Şura Katibliyinin əməkdaşı: "Şura QHT sektorunun inkişafı üçün dəstəyini davam etdirir"
Oxunub: 1192
19 Sep 2017 | 18:57
Şura Katibliyinin əməkdaşı:
Bildiyimiz kimi demokratik cəmiyyət quruculuğu prosesində vətəndaş cəmiyyəti institutları mühüm rola malikdir. 
 
Bu baxımdan Azərbaycan dövləti adıçəkilən təsisatların formalaşması və inkişafına xüsusi diqqət ayırır. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması, dövlət büdcəsindən ayrılan vəsait hesabına Şuranın qeyri-hökumət təşkilatlarının (QHT) layihələrini maliyyələşdirməsi, QHT-lərə müxtəlif istiqamətlər üzrə davamlı dəstəyin verilməsi bu siyasətin mühüm təzahürüdür. Eyni zamanda müxtəlif nazirliklər, fondlar vasitəsi ilə də dövlət QHT sektorunun inkişafına dəstəyini göstəməkdədir. Bu diqqət və qayğı sayəsində Azərbaycanda demokratik cəmiyyət quruculuğuna ciddi töhfə verən QHT institutu formalaşıb. Milli donor institutu olan Şuranın 2016-cı ildə elan etdiyi 3 qrant müsabiqəsi çərçivəsində ümumilikdə 469 400 manat maliyyə ayrılan 42 layihənin tərəfimdən aparılan monitorinqi də bunu ortaya qoyur. 
 
Şuranın 2016-cı ildə birinci qrant müsabiqəsi çərçivəsində sosial məsələlər istiqaməti üzrə maliyyələşdirdiyi ümumi məbləği 257400 manat olan 28 layihə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərində və  Biləsuvar, Ağdam, Qazax, Qəbələ, Beyləqan, Şamaxı, Sabirabad, Quba, Abşeron, Bərdə, Tərtər, Füzuli, Yardımlı, Gədəbəy, Şəki, Salyan, Qax, Masallı, Cəlilabad, İmişli, Saatlı, Hacıqabul, Ağsu rayonlarında həyata keçirilib. Layihələrin Azərbaycanın bütün regionlarını əhatə etməsi ilkin müsbət məqam kimi diqqət çəkir. Birinci qrant müsabiqəsində maliyyələşdirilən  layihələr çərçivəsində ahıl və tənha vətəndaşların sosial adaptasiyası ilə əlaqədar 14 Binəqədi sakini üçün teatr turları təşkil olunub, həmin ərazidə yaşayan və sosial xidmət göstərilməyən 14 ahıl və tənha vətəndaş müəyyən olunaraq əldə olunan məlumatlar uyğun dövlət qurumlarına təqdim edilib.  Tənha, ahıl,  görmə imkanları məhdud şəxslərin sosial adaptasiyası üçün Sosial Xidmət Mərkəzinin  təməli qoyulub. Mərkəz vasitəsilə görmə imkanları məhdud 10 ahıl və tənha  şəxsə CD-pleyer paylanıb. Bakı, Xırdalan və Gəncə şəhərlərində istedadlı əlillərin əl işlərinin satış sərgiləri, eyni zamanda musiqi istedadı olan əlillərin ifasında konsert proqramları təşkil olunub. Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bir sıra reabilitasiya məşğələləri aparılıb. Uşaqlar üçün loqoped xidməti, idman-intensiv hərəkətlər və digər  təlimlər təşkil olunub. Aztəminatlı ailələrdə yaşayan beş yaşlı 60 uşaq üçün məktəbəhazırlıq kursları təşkil olunub. Sabirabad rayonunda yaşayan aztəminatlı ailələrin övladlarının paytaxt Bakı şəhəri başda olmaqla, zəngin tarixə malik Quba  və Şəki şəhərlərinə eko-turları təşkil olunub. 
 
Həyata keçirilən layihələr çərçivəsində sağlamlıq imkanı məhdud olan 22 uşağın əl işlərindən ibarət sərgi keçirilib. 50 nəfər sağlamlıq imkanı məhdud olan Qarabağ müharibəsi iştirakçısının, əlil-veteranın Qəbələ, İsmayıllı, Şamaxı, Qusar və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə göndərilməsi təşkil olunub. Müxtəlif mövzular üzrə 91 tədbir keçirilib, 2 adda kitab, 2 adda broşur, 14 adda buklet nəşr olunub, 2 sosial çarx hazırlanıb. Bu layihələr çərçivəsində 10 təlim keçirilib. 
 
Monitorinqlər göstərir ki, QHT-lərin şəhid ailələri, Qarabağ müharibəsi veteranlarının, qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı layihələr çərçivəsində ehtiyaclı ailələrin üzə çıxarılması, onların sosial problemlərinin öyrənilməsi və bunun həlli üçün aidiyyatı dövlət orqanlarına müraciət edilməsi istiqamətində daha da effektiv və davamlı fəaliyyət göstərməsi lazımdır.
 
Şuranın 2016-cı ildə ikinci qrant müsabiqəsi çərçivəsində sosial xidmət sahələrində könüllü fəaliyyətin genişlənməsinə dair təşəbbüslər istiqamətində maliyyələşdirdiyi 5 layihə (cəmi 53000 manat) Bakı, Sumqayıt, Gəncə, Qazax və Qubada həyata keçirilib. Bu layihələr çərçivəsində 3-ü təlim olmaqla, 21 tədbir keçirilib, 3 adda buklet nəşr olunub. Əlilliyi olan fiziki məhdudiyyətli 32 uşağın əl işlərindən ibarət sərgi təşkil olunub, 50 nəfər məişət zorakılığı qurbanına psixo-sosial dəstək göstərilib, məktəblilər arasında ətraf mühitin mühafizəsinə həsr olunmuş yazı müsabiqəsi keçirilib. Həmçinin ağacəkmə aksiyası, evlərində tənha yaşayan ahıl insanlara sosial xidmət təşkil olunub. 
 
QHT-lərin sosial xidmət sahələri üzrə layihələri çərçivəsində ev işlərində ahıl, xəstə insanlara kömək edilməsi, bu məqsədlə iməcliklərin həyata keçirilməsi, belə şəxslər üçün açıq təbiətə ekskursiyalar, turlar təşkil olunması, onların teatrlara aparılması, cəmiyyətə inteqrasiyasına yardım edilməsi, asudə vaxtlarının şən, səmərəli keçirilməsinə çalışılması çox faydalıdır. 
 
Şuranın 2016-cı ildə III qrant müsabiqəsi çərçivəsində  sosial - iqtisadi inkişafa dair təşəbbüslər və QHT layihələrinə biznes qurumlarının dəstəyinin təşviq edilməsinə dair təşəbbüslər istiqamətlərində maliyyələşdirdiyi layihələrin monitorinqi də maraqlı nəticələr üzə çıxarıb. Sosial-iqtisadi inkişafa dair təşəbbüslər istiqaməti üzrə ümumi məbləği 127000 manat olan 15 layihə, QHT layihələrinə biznes qurumlarının dəstəyinin təşviq edilməsinə dair təşəbbüslər istiqaməti üzrə 32000 manat məbləğində  4 layihə maliyyələşdirilib. 
 
Sosial-iqtisadi inkişafa dair təşəbbüslər istiqaməti üzrə həyata keçirilən layihələr çərçivəsində 5 təlim, 49 müxtəlif adda tədbir təşkil olunub, 1 adda kitab, 10 adda buklet nəşr olunub, 1 sayt, 2 sosial çarx hazırlanıb. Layihələr Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində, Qəbələ, Şamaxı, Sabirabad, Quba, Bərdə, Şəki, Salyan, Saatlı, Hacıqabul rayonlarında həyata keçirilib. Bu layihələrin icrası zamanı sosial imkanları məhdud 61 uşağın valideyninə hüquqi yardım göstərilib, regionlarda sosial problemlərin həllində könüllülük işinin gücləndirilməsi məqsədilə “Könüllülük Məktəbi” yaradılıb. Regionlarda fəaliyyət göstərən qadın fermerlərinin uğur hekayələri və müsahibələri hazırlanaraq mediada yayımlanıb. Həmçinin cəzaçəkmə müəssisələrində  azadlığa çıxmaq ərəfəsində olan 50 məhkuma hüquqi, tibbi, sosial, psixoloji yardım göstərilib, azadlığa çıxmış şəxslərin sosial adaptasiya prosesinə köməklik göstərilməsi üçün “qaynar xətt” yaradılıb. Bakı şəhəri və Quba-Xaçmaz rayonlarında 200-dən çox hemofiliyalı uşaq üçün stomatoloji xidmət təşkil olunub, Maştağa qəsəbəsində 20 nəfər sağlamlıq imkanı məhdud olan uşağa mobil sosial xidmət göstərilib. 
 
QHT layihələrinə biznes qurumlarının dəstəyinin təşviq edilməsinə dair təşəbbüslər istiqaməti üzrə layihələr Bakı, Quba, Gəncə şəhərində həyata keçirilib. Bu çərçivədə “Dövlət-özəl sektor tərəfdaşlığı”  adlı  video-çarx və www.ppp.az  internet səhifəsi hazırlanıb. Beyləqan rayonunda bir bələdiyyənin ərazisində 2 km yararsız yol təmir edilib. 
 
QHT-lərə biznes qurumlarının dəstəyinin artırılması istiqamətində Bakı və Gəncə şəhərində “SİNERJİ” Forumu keçirilib. QHT-lərin özəl sektorun inkişafı istiqamətində qarşıya çıxan problemlərin ictimailəşdirilməsini təmin etməklə biznes və dövlət qurumları arasında effektiv “körpü” rolunu yerinə yetirməsi sahibkarların ictimai problemlərin həllində donora çevrilməsinin təşviqi baxımından mühüm amildir. 
 
Hər üç müsabiqə çərçivəsində həyata keçirilən layihələrin piar işinin daha da gücləndirilməsi arzuolunandır. KİV-lərlə iş, icra olunan layihələrin nəticəsinin dolğun şəkildə ictimaiyyətə çatdırılmasının təşkili QHT-lərdən elmi və praktiki yanaşma tələb edir. Bu baxımdan QHT-lər həyata keçirdikləri layihələrin icra prosesinə peşəkar piar mütəxəssislərini cəlb etməyə çalışması faydalı olardı.  
 
QHT-lərin layihənin icrası prosesində fəaliyyətlərin həyata keçirilməsi ilə bağlı planlaşdırmanı tamlıqla düzgün həyata keçirə bilməmələri, icra planının tərtibində qeyri-peşəkarlığa yol vermələri hallarına da rast gəlinir. Elə buna görə də bir çox QHT-lər layihənin icrası müddətində tədbirlərin keçirilmə vaxtının dəyişdirilməsi ilə əlaqədar Şuraya müraciət edirlər. Belə risklərin qarşılanması üçün QHT-lərin fəaliyyətlərini öncədən rasional formada planlaşdırmaları, layihələrin icrasına daha məsuliyyətli yanaşmaları, bütün məsələləri nəzərə almaları vacibdir. Diqqət çəkən digər bir məsələ də bəzi hallarda QHT-lərin həyata keçirdikləri uğurlu layihələrin hesabatlarını hazırlayarkən əldə olunan nəticələri yetərincə müfəssəl və dolğun şəkildə təqdim edə bilməmələridir. QHT-nin səmərəli şəkildə həyata keçiridiyi layihəyənin hesabatını da detallı olaraq, peşəkarlıqla hazırlaması vacibdir. 
 
Layihələrin real icrası prosesi ilə bağlı foto və video çəkilişlərdə müsbət mənada keyfiyyət dəyişikliyinin müşahidə olunması diqqətiçəkən hallardan biridir. Həmçinin QHT-lərin elektron xidmətlərdən istifadə bacarıqlarının artması da təqdir olunmalıdır. Öncəki illərdə emaillərdən istifadə sahəsində problemlər mövcud olsa da, 2016-cı ildəki qrant müsabiqələri çərçivəsində maliyyələşən layihələrlə bağlı QHT-lərlə email vasitəsi ilə əlaqə yaradılması intensivləşib. Demək olar ki, QHT-lərin artıq 90 faizdən çoxunun bu sahədə bacarıqları formalaşıb. 
 
QHT-lərin bacarıq və vərdişlərinin inkişaf etdirilməsi məsələlərini həmişə diqqət mərkəzində saxlayan Şura layihələrin icrasının nəticələrini daima təhlil edərək QHT sektorunun inkişafı üçün müxtəlif istiqamətlər üzrə dəstəyini və səylərini davam etdirir. 
 
Nigar Ağakişiyeva
Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 
Katibliyinin aparıcı məsləhətçisi
Oxşar xəbərlər
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 16:19
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
19 Apr 2024 | 16:07
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
19 Apr 2024 | 16:02
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
19 Apr 2024 | 16:01
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:56
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
19 Apr 2024 | 15:47
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
19 Apr 2024 | 15:44
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 15:35
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
19 Apr 2024 | 15:34
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 15:25
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
19 Apr 2024 | 15:20
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
19 Apr 2024 | 15:17
Meteohəssas insanlar üçün PROQNOZ
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:15
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
19 Apr 2024 | 15:13
Tovuzda qadının üstünə benzin töküb yandırdı
19 Apr 2024 | 15:13
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
19 Apr 2024 | 15:08
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
19 Apr 2024 | 15:02
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
19 Apr 2024 | 14:55
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
19 Apr 2024 | 14:48
Türkiyə XİN İsraillə İrana çağırış edib
19 Apr 2024 | 14:47
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
19 Apr 2024 | 14:47
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
19 Apr 2024 | 14:43
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
19 Apr 2024 | 14:42
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
19 Apr 2024 | 14:41
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
19 Apr 2024 | 14:36
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
19 Apr 2024 | 14:33
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
19 Apr 2024 | 14:25
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
19 Apr 2024 | 14:21
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 14:11
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
19 Apr 2024 | 14:09
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
GÜNLÜK
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
19 Apr 2024 | 07:49
İranda partlayış baş verib
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 22:04
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
AYLIQ
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
19 Apr 2024 | 07:49
İranda partlayış baş verib