İki stulda “oturan” Sərkisyanın tək cəzası ”“ “Qarabağı ABŞ qaytara bilər”
Siyasət
Oxunub: 1715
23 Sep 2017 | 11:29
İki stulda “oturan” Sərkisyanın tək cəzası ”“  “Qarabağı ABŞ qaytara bilər”
Ərdoğan-Putin görüşü ərəfəsində İrəvanın artan təlaşının əsası motivi; rusiyalı tanınmış analitik: “Moskva şansları əldən verir...”

BMT tribunasındakı son təxribatçı çıxışı ilə Ermənistan prezidenti Serj Sərkisyan bir daha Qarabağ məsələsində İrəvanın konstruktivlikdən uzaq olduğunu nümayiş etdirdi. Cırtdan ölkənin başçısı hətta özündə cəsarət taparaq Türkiyə ilə şərt dilində danışmağa cürət elədi. Dedi ki, sərhədlərin açılmasını nəzərdə tutan Sürix protokolları 2018-ci ilin aprelinədək Türkiyə tərəfindən ratifikasiya edilməsə, onlar ləğv olunacaq. Guya bu protokollar izolyasiyadan əziyyət çəkən Ermənistandan çox, Ankaraya gərək imiş.

Sərkisyanın belə həyasız, bir az da arxayın ritorikası böyük ehtimalla, son vaxtlar Ermənistanın iki stulda “oturmaq” istəyi ilə birbaşa bağlıdır. Söhbət İrəvanın Qərbə və onun aparıcı qurumları olan Avropa Birliyi (AB), NATO ilə gizli yaxınlaşma cəhdlərindən gedir. Təxminın bir ay sonra - noyabrda isə Ermənistan AB ilə çərçivə sazişi imzalamağa hazırlaşır. Halbuki, analoji sənədi heç Azərbaycanın özü hələ imzalamayıb və ilin sonunadək imzalanması gözlənilmir. İrəvan isə belə görünür ki, tələsir. Görəsən hara və niyə?

*****

Rəsmi İrəvanı Qərbdə tez-tələsik arxa-dayaq axtarmağa vadar edən səbəblərdən biri yəqin ki, son zamanlar Rusiya ilə Türkiyə arasında əlaqələrin, xüsusən də hərbi və hərbi-texniki sahədə əlaqələrin inkişafda olmasıdır. Məlumdur ki, Ankara və Moskva S 400 raketdən müdafiə sistemləri ilə bağlı artıq rəsmi anlaşma imzalayıb. Bu isə iki regional supergüc arasında daha da yaxınlaşma deməkdir. Ermənistan narahatdır ki, həm də Azərbaycana silah-sursat satan Moskvanın üstəlik, Ankara ilə sürətlə yaxınlaşması Qarabağ məsələsində onun mövqeyinin zəifləməsinə və ya qulaqardı edilməsinə gətirər.

Yeri gəlmişkən, sentyabrın 28-də - gələn həftə Türkiyə və Rusiya liderləri - Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin növbəti dəfə bir araya gələcəklər. Gündəlik hələlik tam bəlli olmasa da, müzakirə mövzuları sırasında ən azından Suriya (Yaxın Şərq), terrorla mübarizə, kürd referendumu məsələlərinin olacağı gözlənilir.

İki prezident yəqin ki, Güney Qafqazdakı durumu da diqqət mərkəzinə gətirəcək. Çünki potensial müharibə ocaqlarından biri Cənubi Qafqaz, Dağlıq Qarabağ konflikti zonasıdır. Yeni Qarabağ müharibəsi isə özündə Türkiyə və Rusiyanı üz-üzə gətirəcək riski daşıyır. Bu da nə qardaş ölkənin, nə də rəsmi Kremlin yaxın və orta perspektiv maraqlarına cavab verir. Hazırda daha ağır sanksiyalarla üzləşmiş Rusiyadan ötrü Türkiyənin önəmi artır ki, azalmır. Bu günlərdə Akkuyu AES-in tikintisi ilə bağlı tərəflər arasında yeni, 20 milyard dollarlıq anlaşmanın əldə olunması qarşılıqlı ehtiyacı və asılılığı daha da artıracaq.

*****

Münasibətlərin dinamik inkişafda olduğu dönəmdə Qarabağ ixtilafının qızışması isə tərəfləri qəliz seçim qarşısında qoya bilər. Bu üzdən iki prezidentin Dağlıq Qarabağ məsələsi ətrafında hansısa ortaq mövqeyə gəlməyə çalışması istisna edilmir. Ankaranın mövqeyi bəllidir və bunu prezident Ərdoğan BMT Baş Məclisinin son toplantısında bir daha dilə gətirdi. Türkiyə lideri Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün bərpasının Cənubi Qafqazda sülhün əldə olunması üçün əsas şərt olduğunu söylədi.

Sözsüz ki, bu ilk növbədə Rusiyanın forpostu Ermənistana mesajdır. Eyni zamanda onun mesajıdır ki, Türkiyə Azərbaycanın ərazi bütövlüyünün zorla dəyişdirilməsi ilə heç vaxt barışmayacaq. Deməli, mesaj incə şəkildə Ermənistanın əsas havadarı Rusiyaya da ünvanlanıb. Diqqətçəkicidir ki, Ərdoğanın həm BMT-dəki məlum çıxışı, həm də V.Putinlə qarşıdakı görüşü zamanı Azərbaycan-Türkiyə ortaq təlimləri davam edəcək (Sentyabrın 28-də bitəcək). Qardaş ölkənin və başçısının Azərbaycanla bağlı bu son mövqeyi, İrəvan və Moskvaya Qarabağ ismarışları sözsüz ki, məmnunluq yaradır.

*****

“Türkiyə Qafqaz ölkələri ərazisində olan problemlərin aradan qaldırılması haqqında fikir söyləməklə bu proseslərdə çox fəal iştirak edəcəyini ortaya qoyur”. Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Ərdoğanın BMT Baş Assambleyasında çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyü məsələsini gündəmə gətirməsinə münasibət bildirərkən deyib. O bildirib ki, Ərdoğan çıxışında həm Azərbaycanın, həm də Gürcüstanın mənafeyini nəzərə alıb.

“BMT Baş Məclisində əsas müzakirə mövzuları ölkələrin suverenliyinin və ərazi bütövlüyünün qorunması olub. Bu məsələlərin həlli ilə bağlı problemlər demək olar ki, bütün iştirakçı ölkələrin rəhbərlərinin çıxışlarında yer alıb. Onlardan ABŞ Prezidenti Donald Trampın və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözləri ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir. Həm Tramp, həm də Ərdoğanın çıxışında Qarabağ probleminin həlli üçün müsbət məqamlar çoxdur”.

Politoloq Türkiyə prezidentinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı problemi dəfələrlə gündəmə gətirdiyini yada salın: “Hazırda Türkiyənin Azərbaycanla əlaqələri yüksələn xətt üzrə inkişaf etməkdədir. Heç təsadüfi deyil ki, Türkiyə və Azərbaycanın hərbi hava qüvvələrinin iştirakı ilə ”TurAz Qartalı - 2017" birgə taktiki təlimlər keçirilir. Bu da Türkiyənin Azərbaycanla strateji tərəfdaş olduğunu göstərir. Türkiyənin Azərbaycanla yaxınlığı Cənubi Qafqazda baş verən hadisələrin daha da dərinləşəcəyini göstərir. Onsuz da Türkiyənin bölgədəki nüfuzu göz önündədir. Son günlər Ermənistan prezidenti Türkiyəyə qarşı hədələyici çıxışlar edir. Bu, onu göstərir ki, Ermənistan Türkiyənin bölgədəki nüfuzundan narahatlıq hissi keçirir. O cümlədən bölgədə Türkiyə amilinin güclənməsini istənməyən qüvvələr az deyil. Amma Gürcüstan və Azərbaycanla Türkiyənin inkişaf edən əlaqələri onun Cənubi Qafqazda möhkəmlənəcəyini göstərir. Artıq bölgədə və beynəlxalq aləmdə Türkiyə, Gürcüstan və Azərbaycan üçlüyü yeni layihələrlə çıxış edir. Bu günədək bu 3 ölkənin xarici işlər nazirləri tez-tez görüşüblər. Həm də nəzərə alaq ki, bölgədəki böyük layihələrin çoxu məhz bu 3 ölkənin ərazisindən keçməklə və bu ölkələrin iştirakı ilə həyata keçirilir. Yaxın 2-3 ay ərzində bu üçlü ittifaqın daha da möhkəmlənməsi proqnozlaşdırılır".

*****

Tanınmış rusiyalı tarixçi-analitik və politoloq Oleq Kuznetsov isə hesab edir ki, beynəlxalq birlik əslində BMT timsalında İrəvanı qətnamələri yerinə yetirməyə məcbur eləmək gücündədir. Musavat.com-un “Vestnik kavkaza” nəşrinə istinadən verdiyi məlumata görə, politoloq deyib ki, ortada iradə olarsa, Ermənistan da qətnamələri yerinə yetirməyə məcbur edilə bilər: “Sual ortaya çıxır ki, bəs, İrəvan üçün patron-ölkə qismində kim çıxış edəcək?”

Rusiyalı analitikə görə, yaxın zamanlara kimi belə bir ölkə qismində Rusiya çıxış edib: “Ancaq Moskva Ermənistanı qətnamələri yerinə yetirməyə tələsdirmədi. İndi isə biz görürük ki, İrəvan Avroatlantik oriyentasiyaya doğru de-marş eləməyə çalışır, sözdə deyil, məhz işdə Rusiyanın ondan ötrü artıq patron-ölkə olmadığını göstərməyə çalışır. Əgər nəzərə alsaq ki, Ermənistan ərazisində sayca dünyada ikinci olan 1500 nəfərlik ABŞ səfirliyi yerləşir (bundan böyüyü Bağdadadır), o zaman söyləmək olar ki, Rusiya yalnız üzdə Ermənistanın arxası sayılır, İrəvan hakimiyyətinə əsas təzir rıçaqları isə ABŞ-ın əlindədir. Lakin ABŞ və Rusiya indi qarşıdurma vəziyyətindədir və onlardan heç biri Ermənistanı qətnamələri yerinə yetirməyə vadar eləmək üçün digərinə kompromisə getməyəcək”.

Demək, qalır üçüncü yol: Azərbaycan Ordusunun güc yolu ilə torpaqları azad eləməsi. İrəvanın bir əndişəsi də Türkiyə-Rusiya yaxınlaşması fonunda belə bir variantın reallaşma ehtimalının günbəgün artmasıdır.(musavat.com)
Oxşar xəbərlər
11:26, Bu gün
“Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək” - Kamaləddin Qafarov
11:23, Bu gün
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
11:20, Bu gün
Xankəndidə tapança, avtomat və qumbaralar tapıldı
11:18, Bu gün
Zidan baş məşqçiliyə qayıdır: İki klubdan biri!
11:15, Bu gün
Xatirə İslam: “Mənə belə suallar verməyin” - VİDEO
11:13, Bu gün
Fransanın insan sümüklərindən inşa etdiyi KİLSƏLƏR – SENSASİON FAKTLAR/FOTO  
11:12, Bu gün
Çay necə zəhərə çevrilir? - Bu içkini nə zaman içməlisiniz?
11:06, Bu gün
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA + VİDEO
11:05, Bu gün
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni, “Zirə” “Neftçi”ni qəbul edəcək
11:05, Bu gün
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
11:05, Bu gün
Bakıda dava edən iki sürücü saxlanılıb - VİDEO
11:04, Bu gün
İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
11:02, Bu gün
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
10:59, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
10:55, Bu gün
Şuşadan Cəlilabada gedən Xarıbülbül - Məşhur aktyorumuza onu Xalq artistinin anası verib - FOTO+ÖZƏL
10:52, Bu gün
“Hazırda Gürcüstan uğrunda ciddi bir mübarizə gedir...- Bundan sonra isə Azərbaycana...”
10:51, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi
10:44, Bu gün
Bakıda daha bir cinayət: 34 yaşlı kişi qətlə yetirildi
10:35, Bu gün
Ehtiyatda olan polkovnik-leytenant Qazaxın Azərbaycana qaytarılan kəndləri barədə: "Tarix yazılır"
10:24, Bu gün
Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir? - RƏSMİ MƏBLƏĞ
10:15, Bu gün
Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia
10:05, Bu gün
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
09:58, Bu gün
42 yaşlı prokuror qəfil vəfat etdi
09:52, Bu gün
Azərbaycanda yumurta KƏSKİN UCUZLAŞDI  - SƏBƏB
09:46, Bu gün
Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər
09:45, Bu gün
Palma yağı müəmması: biri deyir zərərsizdir, o biri...
09:35, Bu gün
Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ
09:33, Bu gün
Blinken Qazaxın kəndlərinin qaytarılması barədə: "Mühüm addımdır"
09:26, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi
09:20, Bu gün
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:13, Bu gün
İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?
09:08, Bu gün
Qadın barmaq izlərinə görə həbs edildi
09:02, Bu gün
KİV: İsrail ABŞ-dan daha çox silah tələb edir
09:00, Bu gün
Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanıldı
08:57, Bu gün
Burada torpaq sürüşməsi oldu
08:43, Bu gün
ABŞ İraqı vurdu
08:29, Bu gün
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
08:23, Bu gün
“Rusların Qarabağdan çıxması mənim üçün sürpriz oldu...”- Şahramanyan  
08:18, Bu gün
Hər yerdə bitən bu bitki 1001 dərdin dərmanıdır
07:27, Bu gün
Sabah Rusiyanın bu şəhərində “Erməni kimdir?” adlı dəyirmi masa keçiriləcək...-FOTO
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 18:00
Respublika məktəbləri arasında indiyədək görünməyən bir uğur
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
GÜNLÜK
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 11:54
Onu şair kimi tanıyacaqlar...
19 Apr 2024 | 11:41
Məmləkətin dil pəhləvanları...
19 Apr 2024 | 11:46
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
19 Apr 2024 | 12:06
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 11:41
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
19 Apr 2024 | 11:33
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
AYLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 11:54
Onu şair kimi tanıyacaqlar...
19 Apr 2024 | 11:41
Məmləkətin dil pəhləvanları...
19 Apr 2024 | 11:46
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
19 Apr 2024 | 12:06
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 11:41
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
19 Apr 2024 | 11:33
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir