Xəbər lenti
23/10/2017 [08:26]:
İranda 5,1 bal gücündə zəlzələ oldu
23/10/2017 [08:22]:
Türkiyənin "Kərkük dəhlizi": Azərbaycanlılar belə xilas ediləcək
23/10/2017 [08:21]:
Rusiya yenə ermənilərə qahmar çıxdı – qalmaqal
23/10/2017 [03:09]:
İstənilən çətin vəziyyətdən çıxış yolu var - Günün qoroskopu
23/10/2017 [01:22]:
Unuda bilmədiyim xatirələrim...
23/10/2017 [00:56]:
Körpənin aclıqdan sümükləri sayılır - Dəhşətli mənzərə...
23/10/2017 [00:53]:
Qadınların qorxulu yuxusu “OSTEOPOROZ”...
23/10/2017 [00:21]:
Rusiyada dillər əzbəri olan azərbaycanlı yol polisi... - FOTO
23/10/2017 [00:08]:
"Əgər erməni həyasızlığı bir dəfə zərbə alsa, ikincisinə cəhd etməyəcəklər" - Ermənişünas
22/10/2017 [23:47]:
İkinci dünya müharibəsinin ən ölümcül silahları... - FOTOLAR
22/10/2017 [23:17]:
“Qalatasaray” - “Fənərbaxça” matçında qalib müəyyənləşmədi
22/10/2017 [22:51]:
Polad Bülbüloğlu medalla təltif olundu
22/10/2017 [22:02]:
Gəlini toyunda xəstəxanalıq etdilər - FOTOLAR
22/10/2017 [21:48]:
Necati Şaşmazın "Kurtlar Vadisi Darbe" filminə tamaşaçılardan "darbe"... - FOTO
22/10/2017 [21:11]:
Eyvandan səslədilər, Ərdoğan dəvəti qəbul edib çay üçün evə çıxdı - VİDEO
22/10/2017 [21:03]:
Qəbələdə azarkeşlər arasında insident - Polis işə qarışdı
22/10/2017 [21:00]:
Çexiyada parlament seçkiləri - Milyarderin partiyası qalib gəldi
22/10/2017 [20:50]:
İngiltərədə silahlı şəxs insanları girov götürüb - VİDEO
22/10/2017 [20:38]:
Növbəti erməni həyasızlığı: Naxçıvan Ermənistan ərazisi kimi göstərildi
22/10/2017 [20:05]:
Kəmaləddin Heydərov “Qəbələ” – “Qarabağ” matçında - FOTOLAR
22/10/2017 [20:00]:
Qaçış bandları işgəncə aləti kimi istifadə edilib - MARAQLI
22/10/2017 [19:56]:
Mendeleyev milyonçu Tağıyev haqqında: “Elə bilirdim, o adi bənnadır…”
22/10/2017 [19:50]:
Bütün Rusiya azərbaycanlı Baxış Kərimovun qəhrəmanlığından danışır – FOTO
22/10/2017 [19:33]:
Dünyanın saz mülkünün sultanı Ədalət...
22/10/2017 [19:21]:
Bağırov “Arşın mal alan"ı oğurlamaq istəyən ermənilərə belə mane oldu- Gizli tarix
22/10/2017 [18:36]:
Rəsulzadənin oğurluq edən erməni uşaqlarını əzişdirməsi- Romandan VII fəsil
22/10/2017 [18:26]:
Mingəçevirdə 34 yaşlı kişini bıçaqladılar
22/10/2017 [18:22]:
Eks-prezidentlər xeyriyyə konsertində bir arada - FOTOLAR
22/10/2017 [18:17]:
Lənkəranda “Mercedes”lə “Opel” toqquşdu - Yaralananlar var
22/10/2017 [18:16]:
Qafqazda birgəyaşayışın təməlində Rusiyanın Qafqazdan çıxarılması durur
22/10/2017 [18:16]:
“Qarabağ” mərkəzi oyuna 5 itki ilə yollandı
22/10/2017 [17:56]:
Azərbaycanlı Ukraynadan deportasiya ediləcək - Sərhədçiyə rüşvət vermək cəhdinə görə...
22/10/2017 [17:54]:
Sınıqlar insan sümüyündən hazırlanan vintlərlə birləşdiriləcək
22/10/2017 [17:51]:
ABŞ-da terror aktı törətməyi planlaşdıran şəxs saxlanıldı
22/10/2017 [17:48]:
Kiyevdə aksiyaçılarla polis arasında toqquşma olub
22/10/2017 [17:44]:
"İkili standartları dayandırmalı və həmrəyliyimizi əməldə də nümayiş etdirməliyik"
22/10/2017 [17:39]:
PKK-nın Laçındakı, Kəlbəcərdəki düşərgələri və... professor Nadir Nadirov?
22/10/2017 [17:28]:
Madaqaskarda taun epidemiyasından 107 nəfər öldü
22/10/2017 [17:28]:
Özündən 20 yaş kiçik sevgilisi üçün gözəlləşmək istədi, komaya düşdü - FOTOLAR
22/10/2017 [16:55]:
60 illik ömründə Allahın yazdığını pozan adam...
22/10/2017 [16:52]:
Ordumuz şəhid verdi
22/10/2017 [15:53]:
BSU-da intellektual oyun yarışması keçirildi
22/10/2017 [15:31]:
Saakaşvilinin tərəfdarları Kiyevdə mitinq keçirir – FOTO
22/10/2017 [15:28]:
Gül: “Gülənin Türkiyəyə ekstradisiyasına mane olacaq prosedur qalmayıb”
22/10/2017 [15:25]:
Temur Abazov Marneuli rayon icra başçısı seçildi
22/10/2017 [15:10]:
İndi də deyirlər, Qiyamət 2058-ci ildə qopacaq… - Bəs Quran nə deyir?
22/10/2017 [15:00]:
Türkiyədən Azərbaycana jest - “Derbidə “Qarabağ”ın plakatı açılsın”
22/10/2017 [14:47]:
Bayrağımıza xor baxan valinin ibrətlik sonu
22/10/2017 [14:17]:
Trampdan sensasion addım- PKK/PYD-ni təbrik etdi
22/10/2017 [13:47]:
Oqtay Bayramov FHN-dən ayrıldı
22/10/2017 [13:39]:
Sabah yağış yağacaq
22/10/2017 [13:29]:
Tbilisinin merinin adı bəlli oldu
22/10/2017 [13:28]:
Naviqasiya sistemində problem yaranan təyyarə Bakıya qayıda bildi
22/10/2017 [13:04]:
Qazaxıstanda qanunsuz yaşayıb-işləyən 13 Azərbaycan vətəndaşı saxlanıldı
22/10/2017 [12:58]:
Bakı milyonçularının sirri- Onların varidatını kimlər taladı?
22/10/2017 [12:49]:
Ağ Ev ABŞ-ın sabiq prezidentini Şimali Koreyaya buraxmadı
22/10/2017 [12:47]:
Cocuq-Mərcanlıya ikinci köç gözlənilir
22/10/2017 [12:45]:
60 il gedilmiş yol...
22/10/2017 [12:05]:
Qarabağa görə bütün türk dünyası ayağa qalxmalıdır" - Jandarma generalı...
22/10/2017 [11:58]:
Məşhur futbolçu ilə aktrisa evləndi - Ərdoğan nikah şahidləri oldu+ Fotolar
22/10/2017 [11:57]:
Tramp: “Facebook Klintonu dəstəkləyirdi”
22/10/2017 [11:56]:
Gürcüstanda azərbaycanlıların yaşadığı rayonlarda icra başçısı kimlər olacaq?- İlkin nəticələr
22/10/2017 [11:54]:
Gürcüstanda seçkilərin ilkin nəticələrini açıqlandı
22/10/2017 [11:54]:
Şimali Koreya özünü tamhüquqlu nüvə dövləti elan etdi
22/10/2017 [11:16]:
"Gələn ilin büdcəsinə yığılan hər 100 manatın 38 manatı tikintiyə xərclənəcək"
22/10/2017 [11:11]:
İmam Hüseynin (ə) kəramət və möcüzələri...
22/10/2017 [11:11]:
Qazaxda evdə partlayış baş verib -Xəsarət alan var
22/10/2017 [11:03]:
Şuşa əsilli jurnalist Myanmarda təhlükəli anlar yaşadı… -Fotolar
22/10/2017 [10:59]:
Netanyahu Bərzaninin lobbiçiliyinə başladı
22/10/2017 [10:55]:
Azərbaycanda qonorarlarla bağlı mühüm QƏRAR
22/10/2017 [10:54]:
Bakıda 1 ədəd 82 mm-lik minaatan mərmisi tapıldı
22/10/2017 [10:53]:
Messi İspaniya çempionatında "qol+ötürmə" sistemi üzrə 500-cü xalını topladı
22/10/2017 [10:36]:
“Ukraynanın xilası üçün 70 gün bəs edər” - Mixeil Saakaşvili
22/10/2017 [10:32]:
Bakıda parkomatı sındırdılar: "Samaraya bilet lazımdır"
22/10/2017 [10:27]:
“Taliban” məsuliyyəti üzərinə götürdü - 15 ölü, 4 yaralı
22/10/2017 [10:21]:
Cəbhədə ermənilərin təxribatı davam edir
22/10/2017 [02:22]:
Əlverişli zamandır - Günün qoroskopu
22/10/2017 [01:36]:
Ərdoğan: “Bu şəhərə xəyanət etmişik”
22/10/2017 [01:25]:
Barselonada yarım milyon insan küçələrə çıxdı
22/10/2017 [00:37]:
6 nəfəri öldürən milyarder qızı məhkəməyə ağlayaraq gəldi, gülərək çıxdı - FOTOLAR
Bütün arxiv bir sırada
23/09/2017 [14:47] - Müsahibə - ( 2460 dəfə baxılıb)

"Ədəbiyyatın dünyası, üfüqü genişdir – orda hamıya yer var, hamıya..."

"Tanıdığımız adamların iştirakı ilə elə hadisələr olur, baxırsan ki, hazır əsərdir..."


Tanınmış şair-publisist, araşdırmaçı, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər QOŞALI -nın Moderator.az-a müsahibəsini təqdim edirik.

- Xoş gördük. Necəsiniz?
- Günün ağ olsun! Şükür, yaxşılıqdır. Yaxşı deyək, yaxşı olsun.

- Özünüzü necə hiss edirsiniz?
- Özümü ölkəm kimi hiss edirəm...

- Bəs oxuculara özünüzü necə təqdim edərdiniz?
- Həmişəki kimi sadəcə: Əkbər QOŞALI.

- Əkbər müəllim, yazmağa nə vaxtdan başlamısız?
- Hələ məktəbə getməmişdən yazı yazmağa başlamışam. Ədəbi anlamda yazılarımsa, orta mək-təbin 4-5-ci siniflərindən başlayır, yanılmıramsa. Ancaq o dövrün yazıları ya it-bat olub ya da özüm cırıb atmışam. Atmağa ürək eləmədiyim yaxud atılmayası yazılarsa, hardasa, tələbəliyin ilk illərinə aiddir. Sonrası məlumunuz – Rəhmətlik Aşıq Veysəl demiş:
“Uzun incə bir yoldayım, 
Gediyorum gündüz-gecə. 
Bilmiyorum nə haldayım, 
Gediyorum gündüz-gecə” misali..

- İlk yazdığınız əsər, hekayə, yaxud roman necə adlanıb və nə vaxt ərsəyə gəlib? 
- Bu dəqiqə onu xatırlamağa çətinlik çəkirəm... Şeir olub, hər halda, məzmununu, hətta adını da xatırlaya bilmirəm. 

- Yəqin məhəbbət səhnələrini çox yazırdınız?
- (gülür) Səhnələrini deməyək, məhəbbəti səhnədə görmək sənət hadisəsidir, əlbəttə... ancaq “məhəbbət sənhələri” sözünün deyilişi mənə qəribə gəlir. 
Hər halda hələ bu il 44 yaşı tamam olmuş bir yazarın indiyədək yazdıqları içində, sizin nəzərdə tutduğunuz anlamda məhəbbət mövzusunun aparıcı olması, təbiidir, elə deyilmi?

- Elədir. Bəs, ən axırıncı yazdığınız nəsr nədən bəhs edir və necə adlanır?
- Çoxdandır nəsr əsəri yazmıram. Bununla belə, demək olar, yalnız bilgisayara yazılması qalmış iki hekayəm var: biri Qafqaz Türk-İslam Ordusunun Bakı yürüyüşü ilə, digəri Borçalıda üçqadınlı bir kişinin başından keçənlərlə bağlı... 

- Oxucu hər hansı bir yazıçının romanını oxuyanda birinci nəyə fikir verməlidir?
- Bu hər oxucuya görə dəyişir yəqin ki. Doğrudur, roman yazma texnikası, kitab oxuma texnikası, sürətli oxu qaydası – filan mövcuddur, lakin zövq metoda, metodologiyaya nə qədər yatır, ürək seçimi bu dediyimiz-demədiklərimizdən necə sıyrılıb çıxır..? Bax, məsələ bundadır...

- Sizcə, romanının maraqlı olması üçün yazıçı nə etməlidir?
- Bəlkə də, “nə etməli”dən daha çox, “nə etməməlidir?” sualı yerinə düşərdi. Qondarmaçılıq, qeyri-səmimilik etməməlidir, məsələn... 

- Nəsr yoxsa şeir? Daha çox hansına üstünlük verirsiniz?
- Mənə görə, nəsrlə şeir yaradcılığı qoşa qanad kimidir...

- Bir roman yazmaqla tanınmış yazıçı olmaq mümkündürmü?
- Demək olar, böyük yazıçılar da daha çox bir romanla xatırlanır. Lakin bu, bir roman yazıb, qələmi qırağa qoymaqla olmur yəqin ki. Bəlkə də, qalıcı, dillər əzbəri olan əsər, neçə kitab çıxarandan sonra meydana çıxacaq... 

- Kitab oxumağı sevirsiniz?
- Bəs necə?

- Axırıncı dəfə oxuduğunuz kitab hansıdır?
- “Axırıncı dəfə”! Nə ağır kəlmədir bu..? Mən təkrar oxuduğum kitabı da oxuyanda ilk dəfə oxuyurmuş kimi oxuyuram, doğrudur, çoxdan görmədiyin tanışınla görüş kimi olur, ikinci oxunuş, amma xoş duyğular yaradır... Qaldı ki, hələlik axırıncı oxuduğum kitaba, bu, görkəmli qazax yazıçısı Rahimcan Otarbayevin “Baş” romanıdır.

- Gənc yazarlardan kimləri oxuyursunuz?
- Gənc yazarlardan Kürdəmir balası Anar Gülümsoyun, Culfa balası GÜLSADƏnin, Xaçmaz balası Habil RzaNurun, Qubadlı balası Çinarə Ömrayın adını fərqləndirərdim. Başqa istedadlı gənclərimiz də var, təbii (məsələn, Gəncə ədəbi mühitinin Göyçə doğumlu parlaq nümayəndəsi Şəfa Vəli ) onların adını bir neçə dəfə çəkdiyimçün, habelə. Bir çoxu iki və daha artıq kitab-dəftər sahibi olduğu üçün, bu dəfə başqa adlar çəkməkdə fayda var, deyə düşünürəm.

- Hər hansı bir əsər, yaxud konkret bir obrazla bağlı ideyanı haradan götürürsünüz?
- Həyatdan, hadisələrdən... bəzən qaynar dünya deyil, ən ən adi gedişatdan da parlaq əsər çıxa bilər...

- Hadisə və ya ideya ilə rastlaşmaq üçün mətbuatı izləyirsinizmi? Axı indi elə qəribə xəbərlər oxuyuruq ki, işləsən, bəlkə də bir əsərdir… Ümumiyyətlə, yaxşı roman yazmaq üçün yazıçıya birinci növbədə nə lazımdır, nə kimi amil o romanı maraqlı edə bilər?

- Doğru deyirsiz. Yaşadığımız şəhərdə, tanıdğımız adamların iştirakı ilə elə hadisələr olur, baxırsan, hazır əsərdir... Sualınızın ikinci bölümünə gəldikdə, elə bilirəm, bu sualı müəyyən qədər cavablandırmış bulunuruq artıq. Hər halda, yazıçıya yaxşı əsər yazmaqçün ilk növbədə, istedad, ondan sonra yaxud onunla yanaşı, səmimiyyət və əlbəttə, zamanla cilalanan ustalıq, sevdalı yazıçılıq “vərdişi”...

- Oxucunun zövqünə görə yazmaq lazımdır, yoxsa yazıçı öz üslubunda yazsa daha yaxşı olar?
- Yazıçının öz üsluba malik olması özlüyündə bir zövq işidir, zövq formalaşdırma olayıdır; yazıçı öz sənət kredosuna sadiq qalmalıdır, Xalq yazıçısı ANARın sözü ilə desək, sənət öz estetik dəyərləri ilə inkişaf etməlidir.

-Özünüzü tanınmış yazıçı hesab edirsiniz?
- Mən özünə titul, şöhrət qondaran adamlardan deyiləm. Akademik Nizami Cəfərovun sözü ilə desək, epos tipli insan sayıram özümü. Epos tipli insanlar planlaşdırmadan daha çox, qabaqlarına çıxan işlə vicdanla uğraşan tiplərdir. “Tip” sözünü burada müsbət emosiya ilə işlədirəm, əlbəttə. Dost-tanış, məni sevənlər, mən sevənlər hansısa “titul”u, “yazıçı sifəti”ni, “şair duruşu”nu yaraşdırırlar mənə, ancaq mən dəbdəbədən, təntənədən sıxılan adamam. “Başqan”, “Abi”, “Əfəndim”, “Xoca”, “Müəllim”, “Usta”, hətta, “Ustad” deyən xeyli gənclərimiz,dostlarımız var və mən bu sözlərə layiq olmağı yüksək sorumluluq saysam da, o sorumluluğun gərəkdirdiklərini yerinə gətirməyə çalışsam da, açığı, ən sadə söz mənimçün yetərlidir, səmimiyyətlə deyilmiş ən sadə müraciət..! Əgər mən özüm ustad dediyim kimlərsə həyatdadırsa, onlara da, mənə də ustad deyilməsindən utanıram. 
Doğrudur, böyük görmək, qiymət vermək, məhəbbət bəsləmək nəcib duyğulardır, sayğıya layiqdir, lakin ölçüsü, ülgüsü, dozası qaçmamalıdır...
Bir də var, sən sadə, təvazökar insansan, bununla belə, sənin az qala övladına tay-tuşluq edəsi birisi, durub, səninlə tay-tuş kimi danışımağa cəhd edirsə, bax, o zaman, “sığortalar atır” (Anadolular demiş)....
Mən təhsilim, oxuduqlarım, görüb-götürdüklərim etibarı ilə, qarşımdakı adamın “dilinin altındakı paxla”nı görə bilirəm, əsasən...
Sadəliklə sadəlöhvlüyü dəyişik salanlara, çaşanlara yerini göstərmək zorundayıq, qüsura baxmasınlar.

- Mənim bir tanışım bu yaxınlarda dedi ki, heç vaxt şair, jurnalist, rəssam, yazıçı tipli adamlarla evlənməz. Yaradıcı adamla evlənmək hər qadının işi deyil. Bəlkə əhli-kef və o qədər də məsuliyyətli olmadıqlarına görə belə fikirlər yaranır?.. Bu düşüncəyə münasibətiniz və fikiriniz necədir?      
- Razı deyiləm. Bu barədə cavabı xırdalamağa da ehtiyac duymuram.

- Yaxşı əsər yazıb ortaya çıxarmaq üçün yazıçıya nə qədər vaxt lazımdır?
- Yaxşı əsər yazılana qədər – ən azı, öz yazdığı öz ürəyinə yatanadək... 

- Gənclər niyə kitabxanaları ziyarət etmir? Gənclərimiz niyə kitab oxumaqdan qaçırlar? Hətta, saatlarla bilgisayar arxasında oturmağı kitab oxumaqdan üstün tuturlar…
- Məncə, sualınız, iddianız bir qədər tünddür. Kitab oxumaqla bağlı nigarançılıqlar bir neçə il öncəki qədər rahatsızedici olmasın, gərək... Kitab oxuma səviyyəsi, yavaş-yavaş da olsa, qaydasına düşür, “yolverilən” həddə yaxınlaşır, deyə düşünürəm. 

- Yazıçılıqla sevərək məşğul olursunuz, yoxsa maddi maraq üçün yazırsınız?
- Maddi maraq üçün başqa işlər var; yazıçılıqdan pul-para gəlsə, nə xoş..! Ancaq pul gəlmir deyə, yazmayaq deyə bir şey yoxdur...

-Oxucularla ünsiyyətdə olmaq sizin üçün nə dərəcədə önəmlidir?
- Yüksək dərəcədə.

-Sizcə, insan öyrənə-öyrənə adam ola bilər?
- İnsan adam olmasın, adam İNSAN olsun! İnsanlıq adamlıqdan üstündür. Öyrənməyin hər bir insana və həmişə faydası vardır, əlbəttə...

-Xalqın Yazıçısı ya Xalq Yazıçısı olmaq daha yaxşıdı?
- Dövlətin verdiyi adla, xalqın bəslədiyin münasibət üst-üstə düşsə, daha yaxşıdır..!

- Bu gün böyük, görkəmli şair və yazıçılarımız tənqid olunur, hətta onları lağa qoyub yaradıcılığını bəyənməyənlər də var. Buna münasibətiniz necədi? O insanlara haqq qazandırmaq olarmı?
- Tənqiddə xüsusi problem görmürəm, ancaq lağa qoymaq nəinki görkəmli adama münasibətdə, ümumiyyətcə heç kimə münasibətdə qəbuledilən hal deyil.

- Onlar, yəni böyük şair və yazıçılarımız Azərbaycan ədəbiyyatında böyük iz qoyub getdilər, bəs onları bəyənməyənlər, tənqid edənlər nə ilə yadda qalacaq?
- Ədəbiyyatın dünyası, üfüqü genişdir, orda hamıya yer var, hamıya... Yaradıcı kimi olmasa da, ən azından obraz olaraq (gülür).

- AYB-də bu gün baş verən hadisələrə, məsələn, istefalara, qovulmalara münasibətiniz necədi?
- Belə hallar adda-budda olan şeylərdir, üzərində xüsusi durulmasına da ehtiyac yoxdur, məncə... Necə deyərlər, “Gedənə qal, demək olmur, Gedir getsin, qalır qalsın”...

- Əkbər müəllim, bu yerdə sizdən xoşbəxtlik haqqında soruşmaq istərdim. Sizinçün xoşbəxtlik nədir? Ümumiyyətlə, özünüzü xoşbəxt insan hesab edirsinizmi?
- Elə sözlər deyərik, bizi xoşbəxtlərin xoşbəxti adlandırarlar; elə durarıq, haqqımızda bədgüman olarlar... Şükür Tanrıya! Yaxşı düşünək, kainatın ruhuna müsbət dalğalar göndərək, gücümüz çatan işlərin qulpundan yapışaq, hər şey yaxşı olacaq...

- Həyatın anlamını nədə görürsünüz?
- Yaxşılıqlarda! Öyrənməkdə, öyrətməkdə!Yaşamaqda, yaşatmaqda!

- Əkbər QOŞALI öz həyatı haqqında roman yazmaq istərdimi? Və yazsaydı, adı nə olardı?
- Adını hələ bilmirəm, ancaq belə bir roman yazaram yəqin. O roman yalnız bir şəxsin həyatından bəhs etməyəcək, təbii; uşaqlıqdan böyüklüyə, orta məktəbdən ali məktəblərə, kənddən şəhərə, yabançı imperiyadan milli müstəqilliyə... övladlıqdan atalığa... uzunçuluq çıxmasın, səfərlərə, sevgilərə, sevinclərə, kədərlərə, çarpışmalara, itkilərə, qazanclara... daha nələrə, kimlərə, haralara toxunan, üztutan bir əsərdən danışırıq... Danışacağıq, daha doğrusu... 

- Maraqlıdır. Bir cümlə ilə ifadə edəsi olsaq, həyat fəlsəfənizi hansı şüar ifadə edərdi?
- “İşimiz haqq işidir! Biz qalib gələcəyik!” Əgər təxəllüsümdən çıxış edərək(gülür), ikinci bir şüar da deyəsi olsaq, bu ATATÜRKün dediyi böyük sözlər olardı: “Yüksəl, türk, yüksəl! Sənin üçün yüksəlmənin hüdudu yoxdur! Üfüqə yetmək azdır, üfüqötəsini görmək lazım!”

- Bəs, həyatınızın hansı çağı daha maraqlı olub sizinçün?
- Etdiyim kiçik yaxşılıqların, dönüb-dolaşıb, o yaxşılıqları etdiyim insanlar bir yana, başqa insanlar tərəfindən mənə qayıtması, özü də tirajlanaraq qayıtması məqamını qeyd etsək, daha düzgün olar yəqin... 

-Əkbər müəllim, həyatda nə vaxtsa peşman olduğunuz anlar olubmu?
- Olub, olub... Bundan sonrakı peşmançılıqlardan qorusunTanrım!

- Kinli insansınız ya tez barışan?
- Kinlilik bekara şeydir, o bizlik deyil. Küsmək insana xas xüsusiyyətdir. Küsmək bir qədər də ərk deməkdir, ummaq deməkdir; atalar necə deyib? “Uman yerdən küsərlər”. Mənim rəhmətlik atam deyərdi, “A bala, doğmanın nə küsüsü?..” Qardaş Türkiyənin tanınmış şairi Qəhrəman Tazəoğlunun da “Mən sənə küsdüm” adlı bir şeiri olmalıdır, bu suala cavab yerinə deyiləsi... 

“Küsmək nədir, bilirsənmi?
küsmək– dürüstlükdür.
Cocuqcadır və onunçün sadəlöhvdür,
yalansızdır.
Küsmək: “səni sevirəm”dir,
əl çəkməməkdir.
Məni anladır küsmək.
“Pərtəm, amma hələ buradayam”dır, “getmirəm”dir, “gedəmmirəm”dir.
Küsmək: ərk etməkdir, yaxın bulmaqdır, “mənim üçün dəyərlisən”dir.
Küsmək, “sevdiyini söylə” deməkdir... “haydi, anla” deməkdir.
Küsmək; umutdur, “əcaba”ları bitirməkdir, əmin olmaqdır.
Yəni, deyəcəyim o ki:
-Mən sənə küsdüm!"

Hansısa yaramaz(lar)a münasibətdə isə, küsmək yox, tavr qoymaq, məsafə saxlamaq, soyumaq var... Var ki, o öz yerini bilsin.

- Sonda gənc yazıçılara tövsiyələriniz və məsləhətlərinizi soruşum...
- Bir rus yazıçısının sözü yadıma düşür, deyir, “Mənim gənc yazarlara bir məsləhətim var – heç kimin məsləhətinə qulaq asmasınlar”...

- Gələcək fəaliyyətinizdə sizə uğurlar arzu edirəm və bir daha xoş və səmimi söhbətə görə təşəkkür edirəm.
- Bir daha, günün ağ olsun!


Hazırladı: Leyla Namazova

Rusiyada dillər əzbəri olan azərbaycanlı yol polisi... - FOTO
İmam Hüseynin (ə) kəramət və möcüzələri...
“Ukraynanın xilası üçün 70 gün bəs edər” - Mixeil Saakaşvili
Erməni mətbuatı güllələdikləri əsgərin fotosunu yaydı - FOTO
Putindən şok xəbərdarlıq: “Atomdan daha təhlükəli silah yaranır”
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Araşdırma
Qadınların qorxulu yuxusu “OSTEOPOROZ”...
Dünya
Gəlini toyunda xəstəxanalıq etdilər - FOTOLAR
Dünya
Eyvandan səslədilər, Ərdoğan dəvəti qəbul edib çay üçün evə çıxdı - VİDEO
Maraqlı
Qaçış bandları işgəncə aləti kimi istifadə edilib - MARAQLI
Maraqlı
İndi də deyirlər, Qiyamət 2058-ci ildə qopacaq… - Bəs Quran nə deyir?
Həftənin ən çox oxunanları
“Hər imkanda məni zorlayırdılar” - Olimpiya çempionu+ Fotolar
Mütəxəssislərdən xəbərdarlıq: “İctimai nəqliyyatda yaşlılara yer verməyin...”
"Sükan arxasında şirin söhbət etmək də, nağıl danışmaq da olar..."
Azərbaycanlı hərbi jurnalist Putinə müraciət etdi - Gözlənilməz...
14 yaşlı qızının seks videolarını çəkib sevgilisinə yollayan ana da varmış - DƏHŞƏT...
6 nəfəri öldürən milyarder qızı məhkəməyə ağlayaraq gəldi, gülərək çıxdı - FOTOLAR
“Bundan sonra Sarkisyanla danışıqlara getməyin heç bir mənası yoxdur”
Ayaqyolunda olan zaman mobil telefondan heç vaxt istifadə etməyin - VİDEO
"Əgər İraq ordusu ildırım sürətiylə Kərkükü döyüşsüz ələ keçirdisə..."
Prezident Aparatındakı müşavirədə tənqidi çıxışı ilə hamını heyrətləndirdi... - VİDEO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin