Xəbər lenti
16/10/2018 [00:50]:
Sumqayıtda aprel şəhidi Əbdülməcid Axundovun 25 illiyinə həsr edilmiş tədbir keçirildi
16/10/2018 [00:19]:
“Yayda mənə məlumat verildi ki, yol artıq sıradan çıxıb…” - Prezident
16/10/2018 [00:18]:
Kardaşyanla əri prezidentə verdikləri hədiyyə ilə gündəm oldular -FOTOLAR
15/10/2018 [23:36]:
ABŞ xarici işlər naziri Türkiyəyə gedir
15/10/2018 [23:03]:
Bərdədə 24 yaşlı gəncin meyiti su arxından tapılıb - FOTO
15/10/2018 [22:47]:
Cahangir Hacıyevlə birgə sabiq deputat barəsində də cinayət işi başlanılıb
15/10/2018 [22:29]:
Kadırov Makronla Paşinyanı rəqs festivalına dəvət etdi
15/10/2018 [22:21]:
Ramil Şeydayev Rusiyada yol hərəkəti qaydalarını pozduğu üçün cərimələnib
15/10/2018 [22:05]:
Meyvezer Həbibin çağırışına cavab verdi
15/10/2018 [21:24]:
Domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları dəyişdirildi
15/10/2018 [21:04]:
Maştağa və Suraxanıda heyvan oğruları saxlanıldı
15/10/2018 [20:48]:
Bilqeyis Nəbiyevadan qeyri-adi ifa - VİDEO
15/10/2018 [20:38]:
MN: Düşənbədə Azərbaycan və Ermənistan müdafiə nazirlərinin görüşü olmayıb
15/10/2018 [20:33]:
Lerikdə yaşayış binası və yeni məktəb tikiləcək - Sərəncam
15/10/2018 [20:28]:
İlham Əliyev Lənkəranla bağlı daha 2 sərəncam imzaladı
15/10/2018 [20:27]:
Dədə Şəmşirə uzanan yaman dil "kəsildi"...
15/10/2018 [20:23]:
Prezident təbii fəlakətlərlə mübarizəyə dair sərəncam imzaladı
15/10/2018 [20:20]:
Prezident büdcədən 7 milyon manat ayırdı
15/10/2018 [20:19]:
“Təhsil Avtobusu-2018” yay məktəbinin təşkilatçıları “Bakcell”i mükafatlandırdı
15/10/2018 [20:16]:
Ortağı 60 illik iqtidarını itirdi - Merkelin siyasi sonu olacaq?
15/10/2018 [20:15]:
Astaraçay çayı üzərində körpünün tikintisinə pul ayrıldı
15/10/2018 [20:13]:
Lənkəran-Lerik avtomobil yolu yenidən qurulacaq - 9,2 milyon manat ayrıldı
15/10/2018 [20:12]:
İlham Əliyev yol və körpü tikintisinə pul ayırdı
15/10/2018 [20:11]:
Telman İsmayılov müğənninin oğurlanmasında təqsirli bilindi - Qərar
15/10/2018 [20:10]:
ABŞ İranla yeni sazişin şərtlərini açıqladı
15/10/2018 [20:10]:
“Türkiyəyə qarşı hisslərim dəyişdi” - Tramp
15/10/2018 [20:09]:
Ermənistan prezidenti Azərbaycan torpaqlarında -FOTOLAR
15/10/2018 [19:18]:
"Bu gün müxalifət lideri də İlham Əliyevin alternativsizliyini etiraf edir"
15/10/2018 [18:38]:
"Son 15 ildə İlham Əliyev Azərbaycanı regionun ən güclü və münbit ölkəsinə çevirdi"
15/10/2018 [18:33]:
“Həbib Axundova qarşı ifadə verməyə mənə təzyiq ediblər” – Təqsirləndirilən şəxs
15/10/2018 [18:19]:
“İsveçrədə diaspor işinin qurulması, inanıram ki, başqa ölkələrdə olduğu kimi çox çətin bir işdir”
15/10/2018 [18:19]:
ADAU-da İlham Əliyevin fəaliyyətinin 15 illiyi ilə əlaqədar ağacəkmə kompaniyası keçirildi
15/10/2018 [17:34]:
"Cavan oğlanı nə edirsən, pul xərcləməyəcək" - Rövşanədən müğənniyə
15/10/2018 [17:31]:
2 yaşlı uşağı zorlayıb öldürən kişiyə edam cəzası: "Hansı üzlə Allahın hüzuruna çıxacaqsan?"
15/10/2018 [17:28]:
“Elçibəy dedi ki, Xudu Məmmədov mənəvi müəllimim olub... - O, sağ qalsaydı...”
15/10/2018 [17:20]:
"Sevgilisinə nəsihət etmişdi ki, mən öləndən sonra..." - Anar Nağılbazın atası sirləri açdı
15/10/2018 [17:14]:
Xudu Məmmədovun anım günüdür - HƏYAT HEKAYƏSİ
15/10/2018 [17:04]:
Ərəb jurnalistin yoxa çıxması ilə bağlı daha bir iddia: "Öldürüb, sonra da əridiblər"
15/10/2018 [17:00]:
Yetmiş üç dövlət obyekti satışa çıxarılır
15/10/2018 [16:58]:
Navalnı Kreml qarşısında etirazların davam edəcəyi mesajını verdi -Putinin rəqibi həbsdən çıxdı
15/10/2018 [16:55]:
Badamdardakı sürüşmə evin hasarını uçurdu
15/10/2018 [16:54]:
Deputatdan Diaspor Komitəsinin çağırışlarına reaksiya – SƏS VERİN
15/10/2018 [16:35]:
“Bizim Mahatma Qandimiz yox idi…” - Azərbaycanın ilk prezidenti belə deyir…
15/10/2018 [16:30]:
Prezident Lerikdədir...
15/10/2018 [16:24]:
Bu gün konsulluqda jurnalistlə bağlı araşdırma aparılacaq
15/10/2018 [16:18]:
Prezident Astarada sakinlərlə görüşdü
15/10/2018 [15:53]:
ADPU-nun əməkdaşları EQAC layihəsi çərçivəsində keçirilmiş görüşdə iştirak ediblər
15/10/2018 [15:49]:
Frankofoniya təşkilatının üz qarası: Ermənistan
15/10/2018 [15:45]:
ADP İdarə Heyəti növbəti toplantısını keçirdi
15/10/2018 [15:40]:
Bank razılıq verməsə, bunu edə bilməzsiniz!
15/10/2018 [15:32]:
Yaşlı adam altmış ildir ağzında gül gəzdirir: SƏBƏBİ...
15/10/2018 [15:29]:
“Bu poeziya evini biz yaratmışdıq...” -Tanınmış şair
15/10/2018 [15:21]:
“Bu cür təmtəraqlı yas mərasimlərinin keçirilməsi sosial bəladır”
15/10/2018 [15:19]:
Lənkəranda 7 kəndi birləşdirən yolun açılışı oldu
15/10/2018 [15:14]:
Telman İsmayılovun qardaşı oğlu azadlığa buraxıldı
15/10/2018 [15:12]:
İlham Əliyev Lənkərandan Astaraya getdi
15/10/2018 [15:12]:
Stüardessa təyyarədən yıxıldı - FOTO
15/10/2018 [15:10]:
UNEC ABŞ-ın Linkoln Universitetilə ikili diplom proqramına başlayır
15/10/2018 [15:05]:
“Bu serialın mənə, əsərimə heç bir dəxli yoxdur” - Anar
15/10/2018 [14:59]:
Prezident və xanımı “Azərxalça” ASC-nin Lənkəran filialının açılışında
15/10/2018 [14:56]:
Atatürkün təhqir olunduğu video yayıldı, sosial media ayağa qalxdı - VİDEO
15/10/2018 [14:43]:
ADU-da ənənəvi Çin bayramı qeyd olundu
15/10/2018 [14:42]:
Saç şampununu su kimi içdi - İNANILMAZ...+VİDEO
15/10/2018 [14:37]:
Günə 41 min qazanır - Milyonçu olan Adele
15/10/2018 [14:19]:
Mütəxəssislərdən xəbərdarlıq: ”Ət yeməkdən imtina etsəniz..."
15/10/2018 [14:07]:
"Ermənistan həmişəki kimi yenə də nə qədər riyakar və ikiüzlü davrandı"
15/10/2018 [14:03]:
“Aprel döyüşləri göstərdi ki, erməni bizim əsgərimizin qarşısında dayana bilməz”
15/10/2018 [14:00]:
Paşayeva Oksford Universitetinin bu komitəsinə üzv seçildi -FOTOLAR
15/10/2018 [13:55]:
Türkiyə Suriya ilə çiyin-çiyinə döyüşə başlayır – Şok iddia
15/10/2018 [13:51]:
Təbrizin imam cüməsindən Qarabağ dəstəyi -FOTOLAR
15/10/2018 [13:47]:
"Dini mərasimlər dini siyasiləşdirmək üçün alətə çevrilməməlidir" -PA rəsmisi
15/10/2018 [13:36]:
Tarixi ada satışa çıxarıldı - 7,8 milyon dollar
15/10/2018 [13:31]:
Dini Komitənin sədri :“Gənclər adi salavat çevirə bilmirlər...”
15/10/2018 [13:24]:
“Bəzən deyirik ki, indi kitab oxumurlar, amma uşaqdan tutmuş böyüyə kimi hamının...”
15/10/2018 [12:56]:
Ukrayna erməniləri Tərtərin kəndinə yardım gətirdi... -FOTOLAR
15/10/2018 [12:50]:
UNEC stendi mükafata layiq görüldü - FOTO
15/10/2018 [12:49]:
Milli Məclis sabah 17 məsələyə görə TOPLANIR
15/10/2018 [12:48]:
Fazil Məmmədov reanimasiyaya düşüb -Xanımı onu tək buraxmır...
15/10/2018 [12:39]:
Prezident və birinci xanım Lənkəranda yeni oteldə -FOTOLAR
15/10/2018 [12:37]:
Lerikdə qadın 2 kişi ilə birləşib ərini öldürdü - Rəsmi açıqlama
Bütün arxiv bir sırada
22/09/2017 [15:43] - Gündəm - ( 1310 dəfə baxılıb)

Xoşqədəmin “zəncirlənmiş oğlan” əhvalatı yalan çıxdı



Bir neçə gün öncə “Xəzər” televiziyasında yayımlanan “Bizə danış” verilişində Masallıdan olan Şəhla Ağayeva adlı qadının öz oğlunu 20 il çox dözülməz şəraitdə, zəncirdə saxlaması ilə bağlı süjet efirə verilib. Proqramın rəhbəri Xoşqədəm Hidayətqızı ailənin yaşadığı Çaxırlı kəndinə gedərək, çəkiliş edib və zəncirdə 20 il saxlandığını iddia etdiyi İbadər Rzayevi Bakıya gətirib. Anası ilə birlikdə Bilgəhdəki sanatoriyaya yerləşdirilən şəxs veriliş efirə gedəndən sonra yaxınlarının köməyi ilə oradan qaçırılıb.

Verilişdə oğlanın hərbi xidmət keçdiyi, yaşının 35 olduğu deyilirdi. Və bu detallar onun 20 ildir zəncirlənmiş halda saxlanıldığı barədə deyilənlərlə uyğunsuzluq təşkil edirdi. Digər tərəfdən, sanatoriyaya yerləşdirilən ana-balanın oradan qaçması bəzi şübhələrə səbəb olub.

Moderator.az-ın xəbərinə görə, virtualaz.org bu məsələni araşdırıb və məlum olub ki, “zəncirlənmiş oğlan” əhvalatı da Xoşqədəmin bundan əvvəl apardığı teleproqramlardakı yalan, qəsdən dramatikləşdirilən və tamaşaçı cəlb edib insanların hissləri ilə oynayaraq, reytinq qazanmağa hesablanmış əhvalatlardan biridir.

Kənd sakinlərinin bildirdiyinə görə, Şəhla Ağayevanı aldadaraq, verilişə çəkiblər. Qonşular deyirlər ki, qadına çəkilişin oğlunun müalicəsinə kömək etmək məqsədilə edildiyi bildirilib: “Ananı aldadıb efirə çıxarıblar ki, sənin oğlunu müalicə etdirəcəyik. Artıq bu məsələnin üzərinə icra hakimiyyəti də düşüb, yəqin ki, Xoşqədəm Hidayətqızını məhkəməyə verəcəklər. Yalandan deyirlər ki, 20 ildir ana uşağı zəncirləyir. Bu qadın oğluna çox yaxşı baxır. Onu aldadıb o cür ifadələr alıblar ki, şou yaratsınlar”, - deyə qonşular bildirirlər.

Çaxırlı kəndinin bələdiyyə sədri Vahid Cəlilov da açıqlamasında qadın haqqında efirə gedən məlumatın yalan olduğunu bildirdi. Bələdiyyə sədrinin sözlərinə görə, İ.Rzayev əvvəllər tamamilə sağlam olub, yalnız hərbi xidmətə gedəndən sonra səhhətində problemlər yaranıb.

“Bu uşağın əvvəllər problemi olmayıb. 13 il əvvəl əsgərliyə gedəndən sonra səhhətində problemlər yaranıb. Tək qalanda evi yandırır, baş götürüb gedir, harasa ziyanlıq vurur. Efirdə yalandan göstəriblər ki, guya anası onu 20 ildir ki, zəncirləyir. Zəncirlənən adamın ayağında zəncirin izi olar. Anası tək adamdır, gedir mağazadan çörək alsın, məcburdur ki, evə qayıdana kimi onu bağlasın. Bu uşaq xəstədir, müalicə olunur, polisdə də qeydiyyatdadır. Yalandan bu hadisəni şişirdib, şou düzəldiblər”, - deyə bələdiyyə sədri bildirir.

Qadının aldadılaraq, efirə çıxarıldığı və bundan şou düzəldildiyini icra hakimiyyətindən də təsdiqləyiblər. Masallı rayon İcra Hakimiyyətinin İctimai ”“ siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Bəşirov virtualaz.org-a açıqlamasında bildirdi ki, əslində, anası ruhi xəstə olan oğluna çox yaxşı baxırmış.

“Həmin veriliş şou xarakterli hazırlanıb, qadını və oğlunu kənddən Bakıya aparanda da onlara yalan məlumat verilib. Şəhla xanıma oğlunu müalicə məqsədilə Bakıya apardıqlarını deyiblər. Qadın da onların səmimiyyətinə inanıb. Oğlanı Bilgəhdə xəstəxanaya yerləşdiriblər. Anaya sonradan məlum olub ki, oğlunu müalicə etdirmək yox, telelayihə üçün gətiriblər. Ona görə də qadın qohumlarına zəng edib və onların köməyi ilə uşağı xəstəxanadan çıxarıb, rayona gətirib”, - deyə icra rəsmisi bildirir.

Ananın oğlunun ayaqlarını zəncirləməsinə gəldikdə, C.Bəşirov bildirib ki, o, ruhi xəstə olduğundan evi yandırmağa cəhd etməsin deyə belə bir addım atılıb: “Valideynləri tərəfindən ona heç vaxt zorakılıq edilməyib. Hətta xəstəliyini əvvəl müalicə etdiriblər. Lakin tam sağalacağı ilə bağlı həkimlər söz verməyib. Anası daim qulluğunda durur. O, ailənin tək oğludur. İllər əvvəl onun ruhi dispanserə yerləşdirilməsi ilə bağlı təklif olmuşdu, anası buna qəti şəkildə qarşı çıxdı. O, övladına özü baxmaqda israrlıdır. Çəkiliş üçün gələndə də ailəni aldadıb aparıblar, oğlunu tam müalicə etdirəcəklərini deyiblər”.

Oğlanın saxlandığı yerə gəldikdə, icra nümayəndəsi ailənin yaşadığı evin də elə vəziyyətdə olduğunu deyib: “Ailə o qədər də imkanlı deyil, özlərinin də yaşadığı yer eyni vəziyyətdədir. O, birbaşa edilən çəkiliş deyil. Çəkilişdən əvvəl ailə ilə danışıb, çəkilişi razılaşdırıblar. Lakin onlara bu çəkilişin uşağı müalicə etdirmək məqsədilə edildiyini deyiblər. Anaya bildiriblər ki, şənbə günü olduğundan müvəqqəti Bilgəhdəki xəstəxanaya yerləşdirilir. Həftənin 1-ci günü başqa bir xəstəxanada müalicəsini davam etdirəcəyini deyiblər. Ananın bizə verdiyi məlumata görə o, aldadıldığını xəstəxana əməkdaşlarının suallarından sonra başa düşüb. Onlar ananın oğluna yaxşı baxmadığı, zorakılıq etdiyi barədə yayılan məlumatlardan danışıblar. Bundan sonra ana hər şeyi başa düşüb”.

Xatırladaq ki, daha əvvəl də Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni axtarıram” verilişi ilə bağlı qalmaqal ortaya çıxmışdı. Verilişin kadrarxası görüntülərindən məlum olmuşdu ki, çəkilişlər zamanı real faktlar yox, quraşdırılmış səhnələrdən istifadə edilir. Efirə çıxarılacaq “qəhrəmanlar” başqa formada təqdim olunur və tamaşaçı aldadılır. Hətta görüntülərdən birində efir zamanı yardım məqsədilə çəkiliş meydançasına dəvət edilmiş həkim belə “qəhrəman”ı xərəkdə gətirmək üçün ona iynə vurulmasını təklif edir.

"Bu gün müxalifət lideri də İlham Əliyevin alternativsizliyini etiraf edir"
"Cavan oğlanı nə edirsən, pul xərcləməyəcək" - Rövşanədən müğənniyə
Stüardessa təyyarədən yıxıldı - FOTO
Atatürkün təhqir olunduğu video yayıldı, sosial media ayağa qalxdı - VİDEO
Saç şampununu su kimi içdi - İNANILMAZ...+VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Yayda mənə məlumat verildi ki, yol artıq sıradan çıxıb…” - Prezident
Cəmiyyət
“Bu poeziya evini biz yaratmışdıq...” -Tanınmış şair
Cəmiyyət
“Bu cür təmtəraqlı yas mərasimlərinin keçirilməsi sosial bəladır”
Cəmiyyət
“Bəzən deyirik ki, indi kitab oxumurlar, amma uşaqdan tutmuş böyüyə kimi hamının...”
Cəmiyyət
Ermənilər Azərbaycanda Məhsul bayramı keçirdi - Bizim ümidimiz hələ “Məhsul” stadionunda...
Həftənin ən çox oxunanları
Cahangir Hacıyevin xanımı hər gün 2500 dollarlıq şərab içirmiş -Dünya belə pul xərcləyən qadın görməyib
"Şöhrət" ordenli icra başçısının rayonundan Heydər Əliyevə qarşı hörmətsizlik - FOTOLAR
"Tikintidəki özbaşınalığa Abid Şərifovla Hacıbala Abutalıbov cavab verməlidir"
Lələtəpədən qaçmış ermənilər ordumuzun tutduğu mövqelərə baxır... -Yeni görüntülər
İstanbulda küçəyə erməninin adı verildi
“Bütün ölkə müharibəyə köklənməlidir”
“Erməni-rus qruplaşması hansı halda Azərbaycanla döyüşə girə bilər?”- General cavab verir (Video)
Bakıda bu restorana parolsuz daxil olmaq mümkün deyil - VİDEO
"Bunun üçün ölkə başçısına müraciət etmişəm, İqtisadiyyat Nazirliyi ilə söhbətimiz olub"
Dünyanın ən sərt diplomatının arvadı... - "Onlar tanış olanda Sergey Lavrov hələ tələbə idi"
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə