. Kamran bəyin laboratoriyada böyük hörməti var. Şübhəsiz, bu asan başa gəlməyib. Bu hörmət, insanların sevgisi yuxusuz gecələrin hesabınadır. Biz ailə həyatı qurduğumuzdan bəri tez-tez Kamranın iş yoldaşlarını evimizdə qonaq etmişik. Bu mənim üçün çox xoşdur. Müxtəlif ölkələrin insanları ilə fikir mübadiləsi aparmaq əladır. Ölkəmiz barədə dərin məlumatlı şəxs çox azdır. Amma söhbət əsnasında onlar öz ölkələri, biz də öz ölkəmiz barədə xeyli informasiya ötürürük. Reallığı çılpaqlığı ilə demək gərəkdir. Reallıq isə ondan ibarətdir ki, digər ölkələrin alim ailələri ilə müqayisədə ən çətin məqamlardan biz çıxmışıq. Bəli. Çünki oğurluq etmədən, halal qazancla şərait qurmaq asan deyil. Bizim üçün halal qazanc ən vacib şərtdir. Bütün yaşadıqlarımıza rəğmən, xoşbəxtəm ki, ailəmizə bircə manat belə haram pul girməyib. Xoşbəxtəm ki, pul ilə sınanıldığımız bütün məqamlarda Kamran bəylə birgə alnı ağ çıxmışıq. Ümid edirəm, elm adamlarına bundan sonra şərait yaradılar və onlar öz inkişafları üçün bu nüansları düşünmədən var gücləri ilə çalışarlar. Bilirsiniz, həyatda yaradıcılığı sarsıdan ən böyük qüvvə məişətdir. Yaradıcı adam bu problemlərdən uzaq durmalıdır. Bizim ölkəmizdə isə məişət yaratmağa, yazmağa imkan vermir. Ona görə nə dünya səviyyəsində rejissorumuz, nə yazarımız, nə jurnalistimiz, nə də elm adamımız yetişir. Yetişsə də, o, artıq Azərbaycanı təmsil etmir. Azərbaycan hökuməti qabiliyyətli insanlarına sahib çıxmalıdır. 


 "Portuqaliya hökumətinin dəstəyilə evimizdə azərbaycanlı ailəsindən bəhs edən film də çəkilib"

- Onları milli mətbəximizin təamlarına qonaq dəvət etmisiz? 

-Bəli. Əlbəttə. Mən kulinariyanı çox sevdiyim üçün evimizə gələn qonaqlara yeməkləri böyük məmnuniyyətlə hazırlayıram. Çalışıram hər zaman yeməklərdən azı biri milli mətbəximizə aid olsun. Bugünə qədər qarşıladığımız bütün qonaqlar da bizim yeməkləri seviblər. Eyni zamanda qeyd edim ki, ötən il “Todos Festival” adlanan tədbirdə biz də Azərbaycanı təmsilən çıxış etmişdik. Hətta Portuqaliya hökumətinin dəstəyilə evimizdə film də çəkilib. Həmin filmdə bir azərbaycanlı ailəsinin şam yeməyinə hazırlığı prosesi öz əksini tapıb. Bu festival ərəfəsində Portuqaliya jurnal və qəzetlərində də haqqımızda məlumatlar dərc olundu. Bir sözlə bacardığımız qədər imkan düşdükcə ölkəmizi yüksək təmsil etməyə çalışırıq. 

 "Mənim burada 2 aspirantım var, onların hər biri ayda 1000  avro təqaüd alır" 

Hiss edirik ki, Kamran müəllim elmdən danışmayanda darıxır. Odur ki, sualı yenidən ona  ünlanlayırıq:

-Elmlə təhsilin inteqrasiyası Azərbaycanın intellektual mühitinə nə kimi rəng qata bilər?

-Təhsil mürəkkəb prosesdir, yaxşı təhsil vermək üçün ali məktəblərdə mühazirələri əsl elm adamları aparmalıdır. Yəni, kimya təcrübi elm olduğu üçün heç bir təcrübə aparmamış “alimin” keçdiyi dərs effektiv ola bilməz. Köhnə saralmış mühazirələrlə auditoriyaya girən “professorlar” XXI əsrdə necə yüksək təhsil verə bilər?! Həmişə optimist olmuşam, ancaq bu il kimya üzrə dünya olimpiadasında yüksək medallar qazanmış şagirdlərə və onların müəllimlərinə verilən qiymət məni məyus etdi, halbuki, eyni uğuru qazanan idmançılara daha çox diqqət ayrılır. Onların rəsmi qəbulunu yox, onların zəhmətinə verilən pulun miqdarını reklam etmək lazımdır ki, başqaları da elm sahəsinə gəlsin, yaxşı oxusun. Həm də cəmiyyət görsün ki, təhsil sahəsində beynəlxalq səviyyədə qazanılmış uğura nə qədər pul mükafatı verilir, idmanla müqayisə etsinlər.  İndi mən həmin şagirdlərə necə tövsiyyə edim ki, siz Azərbaycanda elm sahəsinə gəlin! Tövsiyyəm o ola bilər ki, onlar gedib xaricdə elm sahəsində çalışsınlar və Azərbaycanı yaxşı təmsil etsinlər. Sualın cavabı odur ki, Azərbaycanda elm-təhsil sahəsində çalışan insanlar hamıdan yaxşı yaşamalıdırlar. Onda elmlə təhsilin inteqrasiyası təbii olaraq tənzimlənəcək. Alim və ya ali məktəb müəllimi ancaq öz işi ilə məşğul olmalıdır ki, gördüyü iş keyfiyyətli olsun. Əgər ali məktəb müəllimi mühazirədən sonra abituriyent hazırlayırsa, elmi işçi laboratoriyada təcrübəni dayandırıb başqa iş dalınca gedirsə, bu, təhsil və ya elm deyil! Mənim burada 2 aspirantım var, onların hər biri ayda 1000 euro təqaüd alır və bu 4 il aspirantura müddətini əhatə edir. Yəni, həmin aspirant heç kimdən asılı olmadan öz elmi işi ilə məşğuldur, əsl mütəxəssis kimi yetişirlər və bu cəmiyyətin intellektual mühitini zənginləşdirəcəklər.

"Universitetləri ləğv edib əvəzində ali təhsili akademiyada vermək olar" 

-Bir zamanlar belə bir təklifiniz var idi: Akademiyanın aidiyyatlı institutları universitetlərə birləşməlidir. Onların qarşılıqlı fəaliyyətini artırmaq üçün sizcə bu, yeganə çıxış yoludur?

-Bu, ən yaxşı üsuldur. Çünki təhsil alan tələbələr yerindəcə universitet daxilində hansı elmi işlərin aparıldığının şahidi olarlar və vaxt itirmədən paralel elmlə məşğul olarlar. Həm də universitetlərə birləşdirilmək dedikdə, mən onu nəzərdə tutmuram ki, hamısını bir rektor idarə etsin, kiçik laboratoriyadan başlamış ən yüksək posta kimi hamısı təşkilatın daxilində seçki ilə olmalıdır ki, şəffaflıq təmin olunsun. Beləliklə, inkişafa təkan yaradılar.  Əksini də etmək olar; universitetləri ləğv etmək, əvəzində ali təhsili akademiyada vermək olar. Əsas odur ki, elm və təhsil bir yerdə olsun. 

-Beynəlxalq elmi  jurnallar və  axtarış sistemlərində ən çox adı çəkilən alimlərimizdən birisiniz. Gəlin, bir az ondan danışaq. Həmin elmi jurnal və axtarış sistemlərində Azərbaycan alimlərinin reytinq göstəricisi necədir?

-Biz azərbaycanlı alim və Azərbaycanın alimini fərqləndirməliyik. Əgər hər hansı azərbaycanlı Amerika və ya Avropada öz elmi məktəbini yaradıbsa, ən yüksək elmi nəticələrə malikdirsə və həmin işlərdə ölkə kimi Azərbaycanın adı getmirsə, o, bizim alimimiz deyil. Əlbəttə, biz hər bir Azərbaycanlının uğuruna sevinirik, elm heç bir ölkəyə aid deyil, ümumbəşəridir. Belə yanaşsaq, dünyada çox yüksək nəticələrə malik azərbaycanlı alimlər kimi Lütfi  Zadə, Qərib Mürşüdov, Camal Musayev, və s. göstərmək olar. Azərbaycanın alimlərinin göstəricilərində həm məqalələrin sayına, həm də jurnalların impakt faktoruna görə artım var, yəni öz alimlərimiz artıq yüksək keyfiyyətli jurnallarda məqalələr çıxara bilirlər, bu çox sevindiricidir.

-Hansı alimlərimizə daha çox istinadlar var?

-Burada səhv edə bilərəm. Ancaq mən bildiyim alimlərimiz bunlardır:  Abel Məhərrəmov, Məhəmməd Babanlı, İdris Əhmədov, Elman Şahverdiyev, və s. Ancaq kim istəsə, Azərbaycanda “Web of Knowledge” axtarış sistemində baxıb reallıqları görə bilər.

Elm özü dəryadı, intəhasız bir dünyadır. Bu dünyanın problemləri və perspektivləri zatən, tükənən deyil. Odur ki, Kamran müəllimə azacıq da olsa, istirahət verib, yenidən Fəridə xanıma üz tuturuq:

-Fəridə, Kamran müəllim çətin elmi sahənin mütəxəssisidir. İşinə bu dərəcədə bağlı insan sizin dəstəyinizi lazımınca hiss edə bilir?

-“İnsanlar haqqında daha az, fikirlər barəsində daha çox maraqlı olun,”-bu ifadəni məşhur kimyaçı alim Maria Kuri deyib. Bu deyim Kamran bəyin həyat fəlsəfəsidir. Onun yaşam tərzi bu düşüncə üzərində qurulub. Onun insandan çox elmi yeniliklərə ehtiyacı var və mən bunu təbii qəbul edirəm. 
Ümumən isə elm xadimləri ilə evli olan xanımlar əsasən, diqqətsizlikdən əziyyət çəkir ki, onlardan da biri mənəm. Amma bunlara baxmayaraq, mümkün dəstəyi göstərməyə çalışıram. Bilirsiniz yaradıcılıq elə bir sahədir ki, əldə etdiyin uğurla yaşayırsan. Və mən bunu gözəl anlayıram. Kamran bəyin məqalələri qəbul olunanda onun üzündə yaranan sevinc hissi nəyə desəniz dəyər. Odur ki, onun sevincinə şərik çıxa bildiyim üçün mən də xoşbəxtəm. Həm də bu sualın ünvanı mənlə yanaşı elə Kamran müəllimin özüdür (gülür)


-Belə bir romantik sual verim. İnşallah, reallaşmasını da görərik: Əziz Sancarın xanımı müsahibəsində bildirib ki, Nobel almaları ilə bağlı xəbəri eşidəndə əvvəlcə inanmayıblar. Sonra ikisi də sevincdən hönkürtü ilə ağlayıblar. Siz Kamran müəllimin Nobel alma xəbərini eşitsəniz, reaksiyanız necə olar?

-Mən o xəyali mühiti artıq Kamran bəydən tələb edirəm (gülür) Kimya sahəsində çox bilgim olmasa, da artıq Kamran bəyin iş sxemasına, irəliləyiş prinsiplərinə yiyələnmişəm. Daim ən yüksək nəticələr üçün ona təzyiq göstərirəm. İstəyirəm bacardığının ən yaxşısını edə bilsin. Mümkün dərəcədə yüksək impakt faktorlu jurnallarda məqalələr dərc etməsi üçün onu ilhamlandırmağa çalışıram. 

İyul ayında Moskvada yaşayıb-çalışan dəyərli professor Firudin Hüseynovun evində qonaq idik. Kamran bəyin işi ilə əlaqədar söhbət ərəfəsində dedi ki, “Yaxşı, deyək ki, Kamran ən yüksək impakt faktorlu junalda məqalə dərc edəndən sonra nə istəyəcəksən?”- dedim-“ Nobel mükafatını”. Odur ki, bu arzu mənə yad deyil. Kamran bəylə yanaşı həm də mənim diləyimdir. 

-Kamran müəllim, Nobel mükafatı demişkən, bu mükafatı alan hansı alimlərlə qarşılıqlı əlaqləniz var?

-2012-ci ildə Lissabonda “XXV International Conference on Organometallic Chemistry” adlı beynəlxalq  konfrans keçirirdik Yaponiyadan olan Nobel mükafatçısı Noyori ilə gorüşmək və azca da olsa müzakirə etmək imkanım oldu. Həmin konfransda Niderland alimi Ben Ferrinqa ilə də molekulyar açarlar mövzusunda müzakirəmiz olmuşdu, indi o da Nobel mükafatçısıdır (2016).

-Onlar bir gənc alim kimi sizə nələri məsləhət görürlər?

-Əsas məsələ odur ki, elmin müəyyən sahəsi indi populyardır deyə o sahə səni yüksəltməməlidir. Sən öz biliyinlə, təcrübənlə, zəhmətinlə və digər keyfiyyətlərinlə hal-hazırda aktual olmayan sahəni də Nobel mükafatı almaq həddinə qədər populyarlaşdıra bilərsən. Yəni, burada şəxsi təcrübə və keyfiyyət mühüm rol oynayır, öz yolun olmalıdır, fikrini dəyişməməlisən və s.

-Bəs, siz bir doktor olaraq, Azərbaycandakı gənc kimyaçılara nələri tövsiyyə edərdiniz?

-Xarici alimlərlə əməkdaşlıq etmələrini istərdim. Gənclər maksimum dinamik olmalı hər gün yeni elmi ədəbiyyatı izləməlidir ki, dünyada elm sahəsində baş verən yeniliklərdən xəbərdar olsunlar.

Elə buradaca, söhbətimizi yekunlaşdırırıq. Kamran bəylə Fəridə xanım sabahısı gün Lissabona yola düşəcəklərindən görməli işləri çoxdur... Sabah isə yəqin ki, mehriban insanların gülüşdüyü, vitrinlərindən dadlı şərabların əskik olmadığı Portuqaliya paytaxtında olacaqlar. Bakıdan isə özləri isə qucaq dolusu xatirələr, dost və yaxınların şən söhbətlərini  və... bir də gözlərindəki təəssüfü aparacaqlar. Amma o təəssüfün yanında onlarla birlikdə təyyarəyə minəcək inam da var... Elmimizin gələcəyinə olan inam...

Elmin Nuri




Yaralı olaraq uzun müddət xilas edilməyi gözlədi - FOTO
Çirkli su üçün kilometrlərlə yol qət edirlər - FOTOLAR
Heydər Əliyevə və Azərbaycana atılan güllələr...
Afrindən acı xəbər: Türk əsgəri şəhid oldu
"Əlindən bir şey gəlmirsə ağlamağın, sızlamağın, yazıqlığın kimsəyə bir faydası yox"
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Dağdan qopan nəhəng qaya yola düşdü - VİDEO
Ədəbiyyat
"Biz yazarların çiyninə bu məsələdə çox böyük işlər düşür” - AYB-nin komissiya sədri
Dünya
Yapon alimləri qripi bir günə tam sağaldan dərman hazırladı
Maraqlı
İki kərgədanın ölüm-dirim savaşı - VİDEO
Cəmiyyət
Şəhid polkovnik-leytenantın 5 yaşlı qızı: "Mənim nə yaşım vardı ki, atam öləndə..."
Həftənin ən çox oxunanları
”Budur sizin Ağdam, budur sizin Ağdam! Ha haha ha...” - VİDEO
Azərbaycan sərhədlərində MÜHARİBƏ BAŞLAYIR – Ağ Ev tarixini ELAN ETDİ
Lənkəranski Allahşükür Paşazadəyə yazdığı məktubunda nə istəyirdi?- İstintaq materialları...
“Monte Melkonyan məni maşına mindirib bilmədiyim bir evə gətirdi...” - Səkkiz gün erməni əsirliyində...
Amerikalı konkisürən qızların intim geyimləri hamını çaşbaş saldı - FOTOLAR
“Hər bir erməni qaçqın Azərbaycandan 110 min dollar tələb etməlidir” - Həyasızlığın son həddi...
Lənkəranskinin “Qara bloknot”unda nə yazılmışdı?- Kriminal avtoritetin şəxsi əşyalarından...
Prostat xəstəliklərinin ən asan və pulsuz profilaktikası...
"Üzr istəyirəm, gərək nə qədər həyasız olasan ki, bu qədər həddi aşasan..."
“Ziya Bünyadovu vuranda rusca ana söyüşü söydü” - qatilin qandonduran etirafları
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin