Xəbər lenti
20/09/2018 [23:55]:
Start “11-lik”: Rəşad Sadıqov heyətə salınmadı
20/09/2018 [23:35]:
“Vaxtilə ermənilərlə əməkdaşlıq etmiş adamların da adları açıqlanmalıdır”
20/09/2018 [23:31]:
Məmurdan 1-ci qrup əlilə heyrətamiz məsləhət: "Premium" benzini götürməyi unutmayın..."
20/09/2018 [22:56]:
Binəli Yıldırım Bakıya gəlib
20/09/2018 [22:49]:
Tağıyevin Balkan müharibəsindəki gözəl jesti – Növbəti Azərbaycan-Türkiyə qardaşlığı...
20/09/2018 [22:30]:
UNEC Bakı Fond Birjası ilə memorandum imzalayacaq
20/09/2018 [22:13]:
Beriyanın edamından bəhs edən “canlı” sənədlər, heyrətamiz faktlar - GİZLİ TARİX
20/09/2018 [22:12]:
Ata İmam Hüseyn üçün oğlunun başını kəsdi - ŞOK VİDEO (+18)
20/09/2018 [21:56]:
Gürcüstanda 19 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb
20/09/2018 [21:44]:
Orxan Gəncəbay yenə xəstəxanaya yerləşdirildi
20/09/2018 [21:41]:
Bakıda dəhşətli qəza: Ölənlərdən 3-nün kimliyi bilindi - VİDEO (+18)
20/09/2018 [21:09]:
Deputatdan Meriyaya ciddi İTTİHAM - Yığılan pullar kimlərin cibinə AXIR?..
20/09/2018 [21:08]:
İlyas İsmayılovun qətlə yetirilən oğlu ilə vida mərasimi keçirildi
20/09/2018 [20:47]:
Avropa Birliyi “Facebook”a ultimatum irəli sürdü
20/09/2018 [20:16]:
“Google” Türkiyəyə 15 milyon dollar ödəyəcək
20/09/2018 [20:03]:
Qarabağ azad edilsə, rayonlarda iş olsa... - Bakı da tıxaclardan azad olacaq...
20/09/2018 [19:54]:
Etimad İsmayılovu qətlə yetirən danışdı - Təfərrüat
20/09/2018 [19:40]:
Azərbaycanda xüsusi təyinatlıları belə hazırlayırlar - İLK DƏFƏ
20/09/2018 [19:37]:
Bakıda dəhşətli yol qəzası - 4 nəfər öldü
20/09/2018 [19:06]:
Sabah bu qəsəbələrdə su olmayacaq
20/09/2018 [19:04]:
Birinci vitse-prezident NATO baş katibinin müavinini qəbul etdi - FOTOLAR
20/09/2018 [19:00]:
Elnur Məmmədlinin qohumu medalın bir addımlığında uduzdu
20/09/2018 [18:59]:
Şəhriyar Məmmədyarov ata oldu – FOTO
20/09/2018 [18:35]:
“Mən rüşvətxor məmurlara qarşı mübarizə aparanda ağız-burun əyirlər...”
20/09/2018 [18:34]:
İstanbulda Azərbaycan məktəbi dərslərə belə başladı- VİDEO
20/09/2018 [18:13]:
Arvadını boğan ər hakim qarşısında - Başqa kişi ilə mesajlaşırmış...
20/09/2018 [18:09]:
Prezident NATO baş katibinin müavinini qəbul edib
20/09/2018 [17:52]:
“DTX-nın bu addımı erməni terrorizminin ifşası baxımından mühüm əhəmiyyət kəsb edir”
20/09/2018 [17:48]:
Yeni açılan məktəbdə sıxlıq yarandı - Şagirdlər dərsə gedə bilmir
20/09/2018 [17:43]:
Medvedev çətin illərlə bağlı xəbərdarlıq etdi
20/09/2018 [17:02]:
Etimad İsmayılov sabah Nardaranda dəfn olunacaq
20/09/2018 [17:00]:
Heç vaxt xərçəng olmayan türk tayfasının sirri - FOTOLAR
20/09/2018 [16:58]:
Məşhur ürək cərrahı Rəşad Mahmudova yeni vəzifə verildi
20/09/2018 [16:48]:
Tramp Paşinyanla görüşməyəcək
20/09/2018 [16:45]:
Merkel və Putin Suriyanı müzakirə edib
20/09/2018 [16:45]:
“Cəhalətin qarşısını yalnız elmlə, savadla almaq olar”
20/09/2018 [16:14]:
Azərbaycan XİN ATƏT-ə çağırış etdi
20/09/2018 [16:12]:
Ronaldunun bacısı: " Qardaşımı məhv etmək istəyirlər"
20/09/2018 [15:50]:
ADPU-nun Filologiya fakültəsinə yüksək bal toplayaraq qəbul olunan tələbələrlə görüş keçirildi
20/09/2018 [15:45]:
Güləşçimiz erməni üzərində qələbə qazanıb çempion oldu
20/09/2018 [15:42]:
Qanunsuz ov edən şəxs cərimələndi
20/09/2018 [15:28]:
Azərbaycanda mobil telefonların qeydiyyat qaydaları dəyişdi – YENİLİK
20/09/2018 [15:24]:
NATO Qarabağda müharibəyə qarşıdır
20/09/2018 [15:06]:
50 tona yaxın kartofda zərərli orqanizmlər aşkarlandı
20/09/2018 [14:53]:
Polşalı mütəxəssis tələbələrimizə seminar keçdi
20/09/2018 [14:51]:
Prezident Ramil Usubovu mükafatlandırdı - FOTO
20/09/2018 [14:50]:
MMP İdarə Heyəti toplandı
20/09/2018 [14:49]:
“Ailəmdən vacib heç nə yoxdur...” - Safura
20/09/2018 [14:47]:
“Təyyarənin Soçi razılaşmasından sonra vurulması təxribat versiyasını ağıllara gətirir”
20/09/2018 [14:44]:
Ermənistanın baş naziri ölkəni xaosa sürükləyir...
20/09/2018 [14:37]:
Rusiya “İl-20” təyyarəsini vurmuş suriyalıları həbs etdi
20/09/2018 [14:34]:
Fuad Ələsgərov: “18 mindən çox partlamamış hərbi sursat zərərsizləşdirilib”
20/09/2018 [14:29]:
Arıçılara hər pətəyə görə subsidiya veriləcək
20/09/2018 [14:28]:
Azərbaycanlı Rusiyada deputat oldu -FOTOLAR
20/09/2018 [14:26]:
DTX ermənilərlə bağlı arxivləri açdı - MÜHÜM SƏNƏDLƏR
20/09/2018 [14:20]:
Səngəçal və Goran stansiyalarında 17 ədəd yoldəyişən qurğu dəyişdirilir
20/09/2018 [14:19]:
Putinin hərbi blokundan Ermənistan rəhbərliyinə cavab verdi
20/09/2018 [14:17]:
Etimad İsmayılovu öldürən Dəmirovun Sabirabadda qohumu qalmayıb
20/09/2018 [14:00]:
Ebru Amerikaya 2-ci dəfə ana olmaq üçün gedib
20/09/2018 [13:58]:
Etimad İsmayılovun cənazəsi bu axşam Bakıya gətirilir
20/09/2018 [13:54]:
Şeyx: " Zəncir vurmağa İmam Hüseyn də razı olmazdı"
20/09/2018 [13:50]:
Ermənistanın sərhəd rayonunun sakinləri ayağa qalxdı... - Paşinyanla görüş tələb edilir...
20/09/2018 [13:47]:
ABŞ Gülənlə bağlı hesabat dərc edib
20/09/2018 [13:34]:
Sabahın havası – Bakıda 27 dərəcə isti olacaq
20/09/2018 [13:32]:
“Vikipediya”da Milli qəhrəmanlarımız haqqında ingilis dilində məqalələr yaradılıb
20/09/2018 [13:32]:
Eldar Əzizov Rasim Quliyevi Bakı Meriyasının Aparat rəhbəri vəzifəsindən azad etdi
20/09/2018 [13:31]:
“Bu yolun açılışı Azərbaycanın iqtisadiyyatına da öz müsbət təsirini göstərəcək”
20/09/2018 [13:30]:
“Qaçqınkom”un sədr müavini ATƏT-in illik görüşündə iştirak etdi
20/09/2018 [13:29]:
UNEC yeni tədris ilinə yüksək göstəricilərlə start verib -FOTOLAR
20/09/2018 [13:26]:
İlham Əliyev “Fatimeyi Zəhra” məscidini öz hesabına tikdirəcək
20/09/2018 [13:24]:
DİN ƏMƏLİYYAT keçirdi: Qətl törədən şəxs meşədə tutuldu
20/09/2018 [13:20]:
"Telekanallarımız abırsız - həyasız "müğənni"lərin, "qaloşlu" adamların əlində olduğundan Azərbaycan ziyalısı görünmür!
20/09/2018 [13:14]:
İrəvan xanlığı ilə bağlı əsərlər erməni və fars dillərində çap olunub
20/09/2018 [13:06]:
"Cavid Qurbanov harda işə başlayırsa, orda yüksəliş və uğur var" - Yubiley təbriki...
20/09/2018 [12:57]:
Prezidentin xüsusi iclasda iştirakı gözlənilir
20/09/2018 [12:43]:
İlyas İsmayılovun oğlunu güllələyən Dəmirov haqda maraqlı FAKTLAR açıqlandı - Qarabağda döyüşüb
20/09/2018 [12:39]:
Allahşükür Paşazadə qanvermə aksiyasında iştirak edib -FOTO
20/09/2018 [12:33]:
Valideynlərini öldürən şəxs qocalar evinə hücum etdi - 2 ölü
20/09/2018 [12:32]:
Sevillə Etimadın böyük sevgi hekayəsi... - “Sonsuza qədər...”
20/09/2018 [12:31]:
Timatinin model sevgilisi hamilədir -FOTOLAR
Bütün arxiv bir sırada
10/10/2017 [17:44] - Köşə - ( 7365 dəfə baxılıb)

Qarabağın başında çatlayacaq vaxtın bitməsi...

İlham İsmayıl

1999-cu ilin avqustun 20-də konfliktoloq, indi Türkiyənin Marmara Universitetində  dərs deyən Elxan Mehdiyev və mən hələ təzəcə nəşrə başlamış “Reytinq” qəzetinə gəldik və Qarabağla əlaqədar həyəcanlı bir xəbəri o vaxtkı redaktor X.Kazımlı ilə bölüşdük. Bizi həyəcanlandıran  Azərbaycan və Ermənistanın rəhbərlərinin həmin ilin aprelindən başlayan intensiv görüşlərinin avqustun 22-də İsveçrənin Cenevrə şəhərində çox kritik bir görüş - razılaşma ilə yekunlaşması haqqında xaricdən və daxildən aldığımız xəbər idi.  

Yəni, ABŞ-ın o vaxtkı dövlət katibi M.Olbraytın hər iki tərəflə həmin ilin əvvəlindən apardığı intensiv danışıqların nəticəsi kimi Dağlıq Qarabağa müstəqillik verilməsinin  razılaşdırılması baş tutmalıydı. Cəmi bir ay əvvəl-iyulunn 16-da Cenevrədə hər iki dövlət başçısının təzəcə görüşməsinin ardınca bu təcili görüş haqqında istər Amerikanın, istərsə də Azərbaycanın rəsmi kuluarlarında nə qədər pıçıltı ilə danışsalar da,  səsi bizə də gəlib çatmışdı. İnformasiyamız müfəssəl deyildi, detallarını bilmirdik, məlumatın özünə də şübhəli yanaşırdıq. Amma, ortada Qarabağ var idi. Xəbəri xalqa çatdırmaq lazım idi. Necə? Qarabağın taleyinə yaranan təhlükə haqqında xəbərin cəmi 10 faizi  düz olsa, bəs edər ki, səsimizi qaldıraq,  haray salaq.  Bu məntiqlə səhərisi gün qəzet belə bir manşetlə çıxdı: “Ay camaat, Qarabağı verirlər!”. Yazı böyük rezonans doğurdu, mətbuatda müzakirələr başlandı və çox adam sorğu-suala çəkildi. Bir neçə gündən sonra redaktorla keçmiş MTN-in iki generalı nazirliyin binasında 4 saat söhbət aparsa da, Xalid bəy vətən üçün həyəcan təbili çalmağın vacibliyini əsaslandıra bilmişdi. Bu xəbərdən bir ay sonra xarici məsələlər üzrə dövlət müşaviri Vəfa Quluzadə, iki ay sonra xarici işlər naziri Tofiq Zülfüqarov və prezidentin köməkçisi Eldar Namazov istefa verdilər. “Ay cammat” deyə müraciət etməyə dəyərdi.., çünki təhlükənin reallığını reaksiyalardan da hiss etdik. 
  
Bunu xatırlatmaqda məqsəd keçmişi yada salmaq deyil. Əgər o vaxtlar təhlükə pıçıltı şəklində çatırdısa, Siz son günlərdə  bu təhlükənin  pıçıltısını deyil, artıq ayaq səslərini eşidrsinizmi?! Və o addımları təkcə düşmən atmır... 
Dağlıq Qarabağ separatçılarının lideri  Bako Saakyanın dünən “Noev Kovçeq” nəşrinə verdiyi müsahibədə jurnalist də, müsahib də indiyədək ehtiyatla və şübhə ilə dediklərini  çox inamla və rahat dilə gətiriblər: Jurnalist “Sizcə artıq Ermənistanın, ardınca da Rusiyanın Dağlıq Qarabağı (“Artsax”ı) tanımalarının zamanı yetişməyib?”  Bako Saakyan: “Dağlıq Qarabağın müstəqilliyinin tanınması zaman məsələsidir və dağlar arxasında deyil” - cavabını verib. Saakyanın “ zaman” sözünü o çalarda deyib ki, sanki  o zaman “an məsələsidir”. Erməni təbliğatının toruna düşməmişik, amma onları ürəkləndirən bizim  bu gün düşdüyümüz vəziyyətdir. O vəziyyət ki, Rusiyadan öncə Avropanın, sonra da başqalarının Dağlıq Qarabağın müstəqilliyini tanıması baş verə bilər. Avropa Şurasından çıxarılmamız haqqında hələ niyyətin şuranın rəsmiləri tərəfindən sərt şəkildə bəyan edilməsi  kifayət edir ki, indidən “təcrid dövlət” elan olunaq. Erməni gücünü, inamını  bizim demokratik dünya tərəfindən qəbul olunmamağımızdan alır. Və heç kəs deməsin ki, bu ikili standartdır, Ermənistan bəyəm demokratik ölkədir? Əlbəttə yox. Amma, Ermənistanı Avropa Şurasından çıxarmaqla təhdid edən yoxdur. Azərbaycana vaxt qoyulmağın özü artıq onsuz da mənfi olan imici  daha da tündləşdirib. Hansı hikkənin güdazına veririk Qarabağı, sonra da bütün Azərbaycanı? Bu gün hansı motivlərlə tutulmasından asılı olmayaraq  bütün məhbuslar azad edilsə belə nə hakimiyyət üçün, nə dövlət üçün təhlükə, axı yoxdur. Amma, azad olunmasa var! O, Qarabağın birdəfəlik itirilməsi, hətta müstəqilliyimizin itirilməsi ola bilər. Çox istedadlı və real analitik qabiliyəti olan hörmətli Şahin Cəfərli bu durumu çox dəqiq izah edir: ”Digər məsələləri qoyaq hələ bir kənara, bu, hər şeydən əvvəl ciddi reputasiya itkisidir və AB-nin belə bir dövlətlə oturub təntənəli şəkildə Strateji Tərəfdaşlıq haqqında Saziş imzalaması problemli görünür. (Bu sazişin imzalanmasını Azərbaycan özü təklif edib.) Ümumiyyətlə, AŞ-dən, Avropadan, Qərbdən uzaqlaşmaq müasir, mədəni dünyadan təcrid olunaraq “izqoy”a çevrilmə təhlükəsi yaradır. Dağlıq Qarabağın gələcəkdə reinteqrasiyası ehtimalının (əgər belə ehtimal qalıbsa) tamamilə aradan qalxması və erməni separatizminin tam legitimlik qazanması, eləcə də dövlət olaraq müstəqilliyimizin real təhlükə altına düşməsi də daxil olmaqla, bunun Azərbaycan üçün fəlakətli nəticələri ola bilər. Dövləti və xalqı bu aqibətə düçar etməyə kimsənin haqqı yoxdur”. Bəli, fəlakətli nəticələr ola bilər və yuxarıda dediyim kimi, o fəlakətin addım səsləri açıq eşidilir.
“Avropa Şurasız da yaşamaq olar”, “ Avropa yox idi sabah açılmırdı?” söyləyən təfəkkürün sahibləri təsəvvür etsin ki, onları çox hörmətli bir yerə  dəvət edirlər, qonaqlıq verirlər və o mədəni yerdə özlərini ədəb-ərkanlı apara bilmədikləri üçün hamının gözü qarşısında, nümayişkəranə qovurlar. Məclisdə olan ailə üzvlərini də sənə baxıb qovurlar. Necə təsir edər? Müqayisəm qüsurludur, amma sizin ucbatınızdan biz Qarabağı itirə bilərik. Ala bilmirsiniz.., başa düşürük, gücünüz çatmır. Amma, heç olmasa dəvət olunan yerin şərtlərinə, öhdəliklərinə əməl edin ki, erməni separatçılarına, havadarlarına bəhanə verilməsin. Zaman keçər, əlverişli  tarixi şərait yetişər və gələcək nəsil vətənimizi azad edər.  1988-ci ildən bəri - “Rusiya imkan verməz”arxayınçılığı bizi bu günə-Qarabağsızlığa gətirib çıxarıb və bunun da əsl səbəbkarı Rusiya özüdür. 

Armud ağacının kəsilməsinə dözməyən millət 12 rayonun, 20 faiz torpağın işğal edilməsini, böyük bir mədəniyyəti, əsilzadələri olan bir elatın - Qarabağın  miskin bir vəziyyətə salınmasını qəbul etmiş kimi görünür. Yəqin düşünülür ki, 5+2 ilə də millət sevinib, Şuşanın, Xankəndinin, Xocavəndin, Ağdərənin, Əsgəranın, Xocalının, Kəlbəcərin, Laçının da birdəfəlik itirilməsini qəbul edəcək. Çox yalnış qənaətdir! Tədricən, əl altdan hər gün müxtəlif televiziya kanallarında çıxış edən “dejurnı” siyasi ekspertlərin də, deputatların da Kataloniya separatizminə haqq qazandırmağı  xalqı biabırçı təslimçiliyə hazırlamaqdan başqa bir şey deyil.   
 Avropa Şurasından çıxarılma təhlükəsinin Qarabağın başında çatlayacağı 10 faiz  realdırsa  “AY CAMAAT QARABAÄžI RƏSMƏN İTİRİRİK” deyə haray salmağı əlacsızlığımızın son həddi kimi bağırmaq istəyirəm, panikaya da düşməmişəm, amma böhran durumda olduğumuzun fərqindəyəm. Ona görə də  təhlükənin reallığa çevrilməməsi üçün Andrey Piontkovskinin sözü ilə desək: “Tarixin böhran zamanlarında vəziyyətdən çıxmaq üçün  bir neçə adamın passionarlığından, qətiyyətindən çox şey  asılıdır”məntiqindən çıxış edirəm.

P.S. Məşhur rus yazıçısı Valentin Rasputinin “Mariya üçün pullar” povestində təsvir olunur ki, müfəttiş  kənd dükanında satıcı işləyən Mariyanın iki min manat əskiyi olduğunu aşkar edir. Müfəttişin  satıcı qadına yazığı gəlir. Ona beş gündən sonra gələcəyini və o vaxta qədər pulları kassaya qoymağı, əks halda tutula biləcəyini deyib gedir. Mariyanın əri Kuzma bütün kənddən iki min pulu yığa bilmir. “Artıq müfəttişin gəlməyinə iki gün qalırdı”. Az qala Kuzmanın ümidsiz gününə düşmüşük.  İndi Avropa Şurasının “ müfəttişi” də bizə oktyabrın 25-dək vaxt qoyub. Biz tərəfdən hansısa  pozitiv addımın atıldığını hələ görmürük. Vaxtın bitməsinə iki həftə qalıb...  

İlham İsmayıl

“Bu yolun açılışı Azərbaycanın iqtisadiyyatına da öz müsbət təsirini göstərəcək”
Pəhriz saxlayanlar buna diqqət etməlidir: Bu, ömrünüzü azalda bilər...
Aşura gününün sirləri - ELMİ-LƏDUN
Qadın müxbir canlı yayım zamanı hücuma məruz qaldı - VİDEO
Rus modeldən qalmaqallı açıqlama: “Putin məni öldürmək istədi”
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Məmurdan 1-ci qrup əlilə heyrətamiz məsləhət: "Premium" benzini götürməyi unutmayın..."
Araşdırma
Beriyanın edamından bəhs edən “canlı” sənədlər, heyrətamiz faktlar - GİZLİ TARİX
Dünya
Heç vaxt xərçəng olmayan türk tayfasının sirri - FOTOLAR
Siyasət
Ermənistanın sərhəd rayonunun sakinləri ayağa qalxdı... - Paşinyanla görüş tələb edilir...
Cəmiyyət
“Elə bil dünya yıxılıb, altında qalmışam” - Sevil Nuriyeva
Həftənin ən çox oxunanları
Şəxsi silahlı mühafizəsi olan baş həkim Məcid Əliyev həbs edildi... - FOTO+VİDEO
Puldan “divar” yaradan məmur həm də 256 məşuqə saxlayırmış - HEYRƏTAMİZ+VİDEO
Bakıda satılan 5 otaqlı evin qiymətinə Braziliyada ada almaq olar - Fantastik qiymət (FOTOLAR)
"Sabah Qarabağda savaş başlasa bizim Bakıda Nuru Paşalara ehtiyacımız olmayacaq, çünki..."
Düşmən baş nazir Azərbaycanın uca dağlarından birinə belə qalxdı... - VİDEO
Paşinyanın arvadı Qarabağda ölən erməni əsgərlərinin analarını topladı - azərbaycanlı analara müraciət olundu
Türkiyə və İsrail barışır, səfirlər geri qayıdır - Bakının da bu barışıqda rolu var...
Fəhlələr namaz qıldıqlarına görə onları işdən çıxaran direktoru “şalvarsız" qoydular...
“5 ildən çoxdur ki, şəhid övladlarına ödənişsiz hazırlıq keçirəm...” - Tanınmış tarix müəllimi
Cinsi münasibətdə olmaqdan imtina edən qadının üzünü doğradılar -FOTOLAR
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə