Xəbər lenti
17/01/2018 [22:05]:
Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılır
17/01/2018 [21:34]:
2017-ci ildə sahibkarlara 146 milyon manat güzəştli kredit verilib
17/01/2018 [21:29]:
Polis avtomobilini Qazaxıstan prezidentinin iqamətgahının hasarına çırpıb – FOTO
17/01/2018 [21:27]:
Ərdoğanın anonsunu verdiyi MÜHARİBƏ BAŞLADI - İlk zərbədə çoxlu ölən var
17/01/2018 [21:24]:
Peyğəmbər şəhəri silkələndi - Gözlənilməz
17/01/2018 [21:22]:
Üçüncü növbədə təhsil alan şagirdlərin sayı açıqlandı
17/01/2018 [21:16]:
Dilçilik İnstitutunun keçmiş direktoru yeni orfoqrafiya qaydalarını tənqid etdi - MÜSAHİBƏ
17/01/2018 [21:10]:
“Avropadakı anti-türk qüvvələri sanki dopinq alıb”
17/01/2018 [21:08]:
Analoqu olmayan nazirlik yaradıldı
17/01/2018 [21:03]:
Sürücülərə şad xəbər: Bütün qərarsız MMX-lar silindi
17/01/2018 [21:02]:
"Cümhuriyyət İlində Qarabağ işğaldan azad olunmalıdır"
17/01/2018 [20:55]:
Azay Quliyev Şura Katibliyinin baş məsləhətçisini Fəxri Fərman ilə təltif etdi
17/01/2018 [20:54]:
"Qarabağ münaqişəsi regional fəlakətə çevrilə bilər"
17/01/2018 [20:51]:
FHN itkin düşmüş alpinistlərin axtarışı ilə bağlı məlumat yaydı - FOTO
17/01/2018 [20:10]:
Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin növbəti yığıncağı keçirildi
17/01/2018 [20:08]:
“Bitcoin” 10 min dollardan da aşağı düşdü
17/01/2018 [20:05]:
“Judo Club 2012”nin yetirmələri Xorvatiyadan 2 qızılla qayıtdı
17/01/2018 [20:02]:
General oğlu 4 il 6 ay müddətinə azadlıqdan məhrum olundu
17/01/2018 [20:00]:
Prezident jurnalisti mətbuat konfransından qovdu - VİDEO
17/01/2018 [19:59]:
Peskov:" Putin tam sağlamdır və çoxlarından üstündür"
17/01/2018 [19:55]:
Türkiyədə hərbi təyyarə qəzaya uğradı - 3 hərbçi həlak oldu
17/01/2018 [19:52]:
Qənirə Paşayeva ABŞ, Sinqapur və Livanın tanınmış qadın təşkilat rəhbərləri ilə görüşdü
17/01/2018 [19:47]:
Peşə məktəblərində çalışan müəllimlərin maaşı iki dəfə artırılıb
17/01/2018 [19:46]:
Xərçəng xəstələrinə tarixi keçmiş dərman verdilər
17/01/2018 [19:30]:
"Köhnə azərbaycanlı"nın yeni hekayəsi
17/01/2018 [19:21]:
Rza şah Pəhləvinin oğlu İranı “ən seksual ölkə” adlandırdı...
17/01/2018 [19:09]:
Ənənəvi festivalda buğa 3 nəfəri öldürdü - VİDEO
17/01/2018 [18:57]:
Arvadı ilə 20 il “bacı-qardaş” olan Əli Mirəliyev: “Əşi, sizə nə dəxli var?”
17/01/2018 [18:54]:
Zərdüşt Əlizadə: “Xəlil Rza ermənilərə qarğışlar yağdırdı, nəticədə biz Qarabağı itirdik...”
17/01/2018 [18:51]:
ADNSU və Bilik Fondu 20 Yanvar şəhidlərinə həsr olunmuş birgə tədbir keçirdi
17/01/2018 [18:43]:
“Atlas” Prezident kitabxanasına təqdim edildi
17/01/2018 [18:33]:
20 Yanvar Şəhidləri yad edildi - FOTO
17/01/2018 [18:32]:
Orxan Pamukun çəkdiyi mənasız selfi - Nobel mükafatçısı bununla nə demək istəyir?
17/01/2018 [18:27]:
Ağır xəstəlikdən əziyyət çəkən xalq artistimiz bu saatlarda VƏFAT ETDİ - FOTO
17/01/2018 [18:24]:
Könül Xasıyevanın həyat yoldaşı kimdir? – Sensasion müsahibə – VİDEO
17/01/2018 [18:21]:
Əmək hüquqlarına dair maarifləndirmə seminarı keçirildi
17/01/2018 [17:47]:
“Bakıbus” avtobuslarındakı yaddaşda Xankəndi niyə qeyd olunmur? - FOTO
17/01/2018 [17:42]:
Prezident Administrasiyasında təyinat oldu - Yeni şöbə müdirinin tərcümeyi-halı
17/01/2018 [17:28]:
Manat və dolların sabahkı MƏZƏNNƏSİ
17/01/2018 [16:52]:
Kərəm Həsənovun Şamaxıda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirildi
17/01/2018 [16:47]:
Əkrəmlərdən kəramətlərə gedən yol...
17/01/2018 [16:46]:
Milli Məclis “Azərbaycan Ordusu haqqında” sənədi müzakirəyə çıxaracaq
17/01/2018 [16:43]:
ADPU-da seminar keçirildi
17/01/2018 [16:38]:
“Mən İlhamə Quliyevanı təriflədikcə, o məni pisləyirdi” – Brilliant Dadaşova
17/01/2018 [16:32]:
Vikipediyada general Cahangir bəy Novruzov haqqında məqalə yeniləndi
17/01/2018 [16:28]:
“Bu baş versə, erməni dövlətçiliyindən heç bir şey qalmayacaq”
17/01/2018 [16:25]:
Qəbul imtahanında ödəniş dəyişəcək? – DİM-dən AÇIQLAMA
17/01/2018 [16:15]:
SOCAR İstiqrazına pul qoyanlara faiz ödənildi
17/01/2018 [16:08]:
Nazın Türkiyədə gecə klubunda maraqlı videosu yayıldı - VİDEO
17/01/2018 [16:06]:
"Yeni orfoqrafiya qaydaları yaratmağa ehtiyac yoxdur"
17/01/2018 [16:02]:
Bakı yollarında nöqsanlar aşkarlandı – RƏSMİ
17/01/2018 [15:58]:
Azərbaycanın hələ də tam öyrənilməyən dünya əhəmiyyətli xəzinəsi - palçıq vulkanları
17/01/2018 [15:51]:
Nərgiz Paşayeva qızı ilə konsertdə - FOTOLAR
17/01/2018 [15:48]:
Aida Qəmbər: “İsa Qəmbər sabah evə buraxılacaq”
17/01/2018 [15:43]:
Ötən il dağılan ailələrin sayı – STATİSTİKA
17/01/2018 [15:43]:
Azərbaycan avtomobil benzini istehsalını 5% artırıb
17/01/2018 [15:42]:
Azərbaycan jurnalistləri 2017-ci ildə: JuHİ illik hesabatını açıqlayıb
17/01/2018 [15:37]:
Keçən il məktəbi bitirən məzunlardan neçəsinin attestat aldığı açıqlandı
17/01/2018 [15:36]:
“Təhsil müəssisələrinin media ilə əməkdaşlığı alqışlanmalıdır”
17/01/2018 [15:29]:
Bu ilin buraxılış, qəbul və sınaq imtahanlarının tarixləri elan edildi - SİYAHI
17/01/2018 [15:17]:
Yeni virus “WhatsApp” yazışmalarını oğurlaya bilir
17/01/2018 [15:13]:
Azərbaycanda əhalinin sayı açıqlandı
17/01/2018 [14:53]:
Vergilər Nazirliyi QALMAQALLI “Grand Hospital”ı yoxlamağa başladı
17/01/2018 [14:52]:
Parlamentin komitə sədri: “Türkiyə hər zaman Azərbaycana dəstək olacaq”
17/01/2018 [14:51]:
ABŞ Suriyanı deyil, Türkiyəni hədəf seçib
17/01/2018 [14:48]:
“Ermənistan cəmiyyətində Rusiyaya inam sürətlə azalmaqdadır”
17/01/2018 [14:46]:
İran erməni kilsəsini YUENSKO-nun siyahısına salmaq istəyir
17/01/2018 [14:39]:
Mərkəzi Bankdan çevik məzənnə rejimi ilə bağlı – AÇIQLAMA
17/01/2018 [14:38]:
BMT: Yəmən əhalisinin 80 faizinin humanitar yardıma ehtiyacı var
17/01/2018 [14:35]:
Çexiya hökuməti istefaya göndərildi
17/01/2018 [14:29]:
5 gün əvvəl aldıqları it 3 yaşlı qıza hücum edib öldürdü
17/01/2018 [14:25]:
İnstitutdan qovulan,həbsxanada yatan, oğlunu savaşda itirən şair- Nəsiman Yaqublunun yazısı
17/01/2018 [14:23]:
Metronun bütün stansiyalarında matəm musiqisi səsləndiriləcək
17/01/2018 [14:15]:
“Dəmirbank”a borcu olanların – NƏZƏRİNƏ
17/01/2018 [14:08]:
Azərbaycan və Pakistan arasında hərbi əməkdaşlıq möhkəmləndirilir
17/01/2018 [14:06]:
Yakutiyada temperatur -62 dərəcəyə düşdü - Turistlər suya girdilər - İNANILMAZ ŞOU - VİDEO/FOTO
17/01/2018 [14:01]:
Ərdoğanın anonsunu verdiyi müharibə başladı - 30 ölü
17/01/2018 [13:59]:
İradə Zeynalovanı Moldovaya buraxmadılar
17/01/2018 [13:59]:
Pediatrdan valideynlərə şad xəbər: "Tez-tez qrip olan uşaqlarınız sağlamdır”
17/01/2018 [13:57]:
Sarkisyan Putini təqlid edir...
Bütün arxiv bir sırada
25/09/2017 [09:56] - Cəmiyyət - ( 1006 dəfə baxılıb)

Enerji içkiləri problemi böyüyür - Qadağan oluna bilər



Son illər Azərbaycanda xüsusilə gənclər arasında energetik içkilərə maraq kəskin artıb. Ölkədə insan orqanizmi üçün zərərli olan bu içkilərin satışına hər hansı məhdudiyyətin qoyulmaması bu məhsulu daha da əlçatan edib. Digər tərəfdən, energetik içkilərlə bağlı reklam kampaniyaları, insanların kütləvi toplaşdığı yerlərdə onların pulsuz paylanılması bu içkilərə marağı, xüsusilə yeniyetmələrin və gənclərin ona olan aludəçiliyini daha da artırıb.

Bəzi ölkələr artıq onun satışına hələ bir neçə il əvvəl qadağalar qoyub, bir sıra ölkələrdə isə satışına müəyyən məhdudiyyətlər tətbiq edilib.

Məsələn, 2010-cu ildə ABŞ-da kofein tərkibli spirtli enerji içkiləri tamamilə satışdan çıxarılıb. Elə həmin il Litvada energetik içkilərin yetkinlik yaşına çatmayanlara satışına qadağa qoyulub.

2015-ci ilin mayın 1-dən isə Rusiyanın Moskva vilayətində də eyni məhdudiyyətlər tətbiq edilib.

"Son illərdə energetik içkilərdən qəfil ölüm halları artıb"

Moderator.az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, Azərbaycanda energetik içkilərin kütləvi şəkildə yayılması, xüsusilə gənclərin buna maraq göstərməsi artıq narahatlıq doğuran məsələlərdəndir:

"Ümumiyyətlə, son illərdə energetik içkilərdən qəfil ölüm halları çoxalıb. Bütün dünyada, o cümlədən Azərbaycanda gənclər və yeniyetmələr arasında energetik içkilərin fəsadları artıb. Energetik içkilərin inkişaf etməkdə olan orqanizmə vurduğu fəsad daha çoxdur. Bu içkilər insanın istər psixoloji durumuna, istər ürək-damar sisteminə, istərsə də maddələr mübadiləsinə mənfi təsir göstərir. Bu içkilərin qəbulundan yuxu, əsəb sistemi pozulur, bunları qəbul edən insanlar bəzən öz fəaliyyətlərinə nəzarət edə bilmirlər".

M.Quliyev hesab edir ki, bu amilləri nəzərə alaraq, Azərbaycanda energetik içkilərin satışını qadağan etmək mümkün olmasa da, onun satışının məhdudlaşdırılması, uşaqlara əlçatanlığının minimuma endirilməsi üçün tədbirlər görülə bilər. Deputat qeyd edib ki, energetik içkilərin satışının məhdudlaşdırılması məsələsini Milli Məclisin payız sessiyası ərzində qaldıracaq.



Deputat təklif edir ki, energetik içkilər Azərbaycanda aksiz dərəcəsi təyin olunan mallar siyahısına daxil edilməli, qiymətinin bahalaşması üçün ona əlavə aksiz vergiləri tətbiq edilməlidir.

M.Quliyevin fikrincə, bu halda həmin içkiləri hər kəs, xüsusilə yeniyetmələr ala bilməyəcəklər.

Deputat hesab edir ki, energetik içkilərin reklamı da qadağan olunmalıdır: "İstər KİV-lərdə, istər reklam şitlərində, istərsə mağazaların özündə belə reklam olmamalıdır. Digər tərəfdən, onların satışı da tütün məmulatları və alkoqollu içkilərin satışı kimi tənzimlənməli və lisenziya əsasında həyata keçirilməlidir".

M.Quliyev hesab edir ki, məktəblərdə və onların yaxınlığındakı iaşə obyektlərində energetik içkilərin satışına qadağa qoyulmalıdır. Eyni zamanda, maarifləndirmə tədbirləri aparılmalıdır.

"Yol qəzalarının baş verməsində bu içkilər də rol oynayır"

İnsanda arterial təzyiqi artırdığı üçün Fransa, İsveç, Almaniyada energetik içkilərin yalnız apteklərdə satıldığını deyən Su İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədov hesab edir ki, Azərbaycanda energetik içkilərin satışı nəinki məhdudlaşmalı, ümumiyyətlə, qadağan edilməlidir:

"Energetik içkilərin 3 qabı yarım litr arağa bərabərdir. Ona görə də bu gün yol qəzalarının baş verməsində bu içkilər də rol oynayır. Bu gün gənclər onu daha çox yuxularını qaçırmaq üçün içirlər. Amma bu içkilər yuxunu qovmur. Onun qəbulundan sonra tərkibindəki kimyəvi preparatlar hesabına insana əvvəl həddindən artıq əlavə enerji gəlir, 4-5 saatdan sonra yorğunluq, yuxu gətirir. Bu səbəbdən də sürücülərin çoxu sükan arxasında yatırlar. Qəzaya düşən maşınlara baxsanız görərsiniz ki, onların çoxunda energetik içkilərin qabı var".

D.Məmmədov qeyd edib ki, energetik içkilər həm də sonsuzluq yaradır: "Təəssüf ki, Azərbaycanda bu içkilərlə bağlı həkimlər də həyəcan təbili çalmırlar, onun mənfi fəsadı haqqında danışmırlar".

Energetik içkilər ürəyin fəaliyyətinin dayanmasına səbəb ola bilər

Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Trend-ə bildirib ki, energetik içkilər yaşı 14-15-dək olan uşaqlar və 45-50 yaşdan sonra olan şəxslər üçün daha təhlükəli sayılır. Bu içkilərin tərkibində vitamin preparatları çox olduğundan onun orqanizmdə zəhərlənmə və allergik reaksiyalar yaratması mümkündür.

A.Maqsudovun sözlərinə görə, energetik içkilər gündə 1-2 bankadan çox qəbul edildikdə orqanizm, xüsusilə qaraciyər, böyrək və ürək üçün problemlər yarada bilər.



Bu içkinin tərkibində alkoqol olarsa, normadan çox qəbul edilərsə, həm də bunu içməsi münasib olmayan şəxslər qəbul edərlərsə, o, ürəyin fəaliyyətinin dayanmasına səbəb ola bilər.

A.Maqsudov mərkəzə indiyədək energetik içkilərin birbaşa təsirindən baş verən zəhərlənmə və allergik reaksiyalarla bağlı müraciətlərin edilmədiyini də söyləyib.

Energetik içkilərin tərkibində olan və əsas müzakirə mövzusu olan taurin haqqında

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Trend-ə deyib ki, energetik içkilərin tərkibində istifadə edilən taurin ilk dəfə 1827-ci ildə Friedrich Tiedermann ve Leopold Gmelin tərəfindən öküzün ödündə kəşf edilib: "Sonralar bu maddənin insanların və bəzi heyvanların bədənlərində təbii olaraq meydana gəldiyi məlum olub. Energetik içkilərdə istifadə olunan taurin (taurine) nevroloji inkişafa kömək edən, qandakı mineral duz və su normasını tənzimləyən bir amin turşusudur. Taurin, yediyimiz ət və balıq məhsullarında, hətta ana südündə təbii olaraq mövcuddur".

Komitə rəsmisi qeyd edib ki, energetik içkilərin tərkibində olan və əsas müzakirə mövzusu olan taurin (Aminoethanesulfonic acid) maddəsindən istifadəyə "Qida əlavələri, aramatizatorlar və texnoloji yardımlar üçün təhlükəsizlik tələbləri" TP TC 029/2012 Texniki reqlamentində icazə verilir.

Onun sözlərinə görə, bəzi araşdırmalar taurinin fiziki və zehni performansı artırdığını üzə çıxarıb. Taurin müxtəlif xəstəliklərin müalicəsində də istifadə edilir.

F.Talıblı əlavə edib ki, gündə ən çox 3,000 mg taurin istifadə edilməsi tovsiyə olunur. Taurinin artıq istifadəsi böyrək xəstəliklərinin yaranmasına gətirib çıxara bilər. Enerji içkilərində taurinlə bərabər həm şəkər, həm də kofein olduğunu nəzərə alsaq, normadan artıq istifadə ürək döyüntülərinin və təzyiqin artması, yuxu pozğunluğuna və əsəbiliyə səbəb ola bilər.

"Ölkəyə gətirilən energetik içkilər normativ sənədə uyğun istehsal olunur"

F.Talıblı deyib ki, ölkə ərazisində istifadə olunan energetik içkilər əsasən xarici ölkələrdən idxal olunur.

Onun sözlərinə görə, idxal edilən və sertifikatlaşdırılan energetik içkilər TP TC 021/2011, TP TC 029/2012 (Qida məhsullarının təlükəsizliyi haqqında. Texniki reqlament) normativ sənədinə uyğundur.

F.Talıblı əlavə edib ki, Azərbaycanda alkoqolsuz tonuslandırıcı içkilər üçün AZS 844-2015 standartı qüvvədədir. Bu standart xüsusi təyinatlı - tonuslandırıcı, eyni zamanda energetik alkoqolsuz içkilərə şamil olunur.

Komitə rəsmisi bildirib ki, alkoqolsuz tonuslandırıcı içkilərin tərkibində tonuslandırıcı komponentlərin sayı ikidən çox olmamalıdır:

"İstifadə edilən xammalın xüsusiyyətləri, istehsal texnologiyası və doldurulma şərtləri nəzərə alınaraq istehsalçı tərəfindən konkret adda məhsul üçün tərtib edilmiş resepturada bu içkilərin orqanoleptik, fiziki-kimyəvi göstəriciləri, qida dəyərləri və saxlanma müddəti göstərilir".

Komitə: İçkilərin üzərində "18 yaşadək şəxslərin istifadə etməsi tövsiyə olunmur" yazılmalıdır

F.Talıblının sözlərinə görə, energetik içkilərin markalanması zamanı məhsul üzərində "18 yaşadək olan, yaşlı, hipertonik xəstəliklərdən, ürək fəaliyyətinin pozuntusundan, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərin, hamilə və süd verən qadınların istifadə etməsi tövsiyə olunmur" yazısı göstərilməlidir.

F.Talıblı bildirib ki, energetik içkilərdə bioloji aktiv əlavələrin olması ilə əlaqədar markalanma zamanı sutkalıq (qablaşdırma vahidi ilə) məhdud istehlak haqqında məsləhət və maksimum sutkalıq istifadə haqqında məlumat da olmalıdır.

...
"Cümhuriyyət İlində Qarabağ işğaldan azad olunmalıdır"
Xərçəng xəstələrinə tarixi keçmiş dərman verdilər
Ənənəvi festivalda buğa 3 nəfəri öldürdü - VİDEO
20 Yanvar Şəhidləri yad edildi - FOTO
Könül Xasıyevanın həyat yoldaşı kimdir? – Sensasion müsahibə – VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Siyasət
“Avropadakı anti-türk qüvvələri sanki dopinq alıb”
Dünya
Analoqu olmayan nazirlik yaradıldı
Ədəbiyyat
İnstitutdan qovulan,həbsxanada yatan, oğlunu savaşda itirən şair- Nəsiman Yaqublunun yazısı
Cəmiyyət
Pediatrdan valideynlərə şad xəbər: "Tez-tez qrip olan uşaqlarınız sağlamdır”
Dünya
Baykal gölünün səviyyəsi kritik həddən aşağı düşdü
Həftənin ən çox oxunanları
"Putini 48 ildir tanıyan bir insan kimi deyirəm" - "Qarabağ düyününü açmaq onun iradəsindən asılı olsaydı..."
Qız alt paltarında, "dini" verilişdə "ilahiyyatçı" üçün erotik rəqs etdi - VIDEO
Fazil Məmmədovun "Qara qutu"ları sonadək açılacaqmı? - Gözlər Mikayıl Cabbarovda
Yemək qızdırmaq istəyən əsgər 28 milyonluq BTR-i məhv etdi – VİDEO
Təkər gətirənlər tələyə düşdü - Həyəcan təbili...
Kənd qızları bakirəliyini şəhər qızlarından tez itirir - ARAŞDIRMA
“Əbiyev gəlmirdi, Zakir Həsənov isə bir neçə dəfə bizi ziyarət edib” - Fəriköy məzarlığında...
Təlim zamanı ip qopdu əsgərlər vertolyotdan yerə düşdülər - VİDEO
Hicablı qızın Papito oynaması müsəlmanları ayağa qaldırdı - VİDEO
Arvadı kənddən Bakıya gedib bacısının qeyri-rəsmi əri ilə “yatdı”, sonra... - 3 uşaq atasından dəhşətli əməl
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin