Xəbər lenti
17/02/2018 [23:20]:
Fransada zavodda partlayış baş verdi
17/02/2018 [23:17]:
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib
17/02/2018 [23:09]:
Məsud Davudoğlu küçəsi təmir olundu
17/02/2018 [23:06]:
İrana qarşı hərəkətə keçmək vaxtıdır - ABŞ
17/02/2018 [23:05]:
Laçından son video-görüntü...- Ermənilərin su problemi həll edilir...(VİDEO)
17/02/2018 [23:03]:
Türkiyə baş naziri: "Suriyada terrorçular Rusiya və ABŞ istehsalı olan silahlardan istifadə edirlər"
17/02/2018 [23:00]:
Meksika DİN rəhbərinin olduğu helikopter qəzaya uğrayıb, 13 nəfər ölüb - YENİLƏNİB
17/02/2018 [22:59]:
Azərbaycanda 2 ayın gəlini yoxa çıxdı - VİDEO
17/02/2018 [22:57]:
Necə olur ki, bəzi insanlar birdən dahiyə çevrilir?
17/02/2018 [22:51]:
Moskvada uşaq bağçasında kütləvi zəhərlənmə - Uşaqlar xəstəxanaya yerləşdirildi
17/02/2018 [22:49]:
“Bütöv Azərbaycan ideyasının KİV-də təbliğinin hazırkı durumu” mövzusunda diskussiya...
17/02/2018 [22:39]:
Elmar Məmmədyarov Yohannes Han ilə görüşdü
17/02/2018 [22:31]:
Bakı sakinindən maraqlı ixtira: Tullantılardan neft istehsal edir (VİDEO)
17/02/2018 [22:25]:
"Memati"nin bu görünüşünü unudun - FOTO
17/02/2018 [22:18]:
İsrail Fələstin hərbçilərini top atəşinə tutdu
17/02/2018 [22:16]:
Rio-de-Janeyronun təhlükəsizliyi orduya tapşırıldı
17/02/2018 [21:24]:
Bakıda evlərin QİYMƏTİ DƏYİŞDİ - VİDEO
17/02/2018 [20:57]:
Rusiyanın hokkey yığması ABŞ-ı darmadağın etdi
17/02/2018 [20:56]:
Cüdoçularımız Avropa birinciliyində üç medal qazandı
17/02/2018 [20:30]:
Gülənin təlimatını yerinə yetirən 7 iş adamı ilə bağlı - Qərar
17/02/2018 [20:23]:
Adnan Oktarın TV-si bağlanır
17/02/2018 [20:14]:
SOCAR-a məxsus benzin daşıyan maşın partladı
17/02/2018 [20:05]:
Ötən il Bakı əhalisinə 5394 milyon manatlıqdan çox ödənişli xidmət göstərilib
17/02/2018 [19:50]:
Pensiyası artırılanların sayı açıqlandı
17/02/2018 [19:38]:
Bu şəxslərin maaşı 968 manat oldu
17/02/2018 [19:36]:
MSK sədri: Seçkilərdə müşahidə aparmaq üçün 6 müraciət daxil olub
17/02/2018 [19:24]:
Üç yaşlı Zəhranın ölüm səbəbi açıqlandı
17/02/2018 [19:16]:
Düşən qapının altında qalan qadın can verdi - VİDEO
17/02/2018 [19:10]:
Sarkisyan Almaniyaya getdi
17/02/2018 [19:09]:
Mirmahmud Mirəlioğlu seçkilərə qatılmaq istəmədi
17/02/2018 [19:05]:
Türkiyə-Hollandiya gərginliyi artır - XİN-ə çağırıldı
17/02/2018 [19:03]:
Taxtadan 70 mərtəbəli göydələn tikiləcək - 5,5 milyard dollara
17/02/2018 [18:58]:
“Qəbələ” – “Zirə” matçında dava - Baş məşqçiyə kəllə atıldı + Fotolar + Yenilənib
17/02/2018 [18:45]:
Bakıda 90 yaşlı kişi xəstəxanada öldü
17/02/2018 [18:33]:
“Azərbaycan hər an hücuma keçə bilər!”- Erməni general
17/02/2018 [18:30]:
Azərbaycan kuboku: Final nə vaxt keçiriləcək?
17/02/2018 [18:26]:
Akif Nağı seçkilərə qatılacaq - Yekun qərar verildi - FOTO
17/02/2018 [18:10]:
2 nəfəri öldürüb qaçan sürücü həbs edildi
17/02/2018 [17:58]:
"Azərişıq"a məxsus sayğaclar yandı
17/02/2018 [17:44]:
Əlillər pansionatında əlili döydülər
17/02/2018 [17:41]:
Ərdoğan: "Qardaşlarımızın torpaqlarına qayıtmasını istəyirik"
17/02/2018 [17:39]:
İsrailin müdafiə naziri erməni deputatları NOKAUT ETDİ: "Qarabağı...”
17/02/2018 [17:39]:
DGK xətti ilə dövlət büdcəsinə daxilolmalar artdı
17/02/2018 [17:32]:
Ukrayna tezliklə dağıla bilər - Saakaşvilidən qorxunc proqnoz
17/02/2018 [17:29]:
İki nəfərin ölümünə səbəb olan “Kamaz” sürücüsü saxlanıldı
17/02/2018 [17:25]:
MSK sədri: "İndiyədək 13 nəfər prezidentliyə namizədliyini irəli sürüb"
17/02/2018 [17:23]:
Lənkəranda 31 yaşlı kişi özünü asdı
17/02/2018 [17:23]:
Qaradağlı faciəsi... - VİDEO
17/02/2018 [17:07]:
Vitse-spiker Rusiyaya gedir
17/02/2018 [17:05]:
Üç gün öncə ad gününü keçirən aktyor vəfat etdi
17/02/2018 [17:02]:
MSK daha 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq etdi
17/02/2018 [16:54]:
Suriya ordusu Afrinə girdi – Türkiyə ilə dəhşətli döyüş BAŞLANIR
17/02/2018 [16:53]:
İsraildən nümayişçilərə sərt müdaxilə - 148 yaralı
17/02/2018 [16:50]:
Ali məktəblərin hazırlıq qrupları ilə bağlı plan dəyişdi: Bu il açılmayacaq - Rəsmi CAVAB
17/02/2018 [16:36]:
Poçt bağlamasında beşbarmaq aşkar olundu
17/02/2018 [16:32]:
Azərbaycanda hər arı yeşiyinə görə 10 manat subsidiya verilə bilər
17/02/2018 [16:28]:
Dünyanı heyran qoyan Nüsrət Azərbaycana "mesaj" göndərdi - VİDEO
17/02/2018 [16:27]:
“Qəbələ”dən Daun sindromlu azarkeşə xüsusi jest
17/02/2018 [16:20]:
Milli Məclisin deputatları Rusiyada prezident seçkisini izləyəcəklər
17/02/2018 [16:13]:
Daha bir azərbaycanlı futbolçu Çexiya klubuna transfer olundu
17/02/2018 [16:06]:
Bakıda “DTX-nın idarə rəisi” saxlanıldı – FOTO
17/02/2018 [15:47]:
Nazir: "Azərbaycan balına dünya bazarında tələbat 15-20 faizdir"
17/02/2018 [15:28]:
"Arzular çox idi, amma onların çox cüzi hissəsi həyata keçib"- 68 yaşlı Əhməd Qəşəmoğlu
17/02/2018 [15:23]:
Erməni terrorçuları Mütəllibovun Qaradağlıya gəlməsini tələb ediblər?- Meyitləri qaytarmaq üçün...
17/02/2018 [15:15]:
Azərbaycanda “halal” sertifikatı verən qurum dəyişir
17/02/2018 [15:11]:
Azərbaycan buğda idxalını azaldıb
17/02/2018 [14:55]:
Firudin Cəlilov yenidən Türkiyəyə gedəcək-" Hələ də bəzi problemlər qalıb"
17/02/2018 [14:48]:
Zəhra ilə bağlı açılan cinayət işinə daha bir maddə artırıldı
17/02/2018 [14:45]:
“Tərlan Əhmədovu öz üsullarımla cəzalandıracam” - Ramin Musayev
17/02/2018 [14:40]:
Burada qadınlar 65-70 yaşında ana olur - Fotolar
17/02/2018 [14:39]:
Təqaüddə olan mühəndis təyyarədən yaşayış evi düzəltdi - FOTOLAR
17/02/2018 [14:37]:
Üzərindən yarım kilo marixuana çıxdı
17/02/2018 [14:33]:
“Hamı bardaş qurub, amma…” - Röyanın “like” davası
17/02/2018 [14:26]:
4 ay əvvəl boşanmışdı - İş adamı ilə sevgili oldu
17/02/2018 [14:23]:
2 nəfərin ölümünə səbəb olan qəzayla bağlı - Açıqlama
17/02/2018 [14:21]:
Dəbdəbəli gecəyə 22 manatlıq geyimdə qatıldı - Fotolar
17/02/2018 [14:20]:
Dünya şokda: 2118-ci ildən gəlmişəm, bu da fakt - Video
17/02/2018 [14:11]:
Azərbaycan ərazisi “qondarma dövlətdə” göstərildi – Şok xəritə
17/02/2018 [14:08]:
Kənd təsərrüfatı naziri soğanın bahalaşmasına münasibət bildirdi
17/02/2018 [14:06]:
"Türksoylu dövlətlər arasında "Cümhuriyyət ili" ayrıca qeyd olunmalıdır"- TƏKLİF
Bütün arxiv bir sırada
09/10/2017 [14:39] - Köşə - ( 3141 dəfə baxılıb)

Uşaqlarımızı Aşuradan yox, mənəviyyatsızlıqdan qoruyaq!..

Övladlarımızı əcaib-qəraib “Hellouin”lərin, qeyri-insani əxlaqa malik yarıçılpaq müğənnilərin, tərbiyəsiz reklamların, dəhşət filmlərinin və s. təsirindən qorumaqdan niyə danışmırsız?..
Sultan Laçın

Planetdə İslama qarşı tüğyan edən açıq-gizli növbəti “xaçlı yürüşü”  müsəlman ölkələrində, o cümlədən Azərbaycanda xalqın bəzi ateizmə meyilli, dinindən xəbərsiz təbəqələrini 14 əsrdir ki, genimizə, qanımıza hopmuş doğma dinimizdən hürkməyə, divara qısılmağa vadar edir.  Dünən sovetlərin marksist-leninist ideologiyası yaşlı və orta nəsli yoldan çıxarırdı, bu gün isə Qərbdən gələn “liberal-demokratik” adlanan “təfəkkür” gənclərimizi, övladlarımızı Allah yolundan sapdırmaqdadır... Bir də kafirlərin xətti ilə qondarılmış, insanları ya ifrat mötədilliyə, ya daəksinə, ifrat radikallığa yönləndirən “islami” cərəyanlar...
Xaricdən və daxildən körüklənən müəyyən qüvvələr də elə özlərinin yaratdığı, “İslam”la maskalanmış  terror qruplarının  varlığından, bu səbəbdən də dinimizin terror, zorakılıq dini kimi qələmə verilməsindən yararlanaraq insanları müsəlman həyat tərzi sürməkdən çəkindirməyə çalışırlar...Yəni, valideynlər övladlarının “İŞİD”-ə, yaxud “Hizbullah”a qoşulmasından, dövlətlər isə radikal “islami” qruplar sayəsində devriləcəklərindən ehtiyatlanmaddadırlar..
Son günlər yenə də Aşura, Məhərrəmlik mərasimlərinə qarşı bir basqı yaşanmaqdadır. Əlbəttə, bütün istər bayram, istər hüzn tədbirlərində olduğu kimi, Qətl günündə də ifrata varmaq olmaz. Kütləvi olaraq müsəlmanların özlərini zəncirləməsi, qılınclaması, baş yarması, qan tökməsi doğru deyil. Aşura mərasimində iştirakdan da vacib olan İmam Hüseyn(s) başda olmaqla Kərbəla şəhidliyinin mahiyyətini doğru anlamaq və anlatmaqdır. Eyni zamanda öz həyatını da İmam Hüseynin(s) şərlə mübarizlik əqidəsinə uyğun yaşamalısan və övladlarını da buna alışdırmalısan. Bir sözlə, sözünlə, şüarlarınla əməlin uyğun gəlməlidir. Yoxsa yalnız mərasim xatirinə qara geyinib, hicab bağlayıb “Şah Hüseyn! Vay Hüseyn” demək, saç yolmaq, üz cırmaq, baş yarmaq, sinə döymək mənasız davranışlardır...
Amma bir gerçəkliyi də unutmaq olmaz. 14 yüzildir ki, Aşurada, Məhərrəmlik boyu müəyyən qruplar insanlara İmam Hüseyn(s) başda olmaqla Kərbəla şəhidlərinin qəhrəmanlıq səhnələrini daha aydın şəkildə çatdırmaq üçün teatrlaşdırılmış səhnələr göstərirlər.Bu hətta Azərbaycan xalq ədəbiyyatında ayrıca bir  folklor janrına çevrilərək “şəbih” adı daşımağa başlayıb. İslam müqəddəslərinin həyat tarixçəsini, xüsusilə, Kərbəla faciəsini simvolik formada əks etdirən meydan tamaşalarıdır şəbihlər. Naxçıvan camaatı da bu termini artıq ümumişlək söz kimi  müəyyən məqamlarda işlədirlər...
Digər qeyri-səmavi, hətta bəzən səmavi din daşıyıcısı olan xalqlar dini bayram vəya hüzn günlərində  qat-qat qorxunc səhnələr nümayiş etdirirlər. Cin, cəllad qiyafələri geyinir, ölüləri qəbirdən çxardıb, paltar geyindirib əyləşdirirlər və s. Odur ki, Aşuradakı kiçik qrupların şəbihləri icra etməsini sırf xurafat, mövhumat qalığı kimi təbliğ etmək də doğru deyil və bunun özü də bir cahillikdir... Bəylər, xanımlar, əfəndilər, ağalar, cənablar, yoldaşlar, gəlin, bir faktı da unutmayaq ki, İslamı, Osmanlını parçalayaraq məhv etməyi qarşısına məqsəd qoymuş anqlosaks-sionist Böyük Britaniya Krallığının hələ XVIII əsrin  əvvəllərində qurduğu planın yazıldığı 1000 səhifəlik kitabda müsəlmanların yas mərasimlərini, onların icra edildiyi məkanları, xüsusən şiələrin müqəddəs məkanlarını dağıtmaq ayrıca bir maddə kimi qeyd olunub(Bu haqda ətraflı danışarıq, inşallah). Və bu da bir gerçəklikdir ki, Azərbaycanda İslamı, dinimizi indiyədək yaşadan, sovet imperiyasının “repressiya maşını”nın altından salamat gətirib bu günə çıxardan əsas amillərdən biri də məhz Peyğəmbərimizlə(s) yanaşı, İmam Hüseyn(s) sevgisi, eləcə də bütün nöqsanlarıyla bərabər Aşura, Məhərrəmlik mərasimləri olub... Bir də adi insanların hüzn məclisləri... Deməli, bu gün kin və  qərəzlə Aşuraya, İmam Hüseyn(s) məktəbinə qarşı çıxanlar, eləcə də tədricən hüzn məclislərini sıxışdırıb tədricən aradan çıxarmağa çalışanlar Azərbaycanda İslamın kökünü qazıyaraq, vəhhabiliyə, “İŞİD”-ə, “FETO”çuluğa və s. meydan vermək istəyənlərdir... Hazırda bütün çatışmazlıqlarla bərabər dini cameədə  sabitliyin qorunub saxlanmasında böyük rolu olan şeyxülislam Allahşükür Paşazadəyə də hücumlar eyni mənbələrdən qaynaqlanır...
Bəziləri uşaqların dini mərasimlərə, o cümlədən Aşura mərasimlərinə aparılmasının zərərindən böyük can-fəşanlıqla danışır. Guya bunun uşaqların psixikasına, mənəviyyatına mənfi təsir göstərəcəyindən, onların radikal qruplara cəlb edilmə ehtimalını artıracağından ehtiyatlanırlar. Bəs onda hazırda artıq uşaq bağçası və orta məktəblərimizə sirayət etməyə başlamış  və istər dini, istər milli baxımdan bizə heç bir aidiyyatı olmayan “Helloin” kimi əcaib-qəraib bayramlardan niyə danışmırsız? Nə üçün uşaqların, gənclərin, ümumiyyətlə, bütün insanların psixologiyasını, həyata baxışlarını gerçəkdən pozan mənasız dəhşət filmlərini, kompüter oyunlarını yada salmırsınız? Gün boyu saatlarla telekanal efirlərini zəbt etmiş milli əxlaqımızla daban-dabana zidd geyim-geçimləri, davranışları və fikirləri ilə qız və oğlanlarımızın əqidəsini, əxlaqını pozan Aygün Kazımovalardan, Röyalardan, Rəqsanələrdən, Samiraldolardan, Faiqlərdən, eləcə də tərbiyəsiz, erotik, bayağı şou-verilişlərdən, reklamlardan və s. niyə bəhs etmirsiz? Nədən demirsiz ki, demək olar, əksər toylarımızda “ənənəyə” çevrilmiş və  sərxoş yaşlı qadın-kişilərin belə, atlanıb düşdüyü rok-musiqilərin müşayiət etdiyi diskotekalar uşaqlarımızın, yeniyetmələrimizin düşüncəsinə, ruhuna, psixologiyasına mənfi təsir edir?..
Cənab deputatlar, cənab özlərini ziyalı hesab edənlər, niyə valideynlərimizi, həkimlərimizi, müəllimlərimizi, məmurlarımızı doğum evlərindən, uşaq bağçalarından, orta məktəblərdən başlayan və məzaradək bizləri müşayiət edən biabırçı rüşvətxorluğa qarşı mübarizəyə səsləmirsiz? Niyə uşaqları siyasi kimliyindən, vəzifəsindən asılı olmayaraq hansısa bir insana, liderə, partiya sədrinə qarşı məddahlıqdan, yaltaqlıqdan- bütpərəstlikdən qorumağa çağırmırsız?..
Nə yazıqlar ki, əksəriyyət hər hansı bir sözü deyəndə, yazanda  buna karyerist, konyuktur mövqe ilə yanaşır. Yəni, obyektiv, tərəfsiz olmaqla öncə Allahın yox, hansısa vəzifəli şəxsin, qurumun, yaxud xidmət etdikləri  dini cərəyanın, xarici dövlətin və s. razılığını və ən başlıcası, öz can, mal və kürsülərini, mandatlarını düşünürlər.Odur ki, ölkədəki, eləcə də cahandakı əsl gerçəklikləri deyən Allah bəndələri çox azdır...
Müsəlmanların biri-birinə məzhəb, təriqət yönümüylə yanaşması, əlbəttə, doğru deyil. Amma yüz illərdir faktiki mövcud olan istər sünni, istərsə də şiə təriqətlərində hər hansı məsələdə ifrata varma, təbii ki, təhlükəlidir. Bunun sonu kafirlərin çalışdığıdır; yəni vahid Allahı, vahid Quranı, Peyğəmbəri(s) olan bizləri tam şəkildə qarşı-qarşıya qoymaqla İslam dünyasında  kütləvi qırğınlar yaratmaqdır. Nə yazıqlar ki, son onilliklərdə buna qismən nail olublar. Bu baxımdan, şiəlik və sünniliyə xas müəyyən elementləri hədsiz qabartmaq da düşmənlərimizə xidmət edir... Digər tərəfdən, xarici düşmənlər tərəfindən zaman-zaman qondarılımış, vəhhabilik kimi təkfirçi cərəyanlar var ki, bunlardan uşaq və gənclərimiz uzaq tutmalıyıq. Odur ki, övladlarımızı tarixən qəbul olunmuş dini bayram və mərasimlərimizdə iştirakını təmin etməli və bununla yanaşı, onlara lap bağça yaşlarından Allahın, Yaradılışın, İslamın, Quranın, müsəlmanlığın mahiyyətini tədricən izah etməliyik. Ondan ötrü ki, gələcəkdə hansısa radikal qrup onları azdırmasın...
Məgər torpağı işğal altında olan bir ölkənin məktəblərində bütün dünyanın gerçək düşünən beyinlərinin Haqq uğrunda vuruşmuş bəşəri bir qəhrəman kimi qəbul etdiyi İmam Hüseynin(s) şəhidlik dərslərinin anlatılması qəbahət olar? Məgər müasir Seyid Mübarizlərimiz, şəhidlərimiz Peyğəmbər(s), İmam Hüseyn(s) yolunun yolçuları deyil... Bu gün oğul-qızlarımızın əlindən tutub, məsələn, Təzəpir məscidindəki Aşura mərasiminə aparmağımızın nəyi pisdir? QMİ-nin sədr müavini Hacı Şahin də açıq şəkil də söylədi ki, uşaqların normal dini mərasimlərə aparılması tamamilə qəbulolunandır...
Bu günlərdə artıq Türkiyənin Təhsil Nazirliyi dini qurumlarla birgə uşaq bağçalarından başlayaraq çocuqlara İslamın mahiyyətini anladacaq dini tədris layihəsi hazırlamaq haqda qərar verib... Uşaqlarımıza ana, ata sözlərindən öncə Allah kəlamını, yaradılışın, həyatın mahiyyətini, mənasını dürüst anlatsaq, sabah Yer üzü bu qədər xaosa bələnməz...

Meksika DİN rəhbərinin olduğu helikopter qəzaya uğrayıb, 13 nəfər ölüb - YENİLƏNİB
Burada qadınlar 65-70 yaşında ana olur - Fotolar
Bakıdan Afrin dəstəyi Türkiyədə gündəm oldu – Video
“Müəllimləri uşaqlarımızın problemlərinə qayğıyla yanaşırlar...”- Aprel Şəhidimizin həyat yoldaşı...
Yunanıstandan Türkiyəyə təhdid: "Türkiyə yaxşı bilməlidir ki, Yunanıstan nə Suriyadır, nə də İraqdır"
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Laçından son video-görüntü...- Ermənilərin su problemi həll edilir...(VİDEO)
Dünya
Düşən qapının altında qalan qadın can verdi - VİDEO
Cəmiyyət
Firudin Cəlilov yenidən Türkiyəyə gedəcək-" Hələ də bəzi problemlər qalıb"
Cəmiyyət
Eldar Mahmudov məhkəmə sədri ilə yürüşdə - NƏBATAT BAĞINDA ŞOK GÖRÜŞ...
Siyasət
Nəsib bəy Yusifbəylinin dünyagörüşündə Azərbaycan türkçülüyü ideyası - V Yazı...
Həftənin ən çox oxunanları
Rus ordusu Suriyada amerikalıların hərbi “ətçəkəninə” düşdü: 215 ölü
ABŞ ordusunun rus əsgərlərini darmadağın etdiyinin görüntüləri yayıldı - ŞOK VİDEO
Talışinski Bakıya zəng vuraraq Rövşənin həbs edilməsini istəyir - Lənkəranskiyə qənim kəsilmiş qadın
Azərbaycandan qaz istəyən ölkənin prezidenti İrəvanda “SOYQIRIM” ABİDƏSİNƏ BAŞ ƏYDİ - FOTO
Məktəbdə zorakılığa məruz qalan qız damarlarını doğradı
"And olsun Allaha, əgər kürd olsaydım, kürdlüyümlə fəxr edərdim, amma...”
"Türkiyə hər tərəfdən onu udacaq bir çəmbərin icindədir!" - "Gecikmək fəlakətə bərabərdi..."
Baş prokuror: “Araşdırın, məmurlar Xəzərin sahilində bu villaları hansı pulla tikiblər...”
Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsinə növbəti təşəbbüs...- BU DƏFƏ ŞƏKİDƏN GƏLDİ
"Serj Sərkisyan həmsədrlərə İlham Əliyevdən şikayət edərək deyib ki..."
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderat[email protected]
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin