Xəbər lenti
19/09/2018 [09:42]:
Azərbaycandakı cəzaçəkmə müəssisələrindən 17 nəfər qaçdı
19/09/2018 [09:34]:
Bu gün Çempionlar Liqasında I tura yekun vurulacaq - TƏQVİM
19/09/2018 [09:23]:
Onlara yeni mənzillər verildi -FOTOLAR
19/09/2018 [09:06]:
Çempionlar Liqasında 8 oyun keçirildi - NƏTİCƏLƏR
19/09/2018 [09:04]:
Serbiyada Üzeyir Hacıbəylinin xatirəsi anıldı
19/09/2018 [08:48]:
Azərbaycana gələn ərəblərin sayı artdı
19/09/2018 [08:46]:
Şimali və Cənubi Koreya prezidentləri hərbi sahədə saziş imzaladılar
19/09/2018 [08:44]:
Bir ayağı olmayan qız “İtaliya gözəli” seçildi
19/09/2018 [08:39]:
100 il öncə Bakını millətçilik yox, ümmətçilik xilas etdi... -FİKİR SAVAŞI
19/09/2018 [08:31]:
Dietoloq məktəblilərlə bağlı çağırış etdi
19/09/2018 [00:48]:
Alimlər 15 yaş cavan görünmənin sadə sirrini "tapdılar"...
19/09/2018 [00:23]:
Türkiyəli alim Azərbaycanda dissertasiya müdafiə etdi
19/09/2018 [00:18]:
Latviyanın ədliyyə naziri Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdi - FOTOLAR
19/09/2018 [00:16]:
Üzeyir bəyin fövqəlzəkası – “Məşədi İbad papağı”nın sirri – Anım günü
18/09/2018 [23:57]:
Ermənistan: "Saşik" Sarkisyan bankda dondurulmuş pullarından büdcəyə "pay verməyə" hazırdır
18/09/2018 [23:53]:
Kəlbəcərə gələn adam, heç Kəlbəcərdən qayıdan günün olmasın!
18/09/2018 [23:47]:
Bu avtomobildən neçə adamın çıxdığına inanmayacaqsınız - VİDEO
18/09/2018 [23:34]:
Bu restoranda yemək yemək üçün çevik olmaq lazımdır - MARAQLI
18/09/2018 [23:28]:
“Milyonçu Tağıyevin Hacıbəyli qardaşlarna ayırdığı pulu mühasib niyə gizlədir? – Anım günü
18/09/2018 [23:20]:
“Televiziya kanalları, mətbuat Üzeyir bəyi bu gün bir az da çox təbliğ etməlidirlər, çünki....”
18/09/2018 [23:17]:
Yaşlı kişi əli silahlı soyğunçulara meydan oxudu - VİDEO
18/09/2018 [23:16]:
“Menyuların yalnız xarici dildə olması əsas problemdir”
18/09/2018 [23:13]:
NATO nümayəndəsi: "Ermənistanın yeni rəhbərliyi bizi ürəkləndirir"
18/09/2018 [23:03]:
Ölən dostlarının ətrafına toplaşaraq yas tutdular - VİDEO
18/09/2018 [22:59]:
"Buradakı tələbələr Üzeyir bəyin kimliyini yaxşı bilirlər, əsərlərini səhənləşdirirlər” – Cavanşir Quliyev
18/09/2018 [22:40]:
Taleh Məmmədov Minskdə çempion oldu
18/09/2018 [22:22]:
“Onlar bir-birlərinə qarşı ortada görünmədən mübarizə aparacaqlar”
18/09/2018 [22:15]:
İsrail KİV-ləri: “Liberman Azərbaycanı kəşf etdi”
18/09/2018 [21:41]:
Netanyahu Putinə zəng etdi
18/09/2018 [21:39]:
“Fənərbağça”nın futbolçusu karyerasına fasilə verdi
18/09/2018 [21:38]:
Qobustan rayonunda zəlzələ oldu
18/09/2018 [21:32]:
İçməli sudan 27 min insan zəhərlədi
18/09/2018 [21:31]:
“Bu il ən azı 600 kəndin yolunun əsaslı təmiri nəzərdə tutulub” -İlham Əliyev
18/09/2018 [21:09]:
İlham Əliyev: “Bu gün Ermənistan ordusu bizimlə rəqabət apara bilməz”
18/09/2018 [20:48]:
"Telekanallarımız 10-15 il əvvəlki televiziya səviyyəsindən təxminən 100 addım geridir"
18/09/2018 [20:45]:
Qatarla 1,7 milyondan çox sərnişin daşındı
18/09/2018 [20:44]:
"Təyyarəmizin vurulmasını cavabsız qoymayacağıq” - Müdafiə naziri
18/09/2018 [20:42]:
Daxili İşlər Nazirliyi həkim axtarır
18/09/2018 [20:42]:
Hamburq universitetinin professoru Azərbaycanda separatçılara dəstək verdi - FOTOLAR
18/09/2018 [20:41]:
"Nəvəm dedi ki, Heydər Əliyev çox cəsarətli və bacarıqlı əskərdir" - Fikrət Qoca
18/09/2018 [20:39]:
Həyat yoldaşı ilə 4 qızını öldürən kişi və oğlu ömürlük həbs cəzası aldı
18/09/2018 [20:37]:
Bakının bu hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldı
18/09/2018 [20:25]:
Daha bir kəndə qaz verildi
18/09/2018 [19:31]:
Çindən ticarət müharibəsində ABŞ-a cavab zərbə
18/09/2018 [19:21]:
Çeçen toyunda kütləvi dava - VİDEO
18/09/2018 [19:12]:
Moskvada azərbaycanlı jurnalistin xatirə gecəsi keçirildi - FOTO
18/09/2018 [19:09]:
Zakir Həsənov dağlarda xidmət aparan əsgərləri yoxladı – FOTO
18/09/2018 [19:06]:
DTX Ağsuda əməliyyat keçirdi
18/09/2018 [18:35]:
İstanbulda oğurluq edən rus və erməni ələ keçdi - VİDEO
18/09/2018 [18:27]:
Az qalıb, bəy!
18/09/2018 [18:18]:
Putin vurulmuş təyyarəyə görə cavab tədbirlərindən danışdı
18/09/2018 [18:03]:
"Əgər qaçsaydım, indi onun yerində mən oturmuşdum" - 25 nəfərin öldüyü yanğına dair cinayət işi
18/09/2018 [17:56]:
Prezident 5 sərəncam imzaladı: 12 milyon manat ayrıldı
18/09/2018 [17:56]:
Qohum evliliyi 70 nəfəri kor etdi - FOTO
18/09/2018 [17:52]:
Rüşvətxor prokuror məhkəmə qarşısında
18/09/2018 [17:39]:
“Nar”ın dəstəyi ilə “Brain Ring” başladı
18/09/2018 [17:31]:
Balıq məhsulları ilə bağlı XƏBƏRDARLIQ
18/09/2018 [17:28]:
Eldar Əzizov daha bir kadrını yanına gətirdi
18/09/2018 [17:22]:
Məcburi köçkünlərin növbəti qəbulu keçirildi
18/09/2018 [17:20]:
Qətər-Azərbaycan arasında qarşılıqlı investisiyalar müzakirə olundu
18/09/2018 [17:06]:
Nikol Paşinyanın partiyası seçkilərdə uduzacaq?
18/09/2018 [17:03]:
Kəmaləddin Heydərovla bağlı yayılan xəbərlərə AYDINLIQ GƏTİRİLDİ
18/09/2018 [17:01]:
Ağcəbədinin su təchizatı yaxşılaşdırıldı
18/09/2018 [16:58]:
Mübariz Qurbanlı: " Zəncir vurmaq uydurulmuş hərəkətdir"
18/09/2018 [16:57]:
Fərhad Əhmədov və italyanların “bağ məsələsi” – YENİ FAKTLAR
18/09/2018 [16:42]:
QAT qadınları riyakar sülh təklifini rədd etdi
18/09/2018 [16:41]:
Azercell Gəncədə yeni Eksklüziv mağaza açdı
18/09/2018 [16:40]:
İsraildən rus təyyarəsinin vurulmasına ilk reaksiya - Günahkar Suriya, İran və...
18/09/2018 [16:38]:
“Prezidentin övladının hərbi xidmətə getməsi yaxşı örnəkdir”
18/09/2018 [16:37]:
"Onun böyüklüyü ondadır ki, əlində olan vəsaitini jurnalistikanın inkişafı üçün xərcləyib"
18/09/2018 [16:35]:
“Düzgün ixtisas seçimi uğurlu gələcəyin təminatıdır” layihəsi çərçivəsində seminarlar təşkil edildi
18/09/2018 [16:33]:
Ermənilər işğal etdikləri torpaqlarımızdan 790,5 ton üzüm yığdılar - FOTOLAR
18/09/2018 [16:25]:
“Nümunəvi hərəkətə başqa don geyindirmək xəyanətkarlıqdan başqa bir şey deyil”
18/09/2018 [16:23]:
Ön cəbhədə xidmət etmiş yüksək vəzifəli məmur övladlarının adları -SİYAHI
18/09/2018 [16:22]:
“İki gün əvvəl sinaqoqda çəkilib” - Nazirlərin fotosu ilə bağlı açıqlama
18/09/2018 [16:09]:
"Hələ eşitməmişəm ki, bir nazirin, bir icra başçısının oğlu hərbi xidmətə getsin"
18/09/2018 [16:02]:
“Nikol, ağlın olsun, Köçəryanla Sərkisyanı Azərbaycana təhvil ver, CANIN QURTARSIN...”
18/09/2018 [15:55]:
“UNEC Azərbaycanın ən yaxşı universitetləri sırasındadır” - Prezident təqaüdçüsü
18/09/2018 [15:43]:
Dövlət Komitəsi diaspor təşkilatlarına texniki dəstək göstərəcək
18/09/2018 [15:34]:
Bakcell növbəti beynəlxalq ekoloji aksiyaya qoşuldu
Bütün arxiv bir sırada
07/10/2017 [22:45] - Araşdırma - ( 1329 dəfə baxılıb)

Azərbaycan Milli Hərəkatının ideoloji əsasları...



1-ci Yazı 

1917-ci ildə çar Rusiyasında baş verən fevral burjua inqilabı və çarizmin süqutundan sonra Şimali Azərbaycanda baş qaldıran Milli Hərəkat yeni bir mərhələyə qədəm qoymuş oldu. Milli Hərəkatın əsasında: 1) Dinlə milliyyətin fərqləndirilməsi, 2) Türk dilinin, o cümlədən Azərbaycan türkcəsinin inkişafı, 3) Rusiyanın federallaşması, 4) Milli bolşeviklərlə milli istiqlalçılar arasındakı fərqlərin aşkarlanması, 5) “Azərbaycan” anlayışının siyasi-ideoliji anlama çevrilməsi və 6) müstəqil Azərbaycan türkçülüyünün formuləsi kimi məsələlər dayanırdı.
1917-ci ilin martın 17-də Azərbaycanın bir qrup ziyalıları yığışaraq Bakı müsəlman ictimai təşkilatları və kooperativlərinin nümayəndələrindən ibarət büro yaratdılar. Bakı Şəhər Dumasının həyətində keçirilən qurultayında Rusiyadakı Müvəqqəti Hökumətə etimad göstərilməsi barədə qərar qəbul edildi. 1917-ci il martın 27-də bu büro Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsi ilə əvəz olundu. Müvəqqəti Komitənin sədri Məmmədhəsən Hacınski, müavini isə Məhəmməd Əmin Rəsulzadə seçildi. Onlar müsəlmanlara müraciətində birləşməyi təklif edirdi. Martın axırlarında yaradlımış Bakı fəhlə və hərbçi deputatları Soveti isə solçu inqilabi qüvvələrin orqanına çevrildi. Bununla da Rusiyada olduğu kimi, Azərbaycanda - Bakıda da ikihakimiyyətlilik yarandı.
Azərbaycanlı marksist-leninçilər də burjua inqilabından istifadə edərək, yenidən öz siyasi təşkilatlarını on illik fasilədən sonra, 1917-ci ilin martın 3-də "Hümmət" Partiyasının fəaliyyətini bərpa etməklə yaratdılar. Partiyanın Müvəqqəti Komitəsinin sədri Nəriman Nərimanov, üzvləri isə M.Əzizbəyov, M.N.İsrafilbəyov, H.Sultanov və başqaları seçildi. "Onlar bolşevik mövqeyində dayandığını elan etsələr də, "Hümmət"in əyalətlərdəki komitələri menşeviklərə meyl göstərirdilər". N.Nərimanovun redaktorluğu ilə bolşevik "Hümmət"in eyni adlı qəzeti də nəşr olunmağa başladı. RSDFP BK-nın qərarına əsasən 1917-ci il aprelin 15-20-si arasında Bakıda keçirilən Qafqaz müsəlmanlarının I qurultayında da iştirak edən bolşevik-hümmətçilər N.Nərimanov, M.Əzizbəyov və R.Nağıyevin nümayəndələr qarşısında  qaldırdığı tələblərə görə, sosialist inqilabının ümumdünya miqyasında qələbəsi uğrunda hamı proletar Rusiyası şüarı altında birləşməlidir. "O, kiçik xalqların taleyini yalnız fəhlə-kəndli Rusiyasının taleyi ilə bağlayırdı".
Uzun müddət müxtəlif ideyalar arasında tərəddüd edən Nəriman¬ov¬un sonda bolşevizm xəttini seçməsində 1917-ci il Rusiya fevral burjua inqilabı və sosial-demokratizmə bəslədiyi ümidlər mühüm rol oynamışdır. Bu mənada, o, həmin inqilabın təsiri altında yalnız sosializm quruluşunda milliyyətindən və dinindən asılı olma¬yaraq insanların bir-birilə yoldaş olacaqlarını inanmışdır: «Bol¬şe¬vkilər mənim arzuladığım dünyanın qapısını aça biləcək yeganə hakimiyyəti ”“ xalq hakimiyyətini yenidən yaratmaq ümidi ilə sinfi mübarizədə qan tökürlər». Məhz o, sosial-demokratizmi seçdiyi üçün, sovet dövr¬ün¬də vaxtilə daha çox meyil etdiyi islamlıq və türklüyü deyil, beynəmiləlçiliyi müdafiə etmək zorunda qalıb. Eyni zamanda, Nəriman¬ov yalnız rus bolşeviklərinə qoşulduqdan, hətta onlarla birləşÂ¬mək fikrinə düşdükdən sonra birmənalı şəkildə türkçülük və islam¬çı¬lığın əleyhdarına çevrilmişdir. Bu baxımdan Nərimanov Azərbaycan türklərinin Osmanlı türk¬lərinə güvənərək türkçülüyü yaymasını doğru hesab etmirdi. Xüsusilə, Nərimanov¬un M.Əzizbəyov, S.M.Əfəndiyev kimi Azərbaycanın gələcəyi¬ni Rusiyada görməsi və müstəqil Azərbaycana qarşı olması sirr deyildi. Rəsulzadənin təbrincə desək, Nərimanov üçün artıq ümid yeri, çıxış yolu yalnız bolşevik Rusiyası və onun lideri Lenin idi: “O zaman müsəl¬man  sosialistlərin ələmdarı bulunan “Hümmət” firqəsi başda doktor Nəriman olmaq üzrə Azərbaycan muxtariyyətinin ədəvv-canı idi. “Hümmət”ə görə biz milləti fəlakətə çəkir və mən qeyri həqq millət naminə söz söyləyirmişik. Azərbaycan fikri, türklük iddiaları xalqın deyil, bir sıra burjuapərəst “boşboğazlar”ın imiş. Müsəlmanların mənfəəti “qırmızı əmələ bayrağı”nın altına toplanmaq və “Rusiya demokratiyası”ndan ayrılmamaqda imiş”.
1917-ci il oktyabr rus inqilabından sonra bolşevi¬zmə bəs¬lədiyi ümidin artmasının nəticəsi idi ki, Nəri¬manov 1918-ci ilin əvvəl¬lərində «Hümmət» qəzetində dərc olunan bir məqalə¬sində üzünü müsəlmanlara tutaraq yazırdı: «Bir ümid yeriniz varsa, o da tazə hökumətdir (Şura hökumətidir ”“ F.Ə.) və var qüvvənizlə ona kömək etməlisiniz. Sizin hər cəhətdən nicat yolunuz Leninin məramnaməsindədir».  Fikrimizcə, marksizm-leninizmin Azərbaycanda 1900-1910-cu illərlə müqayisədə iflasa uğradığı bir zamanda N.Nərimanovun Rusiya bolşeviklərinin, xüsusilə onların rəhbərləri Leninin və Stalinin taktikasına uyğun olaraq «Azərbaycan bolşevikləri»nin lideri kimi önə çəkilməsi təsadüfi olmamışdır. Bu, Azərbaycanı yenidən müs¬təm¬ləkəsi halına gətirmək istəyən rus imperiya¬sının yeni bir taktikası idi. Lenin başda olmaqla bolşeviklərin fikir dəyişÂ¬dirməsinə əsas səbəb daşnak Şaumyanın əli ilə nəzərdə tutduq¬ları Azərbaycan türklərinin soyqırımını tamamilə real¬laşdıra bilməmələri olmuşdu. Bu baxımdan bolşeviklər taktika dəyişÂ¬dir¬ərək bu dəfə türk-müsəlman bolşevik liderinin əli ilə Azər¬baycana sahib çıxmağa qərar vermişdilər. Bu tak¬tika¬ya görə, xalq arasında müəyyən qədər tanınan, eyni zaman¬da sos¬ial-demokrat əqidəsinə səmimi şəkildə tapınan Nəri¬man¬ov milli-demokratik qüvvələrə və onun bariz təzahürü olan milli höku¬mətə qarşı bir «proletar» sima kimi önə çıxarıl¬malı, həmin «müsəlman-türk sosialist» simasının da razılığı ilə Milli hökumət devrilməli və son olaraq Nərimanovun «müs¬tə¬qil Sovet Azərbaycanı»nın başçısı olduğunu bəyan etməklə Az¬ər¬¬baycanın işğalına hərtərəfli haqq qazandırılmalı idi. Maraq¬lıdır ki, Stalin Rəsulzadə ilə söhbətində Nəri¬manovla onların ara¬sında belə bir anlaşmanın olduğunu gizlətməmişdir.
Doğrudur, hazırda bəzi tədqiqatçılar (Ş.Qurbanov, H.Həsənov və b.) hesab edirlər ki, Nərimanov Sovet Rusiyasının başçıları ilə deyil, onlar onunla anlaşıblar. Hətta, bunu müsbət faktor kimi dəyərləndirən H.Həsənov yazır ki, Leninlə danışıqlarda Nərimanov Azərbay¬canın müstəqilliyi, Bakının paytaxt olması və milli adət-ənənələrin nəzərə alınması kimi şərtlər irəli sürmüşdür. Bu prizmadan çıxış edən Şamil Qurbanov da yazırdı ki, ona qarşı irəli sürülən ittihamların heç bir əsası yoxdur: «İndi bəzi alimlər və təsadüfi jurnalistlər nahaqq yerə onu tənqid atəşinə tuturlar, yeri gəldi-gəlmədi tənqid etmədən keçinmirlər». Bizcə, N.Nərimanovla bağlı irəli sürülən bəzi tənqidi fikirlər heç də əsassız deyildir. Belə ki, Azərbaycan Cümhuriy¬yətinin timsalında Azərbaycan xalqı bir millətin taleyində önəmli rol oynayan ideyaları (istiqlal, müstəqil parlament, müstəqil ordu, bayraq və s.) əldə etdikdən sonra, onu Sovet Rusiyasının əli ilə yıxıb yerində «müstəqil Sovet Azərbaycanı» qurmağın da, bu mənada Nərimanovun Sovet Rusiyasının başçıları ilə əslində tabeçilik anlaşması əsasında, onların qarşısında hansısa şərtlərlə çıxış etməsinin də heç bir anlamı yox idi. Burada qazanan yalnız bir tərəf var idi: Sovet Rusiyası və onun əlaltıları. Fikrimizcə, bu baxımdan Nərimanov Sovet Rusiyasından deyil, Sovet Rusiyası Azərbaycan Cümhuriy¬yətini işğalı planı çərçivəsində «Nərimanov faktoru»ndan maksimum faydalanmışdır. Bunu, həmin dövrdə Moskvada yaşayan Nərimanovun Azərbaycanda baş verənlərlə bağlı Lenini daima məlumatlandırması, «Qafqazın işğalına baxışÂ» məruzəsi və xüsusilə, Azərbaycanın baş naziri N.Yusif¬bəyliyə yazdığı məktubundan açıq şəkildə görmək mümkündür. 
Nərimanov sonralar özü də etiraf edirdi ki, Moskvada olduğu dövrdə «Azərbaycanda hakimiyyətin bolşeviklərin əlinə keçməsi üçün (əslində müstəqil bir dövləti - Azərbaycan Cümhuriyyətini işğal etmək üçün) hazırlıq işi  görülmüşÂ», o, isə bu planın həyata keçirilməsi üçün Leninə xidmət etmişdir. Nərimanov Yusifbəyliyə yazdığı məktubunda bolşev¬ik¬lərlə bir yerdə olmasını siyasi-ideoloji baxışlarındakı fərqlərlə izah etməyə çalışmışdır: «Siz pantürkizm və panislamizm ideyalarını yayarkən, mən bir kommunist kimi sizin qəti əleyhinizə çıxmışdım, lakin sizin Türkiyə qanadı altına girmək cəhdinizə, bir psixoloq kimi, lütfkaranə baxırdım. Türkiyə «zəfərlə» gəlib rüsvayçılıqla getdi». Çox keçmədi ki, Nərimanovu qanadının altına alan Sovet Rusiyası da Azərbaycana «zəfərlə» gəldi, ancaq şimal ölkəsi Türkiyədən fərqli olaraq ləyaqətlə getmədi, sözün həqiqi mənasında bü ölkəni 70 il müstəmləkəsi kimi idarə etdi. Bunu, yalnız 27 aprel işğalınının üstündən bir qədər keçdikdən sonra dərk edəcək Nərimanov hələ, buna qədər müstəqil Azərbaycanın baş nazirinə yazırdı ki, «qızıl əsgərləri xarüqələr yaradan bütöv bir dövlətin (yəni Rusiyanın ”“ F.Ə.) həyatı ilə oynamaq olmaz, amma siz cinayətkarcasına bu cür oynadınız”¦Â». Halbuki çox keçmədi ki, Sovet Rusiyası «Nərimanov faktoru»ndan da istifadə edərək, 1920-ci ilin aprelində Azərbaycanı müstəmləkə halına gətirdi və Azərbaycan türklərinin başına bir çox faciələr gətirdi.
1917-ci il fevral burjua-demokratik inqilabından sonra Şimali Azərbaycanda ən güclü milli partiyaya çevrilən və Milli Hərəkata rəhbərlik edərək, bütün ictimai təbəqələri təmsil edən isə Müsavat Partiyası olmuşdu. Doğrudur, 1917-ci ildə Gəncədə siyasi-ideya baxışına görə, Müsavatdan çox da fərqlənməyən Nəsib bəy Yusifbəyli, Şəfi bəy Rüsitəmov, Həsən bəy Ağayevin rəhbərliyi ilə "Türk-Ədəm-Mərkəziyyət" da Partiyası yarandı. Partiyanın lideri Nəsib bəy Yusifbəyli Rusiyanı federativ şəkildə görür, bu federasiya çərçivəsində isə Azərbaycanın muxtariyyətini tələb edirdi. Bu faktordan çıxış edərək M.Ə.Rəsulzadə sonralar yazırdı ki, N.Yusifbəylinin Azərbaycan istiqlalı hərəkatındakı rolu yalnız maarif naziri və baş nazir olmaqla kifayətlənməmişdir: «Onun hərəkatdakı həqiqi rolu sonra tutduğu bu rəsmi  mövqelərdən çox əvvəl başlamışdır. Bu rol onun Gəncədə 1917-də «Türk ədəmi mərkəziyyət xalq firqəsi» namıyla təsis edilən siyasi Azərbaycan firqəsinin təşkilinə təşəbbüs etməsiylə başlayır. Azərbaycan ideyasını siyasi bir tələb maddəsi şəklində formulə etmək şərəfi mərhum Nəsib bəyindir». M.Ə.Rəsulzadə daha sonra qeyd edir ki, əslində Azərbaycan milli ideyası onların tanışlığının ilk illərindən (1914-1915-ci illər) hər ikisində yaranmışdı: «Bu dostluğu bu qədər mətin bağlarla bir görüşmədə bağlayan şey, şübhəsiz, müştərək bir qayə, müştərək bir ruh daşıdığımızı mütəqabilən kəşf edişimiz idi. Bu ruhi-müştərək Gəncədə Nəsib bəyə siyasi bir firqə maddəsinin yazılmasını təlqin etdiyi bir zamanlarda, mənə də Bakıda «Açıq söz» qəzetəsinə eyni tezisi müdafiə edən bir baş məqalə yazdırmışdı».

Dos., Dr. Faiq ƏLƏKBƏRLİ

Alimlər 15 yaş cavan görünmənin sadə sirrini "tapdılar"...
Türkiyəli alim Azərbaycanda dissertasiya müdafiə etdi
Bu avtomobildən neçə adamın çıxdığına inanmayacaqsınız - VİDEO
Bu restoranda yemək yemək üçün çevik olmaq lazımdır - MARAQLI
Yaşlı kişi əli silahlı soyğunçulara meydan oxudu - VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Menyuların yalnız xarici dildə olması əsas problemdir”
Mədəniyyət
"Buradakı tələbələr Üzeyir bəyin kimliyini yaxşı bilirlər, əsərlərini səhənləşdirirlər” – Cavanşir Quliyev
Köşə
Az qalıb, bəy!
Cəmiyyət
"Onun böyüklüyü ondadır ki, əlində olan vəsaitini jurnalistikanın inkişafı üçün xərcləyib"
Siyasət
Ermənilər işğal etdikləri torpaqlarımızdan 790,5 ton üzüm yığdılar - FOTOLAR
Həftənin ən çox oxunanları
Şəxsi silahlı mühafizəsi olan baş həkim Məcid Əliyev həbs edildi... - FOTO+VİDEO
Puldan “divar” yaradan məmur həm də 256 məşuqə saxlayırmış - HEYRƏTAMİZ+VİDEO
Bakıda satılan 5 otaqlı evin qiymətinə Braziliyada ada almaq olar - Fantastik qiymət (FOTOLAR)
“Polis Bərdə-Ağdam yolunu tankla kəsmiş erməniləri saxladı...”
"Müdafiə Nazirliyində çalışdığım 7 ildə cəbhə bölgəsində vəzifəli şəxsin övladını görmədim"
"Cənab Prezident, çox hörmətli Mehriban xanım, bu sətirləri Sizə utanaraq yazırıq..."
Mehriban Əliyevanın təşəbbüsü ilə 1-ci siniflərə - Hədiyyə
Fərhad Əliyevin kəndində evləri daşa basıb, sakinləri qorxuya salan kimdir? - VİDEO
"Biz də "Səni deyirlər"i Güneyin ruhu ilə oynadıq...” - VİDEO
"Sabah Qarabağda savaş başlasa bizim Bakıda Nuru Paşalara ehtiyacımız olmayacaq, çünki..."
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə