Xəbər lenti
22/02/2018 [05:58]:
Ürək və qan-damar sisteminin dərmanı olan möcüzəvi bitkilər- MARAQLI
22/02/2018 [05:30]:
Rəsulzadədən Azərbaycan və Bakı haqqında qeyri-adi bilgilər- TARİX
22/02/2018 [00:53]:
"Əgər Amerikada bir günün içində 400 "spesnaz"öldürülsəydi, bilirsiniz nələr olardı?"
22/02/2018 [00:43]:
Ermənilər Adolf Hitleri niyə çox sevirlər? - Ənənəvi faşizm və erməni faşizmi...
22/02/2018 [00:05]:
"İstintaq "quş qoymaq" üçün aparılacaqsa, ondan heç nə gözləməyə dəyməz..."
22/02/2018 [00:04]:
Azərbaycanda yeni virus təhlükəsi...
21/02/2018 [23:31]:
Bakıda aparılan tikinti işləri ilə bağlı – YENİLİK
21/02/2018 [23:24]:
Saakaşviliyə 2021-ci ilədək Ukraynaya daxil olmaq qadağan edildi
21/02/2018 [23:21]:
"Yoxsa Tehran İsraildən alınan silahlardan narahat olduğuna görə..."
21/02/2018 [23:06]:
“Hər bir erməni qaçqın Azərbaycandan 110 min dollar tələb etməlidir” - Həyasızlığın son həddi...
21/02/2018 [22:43]:
Rusiyadakı qripin Azərbaycana keçməməsi üçün tədbirlər gücləndirilib
21/02/2018 [22:16]:
“Avropada yaşayan bir erməni görmüsünüz Sərkisiyana qarşı aksiya keçirsin?!”
21/02/2018 [22:08]:
Hava limanında ürküdücü görüntü - Azyaşlının ayağı eskalatora sıxıldı ( FOTOLAR)
21/02/2018 [21:51]:
Qış Olimpiadasında medal almayan idmançılar "konslager"ə göndərilə bilər...
21/02/2018 [21:21]:
Prezidentin əmisi nəvəsinə 30 sutka verildi - Polisə yumruq vurub
21/02/2018 [21:21]:
Təcavüzkar adama həyatının dərsini verdi - VİDEO
21/02/2018 [21:20]:
Bakıda 3 milyona mənzil, 10 milyona villa satılır
21/02/2018 [21:19]:
Teyyub Qurban dünyasını dəyişdi
21/02/2018 [21:18]:
Afrində neçə terrorçu öldürülüb? - Son rəqəmlər açıqlandı
21/02/2018 [21:13]:
Qış Olimpiya Oyunlarının yeni mütləq rekordçusu məlum oldu
21/02/2018 [21:11]:
Yəməndə yoluxucu xəstəliklər can almağa davam edir
21/02/2018 [21:10]:
Səfir: "Azərbaycan və Efiopiya arasında əlaqələri gücləndirməyə çalışırıq"
21/02/2018 [20:49]:
Gürcülərin Almaniyadan kütləvi deportasiyası başladı
21/02/2018 [20:38]:
İnsan Hüquqları üzrə Birgə İşçi Qrup fəaliyyətini dayandırıb? - Qrup üzvündən açıqlama
21/02/2018 [20:24]:
“İrəvana Qayıdış İttifaqı yaradacağıq...” - FOTOLAR
21/02/2018 [20:17]:
Putin Azərbaycan nümayəndə heyəti ilə görüşəcək
21/02/2018 [20:12]:
Adnan Oktardan “kedicik”lərlə bağlı gözlənilməz qərar: "Həmin xanımlar..."
21/02/2018 [20:10]:
Azərbaycanda bir ilk: Futbolçular bir-birləri ilə evləndilər
21/02/2018 [19:58]:
Ali Məhkəmə Maşallah Əhmədovla bağlı şikayəti təmin etmədi
21/02/2018 [19:55]:
İraq Rusiyadan S-400 almaq istəyir
21/02/2018 [19:55]:
Qeyri-neft sektorunda manatla ticarət bahalaşıb
21/02/2018 [19:41]:
Tərtərdə tank əleyhinə mina tapıldı
21/02/2018 [19:41]:
Rusiyada 13 min 500 sayt bağlanılıb - İŞİD təbliğatına görə
21/02/2018 [19:40]:
Türkiyə - İran sərhəd keçid məntəqələri fasiləsiz işləyəcək
21/02/2018 [19:34]:
"Ermənilərin illərlə xaricdə apardığı təbliğatı puç edən məhz Mehriban xanımdır"
21/02/2018 [19:28]:
Olimpiya Oyunlarında BİR İLK - Qadın xizəkçi inanılmazı BACARDI
21/02/2018 [19:27]:
Şəhid Milli Qəhrəman Allahverdi Bağırovun döyüş yolunun təbliği...
21/02/2018 [19:09]:
Rəqsanə onu məhkəmə ilə hədələdi - VİDEO
21/02/2018 [18:51]:
Ermənistan ordusunun xüsusi uçan aparatı ələ keçirildi - FOTO
21/02/2018 [18:45]:
Cavid Qurbanov Vyanada keçirilən beynəlxalq forumda Azərbaycanı təmsil edir - FOTOLAR
21/02/2018 [18:41]:
Rəşadət Eyvazova “Əməkdar mühəndis” adı verildi
21/02/2018 [18:32]:
Cümhuriyyət parlamentində çalışanlar nə qədər maaş alırdılar? -FOTOFAKT
21/02/2018 [18:30]:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədrinə "Şöhrət"ordeni verildi
21/02/2018 [18:28]:
"Vahid namizədlə bağlı qərar qəbul edilməməsində nə mənim, nə də Sabir bəyin təqsiri var"
21/02/2018 [18:26]:
FHN alpinistlərin axtarışı ilə bağlı məlumat yaydı – FOTO
21/02/2018 [18:22]:
Akademik Musa Əliyevin 110 illiyi qeyd ediləcək
21/02/2018 [18:21]:
Yuxarı yaşda olan kişi və qadınlar dövlət qulluğu imtahanında uğur qazana bilmədi
21/02/2018 [18:21]:
Sabah Bakıda içməli su kəsiləcək
21/02/2018 [18:20]:
Artur Rasizadə iranlı nazirin diqqətini Dağlıq Qarabağa yönəltdi
21/02/2018 [18:18]:
Yas mərasimlərində striptiz ləğv olunacaq
21/02/2018 [18:17]:
Bakıda “yaşıl soyqırımı” - 5 ağacı qanunsuz kəsdilər
21/02/2018 [18:15]:
Manat və dolların sabahkı MƏZƏNNƏSİ
21/02/2018 [18:11]:
Azərbaycanlı zəvvarların Həcc ziyarətinin başlanma və bitmə tarixi müəyyənləşdi
21/02/2018 [17:59]:
Xalça emalatxanasının tikintisinə 2 milyon manat ayrıldı
21/02/2018 [17:57]:
Məcburi köçkünlərin vahid aylıq müavinəti artırıldı
21/02/2018 [17:54]:
Azərbaycanda yerli özünü idarəetmə instutu olan Bələdiyyələrin 140 illik tarixi...
21/02/2018 [17:47]:
Azercell SABAH Karyera Qış Məktəbi layihəsində Qubada təlimlər təşkil edib
21/02/2018 [17:45]:
Qalmaqallı polis rəisi işdən çıxarıldı
21/02/2018 [17:41]:
Bayıldakı sürüşmə ilə bağlı cinayət işi açıldı
21/02/2018 [17:35]:
Avropa Rusiyaya qarşı sanksiyaları uzadacaq
21/02/2018 [17:27]:
Venesuela dünyada ilkə imza atdı – “Petro” satışda!
21/02/2018 [17:24]:
Türkiyə ən müasir tank hazırlayır – Ərdoğandan anons
21/02/2018 [17:23]:
Usubov və Qaralov avtoritetləri qəbul etmədi – İmtina
21/02/2018 [17:07]:
Azərbaycan və İranın müdafiə nazirləri görüşdü
21/02/2018 [17:02]:
İranda şok yazı: “Afrin Kərbəlaya bənzəyir” - Foto
21/02/2018 [16:56]:
“Buradakılar ən çox Azərbaycan muğamı və musiqi alətləri ilə maraqlanırlar” -Xaricdə dərs deyən gənc həmyerlimiz
21/02/2018 [16:50]:
Elektrik cərəyanına qapıldı, telefonu qulağında əridi - DƏHŞƏT...
21/02/2018 [16:46]:
Sumqayıtda oğlu ilə mübahisə edən ana özünü bıçaqlayıb
21/02/2018 [16:37]:
Türk ordusundan qəfil hücum: Daha bir kənd azad edildi
21/02/2018 [16:29]:
Nazarbayevin əlifba inqilabı - Rusiyada işi geopolitikaya bağlayanlar var
21/02/2018 [16:23]:
YAP imzatoplama kampaniyasını başa çatdırdı
21/02/2018 [16:22]:
Oktay Gülalıyev KXCP Ali Məclisinin üzvlüyündən çıxarıldı
21/02/2018 [16:21]:
"Bakı milyonçusu Türkiyəyə görə rus imperatoru ilə düşmən oldu"- Orxan Fikrətoğlu yeni filmi haqqında
21/02/2018 [16:20]:
Bakıda “Favorit” marketdə satılan palçıqlı “1-ci növ Ukrayna duzu”? - FOTOLAR
21/02/2018 [16:15]:
Azərbaycan millisinin üzvü idmandan uzaqlaşdırıldı - ŞOK SƏBƏB
21/02/2018 [16:15]:
Kürəyindən bıçaqlandı, möcüzə nəticəsində sağ qaldı - FOTO
21/02/2018 [16:11]:
Ermənistan hakim partiyasına AMİP səddi... - VİDEOLAR
21/02/2018 [16:07]:
Əli Əliyevin sənədləri MSK-ya təqdim olundu
21/02/2018 [16:02]:
Afaq məhkəməyə verdi: “Anlamır ki, kimlə üz-üzə gəlib”
21/02/2018 [16:02]:
Su-35-i 5-ci nəsil texnologiyaları ilə sınaqdan keçiriblər
Bütün arxiv bir sırada
25/09/2017 [23:17] - Dünya - ( 1029 dəfə baxılıb)

Qarağat satan qız dünyanın qalib qadınına necə çevrildi ”“ Merkel haqda maraqlı bilgilər...



Almaniyada sakitcə, səs-küysüz, vay-şivənsiz növbəti seçkilər keçirildi. Kansler vəzifəsinə dördüncü dəfə el arasında adına “teflon qadın” deyilən Angena Merkel yiyələndi. 

Merkelin “teflon qadın” ləqəbi, alman deyil, Amerika mənşəlidi. İlk dəfə Almaniya kanslerinin bu zarafatyana adı məşhur “Wikileaks” saytında nəşr edilmiş gizli sənədlərdə dilə gətirilib. Bəlli olub ki, Amerika diplomatları qeyri-rəsmi şəraitdə onu məhz bu adla çağırırlar. Aldanmayın, bu ada. Merkelin ABŞ rəsmiləri, kəşfiyyatçıları arasında bir başqa, daha məxfi adı da mövcuddu məncə. Vaxtı gələndə bir gün biz bu adı da eşidəcəyik öz kar qulaqlarımızda.

Əslinə qalsa bu “teflon kansler” ləqəbi, məşhur “dəmir kansler” Otto Bismarka qarşı, Almaniyanın müstəqilliyinə qarşı atılmış qara əlcək, bir növ həqarətdir. Bismark, dəmir tavada sınaqdan çıxarıb öz geopolitik layihələrini. Merkel, tam təhlükəsiz teflon bir tavada... üzr istəyirəm, teflon bir şəraitdə həyata keçirir öz siyasi kulinariya zövqünü. Şiddəti sevmir. Saman altından su yeridənlərdəndi. Otto Bismark, öz dəmir tavasında Almaniyanı birləşdirib, qızardıb. Deyəsən, azcana çox saxlayıb od üstə bu əsərini. Merkel bu odu tam söndürüb. Ölkənin az qala milli mənsubiyyəti üzərinə öz qara kölgəsini salıb. Milyonlarla Yaxın Şərq qaçqınını Almaniyaya yerləşdirib.

Alman mətbuatı Merkelin bu dağıdıcılığını görün necə dəyərləndirib: “Bəli, Merkel bu ölkədə əlinə keçəni dağıdır ancaq. Helmut Koll, Fridrex Mers, Avropa, Almaniya avtosənayesi, milli dövlət-bütün bunlar Merkelin sonuncu qurbanları deyil. Sürdüyü siyasi qatarın polad təkərləri altda hələ çox zavallı qalacaq”.

Bəli, Anqela Merkel milli dövlət tərəfdarı deyil. Kosmopolitdi. Faşizm dövründə ona bu vəzifələri etibar etməzdilər. Nəslini araşdırıb görərdilər ki, Angelanın soyadı saxtadır. Sonradan götürülməlidir. Üstəlik, mənşəcə heç alman da deyil bu qadın. Polşa mənşəlidir.

Image result for Helmut Kol

DOSYE: ANGELA MERKEL. ALMANİYA KANSLERİ.

DOÄžUM TARİXİ: 17 iyul 1954.

BOYU: 165 sm.

ÇƏKİSİ: Dövlət sirridir. Göz bəbəyi kimi qorunur.

ÖZƏLLİKLƏRİ: Şəxsi telefonu həmişə səssiz rejimindədir.

ƏSL HƏQİQƏT: Valideynləri öz soyadlarını ən azı üç dəfə dəyişib ötən əsrdə. Əvvəlcə, Kazmerçak adı altında tanınıblar Almaniyada. Atası Horst Kazmerçakda nəsildən-nəsilə ötürülən öncəgörmə istedadı, təhlükəni əvvəlcədən duyma qabiliyyəti də varmış. Belə ki, Hitler hakimiyyətə gəlməmişdən hələ üç il əvvəl o, özünü faşistlərdən sığortalayır. “Kazmerçak” soyadını Kasner familyası ilə əvəzləyir. Angela Merkel, sonralar bu düyünü lap azdırıb qəlizləşdirəcək. Əhvalat, aşağıdakı məzmunludur: 1973-cü ildə Leypsiq Universitetinin fizika fakültəsinə əla qiymətlərlə qəbul edilən Angela Kasner tezliklə SSRİ-yə, tələbə olimpiadasına dəvət alır. Özü kimi bir başqa əlaçı ilə - Ulrix Merkel ilə məhz bu tədbirdə tanış olur. 1977-ci ildə qərar verir soyadını, taleyini dəyişib Ulrixə ərə getsin.

Bu illərdə o, elmi fəaliyyətini, ictimai fəallıqla tənzimləməyi bacarır. Pioner, komsomolçu kimi Şərqi Almaniyanın ictimai həyatında özünü sınayır. Ruscaya mükəmməl yiyələnərək öz çəkisini birə üç dəfə artırır ölkə rəhbərliyi gözündə. O günlərini sonralar Merkel bax bu cür xatırlayacaq: “Təbii elmləri seçməyimdə səhv etmədim. İctimai-fəlsəfi sahədən fərqli olaraq bu sahəyə ADR rəhbərliyi müdaxilə edə bilmirdi axı. Mən də elə bu lazımdı”.

BAŞQA GİZLİNLƏR: 17 iyul 1954-cü ildə Hamburqda dünyaya göz açan Angelanın həyatında gizli müəmmalar bir deyil, iki deyil... Oturuşmuş stereotiplər deyir, bəs, guya o vaxt hamı Almaniyanın Şərqindən, Sovet işğalı altındakı ərazidən Qərbə - azadlığa qaçırmışlar. Ancaq Merkel nümunəsində bu, özünü doğrultmur. Angela dünyaya göz açdıqdan cəmi-cümlətani iki-üç həftə sonra ailə ya Allah deyib, Hamburqla əbədi vidalaşır. Köçür, sovet işğalı ərazisinə. Burda kök atıb məskunlaşır. Angeladan sonra Markus, İrana adlı övladlarını dünyaya gətirir burda.

Atası, protestant ruhanilərini yetişdirən məktəbə rəhbərlik edir, anası latınca, ingiliscə öyrədir öz tələbələrinə. Və...
Və burda sual doğur öz-özünə.

***

Yuxarıda dediyimiz kimi, Angelanın atası Horst Kasnerdə təhlükəni öncədən hiss etmək qabiliyyəti varmış. Hitler hakimiyyətə gəlməmişdən düz üç il əvvəl o, bu təhlükəni duyaraq soyadını dəyişib. 1954-cü ildə də o, oxşar hisslərə qapılır. Hiss edir ki, labüd həbsin iki addımlığındadır. Arvadı Gerlindanın mükəmməl ingiliscəsi bəs necə, hardan qaynaqlanır, hə? Dəlalət edir ki, Gerlinda bir müddət ABŞ, Britaniya hərbi hissələrində tərcüməçi işləyib bəlkə də. Bildiklərini...
Qısası, bizim bu ailəni “casus cütlüyü” adlandırmağa hər cür haqqımız var indi. Bu ailədə həm Sovetlərə, həm Qərbə işləmək ənənəsi gör haçandan bəri mövcuddu. Belələri, heç vaxt istifadəsiz qalmır. Ləpə vurduqca gah rus sahillərinə səmtlənir həyat yelkənləri, gah Atlantik sahillərindəki NATO dəniz bazalarına.

***

“OSSİ” LƏQƏBİ: Angelanın “teflon” ayaması, ləqəbi sonrakı dövrlərin yadigarıdı. Əvvəlcə onun bir başqa “Ossi” ləqəbi mövcudmuş. Həmin ləqəbə Merkeli növbəti havadarı - kansler Helmut Koll layiq görüb 90-cı illərin ortalarında. “Ossi” almanca şərqli, yəni Şərqi Almaniyalı mənasında işlənilirdi o vaxtlar. Angela, sıradan bir Şərqi Almaniya vətəndaşı kimi o uzaq 80-90-cı illərdə nələrə əl atmayıb - komsomolçu da olub, fizika alim də. Namizədlik dissertasiyasını müdafiə edib. Deyilənə görə, sosialistik əmlakına qarşı bəzən əliəyrilik də edib. Yaxşısı odu burda Merkelin özünü dinləyək: “Məndə biznesmen damarı da var.

Image result for Merkel Helmut Koll
Sosialist Almaniyası, ADR fərdi təsərrüfatla məşğul olanlardan məhsulu iki qat baha alar, sonra həmin tutaq ki, qarağatı sadə zəhmətkeşlərə iki qat aşağı qiymətlərlə satardı. Biz ailəlikcə yaxşı xeyir götürdük bundan. Yetişdirdiyimiz qarağatı baha qiymətə dövlətə satardıq. Sonra bazara gedib öz məhsulumuzu daha ucuzuna geri satın alardıq. Təzədən satardıq dövlətə. Bu, əsl fırıldaq dəyirmanı idi. Bir dəfə eyni malı yeddi dəfə aldıq, satdıq. Aldıq, satdıq”.
Image result for Merkel Helmut Koll
“Berlin divarı” 1989-cu ildə böyrü üstə aşandan sonra Merkelin, necə deyərlər, çiçəyi çırtlayır. O, qarağat təsərrüfatının ünvanını unudur birdəfəlik. Əvvəlcə düşür kansler Helmut Kollun siyasi əhatəsinə. Siftə vahid Almaniya Bundestağına deputat seçilir. Koll, bu “ossi” ilə tanışlıqdan sonra day bilmir neynəsin. Deyir “Siz, qadın hərəkatının lokomotivi olacaqsız bizdə. Haydı, iş baçına”.

Image result for Merkel Helmut Koll
Kollun şəxsi zəmanəti ilə Xristian-demokratlar İttifaqına qəbul edilən Angela, 1991-94-cü illərdə nazir kürsüsünə yiyələnir əvvəlcə. Bir göz qırpımında dönüb olur “Qadın işləri üzrə dövlət naziri”.

ARXADAN ZƏRBƏ: Heç bir xeyirxahlıq, necə deyərlər, cəzasız qalmır. Merkel, sosializmə dönük çıxdığı kimi bir gün Helmut Kolla qarşı da dönük çıxır. Koll, 1998-də kansler vəzifəsini itirincə, Merkel qərar alır bundan öz xeyrinə istifadə etsin. Məhz Merkelin təşəbbüsü ilə o vaxt siyasi gündəmdə “Qara partiya kassası” mövzusu partlayır. Bəlli olur ki, bu Helmut Koll heç də imam övladı-filan deyil. Almaniya oliqarxlarından yaxşıca pul alır gizlincə.

Image result for Merkel Helmut Koll

Öz siyasi havadarını - Helmut Kollu bu zərbə ilə zərərsizləşdirən Angela Merkel məhz o vaxt çoxlarını qorxudur. 

***

FOBİYASI: İtlər.

Siyasətdə belələrini çox sevərlər. Barəsində deyərlər “əsl siyasətçidi”. Ancaq ürəyinin dərinliyində belələri heç də rahat olmur, bəzən xüsusi psixoloji komplekslərə yoluxurlar. Yəni Helmut Kolla qarşı açıq-aşkar xəyanəti Merkelin səhhətində təsirsiz ötüşməyib. Xəyanət, xüsusi psixoloji komplekslə, fobiya ilə əvəzlənib. Merkel indi harda it görürsə, bərk hürkür. Az qalır gedib girsin divanın altına. Elə bilir bu it deyil... vaxtilə etdiyi günahlarıdı...

Image result for Merkel

Rəsmi səfərlərindən öncə müşavirləri bu barədə digərlərini xəbərdar edərlər. Ölkə başçılarına deyərlər, bəs yaxşı olar, ətrafda bir ədəd belə köpək gözə dəyməsin.

Hamının əməl etdiyi bu xəbərdarlığa təkcə Vladimir Putin etinasız yanaşıb. Səfər zamanı, siyasi danışıqlar əsnasında qəfil göz vurub Konni adlı qara köpəyinə. İti qarşısında görüncə Merkelin əl-ayağı başlayıb durmadan titrəməyə. Mühafizəçiləri, fincanı su ilə doldurub cumublar kanslerin önünə. Fincanı güclə dodaqlarına sıxıblar.

Bəli, Merkel bərk xofludur indi də. Səbəbi bir bizə aydındı, bir də Putinə.

O da bu silahını heç vaxt yerə qoymur. Hər görüşündə Merkel ilə itlərdən söhbət açır.

***

EVDARLIÄžI: Üç dəfə ərdə olsa da, Allah züryətsiz-övladsız qoyub bu qadını. Özü deyir: “Siyasətlə 35 yaşımdan məşğulam. Vaxtım olmayıb uşaq haqda düşünməyə. İndi isə artıq gecdi... Bağçada işləməyi, gül suvarmağı çox sevərəm. Qonaqlarım bizdən heç vaxt ac getməyib. Əla tortlar bişirirəm. Şorbalarım da adətən dadlı çıxar”.

MAAŞI: İldə 300 min avro.

MƏXFİ İŞLƏRİ: Avropa Birliyi çoxdan gizli “Dünya dövləti”dir. Bu dövlət çoxdan nə Almaniya maraqlarını güdür, nə də ki, Fransa maraqlarını. BMT rəhbərliyində, hətta Roma papası kürsüsündə belə indi bu gizli dövlətin nümayəndələri əyləşib. Özlərini qlobalist adlandırır bu gizli siyasi qüvvələr.

ABŞ-da bu xəttin tərəfdarları iki qismə bölünür - Sakit Okean sahillərində, Koliforniyada, Nyu-Yorkda, Çikaqoda liberal qlobalistlər hakimiyyətdədi. Atlantik sahillərində isə konservativ qlobalistlər. 

Liberal qlobalistlər çoxdan bəri Avropa ilə ABŞ-ı eyni müştərək bazarda görmək istəyirlər. Sabiq Avropa Birliyini əvəz edəcək TTİP adlı bu ümumi bazar artıq yavaş-yavaş reallığa qovuşur. Əsas havadarı, lobbiçisi kimdi bu ittigfağın? Anjela Merkel...
2016-cı ildə Obama ilə Merkel öz aralarında artıq müvafiq gizli sənədləri imzalayıblar. 

Qalır indi bu müddəaları həyata keçirmək.

Merkelin növbəti qələbəsi də məhz bu gizli danışıqlar əsnasında çoxdan təsdiqlənib.

NƏTİCƏ: O, Helmut Kollu aşırtdığı kimi Avropa bazarını, Avropa Birliyini də aşırtmalı, onu Avro-Atlantik bazarı ilə, ittifaqı ilə əvəzləməlidir. Vəssalam.(musavat.com)

"Vahid namizədlə bağlı qərar qəbul edilməməsində nə mənim, nə də Sabir bəyin təqsiri var"
Elektrik cərəyanına qapıldı, telefonu qulağında əridi - DƏHŞƏT...
Kürəyindən bıçaqlandı, möcüzə nəticəsində sağ qaldı - FOTO
"Türkiyəsiz Suriyanın gələcək dizaynı mümkün deyil..." - Ermənişünas alim
Bizim Quran qarşısındakı 7 vəzifəmiz...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Ədəbiyyat
Ermənilər Adolf Hitleri niyə çox sevirlər? - Ənənəvi faşizm və erməni faşizmi...
Dünya
Hava limanında ürküdücü görüntü - Azyaşlının ayağı eskalatora sıxıldı ( FOTOLAR)
Hadisə
Təcavüzkar adama həyatının dərsini verdi - VİDEO
Mədəniyyət
“Buradakılar ən çox Azərbaycan muğamı və musiqi alətləri ilə maraqlanırlar” -Xaricdə dərs deyən gənc həmyerlimiz
Cəmiyyət
Klassik pedaqoji irsə və müasir tendensiyalara nə dərəcədə yiyələnmişik?
Həftənin ən çox oxunanları
ABŞ ordusunun rus əsgərlərini darmadağın etdiyinin görüntüləri yayıldı - ŞOK VİDEO
Lənkəranski Allahşükür Paşazadəyə yazdığı məktubunda nə istəyirdi?- İstintaq materialları...
"And olsun Allaha, əgər kürd olsaydım, kürdlüyümlə fəxr edərdim, amma...”
”Budur sizin Ağdam, budur sizin Ağdam! Ha haha ha...” - VİDEO
“Monte Melkonyan məni maşına mindirib bilmədiyim bir evə gətirdi...” - Səkkiz gün erməni əsirliyində...
İsrailin müdafiə naziri erməni deputatları NOKAUT ETDİ: "Qarabağı...”
Dəhşət: Müəllim və şagirdi maşında sevişərkən yaxalandı - VİDEO
Azərbaycan sərhədlərində MÜHARİBƏ BAŞLAYIR – Ağ Ev tarixini ELAN ETDİ
Lənkəranskinin “Qara bloknot”unda nə yazılmışdı?- Kriminal avtoritetin şəxsi əşyalarından...
Lütlənən qız-gəlinlərimizlə fəxr etməliyikmi?..
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin