Xəbər lenti
24/06/2018 [01:47]:
Yeməyi oğlundan alıb, əsgərə yedirən, hərbi formanı ən yaxşı parçadan tikdirən CÜMHURİYYƏT GENERALLARI
24/06/2018 [00:59]:
Nəhəng anakonda yolu kəsdi - QORXUNC VİDEO...
24/06/2018 [00:38]:
Donald Trampın mətbuat katibini restorandan qovdular - GÖZLƏNİLMƏZ...
24/06/2018 [00:04]:
Dünyanın ən cazibədar qadını o seçilib - FOTOLAR
23/06/2018 [23:27]:
Almaniya üçün sonuncu şans - Yenilənib
23/06/2018 [23:26]:
Erməni vitse-spikerin ABŞ Konqresinə təşviş dolu məktubu – "Azərbaycanın bu helikopterləri haradan aldığı..." - FOTO
23/06/2018 [23:19]:
Səfir Qüdsi Osmanovun oğlu azadlığa çıxdı
23/06/2018 [23:14]:
Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 50 faizdən çox artdı
23/06/2018 [23:04]:
Türkiyə seçkilərə hazırlaşır - Sandıq başına saatlar qaldı
23/06/2018 [22:29]:
Qadının başına televizor düşdü, həyatını itirdi - Ad günündə
23/06/2018 [22:21]:
Serj Sarkisyanın qardaşı oğurluqda ittiham olunur
23/06/2018 [22:20]:
Borçalı Cəmiyyəti 10-cu konfransını keçirdi - yeni idarə heyəti seçildi
23/06/2018 [22:18]:
Rusiyanın hərbi eksperti Paşinyanı ifşa etdi
23/06/2018 [21:53]:
DÇ-2018: Meksika yığması növbəti qələbəsini qazanıb
23/06/2018 [21:41]:
“Qarabağ” Bolqarıstan çempionu ilə sülh bağladı
23/06/2018 [20:32]:
İran ordusunun generalı Suriyada öldürülüb
23/06/2018 [20:24]:
Azərbaycan neft hasilatının artırılması qərarını dəstəkləyir
23/06/2018 [20:20]:
Nazir Yavər Camalov vəfat etdi – YENİLƏNİB
23/06/2018 [19:29]:
Səudiyyə Ərəbistanında qadınların sürücülük qadağası qaldırılır
23/06/2018 [19:18]:
“Atamın böyük arzularından biri də yaşadığı evin muzey olması idi” – İsa Muğannanın qızı
23/06/2018 [19:10]:
Buraxılış imtahanlarının nəticələri elan olundu
23/06/2018 [19:00]:
Müdafiə sənayesi naziri vəfat etdi
23/06/2018 [18:59]:
Belçika millisi Tunisi darmadağın etdi
23/06/2018 [18:36]:
AMEA-nın əməkdaşı Türkiyədə görüşlər keçirəcək
23/06/2018 [18:27]:
“Serj Sərkisyan Qarabağ məsələsi üzrə xüsusi elçi təyin edilə bilər…” - Paşinyanın müşaviri
23/06/2018 [18:24]:
Xörək duzu bizi necə məhv edir? - Onu nə ilə əvəzləməliyik?
23/06/2018 [18:18]:
Türkiyənin F-16 tipli təyyarələri Bakıda – FOTO
23/06/2018 [18:16]:
İran ABŞ-ı beynəlxalq məhkəməyə verdi
23/06/2018 [18:14]:
Qəssab: “Bakıda ətin kilosu 15 manata qalxacaq”
23/06/2018 [17:30]:
OPEC və qeyri-OPEC ölkələrinin Nazirlər Şurasının növbəti iclası Bakıda keçirilə bilər
23/06/2018 [17:26]:
"Ordumuzun bölmələri heç bir diversiya fəaliyyəti həyata keçirməyib" - RƏSMİ
23/06/2018 [17:06]:
Ana 100 dollara səkkiz yaşlı qızını seks üçün satışa çıxardı - Həbs edildi
23/06/2018 [17:01]:
Hitlerin çəngəl-bıçaq dəsti satıldı- FOTOLAR
23/06/2018 [16:52]:
Daxili Qoşunların Ali Hərbi Məktəbinin ilk buraxılışı oldu
23/06/2018 [16:49]:
Ölən erməni hərbçiyə görə bölük komandirinin müavini həbs edildi...
23/06/2018 [16:36]:
Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin yeni inzibati binası istifadəyə verildi
23/06/2018 [16:35]:
Magistraturaya qəbul üçün keçirilən müsabiqənin nəticələri açıqlandı
23/06/2018 [16:24]:
Vyanada OPEC və qeyri-OPEC ölkələrin nazirlərinin 4-cü iclası başlayıb
23/06/2018 [16:14]:
“İşbazlar özəlləşdirilən uşaq bağçalarının yerində bina və gözəllik salonları tikdilər”
23/06/2018 [16:10]:
Dəniz nəqliyyatı işçiləri təltif oldundu
23/06/2018 [16:09]:
Maşınqayırma sənayesi işçiləri təltif edilib
23/06/2018 [16:07]:
Şotland və italiyalı qapıçılar “Qarabağ”ın təklifini rədd etdi
23/06/2018 [16:00]:
Deputat: "İngilis dilində danışa bilmir, amma obyektinə ingilis adı qoyur"
23/06/2018 [15:57]:
Bakıda intihara cəhd - Qadın kişini ölümdən xilas etdi + Fotolar
23/06/2018 [15:41]:
Kəlbəcərdə “rayon”un yeni başçısı təqdim edildi...- FOTO
23/06/2018 [15:39]:
Gəncədə körpənin üzündən aldığı xəsarətlə bağlı həkim rəyi açıqlandı
23/06/2018 [15:38]:
“Qarabağ klanının Paşinyanı devirmək şansı kifayət qədər böyükdür” – MÜSAHİBƏ
23/06/2018 [15:33]:
İlham Əliyev mozambikli həmkarını təbrik edib
23/06/2018 [15:32]:
Avstraliyalı aqronom Qarabağdakı erməni fermerləri kimyəvi zəhərlənmədən qorumağa çalışır...- Fotolar
23/06/2018 [15:22]:
Deputatın oğlu keçmiş nazirin oğlu ilə evləndi
23/06/2018 [15:18]:
Ölkəyə gələnlərin çoxu siqaret və spirtli içkilər gətirir - Gömrük idarəsindən açıqlama
23/06/2018 [15:13]:
“Gecə əyləncələrinə getmək, şənlənmək...”- Yüz beş yaşlı qadın bu yaşa çatmasının sirrini açdı...
23/06/2018 [15:04]:
Çində 10 nəfər edam olundu
23/06/2018 [14:59]:
Neymar komanda yoldaşını təhqir etdi
23/06/2018 [14:53]:
“Azərbaycan əsgəri üçün parlaq qəhrəmanlıq nümunəsidir” - Prezident “Mixaylo” haqqında
23/06/2018 [14:41]:
“Google Chrome” brauzeri internetə qoşulmadan işləyəcək
23/06/2018 [14:37]:
Türkiyədə prezidentliyə namizədlər son mitinqlərə HAZIRLAŞIR
23/06/2018 [14:35]:
Deputatlar “Dövlətqaçqınkom”un ilk təşəbbüsünə qiymət verdilər: “Proseslərin çoxu mətbuata sızmır”
23/06/2018 [14:31]:
İlham Əliyev səhiyyə işçilərinə fəxri adlar verdi - SİYAHI
23/06/2018 [14:30]:
Akif Əlizadə AMEA prezidenti vəzifəsinə təsdiq edildi
23/06/2018 [14:27]:
Bəhram Bağırzadə: "Biz oxuyanda belə şeylər yox idi"
23/06/2018 [14:26]:
“Azərbaycan jurnalistikasında keyfiyyət dəyişikliyi baş verməlidir”
23/06/2018 [14:12]:
Nazirlikdən xəbərdarlıq: şimşək, leysan, dolu, güclü külək...
23/06/2018 [14:10]:
Azərbaycanlı məşhur ailəsi ilə ölkəni tərk etdi: hansı ölkədə yaşayacaq?
23/06/2018 [14:07]:
Nazir əlilliyi olan şəxslərlə görüşdü -FOTOLAR
23/06/2018 [13:52]:
Milli Qəhrəmanımızın kəndində erməni balaları təzə məktəbdə təhsil alacaq… - FOTOLAR
23/06/2018 [13:27]:
Dünyanın ən uzun kababı tarixə düşür - Uzunluğu 255 metr...
23/06/2018 [13:23]:
Bərdədə üç il əvvəl törədilən avtomobil oğurluğunun üstü açıldı
23/06/2018 [13:21]:
Bakıda yaşayış binasında yanğın olub, 25 nəfər təxliyə edildi
23/06/2018 [13:20]:
Azərbaycanda 17 tona yaxın xaş-xaş və çətənə kolları məhv edildi
23/06/2018 [13:13]:
Paşinyan İrana səfərə hazırlaşır
23/06/2018 [13:00]:
“Sülhə nail olmaq üçün Rusiyanın zəifləməsini gözləmək sonu görünməyən zaman ala bilər”
23/06/2018 [12:54]:
Rusiya üzərində qələbə: "Baş nazir sevinir, prezident əleyhinədir"
23/06/2018 [12:28]:
Millət vəkili: "Oğlanlarımızı evləndirmək üçün qız tapılmayacaq"
23/06/2018 [12:25]:
“Sınıq Körpü”dən keçən nəqliyyatın sayı bəlli oldu
23/06/2018 [12:10]:
Savçenkodan xəbərdarlıq: Müharibə dayanmasa...
23/06/2018 [12:07]:
Putin Bakı ilə əlaqələri ona həvalə etdi – Qərar
23/06/2018 [11:59]:
Akademiya yaxınlığında yeni Azercell Eksklüziv!
23/06/2018 [11:52]:
Bağçadakı olaya görə 2 nəfər işdən çıxarıldı
23/06/2018 [11:52]:
Kanadanın baş naziri eynəyə görə cərimələndi...
Bütün arxiv bir sırada
23/09/2017 [14:00] - Cəmiyyət - ( 4679 dəfə baxılıb)

“O vaxt çoxlarının anlamadığı Qarsın strateji əhmiyyətini indi hamı görür”



Xəbər verdiyimiz kimi, Moderator.az -ın əməkdaşları Türkiyənin üç vilayətində beş günlük səfərdə olub. Həmin bölgələrdən hazırladığımız reportajı oxucularımıza təqdim etmişik. Reportajı yayımlayarkən məlumat vermişdik ki, Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyevdən də müsahibə almışıq. 

Həmin müsahibəni oxucularımıza təqdim edirik.

- Nuru müəllim, istərdik ki, əvvəlcə Qars Baş Konsulluğumuz barədə oxuculara məlumat verəsiniz.

- Ulu öndər Heydər Əliyev 2000-ci ildə Qarsa səfəri zamanı burada Baş Konsulluğun yaradılacağını bildirib. Görkəmli dövlət xadimi Heydər Əliyevin heç vaxt təsadüfi qərarları olmayıb. Qars Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan bölgə olduğundan belə bir qərar qəbul edilib. Prezident İlham Əliyevin 2004-cü il aprel ayının 12-də imzaladığı sərəncamla Qarsda Azərbaycan Respublikasının Baş Konsulluğu təsis edilib. Baş Konsulluğumuz əvvəlcə kirayə götürülmüş binada fəaliyyətə başlayıb. Sonra Azərbaycanın mülkü olan indiki bina alınıb. Baş Konsulluq Türkiyənin 17 vilayətini əhatə edir.


- Baş Konsulluq niyə məhz Qarsda açılıb? 

- O vaxt çoxlarının anlamadığı Qarsın strateji əhmiyyətini indi hamı görür. Bakı-Tbilisi-Ərzurum qaz boru xətti, Bakı-Tbilisi-Qars dəmir yolu xətti buradan keçir. Qars Baş Konsulluğu bu layihələrin həyata keçirilməsində öz səlahiyyətləri çərçivəsində iştirak edib. Qars azərbaycanlıların kompakt yaşadığı bölgələrdəndir. Qarsda Baş Konsulluğun açılması bu baxımdan da əhəmiyyətlidir. Müxtəlif görüşlərimiz zamanı öyrənmişik ki, Qarsa Qərbi Azərbaycandan və Gənc şəhərindən köçüb gələnlər daha çoxdur. Baş Konsulluğun keçirdiyi tədbirlərdə burada yaşayan azərbaycanlılar yaxından iştirak edirlər. Onlar Azərbaycanın xoş günlərində sevinclərini bizimlə paylaşıblar, çətin vaxtlarda isə hər şeyə hazır olduqlarını bildiriblər. Ötən ilin aprel döyüşlərində bu bölgənin əhalisi Azərbaycana ciddi dəstək ifadə etdi.

- Burada yaşayan azərbaycanlılar seçkilərdə aktiv iştirak edirlərmi? 

- Azərbaycanlıların seçilərdə iştirakı o qədər aktivdir ki, onların səsi seçkinin nəticəsində ciddi rol oynayır. Yəni seçkilərdə Azərbaycan əsilli Türkiyə vətəndaşlarının rəyi mütləq nəzərə alınır. 
  
Azərbaycanlılar hansı siyasi partiyaya daha çox rəğbət bəsləyirlər?

- Bununla bağlı dəqiq məlumatımız yoxdur. MHP-yə meyl edənlər çoxluq təşkil edirdi. Çünki bələdəyyə seçkilərini bu partiya qazanıb. Ancaq Ədalət və İnkişaf Partiyasını dəstəkləyənlər də az deyil. Bu partiyanın həyata keçirdiyi islahatlar, Azərbaycana xüsusi önəm verməsi AKP-yə ciddi rəğbət yaradıb. Elə bunu nəticəsidir ki, Qarsdan seçilən üç millət vəkilinin ikisi AKP-nin üzvüdür.

   
-Türkiyədə yaşayan ermənilər barədə məlumatlıyıq. Hətta deyirlər, İstanbulda 100 min nəfər erməni yaşayır. Onlar zərgərlik sahəsində fəaliyyət göstərirlər və öz ölkələrinə pul göndərirlər. Bəs bu vilayətlərdə erməni əhalisi nəzərə çarpacaq qədərdimi? Burada yaşayan azərbaycanlılarla ermənilər arasında konflikt yaşanırmı?

 -Burada elə də çox erməni əhalisi yoxdur. Onlar azlıq təşkil etdiyi üçün  ciddi rəy yarada bilmirlər. İstanbulla müqayisədə Qarsda iqtisadi potensial olmadığına görə burada yerləşməyə onlar meyilli deyillər. Qarsla müqayisədə Ərdahan vilayətində ermənilər daha çoxdur.

- Baş Konsulluğun əhatə etdiyi vilayətlərlə Azərbaycanın regionları arasında əlaqələr nə səviyyədədir?

-  İğdır vilayəti ilə ticarət əlaqələri daha genişdir. Qarsın  ciddi iqtisadi potensialı olmadığına görə bura ilə iqtisadi əlaqələr yaratmaq bir az çətinlik törədir. Ancaq Naxçıvanda istehsal olunan məhsullar Qarsa gətirilir və rəğbətlə qarşılanır. Xüsusən də kənd təsərrüfatı məhsulları. Bizim “Sirab” mineral suyumuz burda çox məşhurdu.

Ancaq humanitar sahədə əlaqələrimiz getdiksə daha da genişləndirilir. Naxçıvan Dövlət Universitetinin Ərzurum Atatürk, Qars Qafqaz, Ərdahan,  İğdır universitetləri ilə əlaqələri çoxşaxəlidir.

- Bu vilayətlərdəki şəhərlərlə Azərbaycanın hansısa şəhəri qardaşlaşıbmı?

- Qars şəhəri Gənc və Mingəçevirlə, İğdır isə Şamaxı ilə  qardaşlaşmış şəhərdir. Biz istəyirik ki, Ərzurumla bağlı bir layihə həyata keçirək. Çünki Ərzurum sürətlə inkişaf edən bir vilayətdir və bu bölgənin əsas cazibə mərkəzidir. Bu baxımdan Ərzurumla Azərbaycanın hansısa şəhərinin qardaşlaşmasında, iqtisadi əlaqələrin genişləndirilməsində maraqlıyıq. 


- Son vaxtlar mətbuatda Baş Konsulluğun İğdır şöbəsi ilə bağlı müəyyən fikirlər səsləndirilir. Bu şöbənin guya lazımsız olduğu iddi olunur. İstəyirik ki, bu məsələyə də aydınlıq gətirəsiniz. İğdır şöbəsinin açılmasına ehtiyac var idimi?

- Həmin şöbə 2005-ci ilin aprel ayında fəaliyyətə başlayıb. O şöbənin açılmasının səbəbi odur ki,  Naxçıvan Muxtar Respublikası vasitəsilə Azərbaycan vətəndaşları, xüsusən də Naxçıvan sakinləri İğdır vilayətinə gündəlik gedib-gəlirlər. Gündəlik gediş-gəliş zamanı isə vətəndaşlarımızın müxtəlif problemləri ortaya çıxır. O şöbənin əməkdaşları vətəndaşlarımızın problemlərinin həllində yaxından iştirak edirlər. İğdır vilayətinin sakinləri də tez-tez Naxçıvana, oradan isə Azərbaycanın digər bölgələrinə gedirlər. Azərbaycana getmək üçün həmin insanlar təqribən 140 kilometr məsafə qət edərək Qarsa gəlməli, buradan müxtəlif sənədlər almalı idilər. Halbuki elə bu məsafədən də az yol qət edərək onlar Naxçıvana çata bilirlər. Bu şöbənin fəaliyyəti onların rahatlığı və Azərbaycana daha tez-tez gəlməsi baxımından əhəmiyyətlidir.

Bundan başqa, İstanbula və Türkiyənin başqa şəhərlərinə gedib-gələn Azərbaycan vətəndaşlarının istifadə etdiyi nəqliyyat xətti Qarsdan xeyli aralıdır. Onlar Baş Konsulluğumuza gəlmək üçün yollarını uzatmaq məcburiyyətində qalırdılar. Vətəndaşlarımızın rahatlığını təmin etmək üçün İğdır şöbəsi yaradılıb. Digər bir ciddi məsələ ondan ibarətdir ki, Qars dəniz səviyyəsindən 1850 metr yüksəklikdə yerləşir. Odur ki, Qarsda qış fəsli təqribən 8-9 ay davam edir. Çoxlu qar yağdığından bəzən yollar bağlanır. Qarlı-çovğunlu qış dövründə vətəndaşlarımızın buraya gəlməsi çətinləşir. İğdırdakı şöbəmizə müraciət edərək vətəndaşlarımız öz problemlərini həll edə bilirlər.

-Baş Konsulluğun təşəbbüsü ilə bu bölgədə Azərbaycan adına hansı işlər görülüb?

Əvvəla onu qeyd edim ki, bu vilayətlərin rəhbərliyinin Baş Konsulluğumuzla sıx əlaqələri qurulub. Həmin vilayətlərdə keçirdiyimiz tədbirlərin demək olar ki, hamısında vilayət rəhbərliyi iştirak edir. Bizim təşəbbüslərimizə də çox ciddi dəstək göstərilir. Elə təkcə bu il Ərzurum şəhərində böyük bir prospektə “Azərbaycan”, oradakı parka Heydər Əliyevin adı verilib. Bu istiqamətdə fəaliyyətimizi davam etdiririk.

Müsahibə üçün sağ olun!
                                                                        
Zülfüqar Hüseynzadə
Tural Səfərov

Bakı-Tbilisi-Qars dəmir yolunda bir ilk də yaşandı...
"Elçibəyin əsas fərqliliklərindən biri də türklüyü ilə qürur duyması idi"
“Üzərimdə bomba var” dedi, ortalığı bir-birinə qatdı
Uşaqlarının gözü qarşısında üzərinə benzin tökülərək yandırıldı
İçinə şeytan girdiyi düşünülən qadının dili və dodağı dağlandı - FOTOLAR
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Araşdırma
Yeməyi oğlundan alıb, əsgərə yedirən, hərbi formanı ən yaxşı parçadan tikdirən CÜMHURİYYƏT GENERALLARI
Gündəm
“Serj Sərkisyan Qarabağ məsələsi üzrə xüsusi elçi təyin edilə bilər…” - Paşinyanın müşaviri
Maraqlı
Xörək duzu bizi necə məhv edir? - Onu nə ilə əvəzləməliyik?
Dünya
Ölən erməni hərbçiyə görə bölük komandirinin müavini həbs edildi...
Dünya
“Gecə əyləncələrinə getmək, şənlənmək...”- Yüz beş yaşlı qadın bu yaşa çatmasının sirrini açdı...
Həftənin ən çox oxunanları
Xankəndi səmasına qırıcılar qaldırıldı - Düşmən “gəl-gəl” deyir... Fotolar+Video
Lotoreyanın sirrini tapan riyaziyyatçı 7 dəfə mükafat qazandı...
Rusiya üzərində qələbə: "Baş nazir sevinir, prezident əleyhinədir"
"Hakimiyyətdə olduğu neçə illər ərzində ilk dəfə olaraq sükan Ərdoğanın əlində deyil..."
Yarıçılpaq səudiyyəli fanat qadın və hicablı rus azarkeş qız - Futbol çempionatındakı təzadlar + VİDEO
12 yaşında Kəbəni üzərək təvaf etdi - Gözlənilməz (FOTOLAR)
“Türk Yıldızları” Bakı səmasında uçuşlar keçirəndə hamımız sevincdən ağlayırdıq”
İki Ali Baş Komandanımızın Xankəndindəki paradını bizə çox görməyin: - TARİXİ SEÇİM...
Paşinyanın gəncliyinə aid biabırçı şəkli paylaşıldı - FOTO
"Ölkəni mollaxanaya çevirmək istəyənlərə qarşı dirəniş göstərməliyik" -Deputatdan çağırış...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin