Xəbər lenti
22/07/2018 [22:49]:
İranda baş verən zəlzələ zamanı xəsarət alanların sayı 287 nəfərə çatdı
22/07/2018 [22:25]:
Şəkidə 32 yaşlı qadın dərmandan zəhərləndi
22/07/2018 [22:20]:
Rusiya Ermənistana kredit sazişi üzrə 200 milyon dollarlıq silah verdi
22/07/2018 [22:14]:
Goranboyda minik və yük avtomobilləri toqquşub, yaralılar var
22/07/2018 [19:37]:
Hansı ölkə vətəndaşlığı neçəyə satır? – Siyahı
22/07/2018 [19:31]:
Ölünü dirildə bilməyən “peyğəmbər” həbs edildi
22/07/2018 [19:30]:
Dünyanın ən intizamlı əsgəri 27 il komandirinin əmrini gözləyib
22/07/2018 [19:21]:
Mustafa Ceceliyə daha bir zərbə
22/07/2018 [18:40]:
Britaniya Brexitlə əlaqədar Aİ-yə pul ödəməkdən imtina edə bilər
22/07/2018 [18:33]:
Ərdoğan Afrika turuna çıxır - İlkə imza atacaq
22/07/2018 [18:09]:
Kılıçdaroğlu CHP-dən gedəcəkmi? - Sirlər açılır
22/07/2018 [18:08]:
Cəlilabadda yol qəzasında iki qardaş öldü...
22/07/2018 [18:06]:
Kosmosda dövlət quran azərbaycanlı milyarder planlarını açıqladı
22/07/2018 [18:05]:
“Elektrik cərəyanını göstərib ki, əlini oradan tut və özünü öldür” -Dəhşətli qətlin təfərrüatı
22/07/2018 [17:56]:
Həbsxanadan çıxanlara EV VERİLƏCƏYİ bəlli oldu
22/07/2018 [17:52]:
ABŞ-ın Rusiyadakı səfirinin də istefası tələb edilir: O, hətta öz qızının belə, tənqidləriylə üzləşib
22/07/2018 [17:23]:
Salyanda təcili yardım maşını qəzaya düşdü - Xəsarət alan var
22/07/2018 [17:21]:
İranda gün ərzində üçüncü dəfə zəlzələ oldu - 20 nəfər xəsarət alıb
22/07/2018 [17:11]:
Bakıda mənzildə meyit tapıldı
22/07/2018 [17:05]:
Kürdəmirdə 5 yaşlı uşağın ölümündə ögey ata günahlandırılır
22/07/2018 [17:02]:
Paytaxt bazarlarında xiyar bahalaşdı
22/07/2018 [16:58]:
Ölkədə tikilən mənzillərin kvadratmetrinin dəyəri bəlli oldu
22/07/2018 [16:52]:
Milli Mətbuat və jurnalistika gününə VİKİTÖHFƏ...
22/07/2018 [16:12]:
Əflatun Amaşov: "Mətbuatın rolu əvəzsizdir"
22/07/2018 [16:10]:
Britaniya Brexit ilə əlaqədar Aİ-yə pul ödəməkdən imtina edə bilər
22/07/2018 [16:08]:
“Dövlətimiz mətbuatın inkişafına hərtərəfli şərait yaradıb” - Əbülfəs Qarayev
22/07/2018 [16:05]:
CAR-da mikroavtobus atəşə tutuldu - 11 ölü
22/07/2018 [16:02]:
Dünyanın ən çox pul qazanan musiqiçiləri açıqlandı
22/07/2018 [16:01]:
Atatürkü məzarı başında təhqir edən qadın məhkəmə qarşısına çıxarıldı...
22/07/2018 [15:55]:
Milli azadlıq hərəkatının başlanmasından sonra ilk yaranan mətbu orqanlar...
22/07/2018 [15:46]:
XXI əsrin böyük bəlasından necə xilas olmaq lazımdır? - Mütəxəssis tövsiyyəsi...
22/07/2018 [15:40]:
Balıqçılar 24 saata müxtəlif növ 20 köpək balığı tutdular - AĞILASIĞMAZ FOTOSESSİYA...
22/07/2018 [15:32]:
Rusiyanın Ermənistandakı bazasının komandiri Panikdəki panikadan danışdı... - VİDEO
22/07/2018 [15:03]:
Ruhani Trampa xəbərdarlıq edib: Şirin quyruğu ilə oynama
22/07/2018 [14:48]:
Ermənilərin Azərbaycanda becərdiyi nar bağları od tutub yandı - FOTO
22/07/2018 [14:41]:
Azərbaycanda toyda kütləvi zəhərlənmə - 5-i UŞAQDIR
22/07/2018 [14:39]:
Gürcüstan patriarxının halı pisləşib
22/07/2018 [14:38]:
Qarabağ qazisi vəfat etdi – VƏZİFƏLİ ŞƏXSİN QARDAŞIDIR
22/07/2018 [14:23]:
"Xoşbəxtəm ki, demokratik və azad mətbuatın bərpası və inkişafında mənim də xidmətim var"
22/07/2018 [14:06]:
Sabah hava küləkli olacaq, yağış yağacaq
22/07/2018 [13:55]:
Sərdar Ortacın özündən kiçik “super qayınana”sı - FOTOLAR
22/07/2018 [13:42]:
Adnan Oktarın sərvəti heyrətləndirdi
22/07/2018 [13:39]:
Rusiyalı boksçu ukraynalıya dörd çempion kəməri uğrunda döyüşdə uduzub
22/07/2018 [13:33]:
Şamaxıda kütləvi dava - 4 nəfər ağır yaralandı
22/07/2018 [13:26]:
İsrail “Ağ dəbilqəlilər”i Suriyadan çıxardı
22/07/2018 [13:19]:
Bakıda “bomj” 2 kiloqram heroinlə tutuldu
22/07/2018 [12:42]:
ADAU 1-ci Beynəlxalq Yay Məktəbinin iştirakçıları Gilan Holdinqin müəssisələrində oldular
22/07/2018 [12:18]:
Antalyada Azərbaycan şəhidləri abidəsi açılır -FOTOLAR
22/07/2018 [12:10]:
Həkimlər insan sağlamlığı üçün ən faydalı yarmanın adını AÇIQLADILAR...
22/07/2018 [11:59]:
Milli Mətbuat Günündə xatırlayacağımız mərhum həmkarlarımız - FOTOLAR
22/07/2018 [11:42]:
“Başladığım elmi işi tamamlayıb təhvil verəcəm” - Nazpəri
22/07/2018 [11:37]:
Azərbaycanlı hakim Ermənistan komandasının oyununa təyinat aldı
22/07/2018 [11:19]:
Vyetnam da təbiətin qəzəbinə tuş gəldi
22/07/2018 [11:11]:
ABŞ və Avropa arasında iqtisadi müharibə elan edildi
22/07/2018 [10:31]:
"iphone"la çəkilən FOTOLAR mükafat qazandı
22/07/2018 [10:20]:
Fədayə Laçının işi Ağır Cinayətlər Məhkəməsində
22/07/2018 [10:10]:
FHN iki nəfəri xilas etdi
22/07/2018 [10:08]:
Şanxayda 200 minə yaxın insan qasırğaya görə təxliyyə olundu
22/07/2018 [10:07]:
Çimərliklərə üz tutanlar - Ehtiyatlı olun
22/07/2018 [10:06]:
Texasda təyyarə qəzaya uğradı: Bütün sərnişinlər sağ qaldı
22/07/2018 [10:02]:
Düşmən yenə dinc durmadı - Atəşkəsi 93 dəfə pozdu
22/07/2018 [09:51]:
“Qarabağ”a yeni hücumçu transfer edildi
22/07/2018 [09:17]:
Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi
22/07/2018 [09:04]:
İngiltərədə saxlanılan fərari FETÖ-çü kəfalətlə sərbəst buraxıldı
22/07/2018 [08:58]:
Virtual təcavüzdən necə qorunmaq olar?
22/07/2018 [00:26]:
Azərbaycan milli mətbuatının 143 yaşı tamam olur
21/07/2018 [23:35]:
99 milyon illik ilan qalığı tapıldı - VİDEO
21/07/2018 [23:29]:
"Son 3 əsrdir Türk düşmənləri Türklüyün zəifləməsi yolunda xeyli iş görüblər, ancaq..."
21/07/2018 [23:12]:
100 kq-lıq qızıl pulu oğurlayan ailənin 77 evi müsadirə edildi
21/07/2018 [23:12]:
Ömrü uzadan qidalar: Xərçəngin və kəskin respirator xəstəliklərinin ölüm riskini aşağı salır...
21/07/2018 [23:08]:
Kim Kardaşyan: “Mən çox utancağam” - FOTOLAR
21/07/2018 [23:02]:
Acqarına nə yemək məsləhətdir? - ALİMLƏRDƏN İLGİNC ARAŞDIRMA...
21/07/2018 [22:56]:
Xaçmazda yanğın oldu
21/07/2018 [22:39]:
“Ağdamlı Faiq” sosial şəbəkələrdə avtoxuliqanlığı təbliğ edir -VİDEO
21/07/2018 [22:37]:
Evlərdən oğurluq edən yeniyetmələr tutuldu
21/07/2018 [22:03]:
“Qarabağ”ın rəqibi hücumçu transfer etdi
21/07/2018 [21:53]:
Türkiyə ordusundan PKK-ya daha bir zərbə
21/07/2018 [21:37]:
Ötən il Azərbaycanda evlənmək məqsədilə 19 qız qaçırıldı
21/07/2018 [21:07]:
İranda daha bir şəhər ayağa qalxdı - Video
21/07/2018 [20:57]:
Helikopterlə kişini dağ keçisinin əlindən aldılar - İnanılmaz xilasetmə əməliyyatı...
Bütün arxiv bir sırada
21/09/2017 [11:44] - Cəmiyyət - ( 691 dəfə baxılıb)

Əmək və sosial müdafiə sahələri üzrə 30-a yaxın elektron xidmət əhalinin istifadəsindədir




Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan islahatlar əmək və sosial müdafiə sahələrinin avtomatlaşdırılmış infrastrukturunun və bu sahələr üzrə əhaliyə elektron müstəvidə müasir və şəffaf xidmətlər şəbəkəsinin formalaşmasına səbəb olub.

Hazırda əmək, sosial sığorta, pensiya, müavinət və sosial yardım münasibətləri üzrə nazirliyin ümumilikdə 30-a yaxın elektron xidməti əhalinin istifadəsindədir. Təkcə ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə 516 152, cari ilin yanvar-avqust aylarında isə 6 milyon 486 min 533 müraciətin edilməsi həmin e-xidmətlərin əhalinin maraq dairəsində olduğunu təsdiq edir. Bunun əsas səbəbi isə qeyd olunan e-xidmətlərin əmək və sosial müdafiə sahələrində məmur-vətəndaş kontaktlarının minimuma endirilməsinə, vətəndaşların müvafiq sahələr üzrə dövlət xidmətlərindən real vaxt rejimində və şəffaf şəraitdə istifadəsinə, sosial xidmətlərin müvafiq təbəqələrdən olan vətəndaşlar üçün əlçatanlığının təmin edilməsinə imkan yaratmasıdır.

Xüsusən son illərdə sosial təminat sisteminin mühüm elementlərindən olan ünvanlı dövlət sosial yardımlarının təyinatı mexanizminin avtomatlaşdırılmış sistem üzərində şəffaflaşdırılması, bu sahədə insan faktorunun iştirakı olmadan elektron müraciət və təyinat sisteminin tətbiqi ümumən cəmiyyət tərəfindən rəğbətlə qarşılanıb. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev “Ünvanlı sosial yardım sahəsində də çox müsbət dəyişikliklər baş vermişdir. Şəffaflıq təmin edilir. Görülən tədbirlər, islahatlar nəticəsində bu sahə insanları daha az narahat edir. Çünki hamımız yaxşı bilirik ki, əvvəlki illərdə bu sahə ilə bağlı çoxsaylı şikayətlər daxil olurdu. Artıq yaradılan yeni sistem - şəffaflıq və sosial ədalət bu narazılığın böyük hissəsini aradan qaldırıb” deyə vurğulayıb. Ünvanlı dövlət sosial yardımı üzrə avtomatlaşdırılmış sistem beynəlxalq səviyyədə uğurlu təcrübələrdən biri kimi qəbul olunub. Bunun təzahürü kimi, Dünya Bankı tərəfindən həmin sistemə böyük maraq ifadə olunub və həmin mötəbər beynəlxalq qurumun müraciətinə əsasən, onun Vaşinqton (ABŞ) şəhərindəki mərkəzi ofisinin əməkdaşları üçün videokonfrans vasitəsilə VEMTAS-ın təqdimatı da təşkil olunub.

Hazırda sosial yardımın alınması üçün müraciətlərin edilməsi “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidməti vasitəsilə həyata keçirilir. Təkcə ötən ay bu e-xidmətə 87,3 minədək müraciətin qeydə alınması bu e-xidmətdən istifadəyə, ümumən sosial yardım hüquqlarına avrtomatlaşdırılmış sistem tərəfindən şəffaf şəraitdə baxılmasına böyük ictimai marağın ifadəsidir.

Eyni zamanda, son illərdə əlilliyin qiymətləndirilməsi üzrə xidmət də avtomatlaşdırılmış sistem üzərindən, vətəndaş-ekspert təmasları olmadan təqdim olunur. Bu elektron sistem vasitəsilə əlilliyin qiymətləndirilməsi üçün göndərişin kimə və hansı səhiyyə müəssisəsinə aid olduğu bilinmədən, tam obyektiv və şəffaf şəkildə əlillik qrupunun təyin olunub-olunmamasına dair qərar qəbul olunur. “Tibbi-Sosial Ekspert

Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi”, “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidmətləri isə əlilliyin qiymətləndirilməsinin nəticəsi barədə vətəndaşlara elektron qaydada məlumat əldə etməyə imkan verir. Ötən ay hər iki e-xidmətə 30 minə yaxın, indiyədək isə 462 mindən çox müraciət edilib.

Nazirliyin islahat tədbirlərindən biri kimi, 2014-cü ilin iyul ayından istifadəyə verilən Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi əmək münasibətlərinin və bu münasibətlərdə baş verən dəyişikliklərin elektron müstəvidə rəsmiləşdirilərək şəffaflaşdırılmasına şərait yaradıb. Bu isə digər mühüm üstünlükləri ilə bərabər, hüquqi cəmiyyət üçün vacib amillərdən biri olan işçilərin gələcək pensiya və digər sosial təminat hüquqlarının təminatında vacib hüquqi əsas da formalaşdırır. Onu da qeyd edək ki, bu sistem BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən “Çempion layihə” mükafatına layiq görülərək, BTİ tərəfindən İKT-nin tətbiqi üzrə Azərbaycana ilk mükafatı qazandırıb. “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi”, “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “İş yerinə dair arayış” kimi aktual e-xidmətləri özündə əhatə edən bu sistem geniş istifadəçi kontingenti ilə seçilir. Belə ki, ötən dövrdə “Elektron hökumət” portalına ümumi müraciətlərin 17,4 faizini (9 milyon 371 min müraciət) məhz Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə aid müraciətlər təşkil edib.

Qeyd olunanlarla yanaşı, sosial sığorta münasibətləri üzrə hazırda 10-dan çox e-xidmət əhalinin istifadəsindədir. “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi”, “Sığortaedənin (Hüquqi şəxs) onlayn uçota alınması”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Sığortaedənin (Fiziki şəxs) onlayn uçota alınması”, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Sığortaolunanlara məlumatların verilməsi” və s. e-xidmətlər sosial sığorta münasibətlərinin, o cümlədən sosial sığorta üzrə hesabatların təqdim olunması, sosial sığorta vəsaitlərinin ödənişi prosedurlarının müasir əsaslar üzərində şəffaflaşdırılmasına səbəb olub. Hazırda vətəndaşların sosial sığorta sisteminin, demək olar ki, bütün sektorları üzrə e-xidmətlərdən faydalanmaq imkanları var.

Həmçinin “Pensiya təyinatı və pensiya növünün dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Pensiyaçıya məlumatların verilməsi”, “Pensiya kalkulyatoru”, eləcə də əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuşa, uşağın anadan olmasına, uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlərlə bağlı haqq-hesab cədvəlinin təqdim olunması və s. üzrə e-xidmətlər əhalinin müvafiq sahələrdə hər hansı məmura müraciət etmədən, dövlət xidmətlərindən real vaxt rejimində, şəffaf şəkildə faydalanmasına imkan yaradıb. Bu sahədə yaradılmış e-sistemlər Beynəlxalq Sosial Təminat Assosiasiyası tərəfindən də dəfələrlə yükəsk dəyərləndirilib. Ümumilikdə, bu gün Azərbaycanın əmək və sosial müdafiə sahəsində avtomatlaşdırılmış sistemləri BMT-nin “Ərəb ölkələri, Avropa və MDB regionlarında Cənub-Cənub Əməkdaşlığı çərçivəsində Əməkdaşlıq Mexanizmləri və Həllər” adlı portalında yerləşdirilərək uğurlu iş təcrübələri kimi təbliğ olunur.

Beləliklə, əmək və sosial müdafə sisteminin bütün sahələrində şəffaflığın təmin olunması, vətəndaşlara müasir iş üsullarına əsaslanan xidmətlərin göstərilməsi istiqamətində qazanılan nailiyyətlər cəmiyyətin gözü qarşısında olan, əhalinin sosial maraqlarına xidmət edən, insanların gündəlik olaraq müşahidə etdiyi uğurlardır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkənin sosial müdafiə sistemi qarşısında qoyduğu əsas vəzifələrə, əhatəliliyin maksimum dərəcədə artırılması, səmərəliliyin yüksəldilməsi, ünvanlılığın və şəffaflığın tam təmin olunması kursuna uyğun olaraq, aidiyyəti sahələr üzrə şəffaflığa, vətəndaşlara xidmət səviyyəsinin yüksəlməsinə təminat verən islahatlar davam etdiriləcək. Qarşıdakı dövrdə avtomatlaşdırılmış sistemlər daha da genişləndiriləcək və yeni elektron xidmətlərin istifadəyə verilməsi təmin olunacaqdır.

Sərdar Ortacın özündən kiçik “super qayınana”sı - FOTOLAR
99 milyon illik ilan qalığı tapıldı - VİDEO
Kim Kardaşyan: “Mən çox utancağam” - FOTOLAR
Vaxtı keçmiş göz qələmi istifadə etdi, 3 il ərzində tamamilə kor olacaq...
Kadir İnanır filmdən gedir
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
Adnan Oktarın sərvəti heyrətləndirdi
Maraqlı
"iphone"la çəkilən FOTOLAR mükafat qazandı
Araşdırma
Ömrü uzadan qidalar: Xərçəngin və kəskin respirator xəstəliklərinin ölüm riskini aşağı salır...
Cəmiyyət
"Onların savadsızlığı, acizliyi hər zaman məni güldürüb və məndə hünər, şövq yaradıb..."
Cəmiyyət
“Atamızı itirəndə onun beş yaşı var idi...”- Şəhid zabitimizin qardaşı...
Həftənin ən çox oxunanları
Tolik güllələnən icra başçısı haqqında heç kimin bilmədiyi FAKTI AÇIQLADI - FOTO
Kəlbəcərdə hazırlanan yeni terrorçu dəstələrin görüntüləri yayıldı - VİDEO
Sərhəddə Ermənistana yük daşıyan azərbaycanlılarla ermənilərin dialoqu - ŞOK VİDEO
"Əyalətdə özünü quldurbaşı kimi aparıb xalqın nifrətini qazananlar iqtidardan qovulmalıdır"
Melanyanın ayaqları mətbuat konfransında şorgöz Lavrovun "gözünə girdi"... -FOTO
Alimlərdən yeni kəşf - Çay insanlarda bu xəstəliyin qarşısını alır...
Emin Ağalarovun xanımının gəlinliyinin qiyməti məlum oldu - İnanmayacaqsız...
Telekanallarımız və şou-biznesimiz MASONLARIN MƏKRLİ PLANLARINI İCRA EDİR...
Putin Gürcüstan və Ukraynanı NATO üzvü olmaqdan çəkindirdi...- Cavabını da aldı...
Cazibədar aparıcı buna görə ATV-dən qovulub - "Ətli-canlı olduğum üçün diqqət cəlb edirəm"
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə