Xəbər lenti
22/07/2018 [22:49]:
İranda baş verən zəlzələ zamanı xəsarət alanların sayı 287 nəfərə çatdı
22/07/2018 [22:25]:
Şəkidə 32 yaşlı qadın dərmandan zəhərləndi
22/07/2018 [22:20]:
Rusiya Ermənistana kredit sazişi üzrə 200 milyon dollarlıq silah verdi
22/07/2018 [22:14]:
Goranboyda minik və yük avtomobilləri toqquşub, yaralılar var
22/07/2018 [19:37]:
Hansı ölkə vətəndaşlığı neçəyə satır? – Siyahı
22/07/2018 [19:31]:
Ölünü dirildə bilməyən “peyğəmbər” həbs edildi
22/07/2018 [19:30]:
Dünyanın ən intizamlı əsgəri 27 il komandirinin əmrini gözləyib
22/07/2018 [19:21]:
Mustafa Ceceliyə daha bir zərbə
22/07/2018 [18:40]:
Britaniya Brexitlə əlaqədar Aİ-yə pul ödəməkdən imtina edə bilər
22/07/2018 [18:33]:
Ərdoğan Afrika turuna çıxır - İlkə imza atacaq
22/07/2018 [18:09]:
Kılıçdaroğlu CHP-dən gedəcəkmi? - Sirlər açılır
22/07/2018 [18:08]:
Cəlilabadda yol qəzasında iki qardaş öldü...
22/07/2018 [18:06]:
Kosmosda dövlət quran azərbaycanlı milyarder planlarını açıqladı
22/07/2018 [18:05]:
“Elektrik cərəyanını göstərib ki, əlini oradan tut və özünü öldür” -Dəhşətli qətlin təfərrüatı
22/07/2018 [17:56]:
Həbsxanadan çıxanlara EV VERİLƏCƏYİ bəlli oldu
22/07/2018 [17:52]:
ABŞ-ın Rusiyadakı səfirinin də istefası tələb edilir: O, hətta öz qızının belə, tənqidləriylə üzləşib
22/07/2018 [17:23]:
Salyanda təcili yardım maşını qəzaya düşdü - Xəsarət alan var
22/07/2018 [17:21]:
İranda gün ərzində üçüncü dəfə zəlzələ oldu - 20 nəfər xəsarət alıb
22/07/2018 [17:11]:
Bakıda mənzildə meyit tapıldı
22/07/2018 [17:05]:
Kürdəmirdə 5 yaşlı uşağın ölümündə ögey ata günahlandırılır
22/07/2018 [17:02]:
Paytaxt bazarlarında xiyar bahalaşdı
22/07/2018 [16:58]:
Ölkədə tikilən mənzillərin kvadratmetrinin dəyəri bəlli oldu
22/07/2018 [16:52]:
Milli Mətbuat və jurnalistika gününə VİKİTÖHFƏ...
22/07/2018 [16:12]:
Əflatun Amaşov: "Mətbuatın rolu əvəzsizdir"
22/07/2018 [16:10]:
Britaniya Brexit ilə əlaqədar Aİ-yə pul ödəməkdən imtina edə bilər
22/07/2018 [16:08]:
“Dövlətimiz mətbuatın inkişafına hərtərəfli şərait yaradıb” - Əbülfəs Qarayev
22/07/2018 [16:05]:
CAR-da mikroavtobus atəşə tutuldu - 11 ölü
22/07/2018 [16:02]:
Dünyanın ən çox pul qazanan musiqiçiləri açıqlandı
22/07/2018 [16:01]:
Atatürkü məzarı başında təhqir edən qadın məhkəmə qarşısına çıxarıldı...
22/07/2018 [15:55]:
Milli azadlıq hərəkatının başlanmasından sonra ilk yaranan mətbu orqanlar...
22/07/2018 [15:46]:
XXI əsrin böyük bəlasından necə xilas olmaq lazımdır? - Mütəxəssis tövsiyyəsi...
22/07/2018 [15:40]:
Balıqçılar 24 saata müxtəlif növ 20 köpək balığı tutdular - AĞILASIĞMAZ FOTOSESSİYA...
22/07/2018 [15:32]:
Rusiyanın Ermənistandakı bazasının komandiri Panikdəki panikadan danışdı... - VİDEO
22/07/2018 [15:03]:
Ruhani Trampa xəbərdarlıq edib: Şirin quyruğu ilə oynama
22/07/2018 [14:48]:
Ermənilərin Azərbaycanda becərdiyi nar bağları od tutub yandı - FOTO
22/07/2018 [14:41]:
Azərbaycanda toyda kütləvi zəhərlənmə - 5-i UŞAQDIR
22/07/2018 [14:39]:
Gürcüstan patriarxının halı pisləşib
22/07/2018 [14:38]:
Qarabağ qazisi vəfat etdi – VƏZİFƏLİ ŞƏXSİN QARDAŞIDIR
22/07/2018 [14:23]:
"Xoşbəxtəm ki, demokratik və azad mətbuatın bərpası və inkişafında mənim də xidmətim var"
22/07/2018 [14:06]:
Sabah hava küləkli olacaq, yağış yağacaq
22/07/2018 [13:55]:
Sərdar Ortacın özündən kiçik “super qayınana”sı - FOTOLAR
22/07/2018 [13:42]:
Adnan Oktarın sərvəti heyrətləndirdi
22/07/2018 [13:39]:
Rusiyalı boksçu ukraynalıya dörd çempion kəməri uğrunda döyüşdə uduzub
22/07/2018 [13:33]:
Şamaxıda kütləvi dava - 4 nəfər ağır yaralandı
22/07/2018 [13:26]:
İsrail “Ağ dəbilqəlilər”i Suriyadan çıxardı
22/07/2018 [13:19]:
Bakıda “bomj” 2 kiloqram heroinlə tutuldu
22/07/2018 [12:42]:
ADAU 1-ci Beynəlxalq Yay Məktəbinin iştirakçıları Gilan Holdinqin müəssisələrində oldular
22/07/2018 [12:18]:
Antalyada Azərbaycan şəhidləri abidəsi açılır -FOTOLAR
22/07/2018 [12:10]:
Həkimlər insan sağlamlığı üçün ən faydalı yarmanın adını AÇIQLADILAR...
22/07/2018 [11:59]:
Milli Mətbuat Günündə xatırlayacağımız mərhum həmkarlarımız - FOTOLAR
22/07/2018 [11:42]:
“Başladığım elmi işi tamamlayıb təhvil verəcəm” - Nazpəri
22/07/2018 [11:37]:
Azərbaycanlı hakim Ermənistan komandasının oyununa təyinat aldı
22/07/2018 [11:19]:
Vyetnam da təbiətin qəzəbinə tuş gəldi
22/07/2018 [11:11]:
ABŞ və Avropa arasında iqtisadi müharibə elan edildi
22/07/2018 [10:31]:
"iphone"la çəkilən FOTOLAR mükafat qazandı
22/07/2018 [10:20]:
Fədayə Laçının işi Ağır Cinayətlər Məhkəməsində
22/07/2018 [10:10]:
FHN iki nəfəri xilas etdi
22/07/2018 [10:08]:
Şanxayda 200 minə yaxın insan qasırğaya görə təxliyyə olundu
22/07/2018 [10:07]:
Çimərliklərə üz tutanlar - Ehtiyatlı olun
22/07/2018 [10:06]:
Texasda təyyarə qəzaya uğradı: Bütün sərnişinlər sağ qaldı
22/07/2018 [10:02]:
Düşmən yenə dinc durmadı - Atəşkəsi 93 dəfə pozdu
22/07/2018 [09:51]:
“Qarabağ”a yeni hücumçu transfer edildi
22/07/2018 [09:17]:
Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi
22/07/2018 [09:04]:
İngiltərədə saxlanılan fərari FETÖ-çü kəfalətlə sərbəst buraxıldı
22/07/2018 [08:58]:
Virtual təcavüzdən necə qorunmaq olar?
22/07/2018 [00:26]:
Azərbaycan milli mətbuatının 143 yaşı tamam olur
21/07/2018 [23:35]:
99 milyon illik ilan qalığı tapıldı - VİDEO
21/07/2018 [23:29]:
"Son 3 əsrdir Türk düşmənləri Türklüyün zəifləməsi yolunda xeyli iş görüblər, ancaq..."
21/07/2018 [23:12]:
100 kq-lıq qızıl pulu oğurlayan ailənin 77 evi müsadirə edildi
21/07/2018 [23:12]:
Ömrü uzadan qidalar: Xərçəngin və kəskin respirator xəstəliklərinin ölüm riskini aşağı salır...
21/07/2018 [23:08]:
Kim Kardaşyan: “Mən çox utancağam” - FOTOLAR
21/07/2018 [23:02]:
Acqarına nə yemək məsləhətdir? - ALİMLƏRDƏN İLGİNC ARAŞDIRMA...
21/07/2018 [22:56]:
Xaçmazda yanğın oldu
21/07/2018 [22:39]:
“Ağdamlı Faiq” sosial şəbəkələrdə avtoxuliqanlığı təbliğ edir -VİDEO
21/07/2018 [22:37]:
Evlərdən oğurluq edən yeniyetmələr tutuldu
21/07/2018 [22:03]:
“Qarabağ”ın rəqibi hücumçu transfer etdi
21/07/2018 [21:53]:
Türkiyə ordusundan PKK-ya daha bir zərbə
21/07/2018 [21:37]:
Ötən il Azərbaycanda evlənmək məqsədilə 19 qız qaçırıldı
21/07/2018 [21:07]:
İranda daha bir şəhər ayağa qalxdı - Video
21/07/2018 [20:57]:
Helikopterlə kişini dağ keçisinin əlindən aldılar - İnanılmaz xilasetmə əməliyyatı...
Bütün arxiv bir sırada
25/09/2017 [20:31] - Cəmiyyət - ( 4356 dəfə baxılıb)

""Azərxalça" 5000-ə yaxın vətəndaşı daimi iş yerləri ilə təmin edəcək"



Prezident İlham Əliyevin 5 may 2016-cı il tarixli Sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Cəmiyyətin yaradılmasında əsas məqsəd xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi, bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir. “Azərxalça” yaradıldığı bir ildən  artıq dövrdə uğurlu fəaliyyət gösrərib, bir sıra yeniliklərə imza atıb. 

ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov Moderator.az-a açıqlamasında bu sahədə görülən işlər və qarşıda duran vəzifələrdən danışıb.
    
Vidadi Muradov bildirib ki, “Azərxalça” ASC respublikamızın əsas xalçaçılıq mərkəzidir: 
“Bir ildən çox fəaliyyətimiz müddətində bu çətin, eyni zamanda məsuliyyətli və şərəfli missiyanı layiqincə yerinə yetirməyə çalışmışıq. Azərbaycan xalçaçılığı kompleks anlayışdır. Burada xalçanın toxunuşu ilə yanaşı, eyni zamanda onun xammalının hazırlanması, emalı, bərpası, ticarəti də mühüm əhəmiyyət kəsb edir. “Azərxalça” respublikada xalçaçılıq sənayesini məhz bu kompleks yanaşma əsasında inkişaf etdirir. Cəmiyyətin ilkin mərhələdə yaradılması nəzərdə tutulan 10 filialından ikisi ”“ Füzuli və Şəmkir filialları artıq tam gücü ilə fəaliyyət göstərir. Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş bu filialların hər birində 150 toxucu, 10 nəfər inzibati-texniki işçi çalışır. Burada indiyədək 43 dəzgahda qədim Azərbaycan çeşniləri əsasında müxtəlif ölçülü 300-dən çox  xalça toxunub. 

Ümumilikdə indiyədək  xalçaçı-rəssamlar tərəfindən Azərbaycan xalçalarının Bakı, Qarabağ, Naxçıvan, İrəvan, Təbriz, Şirvan, Quba, Gəncə, Qazax-Borçalı qruplarına aid 300-dən çox xalça çeşnisi hazırlanıb və onların bir qismi istehsalatda tətbiq edilib. Daha çox dünya muzeylərində və kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalça və xalça məmulatları əsasında çeşnilərin hazırlanmasına üstünlük veririk”.
   
Cəmiyyətin rayonlarda yaradılacaq filialları barədə də məlumat verən  İdarə Heyətinin sədri deyib ki, 2017-ci ilin sonunadək Ağdam, Quba, Xaçmaz, İsmayıllı, Qəbələ, Tovuz, Ağstafa, Qazax filialları da istifadəyə veriləcək. 2018-2019-cu illərdə - hər ildə respublikanın daha 10 rayonunda filialların yaradılması, bununla da Cəmiyyətin filiallarının ümumi sayının 30-a çatdırılması və 5000-ə yaxın vətəndaşın daimi iş yerləri ilə təmin edilməsi nəzərdə tutulub. “Azərxalça”nın bölgələr üzrə apardığı araşdırmalar, statistik təhlillər göstərir ki, növbəti illərdə xalça istehsalı şəbəkəsinin miqyasını daha da genişləndirmək üçün respublikamız həm xammal, həm də işçi qüvvəsi baxımından geniş potensial imkanlara malikdir.
   
“Bütün iş prosesi ilə paralel olaraq rayonlarda “Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kursları fəaliyyət göstərir. Dərslər böyük iş təcrübəsinə malik peşəkar xalçaçılar tərəfindən aparılır. Tədris-hazırlıq kursları hanalarla, lazımi avadanlıqlarla, xammalla, eyni zamanda xalçaçılıq sənətinə dair müvafiq ədəbiyyatlarla, dərsliklərlə təmin edilib. İndiyədək bu kurslarda hazırlıq keçmiş və artıq bu peşəyə tam yiyələnmiş toxucuların sayı 1300 nəfərdən çoxdur. Bu toxucuların arasında gənclər də var. Gənclərin sayəsində toxuculuq sənəti nəsildən-nəslə ötürüləcək və dünya irsinin ayrılmaz parçasına çevrilən xalçalarımız daim diqqət mərkəzində qalacaq. Kurslarda tədris alan toxucular Cəmiyyətin yerli filiallarında daimi işlə təmin olunacaqlar”. -  Vidadi Muradov belə deyib.
Onun sözlərinə görə, Cəmiyyət yerli xammal əsasında Azərbaycan xalçası toxumağı qarşısına məqsəd qoyub. Bunun üçün ölkəmizin geniş imkanlara malik olduğunu yerli və xarici ekspertlər də təsdiqləyirlər. İqtisadiyyat Nazirliyi ilə birlikdə Sumqayıt Sənaye Parkında 2018-ci ilin sonunadək Əyirici-boyaq Fabrikinin yaradılması istiqamətində işlər görülür. Respublikanın ayrı-ayrı rayonlarında yerləşən qoyunçuluq təsərrüfatlarının yun məhsuldarlığı öyrənilir. Bu il 52 rayondan 1000 ton yunun tədarük olunması nəzərdə tutulub. Fabrikdə mövsümi yun və bitki tədarükçülərindən əlavə, 70 nəfər daimi iş yeri ilə təmin ediləcək. Gələcəkdə bu fabrikdə istehsal olunacaq məhsul həm “Azərxalça”nın filiallarında, həm respublikanın digər özəl xalçaçılıq müəssisələrində, həm də ümumilikdə müvafiq sənaye müəssisələrində istifadə ediləcəkdir. Belə bir müəssisənin yaradılması Azərbaycan yun və təbii boyaq sənayesinin xarici idxaldan asılılığını aradan qaldıracaq, onun yerli xammal əsasında inkişafını təmin edəcəkdir.
   
Vidadi Muradov Azərbaycan xalçalarının beynəlxalq təbliğatı istiqamətində görülən işlər barədə də məlumat verib: 
“Cəmiyyət xalçaçılıq üzrə ixtisaslaşmış beynəlxalq qurumlarla, şirkətlərlə, o cümlədən nüfuzlu nəşrlərlə əlaqələrin genişləndirilməsinə, bununla da Azərbaycan xalçalarının beynəlxalq xalça bazarında mövqeyinin bərpasına və təbliğinə çalışır. Biz artıq ilk məhsullarımızı “Azərbaycan brendi” olaraq bu ilin 14-17 yanvar tarixlərində Almaniyanın Hannover şəhərində keçirilmiş ənənəvi DOMOTEX beynəlxalq satış sərgisində təqdim etdik. Bu tədbirdə bir daha yüksək keyfiyyətli Azərbaycan xalçasına olan marağın, diqqətin şahidi olduq. DOMOTEX beynəlxalq sərgisi əl ilə toxunmuş yeni Azərbaycan xalçalarına dünya bazarlarında tələbatın böyük olduğunu və “Azərxalça”nın istehsalı olan məhsulların yaxın gələcəkdə xarici ölkələrə intensiv satış imkanlarının mövcudluğunu göstərdi”. 
  
İdarə heyətinin sədri onu da bildirib ki, bu il sentyabrın 8-də ABŞ-ın paytaxtında “Azərbaycan Xalçaları İncəsənəti” mövzusunda sərgi və ziyafət təşkil olunub. Tədbir ölkəmizin ABŞ-dakı səfirliyi və “Azərxalça” ASC-nin birgə təşkilatçılığı ilə Orta Şərq İnstitutunun yerləşdiyi binada təşkil edilib.Vaşinqton şəhərinin mədəni həyatının əlamətdar hadisəsi olan bu tədbirdə səfirlər, dövlət qurumları, düşüncə mərkəzləri və QHT təmsilçiləri, habelə şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirin rəsmi hissəsindən sonra ziyarətçilərə əllə toxunmuş bu xalçalar barədə geniş məlumat verilib, onların çoxsaylı sualları  sualları cavablandırılıb. Sərgidə Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, İrəvan və Naxçıvan xalça məktəbinin nümunələri nümayiş etdirilib və geniş ziyarətçi marağına səbəb olub. 
   
Vidadi Muradov əminliklə deyib ki,  Azərbaycanda xalçaçılıq həm mədəniyyət, həm də aparıcı iqtisadi sahələrdən biri kimi dövlətimizin ümidlərini doğruldacaq. “Azərxalça” bundan sonra da bütün gücünü səfərbər edərək milli xalçaçılıq sənayemizin inkişafı istiqamətində yorulmadan çalışacaq.

Sərdar Ortacın özündən kiçik “super qayınana”sı - FOTOLAR
99 milyon illik ilan qalığı tapıldı - VİDEO
Kim Kardaşyan: “Mən çox utancağam” - FOTOLAR
Vaxtı keçmiş göz qələmi istifadə etdi, 3 il ərzində tamamilə kor olacaq...
Kadir İnanır filmdən gedir
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
Adnan Oktarın sərvəti heyrətləndirdi
Maraqlı
"iphone"la çəkilən FOTOLAR mükafat qazandı
Araşdırma
Ömrü uzadan qidalar: Xərçəngin və kəskin respirator xəstəliklərinin ölüm riskini aşağı salır...
Cəmiyyət
"Onların savadsızlığı, acizliyi hər zaman məni güldürüb və məndə hünər, şövq yaradıb..."
Cəmiyyət
“Atamızı itirəndə onun beş yaşı var idi...”- Şəhid zabitimizin qardaşı...
Həftənin ən çox oxunanları
Tolik güllələnən icra başçısı haqqında heç kimin bilmədiyi FAKTI AÇIQLADI - FOTO
Kəlbəcərdə hazırlanan yeni terrorçu dəstələrin görüntüləri yayıldı - VİDEO
Sərhəddə Ermənistana yük daşıyan azərbaycanlılarla ermənilərin dialoqu - ŞOK VİDEO
"Əyalətdə özünü quldurbaşı kimi aparıb xalqın nifrətini qazananlar iqtidardan qovulmalıdır"
Melanyanın ayaqları mətbuat konfransında şorgöz Lavrovun "gözünə girdi"... -FOTO
Alimlərdən yeni kəşf - Çay insanlarda bu xəstəliyin qarşısını alır...
Emin Ağalarovun xanımının gəlinliyinin qiyməti məlum oldu - İnanmayacaqsız...
Telekanallarımız və şou-biznesimiz MASONLARIN MƏKRLİ PLANLARINI İCRA EDİR...
Putin Gürcüstan və Ukraynanı NATO üzvü olmaqdan çəkindirdi...- Cavabını da aldı...
Cazibədar aparıcı buna görə ATV-dən qovulub - "Ətli-canlı olduğum üçün diqqət cəlb edirəm"
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə