Xəbər lenti
23/07/2018 [17:45]:
”Ruhlar şəhəri”yolumuzu gözləyir...
23/07/2018 [17:44]:
"Azərbaycan iqtidarının borcudur ki, ictimai rəylə hesablaşsın"
23/07/2018 [17:43]:
Eldar Əzizov 1-ci müavin vəzifəsinə aparılmayıb - Bakı Meriyasından rəsmi açıqlama
23/07/2018 [17:40]:
Zaqatalada zəlzələ baş verdi - Dağıstanda böyük göl yarandı
23/07/2018 [17:37]:
“Dövlətqaçqınkom”da Ağdamın işğal günü anıldı
23/07/2018 [17:35]:
Manat və dolların sabahkı MƏZƏNNƏSİ
23/07/2018 [17:33]:
Stereotiplər: Nəyin bahasına olursa-olsun, universitetə girmək və ya ölmək
23/07/2018 [17:28]:
Vətən oğlu: Rauf Pənahov
23/07/2018 [17:24]:
Azərbaycanda bir çempionat ləğv olundu
23/07/2018 [17:05]:
Dünyada ilk dəfə çətənədən pivə düzəltdilər
23/07/2018 [16:51]:
Nabranda itkin düşən 3 yaşlı uşağın SON HALI FOTOLARDA
23/07/2018 [16:46]:
Nazirlik dövlət qurumuna “məcburi göstəriş” verdi
23/07/2018 [16:44]:
Nabranda itən 3 yaşlı uşaq bir sutka harada qalıb?
23/07/2018 [16:44]:
“Arzu edirəm ki, mən də Xalq artisti adına layiq görülərəm” - Elza Seyidcahan...
23/07/2018 [16:39]:
Nadir Qafarzadə öləcəyi tarixi açıqladı -"Qorxuram..."
23/07/2018 [16:33]:
Narkotik satmaqda ittiham edilən 63 yaşlı qadın hakim qarşısında...
23/07/2018 [16:23]:
Şəhər və rayonlarda paylayıcı şəbəkələr yenidən qurulacaq
23/07/2018 [15:58]:
“Rusiya bu krediti Ermənistana verməyə bilməzdi, çünki...”
23/07/2018 [15:57]:
Musa Yaqubun vəziyyəti necədir?
23/07/2018 [15:56]:
Nabranda itən İsmayıl tapıldı
23/07/2018 [15:54]:
Nabranda itkin düşən 3 yaşlı uşaq tapıldı
23/07/2018 [15:54]:
Azərbaycan XİN-i bəyanat verdi
23/07/2018 [15:28]:
Qarabağ mitinq komitəsi Ağdamı Şəhidlər Xiyabanında yad etdi - FOTO
23/07/2018 [15:21]:
Rusiyanın cazibədar aparıcısı Bakıya gəlir - FOTOLAR
23/07/2018 [15:20]:
Seyid Lazım Ağadan sonra LAZIMSIZ qalan Ağdam…
23/07/2018 [15:02]:
Mövlud Çavuşoğlunun Azərbaycana səfərinin vaxtı açıqlandı
23/07/2018 [14:48]:
Serbiyanın nüfuzlu KİV-ləri kəlbəcərli girovlardan yazdı
23/07/2018 [14:42]:
Külək güclənəcək, arabir yağış yağacaq
23/07/2018 [14:40]:
Məktəbin kompüter və printerini oğurladılar
23/07/2018 [14:31]:
Sıla, ya Murad Boz? - Biri 400, digəri üçün 500 AZN
23/07/2018 [14:26]:
Bərdədə ağır qəza: Ölən var
23/07/2018 [14:20]:
Nabranda itən 3 yaşlı uşağı helikopter axtarır - Yenilənib
23/07/2018 [14:20]:
3 yaşlı uşağın üzünə kimyəvi maddə atdılar
23/07/2018 [14:17]:
“Bu onların mənə olan diqqət və qayğısıdır...”- Şəhid ailələrindən Qarabağ qazisinə dəstək...
23/07/2018 [14:16]:
5 yaşlı oğulluğunu ağacla döyüb öldürübmüş - Rəsmi məlumat
23/07/2018 [14:15]:
Rus ordusu Ermənistanda təlimə başladı
23/07/2018 [13:49]:
İnkoqnito rejimində orfoqrafiya müzakirəsi və ya akademik İsa Həbibbəyliyə 7 sual
23/07/2018 [13:42]:
"Sən şərəf adlı "dəyər"i ayaqlarının altına qoyub ləyaqətini qoruyan bir xanım əfəndisən!"
23/07/2018 [13:39]:
Həştərxan Dövlət Universitetinin nümayəndələri BSU-da oldular
23/07/2018 [13:30]:
Gənc developerlər “AppLab” sayəsində layihə idarəedilməsinin əsaslarını öyrəniblər
23/07/2018 [13:22]:
Qəbul imtahanından az bal toplayan qız özünü binadan atdı – Foto
23/07/2018 [13:17]:
Sünnət olunan 10 yaşlı qız həyatını itirdi – DƏHŞƏT...
23/07/2018 [13:07]:
Vikiçilər Rasim Balayevin 70 illiyini belə təbrik etdilər
23/07/2018 [13:03]:
"Dünyanın bir çox ölkələrində olmuşam, amma bu torpaq, su, yer kimi yer görməmişəm”
23/07/2018 [13:01]:
İsrail hərbçiləri fələstinli yeniyetməni güllələdi
23/07/2018 [12:53]:
"Kimsə deyirsə ki, orada problem var, yalandır..." - AAYDA-dan bərdəlilərə müjdə...
23/07/2018 [12:45]:
Abşeronda 6 dost 1 nəfəri öldürdü...
23/07/2018 [12:37]:
“Onlar ya Qarabağı qaytarmalı, ya da rus hegemonluğuna dözməlidirlər”
23/07/2018 [12:29]:
UNEC-də türk dilində tədrisdə yeni model...
23/07/2018 [12:27]:
Dövlət qulluğuna qəbul imtahanına qeydiyyat başladı
23/07/2018 [11:57]:
““Azərenerji”ni məhkəməyə vermək üçün istehlakçı kifayət qədər sübutlar təqdim etməlidir”
23/07/2018 [11:48]:
“Hər dəfə işğal günündə Ağdamın qarşısında xəcalət çəkirəm”
23/07/2018 [11:37]:
“Bir də başımı qaldırdım ki, uşaq yoxdu” - İtkin düşən İsmayılın nənəsi
23/07/2018 [11:35]:
Nabranda itən 3 yaşlı uşaqla bağlı - FHN-dən açıqlama
23/07/2018 [11:24]:
Kristin Laqardın olduğu təyyarə Argentinada qəza enişi etdi
23/07/2018 [11:14]:
Amerikalı qız 10 dəqiqəlik milyoner oldu
23/07/2018 [10:52]:
Xalq artistindən erməninin Bakıda konsert verməsinə etiraz: -"Bu boyda şapalağı biz necə yeyirik?"
23/07/2018 [10:51]:
Afaq Aslan masaj salonundan çılpaq FOTOSUNU YAYDI
23/07/2018 [10:45]:
Səyyar görüşdə qaldırılan məsələlər öz müsbət həllini tapdı
23/07/2018 [10:43]:
Nigar Camal yenə "ağılları başdan aldı" - FOTO
23/07/2018 [10:39]:
Son iki günün “yol terroru” - 9 qəza, 5 ölü, 17 yaralı
23/07/2018 [10:34]:
Vətən üçün yaşayanlar və canını verənlər unudulmur!
23/07/2018 [10:28]:
Sərnişin təyyarəsi itə görə təcili eniş etdi
23/07/2018 [10:25]:
Müharibə elanı kimi BƏYANAT - İrəvan ölüm FƏRMANINI YAZDI
23/07/2018 [10:22]:
Rus gözəlçə yataqda ABŞ rəhbərliyini necə ovsunladı? - FOTO
23/07/2018 [10:20]:
Ermənilərin Azərbaycanın dövlət sərhədində qurduğu gömrük məntəqəsi və...- Video
23/07/2018 [10:04]:
Nabranda istirahət mərkəzlərində azyaşlı İTKİN DÜŞDÜ
23/07/2018 [09:57]:
Çökən yol bərpa edilərək sürücülərin istifadəsinə verildi
23/07/2018 [09:54]:
Çavuşoğlunun Azərbaycana səfərinin tarixi açıqlandı
23/07/2018 [09:48]:
Putin nə vaxt öləcək? - " O, tərəvəz kimidir, Rusiya rəhbərliyinin çox hissəsi kimi..."
23/07/2018 [09:44]:
İki dəfə imtahana girdi, hər ikisində 695 bal topladı
23/07/2018 [09:35]:
Yenə də pulemyotlardan atəş açıldı
23/07/2018 [09:28]:
Qarsda 14 azərbaycanlı qadın saxlanıldı
23/07/2018 [09:10]:
Trampın G20 sammitində iştirakı təsdiqləndi
23/07/2018 [09:07]:
Məsut Özil irqçiliyə görə Almaniya millisindən getdi
23/07/2018 [09:06]:
Yerevan Ermənistandakı rusiyalı hərbçilərin statusunu dəyişir
23/07/2018 [09:00]:
Təhsil naziri tənqidi düşüncəni inkişaf etdirən xoşbəxtlik məktəbi açdı - İBRƏTAMİZ-FOTOLAR
23/07/2018 [08:33]:
Manat və dolların bugünkü MƏZƏNNƏSİ
23/07/2018 [08:24]:
Xatirə İslamdan etiraz - Toyuq qrilini ona 20 manata satıblar+ Video
23/07/2018 [08:19]:
Vitse-prezident 14 ay sonra Kabilə qayıtdı - Partlayışla qarşılandı+ Fotolar
Bütün arxiv bir sırada
25/09/2017 [15:50] - Cəmiyyət - ( 3840 dəfə baxılıb)

Təhsilimizin “iksiri”, yoxsa “qarayarası”?

Ümid edək ki, “Yeni model” kurrikulumun fəsadlarını təkrarlamayacaq...


Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modelinin yekun müzakirəsi və ümumi razılıq əldə edilməsi ilə bağlı rəsmi açıqlama heç də hamı tərəfindən birmənalı qarşılanmayıb. Bu da təbiidir. Bununla belə kurikulum əsasında təhsil alan uşaqların iki ildən sonra yeni model üzrə aparılacaq buraxılış və qəbul imtahanlarında müəyyən dəyişikliklərlərin konkret olaraq nədən ibarət olması hələ də qızğın müzakirə obyekti olaraq qalır.

Bəri başdan deyim ki, təhsilimizin qərbdən idxal etdiyi ideyalar içərisində kurrikulum qədər səs-küylü, əsasən də çoxları tərəfindən aqressiv qarşılanan ikinci belə bir sənəd olmayıb. Kimlərsə təhsilimizin gələcəyi, hətta “iksiri” kimi görünən, mənşəyi ölü latın dilinə gedib çıxan, lüğəti mənası təxminən “yol”, “istiqamət”, “kurs” anlamına gələn, bir termin olaraq nə rus, nə də azərbaycan dilində ekvivalenti olan, təhsil sistemimizə əsasən 90-cı illərdən başlayaraq yeni pedaqoji terminalogiya kimi daxil edilən, tətbiqinin artıq sona yetməsinə baxmayaraq tam mənimsənilməsi bu günə qədər istər şagirdlər üçün, istərsə də müəllimlər üçün hələ də problem yaratmaqda davam edən bədnam Kurrikulum konseptual sənədi digər bir çoxları tərəfindən də nə yazzıqlar olsun ki, təhsilimizin “qarayarası” kimi dəyərləndirilb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli, 233 nömrəli qərarı ilə təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı məsələləri özündə əks etdirən, konseptual sənəd olaraq Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli kurikulum) kimi təsdiq edilmiş bu sənədlər toplusu gözlənildiyi kimi, təhsil ideyamıza çevrilə bilmədi, kurrikulum əsasında hazırlanmış

dərsliklər və qiymətləndirmə mexanizmləri şagirdlərimizin nitq qabiliyyətini, yazı vərdişlərini, məntiqi təfəkkürünü nəinki inkişaf etdirdi, əksinə bir çох ziddiyyət və anlaşılmazlıqlar yaratmaqla vəziyyəti bir az da ağırlaşdırdı. Bu anlaşılmazlıqlar heç şübhəsiz ki, Azərbayçanda təhsil islahatlarının gedişini də xeyli ləngitdi. Yaranmış vəziyyət təhsil ictimaiyyətini “ kurrikulumun təhsil sistemi bütün problemlərdən qurtaracağına ümid edənlər” və “Azərbaycan təhsilinin gələcəyini təsəvvür etmək olmazmış, belə çıxır ki, Almaniyanın, MDB-nin bir çox dövlətlərinin, Baltikyanı respublikaların təhsili batacaq, çünki onlarda kurikulum yoxdur” deyənlər kimi iki cəbhəyə böldü.

Məsələnin mahiyyətinə dərindən varanda isə məlum olurdu ki, kurikulum aşağıların könüllü tələbi və arzusundan deyil, daha çox yuxarıların korporativ maraqlarından qaynaqlanırdı. Ona görə də bu proqram bir çoxlarına hələ də yad olaraq qalmaqdadır. “Əcnəbi ekspertlər üçün bu sənədin aydın və anlaşıqlı dildə olmasının heç bir əhəmiyyəti yox idi. Onlar sənədin hazırlanmasına ayrılmış 2,7 mln pulun böyük qismini ciblərinə qoyub vətənlərinə qayıtdılar. Ortada qaldı qeyri-müəyyən ifadə olunmuş məzmun standartları üzərində baş sındıran dərslik müəllifləri və onlardan nə tələb olunduğunu başa düşməyən müəllimlər. Beləliklə, idxal olunmuş ideya iflasa uğradı. Ona görə yox ki, pis ideya idi, ona görə ki, cəmiyyət bu ideyanın tətbiqinə hazır deyildi. Bu ideyaya doğru addım-addım getmək, onu insanların şüuruna tədricən yeritmək lazım idi”.

Təhsil Nazirliyində Dünya Bankının dəstəyi ilə, bu qurumun həyata keçirdiyi “Dərsliklərin monitorinqi” layihəsinin nəticələrinə həsr olunmuş iclasda Misir Mərdanov olduqca maraqlı bir fikir işlədib: “Dərsliklər ətrafında yaranan qalmaqal dövlət büdcəsindən dərsliklərin nəşri üçün ayrılan 7-8 milyon manatın başındadır”. Bu ifadə bir çox məqamlardan xəbər verirdi. Məhz sabiq nazir tərəfindən sistemə kurikulum adı ilə sırınan bu başı bəlalı sənəd ancaq onun məzmun standartları hissəsi idi, bununla islahat aparmaq mümkünsüz olub, islahat üçün onun digər komponentləri də olması zəruri idi.

Kurrikulumla bağlı proseslərin son dərəcə geniş və əhatəli olduğunu nəzərə alsaq, onun təkcə konkret bir aspektinə - kurrikulumun tələbləri səviyyəsində hazırlanmış və 2009-cu ilin yanvarında təsdiq olunmuş “Ümumtəhsil sistemində qiymətləndirmə konsepsiyası”na gözucu belə diqqət yetirməklə məsələnin nə dərəcədə qəlizləşdirildiyinin və təhsil alanlarla təhsil verənlər üçün hansı əlavə problemlər yaratdığının şahidi olmaq olardı. Onu da deyim ki, kurrikulum əsasında hazırlanmış dərsliklər nə effekt verdisə, cəmiyyətdə nə kimi reaksiya doğurdusa, bu qiymətləndirmə də həmin effekti verməyə məhkum idi, çünki reallığa deyil, daha çox maliyyə ambisiyalarına söykənirdi.

Nəhayət bir müddət sonra Təhsil Naziri Mikayıl Cabbarov da elə müsahibələrindən birində yeni tədris sistemi ilə oxuyan məzunlarımızın biliklərinin qiymətləndirilməsinin fərqli sistem tələb etməsi məsələsinə toxunmuş, mövcud qiymətləndirmənin doğru olmadığını bildirmişdi: “Ümumiyyətlə, möcuzələrə inanmaq olar, amma onlara arxalanmaq mümkün deyil... Spesifik misallardan biri odur ki, biz 2008-2009-cu tədris ilində təhsil sistemimizdə yeni kurrikulumun tətbiq olunmasına başlamışıq. Amma müəllimlərə “yeni kurrikulumun tələbləri nədir, bu, onların işində, peşəkar hazırlığında hansı yenilikləri və hazırlıqları tələb edir” mövzusunda təlim və tədris aparmağı unutmuşuq. Bunun hansı nəticələrə gətirib çıxara biləcəyi aydındır.”

TQDK sədri M.Abbaszadənin TREND-ə müsahibəsindəki ”“ “Biz artıq 3 ildir ki, kurrikulum üzrə yeni qiymətləndirmə tapşırıqlarını nəşr edərək istifadəyə vermişik. Həmin tapşırıqlar məhz tənqidi təfəkkür, yazı vərdişləri, yaradıcı yanaşma bacarıqlarını yoxlayırlar. Əgər bununla tanış olsalar, görərlər ki, şagirdlərə monitorinq imtahanlarında testlə yanaşı, açıq suallar, yazı işləri, mətn üzrə işlər, təfəkkürü formalaşdıran tapşırıqlar da verilir. Amma bu tapşırıqları monitorinq imtahanlarında istifadə etdiyimiz zaman əldə olunan statistikaya baxın...“- açıqlaması da məsələyə gec-tez yeni yanaşma tətbiq ediləcəyindən xəbər verirdi. Elə isə 2019-cu ildən tam, yəni 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında yeni təhsil standartları əsasında tərtib olunmuş qiymətləndirmə vasitələrindən istifadə olunacağının təəccüblə və təşvişlə qarşılamasında heç bir lüzum görmürəm.

Bircə ona ümid edək ki, “Yeni model” kurrikulumun fəsadlarını təkrarlamayacaq...

Nadir İsrafilov
Tanınmış təhsil eksperti

Qarabağ mitinq komitəsi Ağdamı Şəhidlər Xiyabanında yad etdi - FOTO
Nigar Camal yenə "ağılları başdan aldı" - FOTO
Qızları qaçırır, otaqda tək saxlayır, zorlayır, sonra da ... - TÜKÜRPƏDƏN ADƏTLƏR
Məleykə qızı ilə belə dincəlir - Fotolar
Shahrukh Khanın övladlarının heç yerdə görmədiyiniz FOTOLARI
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Dünyada ilk dəfə çətənədən pivə düzəltdilər
Maraqlı
Rusiyanın cazibədar aparıcısı Bakıya gəlir - FOTOLAR
Cəmiyyət
““Azərenerji”ni məhkəməyə vermək üçün istehlakçı kifayət qədər sübutlar təqdim etməlidir”
Siyasət
Müharibə elanı kimi BƏYANAT - İrəvan ölüm FƏRMANINI YAZDI
Reportaj
İnsan olmayan şəhərdən reportaj - Marketlər hələ də doludur... - FOTOLAR
Həftənin ən çox oxunanları
Tolik güllələnən icra başçısı haqqında heç kimin bilmədiyi FAKTI AÇIQLADI - FOTO
Kəlbəcərdə hazırlanan yeni terrorçu dəstələrin görüntüləri yayıldı - VİDEO
Səddam Hüseyndən kitab yazan qadının açdığı sirlər: “Çətin uşaqlığı olub, küçələrdə ayaqyalın gəzib”
Sərhəddə Ermənistana yük daşıyan azərbaycanlılarla ermənilərin dialoqu - ŞOK VİDEO
Melanyanın ayaqları mətbuat konfransında şorgöz Lavrovun "gözünə girdi"... -FOTO
Alimlərdən yeni kəşf - Çay insanlarda bu xəstəliyin qarşısını alır...
Emin Ağalarovun xanımının gəlinliyinin qiyməti məlum oldu - İnanmayacaqsız...
Telekanallarımız və şou-biznesimiz MASONLARIN MƏKRLİ PLANLARINI İCRA EDİR...
2 min 500 illik tabutdan çıxanlar şok yaratdı - FOTOLAR
Putin Gürcüstan və Ukraynanı NATO üzvü olmaqdan çəkindirdi...- Cavabını da aldı...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə