Xəbər lenti
21/10/2017 [23:42]:
Zirvədən geriyə baxanda...
21/10/2017 [23:39]:
Putindən şok xəbərdarlıq: “Atomdan daha təhlükəli silah yaranır”
21/10/2017 [23:39]:
Seyran Səxavətin dilinin obrazlılığı - Obrazlarının dili...
21/10/2017 [23:29]:
Cüdoçularımızdan fantastik nəticə - Finalda erməniyə qalib gəldi
21/10/2017 [23:29]:
Tanınmış vəkil Baş Dövlət Yol Polisi İdarəsini məhkəməyə verir...
21/10/2017 [23:23]:
Gürcüstanda azərbaycanlıların yaşadığı kəndin seçki məntəqəsinə polis cəlb olundu
21/10/2017 [23:15]:
Qətlə yetirilən Tərtər sakininin atası Space və Xəzər TV-ni ittiham etdi - İzi azdırmağa çalışıblar...
21/10/2017 [22:45]:
"Ərdoğan heç zaman "kürd kəndiri"ni öz boğazına keçirməz..."
21/10/2017 [22:31]:
Azərbaycanlı hərbi jurnalist Putinə müraciət etdi - Gözlənilməz...
21/10/2017 [22:25]:
Azərbaycan Milli Hərəkatının ideoloji əsasları...
21/10/2017 [22:13]:
Haçadağda erməninin nə ölümü vardı ki...? - "Qədim tarix" xəstələri...
21/10/2017 [22:08]:
Bərzaniyə daha bir zərbə - İraqdakı bütün neft quyuları rəsmi Bağdadın nəzarətinə keçdi
21/10/2017 [22:00]:
Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər başa çatdı
21/10/2017 [21:59]:
ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev qurumun prezidentinin dəyişməsinə aydınlıq gətirdi
21/10/2017 [21:52]:
Arvadına uşağının gözü qarşısında 8 zərbə vurub - Təfərrüat + Yenilənib
21/10/2017 [21:07]:
Almaniyada qadın siyasətçi boğazı kəsilərək öldürülüb - Xəyanət üstündə
21/10/2017 [21:02]:
Kataloniya rəhbərliyi işdən çıxarıldı -Növbədənkənar parlament seçkiləri keçiriləcək
21/10/2017 [20:34]:
İntizam Komissiyası Zeynəb Xanlarovanın da məsələsinə baxa bilər - AÇIQLAMA
21/10/2017 [20:32]:
Müsavatda seçki keçirildi -Heç kim səs toplaya bilmədi
21/10/2017 [20:31]:
Prezidentin Ehtiyat Fondunda nə qədər vəsait olur... - Gələn ilin məbləği məlum oldu
21/10/2017 [19:44]:
Makedoniyalı siyasətçi: "Qarabağ sevgisini kağızda yox,ürəyimizdə yaşadırıq"
21/10/2017 [19:16]:
Cümhuriyyət parlamentinin yeganə qadını - Mollaların təhdid etdiyi başıaçıq xanım kim idi?.. - FOTO
21/10/2017 [19:11]:
Azercell yarışma elan edir - Qalibə 1500 manatlıq hədiyyə veriləcək
21/10/2017 [18:54]:
Gürcüstandakı seçkilərdə azərbaycanlılar sıxışdırılır - Əraziyə qüvvə yeridildi
21/10/2017 [18:50]:
Ağa Musa Nağıyev oğlunun müalicəsi üçün niyə pul vermədi?- Tarixi fakt
21/10/2017 [18:48]:
“Sistem tam oturuşana qədər “Qaydalar”da dəyişikliklər labüddür”
21/10/2017 [17:58]:
Saakaşvili Hikmət Cavadovla şam etdi - Mitinq şəhərciyində - VİDEO
21/10/2017 [17:55]:
Nəcməddin Sadıkov ABŞ-a gedib
21/10/2017 [17:52]:
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlir
21/10/2017 [17:46]:
Həyat yoldaşımın arzusunu gerçəkləşdirdim: “13 uşağı övladlığa götürdüm”-FOTOLAR
21/10/2017 [17:20]:
Rəsulzadənin şorsatan kişiyə görə "qorodavoy"u döyməsi- Romanın V Fəsli
21/10/2017 [17:12]:
14 yaşlı qız evli kişidən hamilə qaldı -Bakıda biabırçılıq
21/10/2017 [17:08]:
Rusiyanın energetika nazirinin qızının fotoları yayıldı - İlk dəfə
21/10/2017 [17:01]:
FETÖ-nün əsas adamlarından biri həbs olundu
21/10/2017 [16:58]:
Rusiyada bomba həyəcanı - İcra Hakimiyyətinin binası boşaldıldı
21/10/2017 [16:51]:
Rusiya XİN: “İŞİD-lə mübarizədə istənilən addımları təqdir edirik”
21/10/2017 [16:46]:
Direktor toya nəmər kimi diplom salıb - Ramiz Məmmədov adını "Tarix"ə yazdıra bildi...
21/10/2017 [16:39]:
Dünyanın ən kök uşağı hesab olunan körpə rekord çəkidədir - FOTOLAR
21/10/2017 [16:17]:
Türkiyənin məşhur məşqçisi: “Qarabağı və “Qarabağ”klubunu çox sevirik”
21/10/2017 [16:15]:
Qənirə Paşayeva “3-cü Qardaşlıq Mədəniyyəti” adlı tədbirdə çıxış etdi - FOTOLAR
21/10/2017 [16:09]:
Moskva türklərin hesabına paytaxt olub!.. -Məşhur prodüserdən şovinistlərə sərt cavab
21/10/2017 [16:02]:
Qərb Universitetində beynəlxalq münaqişələr üzrə tanınmış ekspert Arye Qutla görüş keçirildi
21/10/2017 [15:59]:
“Hərbçi peşəsi üçün yalnız savadlı olmaq yetərli deyil”
21/10/2017 [15:54]:
Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirilib
21/10/2017 [15:47]:
Dəniz Baykalın səhhəti ilə bağlı yeni AÇIQLAMA
21/10/2017 [15:42]:
Azərbaycan pomidorlarının Rusiyaya buraxılmamasının SƏBƏBLƏRİ
21/10/2017 [15:09]:
1980-90-cı illərdə bütün insanları ram edən məşhur seriallar- MARAQLI
21/10/2017 [14:52]:
“Qarabağ” azarkeşlərini təhqir edən “Sabah”lı yazar üzr istədi - FOTO
21/10/2017 [14:19]:
Rusiyada kriminal OLAY - Ermənilər bir-birlərini güllələdilər - 2 ölü, 1 yaralı...
21/10/2017 [14:15]:
Millət vəkili Elnur Əliyev haqqında filimin təqdimatında televiziyalara çağırış etdi
21/10/2017 [14:03]:
Prezident mükafatları artırılır -Ayda 500 manat
21/10/2017 [13:41]:
“Şeyxülislam başda olmaqla bütün dindarlar Mehriban Əliyevanın namizədliyini dəstəkləyəcək”
21/10/2017 [13:35]:
Azərbaycanlı millət vəkilindən Ərdoğana dəstək...
21/10/2017 [13:27]:
“Rafiq Hüseynov birinci, yaxud, ikini gün Almaniyada olacaq”- Diktorun həyat yoldaşı
21/10/2017 [13:25]:
Dağlıq Qarabağda iki erməni hərbçi ölüb
21/10/2017 [13:20]:
İşlədiyi mağazadan 30 minlik mal oğurladı, tutuldu
21/10/2017 [13:15]:
Avtobus dayanacaqlarının “BUS” sözü ilə işarələnməsi normaldırmı?
21/10/2017 [13:12]:
Ermənistan hərbçiləri qəzaya düşdülər -İki yaralı...
21/10/2017 [13:10]:
“Qarabağ” qrupdan çıxa bilər - UEFA açıqladı
21/10/2017 [13:07]:
Nazirlik çaylardakı suyun səviyyəsi haqda məlumat yaydı
21/10/2017 [13:03]:
Bakıda intihara cəhdin qarşısı alındı
21/10/2017 [12:55]:
Bakıda ekstrasens "Gelandewagen"lə qəzaya düşdü – FOTO
21/10/2017 [12:53]:
Hava ilə bağlı xəbərdarlıq - Leysan, külək, şimşək...
21/10/2017 [12:47]:
Milyarder Trampın impiçmenti üçün kampaniyaya başladı - VİDEO
21/10/2017 [12:31]:
Zakir Həsənov müşavirə keçirdi
21/10/2017 [12:25]:
“Maşın şou”da saxtakarlıq olub? -Video
21/10/2017 [12:23]:
Rza Talıbovun kitabı Gürcüstanda təqdim olundu - FOTOLAR
21/10/2017 [11:56]:
Vaqif Əsədov üstündə erməni bayrağı əks olunmuş avtomobildən danışdı...
21/10/2017 [11:53]:
Ramil Usubov Gəncədə şikayətçi vətəndaşları qəbul etdi
21/10/2017 [11:45]:
Səfir Hulusi Kılıc: “Azərbaycana təkrar səfir kimi gəlmək istərəm”
21/10/2017 [11:28]:
Avropanın meyvəsi - görüntüsü gözəl, dadı isə yox
21/10/2017 [11:26]:
“O adlar insana bir şərtə qoyula bilər, əks halda böyük günahdır” -Allahın 99 ADI
21/10/2017 [11:20]:
Fransız filosofu: “Qərb dünyası İmam Hüseynin (ə) fədakarlığına ehtiyac duyur”
21/10/2017 [11:17]:
“Rəşadətli hücumun qarşısını Surət Hüseynovun xəyanətkar hərəkətləri aldı”
21/10/2017 [11:08]:
Ronaldodan növbəti xeyirxah addım - 370 yaralıya yardım etdi
21/10/2017 [11:06]:
“Qarabağ”dan sərt cavab - “Səviyyəsiz...”
21/10/2017 [11:05]:
Bakının “əli” güclənir, İrəvan şanssız qalır -İşğalçıya çarpaz zərbə
21/10/2017 [11:02]:
"“Sabah” Azərbaycandan üzr istəməlidir " - Qənirə Paşayeva
21/10/2017 [10:57]:
Türkiyənin məşhur qəzetində “Qarabağ”ı təhqir etdilər...
21/10/2017 [10:47]:
YAP da mitinq keçirəcək?..
Bütün arxiv bir sırada
21/09/2017 [09:39] - Cəmiyyət - ( 5343 dəfə baxılıb)

Ziya Məmmədov üçün çətin seçim: Həbs təhlükəsi ilə yaşamaq, yoxsa sürgün...?



Sabiq nazirin ailə üzvünün Türkiyədə dəbdəbəli moda dəfiləsi keçirməsini əks etdirən fotoların ölkə mediasına sızdırılmasından sonra bacısının məktəbində yoxlamalar başladı; bu məsələ təkcə məktəb direktorunun işdən çıxarılması ilə bitməyə də bilər...

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov vəzifəsini itirdikdən sonra sakit həyat yaşamağa başlayacağı gözlənilsə də, son günlər onun adı ətrafında qalmaqallı və müəmmalı proseslər baş verməkdədir. Məmmədovlar hakimiyyətdə etibarlarını  itirdikdən sonra Z.Məmmədov vəzifəsini, qardaşı deputatlıq kürsüsünü, ailə biznesinə rəhbərlik edən oğlu Anar Məmmədov isə iddialara inansaq, Azərbaycanda yaşamaq hüququnu itirib. Vaxtilə ölkənin ən iri oliqarxı olan Məmmədovların biznes imperiyası daha əvvəlki kimi qüdrətli deyil, sözlərinin kəsəri qalmayıb.

Onlar isə bu durumla barışmır, imkan düşdükcə “boy göstərməyə” çalışırlar. Elə bu günlərdə Anar Məmmədovun ailə üzvünün Türkiyədə dəbdəbəli moda  dəfiləsi keçirməsini əks etdirən fotoların ölkə mediasına sızdırılması da deyilənlərə sübut ola bilər. Yada salaq ki, iki ay əvvəl Elton Məmmədovun medianın yaxşı tanıdığı oğlu Aynar Məmmədov Bakıda yeni çay evinin açılışını etmişdi. Mərasimə şou-biznes nümayəndələrini dəvət edən Aynar Məmmədov daha böyük və ciddi layihələr həyata keçirmək gücünü itirsə də, hələ “ayaqda olduqları” mesajını verdi. Təsadüfi deyil ki, Məmmədovların qapıları aylardır bağlı olan “Yelkən hoteli”nin axşamlar rəngbərəng işıqları yandırılır ki, işləməyən bir obyektə bu qədər işıq pulu xərclənməsi özü maraq doğurur. Bunlar oxucu üçün xırda detallar kimi görünə bilər, Məmmədovlar üçün isə bu işıq özü belə təskinlikdir.

Image result for Garant holding

Aylardır ölkədə olmayan oğlunun  bir müddət öncə facebook hesabında dibçəkdə əkilmiş narıncı meyvə şəklini paylaşması da  müxtəlif  reaksiyalar doğurmuşdu. Narıncı rəngin Azərbaycanda daha çox “inqilab”la  assosiasiya olunduğunu yada salmaq kifayətdir... Yeri gəlmişkən, oğlu Məmmədovun rəhbərlik etdiyi “Garant Holdinq”in fəaliyyəti ilə bağlı da indi informasiya almaq müşkülə çevrilib. Şirkətin qapısının bağlandığı, bəzi xəbərlərə görə isə fəaliyyətinin tam məhdudlaşdırıldığı, bütün aktivləri - hotellərdən tutmuş restoranlaradək satışa çıxarıldığı da yayılan xəbərlər sırasındadır.

Image result for Anar Məmmədov

Sabiq nəqliyyat naziri “Nizami” metrostansiyasının yaxınlığında, Xarici İşlər Nazirliyinin arxasında yerləşən tikilidəki 250 kv.m sahəsi olan mənzilini 750 min manata satışa çıxardığı artıq təsdiqlənmiş informasiyadır. Z.Məmmədov özü mediaya çıxmır, iki gün əvvəl isə jurnalistlərdən birinin sualına “siz açıqlama yox, bağlama alırsınız” deyərək telefonu qapatması sabiq nazirin motivasiyasının yerində olmadığına işarədir. Məmmədovlar hakimiyyətdən uzaqlaşdırılması ilə barışa bilmir və deyilənə görə, iqtidarda xeyli adamı “qara siyahı”ya da salıblar.

Image result for Ziya məmədov evini

Z.Məmmədovun təhlükədən qurtula bildiyi haqda da iddialar var. Onun və müavini Arif Əsgərovun  dəmiryoluna ayrılmış pulları necə korrupsiya yeminə çevirdiyi hazırda Strasburqda məhkəmə predmetidir. Məmmədovların “boy göstərmək” istədiyi bir vaxtda isə ailənin daha bir üzvünün adı ətrafında ciddi qalmaqal yaranıb.  Belə ki, sabiq nazirin bacısının uzun illərdir rəhbərlik  etdiyi “Tərəqqi” liseyində yoxlamalar başlayıb. Dünən gün ərzində  bu mövzuda müxtəlif ziddiyyətli xəbərlər yayılıb. Məsələn, direktorun qardaşı Elton Məmmədov deyib ki, heç bir yoxlama-filan yoxdur, üstəlik bacısı da iş başındadır. Bakupost.az saytı isə yazıb ki, liseydə yoxlama başlamazdan əvvəl Təhsil Nazirliyinin məsul şəxsləri xanım direktora işdən çıxması ilə bağlı könüllü ərizə yazmasın tələb ediblər.

Image result for Məhbubə Məmmədova

Əməkdar müəllim olan M.Məmmədova isə bunun üçün heç bir səbəb olmadığını göstərərək, ərizə yazmaqdan imtina edib. “Buna görə də nazirlik yoxlama ilə  direktoru cəzalandırmaq, onu işdən çıxarmaq qərarını verib”, deyə, xəbərdə bildirilib.

Liseydən daxil olan məlumatda bildirilir ki, Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin xeyli əməkdaşı yoxlamalara başlayıb, hətta həmin gün müəllimlərinin lisey ərazisini tərk etməsinə icazə verməyib. Onu rüşvətdə suçlamaq üçün lazımı materiallar toplandığı  da gələn informasiyalar arasındadır.

M.Məmmədovaya yüksək qan təzyiqi ilə yaxınlıqdakı xəstəxanaların birinə getdiyi iddia olunub. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov APA-ya açıqlamasında “Tərəqqi” liseyində araşdırma aparıldığını təsdiqləyib. C.Valehov yoxlamanın nə ilə bağlı olduğunu açıqlamayıb. M.Məmmədovanın işdən çıxarılması barədə yayılan məlumatlara gəlincə, C.Valehov bunu təsdiqləməyib. Bəzi saytlar isə direktorun işdən çıxarıldığını iddia edib.

Image result for Tərəqqi liseyi

İstənilən halda, dərs ili başlayan kimi vaxtilə şikayətlərə baxmayaraq kimsənin yoxlamaya cəsarət etmədiyi, M.Məmmədovanın isə özünü tam arxayın hesab etdiyi bir müəssisədə yoxlamalar başlaması diqqəti yenidən Z.Məmmədovun personasına  yönəldib.  Adətən hakimiyyət “vurulmuş” məmurların ətrafını  o vaxt  “təmizləyir” ki, o adamların ciddi yanlışları olur. Məmmədovların iqtidara dönüklüyü səbəbindən “vurulması” ən çox səslənən versiyadır. M. Məmmədovanın sonrakı taleyinin necə olacağı barədə birmənalı fikir yürütmək  mümkün deyil. Amma fakt faktlığında qalır ki, Məmmədovlar “həm suçlu, həm də güclü” olmaq istəmələrinin bəlasını çəkirlər. Bu isə təkcə məktəb direktorunun işdən çıxarılması ilə bitməyə də bilər.

Təhlükə şəxsən Z.Məmmədova doğru gəlir... Adlada biləcəkmi?(musavat.com)

Seyran Səxavətin dilinin obrazlılığı - Obrazlarının dili...
“Sistem tam oturuşana qədər “Qaydalar”da dəyişikliklər labüddür”
Türkiyənin məşhur məşqçisi: “Qarabağı və “Qarabağ”klubunu çox sevirik”
Sən adlı dərdimin dərmanı yoxdur, bir dərdsən ki, dərman özün, dərd özün...
“Azərbaycan Rusiyanın tərkibinə daxil olmalıdır” - Rusiyanın baş təlxəyi...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Bərzaniyə daha bir zərbə - İraqdakı bütün neft quyuları rəsmi Bağdadın nəzarətinə keçdi
Hadisə
Direktor toya nəmər kimi diplom salıb - Ramiz Məmmədov adını "Tarix"ə yazdıra bildi...
Dünya
Dünyanın ən kök uşağı hesab olunan körpə rekord çəkidədir - FOTOLAR
Cəmiyyət
“Hərbçi peşəsi üçün yalnız savadlı olmaq yetərli deyil”
Cəmiyyət
Azərbaycanlı millət vəkilindən Ərdoğana dəstək...
Həftənin ən çox oxunanları
“Hər imkanda məni zorlayırdılar” - Olimpiya çempionu+ Fotolar
"Hafka"nın saxlandığı xəbəri yayıldı - Silahlı basqına görə
Laçın rayonun bütün kəndlərinin kosmosdan hazırkı görüntüləri - VİDEO
Mütəxəssislərdən xəbərdarlıq: “İctimai nəqliyyatda yaşlılara yer verməyin...”
Gecələdiyi avtobusda ölüsü tapılan aktyor - FOTOLAR
"Sükan arxasında şirin söhbət etmək də, nağıl danışmaq da olar..."
14 yaşlı qızının seks videolarını çəkib sevgilisinə yollayan ana da varmış - DƏHŞƏT...
“Bundan sonra Sarkisyanla danışıqlara getməyin heç bir mənası yoxdur”
"Əgər İraq ordusu ildırım sürətiylə Kərkükü döyüşsüz ələ keçirdisə..."
Prezident Aparatındakı müşavirədə tənqidi çıxışı ilə hamını heyrətləndirdi... - VİDEO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin